Vladını məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçirə bilməyənlərə ŞAD XƏBƏR – FOTO
hi ben sizin haranizam.. ben iranan bir dafa sizi gormak estarim nasil ulsa bir tak arezom sizi yakinnan gurmak dir
Maybach
Heftenin 7 günü, seher 9 – axşam 9 arası işlediyim son aylar yegane istirahetim, eve gelib bir tike yemek yeyib yatmamışdan önce Xatire-nin “Eşqin kitabı” mahnısı dinlemekdir. Musiqisi kimi sözleri de gözel olan bu mahnının klipine de eminem ki, çoxlarının üreyincedir. Deferlerle, ard-arda qulaq assam da doymadığım, bezmediyim, tenqide, terife heç ehtiyac duyulmayan bir mahnı. Yükleyin, dinleyin, hezz alın.
Xatire İslam “Eşqin kitabi”
Sanki zencir vurulub bu saat qollarıma
Sepilib qare tikan, ele bil yollarıma
Feleyin çerxi dönüb, gözümün nuru sönüb
Ürek halsız döyünür, yaşamaq eşqim ölüb
Budur eşqin kitabı, olmayaydı bele kaş
Hem onu bağlamışam, hem de ki, qelbime daş
Ağlıma gelmez idi, ehdi yarım qıracaq
Mene bu vurduğu od, özünü yandıracaq
Ele bil ömrü boyu bilmemişem, bilmemişem
Sanki dünyaya men heç baxmamışam, görmemişem
Bu heyatın yoludur, yaxşı-yamanlarla dolu
Bunların ferqini men görmemişem, bilmemişem
Bu şirin gözlediyim nağılın bax sonuna
Meger iblisdirmi o, girib insan donuna
İnanıb xoş sözüne, ona verdim canımı
Pozdu xaincesine ehdimi, peymanımı
Budur eşqin kitabı, olmayaydı bele kaş
Hem onu bağlamışam,hem de ki, qelbime daş
Ağlıma gelmez idi, ehdi yarım qıracaq
Mene bu vurduğu od, özünü yandıracaq
Ele bil ömrü boyu bilmemişem, bilmemişem
Sanki dünyaya men heç baxmamışam, görmemişem
Bu heyatın yoludur, yaxşı-yamanlarla dolu
Bunların ferqini men görmemişem, bilmemişem
This entry was posted on March 4th, 2007 at 20.49:19 by Maybach and is filed under Lyrics World.
21 comments
Comment from: aydinchik [Visitor]
salam blog ehli necesiz? maybach, bu mahnini esidende hemise bibim oqlu Royal yadima dusur hemise bu mahniya qulaq asirdi bize gelen kimide komputere xod verib ancaq bu mahniya qulaq asir. menimse nese xosum gelmirdi bu mahnidan. sonra sevdiyim qizdan ayrilandan sonra xosuma gelmeye basladi bu mahni amma mene gelirki bu mahni biraz sevgiden eziyet cekenlere xos gelir he maybach.
04. 03. 07 @ 23:16
Comment from: MINISTER_of_NS [Visitor]
salamlar, ay aydinchik, ay May, bu ne mahnidi qulaq asirsiz. men hele de meettelem siz nece olub da hele sagsiz? ne ecceb intihar elememisiz? heyatimda bele agir, ureye milyon tonluq agirliq veren, heyata bu qeder kusduren, insani bu qeder aciz, yashami anlanmsiz eden 1 mahni eshitmemishdim. urek lazimdi bu mahniya dozmeye Vallah. besdir daha bedbinlik!! nikbin baxmaq lazimdi heyata!
05. 03. 07 @ 04:05
Comment from: Maybach [Member]
aydinchik, mumkundur 🙂 MINISTER_of_NS, eynile bu sozlerin hamisini men sene, europa + radiosunda dinlemeye meslehet gorduyun mahnilar haqqinda deye bilerem 🙂 Nece deyerler, her kesin zovqu ferqlidir, her kes o mahnini sever ki, ona, heyatina ve s. uygun olsun.
05. 03. 07 @ 09:14
Comment from: MINISTER_of_NS [Visitor]
maybach, men o menada demedim. yani ki, bu mahnini dinleyende ustume sanki 1 agirliq chokdu. ve ister istemez bu insanin shuuralti olaraq davranishina, ehvalina tesir edir. odur ki, bele agir mahnilari dinlemekle ozunuzun, heyata olan baxishinizin deyisheceyi ehtimalinin oldugundan bele dedim. nece deyeller, sizin yaxshiliginin uchun deyirdim, ve menden sadece demekdi. o ki qaldi europa + ‘a bu heqiqeten de 1 nomreli radiodu ve ordaki mahnilar eksine dinamikliyi ile heyatda nelerise etmeye istek yaradir insanda, neinki bu mahni. bunu dinleyende sadece olumu dushundum, ne zaman tezlikle oleceyimi.. neyse, fikirler muxtelifdi.
05. 03. 07 @ 09:24
Comment from: bakinka_v_NY [Visitor]
Maybach,chox xoshuma geldi
05. 03. 07 @ 09:33
Comment from: AngeL_Blue [Member]
Cox sevdiyim bir mahni ve sevdiyim bir ifaci. Ancaq son gunlerde olan bedbinliyime biraz da bedbinlik getirdiyi ucun dinleye bilmirem.Tessuf.
05. 03. 07 @ 13:54
Comment from: Exobala [Visitor]
Duzunu deyim, axir vaxtlar musiqiden hezz almaq ucun dinlememishem. Sadece, evdekiler, ishdekiler dinlediyi ucun qulaq misafiri olmusham. Fotoqraf, bu mahnini eshitmishdim, ama bele diqqetle qulaq asmamishdim. Mahnida ayriliqdan danishilsada, men acili shirinli bir Sevgi yashamaq istediyimi anladim, heqiqeten. Ele bil ömrü boyu bilmemişem, bilmemişem Sanki dünyaya men heç baxmamışam, görmemişem Bu heyatın yoludur, yaxşı-yamanlarla dolu Bunların ferqini men görmemişem, bilmemişem. Bax, ele bu ferqi gormek ucun Sevgi yashamaq istedim. Ela sozlerdi. Eshqin kitabinda mene aid olan sehifeni tapib, oxumaq istedim, ama hele boshdu yeqinki. 🙂 belke de yox..
05. 03. 07 @ 14:37
Comment from: sensitive [Visitor]
Men geldim 🙂 Duzu evvel hech vaxt bu mahniya diqqetle qulaq asmamisham ammma indi qulaq asdim. duzdur adam kederlenir amma bir yandan da sevgi gozel oldugu uchun xosh ehval-ruhiyye yaranir. hamiya saf, lekesiz sevgi arzu edirem. Sevib sevilmek dileyi ile.
05. 03. 07 @ 16:19
Comment from: Qonaq [Visitor]
Xatire bilseydi sevinerdi. Mahnı yaxşıdı. Amma musiqi evvelki ile oxşardı
05. 03. 07 @ 19:10
Comment from: Qonaq [Member]
Bir de ki, şerin kupletleinde bir söz bir neçe defe tekrarlanır. Bu da düzgün deyil Meselen Ele bil ömrü boyu bilmemişem, bilmemişem Sanki dünyaya men heç baxmamışam, görmemişem Bu heyatın yoludur, yaxşı-yamanlarla dolu Bunların ferqini men görmemişem, bilmemişem P.S. Göründüyü kmi burda bilmemişem sözü 3 defe tekrarlanıb. Hamısı da tebii ki, eyni menada. Meselen sözler var ki, 1 şerde 1 soz defelerle işlenir ve müxtelif menada. Meselen YANAR sözü. Yanar – odda yanmaq. Va ya qelbin baş veren hadiseye mecazi menada yanması. Bu cür misallar çox çekmek olar. Musiqi ise pis deyil yaxşıdır.
05. 03. 07 @ 19:26
Comment from: ilgar mirza [Visitor]
salam, Zovqler muxtelifdir. Menim hech vaxt bele mersiye tipli aglashma mahnilardan xoshum gelmeyib. Shexsi fikrimdir: musiqisi de, aranji da bir kopuykluk deyil. Sozleri de xususi bir shey deyil. Umumiyetle, men bedbin ruhlu musiqileri qetiyen xoshlamiram ve onlardan qachiram. Insan psixikaisna tesiri gucludur. Mahnini beyenenlerden uzr isteyirem.
06. 03. 07 @ 04:22
Comment from: Maybach [Member]
MINISTER_of_NS, mahnilarin dinamikliyi her insana bir cur tesir edir 🙂 Meselen, menim qardahsim rock dinleyir, bundan hezz alir, men ise omrunde rock-a qulaq asa bilmerem. bakinka_v_NY, beyendiyine sevindim 🙂 AnGeL_Blue, seni ise burada gormeyime sevindim. Munasibet bildirenlere bir daha teshekkurler. Turkler demish, musiqi evrenseldir, ve her kesin bir zovqu var.
06. 03. 07 @ 09:15
Comment from: MrXXX [Member]
O qederde xosuma gelmir
07. 03. 07 @ 18:34
Comment from: Sun_Set [Visitor]
ay may,men bunun bu mahnisini ska4at eledim..ama bele desek lezet elemedi:(yuxu tuturdu lap adami.sozleri mena kesb ede biler,ama musiqisi..apar tulla:(
12. 03. 07 @ 17:50
Comment from: PASHA [Visitor]
SELAM KARDEŞLERİM! BEN COSKUN TURKIYEDEN KARDESINIZ BU SARKIYI DINLEDIM OLMAZ BOLE GÜZEL BİR ŞARKI COK GÜZEL BİR PARÇA HERKEZIN SARKIDA GECEN EMEGİ İCİN TESSEKKUR EDERİZ
05. 07. 07 @ 08:35
Comment from: rauf [Visitor]
seni sevirem xatire
21. 10. 07 @ 20:32
Comment from: TURAN [Visitor]
salam necesiz? mene albomunuzu gondere bilersiz? adresim: polad666@box.az men sizin perestiskarinizam! en cox sevdiyim mugenni sizsiz! sekilinizi gondere bilersiz? gozleyecem! imza: Samaxidan Turan
02. 01. 08 @ 07:16
Comment from: shahram_dj [Visitor]
hi ben sizin haranizam.. ben iranan bir dafa sizi gormak estarim nasil ulsa bir tak arezom sizi yakinnan gurmak dir
10. 03. 08 @ 12:25
Comment from: Maybach [Member]
PASHA, turklerin bizim qardaşımız olmaları boş söhbetdir. rauf, heyf ki, Xatirenin bu sevgiden xeberi yoxdur. TURAN, boş boş danışma. shahram_dj, arzulamağında ol. Atash, tebrike göre sağ ol.
Övladını məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçirə bilməyənlərə ŞAD XƏBƏR – FOTO
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb.
BAKU.WS xəbər verir ki, üzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.
Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.
Onu da qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.
Qədim dövr Azərbaycan ədəbiyyatı
Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.
Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı — “Dünyanın yaranması”, “Türklərin törəyişi”, “Oğuz xaqan”, “Alp Ər Tonqa”, “Ərgənəkon”, “Köç” onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaradılmış bu əsərlərdə ulu babalarımızın təfəkkürü, dünyaya, həyata baxışı, mədəni ənənələri bədii ifadəsini tapmışdır. Bizə çatan nümunələrdən məlum olur ki, onlar məzmunca fərqli, rəngarəng olmuşdur.
Məsələn, “Yaradılış” dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb. Əsərdə Tanrı Qara xan obrazı yaradılıb. Dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı, bədxahlıq da mövcuddur. Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün yeddinci qatında oturub kainatı idarə edən Tanrı türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirir.
Qədim türklərin soykökünü təşkil edən el və tayfa birləşmələri Yaxın Şərqdə yaşayan xalqlarla sıx iqtisadi, mədəni əlaqədə olmuşlar. Bu əlaqə eyniköklü xalqların birində yaranmış söz sənəti nümunələrinin digər xalqlar arasında da geniş yayılmasına səbəb olmuşdur. Belə əsərlərdən biri olan “Avesta” atəşpərəst Azərbaycan türklərinin də dini kitabı idi. “Avesta”nın müəllifi Zərdüşt peyğəmbərdir. Əsərin özəyi sayılan, bədii təfəkkürün məhsulu olan “Qatlar”da ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hislər bədii dillə əks etdirilir. Əsərdə Xeyir allahı Ahura Məzda (Hörmüz) ilə Şər allahı Əhrimənin (Anqramanyu) mübarizəsindən söz açılır. Xeyir allahı Hörmüz bütün yaxşılıqların — işığın, sağlamlığın, odun, həyatın yaradıcısıdır. Yalan, zülmət, ölüm, xəstəlikləri isə Şər allahı Əhrimən yaratmışdır. Onların mübarizəsi işığın qaranlıq, xeyirin şər üzərində qələbəsi ilə nəticələnir. “Avesta”da insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. Atəşpərəstlər müqəddəs saydıqları oda sitayiş edir, onun vasitəsilə pisliklərdən qurtulmağın mümkünlüyünə inanırdılar. Zərdüştiliklə bağlı olan bir sıra adətlər — odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun (tonqalın) üstündən atlanma və s. dövrümüzə gəlib çatmışdır.
Eposun yaranma tarixi kimi, nə vaxt yazıya alınması da fərqli şəkildə izah olunur. Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi, bədii söz sənətimizin ilk mükəmməl ədəbi-bədii hadisəsi olan “Kitabi-Dədə Qorqud” islamiyyətdən çox-çox öncəki “Oğuznamələr” silsiləsinə daxil olsa da, ana dilimizin abidəsidir. Onun yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb, yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi. Bu qiymətli abidə təkcə dilimizi, tariximizi yox, bütövlükdə xalqımızın mənəviyyatını, psixologiyasını, həyata baxışını və s. öyrənmək, dəyərləndirmək üçün mötəbər mənbədir.
VII əsrin ortalarından Ərəbistanda yaranan güclü islam dövləti bir çox ölkələri islam bayrağı altında istila etdi. Azərbaycan da kənarda qalmadı. Ölkəmizə hücum edən ərəblər xalqın ciddi müqaviməti ilə qarşılaşdılar. Çətinliklə də olsa, ölkə işğal olundu. İslamın qəbulundan sonra müxtəlif bölgələrdə mədrəsələr açıldı. Məqsəd islam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi
Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbül-Abbas əl-Əma kimi sənətkarlarımızın yaradıcılığında vətənpərvərlik, doğma yurda bağlılıq hislərinin ifadəsinə geniş yer verilirdi.
Ədalət — zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz onların əsərlərində əksini tapan məsələlərdən idi. Bu sənətkarların təbiət mövzusunda yazılmış əsərlərində yenilik axtarışları, səmimilik, lirizm özünü aydın göstərirdi.
Ərəb xilafəti zəiflədikdən sonra Yaxın və Orta Şərq ölkələrində, saraylarda fars dili geniş yayılmağa başladı. Azərbaycanda XI əsrin ortalarından başlayaraq, farsca yazmaq ənənəsi yarandı. Saray ədəbiyyatında qəsidənin mədhiyyə, həcv, mərsiyə, fəxriyyə kimi növlərinə geniş yer verilir, dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Mədhiyyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır, onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət edilirdi. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai-fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya baxımından türk-Azərbaycan dünyagörüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbül-üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani kimi şairlər məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncələrin ifadəsinə lirik şeirlərində geniş yer verirdilər. Bu sənətkarların yaradıcılığında ictimai-siyasi problemlər, humanist ideyalar da əksini tapırdı.
XI əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Q.Təbrizinin irsi “Divan”dan və “Ət-təfasir” adlı farsca lüğətdən ibarətdir. Şairin “Divan”ına mədhiyyələrlə yanaşı, məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. Gəncədə və Təbrizdə yazıb-yaratmış şairin Təbrizdə baş vermiş zəlzələ haqqında iki mənzuməsi bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi dəyərlidir.
M.Gəncəvi XII əsr ədəbiyyatımızda ictimai-fəlsəfi məzmunlu rübailəri ilə şöhrət tapmışdır. Bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkçi insana verdiyi yüksək dəyəri əks etdirir. Bu nümunələrdə insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır.
Ə.Xaqaninin “Divan”ındakı ictimai-fəlsəfi məzmunlu şeirlərdə, “Töhfətül- İraqeyn” poeması, “Mədain xərabələri” qəsidəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Ədəbiyyatımızda ilk poema olan “Töhfətül-İraqeyn” əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də əksini tapmışdır. Üsyankar təbiətli şair saraydan, hökmdarlardan üz çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir:
İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.
“Mədain xərabələri” qəsidəsində şair Sasani hökmdarlarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrünün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür.
Şairin əsərlərində doğma yurduna məhəbbət, ondan ayrılığın doğurduğu şikayət motivləri güclüdür:
Şamaxı! Ey mənim sevimli yurdum!
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.
Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin “Xəmsə”si məzmunu, bədii forma kamilliyi, humanist ideyaların ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının, intibah dövrünün zirvəsi sayılır. Nizami yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə Yaxın Şərq ədəbiyyatının inkişafına istiqamət vermişdir.
- Teqlər:
- ədəbiyyat tarixi
- , ədəbiyyatşünaslıq
- , ədəbiyyat
- , Azərbaycan ədəbiyyatı
- , ədəbiyyat nəzəriyyəsi
Comments are closed, but trackbacks and pingbacks are open.