Press "Enter" to skip to content

Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin qiymətləndirilməsi

Qalan subsidiyaların da 9.8%-i pambıq, tütün, barama, şəkər çuğunduru, habelə süni mayalama ilə alınmış buzovlara görə ödənilib ki, bu da tam nəticəyönümlü dəstək tədbiridir.

Azərbaycan Milli Elmlər Akademiyası

Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları

Dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmişdir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixində silinməz izlər qoymuşdur.

Ulu öndərin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırılmasına tam təminat verir.

Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir.

Möhtərəm Prezidentin diqqət və qayğısı sayəsində əvvəlki dövrdə əldə edilmiş müsbət tendensiyalar, yeni iqtisadi və mülkiyyət münasibətləri son 12 ildə daha da inkişaf etdirilmiş, normativ hüquqi baza əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Elmi əsaslandırılmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, həyata keçirilən məqsədyönlü proqramlar kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə də digər analoji proqramlar (“Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və s.) aqrar sahə mütəxəssislərinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulmasını da aqrar sahəyə göstərilən diqqətin nümunəsi hesab etmək olar.

Aqrar sahədə problemlərə kompleks, məqsədyönlü yanaşma istiqamətində atılan addımlar sırasında möhtərəm Prezidentin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, daha sonra Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi-tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılması, elmi idarəetmə sistemində aparılan struktur islahatları, müasir dövrün çağırışları ilə səsləşən yeni tipli sosial-iqtisadi layihələrindən biri kimi elektron kənd təsərrüfatı sisteminin geniş tətbiq edilməyə başlamasını göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli 396 nömrəli fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 nömrəli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Aqrar Elmlər Bölməsinin yaradılması və ona respublikada müvafiq elmi-tədqiqat və təhsil müəssisələrinin elmi fəaliyyətlərinin koordinasiyasının tapşırılması da məqsədyönlü strateji uzaqgörənliyin, siyasi iradənin göstəricisidir.

Aqrar Elmlər Bölməsi yeni iqtisadi münasibətlər və beynəlxalq inteqrasiya şəraitində milli kənd təsərrüfatı tədqiqatları sisteminin dinamik və proporsional inkişaf strategiyasının işlənib hazırlanmasında istinad nöqtəsi və bazis rolunu oynamaqla elmi-texniki fəaliyyətin planlaşdırılması, təşkili və əlaqələndirilməsinin ən mühüm istiqamətlərini əhatə edir. Qısa müddətdə respublikada fəaliyyət göstərən aqraryönümlü bütün təşkilat və elmi-tədqiqat institutları, həmçinin müvafiq fakültələri olan ali təhsil ocaqları ilə geniş əlaqələr yaradılmışdır.

2015-ci ildə aqrar elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında koordinasiyanın təmin edilməsi istiqamətində daha bir addım atılmışdır. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sı və “Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şura”sı yaradılmış və hər iki şura artıq fəaliyyətə başlamışdır.

Bölmənin tərkibinə Azərbaycan Milli Elmlər Akademiyasının 3 elmi-tədqiqat institutu – Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və Eroziya və Suvarma İnstitutu daxil edilmişdir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının digər strukturlarında olduğu kimi bu institutlarda da çox ciddi elmi-nəzəri və təcrübi-innovativ tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir:

– Azərbaycan torpaqlarının aqroekologiyası, ekoloji qiymətləndirilməsi, torpaq münbitliyinin modelləşdirilməsi, dövlət torpaq kadastrı və onun elmi əsasları işlənib hazırlanmışdır;

– Azərbaycan dövləti haqqında hərtərəfli məlumatları özündə əks etdirən “Azərbaycan Respublikasının Milli Atlası”, Azərbaycanın Torpaq Atlası və Azərbaycan Respublikasının 140-dan çox xəritədən ibarət Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində “Ekoloji Atlas”ları nəşr etdilmiş, torpaq örtüyünün tamamlanmış sistematikası və müasir torpaq təsnifatı hazırlanmışdır;

– torpaq münbitliyinin bərpası, mineral və üzvi gübrələrin tətbiqinin səmərəliliyi öyrənilmiş, torpaqda azot itkisinin qarışığını almaq üçün inqibitor, üzvi tullantılardan və bitki qalıqlarından üzvi gübrə alınması prosesini sərtləndirən katalizator maddələr alınmış və patentləşdirilmişdir;

– Böyük Qafqazın müxtəlif landşaft tiplərinə aid torpaq və bitkilərində əsas mikroelementlərin torpaq-bitki sistemində miqrasiyasının bitkinin növündən və bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişilməsi müəyyən edilmişdir;

– Azərbaycanın torpaqları eroziyaya uğrama dərəcəsinə görə müəyyənləşdirilmiş və xəritələşdirilmişdir;

– eroziyanin və onun inkişaf etmə intensivliyinin öyrənilməsi əsasında yamacların mühafizəsini, yüksək və keyfiyyətli məhsulun əldə edilməsini, qış və yay otlaqlarının məhsuldarlığının artırılmasını, meşələrin susaxlayıcı və torpaqqoruyucu rolunun artırılmasını təmin edən kompleks elmi tədbirlər işlənib hazırlanmışdır;

– kənd təsərrüfatı bitkilərinin mütərəqqi üsullarla suvarılması istiqamətində aparılmış tədqiqatlar əsasında yeni suvarma texnologiyaları işlənib hazırlanmışdır;

– Azərbaycanın zəngin genetik müxtəliflik xəzinəsinin qorunması üçün 400 cinsə, 1200 növə aid qiymətli nadir bitkilərin 11 mindən çox nümunəsi toplanaraq məlumat bazası yaradılmış, regionda ilk Milli Genbankda mühafizə olunur;

– kənd təsərrüfatı bitkilərinin 10-dan çox, tut ipəkqurdunun 4 yeni cins, sort və hibridi patentləşdirilərək rayonlaşdırılmışdır;

– gələcəkdə məhsuldarlığın artırılmasında mühüm rol oynayacaq yeni tipli şaxəlilik əlamətinə malik sintetik buğda növü yaradılmışdır;

– bitki biomüxtəlifliyi genom səviyyəsində tədqiq olunmuş, bitkilərdə yüksək məhsuldarlıq, keyfiyyət, stressə davamlılıq genləri və müvafiq genotiplər identifikasiya olunmuş, 600-dən çox nümunə kompleks xüsusiyyətləri ilə sezilərək seleksiya proqramlarında səmərəli istifadəyə cəlb edilmişdir;

– bitkilərdə Azərbaycan üçün yeni 7, elm üçün yeni bir növ virus aşkar edilmişdir ki, bunlar da müasir mübarizə üsullarının inkişafına təkan verəcəkdir;

– ozonlaşdırmanın genbankda mühafizə edilən bitkilərin irsi tamlığının bərpasına, becərilən bitkilərin inkişafına, keyfiyyətinə və saxlanmasına stimullaşdırıcı təsir göstərdiyi tədqiqatlarla müəyyən edilmişdir.

Həmçinin onu da qeyd etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin institutlarında yaxşı təlim keçmiş gənc alimlər tərəfindən müasir avadanlıqlardan istifadə etməklə və ən yeni metodlara yiyələnməklə dünya standartları səviyyəsində tədqiqatların aparılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda ilk dəfə “Genomika” laboratoriyası yaradılmış və burada bitki genomunun sürətli oxunmasını həyata keçirən yeni nəsil sekvenserləri quraşdırılmışdır. Onların köməyi ilə bitkilərin genomları haqqında əvvəllər mümkün olmayan həcmdə və dəqiqlikdə informasiya əldə edilə biləcəkdir. Habelə, Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Mobil Aqrar Tədqiqatlar laboratoriyası da alınmışdır ki, bu da hərtərəfli multidissiplinar elmi araşdırmaların aparılmasına imkan verir.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyası ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır.

Qeyd edilən sərəncamın icrasına müvafiq olaraq Aqrar Elmin İnkişaf Konsepsiyasının hazırlanması haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən verilmiş 105 saylı, 4 iyun 2014-cü il tarixli sərəncam ölkədə aqrar elm, onun nəzəri-konseptual və tətbiqi problemlərini müəyyənləşdirmək baxımından məntiqi bir addım olmuşdur.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi tərəfindən beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslar keçirilmiş, Azərbaycanda kənd təsərrüfatının və aqrar elmin mövcud vəziyyətinin real qiymətləndirilməsi istiqamətində lazımi təhlillər aparılmış, dünya təcrübəsi öyrənilmiş, nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturunu, orta və uzunmüddətli prioritetlərini və inkişaf perspektivlərini, bunların reallaşdırılması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələrini, yeni idarəetmə və koordinasiya sisteminin konturlarını müəyyənləşdirən İnkişaf Konsepsiyası hazırlanmışdır.

Göründüyü kimi, son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən əsaslı islahatlar və Aqrar Elmlər Bölməsinin bu islahatlara müvafiq olaraq gördüyü işlər nəticəsində Azərbaycanda aqrar elmin təşkilati strukturunun müasir tələblər səviyyəsində qurulması, aqrar elm sahəsində mövcud olan ciddi pərakəndəliyin aradan qaldırılması istiqamətində mühüm və həlledici hesab edilə biləcək addımlar atılmışdır.

Lakin bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş yüksək məqsədlər baxımından kənd təsərrüfatı məhsulları istehsalı, xüsusən də aqrar elm qarşısında hələ görüləsi çox iş vardır.

Hazırda respublikada qeyd edilən istiqamətlərdə fəaliyyət göstərən 11 elmi-tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin strukturuna daxil olan 8, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində 3 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ölkədə həmçinin regional aqrar elm və informasiya məsləhət mərkəzləri və elmi-tədqiqat institutlarının 50-dən artıq təcrübə-istehsalat bazası vardır. Naxçıvan Muxtar Respublikasının “Araz” Elm İstehsalat Birliyi öz fəaliyyətini Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə əlaqələndirir. Bunlardan başqa, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi, Naxçıvan Dövlət Universitetinin, digər universitetlərin müvafiq kafedraları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 2 elmi-tədqiqat institutu aqrar sahə ilə bu və ya digər dərəcədə əlaqədar elmi tədqiqatlar aparırlar.

Son illərdə institutların modernləşdirilməsi ilə bağlı mühüm tədbirlər görülsə də, onların əksəriyyətinin mandatının ölkənin aqrar bölməsinin prioritet istiqamətlərinə uyğunluğuna yenidən baxılmalıdır. Elmi-tədqiqat müəssisələrinin çoxunun maddi-texniki və elmi potensialı zəifdir, binalar, qurğular, maşın və avadanlıqlar müasir tələblərə cavab vermir. İnstitutlar rəqabətqabiliyyətli deyildir, məhsulları, o cümlədən yeni sortlar, cinslər, toxum, ting materialları, texnologiyalar, kadrlar, informasiya dünya standartları səviyyəsindən geridə qalır.

Respublikanın mövcud ərazisinin 4,5 milyon hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Lakin bu torpaq sahələrinin müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğraması ölkənin aqrar sektorunun inkişafına maneçilik törədən əsas səbəblərdən biridir.

Ölkəyə hələ də bu və ya digər kənd təsərrüfatı məhsulları, o cümlədən prioritet hesab edilən taxıl və taxıl məhsulları idxal edilir. Müxtəlif (o cümlədən, qadağan edilməsinə baxmayaraq, geni dəyişdirilmiş) bitkilərin toxumlarının və digər əkin materiallarının (xüsusən, F1 hibridlərinin toxumlarının) idxalı bir sıra hallarda rəsmi icazə olmadan aparılır. Gətirilən toxum materiallarının əhəmiyyətli bir hissəsinin F1 hibridlərindən ibarət olması fermerləri xarici şirkətlərdən asılı vəziyyətə salır.

Ölkədə heyvandarlığın vəziyyəti nisbətən qənaətbəxş olsa da, burada da xarici qaramal cinslərindən, onların toxum materialından ciddi asılılıq mövcuddur, külli miqdarda heyvan mənşəli qida məhsulları idxal olunur.

Məhsul istehsalının artımında intensiv amillərin rolu qənaətbəxş deyildir. Bu özünü ilk növbədə məhsuldarlığın artımının arzuolunan tempinin əldə edilməməsində, istehsal xərclərinin strukturunda və səviyyəsində göstərir.

Yuxarıda sadalanan problemlərin həlli aqrar elmin vahid mərkəzdən idarə olunmasını, nəzəri-fundamental və innovativ-tətbiqi elmi araşdırmaların (o cümlədən nanotexnologiyalar, molekulyar və gen səviyyələrində) aparılmasını, dəyişən mühitə davamlı, yüksək məhsuldar və keyfiyyətli bitki sortları və heyvan cinslərinin, mütərəqqi becərmə texnologiyalarının yaradılmasını, iqlim, torpaq, su və s. resurslardan istifadənin, eləcə də kənd təsərrüfatı sistemlərinin idarə edilməsinin optimallaşdırılmasının elmi əsaslarının işlənib hazırlanmasını və daim təkmilləşdirilməsini, sistemə daxil olan strukturların modernləşdirilməsini tələb edir.

Bütün dünyada gedən tendensiyaların təhlili göstərir ki, aqrar sahənin elmi təminatının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində islahatlar intensivləşdirilməlidir. Koordinasiya gücləndirilməli, tədqiqat proqramları, elmi mövzular dövrün yüksək tələbləri baxımından ciddi şəkildə seçilməli və onlar adekvat maliyyə resursları ilə təmin edilməlidir. Təkcə dövlət vəsaiti hesabına rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı tədqiqatları sistemi yaratmaq davamsız ola bilər. Problemləri qlobal şəkildə həll etmək üçün aqrar elm, qismən də olsa, kommersiyalaşdırılmalıdır.

Aqrar elmin maddi-texniki və texnoloji bazasının ən müasir və yüksək səviyyədə modernləşdirilməsi, milli, regional və qlobal elmi mərkəzlərin yaradılması zəruridir. İnstitutların strukturunu mobil vəziyyətə gətirmək, işçilərdən yerində istifadə edilməsinə nail olmaq, ixtisasartırmaya və elmi səviyyənin yüksəldilməsinə olan ehtiyacları aşkara çıxararaq ödəmək, yüksək ixtisaslı gənc alimlərin karyera inkişafını stimullaşdırmaq lazımdır.

Bugünkü dünyada mövcud olan texniki tərəqqi və texnoloji imkanlar problemlərə kompleks, innovativ yanaşmaları, onların həlli üçün yeni texniki vasitələrin və texnologiyaların tətbiqini, multidissiplinar tədqiqatları mümkün edir. Məsələn, son 20 ildə dünyada molekulyar biotexnologiya metodlarından istifadə edilməklə çox sayda bitki sort və formaları yaradılmışdır ki, bunlar da dünya əhalisinin ərzaqla təminatında mühüm rol oynayır. Dünya üzrə olduğu kimi, Azərbaycanın aqrar elmində də ən müasir avadanlıqların istifadəsi ilə toxuma kulturası, gen köçürməsi, molekulyar seleksiya, nano-, bio- və informasiya texnologiyalarının tətbiqi üzrə tədqiqatların aparılması imkanları yaradılmalı, sınaqdan çıxmış texnologiyalar Azərbaycana gətirilməli, onlar yerli şərait nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.

Aqrar elmin qarşısında duran vəzifələrin səmərəli icrası həmçinin yüksək ixtisaslı, müasir biliklərə və dünyagörüşünə yiyələnmiş kadr potensialının yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin modernləşdirilməsi, təhsilin səviyyəsinin dövrün tələblərinə uyğun artırılması vacibdir.

Aqrar təhsil sisteminin təkmilləşdirilməsi və yenidənqurulması, ilk növbədə, bu sahədə mütəxəssislərə olan ehtiyacların strateji baxımdan dəqiq müəyyənləşdirilməsindən başlanmalıdır. Mövcud tədris-təlim proqramları müasir elmi-nəzəri və təcrübi əsaslarla (o cümlədən, xaricdə təhsillə bağlı) yenidən işlənib hazırlanmalıdır.

Azərbaycan Dövlət Aqrar Universiteti ölkədə kənd təsərrüfatı sahəsində bakalavr və magistr dərəcəli kadrlar hazırlayan ixtisaslaşmış ali təhsil müəssisəsidir. Burada ixtisas sahələri, tədris edilən fənlər kənd təsərrüfatı və onun digər sahələri və regional ixtisaslaşmanın ehtiyacları ilə uyğunlaşdırılmalı, biotexnologiya, qida mühəndisliyi və informasiya texnologiyalarının tədrisinə diqqət artırılmalıdır.

Mövcud mütəxəssislərin peşə hazırlığının artırılması da daim diqqət mərkəzində olmalıdır. Bunun üçün qısamüddətli yerli və beynəlxalq kurslar kifayət deyildir. Ona görə də fermer təsərrüfatlarından tutmuş dövlət qulluğuna qədər müasir standartlara cavab verən məqsədli təlim proqramlarının təşkil olunması və aqrar sahədə çalışan mütəxəssislərin yenidən hazırlanmasında ardıcıllıq zəruridir.

Yeni tədqiqat, tətbiq və yayım üzrə açıq və qeyri-mərkəzləşdirilmiş sistemin qurulması hazırlıqlı kadrlar, müasir bilik və vərdişlər, tədqiqata yeni baxış tələb edir. Öz növbəsində bu, sistemə yeni təfəkkür tərzinə malik gənc kadrların cəlb edilməsini təxirəsalınmaz zərurətə çevirir. Hazırda müasir fundamental və tətbiqi tədqiqatların konkret sahələri, layihə idarəetməsi, kompüter texnologiyaları, xarici dillər istiqamətlərində ən müasir elmi biliklərə malik kadrlara xüsusilə kəskin ehtiyac duyulmaqdadır.

Təhsilin səviyyəsinin dünya standartlarına çatdırılması üçün beynəlxalq əməkdaşlığın, müəllim, tələbə, tədris proqramları və təcrübə mübadiləsinin çox böyük səmərəsi ola bilər.

Kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasında ən mühüm amil kimi elm və təhsilin inteqrasiyasına nail olunması, müasir elm və tədris-təcrübə sisteminin yaradılması ən vacib məqsədlərdən olmalıdır. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası tərəfindən birlikdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi məqsədəmüvafiq olardı.

Dünyanın əksər inkişaf etmiş ölkələrində “elm-istehsalat-tədris” və yaxud “elm-tədris-təcrübə mərkəzləri” (elm holdinqləri) modelləri təcrübəsi mövcuddur. Azərbaycanda da belə modellərdən istifadə edilməsi üçün real imkan və şəraitlər vardır, onları böyük vəsait sərf etmədən reallaşdırmaq olar. Yüksək peşəkar kadrlar hazırlamaq məqsədilə mövcud elmi-tədqiqat institutlarının gücündən, müvafiq bölgələrdə yerləşən təcrübə bazalarından istifadə edilməlidir. Bu, təhsil müəssisələri ilə elmi idarələrin funksional baxımdan yaxınlaşaraq birgə fəaliyyət göstərməsinə və yeni Elm-Tədris-Təcrübə Mərkəzləri sisteminin yaradılmasına imkan verə bilər.

Təhsillə aqrar elmin inteqrasiyası sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında artıq bir sıra ciddi addımlar atılmışdır. Burada Aqrar Elmlər Bölməsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda Bakı Dövlət Universitetinin bir kafedrasının filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin baza kafedrası yaradılmış, kadr hazırlığı və birgə tədqiqatları nəzərdə tutan əməkdaşlıq sazişləri imzalanmışdır. İlk dəfə olaraq magistraturaya seleksiya ixtisası üzrə 2 nəfər gənc qəbul edilmişdir. Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti arasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumları imzalanmışdır. Daha bir müqavilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Elm və tədris mərkəzinin yaradılması haqqında olmuşdur.

Bu sahələrdə fəaliyyətlərin daha da intensivləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsində son dövrlərdə tətbiqi-innovativ fəaliyyətlərə də ciddi diqqət verilir. Belə ki, aqrar sektorda inkişafa elmi əsasda dəstək məqsədilə hazırda akademiyanın istifadəsində olan əkinə yararlı, kənd təsərrüfatı təyinatlı torpaqlarda Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə Sənaye Zavodunun bazasında istehsal olunmuş “Azofos” azotlu-fosforlu mineral gübrəsinin və yeni yaradılmış ekoloji təmiz üzvi gübrələrin sınaqdan keçirilməsi məqsədilə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, Mikrobiologiya, Botanika, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarının iştirakı ilə səyyar tədqiqat işçi qrupu yaradılmış, sınaqlar həyata keçirilmiş və yüksək nəticələr əldə olunmuşdur.

Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının respublikanın müxtəlif bölgələrində yerləşən dayaq məntəqələri ərazisində yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirilir. Buna bir nümunə olaraq qeyd etmək yerinə düşər ki, Kürdəmir rayonu ərazisində 50 hektar sahədə yüksək keyfiyyətli buğda becərilmişdir. Həmçinin əldə olunan məhsul Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fonduna təhvil verilmişdir.

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprel ayının 4-dən oktyabrın ayının 10-dək Qəbələ rayonunda “Tarla günləri” açıq hava sərgisi keçirilir. Sərgidə iştirak etmək üçün dövlət qurumları, aqrar sektorda fəaliyyət göstərən şirkətlər, toxumçuluq təsərrüfatları ilə bərabər Azərbaycan Milli Elmlər Akademiyasına da 0,40 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma və akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutları bu sərgidə iştirak edirlər və ayrılmış sahənin 0,30 hektarında ekoloji kənd təsərrüfatı üsulları ilə, 0,10 hektarında isə “Azofos” azotlu-fosforlu gübrəsinin tətbiqi ilə nümunəvi təsərrüfat-istehsalat işlərinin yerinə yetirilməsi təmin olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin nəzdində fəaliyyət göstərən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşməklə Azərbaycan Milli Elmlər Akademiyasının istifadəsində olan torpaq sahələrində nümunəvi təsərrüfat istehsalat layihələri həyata keçirilir. Görülən işlərin mütəşəkkil və kompleks formada həyata keçirilməsi məqsədilə bu təsərrüfatın bazasında aqrobiznes sektorunun bütün sahələri əhatə edəcək müasir Aqroparkın yaradılması planlaşdırılır.

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli fərmanının 6.3-cü bəndinin icrasına uyğun olaraq aqrar sahədə “Elektron kənd təsərrüfatı” İnformasiya Sisteminin təşkili, fəaliyyəti və bu sistemin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərinin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 408 nömrəli qərarı ilə “Elektron kənd təsərrüfatı” İnformasiya Sistemindən istifadə Qaydaları” təsdiq edilmişdir.

Hazırda dövlət ehtiyatlarının iqtisadi qiymətləndirilməsi və onlardan istifadənin uçotunun əsasını təşkil edən torpaq və digər kadastr növlərinin yaradılması və aparılması problemi öz aktuallığı ilə seçilir. Məlumdur ki, bu qəbildən olan işlərin yerinə yetirilməsində coğrafi informasiya texnologiyalarından, ərazilərin vəziyyətinin qiymətləndirilməsində peyk texnologiyaları, lazer skanlaşdırma və rəqəmli metodlardan istifadəyə əsaslanan məsafədən zondlamanın tətbiqi ən yaxşı vəsaitlərdəndir.

Mövcud tədqiqat sisteminin ən zəif tərəflərindən biri informasiya idarəetmə sisteminin tələb olunan səviyyədə mövcud olmamasıdır. Sistemin qurulmasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi potensialından bu sahədə istifadə edilməsinin təmin olunması qarşımızda duran prioritet məsələlərdəndir. Məsələlərin qoyuluşundan göründüyü kimi, müasir çağırışların cavablandırılması yalnız müxtəlif elm sahələrinin qovşağında aparılan fundamental-tətbiqi, multidissiplinar elmi tədqiqatların nəticəsində mümkündür. Bu problemin aradan qaldırılması üçün aşağıdakı zəruri tədbirlər kompleksi həyata keçirilməlidir:

1) aqrar sahədə informasiyanın toplanması və təhlilinin vahid standartları yaradılmalıdır;

2) informasiyanın toplanması və təhlili mexanizmi işlənilməli, proqram təminatı inkişaf etdirilməli və heyətin təlimi təşkil edilməlidir;

3) bütünlükdə informasiya mübadiləsinin sürətləndirilməsi, ona çıxışın asanlaşdırılması və şəffaflığın təmin olunması yaradılmalıdır.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti telekommunikasiya və coğrafi informasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir ki, bundan da aqrar sektorda, xüsusilə yüksək dəqiqlikli əkinçilikdə geniş tətbiq oluna bilər. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair 27 yanvar 2015-ci il tarixində təşkil edilmiş toplantıda ölkə başçısı cənab İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq “Azərkosmos Azersky” peykindən istifadə edərək bu sahəyə öz töhfəsini vermək, yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoymuşdur. Bu baxımdan aqrar sahənin inkişafında baş verən cari dəyişikliklərin müntəzəm vizual nəzarətdə saxlanılması və yüksək dəqiqlikli əkinçilik sisteminin yaradılması məqsədilə kosmik sistemlərdən istifadə edilməklə monitorinqin aparılması imkanlarından yararlanmaq vacibdir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, ölkə Prezidenti İlham Əliyevin ölkədə aqrar sahənin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamların icrasına müvafiq olaraq, respublikada əkinçilik mədəniyyətinin və kənd təsərrüfatı istehsalının yüksəldilməsi, üzvi və mineral gübrə istehsalının və tətbiqinin genişləndirilməsi, suvarma və meliorasiya tədbirlərinin həcminin artırılması, bitkiçilik və heyvandarlıq sahəsində yeni sort və cinslərin yaradılması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan institutların və digər aqraryönümlü sahə institutlarının elmi potensialından səmərəli istifadə etməklə əsaslı tədbirlər sistemi aşağıda göstərilən istiqamətlərə müvafiq olaraq bundan sonra sistemli şəkildə təkmilləşdirilməklə onların modernləşdirilməsinə yönəldilmiş islahatlar daha da intensivləşdiriləcəkdir:

– aqrar elmin müasir idarəetmə və əlaqələndirmə strukturunun sahənin tələbləri səviyyəsində qurulması və inkişafı;

– nəzəri-fundamental və innovativ-tətbiqi tədqiqatların ən müasir dünya səviyyəsinə qaldırılması;

– aqrar elmin innovasiya potensialının səmərəli reallaşdırılması;

– ekoloji təmiz kənd təsərrüfatının yayılması və inkişafı;

– fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsi sahəsində AMEA-nın əlaqələndirici rolu;

– ehtiyatların (torpaq, su və s.) optimal idarəedilməsi sisteminin yaradılması,

– ekspert şəbəkə və sistemlərinin, “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması və intensiv fəaliyyətinin stimullaşdırılması;

– aqrar sahənin prioritet istiqamətlərində elm və texnologiyaların inkişafının proqnozlaşdırılmaları;

– aqrar elmin dövlət əmlakından istifadəsinin effektivliyinin artırılması;

– aqrar elmin maddi-texniki və sosial bazasının, elmi və texniki kadr potensialının intensiv inkişafı;

– aqrar elmin hüquqi statusunun yüksəldilməsi və sosial nüfuzunun təmin olunması;

– aqrar elmin maliyyələşdirilmə mexanizmlərinin optimallaşdırılması, dünya səviyyəsində tədqiqatlarının prioritet istiqamətləri üzrə baza, proqram-məqsədli və müsabiqəli maliyyələşdirmənin optimal nisbətinə nail olunması.

Bütün bunlar məqsədyönlü həyata keçirildikcə aqrar elm ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə real töhfələr verən bütöv bir sistemə, orqanizmə çevriləcəkdir.

Akif Əlizadə, akademik

Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin qiymətləndirilməsi

Kənd təsərrüfatına dövlət dəstəyinin verilməsi, o cümlədən bu sahənin subsidiyalaşdırılması praktikası hazırda qlobal kənd təsərrüfatı sisteminin həlledici elementinə çevrilib. Bu məqalədə kənd təsərrüfatına dövlət dəstəyi məsələsinin nəzəri aspektləri öyrənilmiş və bu sahədə beynəlxalq təcrübə təhlil edilmişdir. Azərbaycanda aqrar sahə üzrə dövlət dəstəyi tədbirləri, xüsusilə də birbaşa subsidiyalar sistemli şəkildə təhlil olunaraq bu dəstəyin effektivliyi müxtəlif indikatorlar əsasında qiymətləndirilmişdir.

Giriş

İqtisadiyyatın digər sahələrinə nisbətən aqrar sahəyə daha çox dövlət dəstəyinin göstərilməsi həm elmi dairələrdə, həm də təcrübi müzakirələrdə mübahisə mövzularından biri kimi çıxış edir. Sənaye və kənd təsərrüfatı məhsulları arasında qiymət disproporsiyasının aradan qaldırılması və ya ən azından zəiflədilməsi məqsədilə əsaslandırılan aqrar sahənin subsidiyalaşdırılması praktikası, fikrimizcə, nəzəri olaraq Engel qanunu ilə izah oluna bilər. Məlum olduğu kimi, bu qanuna əsasən, gəlirlər artdıqca bu gəlirlərin ərzaq məhsullarına sərf edilən hissəsi azalır (hətta ərzaq məhsullarına sərf edilən məbləğ mütləq olaraq artsa da) [5] . Bu qanunauyğunluq nəticəsində ərzaq məhsullarının qiymət indeksi ilə qeyri-ərzaq məhsullarının qiymət indeksi arasında disproporsiya yaranır və cəmiyyətin rifahı artdıqca bu disproporsiya da getdikcə artır.

Belə ki, insanların gəlirləri artdıqca onların ərzaq məhsulları istehlakı müvafiq fizioloji normalara uyğun səviyyəyə çatır, bu normalardan yuxarı illik ərzaq istehlakına tələbat olmur. Hətta ərzaq məhsullarının qiymətləri konyukturanın təsiri ilə aşağı düşmüş olsa belə, ərzaq istehlakında artım baş vermir, çünki bu məhsulları uzun müddət saxlamaq olmur [11] .

Lakin gəlirlər artdıqca, məsələn, maşına, mənzilin genişləndirilməsinə və təmirinə, sənaye məhsulu olan çoxlu sayda məişət əşyalarına və s. tələbat dayanmadan artır (və qiymət indeksi yüksəlir). Nəticədə, məsələn, avtomobil sənayesinin metal xammalına, məişət kimyası sənayesinin kimya xammalına tələbatı da getdikcə yüksəlir və bu xammalların da qiymət indeksi artır. Təbii ki, bu xammalların qiyməti aqrar məhsulların istehsalı üçün istifadə olunan, məsələn, traktor və gübrə üçün də eyni qalır və traktor və gübrənin də qiymət indeksi sənaye məhsulları ilə eyni səviyyədə dəyişir (artır). Bununla da traktor və gübrənin (sənaye məhsullarının) qiymət indeksi aqrar məhsulların qiymət indeksindən yuxarı olur, aqrar sahədə çalışanların gəlirləri isə sənaye sahələrində çalışanların gəlirlərindən aşağı olur. Məhz ərzaq və qeyri-ərzaq məhsulları üzrə yaranan bu qiymət disproporsiyasının aradan qaldırılması (zəiflədilməsi) zərurəti aqrar sahənin əlahiddə şəkildə subsidiyalaşdırılmasını şərtləndirir

Beləliklə, sənaye və kənd təsərrüfatı məhsulları arasında qiymət disproporsiyasının aradan qaldırılması (zəiflədilməsi) zərurətinə görə həyata keçirilən aqrar sahənin subsidiyalaşdırılması praktikası hazırda qlobal kənd təsərrüfatı sisteminin zəruri elementinə çevrilib.

Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirliliyini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir [2]

Aqrar sahə üzrə dövlət dəstəyi formalarını aşağıdakı kimi qruplaşdırmaq olar [ 2 ; 11 ]:

  • ✓ Fermerlərə birbaşa (əkin sahəsinə, heyvan başına və ya istehsal vasitələrinə görə) ödənişlər;
  • ✓ Məhsullar üzrə qiymət dəstəyi (bazara müdaxilə yolu ilə);
  • ✓ Məhsul sığortası, kredit, marketinq, suvarma suyu və s. görə subsidiyalar;
  • ✓ İxrac subsidiyası, habelə idxala kvotalar və tariflər şəklində maneələrin tətbiqi.

Bu məqalədə Azərbaycanda fermerlərə birbaşa şəkildə verilən subsidiyaların effektivliyi qiymətləndirilmişdir.

Cədvəl 1. Ölkələr üzrə kənd təsərrüfatı sahəsinə birbaşa subsidiya ödənişləri (2018)

Ölkə Dövlət büdcəsi xərcləri, milyard $ Kənd təsərrüfatı məhsulu, milyard $ Aqrar sahəyə birbaşa ödənişlər, milyon $ Birbaşa ödənişlərin dövlət büdcəsində payı Birbaşa ödənişlərin kənd təsərrüfatı məhsuluna nisbəti
ABŞ 4094.0 451.4 20.000 0.49% 4%
Fransa 1412.0 85.4 8.488 0.60% 10%
Rusiya 233.0 79.2 2.200 0.94% 3%
Türkiyə 142.0 71.5 2.819 1.99% 4%
Almaniya 1573.0 61.6 5.682 0.36% 9%
İtaliya 927.8 61.3 4.337 0.47% 7%
İspaniya 535.9 60.6 5.985 1.12% 10%
C. Koreya 335.8 37.6 1.845 0.55% 5%
B. Britaniya 1120.0 33.4 3.697 0.33% 11%
Hollandiya 340.2 32.9 850 0.25% 3%
Polşa 102.2 28.6 3.970 3.88% 14%
Ukrayna 46.7 26.5 347 0.74% 1%
Rumıniya 65.5 21.7 2.094 3.19% 10%
Yunanıstan 98.1 11.7 2.412 2.46% 21%
Danimarka 175.5 11.7 976 0.56% 8%
İrlandiya 87.2 9.9 1.412 1.62% 14%
Macarıstan 67.0 9.8 1.510 2.26% 15%
Belçika 260.0 9.3 592 0.23% 6%
Portuqaliya 96.8 8.4 785 0.81% 9%
Avstriya 201.9 8.2 816 0.40% 10%
Belarus 23.6 7.8 988 4.19% 13%
İsveç 269.9 6.8 809 0.30% 12%
Çexiya 83.9 5.8 984 1.17% 17%
Bolqarıstan 20.3 4.5 925 4.55% 20%
Finlandiya 140.7 4.1 618 0.44% 15%
Azərbaycan 13.4 4.1 202 1.51% 5%
Litva 21.6 2.6 546 2.52% 21%
Slovakiya 38.5 2.6 517 1.34% 20%
Xorvatiya 26.9 2.5 284 1.05% 11%
Sloveniya 21.0 1.5 159 0.76% 10%
Latviya 10.4 1.4 269 2.58% 20%
Estoniya 9.9 0.9 145 1.46% 15%
Ermənistan 2.9 2.0 10 0.34% 1%

Mənbə: BMT-nin, Ümumdünya Ticarət Təşkilatının, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) və AvroStat-ın ölkələr üzrə hesabatları əsasında tərtib olunub.

Kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünya təcrübəsi

Müasir dövrdə kənd təsərrüfatı məhsulları üzrə dünya bazarı konyukturası demək olar ki, xüsusilə inkişaf etmiş ölkələrin tətbiq etdikləri geniş əhatəli və həcmi milyardlarla ölçülən aqrar subsidiya siyasətinin təsiri ilə formalaşır.
Buna görə də hazırda aqrar sahəyə adekvat həcmdə dövlət dəstəyi göstərə bilməyən ölkələrin fermerlərinin nəinki ixrac bazarlarında, hətta daxili bazarlarda belə rəqabətqabiliyyətli ola bilməmələri beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında qeyd olunur [3] .
Bəzi ölkələrdə aqrar sahəyə verilən birbaşa subsidiyalar üzrə müxtəlif mənbələrdən toplanmış göstəriciləri Cədvəl 1-dən müşahidə edə bilərik.
Cədvəlin məlumatları göstərir ki, hazırda aqrar sahəyə subsidiyaların verilməsi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.
Qeyd etmək lazımdır ki, Cədvəl 1-in məlumatları ölkələrin aqrar sahəyə ayırdıqları birbaşa subsidiyaların həcmi ilə bağlı göstəricilərdir. Əslində ölkələrin aqrar sahəyə dolayı yollarla müxtəlif formalarda göstərdikləri (məsələn, qiymətlərin tənzimlənməsi, daxili bazarın qorunması, ixrac subsidiyaları, vergi güzəştləri və s.) dəstəklərin həcmi daha böyükdür.
Belə ki, OECD tərəfindən aparılmış hesablamalar əsasında hazırlanmış Cədvəl 2-dən bunu əyani görə bilərik.

Cədvəl 1. Ölkələr üzrə kənd təsərrüfatı sahəsinə birbaşa subsidiya ödənişləri (2018)

BMT-nin, Ümumdünya Ticarət Təşkilatının, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) və AvroStat-ın ölkələr üzrə hesabatları əsasında tərtib olunub.

Məsələn, ABŞ-ın aqrar sahəyə ayırdığı birbaşa subsidiyalar 20 milyard dollar, bütün dəstək tədbirlərinin həcmi isə 44 milyard dollardır. Yaxud da müvafiq göstəricilər Türkiyə üzrə 2.8 milyard dollar və 8 milyard dollar, Rusiya üzrə 2.2 milyard dollar və 10 milyard dollardır, Cənubi Koreyada 1.8 milyard dollar və 25.4 milyard dollardır və s.

Cədvəl 2. Ölkələr üzrə kənd təsərrüfatı məhsullarının istehsalçılarına ehtimal olunan dəstək (Producer Support Estimate), milyon ABŞ dolları

Ölkələr 2016 2017 2018
Çin 220,908.1 210,835.2 206,474.1
Avropa Birliyi 97,482.5 99,622.7 110,313.9
ABŞ 36,441.8 33,812.9 44,307.9
Yaponiya 42,409.1 42,376.4 41,819.3
Cənubi Koreya 20,996.8 23,342.1 25,418.5
Rusiya 9,628.6 10,012.5 10,004.9
Türkiyə 15,967.6 12,873.6 8,029.8
İsveçrə 7,348.3 6,422.4 6,694.9
Meksika 4,249.4 4,417.0 4,804.3
Kanada 4,696.8 4,082.9 4,198.5
Norveç 3,241.7 3,260.5 3,609.1
Braziliya 5,948.0 4,122.3 2,292.2
İsrail 1,409.0 1,493.2 1,611.2
Avstraliya 816.2 1,092.6 1,095.0
Qazaxıstan -31.9 465.8 784.7
Cənubi Afrika 352.2 599.7 761.0
Çili 358.1 412.2 385.4
İslandiya 234.5 260.4 251.4
Ukrayna -808.5 -795.8 -212.8

Mənbə: www.oecd.org

Cədvəl 2-dən görünən maraqlı bir məqam həm də budur ki, Ukraynada həyata keçirilən mövcud aqrar siyasət tədbirləri bu ölkədə fermerlərin ziyanına olub, başqa sözlə, müəyyən məhsullar qrupu üzrə yerli istehsalçılar üçün əlverişsiz bazar şərtləri formalaşıb.

Müxtəlif ölkələr iqtisadi inkişaf xüsusiyyətləri və keçilən tarixi yol əsasında, aqrar sahəyə dövlət dəstəyi tədbirləri də müxtəlif xarakterlidir.

Türkiyə:Türkiyədə kənd təsərrüfatı sahəsi üzrə dövlət dəstəyinin əsas istiqamətləri bitkiçilik məhsulları (dizel yanacağı dəstəyi, sertifikatlı toxum dəstəyi, kimyəvi gübrə dəstəyi və torpaq analizi dəstəyi), sığorta və kənd yerlərinin inkişafı üzrə dövlət dəstəkləridir. Bu ölkədə aqrar sahəyə dövlət dəstəyi tədbirləri əsas etibarilə ayrı-ayrı məhsullar üzrədir. Ümumilikdə isə, Türkiyədə 2018-ci ildə dövlət tərəfindən kənd təsərrüfatına göstərilən müxtəlif dəstək tədbirlərinin həcmi 6,25 milyard dollara qədər artmış, 2003-2017-ci illər ərzində isə dövlət tərəfindən fermerlərə məcmu olaraq 44,4 milyard dollar dəyərində pul dəstəyi göstərilmişdir [11] .

ABŞ: ABŞ-ın mövcud aqrar subsidiya siyasəti 2002-ci ildə qəbul edilən “Fermerlərin Himayəsi və Kənd İnvestisiya Qanunu”na əsaslanır (“Farm Bill” kimi tanınır). Hər 5 ildən bir yenilənən bu Qanun çərçivəsində aqrar sahəyə 2001-ci ildən hər il 16.5 milyard dollar, 2005-ci ildən hər il 20 milyard dollar birbaşa subsidiya ödənmişdir. Bununla belə, aqrar sahəyə ayrılan birbaşa və dolayı subsidiyaların həcmi təqribən 170 milyard dollar dəyərində qiymətləndirilir [10] . ABŞ-ın kənd təsərrüfatı siyasəti hər beş ildən bir yenilənən Qanuna əsasən tədricən və ya köklü şəkildə dəyişdirilir, vaxt keçdikcə məhsul istehsalına görə birbaşa ödənişlər deyil, qiymətlərin və ya gəlirlərin stabilliyinə görə ödənir. Meyvə və tərəvəz məhsulları subsidiyaya cəlb edilmir.

Avropa Birliyi: Avropa Birliyi ölkələrində kənd təsərrüfatına dövlət dəstəyi Ümumi Aqrar Siyasət (Common Agricultural Policy – CAP) adlandırılan müştərək siyasət aləti vasitəsilə həyata keçirilir. Həcmi 59 milyard avro olan CAP büdcəsi Avropa Birliyinin ümumi büdcəsinin 27%-ni təşkil edir. Avropa Birliyi üzrə orta hesabla hər hektara 266 avro birbaşa ödəniş verilir. Hər il bütünlükdə Aİ üzrə 7 milyon fermer təsərrüfatı birbaşa ödənişlərdən yararlanır və çox vaxt birbaşa ödənişlər bu fermerlərin gəlirlərinin əksər hissəsini təşkil edir. Birbaşa ödənişlər CAP büdcəsinin 71%-ni təşkil edir və 2018-ci ildə həcmi 41,7 milyard avro təşkil edib [4] .

Son on il ərzində bu fermerlərin gəlirinin orta hesabla yarısı məhz birbaşa ödənişlərdən təşkil olunmuşdur. Birbaşa ödənişlərlə əhatə olunan faktiki əkin sahəsi isə 156 milyon hektardır ki, bu da Aİ üzrə cəmi faktiki əkin sahəsinin 90%-ni təşkil edir. Birbaşa ödənişlərlə yanaşı, bazar intervensiyası çərçivəsində də əlverişsiz bazar şərtlərinə görə fermerlərə müvafiq ödənişlər edilir. Bazar intervensiyası tədbirləri CAP büdcəsində 5% paya malik olmaqla 2,7 milyard avro təşkil edir. Bazar intervensiyası tədbirlərindən son dövrlər süd, donuz əti, meyvə və tərəvəz sektorlarındakı böhranlar zamanı istifadə olunmuşdur.

Məsələn, bazar intervensiyası aləti çərçivəsində hər il 1 mart-30 sentyabr tarixləri arasında süd istehsalçılarından tonu 2463 avrodan 60 min ton kərə yağı və tonu 1698 avrodan 109 min ton quru süd tədarük edilir. Məqsəd qiymətlərin ən aşağı olduğu dövrlərdə süd üzrə minimum qiymət həddini təmin etməkdir. Bazar şərtləri normallaşdıqdan sonra tədarük edilmiş süd məhsulları satışa çıxarılır.

Həmçinin bazar intervensiyası aləti çərçivəsində “Xüsusi saxlanclara dəstək” vasitəsilə kərə yağı, quru süd və pendir saxlayan özəl anbar sahiblərinə dəstək verir.

Bunlardan başqa, CAP büdcəsi xərclərinin 24%-i və ya 14.4 milyard avrosu kənd yerlərinin inkişafı siyasəti çərçivəsində həyata keçirilən milli və regional proqramları əhatə edir.

Rusiya: Rusiya Federasiyasında kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin əsas istiqamətləri “2013-2020-ci illər üzrə aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı, xammal və ərzaq məhsulları bazarının tənzimlənməsi üzrə Dövlət Proqramı”nda təsbit olunub [12] . Proqram çərçivəsində 2017-ci il üzrə kənd təsərrüfatına dövlət dəstəyinin həcmi 3.66 mlrd. ABŞ dolları təşkil etmişdir.

Rusiyada kənd təsərrüfatına ümumi dövlət dəstəyinin 60%-i Aqrar Sənaye Komplekslərinin payına düşür. Bu baxımdan, 2018-ci ildə Rusiyada ASK-nın inkişafına ümumilikdə 2,2 mlrd. ABŞ dolları, o cümlədən investisiya fəaliyyətinin stimullaşdırılmasına 582 mln. ABŞ dolları, kənd yerlərinin dayanıqlı inkişaf etdirilməsinə 191 mln. ABŞ dolları və fermerlərin dəstəklənməsi və kənd kooperasiyasının dəstəklənməsi sisteminin yaradılmasına 90 mln. ABŞ dolları məbləğində subsidiya ayrılmışdır.

Bundan başqa, Rusiya dövləti buğda, çovdar, arpa və qarğıdalı üçün daxili qiymətləri sabitləşdirmək məqsədi ilə qiymət intervensiyası kimi tənzimləmə alətlərindən də istifadə edir.

Gürcüstan: 2012-ci ildə Gürcüstan dövləti kənd təsərrüfatının inkişafını iqtisadiyyatın prioritetlərindən biri elan edib və nəticə etibarı ilə kənd təsərrüfatı yönümlü dəstək tədbirlərinin həm komponentləri, həm də həcmi 2012-ci ildən etibarən əhəmiyyətli dərəcədə artıb. 2012-ci ildə aqrar sahə üzrə dövlət xərcləri əvvəlki ilə nisbətən 3 dəfədən çox artaraq 124,6 milyon dollar, 2013-cü ildə isə 246,3 milyon dollar olmuşdur. Aqrar sahəyə dəstək tədbirlərinin həcminin ÜDM-ə nisbəti 1,6%, dövlət büdcəsi xərclərində payı isə 6,4% olub [8] .

Əsas dəstək tədbirləri üzümçülük və şərabçılığa dəstək, güzəştli aqrar kreditlər, aqrar sığortaya və kiçik fermerlərə dəstək kimi məsələləri əhatə edir.

Qazaxıstan: Qazaxıstanda kənd təsərrüfatı sektoruna yönəlmiş büdcə vəsaitlərinin həcmi 2016-cı il üzrə 348,8 milyon dollar, 2017-ci ildə isə 533,9 milyon dollar həcmində olmuşdur ki, bu da dövlət büdcəsi xərclərində 4-5% pay təşkil etmişdir. 2016-2017-ci illərdə kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin həcmi ÜDM-in 1%-i nisbətinə qədər yüksəlmişdir.

2017-ci ildə hökumət tərəfindən qəbul edilmiş subsidiya qaydalarına əsasən kənd təsərrüfatı texnikası və avadanlıqlarına investisiya qoyuluşları, genofondun yaxşılaşdırılması, istehsala yeni texnologiyaların tətbiqi, eləcə də peşəkar kadrların hazırlanması məsələləri dövlət tərəfindən stimullaşdırılır [9] .

Konkret olaraq, 2016-cı ildə heyvandarlıq sahəsi üzrə 255,8 milyon dollar, bitkiçilik sahəsi üzrə 321,5 milyon dollar həcmində subsidiya verilmişdir. Son illərdə, quşçuluğun inkişafı məqsədilə, 50-100% miqdarında xərclərin kompensasiyası şəklində dövlət dəstəyi proqramı da həyata keçirilməkdədir.

Qeyd edək ki, aqrar sahəyə ayrılan subsidiyalarla bağlı hazırda dünya miqyasında geniş müzakirə olunan məsələlərdən biri də pambıqçılıq sahəsi üzrədir. Belə ki, bu sahəyə xüsusilə Çin və ABŞ tərəfindən ayrılan subsidiyaların həcmi milyardlarla dollar həcmindədir. Türkiyə və Yunanıstan da pambıqçılığa yüz milyonlarla dollar həcmində subsidiya ayırırlar. Ümumilikdə isə 2003-2018-ci illər ərzində dünyanın əsas istehsalçı ölkələrində pambıqçılığa ayrılan subsidiyaların həcmi 4-10 milyard dollar həcmində olub [7] .

Bəzi ölkələrdə aqrar sahəyə verilən subsidiyaların dövlət xərclərindəki payının, aqrar sahənin iqtisadiyyatdakı payına nisbəti göstəricisini, başqa sözlə, aqrar sahəyə edilən yardımın səviyyəsi ilə aqrar sahənin iqtisadiyyata verdiyi töhfənin müqayisəsi göstəricisini Cədvəl 3-dən müşahidə edə bilərik. Qeyd edək ki, bu göstərici BMT tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölkə hesabatları” çərçivəsində hazırlanır.

Cədvəl 3. Kənd təsərrüfatına istiqamətlənmə indeksi

(aqrar sahəyə ayrılan vəsaitlərin büdcədə payının bu sahənin ÜDM-də payına nisbəti göstəricisi)

Ölkələr 2010 2011 2012 2013 2014 2015 2016 2017
C. Koreya 2.0 2.08 1.91 1.91 1.75 1.98 2.1
Litva 1.23 0.9 0.77 0.82 0.86 1.01 0.97
Özbəkistan 0.82 0.68 0.62 0.6 0.94 0.68
Türkiyə 0.45 0.54 0.57 0.59 0.67 0.61 0.61 0.64
Latviya 1.46 0.59 0.91 0.63 0.72 0.45 0.60
Azərbaycan 0.56 0.55 0.52 0.46 0.50 0.49 0.58 0.49
Qazaxıstan 1.03 0.76 0.9 0.66 0.54 0.51 0.41 0.38
Fransa 0.40 0.34 0.36 0.36 0.37 0.46 0.40
Rusiya 0.11 0.43 0.4 0.54 0.41 0.31 0.38 0.43
Macarıstan 0.47 0.39 0.38 0.31 0.42 0.43 0.37
Niderland 0.38 0.46 0.42 0.42 0.36 0.32 0.33 0.20
Hindistan 0.44 0.43 0.38 0.35 0.35 0.33 0.32
İsrail 0.27 0.27 0.41 0.35 0.49 0.41 0.32
Gürcüstan 0.06 0.15 0.39 0.29 0.33 0.29 0.32 0.29
Ermənistan 0.26 0.23 0.12 0.09 0.09 0.14 0.20 0.17
Qırğızıstan 0.12 0.11 0.10 0.13 0.13
Ukrayna 0.32 0.27 0.24 0.21 0.13 0.07 0.05 0.13
Pakistan 0.13 0.04 0.05 0.08 0.03 0.03 0.05

Cədvəl 3-ün məlumatları onu göstərir ki, əksər ölkələrdə aqrar sahəyə ayrılan vəsaitlərin büdcədə payının bu sahənin ÜDM-də payına nisbəti göstəricisi aşağıdır. Məhz buna görə də dünya ölkələri tərəfindən qəbul edilmiş “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində bir sıra hədəflərə nail olmaq baxımından əsas qlobal çağırışlardan biri aqrar sahəyə ayrılan vəsaitlərin zəruri səviyyəyə çatdırılmasıdır.

Azərbaycanda aqrar sahəyə ayrılan subsidiyaların effektivliyinin təhlili

2010-2018-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatına ayrılan ümumi vəsaitlərin büdcə xərclərində payı göstəricisi müxtəlif illərdə 2.5-3.2% arasında olub, aqrar sahə üzrə birbaşa subsidiyaların payı isə 0.95%-dən 1.51%-ə dəyişib (Cədvəl 4.).

Cədvəl 4. Azərbaycanda cəmi kənd təsərrüfatı xərclərinin və birbaşa subsidiya xərclərinin büdcə xərclərində payı

Aqrar sahə üzrə əlavə dəyərin ÜDM-də payı Cəmi büdcə xərcləri, milyon ₼ Kənd təsərrüfatı xərcləri, milyon ₼ Kənd təsərrüfatı xərclərinin büdcədə payı Kənd təsərrüfatına birbaşa subsidiyalar, milyon ₼ Subsidiyaların büdcədə payı Kənd təsərrüfatına istiqamətlənmə indeksi
2010 5.5% 11,765.9 363.4 3.1% 111.2 0.95% 0.56
2011 5.1% 15,397.5 435.4 2.8% 97.6 0.63% 0.55
2012 5.1% 17,416.5 458.2 2.6% 120.2 0.69% 0.52
2013 5.4% 19,143.5 477.5 2.5% 118.0 0.62% 0.46
2014 5.3% 18,709.0 494.0 2.6% 112.9 0.60% 0.50
2015 6.2% 17,784.5 537.1 3.0% 156.3 0.88% 0.49
2016 5.6% 17,751.3 574.1 3.2% 183.3 1.03% 0.58
2017 5.6% 17,594.5 484.6 2.8% 205.6 1.17% 0.49
2018 5.3% 22,731.6 718.6 3.2% 342.8 1.51% 0.60

Mənbə: AR-nın dövlət büdcəsinin icrası haqqında qanunları, Dövlət Statistika Komitəsi

Aqrar sahəyə ayrılan cəmi vəsaitlərin büdcədə payının bu sahənin ÜDM-də payına nisbəti göstəricisi olan “Kənd təsərrüfatına istiqamətləndirilmə indeksi” 2010-2018-ci illər ərzində 1-dən kiçik olmaqla 0.46 və 0.60 arasında müxtəlif qiymətlər almışdır ki, bu da kənd təsərrüfatı sahəsi üzrə dövlət xərclərinin payının aqrar sahənin iqtisadiyyata verdiyi töhfə ilə müqayisədə nisbətən aşağı olduğunu göstərir.

Bununla belə, müsbət haldır ki, 2010-2018-ci illər ərzində kənd təsərrüfatına ayrılan ümumi vəsaitlərin həcmi təqribən 2 dəfə, subsidiyaların həcmi isə təqribən 4 dəfə artıb. Bu fakt hökumətin kənd təsərrüfatının inkişafının prioritet sahələrdən biri olması ilə bağlı siyasətinin real təzahürlərindən biridir.

Azərbaycanda aqrar sahəyə ayrılan birbaşa subsidiyaların istifadə istiqamətləri ilə bağlı məlumatlar Cədvəl 5-də əks olunub.

Cədvəl 5. Azərbaycanda kənd təsərrüfatına müxtəlif istiqamətlər üzrə ayrılan subsidiyaların həcmi

Dövlət dəstəyinin növü Həcmi, min AZN Xüsusi çəkisi
2017 2018 2017 2018
Yanacaq və motor yağlarına görə subsidiya(hər hektara görə 50 manat) 51295.8 60555.1 25.0 17.7
Buğda və çəltik istehsalçılarına subsidiya(hər hektara görə 40 manat ) 17125.9 23330 8.3 6.8
1-ci və 2-ci reproduksiyalı toxum və ting istehsalçılarına subsidiyalar 5938.6 7738.8 2.9 2.3
Elmi-tədqiqat müəssisələrinə orijinal, elit və superelit toxumların istehsalına çəkilən xərclərin ödənilməsi 918.7 905.1 0.4 0.3
Mineral gübrələrin və biohumusların dəyərinin 70 faizinin ödənilməsi 60075.3 102257 29.2 29.8
Pestisidlərin dəyərinin 70 faizinin ödənilməsi 1645.2 5743 0.8 1.7
“Aqrolizinq” ASC tərəfindən satılan və lizinqə verilən kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştin həcmi 31570.8 88000 15.4 25.7
“Aqrolizinq” ASC xətti ilə damazlıq heyvanların satışına tətbiq edilən güzəştin həcmi 8429.16 15970.1 4.1 4.7
Süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilməsi 3929.6 6905.1 1.9 2.0
Xam pambığın hər kq-na görə 0,1 manat subsidiya verilməsi 20719.3 23038.1 10.1 6.7
Quru tütünün hər kq-na, yaş tütünün isə hər 10 kq-na görə 0,05 manat subsidiya verilməsi 201.1 247.4 0.1 0.1
Bütün növ yaş baramanın hər kq-na görə 5 manat subsidiya verilməsi 1199 2490.5 0.6 0.7
Şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilməsi 1584.6 1106.6 0.8 0.3
Təkrar əkinlərə görə (hər hektara 50 manat) 917 1431.2 0.4 0.4
Arıçılara hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilməsi 3106 0.0 0.9
Cəmi 205550 342824 100.0 100.0

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi

Cədvəl 5-dən görünür ki, 2018-ci ildə kənd təsərrüfatına ayrılan subsidiyaların 63.9%-i birbaşa olaraq fermerlərin texnika, mineral gübrə, pestisid və cins mallardan ibarət istehsal vasitələrini əlverişli şərtlərlə əldə etmələrinə yönəlib ki, bu da həmin istiqamətlərdə subsidiya üçün ayrılmış vəsaitlərin yüksək səviyyədə ünvanlı və nəticəli olması deməkdir. Belə ki, texnika parkının inkişafı, habelə gübrə və pestisiddən istifadə göstəriciləri üzrə əyani statistik hesabatlar mövcuddur.

Qalan subsidiyaların da 9.8%-i pambıq, tütün, barama, şəkər çuğunduru, habelə süni mayalama ilə alınmış buzovlara görə ödənilib ki, bu da tam nəticəyönümlü dəstək tədbiridir.

Subsidiyaların təqribən 26.3%-i yanacaq-motor yağlarına, buğda və çəltiyə, habelə toxum istehsalına dəstək istiqamətində verilərək fermerlərin istehsal xərclərinin azaldılmasına xidmət edən daha bir dəstək tədbirləri qrupu kimi rol oynayıb.

Ümumiyyətlə, ölkədə aqrar sahə üzrə həyata keçirilən subsidiya siyasətinin fermerlərin istehsal xərclərinin azaldılmasına təsirlərini Cədvəl 6-dan əyani şəkildə görə bilərik.

Cədvəl 6. Subsidiyaların məhsulun maya dəyərində payı

Məhsullar Gübrə və pestisidlər güzəştli satıldığı halda 1 tonun maya dəyəri, AZN Gübrə və pestisidlər güzəştsiz satıldığı halda 1 tonun maya dəyəri, AZN Gübrə və pestisidlərə subsidiyanın maya dəyərində payı, %-lə Yanacaq/motor yağlarına və məhsula subsidiyanın maya dəyərində payı, %-lə Cəmi subsidiya-ların maya dəyərində payı, %-lə
Buğda 113.5 152.9 25.8 21.9 47.7
Arpa 132.9 163.7 18.8 13.3 32.1
Qarğıdalı 67.9 90.9 25.3 7.4 32.7
Digər dənlilər 241.5 280.6 13.9 6.2 20.1
Paxlalılar 345.4 481.9 28.3 6.0 34.3
Kartof 166.7 183.2 9.0 1.8 10.8
Tərəvəz (açıq sahə) 107.2 116.7 8.1 2.0 10.1
Bostan 30.2 35.5 14.9 6.0 21.0
Meyvə 96.0 114.2 15.9 4.1 20.0
Üzüm (süfrə) 162.7 177.8 8.5 3.0 11.6
Üzüm (texniki) 157.3 201.6 22.0 5.4 27.4
Günəbaxan 299.3 418.8 28.5 11.3 39.8
Pambıq 295.8 336.8 12.2 29.7 41.9
Çay 469.6 511.4 8.2 6.7 14.8
Tütün 949.7 1,116.3 14.9 4.5 19.4
Şəkər çuğunduru 22.1 27.1 18.3 14.8 33.1
Yonca 45.2 47.1 4.2 12.6 16.7

Mənbə: Aqrar Tədqiqatlar Mərkəzinin Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (FTMMS)

Cədvəl 6-dan görünür ki, kənd təsərrüfatına verilən dövlət dəstəyi siyasəti çərçivəsində fermerlərə birbaşa ödənilən subsidiyalar, habelə gübrə və pestisidlərin güzəştli satışına görə verilən subsidiyalar müxtəlif bitkiçilik məhsullarının hər tonu üzrə maya dəyərini 10-48% nisbətində azaldır. Subsidiyalar dənli və paxlalılar, pambıq, günəbaxan və şəkər çuğundurunun maya dəyərinin azalmasında daha böyük rol oynayır.

Əlavə olaraq onu da nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı texnikasının dəyərinin 40%-nin büdcə hesabına ödənilməklə güzəştli satışı bir tərəfdən fermerlərin texnika ilə təminat bazasını gücləndirməklə yanaşı, digər tərəfdən bu texnikalar vasitəsilə göstərilən xidmətlər üzrə xidmət haqlarının da təqribən 25-30% aşağı olmasını şərtləndirir. Belə ki, kənd təsərrüfatı texnikasının dəyərinin subsidiya hesabına azaldılması amortizasiya xərclərini də azaldır ki, bunun hesabına aqroservis xidmətləri göstərən sahibkarlar daha aşağı xidmət tarifləri ilə xidmət göstərə bilirlər.

Nəticə

Beləliklə, ümumi kənd təsərrüfatı məhsulları istehsalının 3-4% nisbətində olan və büdcə xərclərində 1-1.5% təşkil edən aqrar subsidiyalar məhsulların maya dəyərinin azaldılmasında və qiymət rəqabətqabiliyyətliliyinin yüksəldilməsində kifayət qədər əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, əsas məsələlərdən biri də mövcud subsidiya siyasəti hesabına aqrar sahənin inkişafı və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından hansı nəticələrin əldə olunması ilə bağlıdır. Bu məqsədlə bir neçə istiqamətdə göstəricilərə nəzər yetirmək olar:

  • Aqrar sahənin inkişafı: Aqrar sahənin inkişafında müsbət dinamika hər il davam edib.
  • Özünütəminetmə göstəricisi: Kənd təsərrüfatı məhsulları ilə ölkənin özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyədədir. Tarixən kənar mənbələrdən asılı olduğumuz ət və süd məhsulları ilə təminat 80-90%-ə çatıb, özünütəminetmə baxımından ən zəif göstəricinin olduğu buğda üzrə təminat səviyyəsi 64.8%-ə yüksəlib. Ən əsası, bu gün aqrar sahədə formalaşmış maddi-texniki təminatın və biznes mühitinin hesabına ölkənin özünütəminetmə baxımından nisbətən zəif olan sahələri üzrə yerli istehsal potensialının gücləndirilməsi üçün tələb olunan strategiyanın müəyyən olunmasına mühüm baza yaranıb.
  • İxrac göstəricisi: Kənd təsərrüfatı məhsulları üzrə ixrac göstəriciləri yüksək templə artır.
  • Məşğulluq göstəricisi: 2014-2018-ci illərdə aqrar sahədə məşğul olanların sayı 4.7% artıb, aqrar sahə üzrə muzdlu məşğul olanların ümumi muzdlu məşğulluqda payı isə 2,9%-dən 3,3%-ə yüksəlib. FTMMS hesabatına əsasən, aqrar sahədə ödənişsiz ailə əməyi və ödənişli əmək nisbəti 30:70-dən 45:55-ə dəyişib.

İstifadə olunmuş mənbələr

  1. “Azərbaycanın kənd təsərrüfatı”, Statistik məcmuə, Bakı-2019 [return]
  2. Agriculture subsidies. (15.01.2020) [return]
  3. Agriculture, Trade and Food Security: Issues and Options in the WTO Negotiations from the Perspective of Developing Countries, Vol. I – Issues and options, Report and papers of an FAO Symposiumheld at Geneva on 23 – 24 September 1999 [return]
  4. Common Agricultural Policy (15.01.2020) [return]
  5. Engel’s law. (15.01.2020) [return]
  6. https://unstats.un.org/sdgs/indicators/database/ (15.01.2020) [return]
  7. International Cotton Advisory Committee, World Cotton Database (15.01.2020). icac. gen10.net/ [return]
  8. Trade Policy Review: Georgia. (15.01.2020) [return]
  9. Trade Policy Reviews of Kazakhstan. (15.01.2020) [return]
  10. United States farm bill (15.01.2020) [return]
  11. Volkan Korkmaz, “Tarım Ürünlerini Destekleme Politikaları: Türkiye ve AB Karşılaştırması”, Adnan Menderes Üniversitesi, İktisat Anabilim dalı. İkt-YL-2015-0001, Aydın -2015 [return]
  12. Государственная поддержка агропромышленного комплекса РФ. gp.specagro.ru (15.01.2020) [return]
  13. agro.gov.az[return]
  14. maliyye.gov.az[return]
  15. oecd.org[return]

İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətləri və istehsal göstəricilərinin proqnozlaşdırılması

Xülasə İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Bu məqalədə münaqişələrin / .

Kənd təsərrüfatında dayanıqlı intensivləşdirmə: post-transformasiya reintensivləşdirmə şəraitində imkanlar

Xülasə Müasir şəraitdə dayanıqlı intensivləşdirmə kənd təsərrüfatında məhsuldarlığın dinamik yüksəldilməsinin ətraf mühitın qorunması tələblərinin gözlənilməsi və .

Kənd təsərrüfatında ri̇skləri̇n qi̇ymətləndi̇ri̇lməsi̇ni̇n metodoloji̇ əsaslari

Kənd təsərrüfatında risklərin idarə edilməsi sisteminin formalaşdırılması onun metodoloji əsaslarının daha dəqiq öyrənilməsini tələb edir. Bununla əlaqədar məqalədə kənd .

Azərbaycan Respublikasında suvarma suyu üzrə tənzimləmə sisteminin təkmilləşdirilməsi istiqamətləri

Məqalədə kənd təsərrüfatı sahəsində suvarma suyundan istifadə ilə bağlı tənzimləmə sistemlərinin formalaşması, təkamülü və müasir vəziyyəti ilə bağlı dünya .

Azərbaycan Respublikasında aqrar sahənin dayanıqlı inkişaf prinsipləri baxımından tənzimlənməsi

Məqalədə ilkin olaraq dayanıqlılıq məsələsinə mövcud yanaşmalar təhlil olunmuş, aqrar sahədə dayanıqlı inkişaf prinsipləri və dayanıqlılığın üç komponentini .

Azərbaycanda kənd təsərrüfatı innovasiyalarının tətbiqinin stimullaşdırılması

Xülasə Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə .

Çəmənliyin xəstəlikləri və problemləri

Yaşıl çəmən bir çox bağ sahələrində mövcuddur və hər hansı bir landşaft dizaynının gözə çarpan bir elementidir. Ona qulluq etmək olduqca sadədir, lakin bəzən otlar, bilinməyən bir səbəbdən saralmağa, göbələk miselyumu ilə örtülməyə və ölməyə başlayır. Belə bir vəziyyətdə problemin niyə ortaya çıxdığını müəyyənləşdirmək, infeksiya mənbəyini aradan qaldırmaq və daha da yayılmasının qarşısını almaq lazımdır. Ən çox yayılmış çəmən ot xəstəliklərinin simptomlarının təsviri və onların müalicəsi və qarşısının alınması üsulları, məqalədə daha çoxdur.

Fusarium və ya qar kalıbı

Xəstəlik durğun nəm şəraitində yaxşı inkişaf edir. Xüsusilə tez-tez qar örtüyü uzun müddət qış üçün biçilməmiş ot ilə yer üzündə olduqda çəmənlikdə ağ küf görünür. Xəstəliyin törədicisi, sporları külək tərəfindən uzun məsafələrə daşınan və temperatur -50 ° C-yə düşəndə ​​də sağ qala bilən Fusarium nivale göbələyidir.

Fusarium xüsusilə tez-tez çəmən bluegrass və fescue olan əraziləri təsir göstərir.

Xəstəliyin əsas simptomları:

  • qar əridikdən sonra görünən çəmənlikdə ağ ləkələr;
  • təsirlənmiş ərazilər diametri 2 sm-dir, ölçüləri 20-40 sm-ə qədər tədricən artır;
  • fərdi ot bıçaqlarını dəstələrə yapışdırmaq;
  • bitkilərin gövdələrində, yarpaqlarında ağ və ya çəhrayı rəngli bir xarakterik çiçək;
  • yaşıl örtüyün tam qurudulması və sararması.

Bilirdin?Dünyada təxminən 3.8 milyon göbələk növü var. Onların 90% -dən çoxu hələ elm tərəfindən öyrənilməyib.

Toz küf ilə çəmənlikdə ağ kalıp

Çəmənlikdə bir göbələk toz küf ilə infeksiya nəticəsində də görünə bilər. Çəmən bluegrass xüsusilə həssasdır. Xəstəliyin əsas səbəbi günəş işığı çatışmazlığı və ya sərin yay havası ilə birlikdə yüksək rütubətdir.

Xəstəliyin əsas əlamətləri:

  • ilkin mərhələdə, ot ağ rəngli bir toz örtüyü ilə örtülmüşdür;
  • bitkilər qurumağa və qurumağa başlayır;
  • zamanla lövhə sıx bir quruluş və qəhvəyi bir rəng qazanır.

Paslı ləkələr

Bəzən çəmənlikdəki qəhvəyi ləkələr pas kimi bir xəstəliyə işarə edə bilər. Təsirləndirici maddəsi Puccinia cinsinin bir göbələyidir və çəyirtkə və çəmən bluegrass xəstəliyə ən çox həssasdır. İnfeksiyanın yayılmasına gecə və gündüz istiliyində, adətən payızda, günəş işığının çatışmazlığında və çox sıx torpaqda ciddi dalğalanma ilə quru hava şəraiti kömək edir.

Pas əlamətləri:

  • otun səthində qırmızı rəngli bir oval və ya yuvarlaq püstül;
  • sapları bir peçete ilə silsəniz, üzərində qəhvəyi bir örtük qalır;
  • bitkilər uclarından bazaya sarı dönməyə başlayır;
  • yarpaqlar quru və zəif olur.

Antraknoz ilə qazonda qəhvəyi ləkələr

Torpaqdakı yüksək rütubət və qida çatışmazlığı antraknoz kimi bir göbələk xəstəliyinin inkişafına kömək edir. Bunun nəticəsində bitki örtüyünün görünüşü pisləşmir, eyni zamanda təsirlənmiş bitkilərin kök sisteminin ölümü də baş verir.

İnfeksiyanın əsas əlamətləri:

  • müxtəlif ölçülü qırmızı ləkələr meydana gəlir;
  • ləkələr yuvarlaq bir forma və qeyri-bərabər kənarları ilə xarakterizə olunur;
  • otların böyüməsi yavaşlayır;
  • kök sistemi ölür və səthində qaranlıq bir dumanlı lövhə meydana gəlir;
  • ot itkisi nəticəsində çılpaq sahələr meydana çıxır.

Rizoktoniya ilə qazonda ləkələr

Həddindən artıq suvarma və günəş çatışmazlığı səbəbindən rizoktoniya görünə bilər. Bu göbələk xəstəliyi yüksək yayılma dərəcəsi ilə xarakterizə olunur və qısa müddətdə bütün otları təsir edə bilər. Rhizoctonia’ya ən çox həssas olanlar bluegrass, əyilmiş ot və çovur çəmənləridir. Bilirdin?Bəslənmə mayası da bir növ göbələkdir. İlk dəfə 9000 il əvvəl bir alkoqollu içki (mead) hazırlamaq üçün istifadə edilmişdir.

Xəstəliyin əsas simptomları:

  • qazonda kiçik boz ləkələr, genişliyi sürətlə genişlənir;
  • ləkə dairə və ya əyri at nalı şəklində ola bilər;
  • ot cəlbedici görünüşünü itirərək quruyur.

Qırmızı iplik – çəmənlikdəki çəhrayı göbələk

Bir göbələk infeksiyası yalnız ağ və ya qırmızı ləkələrlə deyil, çəhrayı iplərlə də özünü göstərə bilər. Bu xəstəlik qırmızı filamentli adlanır və tez-tez çəmənlik, çəyirtkə çəmənliklərini təsir edir. Yüksək rütubət və sərin hava göbələyin inkişafı üçün əlverişli şərtlərdir.

Alaq otlarını öldürən çəmən ot əkininə dair məlumatlara diqqət yetirin.

Tipik simptomlar:

  • yarpaqların ətrafında hörümçək torlarına bənzəyən nazik çəhrayı-qırmızı iplər nəzərə çarpır;
  • xəstəlik inkişaf etdikdə, çəmənlikdəki ləkələr qəhvəyi olur;
  • təsirlənmiş ot quruyub yox olur.

Dollar ləkəsi

Əksər hallarda əyilmiş ot, çəmən bluegrass və Bermuda bu göbələk xəstəliyindən əziyyət çəkir. Xəstəliyin inkişafı üçün əlverişli şərt, havadakı azot çatışmazlığı ilə birlikdə sərin hava şəraitidir. Çəmən otlarının saralma səbəblərini də öyrənin.

İnfeksiya əlamətləri:

  • qazonda şəkli və ölçüsü gümüş dollara bənzəyən çoxsaylı qəhvəyi ləkələrin görünüşü;
  • yarpaqlarda parlaq qəhvəyi bir haşiyə ilə yuvarlaq sarı-ağ ləkələr meydana gəlir;
  • ot böyüməyi dayandırır və quruyur.

Yarpaq ləkəsi

Çəmənlikdəki başqa bir göbələk növü, demək olar ki, bütün növ otlara sirayət edə bilən yarpaq ləkəsi ola bilər. Qidalı olmayan zəifləmiş bitkilər infeksiyaya ən çox həssasdırlar. Burada çəmənlikdə yonca ilə mübarizə haqqında məlumat əldə edə bilərsiniz.

Bir xəstəliyin olması aşağıdakı əlamətlərlə müəyyən edilə bilər:

  • təbəqə plitəsinin səthində müxtəlif ölçülü və formalı ləkələr görünür;
  • ot qəhvəyi və ya bənövşəyi olur;
  • bitkilərin kütləvi ölümü nəticəsində yaşıl örtük dekorativ təsirini itirir.

Cadı üzükləri

Çəmənlikdəki qəhvəyi ləkələr cadı üzükləri kimi bir xəstəliyi də göstərə bilər. Bu xəstəlik çürüyən ağac qalıqları ilə torpaqda böyüyən bitkiləri təsir edir. Hər növ otlar infeksiyaya həssasdır, xüsusən də torpaqda qida çatışmazlığı olduqda.

Vacibdir!Çəmənlikdə cadu üzüklərinin müalicəsi üçün xüsusi bir hazırlıq yoxdur. Bu səbəbdən göbələklər çəmənin üst təbəqəsi ilə birlikdə əllə çıxarılır.

Xəstəliyin əsas simptomları:

  • otların üstündə bir cüt uzanan üzük görünür – onlardan biri ikincinin içərisindədir;
  • üzüklərdəki bitki yarpaqları, parlaq yaşıl rəngə boyanmışdır;
  • xarakterik küflü bir qoxu yayan üzüklərin altında bir ağımtıl miselyum təbəqəsi meydana gəlir;
  • xarici dairədə kiçik sarı-qəhvəyi toadstools görünür;
  • üzüklərin içindəki ot saralır və kənarından mərkəzə doğru quruyur.

Kök yaxası nekrozu

Bu xəstəlik hər növ çəmənlikdə, xüsusən də qumlu torpaqda böyüyərsə meydana gələ bilər. Kök yaxası nekrozu son payız və qışda soyuq, nəm havalarda yaxşı inkişaf edir. İnfeksiya simptomları əsasən qar əridikdən sonra görünür. Otun əkildikdən sonra nə qədər çıxdığını da oxuyun.

Xəstəliyin əsas əlamətləri:

  • 40 sm ölçüsünə qədər çəmənlikdə dəyirmi ləkələr;
  • yarpaqlar ağ və ya açıq çəhrayı miselyum təbəqəsi ilə örtülmüşdür;
  • otların kökləri çürüyür, qaranlıq olur;
  • bitkilər yox olur.

Smut – çəmənlikdəki qara qəlib

Bu xəstəliyin törədicisi çəmənin köklərində qışlayan bir göbələkdir. Tez bir zamanda bütün əraziyə yayıla bilər və müalicəsi çətindir. Bir pəncərədə bir çəmənliyin necə becəriləcəyi barədə məlumatla tanış olmağınızı təklif edirik.

Çəmənlikdə bu tip göbələk əlamətləri:

  • göbələk yoluxmuş bölgələr dəri ilə örtülmüş püstüllərə bənzəyir;
  • zamanla təsirlənmiş ərazinin səthi çatlayır və göbələk sporları yuxarıdan görünə bilər;
  • yarpaqlarda sporlardan ibarət qara zolaqlar görünür;
  • ot qaralır və ölür və sporlar qonşu bitkilərə səpələnir.

Çəmənlikdə göbələk və yosunlarla nə etmək lazımdır

Mantar infeksiyalarına əlavə olaraq, bəzən yosun və likenlərin görünüşündən qaçınmaq olmur. Bu yosunların çəmənlikdə çoxalması üçün əlverişli şərtlər sıx torpaq və çox bol suvarmadır. Çəmənlərin dekorativ görünüşünü qorumaq və infeksiyanın yayılmasını dayandırmaq üçün sadalanan xəstəliklərin hər birinin necə düzgün müalicə olunacağını bilməlisiniz.

Bilirdin?Sintetik kauçuk, plastik avtomobil hissələri və Lego konstruktorlarının istehsalı üçün laboratoriya şəraitində bir göbələkdən alınan turşu istifadə olunur.

İnfeksiya ilə mübarizə aparmaq üçün aşağıdakı hərəkətləri yerinə yetirin:

  • zədələnmiş sahələrin çıxarılması (bitki örtüyünün taranması);
  • bütün bitki qalıqlarının toplanması və məhv edilməsi;
  • artıq nəmi aradan qaldırmaq üçün torpağın havalandırılmasının aparılması;
  • yüz kvadrat metrə 300 qr miqdarında “karbamid” in tətbiqi (yalnız torpaqda azot çatışmazlığından yaranan xəstəliklər üçün).

Mantar xəstəliklərinin müalicəsi, hər məhsulun ambalajındakı təlimatlara əməl edərək, funqisidlərin köməyi ilə həyata keçirilir.

Avtomatik bir qazon suvarma sisteminin necə qurulacağına dair məlumatlara diqqət yetirin.

Ən çox istifadə edilən dərmanlar bunlardır:

  • Benomil (fusarium, rizoktoniya, dollar ləkəsi);
  • Triadimefon (pas, antraknoz);
  • Siprokonazol (antraknoz);
  • Fludioxonil (antraknoz, fusarium);
  • Xlorotalonil (rizoktoniya, qırmızı iplik);
  • Tritikonazol (pas);
  • Miklobutanil (toz küf);
  • “Tiofanat” (dollar və yarpaq ləkələri).

Qarşısının alınması üsulları

Xəstəliklərin nəticələrini aradan qaldırmaq üçün enerji sərf etməmək üçün profilaktik tədbirlərə lazımi diqqət yetirmək tövsiyə olunur. Göbələk infeksiyalarının qarşısını almağa və otun cazibədar görünməsinə kömək edəcəkdir. Vacibdir!Çəmənliyi 3-4 sm hündürlükdə biçmək tövsiyə olunur.Amma avqustun əvvəllərində kök sisteminin güclənməsini stimullaşdırmaq üçün otların 6-7 sm-ə qədər böyüməsinə icazə verilir.

Xəstəliklərin qarşısının alınması üçün əsas tədbirlər:

  • əkilmədən əvvəl funqisidlərlə toxum müalicəsi;
  • torpağın tez-tez havalandırılması;
  • bir drenaj təbəqəsi qoyaraq yerdəki suyun durğunluğunun qarşısını almaq;
  • düşmüş yarpaqların diqqətlə çıxarılması;
  • orta suvarma;
  • yaxınlıqdakı ağac və kolların tacını incəldərək kölgəni azaltmaq;
  • hiss olunan artıq otun çıxarılması;
  • torpaqdakı azot və kalium səviyyəsinə nəzarət etmək üçün gübrələmə cədvəlinə riayət etmək.

Baxımlı yaşıl çəmənlik hər hansı bir ərazinin bəzəyidir, buna görə görünüşünü daim izləməlisiniz və müxtəlif xəstəliklərin simptomları meydana gəlsə dərhal müalicəyə başlamalısınız. Təqdim olunan məlumatları istifadə edərək, infeksiyanın ilk əlamətlərini tanıya və lazımi tədbirlər görə bilər, həmçinin göbələklərin görünməsinin qarşısını ala bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.