Press "Enter" to skip to content

Kənd təsərrüfatı

Administratorlar (1):
2ral

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi» есть на Facebook. Войдите, чтобы связаться с Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi.

Страница «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi» есть на Facebook. Войдите, чтобы связаться с Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

@agro.gov.az

О пользователе Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Əziz fermerlər, kənd təsərrüfatı sahəsi ilə məşğul olmaq istəyənlər və kənd təsərrüfatı məhsulları istehlakçıları! Kənd Təsərrüfatı Nazirliyinin bu sosial səhifəsi sizin üçündür. Səhifəmizdə kənd təsərrüfatı ilə bağlı aktual məlumatları paylaşacaq, sizin suallarınıza cavab verəcək, problemlərinizi dinləyib-görüb, həlli yollarını tapacağıq. Mütəmadi olaraq, Nazirliyin və onun tabeliyində olan qurumların məsul şəxsləri səhifəmizdə qonaq olaraq, sizin suallarınıza online canlı cavab verəcəklər. Bizi mütləq izləyin!

kənd təsərrüfatı

Kənd təsərrüfatında sahibkarlıq imkanları,regionlarda karyera
Fermer təsərrüfatları, əkinçilik,heyvandarlıq.

Yaradılıb 9 fevral 2010 Topik 19 Abunəçi 13 Reytinq 2.27

Administratorlar (1):
2ral

Moderatorlar (0):
Moderator yoxdur

Soxulcan gübrəçiliyi (vermikompost)

  • kənd təsərrüfatı
  • 9 fevral 2023, 20:35

Üzvi soxulcan gübrəçiliyində lazımi ekoloji şərait təmin edilərək qısa müddətdə soxulcanların sayında əhəmiyyətli artım əldə olunur.

Bir il ərzində soxulcanların ilkin sayının ən azı iyirmi qatına çatmaq mümkündür. Bu vəziyyət istehsalın həcminin artırılması, alınan gübrələrin saxlanması, qırmızı Kaliforniya soxulcanlarının sayının artırılması və yeni istehsal sahələrinin yaradılması zərurəti ilə nəticələnəcək.

Ən qiymətli gübrə

  • kənd təsərrüfatı
  • 21 sentyabr 2013, 20:05

Məlumdur ki, torpağın təsərrüfatçılıq üçün ən qiymətli hissəsi onun humus qatıdır. Humus qatı torpağın məhsuldarlığını müəyyən edir.Lakin onun ehtiyatları sərf olunduqca azalır və torpaq illər keçdikcə gücdən düşür. Bu zaman əkin sahələrində torpağın daimi canlıları olan yağış qurdları, böcəklər və s. çəkilib gedir, bitkilər isə xəstələnir və məhv olur. Bəs torpaqdakı üzvi maddə itkisinin yerini necə doldurmalı? Çox sadə!

Hinduşka

  • kənd təsərrüfatı
  • 21 sentyabr 2013, 20:05

Hinduşka dünyanın bir çox ölkələrində yayılmışdır. Onların əti çox dadlıdır. Azərbaycanda ən çox qara, tunc və ağ enlidöş hinduşka cinslərinə rast gəlmək olar. Onlar ətinin yaxşı keyfiyyəti ilə seçilir, tez böyüyür və müxtəlif şəraitə asanlıqla uyğunlaşır. Onların oval formalı gövdələri, enli döşü, tük örtüyü ağ və sıxdır. Kökəltmə zamanı 120-günlük yaşda diri çəkisi 6-7 kq-a çatır. Cavan hinduşkalar 8-9 aylıq yaşda yumurta qoymağa başlayır, yumurtlama müddəti ildə 6 aya qədərdir. Bu müddət ərzində yumurtlayan hinduşkadan 80-90 q ağırlığında 100-110 yumurta əldə etmək mümkündür.

Kənd təsərrüfatı kooperativləri

  • kənd təsərrüfatı
  • 7 aprel 2012, 16:01

Şimali Avropa ölkələrində kooperativlər heyvandarlıq məhsullarının satışı üzrə üstünlüyə malikdir. Bu ölkələrdə ət məhsullarının və diri heyvanların 80 faizi, yumurta məhsulunun 65-70 faizi, İsveç və Finlandiyada taxılın 65-79 faizi, Danimarkada 50 faizi kooperativlər tərəfindən satılır. Norveçdə və Finlandiyada süd məhsullarının hamısı və qida sənayesinin 55 faizi kooperativlərin nəzarəti altındadır. Şimali Avropa ölkələrində əmtəəlik məhsulların 75-80 faizi xarici bazarlarda satılır. Həmin məhsullar yüksək rəqabət qabiliyyətinə malikdir. Çünki kooperativlərin emal sənayesi tullantısız texnologiya üzrə ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Davamı →

K/t aid elektron kitablar

  • kənd təsərrüfatı
  • 25 dekabr 2010, 11:06
  • ADAU-nun Elmi Əsərləri № 1 (1ci hissə)
  • ADAU-nun Elmi Əsərləri № 1 (2ci hissə)
  • ADAU-nun Elmi Əsərləri № 1 (3cü hissə)
  • ADAU-nun Elmi Əsərləri № 1 (4-cü hissə)
  • ADAU-nun Elmi Əsərləri № 3
  • ADAU-nun Elmi Əsərləri № 2

Kitabların yüklənməsində göstərdiyi köməyə görə administrasiyaya təşəkkürlər.
Davamı →

Meşə təsərrüfatı, balıqçılıq və ovçuluq təsərrüfatları

Kənd təsərrüfatı bölməsində kənd təsərrüfatının ümumi məhsulu, əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, heyvanların, quşların və arı ailələrinin sayı, əsas növ heyvandarlıq məhsullarının istehsalı və s. barədə məlumatları əhatə edilir. Ölkə üzrə yekun məlumatlar iki əsas təsərrüfat kateqoriyası – kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə göstərilir. Ölkə üzrə məcmu məlumatlarla yanaşı, bitkiçiliyə və heyvandarlığa dair əsas məlumatlar regionlar üzrə də verilir.
Bundan başqa, bölməyə MDB ölkələri üzrə bəzi məlumatlar da daxil edilmişdir.
Meşə təsərrüfatı, balıqçılıq və ovçuluq təsərrüfatları bölməsində meşə təsərrüfatı, balıqçılıq və ovçuluq təsərrüfatlarının fəaliyyətini əks etdirən məlumatlar verilir. Torpaq, meşə resursları və onların qorunması, balıq ovu və vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi, ovçuluq təsərrüfatlarının əsas iqtisadi göstəriciləri haqqında məlumatlar göstərilir.
Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri bölməsində aqrar sahədə fəaliyyət göstərən müxtəlif təşkilati-hüquqi formalı kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri verilir. Bölmənin məlumatları müxtəlif mülkiyyət növlərinə aid olan kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının müvafiq hesabat məlumatları əsasında hazırlanmışdır. Bura kənd təsərrüfatı məhsulları istehsalının maya dəyəri, onların satış qiyməti və rentabelliyi, əmək məsarifi və s. barədə məlumatlar daxil edilmişdir. Respondentlərin üzərinə düşən statistik yükün azaldılması məqsədilə “Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti haqqında” 1-kt №-li illik rəsmi statistika hesabatı formasında dəyişikliklər edilərək aktuallığını itirmiş bəzi göstəricilər formadan çıxarılmış, tələbata uyğun yeni göstəricilər isə əlavə edilmişdir. Bu səbəbdən bəzi cədvəllərdə əvvəlki illərə dair məlumatlar mövcud deyil.

Şərti işarələrin izahı:
« – » hadisə baş verməmişdir
« . » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.

“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə son illərin məlumatları iqtisadi rayonların yeni bölgüsündə verilmişdir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına dair hesablamaların aparılması başa çatdıqdan sonra əvvəlki illər üzrə də məlumatlar yeni bölgüdə dərc ediləcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.