Press "Enter" to skip to content

Kimin nə yaşadığını qıraqdan baxıb bilə bilməzsiniz. – Ülviyyədən DİQQƏTÇƏKƏN PAYLAŞIM

“Hansı hadisələrin, yaşanmışların təsirindən bu hala gəldiyini anlaya bilməzsiz. Qınamaq ən asanıdır. Hər kəsin beyni gördüyünü bir cür anlayır. Eləcə də hər kəsin baxış bucağı fərqlidir.

Təbrizli Şəmsdən.

Şəms:Hər bir hadisədən və təcrübədən sonra, heç bir kitabda yazılı olmayan, sadəcə can dəftərimə yazılmış qaydalara yeni birisini daha əlavə etdim. Bunlara bir ad verdim: ÜRƏYİ GENİŞ VƏ RUHU GƏZGİN SUFİ MƏZHƏBLİLƏRİN QIRX QAYDASI. Bu qaydalar mənim üçün təbiət qanunları qədər universal, onlar qədər vacibdir. Bu qaydaların qırxını bir yerdə tamamlamaq uzun illərimi aldı. Çoxunu silib-silib başdan yazdım. İndi əlavə ediləcək nə bir vergül qaldı, nə nöqtə. Nə bir hərf, nə yeni bir kəlmə. Artıq qırx qaydanı da bitirdiyimə görə, həyatımın son fəslindəyəm. Canımı sıxan isə bu deyil. Çünki bir son kimi qəbul etmirəm ölümü. Həm də inanıram ki, hər kəsin ölümü öz rəngindədir.

A.Z.Zahara:Eşq həyatın əsası, başlıca məqsədidir.Mövlananın bizə xatırlatdığı kimi, gün gələr hər kəs, hər yerdə ondan qaçanlar da, hətta “romantik” kəlməsini bir günah kimi işlədənlər də xəbərləri də olmadan eşqə tutularlar.

Şəms: Allah, biz sizə şah damarınızdan daha yaxınıq demirmi? Allah göydə bizlərdən xeyli uzaqlarda bir taxtda oturmur ki. Hər an hər yerdə və hamının içindədir.Buna görə O əsla bizləri tərk etməz. Özü özünü necə tərk edə bilər ki?

1.Qayda
Yaradandan hansı kəlmələrlə bəhs etməyimiz, özümüzü necə gördüyümüzə ayna tutar.Əgər Tanrı dediyində o saat qorxulacaq, utanılacaq bir varlıq gəlirsə ağlına, deməli, sən əsasən qorxu və utanc içindəsən. Yox əgər, Tanrı deyildiyində əvvəlcə eşq, mərhəmət və şəfqət anlayırsansa, deməli səndə də bu xüsusiyyətərdən bolca mövcuddur.

2.Qayda
Haqq Yolunda irəliləmək ürək işidir, ağıl işi deyil. Bələdçin həmişə ürəyin olsun, çiyinlərinin üstündəki başın deyil. Nəfsini bilənlərdən ol, silənlərdən yox!

A.Z.Zahara:Kim oluruqsa olaq, dünyanın hansı yerində yaşayırıqsa yaşayaq, ürəyimizin dərinliyində bir əskiklik duyğusu mövcuddur. Elə bil ki, bir şeyimizi itirmişik və geri qaytara bilməməkdən qorxuruq. Nəyin əskik olduğunu bilənimiz isə həqiqətən də çox azdır.

Efendi:Mövlanı axtarmaqla tapmaq olmaz, bu düzdür, amma Mövlanı ancaq axtaran tapar.

3.Qayda
Quran dörd səviyyədə oxuna bilər. İlk səviyyə zahiri mənadır. Sonrakı batini məna. Üçüncü batinin batinisidir. Dördüncü səviyyə o qədər dərindir ki, bunu təsvir etməyə sözlər də yetərsiz qalar .

Şəms:Başqalarını tələsərərək və qəti kəlmələrlə mühakimə etməyin. Quranda Allah, “Mənim yanıma qul haqqı ilə gəlməyin” deyir. Kiminsə ağzından bal kimi çıxan sözlər, başqasının qulağına zəhər kimi gələ bilər. Halbuki Allah sözə yox, niyyətə baxar. Biz kiminsə ağzından çıxan sözə “günahdır” demərik. Çünki qəlbləri ancaq Allah bilər, biz bilmərik. Ona görə susarıq, heç kəsi incitmərik.

4.Qayda
Kainatdakı hər zərrədə Allahın varlığını, izlərini tapa bilərsən, çünki O camidə, məsciddə, kilsədə deyil, hər an hər yerdədir. Allahı görüb yaşayan olmadığı kimi, Onu görüb ölən də yoxdur. Kim onu tapsa, sonsuzadək Onda qalar.

5.Qayda
Ağlın kimyası ilə eşqin kimyası başqadır. Ağıl təmkinlidir. Qorxa-qorxa atar addımlarını. “Aman qoru özünü” deyə tənbeh edər. Halbuki eşq elədirmi? Onun bir tək dediyi:” Burax özünü, sərhədləri aş!” Ağıl asanlıqla təslim olmaz. Eşq isə özünü yandırıb-yaxar, xarabəyə çevirər. Halbuki xəzinələr və dəfinələr xarabalıqlar arasında olar. Nə varsa xarabə bir qəlbdə var!

6.Qayda
Bu dünyadakı qarşıdurma, düşmənçilik və mühakimələrin bir çoxu dildən gələr. Sən sən ol, kəlmələrə çox da uyma. Eşq diyarında dil önsuzda öz hökmünü itirər. Aşiq olan dilsiz olar.

7.Qayda
Bu həyatda tək başına bir kənara çəkilb, sadəcə öz səsinin əks-sədasını dinləyərək, Həqiqəti kəşf edə bilməzsən. Özünü ancaq bir başqa insanın aynasında tam olaraq görə bilərsən.

8.Qayda
Başına nə gəlirsə gəlsin, ümidsizliyə qapılma. Bütün qapılar üzünə bağlansa da, nəhayət O, sənə heç kimin bilmədiyi gizli bir cığır açar. Sən indi görməsən də, dar keçidlərin arxasında onlarla cənnət bağçaları var. Şükr et! İstədiyini əldə edəndə şükr etmək asandır. Sufi, diləyi gerçəkləşməyəndə də şükr edə biləndir.

9.Qayda
Səbir etmək, eləcə dayanıb gözləmək deyil, uzaqgörən olmaq deməkdir. Səbir nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təsəvvür edə bilməkdir. Allah aşiqləri, səbri bal kimi şirin-şirin sorar, həzm edər. Və bilərlər ki, göydəki ayın ayparadan bütöv aya çevrilməsi üçün zaman lazımdır.

10.Qayda
Hansı tərəfə gedərsən get,- Qərb, Şərq, Şimal ya da Cənuba — çıxdığın hər səfəri daxilinə doğru bir səyahət kimi düşün! Öz iç dünyasına səyahət edən insan, sonda bütün kainatı dolaşacaqdır.

11.Qayda
Mamaça bilər ki, sancı çəkilmədən doğum olmaz, ana bətnindən körpəyə yol açılmaz. Səndən yepyeni bir “sən” zühur edə biməsi üçün çətinliklərə, sancılara hazır olmalısan.

12.Qayda
Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu, istəsə də, istəməsə də təpədən dırnağa qədər dəyişilər. Bu yollara baş vurub dəyişilməyən yoxdur.

13.Qayda
Bu dünyada səmadakı ulduzlardan da çox sayda saxta hacı,xoca, müəllim, şeyx var. Həqiqi mürşid səni öz iç dünyana baxmağa və nəfsini aşıb özündəki gözəllikləri bir-bir kəşf etməyə yönləndirər. Daha, ona heyran olmağa yox.

Şəms: Başqalarının səni qəbul etməsini və sənə hörmət göstərməsini nə qədər çox arzu etsən, onların tənqid və dedi-qoduları da o qədər çox fikir verərsən. İnsan nəyə daha çox qiymət verirsə bu dünyada, əvvəlcə ondan canını qurtarması əsas şərtdir bu yollarda.

14.Qayda
Haqqın qarşına çıxartdığı dəyişikliklərə dirənmək əvəzinə təslim ol. Qoy həyatın sənə qarşı yox, səninlə bərabər axsın. “Nizamım pozular, həyatım alt-üst olar” deyə narahat olma. Haradan bilirsən ki, həyatın altının üstündən daha yaxşı olmayacağını?

Allah, hər an hamımızın daxilimizi və xaricimizi tamama çatdırmaqla məşğuldur. Hər birimiz ayrı-ayrı tamamlanmamış bir sənət əsəriyik. Başımıza gələn hər hadisə, keçirdiyimiz hər faciə əskiklərimizi tamamlamağımız üçündür. Rəbb nöqsanlarımızla ayrı-ayrı çalışır, çünki bəşəriyyət adlı əsər qüsursuz olmağı hədəfləyir.

Şəms: Şəxsən mən qəmli olmaqda bir qüsur görmürdüm. Əksinə, oyun insanları xoşbəxt edər, həqiqətləri bilmək isə ağırlaşdırıb hüzünləndirər. Bu həyatda daha çox şey bilən insanlar daha durğun, daha dinc olar.

16.Qayda
Allah qüsursuzdur, Onu sevmək asandır. Çətin olan günahı ilə, savabı ilə fani insanları sevməkdir. Unutma ki, insan bir şeyi ancaq sevdiyi qədər,sevdiyi ölçüdə bilə bilər. Deməli, başqasını, Yaradandan ötrü yaradılanı sevmədən, nə layiqincə bilə bilər, nə də layiqincə sevə bilərsən.

17.Qayda
Əsas çirkab xaricdə deyil daxildə, libasda deyil qəlbdə olar. Ondan başqa hər ləkə nə qədər pis görünsə də, yuyulduğu zaman təmizlənər, suyla durulur. Yumaqla getməyən bir tək çirkab ürəklərdə daş bağlamış həsəd və pis niyyətdir.

Şəms:Hər insan açıq bir kitabdır.Oxunmağını gəzləyir. Hər birimiz hərəkət edən, nəfəs alan kitabıq əslində, yetər ki, özümüzü tanıyaq. İstər hahişə ol, istər bakirə, istər yıxılmış ol, istər etibarlı, Allahı bilmək arzusu hamımızın ürəklərində, dərinlərdə gizlidir, sirlidir. Doğulduğumuz andan etibarən eşq cövhərini içimizdə daşıyırıq. Orda dayanıb kəşf edilməyi gözləyir.

18.Qayda
Bütün kainat mövcud qarışıqlığı və mürəkkəbliyilə insanın içində gizlənmişdir. Şeytan, xaricimizdə bizi yolumuzdan sapdırmağa çalışan qorxunc bir məxluq deyil,tamamilə içimizdə bir səsdir. Şeytanı özündə axtar; çöldə, başqalarında yox. Və unutma ki, nəfsini bilən Rəbbini bilər. Başqalarıyla yox, yalnız özüylə mübarizə aparan insan sonunda mükafat olaraq Yaradanı tanıyar.

Rumi:Uca Allah kədəri yaradıb ki, təzadından səadət doğulsun. Bu dünyada hər şey təzadından təzahür edər. Bir tək Rəbbin ziddi yoxdur. Buna görə O həmişə sirr olaraq qalır. Aşağıda torpaq, yuxarıda səma… Dünyanın hər halı belədir. Bolluq və qıtlıq, sülh və müharibə… Unutmayın Allah heç bir şeyi boşuna yaratmayıb. Tək bir zərrənin də bu ilahi nizamda yeri var.

19.Qayda
Başqalarından hörmət, diqqət və ya sevgi gözləyirsənsə əvvəlcə sıra ilə özünə borclusan bunları. Özünü sevməyən birisinin sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan yollayırsa, sevin. Tezliklə gül göndərəcək deməkdir.

20.Qayda
Yolun sonunun hara çıxacağını düşünmək bihudə bir səydən ibarətdir. Sənə düşən sadəcə atacağın ilk addımı düşünməkdir. Davamı onsuzda öz-özünə gələr.

21.Qayda
Hamımız ayrı-ayrı üzlərlə görüntüləndirilmişik. Əgər Allah hər kəsin eynilə oxşar olmasını istəsəydi, heç şübhə yoxdu ki, belə edərdi. Fərqliliklərə hörmət etməmək, öz doğrularını başqalarına yeritməyə çalışmaq, Haqqın müqəddəs nizamına hörmətsizlik etməkdir.

Şəms: Şübhə pis bir şey deyil ki, Şübhədəsənsə, deməli həyatdasan. Arayışdasan. İnsan bir gecədə iman sahibi olmaz. İnsan özünü iman sahibi hesab edə bilər, amma sonra bir iş gələr başına, tərəddüd edər. Yenə özünü toplayar, imanı qüvvətlənər, ardından yenə yumalanar şübhə çuxuruna. Bu beləcə davam edər. Müəyyən bir yerə qədər davam edər. Gah mömin, gah dinsiz. Gah cənnətlik, gah cəhənnəmlik. Yalnız belə irəlilyə bilərik. Hər addımda haqqa bir az da yaxınlaşarıq. Şübhələnmədən iman olmaz.

22.Qayda
Həqiqi Allah Aşiqi bir meyhane(içki içilən yer)yə girərsə ora ona namazgah(namaz qılınan yer) kimi olar. Amma dinsiz birsi eyni namazgaha girərsə ora ona meyhane kimi olar. Bu həyatda hər nə etsək də, fərqi yaradan niyyətimizdir, surət(görüntü) və nişanlar yox.

A.Z.Zahara: Məntiqlə qərarlar verib, planlar qurmaqla həyatımızın axınına nəzarət edə biləcəyimizə inanırıq. Halbuki balıq üzdüyü okeana nəzarət edə bilərmi? Biz nəyəsə ümid edə bilərik,onu idarə edə bilmərik. Bax bu idarə edə bilmədiyimiz hissəni Sufilər “beşinci ünsür” adlandırırlar. Atəş, torpaq, külək, su ilə bərabər dünyanı formalaşdıran beşinci ünsür: Boşluq. Açıqlana bilməz, nəzarət edilə bilməz.

23.Qayda
Yaşadığımız həyat əlimizə verilən rəngarəng və əmanət bir oyuncaqdan ibarətdir. Kimisi oyuncağı o qədər ciddi qəbul edər ki, ağlayar, pərişan olar onun üçün. Kimisi əlinə alan kimi oyuncağı qurcalayıb qırar və atar. Ya həddindən artıq qiymət verər, ya qədrini bilmərik. İfratçılıqdan uzaq ol. Sufi nə ifratdadır nə biganəlikdə. Sufi həmışə orta yerdədir.

Şəms:Yalnız xoş olanları, asanları yığıb, çətinlikləri buraxsaq buna “eşq” deyilə bilər? Gözəli sevib çirkini yaxına buraxmamaq ən asanıdır. Əsas məsələ gözəli də, çirkini də sevə bilməkdir; ayrıseçkilik etmədən. Sadəcə xoşumuza gələn şeylərə şükr etməyə nə var ki? O qədərini Belhin itləri də edir onsuzda. Sümük verirsən sevinir, şükranla quyruqlarını bulayırlar.İnsan şübhə yoxdur ki, bundan artığını edə bilər. Yaxşılığın da, pisliyin də artığını etmək mümkündür.

Şəms: “İndi”-dən başqa hər şey bir aldanışdan ibarətdir.Eşqin nə “gələcək planları”, nə “dünənin xatirələri” ilə əlaqəsi olduğuna inanmıram. Eşq sadəcə bu an və buradadır.

24.Qayda
Madam ki, insan əşrəfi-məxluqatdır, yəni varlıqların ən şərəflisidir, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu xatırlayaraq, buna yaraşan tərzdə hərəkət etməlidir. İnsan yoxsullaşsa,ona böhtan atılsa, həbsə girsə, hətta əsir düşsə də, yenə də başı dik, gözü tox, özünə əmin bir xəlifə kimi davranmaqdan vaz keçməməlidir.

25.Qayda
Cənnəti və cəhənnəmi ancaq gələcəkdə axtarma. İkisi də indi burada mövcuddur. Nə vaxt birini mənfəətsiz, hesabsız və qarşılıq gözləmədən sevməyi bacarsaq, cənnətəyik əslində. Nə zaman kimlərləsə davaya başlasaq, nifrətə, həsədə və kinə yol versək, kəlləmayallaq cəhənnəmə düşərik.

Rumi: Aşiq olmayan üçün eşq boş bir kəlmədən ibarətdir. Yarı uydurma, yarı yalan. Aşiq olmayan bunu başa düşməz, olansa başa sala bilməz. Bəs necə sözlərlə ifadə edilə bilər eşq, kəlmələrin hökmünü itirdiyi yerdə?

26.Qayda
Kainat bir vücud, tək varlıqdır. Hər şey və hər kəs görünməz iplərlə bir-birinə bağlıdır. Heç vaxt heç kimin ahını alma; bir başqasını, ən çox da səndən zəif olanı incitmə. Unutma ki, dünyanın bir ucundakı bir tək insanın kədəri, bütün insanlığı bədbəxt edə bilər. Və bir adamın səadəti, hər kəsin üzünü güldürə bilər.

27.Qayda
Bu dünya bir dağ kimidir, ona necə səslənsən o da sənə səsləri eləcə əks etdirər. Ağızından xeyirli bir söz çıxsa xeyirli söz əks olunar. Şər çıxsa, geriyə şər əks-səda verər. Elə isə kim ki, sənin haqqında pis danışır, sən o insan haqqında qırx gün qırx gecə sadəcə gözəl sözlər danış. Qırx günün sonunda görəcəksən ki, hər şey dəyişib. Sənin qəlbin dəyişsə, dünya dəyişər.

28.Qayda
Keçmiş, zehinlərimizi bürüyən bir sis buludundan ibarətdir. Gələcək isə başlı-başına bir xəyal pərdəsi. Nə gələcəyimizi belə bilərik, nə keçmişimizi dəyişdirə bilərik. Sufi daim bu anın həqiqətilə yaşayar.

Şəms: Elə insanlar var ki, sırf cəhənnəm dəhşəti yaxud da cənnət rüşvəti üçün ibadət edirlər. Etməsələr ondan yaxşıdır! Kim kimi aldadır? Qıldıqları namazı da hesablayırlar. Məndən olsa bir vedrə su götürüb cəhənnəm atəşini söndürər, cənnəti də atəşə verərəm ki, sırf və saf eşq qalsın. Qalanının əhəmiyyəti yoxdur.

29.Qayda
Tale, həyatımızın öncədən yazılmış olması demək deyil. Buna görə, «neyləyək qismətimiz belədir» — deyib boyun bükmək cəhaləti göstərər. Tale yolun hamısını yox, yalnız yol ayrıclarını verər. Mənzil bəllidir, bütün əyrilik və döngələr isə yolçuya aiddir. Elə isə: nə həyatının hakimisən, nə də həyat qarşısında çarəsizsən. Bundan bəhs edər iyirmi doqquzuncu qanun.

30.Qayda
Həqiqi Sufi elə birisidir ki, başqaları tərəfindən qınansa, ayıblanılsa, dedi-qodusu edilsə, hətta böhtana uğrasa belə, o ağızını açıb heç kimsə haqqında tək kəlmə pis söz işlətməz. Sufi qüsur görməz. Qüsur örtər.

31.Qayda
Haqqa yaxınlaşa bilmək üçün məxmər kimi bir qəlbə sahib olmalısan. Hər insan bu və ya digər şəkildə yumşalmağı öyrənər. Kimisi bir qəzaya düşər, kimisi ölümcül bir xəstəlik; kimisi ayrılıq acısı çəkər, kimisi maddi itki… Hamımız ürəkdəki pislikləri yox etməyə fürsət verən badirələr(bəlalar)dan keçərik. Amma bəzilərimiz bundakı hikməti anlayar və yumşalar, bəzilərimiz isə, çox təəssüf ki, daha da sətləşər.

Rumi:Dinin şərtlərinə əməl etmək vacibdir. Amma insan parçalara bütövdən daha çox önəm verməməlidir. İçki içən insan içməyənləri, içki içməyən isə içənləri alçaltmamalıdır. Səmimiyyətlə inanıram ki, eşq sərxoşluğunda oyanıqlıq var. Eşq çöldə tapılan bir şey deyil. İçəridən gələr. Yalnız bizi eşqdən uzaq saxlayan maneələri tapıb aradan qaldırmalıyıq.

32.Qayda
Aranızdakı bütün pərdələri tək-tək götür ki, Tanrıya saf bir eşqlə bağlana biləsən. Qanunların olsun, amma qanunlarını başqalarını təcrid etmək yaxud mühakimə etmək üçün istifadə etmə. Xüsusilə bütlərdən uzaq ol, dost. Və əsla öz doğrularını bütləşdirmə! İnancın böyük olsun, amma inancınla böyüklük göstərmə!

Şəms:Unutmayın, çox vaxt başqalarında qüsur tapanlar özləri qüsurludurlar. Təfərrüata dalıb bütövü unudarlar. Ağaclara baxmaqdan meşəni görə bilməzlər. Baxanın kor olması günəş işığına xələl yetirməz. İnsanlar arasındakı mübahisə də Allaha təsir etməz.

Bu dünyada hər kəs bir şey olmağa çalışarkən, sə HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın küpdən fərqi olmamalıdır.Necə ki, küpü saxlayan xarici forma yox, içindəki boşluqdursa, insanı dik tutan da mənlik zənni deyil, heçlik şüurudur.

Şəms: Hər bir həqiqi eşq gözlənilməyən dəyişikliklərə gətirib çıxarar. Əgər “eşqdən öncə” və “eşqdən sonra” eyni insan olaraq qalmışıqsa, deməli yetərincə sevməmişik. Kimisə sevirsənsə onun üçün edə biləcəyin ən mənalı şey dəyişməkdir! Amma hər qışın bir baharı olduğu kimi, hər baharın da bir sonu var. Eşq olan yerdə əvvəl-axır ayrılıq olacaqdır.

Haqqa təslimiyyət nə zəiflik, nə də passivlik deməkdir. Əksinə, bu cür təslimiyyət son dərəcə güclü olmağı tələb edir. Təslim olan insan çalxalanan, girdablı sularda vurnuxmaqdan əl çəkər; əmin bir diyarda yaşayar.

Çöl Gülü:Diqqətki ol, kişinin ürəyinə gedən yol, qadını mənliyindən uzaqlaşdıran yol olmasın. Onu özünə yaxınlaşdırmağa çalışarkən, özün özünə yadlaşma.

Bu həyatda yalnız təzadlarla irəliləyə bilərik. Mömin içindəki dinsizlə tanış olmalıdır, Tanrıya inanmayan insan isə içindəki inananla. İnsanı -Kamil mərtəbəsinə çatana qədər addım-addım ilərləyər adam. Və ancaq təzadları əhatə edə bildiyi qədər yetkinləşər.

Hiylədən, qarşıdurmadan narahat olma. Əgər kimsə sənə tələ qurursa, zərər vermək istəyirsə Tanrı da onlara tələ qurar. Quyu qazanlar o quyuya özləri düşər. Bu sistem qarşılıqlar qanununa görə işləyir. Nə bir zərrə xeyir qarşılıqsız qalar, nə bir zərrə şər. Ondan xəbərsiz yarpaq da tərpənməz. Sən sadəcə buna inan!

Tanrı qılı qırx hissəyə ayırıb incələyərək çalışan bir saat ustasıdır. O qədər dəqiqdir ki, onun sayəsində hər şey dəqiq vaxtında olur. Nə bir saniyə tez, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olma vaxtı var, bir də ölmək vaxtı.

“Yaşaşdığım həyatı dəyişdirməyə, özümü çevirməyə hazıram?” deyə özümüzə sual vermək üçün heç vaxt gec deyil. Neçə yaşında oluruqsa olaq, başımıza hər nə gəlmiş olursa olsun, tamamilə yenilənmək mümkündür.Bir tək günümüz də əvvəlkinin eynilə təkrarıdırsa, çox heyf. Hər an hər nəfəsdə yenilənməliyik.Yepyeni bir həyata başlamaq üçün ölməkdən öncə ölməliyik.

Ella:Səhər azanını həyatında ilk dəfə eşidən birisindən bu səsin necə olduğunu soruşun. Çox güman ki, deyəcək: sirli, gizli, hətta tilsimli. Amma eyni zamandafövqaltəbii, ağılalmaz, hətta ətürpərdən. Eynilə eşq kimi!

Nöqtələrin yeri dayanmadan dəyişsə də bütöv eynidir.Bu dünyadan köçən hər oğrunun əvəzinə bir oğru doğular. Ölən hər dürüst insanın yerini başqa dürüst insan tutar. Həm o bütöv heç vaxt pozulmaz, hər şey öz yerində qalar, mərkəzində… Həm də bir gündən digər günə heç bir şey eyni olmaz. Ölən hər Sufi üçün bir Sufi doğular.

Eşqsiz keçən bir ömür boşuna yaşanıb deməkdir. Görəsən ilahi eşqinmi arxasınca qaçmalıyam məcazimi, yoxsa dünyəvi, səmavi ya da cismanimi deyə soruşma! Ayrımlar ayrımları yaradar. Eşqinsə heç bir təyinə, tamlamaya ehtiyacı yoxdur. Başlı-başına bir dünyadır eşq. Ya düz ortasındasan, mərkəzində, ya da xarıcindəsən, həsrətində.

Qeyd: “Aşk”da verilən Qırx qayda həqiqətən Təbrizli Şəmsin yazılı qaydaları deyil. Bu qaydaları müəllif romanı yazarkən hekayənin axışına uyğun olaraq özü qurub.

“Kimin nə yaşadığını qıraqdan baxıb bilə bilməzsiniz. ” – Ülviyyədən DİQQƏTÇƏKƏN PAYLAŞIM

“İki şey var ki, onları leksikonumdan uzaqlaşdırmışam. Biri heç vaxt etmərəm deməyi, digəri kimisə bilmədən mühakimə edib qınamağı. Çünki kimin nə yaşadığını qıraqdan baxıb bilə bilməzsiniz”.

Metbuat.az xəbər verir ki, bu fikirləri həyat yoldaşı Murad İsmayılla arasında problem olduğu düşünülən aktrisa Ülviyyə Xəlilbəyli “İnstagram”da bildirib.

“Hansı hadisələrin, yaşanmışların təsirindən bu hala gəldiyini anlaya bilməzsiz. Qınamaq ən asanıdır. Hər kəsin beyni gördüyünü bir cür anlayır. Eləcə də hər kəsin baxış bucağı fərqlidir.

Sən elə düşünürsən və ya elə görürsən deyə o demək deyil ki, haqlısan. Dərindən bilmədiyin mövzuda mühakimə etmək haqqın yoxdur. Hər kəs etdiyi əmələ, qırdığı qəlbə və ürəkdə açdığı yaralara görə özü cavab verəcək. Bu sizə qalmayıb. Bilmədiyiniz mövzuda danışarkən 100 dəfə ölçüb, bir dəfə biçin. Çünki yaradan qarşısında cavab verəcəksiz. Günahsız bəndə yoxdur. Çalışaq ki, kiminsə günahını alıb , öz günahlarımızı artırmayaq”, – aktrisa qeyd edib.

Şou biznes Baxılıb: 1593 Tarix: 17 aprel 2022

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Hadisə 460 mindən çox təzminat ödəyəcək

Türkiyəli müğənni Hadisə 10 ildir davam edən məhkəmədə məğlub olub. BİG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, markalardan birinin paltarlarını tanıtmaq üçün müqavilə imzalayan sənətçi həmin ərəfədə bacısının dizayn etdiyi başqa brendin məhsullarını geyindiyi üçün məhkəməlik olmuşdu. Müqavil

Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam”

“Arzuolunmaz övlad olmuşam”. Bu barədə Xalq artisti Məleykə Əsədova “Zaurla Günayın” verilişinə qonaq olarkən danışıb. “Gözləyirdilər oğlan olsun, gördülər yenə də qızdır. Ailəyə oğul mən oldum. Arzuolunmaz övlad olmuşam” – deyə aktrisa bildirib.( )

Hollivud ulduzu Ukraynanın silahlandırılmasını istədi

Ukrayna əsilli Hollivud ulduzu İvanna Saxno ölkəsi üçün yardım istəyib. BİG.AZ xəbər verir ki, aktrisa sosial şəbəkədə foto paylaşaraq digər ölkələrdən Ukraynanı silahlandırmasını xahiş edib:. “Ukrayna üçün əlavə silah olmadan, bu müharibə yoxsulluq, əzab və yeni ölüm gətirəcək. O, sonsuz və qanl

Alek Bolduin səkkizinci dəfə ata olacaq

Aktyor Alek Bolduin sosial şəbəkədə paylaşım edərək çoxuşaqlı ata olmasının səbəblərini izah edib. Məşhur bildirib ki, ki, valideyn olmaq əladır. Buna görə də həyat yoldaşı Hilaria ilə birlikdə daha bir uşağa sahib olmaq istəyiblər. Qeyd edək ki, bu yaxınlarda kino ulduzu yenidən ata olacağını açıqlayıb

Bu serialın da adı başlamadan dəyişdirildi

Türkiyəli aktrisalar Mine Tugay, Bahar Şahin və Aslı Sümenin rol alacağı serialın adı dəyişdirilib. BİG.AZ xəbər verir ki, ekran işi artıq “Masum ve Güzel” yeribə “Gülümse kaderine” adlanacaq. Ekran işində Burak Sergen, Erkan Meriç, Sude Zülal Güler, Bahar Şahin və Doğan Bayrakta

“Yeşilçam” ulduzu tanınmaz halda – Fotolar

“Yeşilçam” ulduzu Zeynəb Deyirmencioğlunun son halı hər kəsin təəccübünə səbəb olub. BİG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Papatya”, “Ölümden de acı”, “Ayşecik”, “Öksüz kız”, “İki yavrucak”, “Çalıkuşu” kimi məşhur filmlərd

Amerikali məşhur aktrisa vəfat etdi

Amerikalı məşhur aktrisa Liz Şeridan vəfat edib. BİG.AZ xarici mətbuata istinadən xəbər verir ki, 93 yaşlı aktrisa Nyu-Yorkdakı evində yuxuda olarkən dünyasını dəyişib. O, təbii səbəbdən dünyasını dəyişib. Qeyd edək ki, L.Şeridab ‘Kocak’, “Alf”, “Saynfild” seriallarındakı obrazlar

Ağır xəstə olan Andrey Qubin son durumundan danışıb

Uzun illər ağır xəstəliklə mübarizə aparan məşhur rusiyalı müğənni Andrey Qubin səhhəti barədə məlumat verib. O, səs-küylü qonşuların ucbatından dörd otaqlı mənzilindən kirayə qaldığı bir otaqlı mənzilə köçmək məcburiyyətində qalıb. İfaçı maddi sıxıntılarından da danışıb. O, bu səbəbdən televiziyad

O, da Arasın serialında rol alacaq – FOTO

Türkiyəli aktyor Aras Bulut İynəmlinin baş rolunu canlandıracağı “Atatürk” serialında rol alacaq simalardan daha birinin kimliyi bəlli olub. BİG.AZ xəbər verir ki, ekran işində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası Zübeyde xanımı aktrisa Songül Öden canlandıracaq. Qey

Kiminsə səndən xoşlandığını bil

Birinin səni bəyənib-sevmədiyini anlamaq çətin ola bilər. Əgər insandan soruşmaqdan qorxursansa, axtara biləcəyin bəzi şeylər var ki, o, başqasının səni bəyəndiyini göstərir.

hərəkət kurs

Metod 1 Bədən dilinə diqqət yetirin

  • Qolları geri itələyir və biləklərini açır. Bu yaxşı əlamətdir və qadınların çoxu bundan xəbərsizdir. O, bədəninin ən həssas və həssas hissələrindən birini ifşa edir.
  • Aranızdakı məsafəni azaltmağa çalışır. O, bunu bir çox yolla edə bilər, məsələn, içkisini və ya menyusunu sizə yaxınlaşdıra bilər.
  • O, sənə toxunmağın yollarını tapır. Bəzi qadınlar bunu çox gözəl edir. Məsələn, o, “bura gəl” deyir və mobil telefonunda sizə proqram göstərir. Onların yanında olduğunuz zaman bədənləriniz toxunur.

Metod 2 emosiyalar

Dostlar “dostdan çox” ola bilərlər. Tez-tez olur. Biri digərinə qarşı sıx hisslər inkişaf etdirsə də, insanlar çox vaxt sadəcə dost olduqlarını düşünürlər. EKSPERT MƏSLƏHƏTİ

  • Çiyinlərinizə toxunur və sıxılacaq.
  • O, sviteri və ya paltosunu cəngavərliklə təklif edir.
  • Birlikdə olduğunuz insanlar haqqında zarafat edir.
  • Sizi daha tez-tez dəvət edir.
  • Sənin yanağından öpür və ya bunu xahiş edir.
  • Tez-tez kimin xoşuna gəldiyini soruşur.
  • Onun görünüşü ilə bağlı qeyri-müəyyənliklərdən danışarkən diqqətli olun. Özünü tənqid edir və cazibədar hesab etdiyiniz biri ilə müqayisə edir.
  • Dürüstlük ən uzun müddət davam edir. Mövzudan yayınma. Hissləriniz və dostluğunuza nə qədər dəyər verdiyiniz barədə birbaşa olun.

Metod 3 Utancaq və yöndəmsiz oğlan

  • Bu insanlar çox tez-tez görüşmürlər. Bu baş verərsə, bu, adətən uzunmüddətli bir əlaqə olacaq.
  • Bu cür insanları dostları ilə necə davrandıqlarına görə tanıyırsınız, qucaqlaşarkən necə davrandıqlarından fərqli olaraq.
  • Hərdən “hey” deyir, amma o qədər sakit deyir ki, çətin ki, başa düşəsən.
  • Onunla danışanda və ya toxunduqda qırmızı olur.
  • Onun sənə baxdığını görürsən. O üz çevirəndə, sən ona baxanda, sənə baxır.
  • O, həqiqətən köməyə ehtiyacı olmayan məsələlərdə kömək istəyir.
  • Sosial mediada sizinlə danışa bilməyəcəklər, amma internetdə etdiyiniz bir çox şeyi “bəyən” edin.
  • Çox vaxt bu, rədd edilmənin həyatın bir hissəsi olduğunu hələ dərk etməyən gənc insanlarda olur.
  • Sadəcə səni itələyir ki, sənə toxuna bilsin.
  • Başqa yerlər olsa da o sənin yanında oturur. Əgər cəsarətlidirsə, zaman keçdikcə sizə yaxınlaşacaq.
  • Sizə diqqət yetirdiyi üçün kədərli və ya qəzəbli olduğunuzu fərq edən ilk insandır.

Metod 4 Aşkar qucaqlaşma

  • Bəzi seçimlər etdikdə bu adamla diqqətli olun və onun sizi manipulyasiya edəcəyini hiss edirsiniz.
  • Demək olar ki, zəhlətökən olduğundan sizinlə danışır.
  • Etdiyiniz və ya ona dediyiniz ən xırda şeylərlə qızarır.
  • O, sizə baxır və bunu fərq etdikdə gülümsəyir və ya gülməli bir üz ifadə edir.
  • Söhbətə başlamaqdan qorxmur.
  • Birlikdə vaxt keçirmək istəyib-istəmədiyini soruşur və nömrəsini verir.
  • Əgər maraqlanmırsınızsa və onların sizdən xoşlandığını bilirsinizsə, onlara məhəl qoymayın! Hisslərinizlə açıq və dürüst olun. Ona hörmətlə yanaşın və ondan kənarda qalmayın.

Məsləhətlər

  • Utancaqdırsa, hissləri barədə danışmaz. Əgər ondan xoşunuz gəlirsə və sizdən xoşu gəldiyinə əminsinizsə, utanmayın və onunla danışın.
  • Kimsə “qız məsləhəti” və ya “oğlan məsləhəti” soruşursa, o zaman yəqin ki, səni bəyənir və səni tanımaq istəyir. O, sizinlə dost kimi necə davranacağını bilmək istəyir. Amma siz də onu sevirsinizsə, yavaş-yavaş alın, çünki bu, həmişə doğru deyil.
  • Əgər o səni rədd edirsə, ondan xoşuna gəldiyinə görə narahat olmamalısan. Gedin və yaşayın!
  • Bir kişi ayaqlarını sənə tərəf çevirəndə və barmaqlarını sənə tərəf yönəldəndə səndən xoşu gəlir.
  • Əgər sizi çox incidirsə, bu barədə onunla danışın. Ona hirslənməyin, sadəcə onunla danışın. O, sizə nə hiss etdiyini söyləyəcək və kobud olmayacaq. Heç bir duyğu incitməməlidir.
  • Onlarla daha çox fiziki əlaqə axtarın. Uyğunsuz olmayın. Ona sataşdığınız zaman və ya ona yaxınlaşarkən və ya oturarkən çiyinləriniz yüngülcə toxunduqda onu oynaq şəkildə izləyin. Özünüzü xüsusilə təhlükəsiz hiss edirsinizsə, sizə etdiyi bir şey deyəndə onu qucaqlayın. Onun toxunuşunuza reaksiyasına diqqət yetirin. Nə qədər tez-tez cavab verir? O, hətta onu çoxaldırmı?
  • Hissinizə güvənin. Əgər o, səndən xoşlandığını deyirsə, yəqin ki, belədir. O, sevgisinin bütün “zəruri” əlamətlərini göstərməyə bilər, amma instinktiniz tez-tez kiminsə sizə qarşı hissləri olub olmadığını söyləyir.

xəbərdarlıqlar

  • Əgər bağırsaq hisslərinizə güvənirsinizsə, bir insanın hisslərini öyrənmək istəyirsinizsə, öz qərəzinizə aldanmayın. Çox məyusluqların qarşısını ala bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.