Press "Enter" to skip to content

Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir”

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Xəzər Fərhadovun etimadnaməsini qəbul edərkən deyib.

Kəşmir-Qarabağ: hər iki münaqişənin oxşar və fərqli cəhətləri

Hindistan ləğv olunan əyalətin yerində iki müttəfiq ərazi yaratmaq istəyir.

Siayasi şərhçi Şahin Cəfərli BBC News Azərbaycancaya Dağlıq Qarabağ və Kəşmir münaqişələrinin bəzi oxşar və fərqli cəhətlərini sadalayıb.

Oxşar cəhətlər:

Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılmasından sonra başlayıb.

Kəşmir problemi də həmin ərazidə Britaniya müstəmləkəsi sona çatdıqdan sonra Hindistan və Pakistan dövlətlərinin yaranmasından sonra başlayıb.

  • Qarabağ münaqişəsini həll etməyə nə mane olur?
  • Kəşmir: İki nüvə dövləti arasında zorakılığın şiddətlənməsi dünya üçün niyə narahatedicidir?

Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusu olub, amma sonradan Azərbaycan parlamenti bu statusu ləğv edib və muxtariyyətin ərazisi bir neçə rayon arasında bölüşdürülüb.

Şərhçi deyib ki, “Azərbaycan Dağlıq Qarabağın muxtariyyətini birdənbirə ləğv etməyib. O ərazidə əvvəlcə separatizm başlayıb daha sonra o işğala çevrilib və bu hadisələrdən sonra Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyətini ləğv edib”.

Onun sözlərinə görə “separatizmdən sonra həm Ermənistandan, həm Dağlıq Qarabağın kəndlərindən ilk qaçqınlar gəlməyə başlayıb və bu muxtariyyətin ləğvinə səbəb olub”.

Cammu və Kəşmir əyalətlərinin də Hindistan tərkibində muxtariyyət statusu olub, amma bir neçə gün əvvəl Hindistan bu muxtəriyyəti ləğv edib.

Şahin Cəfərli hesab edir ki, “Bu sonuncu qərara kimi oranın yüksək muxtariyyət statusu var idi. Hindistanın son qərarı bu problemi birdəfəlik həll etmək, ərazi üzərində özünün suverenliyini tam bərqərar etməkdir”.

Kəşmir əhalisinin əksəriyyəti, təqribən 70% əhalisi müsəlmanlardır, Dağlıq Qarabağda da erməni əhali çoxluqda olub.

Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalansa da cəbhə xəttində vaxtaşırı atəşkəsin pozulması və kiçik miqyaslı döyüşlər olub.

Hindistan və Pakistan arasında da 1947-ci ildən bəri tərəflər arasında lokal toqquşmalar olur.

  • Dağlıq Qarabağ sülh prosesinə mane olan nədir?
  • Yerevanda nümayişçilərə kim atəş açıb? 2008-ci il hadisələri – Araşdırma

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Hindistanla Pakistan arasında sərhəd xəttinin bir sahəsi.

Fərqli cəhətlər:

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, fərqli cəhətlər oxşar cəhətlərdən daha çoxdur.

“Fərqli cəhətlərdən biri odur ki, Cammu Kəşmir məsələsi hüquqi cəhətdən daim mübahisəli olub, Qarabağ isə yox”, – Şahin Cəfərli deyib.

Britaniya müstəmləkəsinin sona yetməsindən üzü bəri bu məsələ ətrafında mübahisələr olub və Kəşmir ərazisi üç dövlətin arasında bölünüb. Kəşmirin bir hissəsi Hindistan, bir hissəsi Pakistan, bir hissəsi isə Çin tərəfindən idarə olunur.

Dağlıq Qarabağ isə Sovet hakimiyyəti qurulduqdan bəri Azərbaycanın tərkibində muxtar vilayət kimi tanınıb.

Dağlıq Qarabağın ərazilər heç vaxt başqa bir dövlətin, yəni Ermənistanın ərazilərinə düşməyib.

“Dağlıq Qarabağ ərazisi mübahisəli ərazi olmayıb və Ermənistan SSRİ tərəfindən də Azərbaycan ərazisi kimi tanınıb və Kəşmir kimi mübahisəli ərazi olmayıb”,- Şahin Cəfərli bildirib.

Cənab Cəfərliyə görə “Dağlıq Qarabağ mübahisəli olmayıb. Ermənistanda, erməni milliyətçiliyi, tarixçiliyi, siyasətçiləri həmişə Qarabağ torpaqlarına iddia ediblər, onun qədim erməni torpağı hesab ediblər. Amma rəsmi səviyyədə konkret Azərbaycan respublikasının tərkibində olan bir ərazi olub, mübahisə obyekti olmayıb”.

Onun sözlərinə görə, əsas fərqlərdən biri də muxtariyyətlərin səlahiyyətləri ilə bağlı olub.

  • Washington-da Azərbaycan-Ermənistan danışıqları. Bu, ABŞ-ın nəyinə lazımdır?
  • “Azərbaycanla Ermənistan və Dağlıq Qarabağ hərbi rəhbərliyi arasında ‘söz savaşı’ artıb” – Riçard Giraqosyan

Cammu Kəşmir bölgəsinin muxtariyyəti çox yüksək səlahiyyətlərə malik olub.

Həmin əyalətin özünün konstitusiyası, bayrağı və həmin ərazi üzərində bütün hüquqlara malik olan bir muxtar ərazi olub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Suşa şəhəri, Dağlıq Qarabağ

Konstitusiyaya görə Cammu Kəşmir ərazisində daxili idarəçiliklə bağlı bütün səlahiyyətlər bölgənin yerli hökümətinə məxsus olub, xarici siyasət, müdafiə məsələləri Hindistanın mərkəzi dövlətinə aid olub.

Dağlıq Qarabağın özünün konstitusiyası, dövlət rəmzləri olmayıb, amma parlamenti olub, müəyyən yerli idarəçiliklə bağlı səlahiyyətləri olub.

Hüquqi baxımdan Dağlıq Qarabağda Azərbaycanın suverenliyi mövcud olub.

Dağlıq Qarabağla bağlı beynəlxalq danışıqları aparmaq üçün Minsk qrupu formatı var, amma Kəşmir problemi ilə əlaqədar belə bir format mövcud deyil.

Zaman-zaman onlar fərqli beynəlxalq iştirakçıların həmçinin SSRİ-nin və ABŞ-ın vasitəsilə danışıqlar aparıb, razılığa gəliblər.

Müharibələrdən sonra onlarda da danışıqlar gedib, müvəqqəti sülh barədə razılaşma imzalayıblar, amma daimi bir danışıqlıqlar formatı yoxdur.

Siyasi şərhçi hesab edir ki, “hər iki ölkənin nüvə silahına malik olması hər iki tərəfi müharibədən çəkindirən əsas amildir. Bu iki dövlət arasında uzun sürən müharibələrin olmasını əngəlləyir”.

Şəklin mənbəyi, oic-oci.org

Şəklin alt yazısı,

İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən təcili görüşü

Bir neçə gün əvvəl Hindistan Cammu və Kəşmir bölgələrinin muxtariyyətini ləğv etdikdən sonra İslam Əməkdaşlı təşkilatının Səudiyyə Ərəbistanının Ciddə şəhərində olan baş ofisində təcili kontakt qrupunun iclası keçirirlb.

İslam Əməkdaşlıq Təşkilatının kontakt qrupunun iclasında Azərbaycanı Səudiyyə Ərəbistanındakı səfir Şahin Abdullayev təmsil edib.

Təşkilatın saytının yaydığı məlumata əsasən Kontakt Qrupunun üzvləri “Kəşmir xalqına dəstək olduqlarını ifadə ediblər və onların öz müqəddəratlarını təyin etmə hüquqlarına dəstək bəyənatı veriblər”.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, “Azərbaycan Cammu və Kəşmir məsləsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir və bu Azərbaycanın prinsipial mövqeyidir”.

“Biz Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq eyniylə Cammu Kəşmir məsələsinin də həmin qurumun qətanmələrinə uyğun həllini, ümumiyyətlə isə bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləyirik”, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

Şahin Cəfərli deyir ki, “bu münaqişəyə Azərbaycanın yanaşması çox həssasdır”.

“Pakistan Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verən azsaylı ölkələrdən biridir. Bu baxımdan Pakistan Azərbaycanın birmənalı dostudur və Azərbaycan bunu itirmək istəmir. Digər tərəfdən isə Hindistan dünyanın ən nəhəng ölkələrindən biridir, əhalisinin sayına görə ikincidir və yaxın gələcəkdə birinci olacaq. İqtisadiyyatı dinamik inkişaf edən ölkələrdən biridir və belə ölkə ilə də münasibətləri pozmamaq lazımdır”, – Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq siyasəti müəyyən edən ölkələrdən biri deyil, “məcbur deyil ki, bu məsələdə konkret mövqe ortaya qoysun və tərəflər də Azərbaycandan bunu gözləmir”.

Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir”

Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir” Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin işğalı gününə həsr olunmuş tədbir keçirilib.

27 Oktyabr , 2020 13:22

https://static.report.az/photo/bdb7f478-fa5c-3de3-a8a5-bac524e2e91f.jpg

Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin işğalı gününə həsr olunmuş tədbir keçirilib. “Report” xəbər verir ki, tədbiri açan Pakistanın Azərbaycandakı səfiri Bilal Hai Cammu və Kəşmirdəki münaqişələrin 70 ildən çoxdur davam etdiyini bildirib. “Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişə üzrə də icra edilmir. Bu, çox təhlükəli münaqişədir. Pakistan və Hindistan nüvə silahlarına malik gücləridir və açıq münaqişə bölgədə böyük dağıntılara gətirib çıxara bilər. Bu səbəbdən münaqişənin BMT qətnamələrinə əsaslanaraq sülh yolu ilə həllinə üstünlük veririk”, – o deyib. Səfir həmçinin Hindistanın Kəşmirin demoqrafik mənzərəsini tamamilə dəyişdirməyə çalışdığını da vurğulayıb. Onun sözlərinə görə, Kəşmirdə yerli müsəlman əhalinin hüquqları kobud şəkildə pozulur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, Azərbaycan da torpaqlarının işğal edilməsindən əziyyət çəkir və hazırda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğal altındakı əraziləri azad edir. “Son hadisələr kimin dostumuz olduğunu göstərdi. Onların arasında Pakistan xalqı da var. Azərbaycana hər cür dəstək ifadə edildi. Ölkələrimiz arasında çox geniş əməkdaşlıq qurulub”, – o söyləyib. S.Əliyevanın sözlərinə görə, Ermənistan Azərbaycanın mülki əhalisinə raket zərbələri endirərək təcavüzkar siyasətini davam etdirir: “Bir aydır davam edən döyüş əməliyyatları zamanı 10 uşaq həlak olub, 32 uşaq yaralanıb, bir neçə uşaq hər iki valideynini itirib. Təəssüf ki, dünya bu vəhşiliklərə göz yumur”, – ombudsman vurğulayıb.

Azərbaycanla münasibətlərimiz daha da dərinləşəcək – Pakistan Prezidenti – FOTO

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Xəzər Fərhadovun etimadnaməsini qəbul edərkən deyib.

Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir X.Fərhadov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan Prezidenti Arif Alviyə çatdırıb.

X.Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

Xəzər Fərhadov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək, Vətən Müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin səfir Kəşmir məsələsinin BMT TŞ qətnamələri əsasında həlli ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Arif Alvi iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini qeyd edib, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Prezident 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə həmçinin, yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.