Press "Enter" to skip to content

Ramil Namazovun səhifəsi

Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir.

Kommersiya bankları

Müasir dövrdə pul təsərrüfat həyatının ayrılmaz atributudur. Məhz buna görə də maddi nemetlərin əldə edilməsi və xidmət göstərilməsi ilə bağlı bütün sazişlər pul hesablaşmaları ilə nəticələnir. Sonuncu­lar nağd və nağdsız formada ola bilərlər. Nağdsız pul istifadəsi ilə bağlı maliyyə hesablaşmalarının təşkili nağd pul köçürmələrinə nisbətən üstünlük təşkil edir. Belə ki, tədavül xərclərində nağdsız pul hesablaşmaları vasitəsi ilə əhəmiyyətli dərəcədə qənaət əldə edilir. Bankların çoxsahəli şəbəkəsi nağdsız hesbalaşmaların geniş tətbiqinə, eləcə də dövlət səviyyəsində onların inkişafının makroiqtisadi proseslərin tənzimləyicisi kimi iştirak etməsinə imkan yaradır. Nağdsız hesablaşmalar – pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişdir, bank hesabında köçürmə yolu ilə həyata keçirilən maliyyə hesablaşmalarıdır, bu halda pul vəsaiti tədavülçünün hesa­bından alıcının hesabına köçürülür. Nağdsız hesablaşmalar təsərrüfat daxilində müəyyən sistemlər əsasında təşkil olunur, burada nağdsız hesablaşmaların təşkilinin bütövlüyü prinsipi, təşkilatlara təqdim edilən tələblər, təsərrüfatın müəyyən konkret şəraiti, еləcə də hesablaşmaların forma və üsulları və bu üsulların sənəd dövriyyəsi ilə sıx bağlılığı nəzərdən keçirilir.

Bizim ölkəmizdə hələ 30-cu illərdə mövcud olan və 1993-cü ilə qədər davam edən nağdsız hesablaşmalar sistemi təsərrüfatçılığın israf mexanizminə əsaslanmış və iqtisadiyyatın inzibati – əmr üsulu ilə idarə edilməsinə uyğun gəlirdi. Fəaliyyətdə olan nağdsız hesablaşmalar sis­temi ilk növbədə tədarükçünün maraqlarının xidmətinə, məhsulun istehsalı və tədarükü ilə bağlı planlı tapşırıqların yerinə yetirilməsinə yönəldilmişdi. Bununla əlaqədar, nağdsız hesablaşmaların təşkilinin sərt prinsipləri fəaliyyət göstərirdi və bu prinsiplərə əməl olunması əsl iqtisadi maraqların qeyri-mövcudluğunu və müəssisələrin müqavilə öhdəçiliyinin yerinə yetirilməsi məsuliyyətini əvəz edirdi. Bu prinsiplər müəyyən qaydalara tabe olunurdu. Məsələn, bunlardan aşağıdakıları qeyd edə bilərik.

Ödəniş yeri – bank (o nağdsız hesablaşmaların təsisçi və nəzarətçisi kimi iştirak edirdi.)

Ödəniş vaxtı – məhsulun yüklənməsindən və xidmət göstərildikdən sonrakı (bu avansların və kommersiya kreditlərinin qadağası mənasını verir.) vaxt başa düşülür.

Tədavülçünün razılığı (aksept) – bu zaman ödəniş əsası kimi ödənişin mənbəyi – alıcının şəxsi vəsaiti və ya bank krediti kimi çıxış edən, əhatə dairəsi əvvəlcədən müəyyən olunmuş nağdsız hesablaşmalar başa düşülür.

Bütün nağdsız hesablaşmalar yalnız bankdaxili dövriyyədə istifadə olunan ödəniş sənədləri əsasında həyata keçirilir.

Hesablaşmaların prinsipləri alıcının alıcılıq və borcu ödəmə qabiliyyətini, ödəmənin xronoloji növbə pozuntularının hesablaşma iştirakçılarmının balans ləğvinə mənfi təsirini, təcrübədə hesablaşmaların digər müxtəlif formalarından və ödəniş üsullarından istifadə imkanlarını nəzərə alırdı.

İqtisadiyyatda bazar münasibətlərinin inkişafı nağdsız hesab­laşmalar sisteminin əsasını, еləcə də onların təşkili prinsiplərinin dəyişməsini tələb edirdi.

Hesablaşmaların konkret formaları, ödəniş üsulları, müqavilədə təşkilat tərəfindən nəzərdə tutulur. Müqavilədə hesablaşma şərti – daha əhəmiyyətli şərtlərdən biridir.

Hesablaşmaların formasının seçimi əmtəə malının növü, təlabat və onun təklifi, kontragentlər arasında təsərrüffat əlaqələrinin xarakteri, yüklərin daşınması üsulu, kontragentlərin maliyyə durumu ilə təyin olunur. Bu seçim əmtəə malının göndərilmə vaxtı ilə ödəniş vaxtı arasındakı qarşılıqlı nisbətdən asılı olur. Nəticədə optimal seçim zamanı müqavilədə hesablaşmaların forması öhdəliklərin təminatı vasitəsinin funksiyasını yerinə yetirəcəkdir.

Sahibkarlığın bazar münasibətlərinə aid nağdsız hesablaşmaların birinci prinsipi, müştərilərin vəsaitlərinin qorunması və köçürülməsi üçün yaradılan bank hesablarının həyata keçirilməsini təmin edir.

Bazar münasibətlərində sahibkarların bank vasitəsilə hesablaşmalarının aparılması iqtisadi məqsədəuyğunluqdan asılı olmalı, bazar subyektlərinin iqtisadi sərbəstliyinə və onların şəxsi fəaliyyətinə görə maddi məsuliyyətinə uyğunlaşmalıdır.

Qeyd etmək lazımdır ki, bazar münasibətləri şəraitində nağdsız hesablaşmaların birinci prinsipi yalnız hüquqi şəxslərə deyil, fiziki şəxslərə də aid edilir. Əvvəllər isə nağd və nağdsız pul dövriyyəsi qanun çərçivəsində mövcud olduğundan bu prinsip yalnız hüquqi şəxslərə aid edilirdi.

Nağdsız hesablaşmaların ikinci prinsipinə əsasən hesabda olan ödənişlər sahibkarın icazəsi və razılığı ilə müəyyən edilən növbəti qaydada və hesabda qalan vəsaiti hesabına həyata keçirilir. Hesabda pul vəsaitlərinin çatışmamazlığı şəraitində pul vəsaitblərinin hesabdan köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:

– Birinci növbədə həyat və sağlamlığa dəyən zərərin və aliment çərçivəsinə aid tələblər üçün köçürülən pul vəsaitlərini göstərən icra sənədlərinə əsasən köçürmə həyata keçirilir.

– İkinci növbədə işçilərə azad olunma və eləcə də əmək müqaviləsi ilə çalışan işçilərin müavinətini ödəmək üçün ödənilməsi lazım olan pul vəsaitlərini göstərən icra sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

– Üçüncü növbədə əmək sazişi ilə işləyən şəxslərin müavinətlərini, təqaüd fonduna, sosial sığorta fonduna və əhalinin məşğulluq fonduna aid hesablaşmalar aparılması üçün lazımi pul vəsaitlərini göstərən ödəniş sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

– Dördüncü növbədə büdcə və büdcədənkənar hesablaşmaları əhatə edən ödəniş sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

– Beşinci növbədə digər maliyyə tələblərinin təmin olunmasını əks etdirən icra sənədləri vasitəsilk köçürmə həyata keçirilir.

Altıncı növbədə təqvim növbəliyi qaydalarını əks etdirən ödəniş sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

Nağdsız hesablaşmaların üçüncü prinsipi – bazar subyektləri tərəfindən nağdsız hesablaşma formasının sərbəst seçilməsi prinsipi və onların saziş münasibətlərində bankların müdaxiləsi olmadan bağlanan təsərrüfat müqavilələri ilə möhkəmlənmə prinsipidir. Bu prinsip bütün bazar subyektlərinin saziş və hesablaşma münasibətlərində iqtisadi sərbəstliyini təsdiqləyir (mülkiyyətçilik formasından asılı olmayaraq) və bu münasibətlərin nəticəsi maddi məsuliyyətin yüksəlməsinə gətirib çıxarır. Bank isə hesablaşmalarda yalnız vasitəçi rolunu oynayır.

Dördüncü prinsip, təsərrüfat, kredit, sığorta sazişləri, Maliyyə nazirliyi təlimatları, müəssisə işçiləri ilə bağlanan müqavilələr, müavinətin ödənilməsinin təşkili ilə bağlı hesablaşmaların müəyyən olunmuş müddət ərzində həyata keçirilməsi prinsipidir. Təcrübədə vaxtından əvvəl, müddəti uzadılmış və müddəti keçmiş ödənişlərə də rast gəlinir.

Vaxtından əvvəl ödəniş – müəyyən olunmuş müddətdən əvvəl maliyyə öhdəçiliyinin yerinə yetirilməsidir. Müddəti uzadılmış ödəniş – müəyyən olunmuş müddətdə maliyyə öhdəçiliyinin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü xarakterizə edir və vəsaiti olan şəxsin razılığına əsasən ödənişin ilkin müddətinin yeni müddət ilə əvəz edilməsidir. Müddəti keçmiş ödənişlər – tədavülçünün vəsaitinin çatışmamazlığı və müəyyən olunmuş ödəniş müddəti başa çatdıqdan sonra bank və kommersiya kreditləri almağının qeyri-mümkünlüyü nəticəsində əmələ gəlmişdir.

Beşinci prinsip – ödənişlə təmin olunma prinsipi ödənişin müddətlik prinsipi ilə sıx bağlıdır, belə ki. ödənişin təmin olunması ödəyicinin dövriyyə vəsaitlərinin çoxluğuna əsasən müddətli olaraq həyata keçirilir və bu vəsaitlər maliyyə vəsaitini alan şəxsə olan borcların ödənilməsi üçün istifadə olunur.

Ödənişlərlə təmin olunma prinsipi ödənişin zəmanətini yaradır, təsərrüfatda ödənişin nizam-intizamını və eləcə də hesablaşma iştirakçılarının ödəniş və borcu ödəmə qabiliyyətini möhkəmləndirir.

Hesablaşmaların bütün prinsipləri bir-biri ilə sıx bağlıdır.

Nağdsız hesablaşmalar ilə bağlı bütün əməliyyatlar hesablarda – bank tərəfindən müştərilərə açılan cari və digər hesablarda öz əksini ta­pır. Hər bir müəssisə və ya təşkilat bankda yalnız bir əsas hesaba malik ola bilər cari və yaxud hesablaşma hesabları.

Hesablaşma hesabları hüquqi nizamnaməsi olan və kommersiya hesab prinsipi ilə fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrə verilir. Hesablaşma hesabının sahibi hesabda olan vəsaitlərdən istifadə etmək hüququna malik olur. Onun şəxsi ba­lansı olur, sərbəst olaraq banklarla kredit münasibələrinə daxil olur və büdcəyə aid olan bütün ödənişlərin sərbəst ödənişçisi kimi iştirak edir. Beləliklə, hesablaşma hesabının sahibi tam iqtisadi və hüquqi sərbəstliyə malik olur.

Cari hesab kommersiya fəaliyyəti ilə məşğul olmayan və hüquqi nizamnaməsi olmayan müəssisə və təşkilatlar üçün açılır. Ənənəvi olaraq, belə hesablar respublika və ya yerli büdcənin tərkibində olan ictimai təşkilat və idarələr üçün yaradılır. Cari hesabın sahibinin sərbəst fəaliyyət dairəsi hesablaşma hesabının sahibinin sərbəst fəaliyyət dairəsinə nisbətən məhdudlaşdırılmışdır. Belə ki, cari hesabın sahibi vəsaitdən yuxarı təşkilatlar tərəfindən təsdiqlənmiş məsrəf cədvəlinə əsasən istifadə edə bilər. Cari hesabların əməliyyat siyahısı hesab açılan vaxtdan niza­ma salınır.

  • Teqlər:
  • Bank menecmenti

KOMMERSİYA BANKLARININ RESURSLARI

Təsərrüfat münasibətlərinin digər subyektləri kimi banklar da kommersiya və təsərrüfat fəaliyyət dairəsini təmin etmək üçün müəyyən miqdarda pul vəsaiti ehtiyatlarına malik olmalıdırlar.

Müasir şəraitdə iqtisadiyyatın inkişafı prosesində maliyyə ehtiyatlarının problemi böyük əhəmiyyət kəsb edir. İqtisadiyyatın bazar münasibətləri modelinə keçidi bank işi üzərində inhisar münasibətini ləğv etdi. Bu isə öz növbəsində ikipilləli bank sisteminin təşkilinə, bankın vəsait mənbəyinin tərkibində əhəmiyyətli dəyişikliklərə gətirib çıxartdı. Bu cür vəziyyət əsasən aşağıdakılarla izah olunur:

Bankın vəsait mənbəyində dövlət fondunun fəaliyyəti məhdudlaşdırıldı və mərkəzi bank ikipilləli bank sistemində I рilə hesab edildi;

Müxtəlif milkiyyət formalarına malik müəssisə və təşkilatların təşkili sərbəst pul ehtiyatlarına malik mülkiyyətçilərin meydana çıxmasına şərait yaratdı.

Bu mülkiyyətçilər sərbəst olaraq şəxsi pul ehtiyatlarını harada və hansı üsullar ilə qoruyub saxlamaq məsuliyyətini öz üzərlərinə götürdülər, bunun da nəticəsində maliyyə münasibətləri sisteminə daxil olan kredit ehtiyatları bazarı yarandı. Qeyd etmək lazımdır ki, bankların fəaliyyət miqyası onun aktiv əməliyyatları vasitəsi ilə müəyyən olunur. Bankların fəaliyyət miqyası maliyyə ehtiyatlarının həcmindən asılıdır. Bu vəziyyət maliyyə ehtiyatlarının cəlb edilməsi uğrunda banklararası rəqabəti genişləndirdi.

Qeyd edək ki, kredit ehtiyatları bazarı ilə bərabər qiymətli kağızlar bazarı da fəaliyyət göstərir. Burada banklar xüsusi, dövlət və kopporativ qiymətli kağızların alıcısı kimi çıxış edir. Sığorta, maliyyə və kredit müəssisələrinin mövcudluğu kredit ehtiyaları bazarında rəqabəti fəallaşdırır və banklar tərəfindən sərbəst pul vəsaitlərinin toplanması problemi kəskinləşdirir.

Kommersiya banklarının resursları xüsusi və cəlb olunmuş vəsaitlərin cəmini təşkil edir ki, onlardan da aktiv əməliyyatların aparılmasında istifadə edilir.

Bankın xüsusi resurslarının payına dünya bank təcrübəsinin təblərinə cavab verən ehtiyatlar sistemi düşür. Bankın xüsusi ehtiyatlarının tərkibinə məcmu kapital və fondlar daxil edilir.

2.Bankın xüsusi kapitalının mahiyyəti

Bankın xüsusi vəsaiti dedikdə müxtəlif fondlar nəzərdə tutulur. Bu fondlar bank tərəfindən onların maliyyə sabitliyinin, kommersiya və təsərrüfat fəaliyyətinin, həmçinin cari və ötən illərin fəaliyyəti nəticəsində əldə edilən gəlirin təminatı məqsədilə yaradılır.

Bankın xüsusi vəsaitinin quruluş tərkibi keyfiyyət etibari ilə eynicinsli deyildir. O, bəzi amillərdən asılı olaraq il ərzində dəyişkənliyə məruz qalır. Bu amillərə əsasən, aktivlərin keyfiyyəti, öz gəlirlərindən istifadə, bankın kapital bazasının təminatının sabitliyi siyasəti aid edilir.

Bankın xüsusi ehtiyatları müxtəlif fondlardan təşkil olunur. Fond­lar müəyyən məqsədə xidmət edib, müxtəlif şəkildə formalaşmaq qabiliyyətinə malikdirlər. Buraya nizamnamə fondu, ehtiyat fondu, xüsusi təyinatlı fond, iqtisadi stimullaşdırma fondları, yığım fondu, gəlir fondu, təhlükəli kreditlər üzrə itkilərin örtülməsi üçün nəzərdə tutulan fond və s. daxildir.

Nizamnamə fondu – bankların hüquqi mülkiyyət forması kimi təşkilinin iqtisadi əsasını yaradır. Onun həcmi milli bankın normativ aktları ilə müəyyən olunur. Onu da qeyd etmək lazımdır ki, bu kapitalın həcminin müəyyən edilməsi 1989-cu ildə Avropa İqtisadi Birliyinin (AİB) əsas müzakirə predmeti oldu və həmin il nizamnamə fondunun həcmi 5 milyon EKY dəyərində qiymətləndirildi.

Ehtiyat fondu – bankın fəaliyyəti dövründə baş verən itkiləri aradan qaldırmağa imkan verir və sabitliyi təmin edir. Bu fond bankın sabit fəaliyyətini və kapitalın odekvatlılığını təmin edir. Bütün banklar tərəfindən yaradılması mütləq olan fond hesab edilir. Fondun həcmi mövcud nizamnamə kapitalının faizləri əsasında qanunvericilik qaydasında müəyyən olunur.

Fondların ikinci qrupu bankın sərəncamında qalan xalis mənfəətin bölüşdürülməsi ilə formalaşan xüsusi təyinatlı fonddur. Bu fond xalis mənfəətin müəyyən məqsədlər üçün bank tərəfindən istifadə olunmasmı tərənnüm edir.

Fondların üçüncü qrupu xarici – iqtisadi amillərin təsiri nəticəsində təşkil olunur. Buraya milli və digər ölkələrin valyutaları arasındakı kurs fərqi aiddir.

İnflyasiyanın əksi olaraq “Xüsusi fondalar”ın vəsaitləri çıxış edir. Digər fond – “Valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi” milli və digər ölkələrin valyuta sistemləri arasında mövcud olan fərqli amillər nəticəsində formalaşır. Banklar üçün bu fond xarici valyuta vasitəsilə nizamnamə fondunun yaradılması zamanı böyük əhəmiyyət kəsb edirdi.

Fondların dördüncü qrupu bank fəaliyyəti zamanı riskli əməliyyatların azaldılması və yaradılan ehtiyatlar hesabına bankların müyən itkilərini aradan qaldırmaq məqsədi ilə təşkil olunur. Buraya riskli kreditlərin ləğvinə və qiymətli kağızların dəyərinə geniş imkan yaradan vəsaitlər aiddir.

II. III, IV qrup fondların vəsaitləri hərəkətdə olub, ayrı-ayrı düvlərdə maksimal surətdə azala bilər. Məsələn: iqtisadi stimullaşma fondu maddi mükafatlandırma və xeyriyyə məqsədi ilə yaradılaraq il ərzində böyük məbləğdə xərclənir. Buna görə də, belə fondların maliyyə ehtiyatları bankın maddi kapitalı kimi çıxış edib, başqa məqsədlərə xərclənə bilməz.

Beləliklə, bank işinin nəzəriyyəsi xüsusi vəsaitlər və bankın xüsusi kapitalı anlayışlarını bir-birindən fərqləndirir.

Bankın xüsusi kapitalı” anlayışı daha genişdir. O, ümumi olaraq bankın daxili fəaliyyətini əks etdirən proseslər nəticəsində təşkil olunan passivləri öz tərkibində birləşdirir. Buraya: nizamnamə, bankın digər fondlarından təşkil olunmuş ehtiyatlar, bölüşdürülməmiş mənfəət, cari ilin gəlirləri aid edilir.

Bankın xüsusi kapitalı – hesablaşma yolu ilə təyin olunur. O, öz tərkibində iqtisadi mənasına görə bankın kapitalının funksiyalarını yerinə yetirən maddələri birləşdirir. Xüsusi ehtiyatların əsas elementlərinə əsas fondlar, (qanun əsasında yaradılır), vəsaitlər (bankın fəaliyyətini təmin etmək məqsədi ilə daxili mənbələr əsasında yaradılan) aid edilir ki, onlar da aşağıdakı prinsiplərə cavab verməlidirlər:

  • Sabitlik;
  • Kreditorların hüquqlarına subordinasiyalı (tabe olma) yanaşma prinsipi;
  • Qəti müəyyən olunmuş gəlirin daxil olmaması.

Bankın xüsusi kapitalı dedikdə, xüsusi təşkil olunmuş fondlar və vəsaitlər nəzərdə tutulur. Bu fondlar və vəsaitlər iqtisadi sabitliyə, bankın il ərzində fəaliyyəti dövründə mümkün itkiləri aradan qaldırmağa xidmət edir.

Bankın kapitalına: nizamnamə kapitalı, ehtiyat kapitalı, istifadə müddəti olmayan digər fondlar, təsis edilmiş gəlir, cari və ötən illərin bölüşdürülməmiş mənfəəti, bankın fəaliyyətində vacib funksiyaları icra etdən, müxtəlif riskli əməliyyatları örtən ehtiyyatlar daxildir.

Bank kapitalının icra etdiyi funksiyalar milli və qərb ədəbiyyatlarında öz əksini tapır. Bank kapitalının üç əsas funksiyası fərqləndirilir:

Belə ki, bank aktivlərinin müəyyən payları əmanətçilərin yardımı ilə maliyyələşdirilir. Xüsusi kapitalın ümumi məbləğinin azaldılması əmanətçilərin maraq dairəsinin kiçildilməsi deməkdir.

Qoruyucu funksiya bankın ləğvi zamanı əmanətçilərə kompensasiyanın ödənmə imkanını nəzərdə tutur. Qoruyucu funksiya eləcə də, aktivlərin ehtiyatları əsasında ödənc qabiliyyətini qoruyub saxlamaq, itkilərə baxmayaraq bankın fəaliyyətinə imkan yaratmaq deməkdir. Bu zaman itkilərin çox hissəsi maliyyə kapitalının köməyi ilə deyil, bankın cari gəliri hesabına aradan qaldırılır. Bir çox müəssisələrdən fərqli ola­raq kommersiya banklarının likvidliyinin qorunması xüsusi maliyyə ka­pitalının bir hissəsi vasitəsilə təmin olunur. Bir qayda olaraq, bankın səhmdar kapitalı xərclənmədiyi təqdirdə bank likvidli sayılır.

Kapital qoruyucu mexanizm kimi itki və xərclərin mövcudluğu dövründə banklara müxtəlif əməliyyatlar şəbəkəsini həyata keçirməyə imkan verir. İtkilərin maliyyələşdirilməsi üçün müxtəlif vəsait fondları fəaliyyət göstərir. Borcların kütləvi surətdə əhali tərəfindən ödənməməsi ilə bağlı itkiləri aradan qaldırmaq üçün səhmdar kapitalın bir hissəindən istifadə olunur.

Bank kapitalının operativlik funksiyası qoruyucu funksiyadan fərqli olaraq ikinci dərəcəli əhəmiyyətə malikdir. Onun tərkibini xüsusi vəsaitlərin, torpaq mülkiyyətinin, binaların, avadanlığın alınmasına, nəzərə alınmamış itkilərə görə maliyyə ehtiyatlarının yaranması daxildir. Bankın fəaliyyətinin ilk dövründə maliyyə ehtiyatlarının əhəmiyyəti əvəzedilməzdir. Bankın növbəti inkişaf dövründə xüsusi kapitalın əhəmiyyəti də böyükdür. Xüsusi kapitalın bir hissəsi müxtəlif vəsaitlər yaratmaq üçün uzunmüddətli aktivlərə təqdim olunur.

Bankın maliyyə kapitalının tənzimləyici funksiyasının yerinə yetirilməsi bankların uğurlu fəaliyyət göstərməsi maraqlarına xidmət edir. Bank kapitalının göstəricilərinə əsasən, dövlət orqanları bankların fəaliyyətinə nəzarət edir və qiymətləndirirlər. Bankın xüsusi kapitalına dair qaydalar müəyyən tələblər irəli sürür. İqtisadi normativlər əsas etibarı ilə bankın xüsusi kapitalının həcmindən asılıdır. Qeyd etdiyimiz funksiyalardan fərqli olaraq tənzimləyici funksiya kredit və investisiya əməlyyatlarının aparılması məqsədinz xidmət edir.

Bank kapitalının əsas məqsədi təhlükəli əməliyyatların qarşısını almaqdır. Buraya növbəti funksiyalar aiddir:

1. Kapital itkiləri örtmək və ödəmə qabiliyyətini qoruyub saxla­maq xüsusiyyətinə malik olmalıdır;

2. Kapital maliyyə ehtiyatları bazarına yol açır və bankları likvidliklə bağlı təhlükələrdən qoruyur;

3. Kapital artımı saxlayır, riski azaldır.

Kapitalın bütün funksiyaları riski azaldır. Bu cür yanaşma praktiki surətdə kommersiya banklarının idarəetmə məqsədlərinə xidmət edir.

Kredit üzrə itkilərin əksinə çalışan kapitalın rolu pul vəsaitlərinin dövriyyəsi kontekstində ortaya çıxır.

Bankın müştəriləri borcları ödəmədikləri təqdirdə dərhal banka fa­izlər və əsas ödəmələrdən daxil olan pul vəsaitlərinin axını azalır. Vəsaitlərin bankdan çıxarı isə dəyişmir. Bank o zaman ödəməqabiliyyətli hesab olunur ki, ondan çıxan pullar ona daxil olan pullardan az olsun. Bu zaman kapital məcburi pul sızmaları azaldığından hərəkətverici qüvvə kimi fəaliyyət göstərir.

Bank səhmlər üzrə dividentlərin ödənilməsini uzada bilər. Kreditlər üzrə faizlərinin ödənişi məcburi olduğu üçün, bank ilk növbədə bu faizləri ödəməlidir. Kifayət qədər kapitala malik banklar yeni səhmlər buraxırlar ki, itirilən pul axınlarını yeniləri ilə əvəz edə bilsinlər. Bu da aktivlər ilə problemi həll etmək məqsədinə xidmət edir. Beləliklə, bank kapitalı nə qədər çoxdursa, aktivlər bir o qədər ödənilməmiş qalır və bankın riski də bir o qədər az olar.

Bankın kapitalı əməliyyat problemlərini azaldır və maliyyə bazarına sərbəst surətdə yol açır. Kapital banklara səhmlər buraxmağa imkan verir. İri həcmli kapital bankın sabit olaraq imicini saxlayır və əmanətçiləri arxayın edir.

Kapital yeni aktivlərin inkişafını təmin edir. Bu funksiya dövlət orqanlarının aktivlər üzrə kapital normativlərinin təyinatı ilə bağlıdır. Kreditlərin miqdarını artıraraq, digər aktivlərə sahib olmaq istəyən banklar səhmdar kapitalın əlavə maliyyələşdirilməsini təmin etməlidirlər.

Bank kapitalının qeyd olunmuş funksiyaları sübut edir ki, xüsusi kapital bankın kommersiya fəaliyyətinin əsasını təşkil edir. O, sərbəst fəaliyyəti təmin edərək onun maliyyə sabitliyinə zəmanət verir və müxtəlif təhlükəli əməliyyatların mənfi nəticələrini aradan qalıdırır.

3.Kommersiya banklarının cəlb olunmuş vasitələlri

Cəlb olunmuş vəsaitlər bank ehtiyatlarının ümumi məbləğində ən üstün yerlərdən birini tutur. Onlar müxtəlif banklar üzrə 75% və daha çoxpaya malikdirlər. Bazar münasibətlərinin inkişafı ilə cəlb olunmuş ehtiyatların strukturu əhəmiyyətli dəyişiliklərə məruz qalmışdır. Bu isə nə bank sistemi üçün fiziki və hüquqi şəxslərin müvəqqəti olaraq sərbəst pul vəsaitlərinin yeni, qeyri-ənənəvi akkumulyasiyası üsullarının meydana çıxması ilə əlaqədardır.

Dünya bank təcrübəsində cəlb olunan bütün ehtiyatlar onların akkumulyasiyasi üsuluna görə növbəti şəkildə qruplaşdırılırlar:

2) qeyri-depozitsiz cəlb olunan vəsaitlər.

Depozitlər – müştərilər, yəni fıziki və hüquqi şəxslər tərəfindən banka təqdim edilən və hesablaşma rejiminə və bank qanunvericiliyinə uyğun olaraq banklar tərəfindən istifadə olunan pul vəsaitləri olub, kommersiya banklarının cəlb olunmuş vəsaitlərinin əsas hissəsini təşkil edir.

Bank cəlb olunmuş qeyri-depozit vəsaitləri borc şəklində və ya xüsusi borc öhdəliyinin pul bazarında satışı yolu ilə alır. Bank ehtiyatlarının qeyri-depozit mənbələri depozitli mənbələrdən ilk növbədə, şəxsləndirilmiş xarakterə malik olmamaları ilə fərqlənirlər. Yəni onlar bankın konkret müştərisi ilə assosasiya olunmur, əksinə bazarda rəqabət əsasıda əldə olunurlar. İkincisi, bu vəsaitlərin cəlb olunması təşəbbüsü bankın özünə məxsus olur.

Cəlb olunmuş qeyri-depozit ehtiyatlardan əsas etibarilə iri banklar istifadə edir. Qeyri-depozit vəsaitləri iri məbləğlər ilə əldə olunur və onları topdansatış xarakterli əməliyyatlar adlandırırlar.

Müasir bank təcrübəsi bank müştərilərinə açılan depozitlərin və depozit hesabların müxtəlifliyi ilə xarakterizə olunur. Bu, bankın seqmentli yüksək rəqabətli bazar şəraitində müştərilərin müxtəlif qruplarının bank xidmətlərinə olan tələbatını tam şəkildə təmin etmək və onların əmanətləri ilə sərbəst pul kapitallarını bank hesablarına cəlb etmək ilə əlaqədardır. Müştərilərin pul vəsaitləri ilə əməliyyatların həyata keçirilməsinin məcburi şərtlərindən biri bank yatırımı haqqında müqavilənin yazılı şəkildə bağlanmasından ibarətdir.

Bank müştərilərinin vəsaitlərinin cəlb olunması üzrə bağlanan müqavilələri onların müddəti, növləri, əmanətçilərin kateqoriyaları, vəsaitlərin, ödənilən faizlərin köçürülməsi və alınması şərtləri, bankın fəal əməliyyatları üzrə güzəştlərin alınması imkanları üzrə təsnif etmək mümkündür.

Bank müştərilərinin vəsaitlərinin cəlb olunma müddətinə görə on­ları aşağıdakı kimi təsnifləşdirmək olar:

  • hesablaşma və cari hesablarda vəsaitlər;
  • tələbolunanadək hesablarda yerləşdirilən vəsaitlər;
  • müdddtli əmanətlər və depozitlər.

Hesablaşma və cari hesablarda olan vəsaitlərin xarakterit xüsusiyyəti onların yüksək likvidlik qabiliyyətindən ibarətdir. Pul vəsaitləri hesablardan sahiblər tərəfindən tələb olunmaları və ya hesablara daxil olmaları ilə bu cür hesablara köçürülür və ya hesablardan çıxarılır.

Beləliklə, cəlb olunan vəsaitlərin bu qrupu üçün fərqli cəhətlər aşağıdakılardır:

  • pulların yatırılması və geri alınması istənilən zaman hər hansı bir məhdudiyyət olmadan həyata keçirilir;
  • hesabın sahibi hesabdan istifadə etməklə aylıq qəti müəyyən olunmuş faiz dərəcəsi əldə etdiyi üçün və ya hesab üzrə debet dövriyyəsinə dair faizə görə banka komissiya ödəyir;
  • bank hesablaşma və cari hesablarda pul vəsaitlərinin qorunmasına görə aşağı faiz dərəcələri müəyyən edir.

Bank əmanətinə dair müqavilənin bağlandığı müddətdən asılı olaraq:

Əgər pul vəsaitlərinin tələb olunmasının konkret müddəti göstərilmirsə, o zaman bank müştərilərinə (hüquqi və fıziki şəxslərə) tələb olunanadək depozitlər açılır. Bank kartlarından istifadə etməklə hesablaşmalar üçün depozitləri tələb olunana kimi depozitin müxtəlif növlərindən biri hesab etmək mümkündür. Tələb olunanadək depozitin xüsusiyyətlərindən biri də hesab sahibinin hesablaşmalar aparmaq və nağd pullar almaq hüququdur. Bu zaman bir qayda olaraq nağd pul vəsaitlərinin alınmasına dair limit müəyyən olunur.

Bank kartlarından istifadə etməklə hesablaşmalar üçün depozitlərdə və tələbolunanadək depozitlərdə, hesablaşma, cari hesablarda vəsaitlərin qalıqları bankların daha hərəkətli ehtiyatı hesab olunur. Hesabların sahibləri istənilən zaman vəsaitlərini hesablardan çıxara bilərlər. Bununla əlaqədar olaraq artıq qeyd olunduğu kimi banklar bu cür hesabların sahiblərinə cüzi faiz ödəyirlər. Lakin, onların yüksək likvidlik qabiliyyətinə baxmayaraq bu qrupun vasitləri kommersiya bankları üzrə orta hesabla sabit ehtiyat kimi çıxış edir. Buna görə də, maliyyə baxımından daha sabit və daima hesablarında pul vəsaitinə malik müştərilərdə maraqlı olan banklar hesabların sahiblərinə əlavə xidmətlər təqdim etmək və xidmətin keyfiyyətini artırmaq yolu ilə müştəriləri cəlb etməyə cəhd göstərirlər.

Dünya bank təcrübəsində tələb olunandək adi depozit hesabları ilə yanaşı nay hesablar və təsdiq olunmuş çek hesabları kimi depozit hesablarının növləri daha geniş vüsət almışdır (ABŞ).

Nay-hesablar -üçüncü şəxsin mənfəəti naminə hesablaşma sənədlərini siyahıdan silməyə imkan verən tələb olunanadək depozit hesablarıdır. Bu hesablar likvidlik prinsipini gəlirlərin faizlər şəklində alınması imkanı ilə uzlaşdırır. Nay-hesablar yalnız fərdi şəxslər və gəlirsiz şirkətlər üçün açılır.

Təsdiq olunmuş çek hesabları -təsdiq olunmuş çeklərin ödənilməsi üçün pul vəsaitlərini ayıran tələb olunanadək depozit hesablarıdır. Təsdiq olunmuş çeklər ödəniş üçün vəsaitlərin varlığı haqqında bankın, üzərinda xüsusi qeydlər apardığı çeklərdir.

Müddətli depozitlər – müqavilə vasitəsilə şərtləşdirilən müddətə daxil edilən hüquqi və fıziki şəxslərin pul vəsaitləridir. Kredit təşkilatları fiziki şəxslər ilə müəyyən müddətə əmanət müqavilələri bağlaya bilər. Milli təcrübədə fıziki şəxslər ilə bağlanan müddətli bank əmanəti müqavisinin xüsusiyyətlərindən biri də onlar üzrə vəsaitlərin sahiblər tərəfindən Azərbaycan Respublikasının MM müvafiq olaraq müqavilə vasitəsilə müəyyən olunan müddətdən əvvəl tələb olunmasından ibarətdir. Əgər başqa hal depozit əmanətinin müqaviləsində şərtləşdiriməmişdirsə, o zaman hüquqi şəxslərin müddətli depozitləri üzrə pul vəsaitlərinin qaytarılması müddətin bitməsi ilə həyata keçirilir.

Müddətli depozit (əmanət) növbəti müddətlərdə daxil edilə bilər: 30 günə kimi, 31 gündən 90 günə kimi, 91 gündən 180 günə kimi, 181 gündən 1 ilə kimi; 1 ildən 3 ilə kimi; 3 ildən artıq.

Müddətli depozit və əmanətlər üzrə tələb olunanadək depozitlərdən fərqli olaraq əmanətin məbləğindən və müddətindən asılı olaraq dəyişilən yüksək faizlər ödənilir.

Müddətli depozitlər cəlb olunan ehtiyatların daha sabit hissəsi olduqları üçün bu banklara kreditləşdirməni orta və uzun müddətə həyata keçirməyə imkan verir.

Yüksək rəqabət şəraitində kommersiya bankları faiz dərəcələrinin dəyişdirilməsi, köçürülən faizlərin kapitallaşdırılması yolu ilə müddətli depozitlərin müxtəlif növlərinin geniş tətbiqinə can atırlar. Faiz dərəcələrinin dəyişdirilməsi, köçürülən faizlərin kapitallaşdırılması isə xarici valyutanın, multivalyuta hesablarmının növü, əlavə güzəştlərin təqdimatı üzrə həyata keçirilir.

Beləliklə, müddətli əmanət (depozit) müəyyən olunmuş dəqiq müddətə malikdir. Bir qayda olaraq onun vasitəsilə qeydə alınmış faiz ödənilir və əmanətin vaxtından əvvəl hesabdan çıxarılması üzrə məhdudiyyətlər tətbiq olunur. Əmanətin razılaşdırılmış müddətdən əvvəl hesabdan çıxarılması zamanı bank faiz dərəcəsini azaltmaq və bu dərəcəni tələb olunanadək depozit hesabı üzrə dərəcə səviyyəsində müəyyən etmək hüququna malikdir.

Müddətli depozitlərin daha xarakterik xüsusiyyətləri:

❖ hesablaşmalar üçün istifadə oluna bilməz və hesablaşma sənədləri onların əsasında siyahıdan silinmir;

❖ müddətli depozitlər üzrə hesablarda yerləşən vəsaitlərin döriyyəsi zəif olur;

❖ müddətli depozitlər üzrə qəti müəyyən olunmuş faiz ödənilir, faiz dərəcəsinin maksimal səviyyəsi isə ayrı-ayrı dövrlərdə mərkəzi banklar tərəfindən tənzimlənə bilər;

❖ müddətli depozitlər üzrə bank əmanətçilərinə vəsaitlərin hesabdan vaxtından əvvəl çıxarılması haqqında ilkin xəbərdarlıq tələb olunur;

❖ müddətli depozitlər üzrə məcburi ehtiyat fonduna köçürmələrin daha aşağı norması tətbiq olunur.

Mərkəzi Bank təcrübəsinda əmanət qoyuluşları yalnız fiziki şəxslərə açılır. Onlar xaricdə qeyri-kommersiya təşkilatlar və işgüzar şirkətlər üçün açıla bilər. Əmanət hesabları üzrə ödənilən faizlər müddətli depozitlər üzrə faizlərdən fərqli olaraq adətən daha az olur.

Fiziki şəxslər üçün açılan əmanət qoyuluşlarının müxtəlif növləri mövcuddur: vəsaitlərin hesabdan çıxarılması haqqında ilkin xəbərdarlıq ilə müddətli, əlavə haqlı müddətli hesablar, uduşlu hesablar, məqsədli hesablar, cari hesablar. Banklar üçün əmanət hesablarının əhəmiyyəti onların köməyi ilə istehsalat kapitalına çevrilən əhalinin istifadə olunmayan gəlirlərinin səfərbərliyə alınmasından ibarətdir.

1982-ci ildə Amerika banklarının təcrübəsində pul bazarının depozit hesabları meydana çıxmışdır. PBDH ehtiyat tələblərinin təyin olunması zamanı əmanət hesablarının kateqoriyasına şamil edilən depozit hesabıdır.

4.Banklararası bazarda borcların əldə olunması

ABŞ bank təcrübəsində bu bazar «federal ehtiyat fondları» adlandırılır. Bu fondlar mərkəzi bankların ehtiyat hesablarında və ya federal ehtiyat banklarında qorunan kommersiya banklarının depozit vəsaitləridir. Məcburi minimum ilə müqayisədə ehtiyat hesabında izafi vəsaitlərə malik kommersiya bankları onları qısa müddətə borc verirlər. Bu onlara əlavə gəlir əldə etmək, borc alan banka isə likvidlik göstəricilərini yaxınlaşdırmaq imkanı verir.

XX əsrin 60-cı illərinə kimi federal fondların alqısı əsas etibarilə bankın ehtiyat hesabında vəsaitlərin doldurulması üçün istifadə olunurdu, çünki onlar ilə bağlı faiz dərəcələri mərkəzi bankın qeydiyyat dərəcəsindən aşağı idi. Sonrakı illərdə faiz dərəcələri artaraq qeydiyyat dərəcəsindən artıq olmuşdur.

ABŞ – da federal fondlar ilə əməliyyatların böyük bir hissəsi qısa müddətə – bir iş gününə bağlanır. Bütün bunlar ilə yanaşı sövdələşmələrin bir hissəsi daha davamlı müddətə – 30 gündən 90 günə kimi bağlanır və bu müddətli sövdələşmələr adlanır. Federal fondların alqısı zamanı vəsaitlərin ehtiyat şəklində saxlanması tələb olunmadığı üçün banklar depozit sertifikatları ilə müqayisədə daha yüksək faiz ödəyə bilər.

Böyük Britaniyada banklararası kredit bazarı 1971-ci ildən, məcburi ehtiyat normalarının kəskin artımı vaxtından daha geniş şəkil almışdır.

Geriyə alınmaqla qiymətli kağızların satışı haqqında razılaşma. Geriyə alınmaqla qiymətli kağızların satışı haqqında razılaşma (REPO) təminatın idarə olunması hüququ kreditora keçən zaman qiymətli kağızlar ilə təminat altında alınan qısamüddətli borc növüdür (daha çox xəzinə öhdəlikləri ilə həyata keçirilən əməliyyatlardır). Borc alan tərəfin qiymətli kağızları şərtləşdirilmiş tarixdə və əvvəlcədən müəyyən оlunmuş qiymətə alması öhdəliyi bu sövdələşmənin zəruri şərtidir. Təminat kimi çıxış edən qiymətli kağızlar girov marjası ilə bazar qiymətinə nisbətdə 1%-dən 3%-ə kimi qiymətləndirilir.

Veksellərin qeydiyyatı və Mərkəzi Bankdan kreditlərin alınması. Veksellərin qeydiyyata alınması və mərkəzi bankdan kreditlərin alınması daha çox ehtiyatlarında mövsümi tərəddüdlər hiss edən və fövqəladə hallar ilə qarşılaşan kommersiya bankları tərəfindən tətbiq olunur. Mərkəzi bank bu zaman onun kreditlərinin daimi vəsaitlər mənbəyinə çevrilməməsinə nəzarət edir. Kommersiya bankları bu cür borcların alınması zamanı xəzinənin müxtəlif qiymətli kağızları, federal və yerli hakimiyyət orqanlarının öhdəlikləri, qısamüddətli kommersiya vekselləri şəklində təminat təqdim edirlər.

Bank akseptlərinin qeydiyyatı. Bank aksepti – idxalatçı və ixracatçı tərəfindən onları akseptləşdirməyə razılıq verən banka təqdim edilən köçürmə vekseli və ya müddətli trattadır. Bank akseptləri xarici ticarət sövdələşmələrinin maliyyələşdirilməsi üçün istifadə olunur. Kommersiya bankı akseptləri federal ehtiyatlar sistemində yenidən nəzərə almaqla istiqraz vərəqəsi alır. Yenidən qeydiyyat üçün ölkə daxilində idxalat–ixracat əməliyyatları və ya əmtəə sövdələşmələri üzrə altı aylıq müddətli akseptlər daha münasib hesab olunur.

Avropa dolları bazarında borclar. Avropa dolları bazarında borclar – xaricdə filiallara malik olan və olmayan iri kommersiya bankları üçün məqbul ehtiyatların cəlb olunması üsuludur. Avropa dollarları – ABŞ dolları ilə ifadə olunan, lakin Amerika banklarının filiallarını daxil etməklə ABŞ hüdudlarından kənarda yerləşən banklara və ya digər sahiblərə məxsus olan əmanətlərdir. ABŞ iri bankları borcların adətən daxili bazarda çətinliklərin yaranması dövründə alınması üçün avropa dolları əmanətləri bazarını istifadə edirlər. Avropa dollarlarının əsas bazarı Londonda yerləşir.

Kommersiya bankları xüsusi kapitalın və bank ehtiyatlarının artırılması məqsədilə kapital notları və istiqraz vərəqələri buraxa bilərlər. Notlar və istiqraz vərəqələrini əsasən iri banklar buraxır. Bankın borc öhdəliyinin bu növlərinin buraxılışı bir tərəfdən bank kapitalını, digər tərəfdən isə onun ehtiyatlarını artırır.

Kommersiya bankı

Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir.

Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir.

Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir.

Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir. Lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Beləliklə, ikipilləli bank sistemi yaradılmışdır. Bu sistemdə

Birinci pilləyə – Mərkəzi banklar,

İkinci pilləyə isə, Kommersiya bankları və digər kredit institutları daxildir.

Dünya bank sistemində ikinci pilləli banklar kimi Kommersiya bankları mühüm yer tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökumətə xidmət edirsə, Kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir. Ümumiyyətlə, Kommersiya bankları anlayışı bank işinin ilk yarandığı dövrlərdən istifadə olunmağa başlanmışdır. Əslində, “komimersiya” sözü “commerce” sözündən götürülüb, mənası «ticarət» deməkdir. Kommersiya bankları anlayışı Azərbaycan dilinə «ticari» banklar kimi tərcümə olunur. Hazırda ayrı-ayrı ölkələrdə Kommersiya banklarına müxtəlif çeşidli maliyyə-kredit institutları aid edilir. Onların ən başlıca fərqi isə, pul-emissiyası hüquqlarının olmamasıdır.

Kommersiya bankları – sənaye və ticarət qurumlarına qısa müddətli kredit açmaq üzrə pul bazarında fəaliyyət göstərən banklardır.

Kommersiya bankı – konkret fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış,həmçinin digər çoxlu bank əməliyyatlarını həyata keçirən universal kredit təşkilatıdır.

Bütün Kommersiya banklarının bəlli 2 funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. Məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin

toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Kommersiya banklarının fəaliyyəti ikili səciyyə daşıyır.Onlar kommersiya təşkilatı olmaqla yanaşı,həm də cəmiyyətin ictimai təsisatları kimi çıxış edir.Kommersiya təşkilatı kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.