Böyrək çatışmazlığını bildirən 8 əlamət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir.
Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? – Nazirlikdən CAVAB
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.
Trend-i buradan izləyin
Bakı. İlhamə İsabalayeva – Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir.
Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin “Yaşılllıqların mühafizəsi haqqında” qanunla tənzimləndiyini deyən İ.İbrahimova əlavə edib ki, vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.
Nazirlik rəsmisi bildirib ki, yaşıllıqların qanunvericiliyə zidd olaraq kəsilib götürülməsi və zədələnməsi ilə əlaqədar törətdikləri inzibati xətaya görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 253.2, 253.3.1-253.3.3, 253.4, 253.5.1-253.5.3 və 253-1.1-253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq, tikinti və abadlaşdırma istisna olmaqla, yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər. Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar.
İ.İbrahimova qeyd edib ki, yaşıllıqların məhv edilməsinə görə təbiətə dəymiş ziyan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən hesablanılır. Qaydaya əsasən, məhv edilən ağacların diametri əsas götürülür, dəymiş ziyanın məbləği “tikinti və abadlaşdırma istisna olmaqla” və “tikinti və abadlaşdırma məqsədilə” qanun pozuntuları üzrə hesablanılır. Cinayət Məcəlləsində edilən dəyişikliyə uyğun olaraq dəymiş ziyan məbləği 1000 manat olduqda cinayət tərkibi hesab edilir. Belə olan halda təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndərilir.
İ.İbrahimova qeyd edib ki, qeyd olunan qaydalar, inzibati cərimə və ziyan tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yerləşən yaşıllıqlara şamil edilmir.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- İradə İbrahimova
- ağac
- ağaclar
Böyrək çatışmazlığını bildirən 8 əlamət
Böyrək çatışmazlığı kəskin və xroniki olmaqla 2 yerə ayrılır. Böyrək çatışmazlığı su-duz, eloktrolit və böyrəklərin azot balansının pozulması, kəskin toksiki zədələnmələr, göbələklərlə, dərmanlarla zəhərlənmələr, iltihabi proseslər, ürək-damar xəstəliklri, şəkərli diabet xəstəliyi zamanı əmələ gələ bilir. Xəstəliyin təhlükəli olması onun geri dönməyən patologiyalar əmələ gətirməsində və bütün orqanizm təsir edə bilməsindədir. Böyrək çatışmazlığı özünü aşağıdakı simptomlarla biruzə verir.
Bel hissədə ağrı
Bel hissədə sızıldayıcı və daimi olan ağrılar böyrək ağrılarıdır. Böyrək xəstəlikləri zamanı meydana çıxan ağrılar fiziki hərəkətlə əlaqədar olmur.
Üşütmə
Kəskin böyrək xəstəliyi zamanı böyrəklər eritropoetin sintez edə bilmirlər. Bu da qanda eritrositlərin miqdarının azalmasına səbəb olur. Qanda eritrositlərin aşağı düşməsi qan dövranı zamanı toxumaların normal qidalanmamasına səbəb olur ki, bu zaman xəstələr daima üşüyürlər. Kəskin böyrək çatışmazlığı xəstələri isti yay günlərində də isinmirlər.
Yorğunluq
Qanda eritrositlərin miqdarının aşağı düşməsi toxumaların oksigenlə qidalanmamasına səbəb olur. Bu zaman beyin də oksigenlə yetərincə qidalanmır və xəstələrdə xroniki yorğunluq əlamətləri meydana çıxır. Toxumaların oksigenlə qidalanmamsı səbəbindən bəzən əzələ və baş ağrıları, əzələlərdə qıcolmalar meydana çıxır.
Sidiyə çıxmada dəyişikliklər
- * sidiyin miqdarında azalma
- * sidiyə çıxmağa yalançı çağırışlar
- * sidik kisəsində təzyiq hissinin olması
- * qanda sidiyin olması
- * sidiyin rənginin tünd olmsı
- * sidikdə xoşagəlməz iyin olması
- * sidiyi saxlaya bilməmək
- * sidiyə çıxan zaman və çıxdıqdan sonra qaşınma, göynəmə hissi
- * sidikdə köpüyün olması
- * sidiyin qırıq-qırıq olması
- Ən təhlükəli əlamət sidiyin miqdarının az olmasıdır. Qəbul edilən mayenin hamısı orqanizmdən xaric olmadıqda toxumalarda yığılıb qalır.
- Şişkinlik
- Böyrək çatışmazlığı zamanı maye yığılıb orqanizmdə qaldığından bədəndə şişkinlik meydana gəlir. Bu xəstələrdə şişkinlik ən çox üzdə, əllərdə və ayaqlarda olur. Ayaqların isə ən çox daban hissəsində şişkinlik müşahidə edilir. Bədəndə şişkinlik müxtəlif xəstəliklər səbəbindən baş verə biir. Böyrək çatışmazlığı səbəbindən əmələ gələn şişkinlik aşağıdakı xüsusiyyətlərə malik olur.
- * şişkinlik yuxarıdan aşağıya doğru əmələ gəlməyə başlayır
- * qısa bir zamanda əmələ gələ bilir
- * dərinin rəngi solğun olur
- * şişkinlik orqanizmin həm hərəkətli, həm də yumşaq toxumasında meydana gələ bilir
- * şişmiş nahiyəni barmaqla basdıqda barmağı götürən zaman əmələ gələn iz tez itir
Səpgilər
Böyrək çatışmazlığı zamanı böyrəklərin funksiyası pozulduğuna görə toksiki maddələr orqanizmdən xaric ola bilmir və qana keçir. Bu zaman isə orqanizmdə zəhərlənmə əlamtləri meydana gəlir. Əlamətlər ən çox özünü dəridə qaşınmalarla biruzə verir.
Ağız dadının dəyişməsi
Qanda toksik maddələrin miqdarının artması xəstələrdə iştahanın azalmasına səbəb olur. Belə xəstələrin ağzında metal dadını xatırladan dad hissi meydana çıxır.
Ürəkbulanma və qusma
Böyrək çatışmazlığının əlamtlərindən biri də ürəkbulanma bə qusmadır. Bu böyrək toxumasının 80%-i zədələndikdə meydana çıxır. Xəstələr qusan zaman rahat olacaqlarının düşünürlər, amma, ürəkbulnama xəstəliyk ağırlaşdıqca artır.
Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən ən azı ikisi varsa mütləq böyrək həkiminə müraciət edin.
Qarındakı piyləri daha tez əritmək üçün nə etməli ?
Qarın bölgəsinin transverus abdominis və rektus, qarın yağlarını əritmək üçün əsas əzələ qrupudur.
Bəs qarındakı piyləri daha tez əritmək üçün nə etməli ?
Su
Vücudun 70 faizini su təşkil edir. Su metabolizmanı gücləndirir və kalori yandırmağa kömək edər.
Duzlu yeməklər
Çipsi, turşu və başqa duzlu çərəzlər kökəlməyə səbəb olur. Konservlərdə də adətən çoxlu duz olduğu üçün diqqətli olun.
Lif
Lifin ən vacib vəzifəsi bağırsaqları aktivləşdirərək vücudumuzda detoks təsiri yaratmaqdır. Üstəlik də tərkibində çox az kalori var.
Soyuducunu təmizləyin
Soyuducudakı bütün zərərli qidaları atın. Yağsız ət, təzə meyvə, tərəvəz və taxıl bitkiləri ilə əvəz edin. Fastfoodunlardan uzaq durmağa çalışın.
Meyvə suları kökəldir
Meyvə sularının tərkibində şəklər olduğu üçün piylənməyə səbəb olur. Meyvə sularını təzə meyvələrlə əvəz edin.
Yüksək karbohidratlara yox deyin
Qarın bölgəsinin əriməsini istəyirsinizsə, meyvə və tərəvəzlərdən ibarət yeməklər yeyin. Xəmir xörəklərindən və şirniyyatlardan uzaq durun.
Məşq
Məşqlər ürək döyüntüsünü yüksəldir və oksigen qəbulunu artırır. Beləcə yağ itkisi artacaq və qarındakı piylərdən xilas olacaqsınız.
Yoqa
Nəfəs alıb-vermə məşqləri eyni zamanda qarın əzələlərini də işlədir. Yoqa ilə məşğul olun!
Ağ düyüdən uzaq durun
Ağ düyü yerinə qəhvəyi düyü, tünd şəkər, yulaf yeyin.
Limon
Günə limonlu suyu içərək başlayın. Hər səhər limonlu su içərək qarındakı piyləri əridə bilərsiniz.
Sarımsaq
Hər səhər çiy sarımsaq yeyin sonra mixək çeynəyin və bir stəkan limonlu su için. Bu çəki itirməyə çox kömək edir.
Meyvə
Hər səhər və axşam bir kasa meyvə yeyin. Antioksidant qəbul edin.
Badam
Təkcə E vitamini ilə zəngin deyil, protein baxımdan zəngindir. Həm də uzun müddət tox qalmağa kömək edər.
Paxla
Mütəmadi olaraq paxla yeməklə vücudunuzu yağlardan qoruya bilərsiniz. Həm də uzun müddət tox saxlayır.
Xiyar
Kalorisi çox aşağıdır. 96 faiz sudan ibarətdir.
Alma
Alma uzun müddət tox saxlayır və liflərlə doludur. Eyni zamanda qidalandırıcı xüsusiyyəti var.
Nanə
Şəfalı bitkidir, sakitləşdirici xüsusiyyəti var. Həzm sistemini rahatladır. Qarın yağlarından xilas olmaq üçün nanəli çay için.
Sağlamlıq Baxılıb: 25995 Tarix: 18 iyun 2014
f Paylaş
Digər yazılar
Zeytun yağı haqqında və onun faydası
Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla
Ağrınız varsa nanə qəbul edin
Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları
Dəfnə yarpağının insana faydası
Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə
Yemişin faydası
Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort
Nar haqqında
Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd
Kakaonun insana faydası
Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara
Limonun çox faydalı 5 cəhəti
Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət
Qadınlarda ən çox görülən 6 xəstəlik
Qadınlar fizioloji strukturları həyatları boyunca bir çox xəstəliklə qarşı-qarşıya qalır. Qadınlar sağlamlıq problemləri zamanı, erkən müalicə ilə həllə qovuşa bilərkən, lazımlı müalicənin alınmadığı vəziyyətlərdə ciddi xəstəliklə
Köp və onun səbəbləri
Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir. Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmləri
Comments are closed, but trackbacks and pingbacks are open.