Kimyagər əsəri
LDU-da bayram ovqatlı Novruz şənliyi
Kimyagər
Kimyagər – Braziliya yazıçısı Paulo Coelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.
Oxşar kitablar
Yeni dünya – Eckhart Tolle
Eckhart Tolle
Cild : Yumşaq
Gündəlik – Anna Frank
Anna Frank
Cild : Yumşaq
Varlı ata, kasıb ata
Robert T. Kiyosaki
Cild : Yumşaq
Dostları necə qazanmalı və insanlara təsir etməli
Dale Carnegie
Cild : Yumşaq
Üzüklərin Hökmdarı. İki qala (II hissə)
J.R.R.Tolkien
Cild : Yumşaq
Uğurlu satış üçün 55 məsləhət
Andrey Sizov
Cild : Yumşaq
Tarixin sonu və sonuncu insan
Frensis Fukuyama
Cild : Yumşaq
Tanrı illuziyası
Richard Dawkins
Cild : Yumşaq
Zülmətin Əlli Çaları – E. L Ceyms
E.L Ceyms
Cild : Qalın
Kitab oğrusu
Markus Zusak
Cild : Yumşaq
Orada Olacaqsanmı – Guillaume Musso
Guillaume Musso
Cild : Yumşaq
Məsumiyyət muzeyi – Orhan Pamuk
Orhan Pamuk
Cild : Qalın
Vətənə dönüş
Bernhard Schlink
Cild : Qalın
The Power – Güc – Rhonda Byrne
Rhonda Byrne
Cild : Qalın
Gündəlik
Çak Palanik
Cild : Qalın
Milyon dollarlıq vərdiş
Brian Tracy
Cild : Yumşaq
OTEL- Artur Hailey
Artur Hailey
Cild : Yumşaq
Şərq ekspresində qətl
Aqata Kristi (Agatha Christie)
Cild : Yumşaq
Heyvanıstan
Corc Oruell
Cild : Yumşaq
Love and Friendship – Jane Austen
Ceyn Ostin
Cild : Yumşaq
Kəlilə və Dimnə
Qanun nəşriyyatı
Cild : Yumşaq
Göy Yaqut – Şerlok Holms (Sherlock Holmes) macəraları
Artur Konan Doyl
Cild : Yumşaq
Sapiens / Bəşəriyyətin Qısa Tarixi
Yuval Noah Harari
Cild : Yumşaq
Stokda yoxdur
Molli Munun ağlagəlməz hipnotizm kitabı
Corciya Binq
Cild : Yumşaq
Rəylər
Admin Admin 11 December 2021
Yaxsi kitabdı oxumusam. əsas axırıdı (Samir Məmmədov)
Rəy yaz
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
Kimyagər əsəri
2019-11-02 17:24:00
İlahiyyat İnstitutunda “Kimyagər” əsəri müzakirə olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirləri davam etdirir. AzEdu.az xəbər verir ki, Aİİ-dən bildirilib ki, institutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə həftənin şənbə günləri ali təhsil müəssisəsində tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşması məqsədilə “Oxu günü” layihəsini həyata keçirir. Layihə çərçivəsində tələbə elm cəmiyyətinin təşkilatçılığı ilə braziliyalı yazıçı Paulo Koelhonun “Kimyagər” əsəri müzakirə olunub. Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaradılışın qayəsi olduğu əksini tapıb. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun əlamət rəmzi sayılması romanın qayəsini təşkil edir. İnsan əgər bu əlamətləri anlayarsa və öz yoluna davam edərsə, kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür. Gənclər romanın müzakirəsində fəal iştirak edib, əsərdən gəldikləri nəticələri bölüşüblər. Xatırladaq ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.
Bu bölməyə aid digər xəbərlər
“Heydər Əliyev İli”nin tələbə elmi konfransı keçirilib
2023-03-18 12:37:00
Universitetdə Çin mədəniyyətinə həsr olunmuş sərgi
2023-03-18 12:06:00
Mingəçevirdə tələbə və şagirdlər bayramı birgə qeyd ediblər
2023-03-18 11:36:00
LDU-da bayram ovqatlı Novruz şənliyi
2023-03-18 11:19:00
Rektor universitet heyətini təbrik etdi
2023-03-18 10:38:00
Rektor universitet kollektivini təbrik etdi
2023-03-17 18:24:44
Meksika şah memarlıq əsərləri AzMİU-da
2023-03-17 17:52:00
BMU-da bu tələbələr mükafatlandırılıb
2023-03-17 17:39:00
UNEC Novruz bayramını “Qocalar evi”ndə qeyd edib
Paulo Koelyo – Kimyagər romanı ilə tanışlıq və məzmunu
Dünya ədəbiyyatının incilərindən hesab olunan – Kimyagər (port. O Alquimista ). Brazilyalı qələm sahibi Paulo Koelyo (org. Paulo Coelho ) tərəfindən 1988-ci nəşr etdirilən roman bu gün ölkəmizdə də geniş oxucu kütləsi tərəfindən sevilib oxunan əsərlərdən biri hesab olunur. Əsərin nəşri ilə Coelho XX əsrin sonlarının ən çox oxunan çağdaş yazıçılarından birinə çevrildi. 42 ölkədə çap olunan və 26 dilə tərcümə olunan roman öz dövrünə görə bənzərsiz bir uğura imza atdı və bu əsərin çapı ilə Paulo Koelyo Latın Amerikasında Gabriel Garcia Marquezdən sonra ən çox oxunan müəllif oldu.
Kimyagər: Əsərimizin baş qəhrəmanı İspaniyada – Əndəlüsdə yaşayan çoban Santiagodur. Çoban olmamışdan öncə atası onun rahib olmasını və kilsədə xidmət göstərməsini istəyir. Amma o, rahib olaraq bir yerə bağlı olmaq və qapanmaq istəməz. Fərqli yerləri və fərqli insanları tanımaq və görmək istədiyini atasına bildirər. Atası ilə etdiyi söhbət sonrası ata oğlu ilə razılaşır və ona bir miqdar pul verərək “Bu pullara qoyunlar al və çobanlıq et” deyir. Əslində romanın giriş hissəsi bu şəkildə başlayır və daha sonra atası ilə olan söhbəti önə çəkilir. Sürüsünə çox bağlı olan qəhrəmanımız qoyunları ilə biri-birilərini başa düşdüyünü düşünür və özünü artıq məqsədinə çatmış hesab edir. Çoban azad ruhlu biridir və göy üzü hər gecə alovlandırdığı atəş ilə onun yorğanı olmuşdur.
Aradan bir müddət keçdikdən sonra qoyunların yunlarını qırxdırıb satmaq üçün şəhərə enər. Bir dükana daxil olaraq öz növbəsini gözləyir. Bu zaman ona bir qız yaxınlaşır və söhbət etməyə başlayırlar. Bu qız qoyunlarının yununu satmaq istədiyi şəxsin qızıdır və onunla söhbəti Santiagonun xoşuna gəlir. Ona həyatından və oxuduğu kitablardaki hekayələrdən bəhs edir. Lakin qız çox təəccüblənərək “Oxumağı bacarırsınız” deyə çobana sual verər.
Romanın məzmunun yarısına çatmışıq və tək gözə çarpan məqam müəllifin oxumaq bacarığının təəccüblü bir şey olduğuna və hamının bu bacarığa sahib olmamasına vurğu etməsidir.
Qız aşırı dərəcədə təəccüblənmişdir.. “Siz bir çobansınız oxumağı necə bacarırsınız?” deyə yenidən sual verir.
Əsərin növbəti hissəsində çoban bankda otururaraq növbə gözləyərkən yanında oturan insan haqqında “Görəsən oxumağı bacarırmı?” deyə düşünür.
Santiago qıza vurulur. O gün qoyunların yununu qırxdıqdan sonra dükan sahibi Santiagoya bir il sonra yenə gəlməsini söyləyir. Çobanımız dükandan ayrılır, amma ağlı dükan sahibinin qızında qalmışdır. Bir il sonra həmin gün dükana getməsi üçün səbirlə gözləyir.
Və günlər bir-birini əvəz edir. Santiagonun yenidən şəhərə enib dükana getməsinə son 3 gün qalmışdır. Hazırlıqlarını tamamlamaq və yeni kitab almaq üçün şəhərə enməyi qərara alır. Bu sırada bir yuxunu iki dəfə görməsi onu təsirləndirərək düşündürür.
Bu yuxunu yuxu yozan bir qaraçı qadına danışmaq istəyir. Qadın pulu başdan istədiyinə görə çoban peşimançılıq çəkir.Yuxusunu qadına danışdıqda isə qadın ona “Yaxşı yuxunu yozmaq üçün səndən pul istəmirəm, amma yozduqdan sonra xəzinəni tapsan 10%-ni mənə verəcən” deyir. Santiago yuxusunda piramidalar olduğunu və orada bir insanın ona kömək etməsindən sonra xəzinəyə sahib olduğunu xatırlayır.
Qadının yanından ayrılan Santiago bütün bunların oyun olduğunu düşünür. Bir bankda oturaraq kitabını mütaliə etməyə başlayır. Yanına yaşlı bir kişi əyləşir. Yaşlı şəxs ona nə oxuduğunu sual verərkən və kitabın adını oxumağa çalışarkən Santiago ona hirslənir. Sonradan bu insanın varlı bir kral olduğunu öyrənir. Kral ona çobanın başına gələnləri nağıl etdikdə Santiago çox təəccüblənir. ”Mənim bütün həyatımı necə bilə bilərsən?” deyə yaşlıya sual verir. Bu zaman yaşlı ona xəzinənin axtarışına çıxmasını, hər kəsin həyatda bir məqsədi olduğunu, hər şəxsin də bu məqsəd üçün mübarizə aparmasının mütləq olduğunu söyləyir və bir çox məsləhətlər verir. Çoban ilk öncə inanmaq istməsə də ona bu qədər məlumatı necə bildiyini sual edir. Bu zaman yaşlı insan ona çantasını açaraq biri ağ və biri qara rəngdə olan iki kiçik daş verərək bu daşların ən çətin anlarında çobana yol göstərəcəyini söyləyir. Santiago artıq seçim qarşısındadır. Ya eyni həyatı yaşamağa davam etməli, ya da yaşadığı yeri, qoyunları, aşiq olduğu və bəlkə də gələcəkdə evlənəcəyi qızı qoyaraq xəzinənin ardınca getməlidir.
Roman boyu Santiagonun bu cür çətin seçimlər qarşısında qaldığını və bu sırada ağlı ilə ürəyinin fərqli cəbhələrdə durduğunun şahidi oluruq.
Əsərdə, Şərq fəlsəfi fikrində altından xətt çəkilən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insan təbiətin bir parçası olduğu canlı boyalarla ifadə olunub. Heçnəyin təsadüf olmaması, hər bir hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın əsas qayəsini təşkil edir. Əgər insan bu əlamətləri anlayarsa və öz yolunu davam etdirərsə o zaman o bütün məqsədlərinə nail olar. Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər” əsərində Şərq fəlsəfəsi, dünyagörüşü və həyata yanaşılması tərəfindən ustalıqla işlənib. Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santiagonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsi çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və.s kimi oxumaq olur.
Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər.
“İnsanın yeganə həqiqi borcu- öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. ”
Comments are closed, but trackbacks and pingbacks are open.