Press "Enter" to skip to content

Cammu və Kəşmir problemi ilə əlaqədar sabah BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxışı zamanı Dağlıq Qarabağ və Kəşmir münaqişəsi ilə bağlı məsələlərə toxunub.

Kəşmir münaqişəsi bmt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxışı zamanı Dağlıq Qarabağ və Kəşmir münaqişəsi ilə bağlı məsələlərə toxunub.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan Dağlıq Qarabağın BMT qətnamələrinə baxmayaraq hələ də işğalda saxlanılmasına diqqət çəkib:

“Dünyamızın ədalətli və hüzurlu gələcəyi üçün əsas məsələlərdən biri Cənubi Qafqazın problemli bölgə olmaqdan çıxarılmasıdır. Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların, verilmiş qərarlara baxmayaraq, hələ də işğalda saxlanılması qəbuledilməzdir. Beynəlxalq cəmiyyətin hələ də kifayət qədər maraq göstərmədiyi münaqişələrdən biri də 72 ildir həll edilməyən Kəşmir ixtilafıdır. Cənubi Asiyanın rifahı və inkişafı Kəşmir məsələsindın ayrı düşünülə bilməz”.

Son xəbərlər

  • 13:09 | Bazar günü hava necə olacaq?
  • 13:08 | “Üçüncü dəfədir ki, təbriklərimi Qarabağdan deyirəm”
  • 12:55 | “Qarabağ” Azərbaycan çempionatları tarixinin rekordunu təkrarladı
  • 12:44 | Yasamalda da Novruz şənliyi keçirilib
  • 12:40 | Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi – Açıqlama – Video
  • 12:39 | Gürcüstanda azərbaycanlı məhkumlara bayrama görə bağlamalar veriləcək
  • 12:30 | Gömrük generalları ev dustaqlığına buraxıldılar
  • 12:29 | Mehriban Əliyeva Talış kəndindən paylaşımlar etdi – Fotolar
  • 12:28 | UEFA-dan Elçin Məsiyevə növbəti təyinat
  • 12:18 | Prezident ailəsi ilə Tərtərə getdi – Foto
  • 12:12 | “Azərsu” rəhbərliyi qəbul keçirdi – Fotolar
  • 12:02 | Aksiyada xəsarət alan 15 yaşlı oğlanla bağlı – Rəsmi açqlama
  • 11:54 | “Evimdən etdiyi oğurluğun videosunu işə əlavə etmirlər” – Rəsmi açıqlama
  • 11:44 | Bakıda supermarket işçiləri tortdan zəhərləndilər
  • 11:26 | Ağdamda növbəti səyyar qəbul keçirildi – Fotolar
  • 11:15 | DSX və DİN İranla sərhəddə əməliyyat keçirdi
  • 11:10 | Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü – Fotolar
  • 10:45 | Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir
  • 10:43 | İki güləşçimiz final görüşünə çıxacaq, beşi mübarizəyə başlayır
  • 10:38 | 56 yaşlı Xalq artistinin bu fotoları maraqla qarşılandı
  • 10:31 | Naxçıvanda Türkiyə vətəndaşları arasında – Kütləvi dava
  • 10:27 | Türkiyədə zəlzələ oldu
  • 10:09 | Bakıda əl qumbarası və bıçaqlar aşkarlandı – Video
  • 10:09 | Bakıxanov qəsəbəsində ağacəkmə aksiyası keçirildi – Fotolar
  • 10:06 | Novruz bayramı Suraxanıda təntənə ilə qeyd olunub – Fotolar
  • 09:58 | Şehiçlə Muslera arasında qalmaqal – Video
  • 09:56 | Tanınmış fotoqraf vəfat etdi
  • 09:51 | Nyu-York teatrı Netrebkoya 200 min $ təzminat ödəyəcək
  • 09:28 | Qanunsuz kömür istehsalçıları aşkarlandı – Fotolar
  • 08:58 | Azərbaycan XİN məlumat yaydı
  • 08:52 | Xəzər rayonunda ümumrayon Novruz şənliyi keçirildi – Fotolar
  • 08:29 | Bu gündən Şuşaya turist səfərləri başlayır – Video
  • 07:49 | Deniz Seki koronavirusa yoluxdu
  • 07:02 | Lens Reddik öldü
  • 06:23 | Bu ölkə Ukraynaya “MiQ-29” qırıcıları verəcək – Saziş imzalandı
  • 05:01 | Parisin zibili təmizləndi
  • 04:05 | Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
  • 03:18 | Messi baş məşqçinin təlimlərindən narazı qalıb getdi
  • 02:37 | Türkiyə ağardı. – Video
  • 01:55 | Türkiyə XİN Ermənistanla bağlı bu hesabatı əsassız adlandırdı
  • 01:32 | Türkiyədə “Supercell” fırtınası baş verdi – Video
  • 01:19 | Türkiyənin ilk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxdı – Video
  • 00:35 | ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
  • 00:10 | Bu gündən 9 günlük bayram tətili başlayır
  • 00:05 | Trampa olan bu qadağa aradan qaldırıldı
  • 17.03.2023 23:47 | Putin və Lukaşenko Azərbaycandan keçəcək dəhlizdən danışdılar
  • 17.03.2023 23:35 | Vaksin vurduranların sayı açıqlandı
  • 17.03.2023 23:34 | Bu gün 4 nəfər koronavirusdan ölüb
  • 17.03.2023 23:31 | “Putinlə bağlı məhkəmə qərarı ədalətlidir” – Ukraynanın Baş naziri
  • 17.03.2023 23:23 | “Meta” bu ölkədə ödənişli abunə xidmətini işə salır

Cammu və Kəşmir problemi ilə əlaqədar sabah BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Avqustun 16-da Pakistan ilə Hindistan arasında mübahisəli ərazi olan Cammu və Kəşmir problemi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçiriləcək.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bundan əvvəl Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Hindistanın regiondakı aqressiv fəaliyyəti ilə bağlı BMT-yə təcili olaraq Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün məktub göndərmişdi.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit edilən, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistanın bu addımına kəskin reaksiya verib, bu ölkə ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda dövlətlər arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Kəşmir münaqişəsi bmt

13:17 18 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi

Azərbaycan Avropa üçün logistik imkanları baxımından da cəlbedici ölkədir

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir

Azərbaycan öz resurslarına güvənir

Avropanın ümid yeri Azərbaycandır

Gələcəyə böyük ümidlər yaradan qlobal forum

Yeni büsatın mübarək, torpağım!

Bakıdan dünyaya sülh çağırışı

Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

Heydər Əliyevin dövlətçilik düşüncəsində milli maraqlar

İlham Əliyevin yeni təşəbbüslərinə qlobal dəstək

Heydər Əliyev və aqrar təhsil sahəsində qazanılan uğurlar

Prezident İlham Əliyev qadın siyasətinin mükəmməl nümunəsini yaradıb

05 Fevral 2023 01:46

Kəşmir xalqının hüquqları təmin olunmalıdır

Azadlıqsevər xalqlar, insan hüquqlarına hörmətlə yanaşan tərəqqipərvər bəşəriyyət, xüsusilə də qardaş Azərbaycan xalqı 1991-ci ildən etibarən hər il fevralın 5-ni Kəşmir ilə həmrəylik günü kimi qeyd edirlər.
Artıq 70 ildən çoxdur ki, Kəşmir əhalisi BMT TŞ-nin müvafiq qətnamələrində öz əksini tapmış, özünün ayrılmaz hüquq və azadlıqları uğrunda qətiyyətli mübarizə aparır. Onların haqlı mübarizəsinə mənəvi yardım göstərən Pakistan dövləti də hər il bu günü özünəməxsus tərzdə qeyd edir.
Dünyanın ən gözəl təbii guşələrindən biri olan Kəşmir 70 ildən çoxdur ki, dinc əhalinin qanı axıdılan bir savaş meydanına çevrilmişdir. Bu problemin kökləri isə XX əsrin ortalarına gedib çıxır. Min ildən çoxdur ki, Hindistan yarımadasında iki sivilizasiya, iki mədəniyyət çiyin-çiyinə fəaliyyət göstərir. Burada induslarla yanaşı, müsəlmanlar da yaşayıb-yaratmışlar. Müasir Pakistanın yaranmasına əsrlərboyu bu ərazidə mövcud olmuş müsəlman-türk dövlətləri mühüm zəmin yaratmışlar. Urdu dilinin formalaşmasında da bu təsirin izləri görünməkdədir. Belə ki, urdu dilində 7 min türk sözünün olması bunu sübut edir.
Kəşmir ərazisi ilə bağlı münaqişə nəticəsində müasir dövrdə ən uzunmüddətli problemlərdən biri ortaya çıxdı. XX əsrin ortalarında ingilislər Hindistanı tərk edən zaman ölkənin iki əsas dini olan induizm və islam tərəfdarlarının gələcəkdə dinc yanaşı yaşaması məsələsi öz kəskinliyi ilə qarşıda dururdu. Dini etiqad əlaməti Britaniya müstəmləkə hakimiyyətinin əlində daha təsirli vasitələrdən biri oldu. İngilis məmurlarından biri qeyd etmişdi ki, biz Hindistandan çıxıb getsək də, burada elə problemlər qoyacağıq ki, on illər boyu onun təsiri özünü göstərəcəkdir. Bu, belə də oldu. Bu, köhnə, yaxşı məlum olan “parçala və hökm sür” siyasətinin nəticəsi idi.
London tərəfindən müdafiə olunan dini-icma prinsipi orta əsrlərdən bəri induslar və müsəlmanlar arasında mövcud olan ziddiyyətləri xeyli alovlandırdı. Hətta tezliklə müstəqilliyə nail olunması səylərində vahid milli-azadlıq hərəkatı, antimüstəmləkə mövqeyində dayanan iki əsas siyasi partiya – Hindistan Milli Konqresi (HMK) və Müsəlman Liqası (ML) formalaşdı.
Pakistanın mənəvi atası, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əli Cinna başda olmaqla ML iki millət nəzəriyyəsi adlanan mövqeyi müdafiə edirdi. O, belə hesab edirdi ki, Hindistanda müsəlmanlar və induslar mədəni-tarixi irsin müxtəlifliyi nəzərə alınmaqla millətlər adlandırıla bilərlər. Bununla əlaqədar olaraq gələcəkdə bu dərəcədə müxtəlif xalqların ayrı-ayrılıqda yaşamalarını təmin etmək üçün ölkənin dini prinsiplər üzrə bölünməsi zəruri hesab olundu.
1940-cı ildə ML gələcəkdə hind müsəlmanlarının ayrıca dövlətinin yaradılması haqqında açıq məsələ qaldırdı. HMK, nəhayət, bu konsepsiya ilə razılaşmalı oldu. Bu zaman Hindistan əhalisinin 20 faizini müsəlmanlar təşkil edirdilər. Hindistanın sonuncu vitse-kralı lord Luis Maunbettenin rəhbərliyi altında işlənib hazırlanmış istiqlaliyyətin verilməsi planı Britaniya taxt-tacının iki dominion dövlətinin (Hindistan 1950-ci ildə, Pakistan isə 1956-cı ildə bu statusdan imtina etdilər) yaradılmasını nəzərdə tuturdu. Bu plana görə, əsasən müsəlmanların məskunlaşdığı ərazilər Pakistanın tərkibinə daxil oldu.
İngilis hökumətinin 1947-ci il iyulun 18-də qəbul etdiyi “Hindistanın müstəqilliyi haqqında akt”a uyğun olaraq Britaniya Hindistanının ərazisində olan 601 knyazlıqdan 555-i Hindistan İttifaqının tərkibinə daxil oldu. Knyazlıqlardan hər birinə hansı dövlətin tərkibinə daxil olmaq məsələsində sərbəstlik verilmişdi. Mübahisəli hallarda isə əhalinin iradəsi referendum yolu ilə həll olunmalı idi.
Böyük Britaniya hökuməti 1947-ci il iyulun 3-də Hindistan haqqında bəyannamə ilə çıxış etdi. Belə ki, Britaniya Hindistanı dini əlamətlərə görə iki müstəqil dövlətə – Hindistan İttifaqına və Pakistana bölündü. 1947-ci il avqustun 14-dən 15-nə keçən gecə Britaniya Hindistanına müstəqilliyin verilməsi və ölkənin bölünməsi dini və etnik zəmində dəhşətli qırğınlarla müşayiət olundu. Bir neçə həftə ərzində ölənlərin sayı bir neçə yüz min nəfərə çatdı. Qaçqınların sayı isə 15 milyonu keçdi. Nəhayət, şimal-qərb əraziləri Qərbi Pakistanın dörd əyalətini təşkil edərək Pakistanın tərkibinə daxil oldu. Həmçinin Şərqi Benqaliya da Pakistana daxil oldu. Cunaqadh, Manavadar və Heydərabad knyazlıqlarının mənsubiyyəti üzrə bəzi şübhələr olsa da, onlar Hindistanın xeyrinə sakitcə həll olundu.
Lakin bu bir həqiqətdir ki, bölgü zamanı Kəşmirin müsəlman əhalisinin iradəsi, mövqeyi nəzərə alınmadı. Ərazi mənsubiyyəti haqqında mübahisə Cammu və Kəşmir knyazlığında daha kəskin alovlandı (Bu knyazlıq ingilislər tərəfindən hələ 1846-cı ildə Kəşmir knyazlığının Cammu maharacasının hakimiyyəti altına verilməsi nəticəsində yaranmışdı). Hindistanın bölünməsi zamanı Kəşmir əhalisinin 87 faizini müsəlmanlar təşkil edirdi. Zahirən elə görünürdü ki, onun taleyi artıq həll olunmuşdur. Prinsip etibarilə müsəlman əhalisinin üstünlük təşkil etdiyi knyazlıqlar Pakistana keçməli idi. Lakin Cammu və Kəşmir knyazlığının hakimi, etiqadca indus olan maharaca Xari Sinqh müstəqilliyin elan olunduğu vaxt onun knyazlığının iki dominiondan hansının tərkibinə daxil olacağını hələ qəti müəyyən edə bilməmişdi. Rəy sorğusu, səsvermə isə məsələni Pakistanın xeyrinə həll edə bilərdi. Lakin maharaca ümumi rəy sorğusu keçirməkdən imtina etdi və Cammu Kəşmirlə birlikdə Hindistana birləşdirildi. Belə bir qərarın qəbul edilməsində Cavahirləl Nehrunun Srinaqarda anadan olması amili də mühüm rol oynadı. Ola bilsin ki, bu məsələdə ingilislərin barmağı da olmuşdu.
Belə bir şəraitdə Pakistan yalnız Kəşmirin şimal ərazilərini ələ keçirə bildi. Kəşmirin bir sıra rayonlarında maharaca hakimiyyətinə qarşı üsyanlar alovlandı. Sentyabrın 3-də ilk sərhəd münaqişəsi baş verdi. Oktyabrın 24-də knyazlığın qərbindəki Punç ərazisi Kəşmirdən ayrılmaq şüarı ilə çıxış etdi və bu ərazi Pakistan tərəfindən tutuldu. Kəşmir Müsəlman Konfransı Təşkilatı knyazlığın azad edilmiş ərazisində “Azad Kəşmir” dövlətinin yaradıldığını elan etdi.
Oktyabrın 27-də Kəşmir maharacası hərbi yardım xahişi ilə Dehliyə müraciət etdi. Təcili qaydada təyyarələrlə oraya göndərilmiş hind qoşunu Kəşmirin mərkəzi Srinaqar şəhəri yaxınlığında pakistanlı könüllülərin hücumunun qarşısını aldı və knyazlıq işğal edildi. Sonra 1947-ci ilin oktyabr-dekabr aylarında Kəşmirin mənsubiyyəti problemi üzrə danışıqlar aparıldı. Tərəflər prinsip etibarilə onun əhalisinin azad surətdə öz iradəsini bildirməsinin zəruriliyinə müsbət yanaşdılar. Ancaq hərbi əməliyyatlar dayandırılmadı.
Noyabrın əvvəllərində hind qoşunları puştu tayfaları ilə döyüşlərə başladı. Tezliklə münaqişəyə nizami hərbi hissələr də cəlb olundu. Qüvvələr nisbəti hind ordusunun tərəfində idi. Lakin hind hökuməti Kəşmirə soxulmuş tayfaları tamamilə oradan çıxarmaq qərarına gəlmədi. Bu işdə ingilis hakimiyyəti əhəmiyyətli rol oynadı. O, belə hesab edirdi ki, hadisələrin bu cür inkişafı Pakistan ilə Hindistan arasında irimiqyaslı müharibəyə aparıb çıxara bilər. Döyüşlər ləng xarakter alsa da, təxminən bir il davam etdi. Bu hərbi münaqişə birinci Hindistan-Pakistan müharibəsi hesab olunur. 1949-cu il yanvarın 1-də döyüş əməliyyatları dayandırıldı, avqustda isə BMT-nin himayəsi altında atəşkəs xətti müəyyən olundu və Kəşmir ərazisi iki hissəyə bölündü.
BMT-nin bir neçə qətnaməsi (1948-ci il 21 aprel və 1 avqust tarixli, 1949-cu il 5 yanvar tarixli) tərəfləri öz qoşunlarını Kəşmirdən çıxarmağa və orada rəy sorğusu keçirməyə çağırdı. Lakin tərəflər qoşunlarını oradan çıxarmadılar və qarşı tərəfin Kəşmirin bir hissəsini işğal etdiyini bildirdilər. Bu dövrdən etibarən İslamabad BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsini problemin həllinin yeganə yolu hesab edir. Dehli isə ilk vaxtlar bu həll üsulu ilə razılaşsa da, sonralar ondan imtina etdi. Tezliklə Azad Kəşmir faktiki olaraq Pakistanın tərkibinə daxil oldu və orada hökumət yaradıldı. Lakin Hindistan onu tanımadı və bütün xəritələrdə bu torpaqları öz ərazisi kimi təsvir etdi.
Təəssüflər olsun ki, 70 ildən çoxdur Kəşmir torpaqlarında atəş səsləri səngimək bilmir. Hələ də problemin dinc həlli yolu tapılmayıb. 1947-1948, 1965-ci və 1971-ci illərdə baş vermiş üç müharibə həmçinin problemin nizama salınmasına gətirib çıxarmadı. Tərəflərin nail olduğu yeganə uğur 1972-ci il Simla razılaşması oldu. Bu, BMT müşahidəçiləri tərəfindən 1971-ci ilin dekabrında qoyulmuş “nəzarət xəttinə” hörmət edilməsini, problemləri isə yalnız ikitərəfli əsasda danışıqlar yolu ilə həll etməyi nəzərdə tutur.
Hazırda münaqişə tərəflərinin nüvə silahına malik olması ABŞ və SSRİ arasındakı münasibətlərdə olduğu kimi, çəkindirici amil olmadı. Belə ki, 1999-cu ildə Kargil hərbi münaqişəsi zamanı müharibə qorxusu yaşandı. Kargil Kəşmirin hind nəzarəti altında olan hissəsində nəzarət xəttindən 10 km cənubda yerləşən yaşayış məntəqəsidir. Burada müsəlman əhalisinin hüquqları tez-tez pozulur. Hind əsgər və zabitləri tərəfindən dinc əhaliyə qarşı zorakılıq halları tez-tez baş verir. Bu səbəbdən müsəlman əhalisinin hind əsgərlərinə qarşı münasibəti mənfidir. Kəşmirin yerli əhalisi hind əsgərlərinə işğalçı kimi baxır. Bu da təsadüfi deyil. Məlumata görə, hind hərbçilərinin dinc müsəlman əhalisinə qarşı cəza tədbirləri nəticəsində 1989-cu ildən bəri işğal olunmuş Kəşmirdə 93 mindən çox adam qətlə yetirilmiş, 107 mindən çox uşaq yetim qalmış, 9 mindən çox qadın zorakılığa məruz qalmış, 22 mindən çox qadın isə dul qalmışdır.
1990-cı ildə Kəşmir vadisində hind idarəçiliyinə qarşı irimiqyaslı üsyan alovlandı. Vadi sakinləri bu üsulla hökumətin siyasətindən narazılığını və müstəqilliyə olan istəklərini ifadə etdilər. Bu zaman hind polisləri və əsgərləri dəfələrlə dinc nümayişçilərə atəş açmışdılar. Demək olar ki, medianın məlumat vermədiyi bu cür ağlasığmaz amansız vəhşiliklər hətta hindpərəst ruhlu kəşmirliləri hakimiyyətdən uzaqlaşmağa vadar etmişdi.
Turist sifətilə 1990-cı ilin mayında birtəhər Kəşmirə getməyə (xarici jurnalistlərin vadiyə getməsi qadağan edilmişdi) nail olan ingilis yazıçı və jurnalisti Uilyam Delraympl paytaxt Srinaqarda dinc nümayişçilər qrupunun hindli hərbçilər tərəfindən atəşə tutulmasının şahidi olmuşdu. Onun qeydlərinə görə, nümayiş iştirakçılarından birini dəyənəklə döyüb taqətdən salandan sonra onu ağzınadək meyitlərlə dolu yük maşınına tullamışdılar. Bu vəhşiliklərdən səbir-kasası dolmuş kəşmirlilər öz ümidlərini Pakistana bağlayırlar. 1990-cı ilin fevralında İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçirilən zirvə toplantısında bu təşkilatın rəhbəri ilk dəfə olaraq Kəşmiri Hindistan tərəfindən işğal edilmiş ərazi adlandırmışdır.
Hindistan hökuməti 2019-cu il avqustun 5-də təhlükəsizlik və islahatlar vəd edərək Cammu və Kəşmirin konstitusiya muxtariyyətini ləğv etdi və bu ştatı federal idarəçilik altında olan iki əraziyə böldü. Əhalinin sərbəst surətdə yerdəyişməsinə sərt məhdudiyyətlər qoyuldu. 2020-ci ilin iyununda hökumət yeni media siyasəti elan etdi. Bu addım hakimiyyət tərəfindən bölgədəki xəbərlərin senzura edilməsini asanlaşdırdı. 2021-ci ilin noyabrında hind hakimiyyət orqanları tanınmış kəşmirli hüquq müdafiəçisi Xürrəm Pərvizi terrorla mübarizə qanunu əsasında siyasi motivli ittihamlarla həbs etdi. Son illər Kəşmirdə 35 jurnalistə uydurma cinayət işi açılmışdır.
Bu gün Kəşmir problemi eyni zamanda həlli zəruri olan insan hüquqları problemidir. Digər tərəfdən, dünyada bərqərar olmuş hüquq və normalara hörmət edilməsi əsasında BMT TŞ-nin müvafiq qətnamələrinin şərtsiz yerinə yetirilməsi problemidir. Bu problem həm də BMT TŞ-nin tələblərinə uyğun olaraq, millətlərin öz müqəddəratını təyin etmə problemidir. Pakistan həmişə Hindistana təklif etmişdir ki, BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, hörmət və qarşılıqlı anlaşma əsasında danışıqlar aparsınlar. Çünki bu problemin ədalətli həlli iki ölkə arasında mövcud olan digər ciddi problemlərin də dərhal həllinə yol açardı.
Kəşmir problemi təkcə iki dövlətin təhlükəsizliyinə deyil, bütövlükdə Cənubi Asiya regionunda sabitliyə birbaşa təsir göstərən amildir. Gərginliyin qalması və qarşılıqlı etimadsızlıq Cənubi Asiyanın iki başlıca dövləti arasında yeni silahlı münaqişənin yaranması üçün zəmin yaradır.
Bu gün Kəşmir probleminin ədalətli həlli məsələsində azadlıqsevər Azərbaycan xalqı da dost, qardaş Pakistan xalqının yanındadır. Necə ki Pakistan tərəfi də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında oldu.
Hazırda bu problemin həlli dünya birliyinin təxirəsalınmaz vəzifələrindən biridir. Bu yol isə beynəlxalq qərarların yerinə yetirilməsini tələb edir. Dünyanın sülhsevər dövlətləri və xalqları bu məsələdə qəti mövqe nümayiş etdirməlidirlər!

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Comments are closed, but trackbacks and pingbacks are open.