Press "Enter" to skip to content

Yaşar Əliyev BMT-də Dağlıq Qarabağ münaqişəsindən danışıb

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrasında ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını bildirib. O, qeyri-neft sektorunun sürətli inkişafı şəraitində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib. S.Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verib.

Kəşmir və dağlıq qarabağ münaqişələrinə bmt çərçivəsində yanaşma

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. “Qarabağ” toponimi Azəzərbaycan dilindəki “qara” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. 1923-cü ildə Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Problemin kökündə isə isə 18-ci əsrdən başlayaraq Azərbaycana köçürülən ermənilərin ərazi iddiaları dayanır.

Birinci Qarabağ müharibəsi. Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağda yaşayan ermənilər ilə Azərbaycan Respublikası arasında olan etnik və ərazi münaqişəsidir. Birinci Qarbabağ müharibəsi 1991-1994-cü illər ərzində baş vermişdir. Müharibəyə təkan verən əsas amillərdən biri 1987-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının kütləvi deportasiyası olmuşdur. 1991-ci ildə ermənilər tərəfindən qeyri-qanuni qurum olan Dağlıq Qarabağ Respublikasının elan edilməsi Birinci Qarabağ müharibəsinin başlanması ilə nəticələnmişdir. Münaqişənin həlli üçün yaradılan Minsk qrupunun fəaliyyətinə baxmayaraq Dağlıq Qarabağ və ətraf ərazilər bir-birinin ardınca erməni separatçı qüvvələri tərəfindən işğal olunmuşdur. Müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi – Ağdərə, Şuşa, Xocavənd, Xankəndi, Əsgəran, Hadrut və ətrafında yerləşən 7 inzibati rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan daxil olmaqla 20 % ərazisi işğal olunmuş və 1 million əhalisi qaçqın düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT və onun Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdur. Bu qətnamələrdə Ermənistanın təcavüzkar siyəsəti pislənsə də, erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, bu tələblər indiyə qədər yerinə yetirilməmişdir. 1994-cü ildə Rusiyanın iştirakı ilə tərəflər arasında atəşkəs imzalanmışdır. Atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan tərəfi ona riayət etməmiş, dəfələrlə onu kobud şəkildə pozmuş və pozmağa davam etməkdədir.

Azərbaycan xəritəsi

Aprel döyüşləri. Atəşkəs sazişi bağlandıqdan sonra ən şiddətli döyüşlər 2016-cı ilin aprel ayında Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində baş vermişdir. Dördgünlük mübaribə kimi tanınan bu döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Aprel döyüşləri nəticəsində Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun “Lələ təpə” yüksəliyi və Cocuq Mərcanlı kəndi erməni işğaldan azad edilmişdir.

“Lələ Təpə” yüksəkliyi

Tovuz döyüşləri. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan atəşkəs rejimini yenidən pozaraq Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tututmuşdur. Nəticədə general-mayor Polad Həşimov da daxil olmaqla 12 azərbaycanlı hərbiçi və 1 mülki şəxs şəhid olmuşdur. Döyüşlər zamanı Bakı və digər şəhərlərdə minlərlə azərbaycanlı Azərbaycan Silahlı Qüvvələrinə dəstək və Ermənistanın işğalçı siyasətinə etiraz məqsədilə küçələrə axışaraq “Qarabağ”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirmişlər. İyulun 23-dən etibarən Azərbaycan və Ermənistanın təmas xəttindəki gərginlik nisbətən zəifləmişdir.

Genral-mayor Polad Həşimov

İkinci Qarabağ müharibəsi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq əks-hücum əməliyyatlarına başladı. Döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi – Dağlıq Qarabağ və ona bitişik ətrafyanı ərzazilərdə aparıldı. Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi.

Azərbaycan ordusuna dəstək yürüşü
Bakı, 14 iyul 2020

İkinci Qarabağ müharibəsi “Vətən müharibəsi” və ya “Dəmir Yumruq” əməliyyatı da adlandırılır. Qırx dörd günlük müharibə ərzində Azərbaycan ordusu beş şəhəri işğal altından azad etmişdir. Cəbrayıl 4 oktyabr, Füzuli 17 oktyabr, Zəngilan 20 oktyabr, Qubadlı 25 oktyabr, Şuşa 8 noyabrda işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında 2020-ci il 10 noyabr tarixində atəşkəs müqaviləsi imzalandı. Müqaviləyə əsasən, müharibə dövründə işğaldan azad edilmiş ərazilər Azərbaycanın nəzarəti altında saxlanıldı. Digər işğal altında olan ərazilər Azərbaycana qaytarıldı.

Şuşa qələbəsini qeyd edən azərbaycanlılar

2020-ci il dekabrın 20-də Bakıda Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Zəfər paradı keçirilmişdir. Paradda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Erdoğan iştirak etmişdir. Paradda Azərbaycan və Türkiyənin əsgər və zabitləri iştirak etmişdir. Müharibə zamanı hərbi qənimət kimi ələ keçirilən düşmən hərbi texnikasının bir qismi paradda nümayiş edirilmişdir.

Zəfər paradı

İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin şərəfinə 8 Noyabrın Azərbaycanda Zəfər Günü kimi qeyd olunması qərara alınmışdır. Xarıbülbül nişanı müharibədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinin rəmzinə çevrilmişdir. Bakı şəhərində Vətən müharibəsində qazanılmış qələbənin şərəfinə Hərbi Qənimətlər parkı açılmışıdır. Parkda müharibə zamanını ələ keçirilmiş Ermənistana məxsus hərbi teknika və erməni əsgərlərinin mum manikenləri nümayiş etdirilir.

Hərbi Qənimətlər parkı

Həsrətə son
Bəstəkar: Aygün Səmədzadə

Bütün şərhlər:
Адильбек
Allah bütün şəhidlərimizə rəhmət eləsin

Yaşar Əliyev BMT-də Dağlıq Qarabağ münaqişəsindən danışıb

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa müvafiq olmayan şərtlər əsasında nail olmaq mümkün deyil. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikri avqustun 29-da Təhlükəsizlik Şurasında münaqişələrin dinc yolla tənzimlənməsinə vasitəçilik mövzusunda debatlarda söyləyib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, diplomat bu gün dünyanın üzləşdiyi, sülhə və təhlükəsizliyə təhdidlər həm münaqişələrin qarşısının alınması, həm də onların nizamlanması və böhranların qarşısının alınması üçün beynəlxalq hüquq qaydasının möhkəmlənməsini və bütün səviyyələrdə səylərin fəallaşdırılmasını tələb edir.

Azərbaycanlı diplomat vurğulayıb ki, qeyri-qanuni güc tətbiq edilməsi, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı aktları və etnik təmizləmələr nəticəsində yaranmış vəziyyətin möhkəmlənməsi üçün vasitəçilik formatlarından bir alət kimi istifadə edilməməsi son dərəcə vacibdir. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinin düzgün şərh edilməməsi yolu ilə pərdələnmiş təcavüzün və digər hüquqazidd əməllərin gizlədilməsi və təcavüzün möhkəmlənməsi üçün hər hansı cəhdlərə qarşı ardıcıl çıxış etməlidir.

Y.Əliyev daha sonra vurğulayıb ki, ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi və bunun nəticəsi kimi beynəlxalq hüququn ciddi pozuntularından irəli gələn müddəaların tanınmaması barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır.

Bu öhdəliklər beynəlxalq hüquqi qaydanın tərkib hissələridir; onlar münaqişələrin əsas səbəblərindən və xarakterindən asılı olmayaraq bütün hallarda, hamı üçün məcburidir və tətbiq edilməlidir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi də az əhəmiyyət kəsb etmir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə baxmayaraq, suveren dövlətlərə qarşı silahlı təcavüzün və onların ərazilərinin hərbi yolla işğalının davam etməsi yolverilməzdir.

Azərbaycanın BMT yanında diplomatik missiyasının başçısı qeyd edib ki, Təhlükəsizlik Şurası 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı güc tətbiq olunmasını, onun ərazilərinin işğal edilməsini, mülki şəxslərə hücum edilməsini və Azərbaycanda yaşayış məntəqələrinin bombalanmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslədiyini, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyini bir daha təsdiq edib.

Təhlükəsizlik Şurası ərazi iddialarına və zorakılıq hərəkətlərinə cavab olaraq həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını təsdiqləyib, işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Y.Əliyev təəssüflə qeyd edib ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib, BMT çərçivəsində iyirmi altı il ərzində göstərilən vasitəçilik səyləri hələlik nəticə verməyib.

Diplomat qeyd edib ki, əksinə, daha əvvəlki xəbərdarlıqlara, tələblərə və münaqişənin beynəlxalq birlik tərəfindən pislənməsinə baxmayaraq, onun siyasi yolla tənzimlənməsi üçün davam edən səylər fonunda işğal olunmuş ərazilərdə həmin ərazilərin müstəmləkələşdirilməsinin və ilhaqının təmin edilməsi məqsədilə qərəzli tədbirlər görülür, bu isə beynəlxalq hüququn açıq-aşkar pozulması deməkdir.

Məsələn, işğal altında olan ərazilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, tarixi-mədəni irsin məhv edilməsi və mənimsənilməsi, həmin ərazilərdəki əmlakın, təbii resursların və digər nemətlərin istismarı, talan edilməsi və onlarla qeyri-qanuni ticarət bu cür əməllərə aiddir.

Azərbaycan öz ərazilərinin işğal olunmasından və yüz minlərlə vətəndaşının zorakılıqla köçürülməsindən əziyyət çəkən ölkə kimi münaqişənin ən qısa müddətdə siyasi yolla nizamlanmasında və onun nəticələrinin aradan qaldırılmasında ən çox marağı olan tərəfdir.

Cari sülh prosesinin Mandatı Təhlükəsizlik Şurasının yuxarıda adları çəkilən qətnamələrinə əsaslanır. Bu prosesin əsas məqsədi Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkünlərin öz evlərinə qaytarılmasını və onların əmlakının qaytarılmasını təmin etməkdir.

Bu məqsədə nail olunması mütləq imperativdir və heç bir halda kompromis kimi təqdim edilə, münaqişənin tənzimlənməsi prosesində əsas vasitə kimi istifadə oluna bilməz. Yaşar Əliyev bəyanatının sonunda qeyd edib ki, Azərbaycan ərazilərinin hərbi yolla işğalı və etnik təmizlənməsi münaqişənin həlli yolu deyil və heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.

BMT-nin Əhali Fondu əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranlarının rifahı ilə bağlı layihə işləyir (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrasında ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını bildirib. O, qeyri-neft sektorunun sürətli inkişafı şəraitində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib. S.Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verib.

Nazir Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və şəffaf şəkildə göstərilməsi üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması üçün aparılan işlər barədə də danışıb.

S.Babayev ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət vəziyyətin mövcud olduğunu vurğulayaraq bu sahədə təkmil əsaslara söykənən siyasətin hazırlanması və həyata keçirilməsində BMT-nin Əhali Fondu ilə ardıcıl və səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. O, xüsusilə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2018-2030-cu illər)” layihəsinin hazırlanmasında, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılmasında bu əməkdaşlığın önəmini diqqətə çatdırıb. Nazir Proqram Layihəsinin təsdiq olunması üçün aidiyyatı üzrə təqdim olunduğunu bildirib.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Alanna Armitaj Azərbaycanda demoqrafik proseslərin inkişafının, əhalinin sabit artım tempinin, mövcud resursların əhalinin kəmiyyət və keyfiyyət artımının təmin olunmasına səfərbər edilməsinin, bu yöndə siyasətin təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, BMT-nin Əhali Fondunun bu sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə xüsusi önəm verdiyini ifadə edib.

Görüşdə BMT-nin Əhali Fondu tərəfindən təklif olunan Milli Transfer Hesabları layihəsi, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönəlmiş birgə fəaliyyətin Tədbirlər Planı, birgə əhali proqnozlarının hazırlanması üzrə işlərin davam etdirilməsi, proqnozlaşdırma metodologiyasının hazırlanması və tətbiqi, ölkənin inkişafına təsir edən demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi, ölkənin mövcud demoqrafik vəziyyətinin qiymətləndirilməsi və perspektiv inkişaf meyllərinin müəyyənləşdirilməsi üzrə kompleks tədqiqatların keçirilməsi, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması”, “Cəmiyyətin bütün yaşlar üçün qurulması: fəal yaşlaşma yolu ilə Azərbaycanda ahılların rifahının təşviq edilməsi” layihələri və digər məsələlər müzakirə edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.