Press "Enter" to skip to content

Декларации ТР ТС Azərsun Kənd Təsərrüfati Məhsulları MMC

2017-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etsin;

2.2. kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirsin;

2.3. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etsin;

2.4. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.5. Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2017-ci il.

Azərbaycan Respublikası Prezidentinin

Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün

Dövlət Proqramı

90-cı illərin ortalarında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur.

1995-1996-cı illərdə qəbul edilmiş “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit etmiş, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaratmışdır.

Əvvəllər formal olaraq “kooperativ” modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərmiş kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunmuş, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün

institusional zəmin yaradılmışdır.

Qanunvericiliyə uyğun olaraq, sovxoz və kolxozların islahatı həm də torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatların yaradılmasını, onların istehsal kooperativlərinə çevrilməsini nəzərdə tutur, eyni zamanda təsərrüfatların kooperasiyasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də kooperativlərin fəaliyyətini tənzimləyən müddəalar öz əksini tapmışdır. Müvafiq normativ hüquqi aktlarda kooperasiya ilə bağlı məsələlərin geniş yer alması bir tərəfdən, kooperativlərin ilkin hüquqi bazaya malik olduğunu, digər tərəfdən də dövlətin birgə təsərrüfatçılıq üsullarına önəm verdiyini göstərir.

Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir.

Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədi ilə son illərdə dövlət müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair

2017-2022-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

2. Mövcud vəziyyət

Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf etmişdir. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngitmişdir.

Kooperativlərin fəaliyyəti barədə göstəricilər də kooperasiya meyillərinin qənaətbəxş səviyyədə olmadığını göstərir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılmış kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2016-cı ildə 55-ə enmişdir. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır.

Hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2 hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli

işləyə bilmirlər, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya və irriqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevrilir.

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərirlər. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 96,3 faizi ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 92,0 faiz və 8,0 faiz olmuşdur. Eyni zamanda kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4 faizdən 5,7 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4 faizdən 9,9 faizə yüksəlmişdir. Az da olsa müsbət dinamikanın yaranmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür.

2016-cı ildə 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət

edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi

3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6 faizi ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5 faizinə sahiblik edir. Bu təsərrüfatların bir hissəsinin birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər.

Heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin təhlili göstərir ki, analoji hal bu sahədə də mövcuddur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keçirdiyi 2015-ci il kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə əsasən, ümumi sayı 452,4 min olan iribuynuzlu heyvandarlıq təsərrüfatlarından 57,2 faizi 1-4 baş, 29,5

faizi 5-9 baş, 10,3 faizi 10-19 baş, 2,6 faizi 20-49 baş, 0,5 faizi 50 baş və daha çox heyvan sayına malikdir. Ümumi sayı 188,288 min olan xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının isə 4,8 faizində 1-4 baş, 14,4 faizində 5-9 baş, 25,4 faizində 10-19 baş,

34,2 faizində 20-49 baş, 12,9 faizində 50-99 baş, 4,9

faizində 100-199 baş, 2,4 faizində 200-499 baş, 0,7 faizində 500 baş və daha çox heyvan saxlanılır.

“Müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin də ölkəmizdə tətbiqi qənaətbəxş səviyyədə deyildir. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bu modelin bir sıra üstünlükləri vardır. Belə ki, məhsul istehsalçısı tədarükçü ilə müqavilə

imzalayaraq, həm satış bazarı, həm də bu sövdələşmə çərçivəsində məhsul istehsalı üçün maddi və texniki dəstək əldə edir. Eyni zamanda, bu model tədarükçülər üçün də əlverişlidir. Çünki bu zaman alıcı uzunmüddətli bir dövr üçün stabil məhsul təminatçısı tapdığından, əlavə vaxt və maliyyə sərf etmədən satışın davamlılığını təmin edə bilir. Ənənəvi sahələr olan pambıqçılıq, tütünçülük və baramaçılığın, şəkər çuğunduru və çay istehsalının inkişafı istiqamətində görülən tədbirlər nəticəsində “müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin tətbiqi son dövrlərdə genişlənməyə başlamışdır.

Hazırda həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır. Xüsusilə də, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi kooperasiya meyillərinin dərinləşməsinə təkan verməkdədir.

3. Kənd təsərrüfatı kooperasiyası sahəsində qlobal meyillər

Qlobal miqyasda kooperativlər fəaliyyət göstəricilərinə görə mühüm iqtisadi və sosial əhəmiyyətə malik təsərrüfat subyektləri kimi xarakterizə olunur. Kooperativlər və Sosial Müəssisələr üzrə Avropa Tədqiqat İnstitutunun Beynəlxalq Kooperativlər Alyansı ilə birgə hazırladığı “Dünya Kooperativ Monitoru” hesabatına əsasən, 76 ölkədə fəaliyyət göstərən 2800-dən çox kooperativ təşkilat və birlik arasında aparılmış sorğu nəticəsində bu qurumların 2013-cü

ildə ümumi dövriyyəsinin 2,9 trilyon ABŞ dollarından çox olduğu müəyyən edilmişdir. Kooperativlər dünya üzrə 250 milyon nəfərdən çox insanın məşğulluğunu təmin edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin birləşdiyi “Böyük İyirmilik” (G20) üzrə ümumi məşğulluğun 12 faizi kooperativ təşkilatların payına düşür.

Kooperativlərin 27 faizi kənd təsərrüfatı və qida məhsulları istehsalı, 21 faizi bank və maliyyə xidmətləri, 19 faizi sığorta xidmətləri, 16 faizi topdan və pərakəndə satış, 5 faizi sənaye, 4 faizi səhiyyə və sosial xidmətlər, 8 faizi isə digər xidmət sahələrində fəaliyyət göstərir. Bununla da kooperativ təşkilatlar milyonlarla insanın güzəranının təmin edilməsində böyük rol oynayır.

Dünya üzrə kənd təsərrüfatı və qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bu, kooperativ təşkilatların ümumi dövriyyəsinin təqribən 26 faizini təşkil edir. 2011-2013-cü illər ərzində kənd təsərrüfatı və qida məhsulları kooperativlərinin ümumi dövriyyəsi təqribən 25 faiz artmışdır ki, bu da onların fəaliyyətinin səmərəliliyini bir daha təsdiq edir.

Kənd yerlərində fəaliyyət göstərən kooperativ təşkilatların 60 faizini kənd təsərrüfatı istehsal kooperativləri, 15 faizini kənd təsərrüfatı istehlak kooperativləri, 25 faizini isə qeyri-kənd təsərrüfatı kooperativləri təşkil edir.

Müasir dövrdə kooperativ təsərrüfatçılıq formasının genişləndirilməsi və dəstəklənməsi qlobal çağırışlardan biri kimi qəbul olunur. Təsadüfi deyildir ki, BMT-nin Ərzaq və Kənd

Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (IFAD) və Dünya Ərzaq Proqramı (WFP) kimi təşkilatlar tərəfindən kənd təsərrüfatı kooperativlərinin aqrar sahənin inkişafındakı rolu yüksək qiymətləndirilir. BMT Baş Assambleyasının 31 oktyabr 2011-ci il tarixli 66-cı sessiyasının qətnaməsinə uyğun olaraq 2012-ci il “Beynəlxalq kooperativlər ili” elan edilmişdi.

Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrində 100 illik inkişaf tarixi olan kənd təsərrüfatı kooperativləri istehsalçıların mütərəqqi inteqrasiya forması kimi təşəkkül tapmışdır. Bu ölkələrdə kiçik fermer təsərrüfatları zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq birləşmiş, iri təsərrüfatlar yaranmışdır və kooperativlərin inkişafına davamlı dövlət dəstəyi nəticəsində ümumi istehsalda iri təsərrüfatların payı getdikcə artır. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər.

Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilmişdir. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir.

Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olmuşdur. Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur.

Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal

vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının 2/3 hissəsini realizə edirlər.

İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunmuşdur. İsveçrədə fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi kənd təsərrüfatı kooperativlərinin üzvüdürlər.

Kənd təsərrüfatı kooperativlərinin süd istehsalı və satışında payı İsveçdə 100 faiz, Almaniyada 96 faiz, Hollandiyada 88 faizdir. Onların ət istehsalı və satışında payı isə Danimarkada 93 faiz, Fransada 90 faiz, İsveçdə 87 faiz, Almaniyada 65 faizdir.

Şəbəkələşmə prosesi kooperativlər üzrə çoxpilləli təşkilati quruluşun formalaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ-da yerli, regional və sahələr üzrə ixtisaslaşmış kooperativlər fəaliyyət göstərir. Bu ölkədə kənd təsərrüfatı kooperativlərinin çoxu səhmdar cəmiyyətləri kimi formalaşsa da, onların səhmləri alqı-satqı obyekti deyil və fond birjalarına çıxarılmır.

4. Kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri

  1. Təsərrüfatçılığın kooperativ forması dünyada geniş yayılmışdır. Onun formalaşması uzunmüddətli proses olsa da, kooperasiya aqrar sektorda iqtisadi effektivliyə nail olmağın başlıca şərti sayılır.
  2. İnkişaf etmiş ölkələrdə məhsul istehsalçıları təsərrüfatın gəlirliliyini artırmaq, xərcləri minimuma endirmək üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və

digər resursları) könüllülük prinsipi əsasında kooperativlərdə birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Kooperativlər fermerlərə təchizat, tədarük və satış məsələlərində kömək göstərirlər.

  1. İstehsal edilmiş məhsulun satışını, emalını, kreditlərin əldə edilməsini, toxum, cins mal-qara və texnikanın satın alınmasını kooperativ əsasda bir neçə təsərrüfat həyata keçirə bilər. Kooperativlər təsərrüfat fəaliyyətinin təşkilinin mütərəqqi və ədalətli forması kimi iştirakçıların mülkiyyət hüquqlarına toxunmur və yalnız birgə təsərrüfatçılığa şərait yaradır.
  2. Kənd təsərrüfatında kooperasiya məsələsi ciddiliyi və ictimai əhəmiyyəti ilə səciyyələnir. Təsərrüfatçılıq forması kimi kooperativlərin xüsusi rolu olsa da, onların təbliğində hər hansı yanlışlığa və təhrifə yol verilməməlidir, çünki bu, torpaq mülkiyyətçiləri arasında müəyyən çaşqınlıq yarada bilər.
  3. Bəzən kooperativlər yanlış olaraq kollektiv təsərrüfatlarla (kolxozlarla) eyniləşdirilir. Halbuki, bu iki təsərrüfat subyekti arasında prinsipial fərqlər vardır. Kolxozdan fərqli olaraq kooperativlər mülkiyyətçilərin müstəqil sahibkarlığına əsaslanır. Burada da torpaq və əmlakdan birgə istifadə nəzərdə tutulsa da, fermer istənilən vaxt öz daşınar və daşınmaz əmlakı ilə kooperativin tərkibindən çıxa bilər. Kolxozların vahid təsərrüfat sistemi, öz suvarma şəbəkəsi, kənd təsərrüfatı texnikası parkı, kadr ehtiyatı, anbar və avadanlığı, vahid əkin dövriyyəsi sistemi olsa da, torpaq üzərində sahiblik hissi və təşəbbüskarlıq yox idi. Kooperasiyanın əsasını fermer təsərrüfatları təşkil edir. Bu baxımdan kooperativlərin kollektiv təsərrüfatlarla eyniləşdirilməsi və ya kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi

təşəbbüsünün kolxozların bərpası kimi qəbul edilməsi yolverilməzdir.

  1. Sovet dövründə kollektiv təsərrüfatlar məcburi və inzibati qaydada yaradılırdısa, indi kooperativlərin formalaşması könüllülük prinsipinə əsaslanır. Azad bazar iqtisadiyyatının bərqərar olduğu indiki şəraitdə xüsusi mülkiyyət sahibi olan fermeri məcburi şəkildə kooperativləşməyə cəlb etmək qeyri-mümkündür. Kooperativlərin inkişafı yalnız iqtisadi alətlərlə – güzəştli vergiqoyma və kreditləşmə mexanizmi, xüsusi subsidiyaların tətbiqi və digər vasitələrlə təşviq edilə bilər.
  2. Postsovet məkanının aparıcı aqrar ölkələrinin kənd təsərrüfatı kooperasiyası sahəsində təcrübəsinə istinad edilməsi də məqsədəuyğun sayılmır. Ölkəmizdə aqrar sektorda mülkiyyət münasibətləri və onun strukturu MDB üzvü olan digər ölkələrdən əsaslı şəkildə fərqlənir. Bu ölkələrin bir çoxunda kəndlinin torpaq üzərində xüsusi mülkiyyət hüququ təsbit edilməyib və hazırda torpaq-mülkiyyət münasibətlərinə yenidən baxılması onların aqrar siyasətinin ən aktual məsələsi kimi gündəmdədir. Təcrübə göstərir ki, kosmetik dəyişikliklərə məruz qalan kolxoz və sovxozlarda gerçək kooperasiya prinsiplərinin reallaşması praktiki olaraq mümkün deyildir.
  3. Son illərdə ölkə ərazisində iri təsərrüfatların yaradılması aqrar istehsalın səmərəli təşkil edilməsi baxımından mühümdür. Lakin iri təsərrüfatların fəaliyyəti də birgə təsərrüfatçılıq formasına əsaslanmadığına görə onlar kooperativlərlə eyniləşdirilməməlidir. Bununla belə, yaxın perspektivdə iri təsərrüfatların kooperasiya prinsipləri əsasında formalaşması məqsədəuyğun hesab edilir.
  1. Kooperasiyanın əsas xüsusiyyəti iştirakçıların öz müstəqilliyini saxlamasında, demokratik idarəetmə formasında, mənfəətin birgə bölüşdürülməsindədir. Kooperativlər birgə fəaliyyət forması kimi əsasən yüksək mənfəət qazanmağa yox, öz üzvlərini dəstəkləməklə onlara müəyyən xidmətlər göstərməyə üstünlük verirlər.

5. Kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri

  1. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Bu baxımdan, kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.
  2. Təsərrüfatçılığın kooperasiya formasında iştirakçılar iqtisadi münasibətlərin keyfiyyətcə yeni subyektinə çevrilir. Kooperativlər kənd təsərrüfatı istehsalçıları arasında üfüqi inteqrasiyanın effektiv forması kimi maliyyə resurslarına çıxışı da xeyli asanlaşdırır.
  3. Kooperasiya məhsulun istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sistemidir. Məlum olduğu kimi, aqrar sənaye kompleksində mənfəət və ya əlavə dəyərin əsas hissəsi kənd təsərrüfatı xammalının emalı və məhsulun satışı həlqəsində yaranır. Kooperativlər isə gəlirlərin “istehsal-emal-satış” həlqələri üzrə ədalətli bölgüsünə imkan verir.
  1. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verir. Belə təsərrüfatlar, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikanın alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan verir.
  2. Kənd təsərrüfatında kooperasiya sisteminin əsas məqsədi həm də kooperativ üzvlərinin təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Məhsul istehsalı ilə məşğul olan fermer istehsal etdiyi məhsulu satmaqda və məhsul istehsalı üçün lazım olan toxum, gübrə, texnika və digər vasitələri almaqda çətinlik çəkdiyinə görə bu vəzifələri fermerlərin özlərinin yaratdıqları kooperativlərə həvalə edir.
  3. Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini və rəqabətədavamlılığını, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynaya bilər.
  4. Kənd təsərrüfatında mövcud resurslardan səmərəli istifadə edilməsi, eyni zamanda, kooperativ təsərrüfatlarda becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsinə, məhsul vahidinin maya dəyərinin azaldılmasına, istehsalın genişləndirilməsi və daxili investisiya qoyuluşu üçün sərbəst maliyyə ehtiyatının yaranmasına və təsərrüfatın rentabelliyinin artmasına imkan verəcək. Buna görə də xırda təsərrüfatların birləşməsi, aqrar istehsalat kooperativlərinin, birliklərin və ittifaqların yaradılması əsas məsələlərdən biridir. Dünya təcrübəsi göstərir ki, kooperasiyanın, fermer ittifaqlarının (assosiasiyalarının) yaranması

yalnız könüllülük prinsipinə əsaslanan uzunmüddətli prosesdir. Bu işdə maarifləndirmə, təbliğat və s. formalardan istifadənin böyük əhəmiyyəti vardır.

  1. Müasir təsərrüfatçılıq istehsalçılar arasında inteqrasiyanın və kooperasiyanın inkişaf etdirilməsini tələb edir. Kooperativlər kənd təsərrüfatı istehsalında texnoloji yeniləşmənin aparıcı qüvvəsinə çevrilə bilər. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçıdan istehlakçıya çatdırılmasında, başqa sözlə, fermerlərin bazarla əlaqəsinin təmin edilməsində kooperativlərin rolu əhəmiyyətli dərəcədə artacaqdır.
  2. Kooperasiya aqrar sahə üzrə risklərin azaldılmasına, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsinə, istehsal, emal və xidmət arasında çevik əlaqə qurulmasına, aqrar sektorda investisiya fəallığının artmasına, daxili bazarda yerli istehsalçıların mövqeyinin güclənməsinə, aqrotexniki qaydaların effektiv həyata keçirilməsinə, növbəli əkin sisteminin tətbiqinə, kənd təsərrüfatında uçot, hesabat və nəzarət işinin qurulmasına, rəqabətədavamlı məhsul istehsalına, torpaqdan səmərəli istifadəyə, əmək məhsuldarlığının yüksəlməsinə, aqrar sahəyə dövlət dəstəyinin daha rasional təşkilinə, fermerlərin gəlirlərinin artmasına əlverişli şərait yaradacaqdır.

6. Kənd təsərrüfatında kooperasiyanın inkişafının şərtləri

  1. Kənd təsərrüfatı kooperativlərinin daha sağlam əsaslar üzərində formalaşması aqrar sektorda struktur dəyişikliklərinin həyata keçirilməsindən, kənd təsərrüfatında özəl sektorun formalaşmasından, fermerlər təbəqəsinin yaranmasından asılı idi.

Kooperasiya, bir qayda olaraq, torpaq üzərində xüsusi mülkiyyətə əsaslanan təsərrüfatları əhatə etdiyi halda müsbət nəticələr əldə edilir. Bu baxımdan 90-cı illərin ortalarında həyata keçirilmiş aqrar islahatlar effektiv kooperasiya üçün daha real əsaslar yaratmışdır. Yeni mərhələdə isə kənd təsərrüfatı kooperasiyasının dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi bir sıra şərtlərdən asılıdır.

  1. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında kooperasiya torpaq üzərində xüsusi mülkiyyətə əsaslanmaqla, dövlətin praktiki dəstəyi ilə və aqrobiznes üçün əlverişli şərait yaratmaqla inkişaf etdirilə bilər.
  2. Kooperativlərin təşkilində könüllülük prinsipinə riayət edilməsi, təsərrüfatlararası, sahələrarası və rayonlararası kooperasiyanın bir-birini tamamlaması, kooperativlərin inkişafının aqrar siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi, uğurlu fəaliyyət göstərmiş kooperativlərin müsbət təcrübəsinin geniş yayılması, müvafiq stimullaşdırıcı mexanizmlərin tətbiqi kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün vacib şərtlərdir.
  3. Bir çox ölkələrdə kooperativlərin yaradılmasını stimullaşdırmaq məqsədi ilə dövlət tərəfindən kooperasiya iştirakçıları üçün müəyyən imtiyazlar, dəstəkləyici tədbirlər nəzərdə tutulur.
  4. Kooperativlərin özləri də kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşə və beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak edə bilər. Kooperativlər mütərəqqi təsərrüfatçılıq forması olsa da, təşkilati və struktur baxımından daim təkmilləşməli, öz fəaliyyətlərində innovativ yanaşma nümayiş etdirməlidirlər.
  1. Kooperasiyanın mahiyyət, prinsip, məqsəd və vəzifələrinin konseptual baxımdan düzgün izah edilməsinin zəruriliyini nəzərə alaraq, onun ictimaiyyət tərəfindən geniş müzakirə edilməsi, xüsusi teledebatların təşkili, bu prosesə alim və mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların yaxından cəlb edilməsi istiqamətində tədbirlər görülməlidir. Belə bir yanaşma problemin müzakirəsinin elmi- konseptual səviyyəsini də artırmış olar.
  2. Kooperasiya sahəsində konkret nəticələr əldə edilməsi üçün beynəlxalq təşkilatların iştirakı ilə texniki dəstək proqramlarının, pilot layihələrin həyata keçirilməsinə və qazanılmış müsbət təcrübənin ümumiləşdirilməsinə ehtiyac vardır.
  3. Aqrar siyasəti həyata keçirən dövlət orqanlarının maarifləndirmə və məlumatlandırma işini düzgün qurması, təsərrüfatlarla əməkdaşlığı dərinləşdirməsi kooperasiyanın geniş vüsət almasına şərait yarada bilər. Azərbaycanda fermerlərin kooperativlər şəklində fəaliyyəti təsərrüfat vərdişlərinin tədricən dəyişməsini, onlarda yeni düşüncə tərzinin formalaşmasını, birgə təsərrüfatların təşkili sahəsində zəruri biliklərin mənimsənilməsini tələb edir. Bu baxımdan kooperativlərin təşəkkülü uzunmüddətli proses kimi qəbul edilməlidir.

7. Dövlət Proqramının məqsədi və vəzifələri

  1. Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin

etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

  1. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
    1. kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsi;
    2. kooperativlərin dövlət tərəfindən dəstəklənməsi;
    3. aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi;
    4. torpaqdan səmərəli istifadə edilməsi;
    5. kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsi;
    6. kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsi;
    7. kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılması;
    8. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, habelə maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturunun formalaşdırılmasına dəstək verilməsi;
    9. kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, onlara göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi;
    10. kooperativlərin güzəştli şərtlərlə kreditləşdirilməsinin təmin edilməsi;
    11. kənd təsərrüfatı kooperasiyası ilə bağlı informasiya- məsləhət xidmətlərinin gücləndirilməsi;
    12. kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali

    təhsilli mütəxəssislərin hazırlanması, müvafiq kursların təşkili, bu sahədə elmi tədqiqat işlərinin genişləndirilməsi;

    1. kənd təsərrüfatı kooperativlərinin inkişaf və fəaliyyət göstəriciləri üzrə statistik məlumat bazasının yaradılması;
    2. kənd yerlərində məşğulluğun və həyat səviyyəsinin yüksəldilməsi, kəndin dayanıqlı inkişafının təmin edilməsi.

    8. Kənd təsərrüfatı kooperasiyasının inkişafının əsas istiqamətləri

    1. Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
      1. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi;
      2. kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması;
      3. kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi;
      4. kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması;
      5. kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi;
      6. kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;
      1. kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması;
      2. dövlət ehtiyacları üçün kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünə dair sifarişlərin hər il müəyyənləşdirilməsi və satınalma əməliyyatlarının həyata keçirilməsi;
      3. qeydiyyatdan keçən və fəaliyyət göstərən kooperativlərin fəaliyyətinin təhlili;
      4. vergi və kredit siyasəti vasitəsilə kooperasiyanın stimullaşdırılması;
      5. kooperasiyanın stimullaşdırılmasında subsidiyalardan istifadə edilməsi;
      6. müxtəlif istiqamətlər üzrə pilot kooperativlərin yaradılması;
      7. kooperasiyanın mütərəqqi birgə təsərrüfatçılıq forması kimi təbliğ edilməsi;
      8. kooperativlərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədi ilə müvafiq uçot sisteminin yaradılması.

      9. Dövlət Proqramının maliyyələşmə mənbələri

      1. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
        1. Azərbaycan Respublikasının dövlət büdcəsi;
        2. büdcədənkənar dövlət fondları;
        3. yerli və xarici investisiyalar;
        4. beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə

        Декларации ТР ТС Azərsun Kənd Təsərrüfati Məhsulları MMC

        Декларации ТР ТС Azərsun Kənd Təsərrüfati Məhsulları MMC

        • �� Цена на декларацию от 7000 рублей

        Номер декларации
        Действует до
        Код ТН ВЭД

        Соленья: смешанные (ассорти),из сладких огурцов, солёные огурцы с горчицей массой нетто 670 грамм, в стеклянной таре

        Помидоры очищенные в собственном соку, нарезанные, в стеклянной таре массой нетто 640, 680 грамм
        Гранатовый соус (наршараб) в стеклянной таре массой нетто 260 грамм

        Зелёный горох, салат Айвар, салат барбекю, жареный на огне баклажан, лечо в стеклянной таре массой нетто 300, 315, 325, 620,630,650,680 грамм

        Помидоры очищенные в собственном соку, нарезанные, упакованные в стеклянную тару массой нетто 660 грамм

        2002101000
        Баклажанная икра, упакованная в стеклянную тару массой нетто 300, 660 грамм

        Варенье стерилизованное из кизила, в стеклянной банке, массой нетто 380, 400 грамм; 2,65, 2,7 килограмм.

        Гранатовый сок, упакованный в стеклянную тару объёмом 0,25 л., 1 литр
        Гранатовый соус (наршараб) в стеклянной таре массой нетто 260 грамм, 345 грамм
        2103909009

        Компот из вишни, кизила, фейхоа, боярышника и фейхоа,айвы, красной алычи, ежевики, персика, тёрна, абрикоса, сливы,черешни в стеклянной таре массой нетто 1 литр,

        Варенье из лепестков роз в стеклянной таре массой нетто 400 гр.
        Варенье из черешни,

        Зелёный горох, салат Айвар, салат барбекю, жареный на огне баклажан, лечо в стеклянной таре массой нетто 300, 315, 325, 620,630,650,680 грамм,

        Консервы овощные: Зелёный горох
        2005400000

        Цены на декларацию соответствия ТР ТС

        • Консультация по необходимым документам

        Популярная
        7.000 ₽ документ

        • Декларация соответствия
        • Скан
        • Курьерские услуги
        • Гарантии

        Производитель

        • Декларация
        • Протокол испытаний
        • Курьер
        • Скан

        Отзывы об изготовлении декларации соответствия ТР ТС

        Анна Герман Технолог ООО “Повидло России”

        Мы заказывали на нашу продукцию декларацию сроком на 5 лет. Сделали очень быстро. Остались довольные результатом

        Михаил Терехов ООО “Русимпорт”

        Ввозим для наших клиентов оборудование из Китая. Для нас главное чтобы быстро делали документы. Все супер

        Алексей Ершов Производитель КПП

        Мы занимаемся производством кабелей и проводников. Нам постоянно требуется декларации и сертификаты. Довольный результатом.

        Маша Вершагина производство товаров для новорожденных

        Не возможно заниматься продажами без документов для детской продукции за этим особенно следят. Все протоколы испытаний и декларации получили вовремя. Остались довольны сотрудничеством

        Мы вам позвоним в течение 15 минут. Вы можете пока прислать нам данные на почту

        Мы вам позвоним в течение 15 минут. Вы можете пока прислать нам данные на почту

        Мы вам позвоним в течение 15 минут. Вы можете пока прислать нам данные на почту

        • тел: 8 (499) 112-34-20
        • Адрес: Москва, Б. Черкизовская д.24к1 так же информацию о турецких товарах вы можете найти на сайте Müslin Battaniye Müslin Örtü 80*80 Cm Müslin Bez Organik Müslin 3 Lü Set Battaniye

        torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası

        Torpaqşunaslıq,aqroki Torpaqşunaslıq,aqroki mya və ekoloji kənd mya və ekoloji kənd təsərrüfatı təsərrüfatı kafedrası. kafedrası. Mühazirə IX Mühazirə IX Mövzu: Mövzu: Ölkə ərazisinin fitosenotik Ölkə ərazisinin fitosenotik örtüyü və bitki tipləri. örtüyü və bitki tipləri. Gəncə Gəncə – 2010 – 2010

        Post on 15-Jan-2016

        Documents

        Torpaqşunaslıq,aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrası. Mühazirə IX Mövzu: Ölkə ərazisinin fitosenotik örtüyü və bitki tipləri. Gəncə – 2010. Plan. 1. Torpaqəmələgəlməsində bitki örtüyünün rolu. 2. Azərbaycanın bitki örtüyü. 3. Azərbaycanda meşə bitkilərinin yayılması. – PowerPoint PPT Presentation

        • Torpaqunaslq,aqrokimya v ekoloji knd tsrrfat kafedras.Mhazir IXMvzu: lk razisinin fitosenotik rty v bitki tiplri. Gnc – 2010
        • Plan. 1. Torpaqmlglmsind bitki rtynn rolu. 2. Azrbaycann bitki rty. 3. Azrbaycanda me bitkilrinin yaylmas.
        • Torpaqmlglmsind bitki rtynn rolu. Torpaq mlglmsind bioloji amillr, xsusnd bitki rty aparc rola malikdir. Torpan inkiaf n vaxt, yni bir ne min illr lazmdr ki, bu mddt rzind btn bitki nvlrinin onlarla nsli dyiilir. Torpaq bitki il mqaisd daha uzun inkiafn mhsuludur. Bitki torpaa daxil olan v torpaqda humusa evriln zvi maddlrin sas mnbyidir. Orqanizmlr, ilk nvbd bitkilr, vacib kimyvi elementlrin oksi- gen,azot,kalium,kalsium bir ox mikroelementlrin biogen dvrannn sas itiraklardr. Bellikl, zvi alm traf mhit ox geni v mrkkb tsir gstrir. Mxtlif qrup bitkilrin xzli tkc bioktl- sin gr deyil,eyni zamanda biokimyvi trkibin gr d bir-birindn frqlnir. zvi qalqlarn paralanmas zaman ayrlm kl maddlri torpaq trfndn udulur, evrilir v yenidn bitkiy daxil olur. Bu kl elementlri torpaq profili boyunca hrkt edir.
        • Ali bitkilr, xsusn d taxl kimilr torpaq strukturunun formalamasna da ssl tsir gstrir. Bu zaman kklrin mexaniki tsiri torpaq hisslrinin ayrlmasma,koklrin kimy- vi tsiri bu hissciklrin sementlmsin v suya davamllq xasssi ld etmsin sbb olur. Bu,torpaqmlglm, torpa- n struktur tkilin sbb olur, onun zrrli tsirlr qar davamlln artrr. Azrbaycann bitki rty ox mxtlif v zn mxsus- dur. Respublikann bitki rtynn yrnilmsind bir ox botaniklrin, xsusn A. A. Qrosheymin rolu byk olmudur. Masir tdqiqatlara gr Azrbaycan razisind 4000 bitki nv olub, onun onda biri endemikdir.Endemik bitkilr misal olaraq eldar amn,xzr ssnini v Talis melrinin bir ox aac v kol bitkilrini gstrmk olar.
        • Respublika razisind L.. Prilipko (1970), V.D. Hacyev (1959,1970), Y.S. Sfrov (1961,1965) aadak sas bitki tiplrini ayrrlar: I – melr; II – kollar; III – mn v mn-llr; IV bataqlq mnlr v mnli bataqlqlar; V-ksero- fit seyrk meliyi; VI – bozqrlar; VII – yarmshra v shra; VIII dalq – kserofit bitkilri. Qeyd ediln tiplr v quraqlq xarakterli blmlr daxilind geni yaylm bitki birliklri v onlarm kompleksi ayrlmdr. l.Melr,Azrbaycan melrinin tipoloji trkibi ox zngin v mxtlifdir ki, bu da dendroflorann znginliyi il izah edi- lir. r r me tiplri az hallarda byk sahbri tutur; adtn hr yamacda me tiplrinin kompleksin v ya moza- ikasna rast glmk mmkndr ki, bu zaman kompleksin r zv byk olmayan razini hat edir.
        • II. Kolluqlar. Azrbaycann btn razisind tsadf olunan ftosenozlarn ksriyytind kolluqlar onun sas elementini tkil edir. Kol hyatn xsusi formasdr; Azrbaycanda kol- luqlu fitosenozlar dznlikdn tutmu yksk dalq sahlr kimi yaylmdr; bzi kol nvlrin alp quramda da rast glmk mmkndr, lakin onlarn ksriyyti lokal kild ya- ylmdr.III. mnlr v mn-llr. mn bitkilri dznliklrdn tutmu, yksk dalq sahlr kimi yaylmdr. Onlar mxt- lif raitlrd inkiaf etmi v mxtlif formasiya v assosasi- yalarla tmsil olunmular.IV. Bataql mnlr v mnli bataqlqlar. Bitkiliyin bu tipi Azrbaycanda geni yaylmdr. Onlar lokal lklr klind bataqlqlam kkliklrd v tbii su hvzlri trafnda tsadf olunur.mn bataqlqlar Kr – Araz ovalnda,Xzr sahili boyunca / Lnkran oval / v qrb dzn rayonlarnda yaylmdr. Onlarn az tsadf olunduu yerlr Respublikann dalq razilridir.
        • V. Kserofit seyrk meliyi v ya arid seyrk meliyi; Zaqafqaziyann cnubunda v rqind isti quraq iqlim – raitind formalam xsusi v zn mxsus aac v kollar- dan ibart olan bitki qruplamasdr. VI. Da – kseroft bitkibri. Bitkiliyin bu tipi Naxvan MR. xsusn d dalq quraqda geni yaylmdr. Bundan baqa bu tipdn olan bitkilr Diabar kkliyind tez – tez mahid olunur. Da kseroft bitkilr Qobustanda, Bozqr yaylada v Qaraban cnubunda da lklr klind rast glmk mm- kndr. Naxvan M.R. Bitkilrin kseromorfluu btn yksklik quranda Araz boyunda, aa v orta dalq quraqda, az da olsa yksk dalq razilrd zn gstrir. Naxvann da kserofitlri yantlarn az olduu (200 – 400 mm- qdr) lakin ykskliyi artdqca, yay isti v quru, q soyuq (qar rty demk olar ki, yoxdur), kskin kontinental iqlim – raitind (maksimum temperatur avqustda 42 drc,minimum fevralda 30 drc) formalamdr.
        • VII. Bozqrlar. Hazrda xam bozqr bitkilri tbii halda Azrbaycann ox kiik razilrind qalmdr. Lakin kini- likdn vvlki vaxtlarda bozqrlar respublika razisind xeyli yaylmdr. l bitkilrinin iri massivlri Byk Qafqazn rq qurtaracann aa v orta dalq quranda ( amax – Altaac ). Bozqr yaylada cnub rayonlarnda ( Fzuli ) v Taln imal qurtaracanda mvcud olmudur. Ad kiln massivlrd xam bozqrlarn byk hisssi umlanm v ha- zrda dmy kiniliyind ( taxl, zm v s. ) istifad olunur. l bitkilri bu massivlrd yalnz adalar,fraqmentlr klind qalmdr. VIII.Yarmshra v shralar. Bitkiiliyin bu tipi Azrbay- canda Xzr boyu ovalnda, Krboyu zolaqda, Naxvanda Arazboyu vadid,Aberonda, n geni is Kr-Araz ovalnda yaylmdr. Bu tipdn olan bitkilr alluvial, prolvial v dniz kntlri il rtlm ovalqda inkiaf etmidir. Onlar da- tyi dznliklrd d tez – tez mahid edilirlr.
        • Azrbaycann bitki rty. Bioloji amillr xsusn d bitki rty.Torpaqmlglmd aparc rol oynayr. Torpan inkiaf etmsi n bir ne min il lazmdr. Mhs bu vaxt rzind btn bitki nvlrinin nsli qis- mn dyiilir. Bitkilrdn frqli olaraq torpaq daha uzun md- dtli inkiafn mhsuludur. Bitkilik torpaa daxil olan v tor- paqda humusa evriln zvi maddlrin sas mnblrindn biridir. Orqanizmlr, ilk nvbd is bitki orqanizmlri n mhm kimyvi elementlrin oksigen, karbon, azot, fosfor, kalium, kal- sium, bir ox mikroelementlrin biogen dvrannn sas itirak- sdr. Ali bitkilr, xsusn taxl bitkilri torpaqlarn strukturunun formalamasna byk tsir gstrir.Bu zaman kklrin mexani- ki tsiri torpaq hisslrinin ayrlmasna, kklrin kimyvi tsiri bu hisscikl sementlmsin v suya davamllq xasssi ld etmsin sbb olur.
        • Azrbaycanda me bitkilrinin yaylmas. Azrbaycan razisinin 12 faizi melik olub, sasn da zonasnda v qismn d dznlrd yaylmdr. Dzn (aran) melri balca olaraq Lnkran dzn- d, Kr – Araz ovalnda, Alazan yriay vadisi v Xudat – Xamaz zonasnn dniz knarna yaxn sah- lrd yaylmdr. Da melri respublika razisind Byk Qafqaz sra dalarnn imal-rq yamac qurtaracamdan ba- layaraq Dastana qdr uzanr.Yamacn cnub v c- nub – qrb hisssind melr Quba – Qusar v Dvi rayonlarnn da hisssini hat edir.
        • L..Prilipko Azrbaycan melrinin xalq tsrrfatndak hmiyytini nzr alaraq, onu qrupa ayrr: I – qrup me- lr. Bu qrapa 1.qoruq mesi, 2.kurort hmiyyti olan melr 3.Torpaq v su mhafizedici melr, 4.Tarlaqoruyucu me zolaqlar, 5.Kr ay trafnda sahil brkidici melr v, 6.Q- rlm seyrk melr daxildir. Birinci qrup melr sasn da melrindn ibart olub, respublikada mumi me sahsinin 65 % – ni tkil edir II- qrup melr – bu qrupa su v torpaq mhafiz edn da melri aid olub mumi me sahsinin 30 % – dn artn tkil edir. III – qrup melr – bu qrupa tuqay melri daxil olaraq mumi me sahsinin 1, 9 % – ni tkil edir.Hazrda bu me- nin ox hisssi Mingevir su hvzsi altnda qalmdir.
        • Azrbaycanda yaylm sas me tiplri.(L.. Prilipkoya gr) ynyarpaql melrEnliyarpaql melrardc amrq fst- Qaf- qaz Vl-siMx-tlif pald nv-lriMx-tlif inar nv-lriQzl-aacCkQara-acaca-qaynsydYar-paq-llar2,370,03331,6826,0123,403,581,871,711,160,220,197,76
        • dbiyyat. l. M..Cfrov Torpaqnaslq – Bak, 2005. 2. M..Cfrov – Azrbaycann tbii srvtlri v ondan smrli istifad – Bak, 2005. 3. Q..Mmmdov – Azrbaycan torpaqlarnn ekoloji qiymtlndirilmsi-Bak-Elm-1998. 4. .. – – , 1970.

Comments are closed, but trackbacks and pingbacks are open.