Press "Enter" to skip to content

Köhnə televiziya verilişlərinə necə baxa bilərəm

Bəlkə də, bacısı bir az tez gəlsəydi, onu xilas edə bilərdi. Yaxud valideynlərindən biri evdə olsaydı. Amma əsas məqam və səbəbkar onlar deyil. Anar kimi neçə-neçə uşaq televiziyada gördüklərini təkrarlamağa can atıb.

Televiziya və Radio Verilişləri QSC

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ölkənin ən qocaman televiziya və radiosudur. Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılmışdır.
1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radio İnformasiya İdarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılmışdır.
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 1991-ci ildə komitə şirkətə çevrilib. 2003-cü ilin iyunundan Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan televiziyası müstəqil fəaliyyət göstərməyə başlamışdır.
2005-ci il martın 23-də isə Azərbaycan Respublikası Prezidentinin 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

Ünvan: AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1
Telefon: (99 412) 4923807
Faks: (99 412) 4972020
E-mail: [email protected]
İnternet səhifəsi: www.aztv.az


Azərbaycan televiziyalarında 18+ verilişlər

Hadisə bir neçə il əvvəl baş verib. Valideynləri evdən çıxandan sonra 8 yaşlı Anar iplə özünü evlərindəki istilik sisteminin borusundan asmışdı. Digər otaqda oynayan onunla həmyaşıd bacısı onu görüb qonşulara xəbər versə də, Anarın həyatını xilas etmək mümkün olmamışdı. Bacısının sözlərinə görə, Anar neçə dəfə onun yanında özünü asmağa cəhd etmişdi. Onun istəyi ölmək deyildi, sadəcə televiziyada gördüyü səhnələrdən təsirlənib, onu tətbiq etmək istəyib.

Bəlkə də, bacısı bir az tez gəlsəydi, onu xilas edə bilərdi. Yaxud valideynlərindən biri evdə olsaydı. Amma əsas məqam və səbəbkar onlar deyil. Anar kimi neçə-neçə uşaq televiziyada gördüklərini təkrarlamağa can atıb.

Bəs uşaqları bu təhlükəli səhnələrdən necə qoruya bilərik?

Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu dəfə məhz bu məsələni araşdıracağıq.

Uşaqları qəddarlıq, qorxulu səhnələrdən qorumaq üçün müxtəlif yollar var. Bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Amma valideynlər qədər bu səhnələri yayanlar da səbəbkar hesab oluna bilər.

Onların özlərini sığortalamaq, məsuliyyətdən azad olmaq üçün yolları da var. Dünya bu üsulu çoxdan tətbiq edir. Verilişlərinə 12, 16, 18 + yazmaqla yaşı bu rəqəmlərdən az olanların ekran qarşısından uzaqlaşmalı olduğunu xatırladır. Bizim telekanallarda isə bu nişanlar görünmür.

Bunun əsas səbəbi bu işarələri qoymanın düzgün anlaşılmamasıdır. Amma məhdudiyyət sadəcə pornoqrafik materialların olmasının göstəricisi deyil.

Uşaqların ekran qarşısında olduğu vaxtda ailə münaqişələrinin efirdə müzakirəyə çıxarılması, iki qadının qarşılıqlı folklor nümunələrimizdən hesab olunan qarğışları səsləndirməsi, kiminsə saçının yolunması, xüsusi qabiliyyət olduğunu iddia edərək bədənində şüşə, daş sındırmaq bunlar hamısı 7, 12,16, 18+la verilməli olan materiallar sırasına daxil edilə bilər. Axı ona baxan 10 yaşlı uşağın gördüklərini təkrarlamayacağına, eyni söyüş və qarğışları ümumişlək sözünə çevirməyəcəyinə kim zəmanət verir? Əlbəttə heç kim. Bütün valideynlərdən xüsusi qabiliyyət tələb edib, övladını bu verilişlərdən uzaq tutmağı tələb etmək də əsaslı müdafiə deyil. Üstəlik, verilişin ortasında bu cür kadrların olduğunu yalnız onu hazırlayanlar bilər, valideynlərin gələcəyi görmək qabiliyyəti yoxdur.

Bəs telekanallar bu məsələyə nə üçün biganədir? Verilişlərdə “+” bizə nə verə bilər?

Psixoloq Elnur Rüstəmovun fikrincə, birmənalı olaraq, bu cür məhdudiyyət qoyulmasının müsbət təsirli olacağını deyə bilmərik:

“Təhlükə hər zaman şüuraltı olaraq insanları cəlb edir. Evdə heç kimin olmadığı bir vaxtda “18+” işarəsi olan film və ya verilişə baxa bilərlər. Uşaqlar bu cür materialları internetdən də tapa bilərlər. Amma bir çox ölkələrdə “Sağlamlıq və təhlükəsizlik haqqında” qanunda göstərilir ki, bəzi veriliş və filmlərdən əvvəl insanların bu barədə məlumatlandırılmalıdır”.

Psixoloqun sözlərinə görə, “18+”, “8+” yazmaqla televiziya həm də məlumat verir ki, siz ailəliklə oturub həmin verilişə baxa bilərsiz, yoxsa yox:

“Bu da ailə üzvlərinin psixologiyasına müsbət təsir edir. Yaxşı olardı ki, ölkə ərazisindəki televiziyalara bu məqam şamil olunsun. Bu problemi həll etməsə belə, azalmasına, minimal həddə çatırılmasına kömək edəcək. Bu təqdirəlayiq bir haldır. Müəyyən veriliş və filmlərdə uşaqların, yeniyetmələrin yatmaq vaxtının nəzərə alınması lazımdır. Bu addımın atılması onların psixi sağlamlığı və inkişafına müsbət təsir göstərmiş olar. Hətta xəbər proqramlarının verilmə vaxtlarına da diqqət etmək lazımdır”.

Psixoloq onu da vurğuladı ki, cizgi filmlərin də verilmə saatında, seçimində diqqət yetirilməlidir.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, bizim ilk ağlımıza gələn “18+”dir, lakin bu “16+”, “12+” da ola bilər. Bu yalnız erotik səhnələrlə bağlı məsələ deyil:

“Zorakılığın müəyyən həddən artıq olduğu vaxtda, uşaqların yaş psixologiyasından asılı olaraq müəyyənləşdirilir. Hansı yaş dövründə, hansı verilişin verilməsi ilə bağlı qanunvericilik yoxdur, lakin psixoloqların məsləhətləri, televiziya mütəxəssislərinin hazırladıqları normalar var”.

A.Əliyev onu da bildirdi ki, televiziyaların bu vaxta qədər bu sistemi tətbiq etməməsi bərədə dəqiq fikir demək çətindir:

“Uzun müddətdir xarici televiziyalarda bu sistem tətbiq edilir. Adi normalara görə, bu tələb qanunvericilikdə müəyyən edilir. Televiziyalar müəyyən filmləri uşaqların baxması məhdud olduğuna görə, işarələrlə verirlər. Bu uşaqlardan çox valideynlərə işarədir ki, həmin film, verilişlərə uşaqların baxmasını məhdudlaşdıra bilsinlər. Bunun üçün telekompaniyalar özləri təşəbbüs göstərməli, MTRŞ da bu məsələyə aydınlıq gətirməlidir”.

Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədovun sözlərinə görə, uşaqların əqli, mədəni inkişafına zərər vura bilən, kodsuz yayımlanan, erotika və qəddarlığı təbliğ edən səhnələrlə bağlı 2006-cı ildə MTRŞ tərəfindən xüsusi qaydalar qəbul edilib:

“Həmin qaydalara əsasən göstərilmə vaxtı məhdudlaşdırılan səhnələr müəyyən edildi. Bu səhnələrin səhər saat 7:00-dan, axşam saat 23:00-dək həmin səhnələr verilə bilməz. Qaydalarda konkret ya göstərilməsə də, uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulduğu qeyd edilir. Günorta saatlarında “18+” qoymanın əhəmiyyəti yoxdur. Onsuz da həmin saatda verilişlərdə qadağan edilmiş kadrlar verilməməlidir.

16+ yazması o demək deyil ki, orada yetkinlik yaşına çatmayanların psixi inkişafına zərər vuracaq səhnə yoxdur. Kanalda bu işə nəzarət edəcək şəxslər olmalıdır, onlar uşaqların, yeniyetmələrin psixologiyasına zərər vurmamalıdır. Xüsusi qaydalarda o da nəzərdə tutulur ki, telekanal həmin kadrları versə belə, onunla bağlı xəbərdarlıqedici siqnallar olsun”.

Müəyyən verilişlərdə xüsusi qabiliyyətini sübut etmək üçün insanların bədənlərinə müəyyən xəsarət yetirmələri, ailə münaqişələrinin efirdə nümayişi, xüsusi gücün olmasının nümayişi efirlərimizi bəzəyir. Bəs bu verilişlər necə tənzimlənir?

T.Məmmədovun sözlərinə görə, həmin qaydalarda hipnoz səhnələri, ritualların yayımı qadağan edilib.

“Cinçıxarma məsələsi isə qaydalarda əks edilməsə də, MTRŞ haqqında qanunun 35.11-ci maddəsində Səhiyyə Nazirliyinin icazə vermədiyi müalicə üsullarının təbliği qadağandır. Ekstrasensi efirə çağırıb, onun hər hansı xəstəliyi müalicə etdiyini deməsinə imkan yaradırsa, bu gizli reklamdır. Çünki bu üsulları nazirlik tanımır. Bu cür verilişləri yayımlayan telekanallar qanunun tələblərini pozur və buna uyğun cəzalandırılır”.

Televiziyalar bu məsələdə nə düşünür?

Azərbaycanda bu praktikanı ilk dəfə ANS televiziyası tətbiq edib. Verilişlərin, filmlərin qarşısında ailəvi, tək baxış işarəsi qeyd edilir. Azad Azərbaycan televiziyasının “Xəbərlər” departamentinin rəhbəri Vaqif Aydınoğlu bu məsələyə keçidin planlaşdırıldığını dedi:

“Bir çox dünya televiziyalarında bu sistem tətbiq edilir. Bu təqdim ediləcək filmin, verilişin yaş baxımından hansı təbəqə üçün nəzərdə tutulduğunu müəyyən edir. Bununla bağlı yalnız texniki məsələlər qalıb, onlar da həll edildikdən sonra tətbiqinə başlanacaq. Texniki vasitələrin əksəriyyəti xaricdən sifariş edildiyinə görə, dəqiq nə vaxt sistemin tətbiq ediləcəyini demək çətindir. Qalan yalnız texniki məsələlərdir, bu məhdudiyyətlərin müəyyən edilməsi üçün mütəxəssislərimiz var”.

Bir sözlə, 7, 12, 16, 18 + heç də pornoqrafiya, erotika demək deyil. Bu o deməkdir ki, uşaq yaşına görə verilən məlumatı düzgün qavraya bilməz. Bu həm də valideynlər üçün də xəbərdarlıqdır.

Gülxar Şərif

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.