Press "Enter" to skip to content

Kimyəvi maşın və avadanlıqların quraşdırılması və təmiri. dərslik

Texnoloji maşın və avadanlıqlar mühəndisi müxtəlif kompleks və mexanizmlərə xidmət göstərir, istehsal prosesinə nəzarət edir, detalların hesablanması və layihələşdirilməsi ilə məşğul olur. Mütəxəssis texnoloji avadanlıqların quraşdırılması və sazlanmasını, avtomatlaşdırılmış sistemlərin köməyi ilə mexanizm və detalları modelləşməsini, texniki ölçmələr aparılmasını həyata keçirir.
Tələbələr üçün əsas fənlər bunlardır: elektrotexnika və elektronika, layihələşmənin əsasları, tikinti materialları texnologiyası, texniki mexanika, metrologiya, materialşünaslıq, mühəndis qrafikası.
Mütəxəssisin peşəkar fəaliyyəti maşınqayırma və cihazqayırma, layihələşdirmə, istehsal və təkmilləşdirmə ilə əlaqəlidir. Texnoloji maşın və avadanlıqlar mühəndisi sənayenin hərbi, dağ-metallurgiya, kimya, qida, tikinti və nəqliyyat kimi istənilən sahəsində işləyə bilər. Bu istiqamətin mütəxəssisləri aparıcı mühəndis, müəssisə rəhbəri, usta, şöbə rəhbəri və s. kimi fəaliyyət göstərə bilər.
Daha çox göstər

Mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş prinsipi

Ən geniş yayılmış mətbəx avadanlıqlarına mexaniki və elektrik ətçəkən maşın, qəhvəüyüdən, mətbəx kombaynı, blender və s. aiddir.
Aşpazlıqda qiymə və ya çəkilmiş ətdən hazırlanmış yeməklər çoxdur və onlardan hər biri olduqca iştahaçan, dadlı və gözəl görünüşlüdür. Bu yeməklərin hazırlanması üçün ilk növbədə, çəkilmiş ət, yəni qiymə lazımdır. Qiyməni isə yalnız ətçəkən maşının köməyi ilə hazırlamaq olar.
Ətçəkən maşın əti xırdalamaq üçün mexaniki və ya elektromexaniki qurğudur. Ətçəkən maşın müxtəlif quruluşlu taxmaların (ağızlıqların) köməyi ilə bir çox digər əməliyyatları da yerinə yetirə bilər. Ətçəkən maşın XIX əsrdə baron Karl Drez tərəfindən icad edilmişdir.
Mexaniki ətçəkən maşın çox ehtimal ki, hər evdə var, çünki müasir elektrik ətçəkən maşınlar çox yaxın keçmişdə meydana çıxıb. Amma bu vaxta qədər Azərbaycan mətbəxində çəkilmiş ətdən kotlet, lüləkabab, küftə, müxtəlif növ dolmalar və s. bişirilib. İndi bütün mənzillərdə müasir cihazlar — blender, mətbəx kombaynı və ya mexaniki ətçəkən maşının varisi olan elektrik ətçəkən maşın olsa da, mexaniki ətçəkən maşın mətbəxdə məişət cihaz və texnikası arasında vacib yer tutur.
Ətçəkən maşın mətbəxtimizdə hələ də bir çox işləri yerinə yetirir və kiçik pay əti çəkmək, suxarını və soğanı xırdalamaq üçün saxlanılır. Əlbəttə, bütün bu işləri müasir məişət avadanlığının köməyi ilə də etmək olar, lakin bəzi evdar qadınlar mexaniki ətçəkən maşınlara daha çox etibar edirlər.
Ətçəkən maşının sxemindən görünür ki, o qədər də mürəkkəb quruluşa malik deyil.
Vint (1) dayağın (3) köməyi ilə masaya bərkidilir; şnekə* (9) vintin (4) köməyi ilə bərkidilmiş dəstək (2) sonuncu vtulkada* (5) və şnekin vtulkasında (11) fırlanır; şnekin (9) sonunda bıçaq (7) və metal tor (8) bərkidilmişdir ki, onlar da, öz növbəsində, şneklə birlikdə sıxıcı qayka (6) ilə tənzimlənir.
Texniki sistemin əsas elementi bıçaqdır. Onun vəzifəsi bütün texniki sistemin vəzifəsi kimi əti və digər ərzaqları xırdalamaqdan ibarətdir.
Dəstəyin (2) hərəkəti nəticəsində (şəkil 1) vint (4) və şnekin vtulkası (11) fırlanmağa başlayır. Fırlanmanın köməyi ilə hərəkət şnekə (5) ötürülür, o isə, öz növbəsində, ətçəkənin gövdəsi (10) boyu ətin irəliləməsinə şərait yaradır.
Şnekin üzərində bıçaq (7) yerləşdirilmişdir. Bıçaq əti kəsir, xırdalayır və onu sıxıcı qayka (6) ilə bərkidilmiş metal tordan (8) sıxaraq çıxarır. Gövdə (10) dayaq (3) və vint (1) hesabına bərkidilir.
Böyük gücə malik olmayan elektrik ətçəkən maşınlar bəzən sərt quruluşa malik ərzaqların xırdalanmasında çətinlik çəkir. Bu zaman mətbəxdə bu işin öhdəsindən məharətlə gələn mexaniki ətçəkən maşına ehtiyac duyulur.
Buradan cəsarətlə belə bir nəticə çıxarmaq olar ki, mexaniki ətçəkən maşınlarına hələ uzun müddət tələbat olacaq. Texnologiyalar inkişaf edir və insanlar elektrik ətçəkən maşınlarından geniş istifadə edirlər (şəkil 2). Elektrik ətçəkən maşınının iş prinsipi mexaniki ətçəkən maşında olduğu kimidir. Fərq ondadır ki, elektrik maşınında mexaniki dəstəyi elektrik mühərriki əvəz edir.

Ət ətqəbuledicidən şnekli konveyerə daxil olur, onun köməyi ilə tora sıxılır və sonra isə torun səthi ilə sürüşən bıçaqla kəsilir. Ətçəkən maşının ətqəbuledicisindəki tillər vasitəsilə şnek boyu keçmək üçün çox böyük ət parçasından kiçik ölçülü tikələr kəsilir.

Ətçəkən maşında ərzaqların xırdalanması fasiləsiz baş verir: ərzaq ətqəbuledicisinə qoyulur və tordan çıxır.

1. Elektrik ətçəkən maşını əti mexaniki ətçəkən maşına nisbətən daha tez xırdalayır, bu zaman vaxta qənaət edilir.
2. Elektrik ətçəkən maşını ətdə olan damarların öhdəsindən asanlıqla gəlir. Adi ətçəkən maşınında isə bəzən toru açmaq, bıçağı çıxartmaq, bıçağa dolaşmış damarları təmizləyib yenidən yığmaq lazım gəlir.
3. Elektrik ötürücüsü olan ətçəkən maşınlarının işləməsi üçün onları masaya kip bərkitmək lazım gəlmir. Onları, sadəcə, masanın üstünə qoyur və şəbəkəyə qoşurlar.
4. Təhlükəsizlik üçün məişət elektrik ətçəkən maşınları, adətən, daha dar və uzun ətqəbuledici boğaza malikdir və onların dəstinə barmaqların şnekə düşməsinin qarşısını alan itələyici daxildir.
Qəhvəüyüdən qəhvə dənələrini üyütmək üçün qurğudur. Məişətdə əl və elektrik qəhvəüyüdənlərindən istifadə edilir.
Qəhvəüyüdənin seçilməsi onun fəaliyyəti prinsipindən başlayır. Mexaniki qəhvəüyüdən əl gücü və dəyirmanın köməyi ilə dənələrin asta üyüdülmə prinsipindən istifadə edərək işləyir. Dad bilmə qabiliyyəti yüksək olan adamlar iddia edirlər ki, mexaniki qəhvəüyüdəndə üyüdülən qəhvə elektrik qəhvəüyüdənində üyüdüləndən daha ləzzətli olur. Çünki üyüdülmə zamanı qəhvə dənələri istinin təsirinə az məruz qalır. Deməli, üyüdülmüş qəhvənin ətri və xüsusiyyətləri itmir. Adi əl qəhvəüyüdəni, aralarındakı məsafə xüsusi vintin köməyi ilə dəyişdirilə bilən iki dəyirman daşından ibarətdir.
Vint nə qədər çox burulubsa, dəyirman daşları arasındakı məsafə bir o qədər az olur və üyütmə daha narın olur.
Dənləri iki dəyirman daşı arasına qıfla tökürlər, dəyirman daşlarından biri sərt bərkidilmişdir, digəri isə dəstəyin köməyi ilə fırlanır.

Bu gün satışda iş prinsipi, gücü, tutumu və s. kimi texniki parametrləri ilə fərqlənən müxtəlif əl və elektrik qəhvə- üyüdənləri var. Onların arasında elektrik qəhvəüyüdənlər əsas yer tutur. İki növ elektrik qəhvəüyüdəni var — bıçaqlı və dəyirman daşlı.

Bu kateqoriyaları təmsil edən modellər quruluşu, parametrləri və iş rejimi ilə fərqlənirlər.
Adətən, ən müasir qəhvəüyüdənlər hərəkətverici qüvvə kimi elektrikdən istifadə edirlər. Elektrik qəhvəüyüdənlər üyütmə zamanı ya bıçaqdan (blender, mikser prinsipi), ya da dəyirman daşlarından istifadə edirlər.
Bıçaqlı qəhvəüyüdənlər silindrşəkillidirlər, qoşulduqda fırlanan və qəhvə dənlərini xırdalayan bıçaqlarla təchiz edilmişlər.
Bu növ qəhvəüyüdənlərdə üyütmə dərəcəsini yalnız üyütmə vaxtını dəyişməklə tənzimləmək olar, qəhvəni nə qədər uzun müddət üyütsən, üyüdülmüş məhsul bir o qədər narın olacaq. İş ondadır ki, sürət düz mütənasib olaraq gücdən asılıdır, lakin qəhvə dənəciklərinin xırdalanması işində böyük sürət lazım deyil. Sürətin çoxalması dənəciklərin bərk qızmasına gətirib çıxarır, nəticədə qəhvə yanmış və acı dad verəcək. Bu halda qəhvəüyüdənin böyük gücə malik olması mənfi rol oynaya bilər. Qəhvəüyüdənin konteynerinin həcminin çox az olması əlverişli deyil, çünki bir neçə dəfə içini doldurmaq lazım gəlir.
Bıçaqlı qəhvəüyüdənlərin müasir modelləri mühərrikin qızmasından qorunması və işləyən cihazın qapağını açan zaman avtomatik sönməsi ilə təmin olunmuşdur. Həmçinin bıçaqlı qəhvəüyüdənlər şnur* üçün xüsusi bölmə ilə təchiz ediliblər. İşi bitirdikdən sonra şnur bölməyə yığılır ki, bu da çox əlverişlidir.
Dəyirmandaşlı qəhvəüyüdənlər başqa prinsiplə işləyirlər: cihaza quraşdırılmış konus və ya silindrşəkilli dəyirman daşları dənəcikləri sürtüb üyüdürlər. Dəyirman daşları yüksək möhkəmliyə malik materiallardan hazırlanır. Bunun üçün paslanmayan poladdan və ya titan örtüklü metal ərintilərindən istifadə edirlər. Bıçaqlı qəhvəüyüdənlərdən fərqli olaraq, dəyirmandaşlı qəhvəüyüdənlər iki konteynerlə təchiz ediliblər: konteynerlərdən biri qəhvə dənəcikləri üçün, digəri üyüdülmüş qəhvə üçün nəzərdə tutulmuşdur.
Dəyirmandaşlı qəhvəüyüdənlərin gücü bıçaqlı qəhvəüyüdənlərinkindən çoxdur, lakin bu sürətdə öz əksini tapmır. Bu qəhvəüyüdənlərdə sürət yüksək olunduğundan dənəciklərin əzilməsi zamanı ətirinin və digər xüsusiyyətlərinin saxlanılmasına imkan yaradır.

TƏHLÜKƏSİZ İŞ VƏ SANİTARİYA QAYDALARI
1. Elektrik ətçəkən maşının istifadəsinin uzunmüddətli olması üçün ətqəbulediciyə ətlə birlikdə sümük atma. Həmçinin yaxşı olar ki, əti orta böyüklükdə və mümkün qədər üzərində az miqdarda damar olan tikələrlə ətçəkən maşına daxil edəsən. Bu, bıçaqları yeyilmədən və həmçinin elektrik mühərrikini yüklənmədən qoruyacaq.
2. Bıçaqlar iti olmalıdır, bu mühərriki artıq yüklənmədən qoruyacaq və eləcə də ətçəkən maşınının istismar müddətini uzadacaq.

3. Əgər evinizdə kiçikyaşlı uşaqlar varsa, diqqət yetir ki, onlar əlini maşının ətqəbuledicisinə salmasın, belə ki, onun deşiyi nə qədər ensiz olsa da, uşağın əli orada ilişə bilər.





Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova

Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik

  • Teqlər:
  • mətbəx avadanlıqları
  • , ət çəkən
  • , qəhvəüyüdən

Kimyəvi maşın və avadanlıqların quraşdırılması və təmiri. dərslik

Texnoloji maşın və avadanlıqlar mühəndisi müxtəlif kompleks və mexanizmlərə xidmət göstərir, istehsal prosesinə nəzarət edir, detalların hesablanması və layihələşdirilməsi ilə məşğul olur. Mütəxəssis texnoloji avadanlıqların quraşdırılması və sazlanmasını, avtomatlaşdırılmış sistemlərin köməyi ilə mexanizm və detalları modelləşməsini, texniki ölçmələr aparılmasını həyata keçirir.
Tələbələr üçün əsas fənlər bunlardır: elektrotexnika və elektronika, layihələşmənin əsasları, tikinti materialları texnologiyası, texniki mexanika, metrologiya, materialşünaslıq, mühəndis qrafikası.
Mütəxəssisin peşəkar fəaliyyəti maşınqayırma və cihazqayırma, layihələşdirmə, istehsal və təkmilləşdirmə ilə əlaqəlidir. Texnoloji maşın və avadanlıqlar mühəndisi sənayenin hərbi, dağ-metallurgiya, kimya, qida, tikinti və nəqliyyat kimi istənilən sahəsində işləyə bilər. Bu istiqamətin mütəxəssisləri aparıcı mühəndis, müəssisə rəhbəri, usta, şöbə rəhbəri və s. kimi fəaliyyət göstərə bilər.
Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt
  • Сектор: Azerbaijan

Əlaqəli

Universitet 5

  1. Azərbaycan Texnologiya Universiteti
  2. Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  5. Azərbaycan Texniki Universiteti

Sabahdan 3-cü dozanı vurdurmayanlar bu yerlərə buraxılmayacaqlar – SİYAHI

Fevralın 15-dən etibarən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddətinin COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə müddətsiz olmasına dair qayda ləğv olunur.

Hazırda qüvvədə olan qərara əsasən, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi.

Ancaq fevralın 15-dən bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Eyni zamanda Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

Beləliklə, 2022-ci il fevralın 15-dən etibarən bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələri işçilərindən etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Bundan əvvəl isə 2022-ci il fevralın 1-dən etibarən bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi.

İşçilərinin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə olmanı təsdiq edən sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrinin siyahısı belədir:

1. Kommunal sahə üzrə:

1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;

1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;

1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.

2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;

2.2. liman xidmətləri;

2.3. logistika xidmətləri;

2.4. telekommunikasiya və rabitə xidmətləri;

2.5. poçt və kuryer fəaliyyəti.

3. Sosial sahə üzrə:

3.1. sosial xidmətlərin göstərilməsi;

3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti.

4. Ticarət və ictimai iaşə sahəsi üzrə:

4.1. topdan və pərakəndə ticarət;

4.2. ictimai iaşə;

4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

5. Turizm sahəsi üzrə:

5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;

5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti

6. Maliyyə xidmətləri üzrə:

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.