Press "Enter" to skip to content

KİV haqqında” qanuna dəyişiklik edilir

AzVision.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

“KİV haqqında” qanun ləğv olunur

Yenisabah.az xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, “Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur:

“Bu qanuna ehtiyac var idi. Yeni qanun mediada yaranmış hərc-mərcliyi aradan qaldıracaq, medianın cəmiyyətdə yerini və rolunu beynəlxalq standartlara uyğunlaşdıracaq. Əminəm ki, qanun layihəsi qəbul olunacaq. Bununla media sahəsində qanunvericilik baxımından yeni mərhələ başlayacaq”.

Ə. Amaşov hesab edir ki, yeni qanun layihəsi qəbul edilən kimi qüvvədə olan qanuna ehtiyac qalmayacaq:

““Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ləğv ediləcəyini demək hələlik tezdir. Çünki yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmalı, təsdiq edilməlidir. Amma “Media haqqında” qanun layihəsi qəbul edilərsə, çox güman ki, “KİV haqqında” köhnə qanuna ehtiyac qalmayacaq”.

“KİV haqqında” qanuna dəyişiklik edilir

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasının gündəliyinə üç məsələ salınıb.

Oxu.az-ın xəbərinə görə, bunlar Ombudsmanın illik məruzəsi, o, cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” və “Müəllif hüquqları və əlaqəli şəxslər haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) “Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır:

“Dövri mətbuat nəşrlərində yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yeni məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur: yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır”.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur:

“Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

Xankəndi

AzVision.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov məlumat verib.

Qeyd olunub ki, qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək.

Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: “yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir”.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Cinayət törətməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsə qoyularaq qəbul olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.