İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Knd tsrrüfatı problemlri
Müasir təhsilin konseptual problemlərinə dair dəyərli vəsait
Ötən əsrin 90-cı illərinədək SSRİ-nin tərkibində olan Azərbaycan Respublikası müstəqillik, suverenlik əldə etdikdən sonra dünyada, dünya siyasətində özünün geosiyasi yerini müəyyənləşdirməyə başladı. İndi Azərbaycan dövləti öz xarici siyasətini, iqtisadi, mədəni, hərbi sahədə münasibətlərini özü müstəqil şəkildə, həm də geosiyasi vəziyyəti nəzərə almaqla həyata keçirir. Biz bir tərəfdən inkişaf etmiş dünya dövlətlərinə inteqrasiyaya, digər tərəfdən milli xüsusiyyətlərimizi, adət-ənənəmizi, soy-kökümüzü qoruyub inkişaf etdirməyə çalışırıq. Təbii ki, bu deyilənlərin həyata keçirilməsində təhsil sistemi müstəsna rol oynayır.
Ümummilli lider Heydər Əliyev bu proseslərin həyata keçirilməsində, xalqın, cəmiyyətin inkişaf etdirilməsində təhsilin müstəsna rol oynadığını dönə-dönə qeyd etmişdir. Bununla bağlı demişdir: “Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi, siyasi yolla gedərək, dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır”.
Bununla belə, təbii ki, təhsil sistemində nəzərə alınması zəruri hesab edilən amillərdən biri də milliliyin qorunması, inkişaf etdirilməsi ilə bağlıdır. “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq” (Heydər Əliyev).
Təhsilin inkişaf istiqamətləri ilə bağlı tövsiyə və tələb edilən bu fikirlərin həyata keçirilməsi, ilk baxışdan göründüyü kimi, o qədər də asan və sadə bir proses deyil. “Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar” (Heydər Əliyev).
Təhsilin yeniləşməsi, onun dövlətin təhsil siyasətinə uyğun olaraq qurulması üçün kifayət qədər işlər görülüb və görülməkdə davam edir. 19 may 2005-ci il tarixdən Azərbaycan Boloniya prosesinə qoşulmuş, həqiqi üzv seçilmişdir. Bunların həyata keçirilməsi üçün Təhsil Nazirliyi, eləcə də ali təhsil müəssisələri tərəfindən ciddi islahatlar aparılır və müasir tələblərə cavab verən elmi-metodiki işlər görülür. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu), eləcə də onlarla digər normativ-hüquqi sənədlər qəbul olunmuşdur. Əlbəttə, bu deyilənlərin, qoyulan tələblərin həyata keçirilməsinin elmi-nəzəri əsasları işlənilməlidir. Hesab edirəm ki, pedaqoq, psixoloq və metodistlərimiz təhsilin elmi-nəzəri əsaslarının işlənməsi, onların həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi baxımından müəyyən qədər passivlik göstərirlər. Bəziləri � sadəcə olaraq kənarda dayanıb tənqidçiliklə məşğul olur, bəziləri “keçmişdə daha yaxşı olduğunu” söyləməklə kifayətlənirlər. Lakin, sözün həqiqi mənasında, təhsilin müasir problemlərinin elmi-nəzəri, pedaqoji-psixoloji, metodiki problemlərinin araşdırılması, həyata keçirilməsi sahəsində ciddi işlər görən alimlərimiz də az deyildir. Onlar, sözün həqiqi mənasında, fədakarcasına axtarışlar aparır, qabaqcıl dünya dövlətlərinin təhsil sistemini, onun həlli yollarındakı təcrübələri öyrənir, milli xüsusiyyətlərimiz, dövlətimizin təhsil siyasəti nəzərə alınmaqla təhsilimizin inkişafı üçün cidd-cəhdlə çalışırlar. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov, sözün həqiqi mənasında, bütün varlığıyla axtarışda olan, Azərbaycan təhsilinin inkişafı üçün əlindən gələni edən alimlərimizdəndir.
Onun Azərbaycan təhsilinin aktual problemlərindən bəhs edən onlarla məqaləsi, 2007-ci ildə nəşr olunan “Azərbaycan təhsilinin müasir problemləri” monoqrafiyası dediklərimizin sübutu kimi qəbul edilə bilər. Bu məqalələrdə və adını çəkdiyimiz monoqrafiyada A.Mehrabov Azərbaycan təhsilinin müasir elmi-nəzəri, konseptual məsələlərini araşdırır, təqdim edir, həmin problemlərin həlli ilə bağlı yeni yanaşmalar, modellər müəyyənləşdirir. Bu günlərdə A.O.Mehrabovun Azərbaycan təhsil sistemində həyata keçirilən islahatın konseptual problemlərindən, qarşıya çıxan bəzi problemləri doğuran obyektiv və subyektiv məsələlərdən bəhs edən “Müasir təhsilin konseptual problemləri” (Bakı: Mütərcim, 2010, 516 səh.) adlı irihəcmli yeni kitabı işıq üzü görmüşdür. Təhsilin müxtəlif problemlərini əhatə edən altı bölmədən ibarət kitabda təhsil sistemində aparılan islahatlar, təhsilin pedaqoji-psixoloji məsələləri, təhsil texnologiyaları, təhsilin keyfiyyət təminatında idarəetmənin rolu, monitorinq, qiymətləndirmə və sairə problemlərdən bəhs olunur. Kitabın ümumi qayəsini təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsilin şəxsiyyətyönümlü və nəticəyönümlü olmasının elmi-nəzəri məsələləri və həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi təşkil edir.
Kitabda təhsilin modernləşdirilməsi, onun başlıca məqsədi ilə bağlı irəli sürülən ideya ondan ibarətdir ki, təhsil şəxsiyyətyönümlü, koqnitiv-informasion və kreativ olmalıdır. Nəticədə təhsil alanlarda müstəqil düşüncə qabiliyyəti, yaradıcı təfəkkür, özünüinkişafa, özünütəsdiqə meyil, tolerantlıq formalaşdırılmalıdır. Bununla bağlı A.Mehrabov yazır: “Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik və bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir”.
Müəllif Azərbaycan təhsilinin getdikcə, pillə-pillə tələbyönümlü bir təhsil sisteminə çevrildiyini vurğulayır. Göstərir ki, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi prioritet olmalıdır. Bütün bunlar isə öyrənənlərin maraq, arzu, meyil və qabiliyyətlərinin nəzərə alınması yolu ilə həyata keçirilməlidir.
Hələ vaxtilə V.A.Suxomlinski yazırdı: “Təhsil � müəllim � və � şagirdin özünütərbiyəsi və � özünütəsdiqi � üçün � imkan � və � şərait � yaratmalıdır. � Müəllim � insanın �� mənəvi � həyatının � yaradıcısı, � ruhlandırıcısı � olmalıdır”.
Kitabda qarşılıqlı münasibətlərin qurulmasının pedaqoji-psixoloji əsasları qırmızı xətt kimi keçir. Əsərdə bu sahədə ümumiləşdirilmiş başlıca ideya belədir ki, təhsilə yalnız çətinliklərin öyrənilməsi və onun dəf olunması kimi baxılmamalıdır. Pedaqoji priyomlar o vaxt səmərəli olur ki, məktəbdə öyrədən və öyrənənlər arasında hörmət və tələbkarlıq olsun. Təhsil alanların bütün xüsusiyyətləri nəzərə alınsın, onlara hörmətlə yanaşılsın. Bu mənada A.Mehrabovun fikirləri məşhur pedaqoq A.A.Kumanevin fikirləri ilə üst-üstə düşür. A.A.Kumanev yazır: “Dərin emosional tərbiyəyə əsaslanmayan bilik heç vaxt insanı xoşbəxt edə bilməz”.
A.Mehrabova görə, təhsil açıq, özünü inkişaf etdirən sistem olmalıdır. İdarəetmə prosesində şəxsiyyətin inkişaf qanunları nəzərə alınmalıdır. Təhsil son nəticədə şəxsiyyətin sosiallaşmasının effektiv təminatçısı olmalıdır. Bunun üçün isə çoxistiqamətli, bir-birindən kəskin fərqlənən modellər yox, vahid bir strateji xətt olmalıdır. Müəllif əsaslı fakt və dəlillərlə sübut edir ki, belə kəskin fərqlərin aradan qaldırılmasında “Kurikulum modelinə müraciət olunması onların bir məcraya gətirilməsinə, bir xətt üzrə qurulmasına imkan yaratmışdır”.
Ön söz əvəzi və 6 bölmədən ibarət olan kitabın hər bir bölməsi təhsilin müxtəlif sahələrini, problemlərini əhatə etsə də, onların arasında bir bağlılıq var, biri digərini tamamlayır.
Kitabın “Müasir təhsilin məzmununun pedaqoji-psixoloji məsələləri” adlanan I bölməsində XXI əsrdə təhsilin inkişafının əsas istiqamətləri, təhsilin konseptual məsələləri, təhsilin məzmunu və fəaliyyət, şəxsiyyətin formalaşdırılmasının pedaqoji-psixoloji məsələləri araşdırılır.
Alimlərin, dövlət xadimlərinin fikrinə görə, eləcə də inkişaf etmiş dünya dövlətlərinin təcrübəsinin təhlili göstərir ki, XXI əsrdə əsas kapital təbii ehtiyatlar, zəngin təbii sərvətlər deyil, insan kapitalı, onun intellektual zənginliyi, biliyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yazır: “Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik”. A.Mehrabova görə, intellektual potensialın formalaşması üçün təhsilin modernləşdirilməsi aşağıdakı prioritet istiqamətlər üzrə aparılmalıdır:
– millilik və bəşərilik;
– universal biliklərə yiyələnmə;
– bütün həyatı boyu təhsilalma;
– yeni maliyyələşdirmə modelinə keçid.
A.Mehrabov müasir dövrdə təhsil müəssisəsinin qarşısında duran ən vacib məsələlərdən birinin ayrı-ayrı fənlər üzrə biliklərin verilməsi yox, biliklərin toplanması yollarının mənimsədilməsi olduğunu göstərir. Qeyd edir ki, təlim prosesində şagirdlər hazır biliklərə deyil, nəzəri və tənqidi təfəkkürə sahib olmalıdırlar.
Aydın məsələdir ki, bütün dövrlərdə şəxsiyyətin formalaşdırılması psixoloq və pedaqoqların tədqiqat obyekti olmuş, təhsilin qarşısında duran vacib vəzifələrdən biri kimi səciyyələndirilmişdir. Lakin burada bir məsələni unutmaq olmaz ki, hər bir ictimai quruluş, ideoloji sistem öz tələblərinə cavab verən, onu həyata keçirə bilən şəxsiyyətlərin formalaşdırılmasını vacib hesab etmiş, ona çalışmışdır. A.Mehrabova görə, müasir Azərbaycan təhsili şəxsiyyətin formalaşdırılmasında mənəviyyata, özünütəşkilə, özünütəsdiqə, özünüreallaşdırmaya əsaslanmalıdır. Şəxsiyyət tamlığının təmin olunması üçün insan təbiətinin dərk olunması, təhsilin şəxsiyyətyönümlü olması, mənəvi-gedonist, metakoqnitiv prinsiplərə əməl olunmalıdır. Həm də bunlar ayrı-ayrılıqda, bir-birindən təcrid olunmuş şəkildə deyil, vəhdət halında götürülməlidir.
Kitabda maraq doğuran, diqqəti cəlb edən məsələlərdən biri də təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması probleminə yanaşma ilə bağlıdır. Bu problem bir də ona görə diqqəti cəlb edir ki, təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması ilə bağlı bir sıra fərqli yanaşma və mövqelər mövcuddur. Bir çoxları bu anlayışları humanitar fənlərin sayının və nisbətinin artırılmasında görürlər. Hesab edirlər ki, şagirdlərin humanistləşdirilməsi yalnız humanitar fənlərin tədrisi zamanı mümkündür. Fizika, riyaziyyat, kimya və s. təbiət elmləri şagirdlərdə bu keyfiyyətləri formalaşdıra bilməz. Təbii ki, bu, tamamilə yanlış bir yanaşmadır. Humanistləşdirilmə ayrı-ayrı fənlərin yox, bütövlükdə təhsilin qarşısında qoyulan tələbdir, vəzifədir. Bu məsələdə təbiət fənləri ilə humanitar fənlər eyni çəkiyə malikdir.
Biliklərin humanitar və qeyri-humanitar bölgüsü, ilk növbədə, mədəni dəyərlə bağlı biliklərə aiddir. Başqa sözlə, əgər bilik insan üçün şəxsi məna kəsb edirsə, onun daxili aləmini zənginləşdirirsə, sosiomədəni keyfiyyətlər aşılayırsa, həmin biliyin humanitar mahiyyət daşıdığını söyləyə bilərik. Hansısa bir bədii əsərdəki surətlərin, süjet xəttinin sadəcə olaraq öyrənilməsi bilik səviyyəsində qalırsa, şəxsi məna kəsb etmirsə, mənəvi zənginliyə xidmət göstərmirsə, bu biliyi qeyri-humanitar bilik adlandırmaq olar. Təbiət elmlərindən sayılan fizikanın tədrisi zamanı fiziki hadisələr, alimlərin həyatı, ətraf aləmin dərk olunması öyrənilirsə və bu, insanın idrak imkanlarını dərinləşdirir, şəxsi əhəmiyyət kəsb edirsə, onda fizikadan öyrənilənləri də eyni zamanda humanitar biliklər adlandırmaq olar.
“Humanitarlaşdırma təlimin məzmunu əsasında, onun səviyyəsindən və formasından asılı olmayaraq, insanın xoşbəxtliyi və inkişafı naminə əsas sosial məsələlərin həllinə hazır olan, müxtəlif millətlərin və xalqların peşə və ixtisas nümayəndələri ilə sərbəst ünsiyyət qurmaq. və nəticə çıxarmağı bacaran insanın formalaşmasına geniş imkan açır”.
Kitabda haqqında bəhs etdiyimiz problem barədə A.Mehrabovun mövqeyi belə təqdim olunur və biz bu mövqeyi doğru və haqlı hesab edirik.
Son dövrlərdə həyatımızın demək olar ki, bütün sahələrində sürətli yeniləşmə baş verir, dünyanın inkişaf etmiş ölkələrinin texnologiyaları Azərbaycana gətirilir. Bu isə eyni zamanda münasibətlər sistemində, düşüncə tərzində köklü dəyişikliklərə səbəb olur. Təhsil sistemində də yeni təlim texnologiyaları tətbiq edilir. Təbii ki, bu texnologiyaların tətbiqinin pozitiv və neqativ tərəfləri vardır. Lakin biz dünya dövlətlərinə inteqrasiya ediriksə, təhsil sistemimizi ən azı Avropa təhsil sisteminin tərkib hissəsi kimi qəbul ediriksə, onda dünyada istifadə olunan təlim texnologiyalarından istifadə olunması qaçılmazdır. Bununla belə, İKT-nın təhsilimizə zərər vurduğu fikrini vurğulayan alimlərimiz, təhsil işçilərimiz də az deyil. Onlar öz fikirlərini əsaslandırmaq üçün sovet təhsilinin uğurlarını önə çəkir, nəzəri materialların öyrədilməsini vacib amil kimi göstərirlər. Əlbəttə, sovet təhsilinin uğurlarını, nəzəri biliklərin faydalılığını heç kim inkar etmir. Lakin biz artıq təhsilimizi yeni dünyanın tələbləri əsasında qurmalı, şəxsiyyətləri, şəxsi keyfiyyətləri azad bazar iqtisadiyyatının normalarına uyğunlaşdırmalıyıq. Yeni təlim texnologiyalarının tətbiqi özlüyündə problemin həlli deyil. Burada tətbiq olunan metodika və texnologiya arasında vəhdətin yaradılması vacibdir. “Metodikanın predmetini təlim metodları və onun müxtəlif kompozisiyaları müəyyən edir. Təhsilin texnolojiləşdirilməsi isə təlimin məzmunu, tədris-təlim prosesi və onun təşkili ilə bağlı bütün məsələlərin kökündən yenidən qurulması olub, onun idarəolunması ilə birbaşa bağlıdır”.
Ümumən bütün dövrlərdə, xüsusilə bir iqtisadi, siyasi, ideoloji sistemdən digərinə keçdikdə istənilən sahədə, xüsusən təhsil sistemində təhsilin metodoloji əsasının müəyyənləşdirilməsi zəruri şərtlərdəndir. Metodologiya olmadan nə təhsilin məzmununu, nə onun istiqamətini, nə də böyüyən nəslin hansı keyfiyyətlərin daşıyıcısı olmasını, bir sözlə, nəyi və necə formalaşdırmaq mümkün deyildir. A.Mehrabovun kitabda araşdırdığı, mövqe bildirdiyi problemlərdən biri də təhsilin metodoloji problemləri ilə bağlıdır. A.Mehrabov öz mövqeyini belə şərh edir: “Müasir elmşünaslıqda metodologiya elmi idrak fəaliyyətinin təşkilinin prinsip, forma və metodları haqqında təlim kimi başa düşülür. Pedaqogikada isə metodologiyaya pedaqoji gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi haqqında nəzəri müddəaların məcmusu kimi baxılır”. Deməli, metodologiya təhsil sistemində tənzimləyici və normativ funksiyanı yerinə yetirir. Ona görə də müasir Azərbaycan təhsilinin başlıca vəzifəsi kimi təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, öyrənənlərdə nəzəri və məntiqi təfəkkürün formalaşdırılması prioritet təşkil etməlidir.
Problemin elmi-nəzəri təhlilini aparan A.Mehrabov belə bir nəticəyə gəlir ki, təhsil sahəsində zəruri islahatların, modernləşmənin istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün birinci növbədə fundamental tədqiqatlar genişləndirilməli, elmi idrakın formalaşmasında xüsusi yeri olan öyrənmə və öyrətmə proseslərinin elmi, pedaqoji-psixoloji əsasları dərindən təhlil edilməlidir.
İnsanın həyat və fəaliyyəti yalnız və yalnız ünsiyyət və münasibətlər üzərində qurulur. Yerdə qalan nə varsa, hamısı onlardan yaranır və onlara xidmət edir. Təlim-tərbiyə prosesi isə bütövlükdə insan-insan münasibətləri üzərində qurulur və bu qaçılmazdır. Çünki tərəflərin hər birində insan dayanır. Öyrədən də, öyrənən də insandır. Lakin sadəcə olaraq zaman-zaman münasibətlər, onun əsasında isə mövqelər dəyişir. Əgər son vaxtlara qədər öyrədən və öyrənənlər arasında münasibətlər subyektin obyektə münasibəti kimi qurulurdusa və şagird yalnız öyrədilənləri, lazım bilinənləri öyrənməli idisə və burada əks əlaqə yaranmırdısa, indi münasibətlər subyektin subyektə münasibəti kimi qurulmalıdır. Çünki əks halda nə düşünən, nə yaradıcı təfəkkürün daşıyıcısı olan azad, humanist keyfiyyətlərə sahib olan şəxsiyyətdən danışmaq mümkün deyil.
Subyektin subyektə münasibəti hər iki tərəfdən dözümlülük, xeyirxahlıq, qarşılıqlı inam və hörmət tələb edir. Bununla belə, praktikada bəzən bu xüsusiyyətlər düzgün başa düşülmür. Düzgün pedaqoji ünsiyyət öyrənənin və öyrədənin özünütəsdiqi, özünüreallaşdırması, mənəvi zənginləşmə üçün yaradılan psixoloji mühit, şəraitdir.
Kitabda irəli sürülən, əsaslandırılan başlıca ideyanın məzmunu belədir. Bütün bunlar isə keyfiyyətli idarəetmə nəticəsində reallaşa bilər. A.Mehrabova görə, idarəetmə müxtəlif təbiətli (bioloji, sosial, texniki) sistemlərin elementi və funksiyası olub, onların müəyyən strukturunun saxlanılmasını, fəaliyyət rejiminin mühafizəsini, məqsədin reallaşmasını təmin edir. Təhsilin keyfiyyəti isə təhsil nəticələrinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş normativlərə (standartlara) müvafiq, təhsil alanların səviyyəsi, ümumi halda isə təhsil sisteminin durumu ilə müəyyən edilir. Burada yalnız bilik deyil, həm də dünyagörüşü, şəxsi keyfiyyətlər prioritet götürülməlidir.
Kitabda eyni zamanda peşə-ixtisas təhsilinin problemləri, təhsildə innovasiyalar, informatlaşdırma problemləri, əlavə təhsilin modernləşdirilməsinin psixoloji-pedaqoji əsasları geniş şəkildə araşdırılaraq təhlil olunur.
Kitabda ali peşə-ixtisas təhsil sisteminin müasir problemlərinin verilməsi xüsusi aktuallıq kəsb edir. İlk növbədə, ona görə ki, ali təhsil sistemi pedaqoq və psixoloqlarımızın bu vaxtadək az diqqət yetirdiyi sahələrdəndir. Artıq neçə illərdir ki, respublikamız Boloniya prosesinə qoşulmuş, ali təhsillə bağlı bir sıra dövlət sənədləri qəbul olunmuşdur. Demək olar ki, ali təhsilin bir sıra vacib problemləri məhz bu kitabda öz əksini tapmış, onlara münasibət bildirilmişdir.
A.Mehrabovun “Müasir təhsilin konseptual problemləri” adlı 516 səhifəlik kitabını təhsil sisteminin müxtəlif sahələrini əhatə edən fundamental elmi-nəzəri əsər hesab etmək olar. Təhsilin pedaqoji, psixoloji, metodiki və metodoloji məsələlərini özündə vəhdət halında birləşdirən bu kitabı Azərbaycan pedaqoji-psixoloji elminin son dövrlərdəki ən böyük uğurlarından biri kimi qəbul etmək olar. Pedaqoji ictimaiyyət, məktəb rəhbərləri, müəllimlər və magistrlər, pedaqoji sahədə çalışan tədqiqatçılar və təhsillə maraqlanan digər peşə sahibləri üçün nəzərdə tutulan bu kitab inanırıq ki, onların stolüstü kitabına çevriləcək, ondan istifadə edənlər Azərbaycan təhsilinin inkişafı yolunda faydalı biliklər əldə edəcəklər. �
Azərbaycan müəllimi .- 2010.- 20 avqust.- S.4.
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
Kitabda ibtidai təhsilin məzmununun nəzəri problemləri araşdırılır, ibtidai təhsilin məzmununun prinsipləri, funksiyaları, stuktur məsələləri təhlil edilir.
Kitab müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda aparılan ictimai, iqtisadi və mədəni dəyişikliklər onun müstəqil bir ölkə kimi sürətlə, inkişaf etdirilməsinə yönəlmişdir. Artıq on ildən çoxdur ki, Azərbaycanın təhsil həyatında uğurlu təhsil islahatları həyata keçirilir. Təhsilin bütün pillələrində, o cümlədən ümumi təhsildə köklü dəyişikliklər aparılır. Təhsilin bütün səviyyələrində qlobal dünyanın tələblərinə uyğun standartların, pedaqoji texnologiyaların, idarəetmə və qiymətləndirmə mexanizmlərinin hazırlanması istiqamətində tədbirlər görülür. Ölkəmizin təhsil siyasətinə uyğun olaraq bu işlərin uğurla həyata keçirilməsi, Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsi baxımından daha da təkmilləşdirilməsi hazırkı dövrün ən məsul və ciddi vəzifələrindən hesab edilir. Həmin vəzifələrin reallaşdırılması, həyata keçirilməsi zəruri bir problem kimi gündəmdə dayanır.
Elmi-pedaqoji ictimaiyyətə təqdim olunan Gülarə Balayevanın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı kitabı bu baxımdan aktuallıq kəsb edir. Əsər müəllifin mənim rəhbərliyimlə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyi eyni adlı dissertasiyanın materialları əsasında hazırlanmışdır. İbtidai təhsilin yenidən qurulması, bir sistem kimi formalaşdırılması onun məzmununun düzgün müəyyənləşdirilməsindən asılıdır. Uzun illər bu bir problem kimi Azərbaycan təhsilində maraq doğurmuş, onun həlli istiqamətində tədbirlər görülmüşdür. Ayrı-ayrı fənlərin tədrisi ilə bağlı aparılmış araşdırmalar daha çox metodik xarakter daşımışdır. Bu kitabda isə ibtidai təhsilin məzmunu, onun nəzəri-pedaqoji problemləri tədqiqat obyektinə çevrilmiş, ciddi araşdırmalar aparılmış, mövcud elmi-nəzəri ədəbiyyata, təhsillə bağlı hüquqi-normativ sənədlərə, bu sahədə qazanılan təcrübəyə istinadən maraqlı ideyalar tədqiqat predmetinə çevrilmişdir.
Kitabın birinci fəslində tədqiqatın ümumi məsələləri müzakirə obyektinə çevrilmişdir. Təhsilin məzmunu mühüm pedaqoji anlayışlardan biri kimi müasirlik müstəvisində araşdırılmış, şəxsiyyətyönümlülük, nəticəyönümlülük prinsipləri əsasında qurulan Azərbaycan təhsilinin tələbləri baxımından dəyişdirilmişdir. Bu gün daha çox eyni semantik məqamlarda işlənən “təhsilin məzmunu” və “təlimin məzmunu” anlayışlarına münasibət bildirilmişdir. Əsərdə ibtidai təhsilin mövcud vəziyyətinin təhlilinə tədqiqatın ümumi məsələləri kimi yanaşılmışdır. Ədəbiyyatın təhlilində ümumləşdirmələr aparılmış, məzmunun müəyyən olunmasının əhəmiyyəti, onun prinsipləri, funksiyaları, struktur xüsusiyyətləri prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılmışdır.
İbtidai təhsilin mövcud vəziyyəti araşdırılarkən Azərbaycan hökumətinin 1999-cu ildə, eləcə də 2006-cı ildə ümumi təhsillə, o cümlədən ibtidai təhsillə bağlı sənədlər nəzərdən keçirilmiş, təhlil edilmişdir.
Kitabın ikinci fəsli ibtidai təhsilin məzmununun mühüm pedaqoji problemlərinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatın ümumi strukturunda belə bir ardıcıllığın müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İbtidai təhsilin məzmununun pedaqoji problemlərinin araşdırılması qarşıya qoyulmuş məqsədin, müəyyən olunmuş nəzəri müddəaların reallaşdırılmasını təmin edir. Məlum olduğu kimi, pedaqoji ədəbiyyatlarda təhsilin məzmununun müəyyən olunması, prinsipləri ilə bağlı xeyli yanaşmalar vardır. Onların müəyyən qismində həm də konkret olaraq ibtidai təhsilin məzmunundan bəhs edilir. Kitabda bu məsələyə aydınlıq gətirməklə, ümumləşdirilmələr aparılır, təkliflər irəli sürülür. İbtidai təhsilin məzmununun yeni konteksdə qurulması, yeni yanaşmalar əsasında formalaşdırılması barədə aparılan araşdırmalar və alınan nəticələr yenidir. İbtidai təhsilin məzmununun prinsipləri müasir dövrün tələbləri baxımından əhəmiyyətli hesab edilir. İbtidai təhsilin funksiyaları ilə əlaqədar aparılan araşdırmalar da yenidir. Kitabda belə nəticəyə gəlinir ki, bu funksiyaların müəyyənləşdirilməsi müasir məzmunu ifadə edən standartların konkretləşdirilməsi baxımından zəruridir.
İlk dəfə olaraq bu əsərdə ibtidai təhsilin məzmununun nəticəyönümlü strukturu verilir. Yeni struktur modeli, komponentləri, elementləri şərh olunur. İrəli sürülən pedaqoji müddəalar nəzəri və praktik cəhətdən əsaslandırılır. Elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilən G.Balayevanın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı kitabının elmi-pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Knd tsrrüfatı problemlri
Updated, simple, optimized. Beta version is already available! Does not have system key.
2022-12-19 21628
Star Legacy
Simple Roblox Exploit, nothing more. And most importantly, it does not have a key system!
2022-06-12 144931
Splash
Minimalistic Executor with many features. Allows you to easily change the API/DLL. There is also a very handy Script Searcher that allows you to quickly search for scripts.
2022-05-21 51809
Frequently Asked Questions
Is this site safe to use?
Yes, all exploits found on our site are scanned and tested by the community & professionals,
we only release the best software for our users, this way we can ensure your safety and experience.
Why do I need to disable adblocker?
Our site relies heavily on Ad Revenue, this way we can keep this awesome site free.
Please consider whitelisting us on your ad-blocker as we promise to only show relevant and friendly ads powered by AdSense.
This process only takes seconds and you can make a change.
Why should I disable my antivirus for Exploits?
Antiviruses block the introduction of exploits into Roblox processes.
To avoid this, simply disable the antivirus. With us, all exploits are checked for reliability.
Made with ❤ by XCDTO for ScriptRB. All rights reserved.
Comments are closed, but trackbacks and pingbacks are open.