Press "Enter" to skip to content

Kitabxana informasiya faliyytinin marketinq v menecmenti

Kitabxana marketinqinin əsas məqsəd və vəzifələri tam oxucu məmnuniyyətini təmin etmək, maksimum istehlaka nail olmaq, bazarın profil seqmentində möhkəmlənmək, məhsul və xidmətlərin optimal seçiminin təmin edilməsi, perspektivli tələbin inkişafı, müsbət bir görüntünün yaradılması və qorunmasıdır. Qərb ölkələrində kitabxana və informasiya fəaliyyəti ölkəmizdən fərqli olaraq daha geniş şaxələnmiş formadadır və bu fəaliyyətlə qeyri-kommersiya müəssisələri ilə yanaşı, kommersiya şirkətləri də məşğul olur. Buna görə də bu ölkələrdə kitabxana və informasiya fəaliyyətinin marketinq fəaliyyəti çoxaspektlidir. Təəssüf ki, ölkəmizdə kitabxana marketinqinin tətbiqi məcburi və sistemli olmayıb, kitabxana rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilir. Marketinq texnologiyalarının kitabxana fəaliyyətinə daxil etməklə, kitabxanalarımızda kommunikasiya siyasətini təkmilləşdirmək, marketinq planlaşdırma və nəzarətini, kitabxana və informasiya məhsul və xidmətlərinin bazar analizini uğurla həyata keçirmək mümkün olardı.

Kitabxana informasiya faliyytinin marketinq v menecmenti

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

İnformasiya sistemləri menecmenti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Kitabxana informasiya faliyytinin marketinq v menecmenti

Kitabxanaçılıq ən qədim sahələrdən biridir. Hazırda informasiya cəmiyyətinə keçid fonunda kitabxana işində informasiya kommunikasiya texnologiyalarının tətbiqinin geniş imkanlara malik olması “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə ixtisaslaşmış kadrlara ehtiyac yaranmışdır. Bu ixtisas məzunları kitabxanaların qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Kitabxanaçı kitabxana fondunun mənimsənilməsində, kataloqlar, arayış və məlumat fondlarının yaradılmasında, ədəbiyyatın və oxunuşun populyarlaşmasında iştirak edən və əlbəttə ki, kitabxana ziyarətçilərinə xidmət edən bir kadrdır. Bu ixtisas sahiblərinə zəka və erudisiyanın əhəmiyyəti daha çoxdur, çünki bu mütəxəssislər yaxşı oxumalı və hər hansı bir istiqamətə aid məlumatları tapmaq üçün ən optimal variantları seçməyi bacarmalıdır.

İxtisasın tarixi

Kitabxanaçılıq – informasiya fakültəsi Kitabxanaçılıq şöbəsi kimi 1947- 48 – ci tədris illərində BDU-nun Filologiya fakültəsinin nəzdində təşkil olunmuş, bununla da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası qoyulmuşdur. 2003 – cü ildə isə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilərək Kitabxanaçılıq və İnformasiya fakültəsi olmuşdur. Dünyada isə 1960 – cı ilin sonlarına qədər yalnız “kitabxanaçılıq” ixtisası üzrə ali səviyyədə deyil əsasən təlimlər və .s formada təhsil geniş yayılmışdır. 1964 – cü ildə isə ixtisasın adına” informasiya” sözü də əlavə edilmişdir. Bunu edən ilk universitet isə Pitsburq universiteti olmuşdur

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ İstifadəçilərin kitabxananın müxtəlif resursları ilə tanış edilməsi;
  • ➝ Kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatının aparılması;
  • ➝ Kitabların vəziyyətinə nəzarət. Ədəbi nəşrlərin lazımi təmir işlərinin aparılması.
  • ➝ Müəllim və şagird heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
  • ➝ Bu və ya digər şəkildə ədəbiyyatla əlaqəli seminarlar, sərgilər, mühazirələr, yazıçılarla görüşlər və digər tədbirlər keçirmək;
  • ➝ Kitabxana tədbirlərində fəal iştirak etmək;
  • ➝ Kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək;
  • ➝ Ziyarətçilərlə ünsiyyət, ehtiyaclarını, ədəbiyyat tövsiyələrini müəyyənləşdirmək. Bütün bunlar yüksək ünsiyyət bacarığı və savadlı bir dialoq aparmaq bacarığı tələb edir;
  • ➝ Kitabları çeşidləmək və təsnif etmək üçün bir uyğun metodun yaradılması;
  • ➝ Müəssisənin ehtiyaclarına uyğun olaraq yeni kitabların alınması üçün sifariş vermək;
  • ➝ Oxu zalında nizamın qorunması təmin etmək;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər İnstitutu

Bu ixtisas üzrə harada çalışmaq olar?

Bu ixtisasın məzunları ölkədə :

  • ➝ F.Axundov adına Azərbaycan Milli Kitabxanasından başlamış kənd kitabxanalarına qədər respublikanın bütün kitabxana şəbəkələrində çalışa bilərlər (statistikaya əsasən ölkədə 3000-ə yaxın kütləvi kitabxana fəaliyyət göstərir);
  • ➝ İxtisas məzunları respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi kitabxanalarında çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Yüksək ünsiyyət bacarıqları;
  • ➝ Analitik düşüncə bacarığı;
  • ➝ Təşkilatçılıq bacarıqları;
  • ➝ Erudisiya və intellektual inkişafın ümumi səviyyəsinin yüksək olması;
  • ➝ Monoton hərəkətlər edərkən konsentrasiyanı uzun müddət saxlaya bilməli bacarmaq;
  • ➝ Kitabxananın idarəedilməsində təcrübə və müəyyən biliklər;
  • ➝ Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
  • ➝ Müvafiq kompyüter bilikləri (MS Word, MS Excel, MS Power Point və s.);
  • ➝ Azərbaycan dilini mükəmməl bilmək, əlavə olaraq rus və ingilis dilləri (üstünlükdür);
  • ➝ Kollektivdə bir komanda olaraq işləmək bacarığı;
  • ➝ Kitabxanaçı qəti, sakit, balanslı olmağı bacarmalıdır.

İxtisasın gələcəyi

İxtisas sahibləri bakalavr təhsilindən əlavə olaraq bu ixtisas üzrə təhsillərini magistratura və doktorantura pilələlərində davam etdirərək uğurlu akademik karyera qura bilərlər. Belə şəxslər bu sahə üzrə rəhbər işlərdə, elmi vəzifələrdə çalışa bilərlər. Ümumiyyətlə, 2014 – cü ildən 2018 – ci ilədək ölkədə kütləvi kitabxanaların sayında azalma müşahidə edilmişdir, müasir dövrdə elektron kitabxanaların yaradılması prosesi də sürətli şəkildə davam edir. Bu məsələlər ixtisasın gələcəyi barədə əsas risk faktorlarından hesab edilir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq 250 – 700 AZN aralığında dəyişir.

“Kitabxana informasiya fəaliyyətində rəqəmsal marketinq” adlı kitab nəşr olunub

Kitabxana marketinqinin əsas məqsəd və vəzifələri tam oxucu məmnuniyyətini təmin etmək, maksimum istehlaka nail olmaq, bazarın profil seqmentində möhkəmlənmək, məhsul və xidmətlərin optimal seçiminin təmin edilməsi, perspektivli tələbin inkişafı, müsbət bir görüntünün yaradılması və qorunmasıdır. Qərb ölkələrində kitabxana və informasiya fəaliyyəti ölkəmizdən fərqli olaraq daha geniş şaxələnmiş formadadır və bu fəaliyyətlə qeyri-kommersiya müəssisələri ilə yanaşı, kommersiya şirkətləri də məşğul olur. Buna görə də bu ölkələrdə kitabxana və informasiya fəaliyyətinin marketinq fəaliyyəti çoxaspektlidir. Təəssüf ki, ölkəmizdə kitabxana marketinqinin tətbiqi məcburi və sistemli olmayıb, kitabxana rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilir. Marketinq texnologiyalarının kitabxana fəaliyyətinə daxil etməklə, kitabxanalarımızda kommunikasiya siyasətini təkmilləşdirmək, marketinq planlaşdırma və nəzarətini, kitabxana və informasiya məhsul və xidmətlərinin bazar analizini uğurla həyata keçirmək mümkün olardı.

AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan “Kitabxana informasiya fəaliyyətində rəqəmsal marketinq” adlı yeni kitab bu sahədə ana dilimizdə ədəbiyyatın yoxluğu problemini aradan qaldırmaq üçün yazılıb. Kitab rəqəmsal kitabxana marketinqinin bütün əsas müasir və ənənəvi aspektlərini nəzərə alan ilk Azərbaycan dilli kitabdır. Kitab rəqəmsal marketinqini məntiqi ardıcıllıqla öyrənməyə və onun ən vacib cəhətlərini mənimsəməyə imkan verən aydın quruluşa malikdir. Materialın təqdimatı yüksək dərəcədə detallarla seçilir. Kitab əsasən nəzəri materiallardan ibarətdir, lakin burada həm nümunələr, həm də tövsiyələr var ki, bu da kitabın yalnız nəzəri deyil, həm də praktiki dəyərə malik olduğunu təsdiq etməyə əsas verir. Kitab universitet tələbələri, müəllimlər, marketinq və marketinq tədqiqatları ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.

Comments are closed, but trackbacks and pingbacks are open.