Kənd təsərrüfatı işləri
Qazıyev Arif Tofiq oğlu
VERGİLƏR
Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq.
Beləliklə, mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Xatırladaq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Vergi Məsəlləsinə əlavə edilmiş 58.15-ci maddəyə əsasən, vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyiciləri maliyyə sanksiyalarına məruz qalmamaq üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməlidir.
Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur:
- Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər;
- Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;
- Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər;
- Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.
Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cu ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir. Bu hüquqdan istifadə etmək istəyənlərdən də yuxarıda göstərilən sənədlər tələb olunur.
Elxan SALAHOV
Kənd təsərrüfatı işləri
“Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir və öz ərazi bütövlüyünü qoruyur”.
Bu açıqlamanı Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov verib. Onun sözlərinə görə, Ermənistan hərbçilərinin təmas xəttində yaratdığı gərginlik və dinc əhalini qəsdən atəşə tutması sakinlərin gündəlik həyat şəraitlərində bir sıra çətinliklər yaradıb: “Buna baxmayaraq, dövlətimizə, ordumuza sarsılmaz inam və etibar edən dinc əhalimiz adi qaydada öz təsərrüfat işləri ilə məşğul olur. Azərbaycan Ordusu döyüş meydanında, xalqımız isə arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirir”.
Anar Hüseynov qeyd edib ki, Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi vurğulayıb ki, bütün rayonlarda, o cümlədən cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri istiqamətində fəaliyyət adi qaydada davam etdirilir: “Respublikanın cəbhə rayonlarında kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi barədə danışarkən qeyd etməliyəm ki, bütün cəbhəyanı və cəbhə xəttinə yaxın rayonlada – Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz, Qazax və Ağstafada payızlıq dənli bitkilərin səpini üçün əkin sahələrinin şumlanması aparılır. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz və Ağstafa rayonlarında təkrar qarğıdalı əkinləri aparılmış sahələrdə yaşıl yem və dən üçün qarğıdalı yığımı prosesi davam edir. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonlarında kütləvi pambıq yığımına başlanılıb. Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər və Tovuz rayonlarında şəkər çuğundurunun toplanması yerinə yetirilir. Goranboy və Tovuz rayonlarında tütün məhsulunun yığımı prosesi davam edir”.
Anar Hüseynov əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür.
“Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumlarının, o cümlədən müxtəlif rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları da belə həssas dövrdə fermerlərin yanındadır. Nazirlik işçiləri əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə rayonlara ezam olunub, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlərini verirlər. Dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Fermerlərimiz bu qayğını yüksək qiymətləndirir və dövlət başçımızın həyata keçirdiyi siyasəti daim dəstəkləyirlər. Prezident İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə torpaq və su resurslarından səmərəli istifadə olunması, eləcə də aqrar sahədə davamlı inkişafla bağlı qarşımızda çox mühüm tapşırıqlar qoyub. Prezidentin qarşımızda qoyduğu çox mühüm həlli vacib olan tapşırıqların icrası, bizi daha məsuliyyətli və əzmlə çalışmağı vadar edir”, – deyə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru qeyd edib.
Kənd təsərrüfatı işləri
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilib:
Əliyev Vahid Mövsüm oğlu
Nəbiyev Məmmədzadə Hünbət oğlu
Rzayev Hümbət Məmməd oğlu
Təlai Cavanşir Mütəllib oğlu.
***
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
1-ci dərəcəli “Əmək” ordeni ilə
Atakişiyev Saqif Yadulla oğlu
Əliyev İntiqam Tahir oğlu
Əsgərov Əfras Əmir oğlu
Talıbov Cehun Abbas oğlu
Vəliyev Vidadi Fazil oğlu
2-ci dərəcəli “Əmək” ordeni ilə
Cavadov Cavad Bahadır oğlu
Cəfərov Hüseyn Oruc oğlu
Əliyev Ramiz Fayaz oğlu
Hüseynov Valid Saleh oğlu
Qasımov Raquf Sovet oğlu
Məhərrəmov Ədalət Qara oğlu
Mikayılov Hakim Allahverən oğlu
Mirzəliyev Cəfər Aslan oğlu
Mirzəyeva Ulduz İslam qızı
Nəzərov Əlitehran Əlisahib oğlu
Rzayev Şahmar Mehdi oğlu
Umarov Vasif Tofiq oğlu
Zeynalov Teymur Nazim oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Cəlilov Arif İnşallah oğlu
Fərzəliyev Sabir Təvəl oğlu
Həmidov Rauf Talış oğlu
Həsənov Cəmşid İbrahimxəlil oğlu
Qəniyev Fərhad Allahşükür oğlu
Mədətov Sahib Gülağa oğlu
Məhərrəmov Nəbi Bağı oğlu
Məmmədov Qabil Süleyman oğlu
Mustafayev Ağamirzə İmamalı oğlu
Nuriyev Ramiz Güləli oğlu
Səmədov Eyvaz Mirzə oğlu
Şabanov Vaqif Cuma oğlu
“Tərəqqi” medalı ilə
Abdullayev Qənbər Qara oğlu
Allahverənov Mustafa İbrahim oğlu
Babayev Gəncəli Şahlar oğlu
Əliyev Mirzə Mikayıl oğlu
Əliyeva Zenfira Kamil qızı
Hüseynov Pənah Alxos oğlu
İsmayılov İsrafil İbrahim oğlu
Qazıyev Arif Tofiq oğlu
Quliyev Yaqub İsmayıl oğlu
Mehrəliyev İman Xudaverdi oğlu
Mustafayev Allahverdi Şahüseyn oğlu
Nəsibov Famil Nəsir oğlu
Ramazanov Adil Mirzə oğlu
Rüstəmova Sialə İsmayıl qızı
Seyidov Mirvasif Adil oğlu
Şıxəliyev Fariz Qəzənfər oğlu
Verdiyev Rəhman Xəlil oğlu.
Comments are closed, but trackbacks and pingbacks are open.