Press "Enter" to skip to content

Kommunikasiya ve bussistemin əsasları

mühafizəkar qərarların əhəmiyyətli bir hissəsi əsəb sisteminin digər

§5. Təşkilatı kommunikasiya

kommunikasiyadakı maneələr sırasına aşağıdakıları aid etmək olar:

Məlumatın təhrif olunması. Təşkilat daxilindəki informasiyanın

yuxarı və aşağı hərəkəti zamanı məlumatın mahiyyəti müəyyən

dərəcədə təhrif olunur. Belə təhrifolunma bir sıra səbəblərlə şərtlənə

gözlənilməyən – şəxslərarası təmaslardakı çətinliklər –

məlumat verilməsindəki ixtilaflar (razılaşmamalar) – menecer

məlumatı elə modifıkasiya edir ki, mənanın (məqsədin)

dəyişməsi onun maraqların uyğun olur;

fıltirasiya nəticəsində – idarə edicilərdən hər hansı biri

məlumatla razı olmadıqda və onu öz maraqlarına uyğun

olaraq motifikasiya etdikdə informasiyanın düşünülmüş

şəkildə təhrif olunması baş verir;

təşkilati səviyyələrin statuslarının uyğun gəlməməsi.

İnformasiya ilə həddən artıq yüklənmə. Bildirişdəki

informasiya zəruri olandan çox olduqda onun artıqlığı yaranır (məsələn

məlumatdakı hər söz təkrar olunur).

Təşkilatın qevri-qənaətbaxş (yarıtmaz) quruluşu. Bu maneənin

təkmilləşdirilməsi üzrə aşağıdakı tədbirləri həyata keçirmək yolu ilə nail

İnformasiya potokunun tənzim edilməsilə. Bunun üçün rəhbər

şəxsi tələbatlarını öz rəislərinə, həmkarlarına və tabeçiliyində

olanlara təqdim etməlidir (çatdırmalıdır);

özünün həmçinin təşkilatın digər informasiya istehlakçılarının

informasiyaya olan tələbatını kəmiyyət və keyfiyyətcə

İdarəçilik davranışı ilə.

Əks əlaqə sistemi ilə.

Təkliflər toplamaq sistemi ilə.

İnformasiya bülleteni ilə.

Toşkilati kommunikasiya

Müasir informasiya texnologiyası ilə.

Kommunikasiyada üç problem sahəsini fərqləndirirlər. Geniş

mənada kommunikasiyaya münasibətdə üç .səviyyədə problemlər

mövcuddur. Fikrimizcə onların aşağıdakı ardıcıllığı daha əsaslandırılmış

A səviyyəsi. Kommunikasiya simvolları nə qədər dəqiq verilə

bilər? (texniki problem).

B səviyyəsi. Arzu edilən məqsədi bu simvollar nə dərəcədə dəqiq

ifadə edir? (semantiq problem).

C səviyyəsi. Alınmış məlumat obyektin davranışını hansı

dərəcədə istiqamətləndirir? (cffektlilik problemi).

Səmərəli kommunikasiya şəbəkəsi təşkilati kommunikasiyanın

təkmilləşdirilməsinə kömək edir. Qrupdakı və ya təşkilatdakı iş və

insanların qarşılıqlı asılılıqlarının xarakteri kommunikasiya şəbəkəsinin

tipini müəyyən edir.

Kommunikasiya şəbəkəsi. İki fərd və ya təşkilat arasındakı

kommunikasiya xəttini kommunikasiya kanalı adlandırırlar. Məsələn, A

– B o, deməkdir ki, A və B arasında kommunikasiya vardır. Belə ki, bu

cür təsvir kommunikasiyanın istiqamətini açmır. Ona görə də istiqaməti

müəyyən etmək üçün ox işarəsi tətbiq edilir. Belə, A ^ B onu

göstərəcəkdir ki, kommunikasiya yalnız A-dan B-yə doğru həyata

keçirilir. Bir neçə obyekt birlikdə bir neçə kanalla əlaqələndirildikdə

kommunikasiya şəbəkəsi formalaşır. Kommunikasiya şəbəkəsi fərdlər

arasında, həmçinin ali rəhbərlik və hər bir istehsal vahidləri arasında

əlaqə yaradır. Burada insanın əsəb sistemi fəaliyyəti ilə analogiya

görmək olar. Baş beyin hüceyrələri əsəb sisteminin köməyi ilə insan

bədənin bütün toxumaları ilə hər bir orqanı əlaqələndirir. Hər bir əsəb (və

ya kanal) xüsusi işin yerinə yetirilməsi üçün nəzərdə tutulub. Onlardan

biri məlumatı beyinə verir, digəri isə əksinə beyindən verir. Beyin

informasiyanı alır və qiymətləndirir, sonra isə cavab göndərir. Hərçənd

mühafizəkar qərarların əhəmiyyətli bir hissəsi əsəb sisteminin digər

hissəsində, məsələn, əsəb qovşağında qəbul edilir.

Kommunikasiya şəbəkəsi — bu informasiya potokunun köməyi ilə

bu prosesdə iştirak edən fərdlərin müəyyən şəkildə birləşdirilməsidir.

Belə yanaşma fərdlərə deyil, onlar arasındakı kommunikasiya

münasibətlərinə baxır. Kommunikasiya şəbəkəsi müraciət potokunu və

ya iki və daha çox fərd arasındakı siqnalları özündə birləşdirir; o,

müraciət əhəmiyyət və ya məna verilməsinə nə dərəcədə nail olunmasına

İşlənib hazırlanmasına əsaslanır, həmçinin müraciət edilən (göndərilən)

və alınan qiymət arasındakı fərqin azalması və ya çoxalmasına təsir

Rəhbər informasiya potokuna həm təşkilat daxil’Mdəki və həm də

onun xaricindəki bir çox müxtəlif insanları birləşdirməlidir. Rəhbərin

yaratdığı şəbəkə şaquli, “ıfüqı və dioqnal əlaqələrdən təşkil olunur.

Şaquli əlaqə rəisdən tabeçilikdə olanlara yönələn rəhbərlik xətti üzrə

qurulur. Üfüqi t»laqələr eyni .səviyyəli ı’ərdlər və ya təşkilatın bölmələri

arasında həyata keçiriliı: müavinlər arasında; şöbə rəisləri arasında;

tabeçilikdə olanlar arasında. Dioqnal əlaqələr — bu digər rəislər və digər

tabeçilikdə olanlar ara’^ındakı əlaqədir. Bu əlaqələr şəbəkəsi təşkilatın

real strukturunu yaradır.

Aşağıdakı şəkildə beş nəfərdən ibarət olan qrup üçün

kommuniktisiya şəbəkəsi tə.şvir olunmuşdur (şəkil 4).

Şəkil 11.4-də verilən bütün kommunikasiya şəbəkələrinə nəzər

saldıqda belə bir sual meydana çıxır ki, bu şəbəkələrdən .əansı yaxŞidır.

Ekspertmentlər göstərir ki, sadə problemlərin həlli üçün «çarx» modeli

etibarlıdır. «Hamı hamı ilə» (all-çhannel; şəbəkəsi yaxşı mənəvi mühit

və uyğunlaşa bilmə şərait yaradır, ’’əsişən işçi qrupları kimi təşkilati

forma təklif edən R.Laykert hamı harp’ ilə» tipli şəbəkə təklif edir. Onun

fikrincə bu işçi qruplarındakı fikir mübadiləsini stimullaşdırır Belə

şəbəkədən (əgər sədr təkid etmirsə ki, bütün əlaqələr onun vasitəsi ilə

olsun) adətən komitələrdə istifadə edilir.

«Çarxda»kı A elementi qrupun fəaliyyətini koordinasiya etmək

nöqteyi-nəzərindən ən yaxşı mövqeni tutmuş olur Bu /aman qrupun işi A

elementinin formal səlahiyyətlərindən asılıdır. Bəzən fıltir rolunda çıxış

edən A qrup üzvləri arasında mövqelərin bölüşdürülməsinə də təsir

göstərir. Əgər A-da olduqca böyük .sayda kanallar kəsişirsə o, həddən

artıq yüklənmiş olur. Problemin həlli ideyaların qarşılıqlı

mübadiləsindən və daimi əks əlaqədən asılı olduğu hallarda «dairə»

Fərz edək ki. marketinq məsələləri üzrə direktora marketinq

strategiyasını işləyib hazırlamaq lazımdır (şəkil 11.5). Han .ı

kommunikasiya şəbəkəsi qəbul edilməlidir?

Burada «hamı hamı ilə» daha məqbul ola bilər, çünki, iştirakçılar

zən’»‘i olduqda öz ideyalarını bütün qrupla müzakirə edə bilərlər. Bu isə

ideyanın hərtərəfli yoxlanmasını təmin cd;> və münaqişələrin aradan

qaldırılmasına kömək edə bilər. Əksinə, əgər marketinq məsələləri üzrə

Kommunikasiya ve bussistemin əsasları

Kommunikasiya sistemləri mühəndisi informasiyanın şəbəkələr üzərindən işlənməsi, ötürülməsi və istifadə edilməsi üçün lazım olan sistemi quran peşə sahibidir. Xəbərləşmə sektorunda yer alan kommunikasiya mühəndisliyinin tətbiq sahəsi olduqca genişdir, odur ki, bir şirkətdə kommunikasiya mühəndisləri yeni şəbəkə və kommunikasiya sistemlərinin dizaynı və yaradılması ilə məşğul olduğu təqdirdə, başqa bir şirkətin tələbindən asılı olaraq mövcüd sistemlərin qorunması və onlara xidmət göstərilməsindən məsul ola bilərlər.

İxtisasın tarixi

Kommunikasiya prosesi kiçik bir informasiya mübadiləsindən tutmuş, söhbətlər və ya hətta böyük həcmli data mübadiləsi kimi başa düşülə bilər. Odur ki, proses olaraq kommunikasiyanın təməli günümüzdən 500 min il əvvələ qədər gedib çıxır və zaman-zaman yazının yaranması ilə daha da inkişaf edir. Bir sahə olaraq isə teleqrafların, fonoqrafların, telefonların, radio və televiziyanın yaranması ilə bərabər təməli qoyulur və internet anlayışının ortaya çıxması ilə birlikdə özünün ən pik mərhələsinə qədəm qoyur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şəbəkə və kommunikasiya sistemlərini dizayn etmək;
  • ➝ Şəbəkə və kommunikasiya sistemləri yaratmaq;
  • ➝ Sorğular aparmaq;
  • ➝ Mövcud sistemlərin çatışmazlığını müəyyənləşdirmək və aradan qaldırmaq;
  • ➝ Zərər görmüş sistemləri bərpa etmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Aərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan İqtisad Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Televiziya;
  • ➝ Radio;
  • ➝ İnternet;
  • ➝ Radar sistemləri;
  • ➝ Peyk xəbərləşmə;
  • ➝ Mobil kommunikasiya və s. sahələrdə işləyə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Problem həlletmə bacarığı;
  • ➝ Analitik düşünmə qabiliyyəti;
  • ➝ Texniki biliklər;
  • ➝ Şəbəkə və kommunikasiya sistemləri haqqında dərin biliklər;
  • ➝ Komandada işləyə bilmək bacarığı;
  • ➝ Kreativlik;
  • ➝ Təşkilati və idarəetmə bacarıqları;
  • ➝ Stress altında işləməyi bacarmaq.

İxtisasın gələcəyi

İxtisasın bir çox tətbiq sahələri olduğundan onun gələcəyi də daha çox hansı sahə üzrə ixtisaslaşmaqdan asılıdır. Belə ki, günümüzdə ən çox gələcək vəd edəcək sahələrinin daha çox internetlə, bulud sistemləri ilə bağlı olan sahələr olduğunu deyə bilərik.

Əmək haqqı

İxtisas sahiblərinin bilik və bacarıqlarından, tutduqları vəzifə və işlədikləri şirkətlərdən asılı olaraq məvaciblər aylıq olaraq ortalama 450-1500 AZN arasında dəyişməkdədir.

Kommunikasiya nədir?

Kommunikasiya latın dilindəki – “communikato” (rabitə, əlaqə) sözündəndir. Lakin, məşhur amerikalı psixoloq Yurgen Ryuş (Jurgen Ruesch) onun qırxdan artıq mənası olduğunu yazır. Ən sadə fomada cavab isə belədir: ”. kommunikasiya informasiya ötürülməsi, fikir bölüşməsi (ünsiyyət) prosesidir.” “Kim informasiyaya malikdirsə, daha qüdrətlidir” fikri həyatda öz təsdiqini tapıb.

Ünsiyyət, danışıqlar və kommunikasiya problemlərinin bir çox elm sahələrinin (psixologiya, sosiologiya, dilçilik və s.) tədqiqat obyektinə çevrilməsinə baxmayaraq cavablanmalı olan suallar hələ də qalmaqdadır.Doğru olan odur ki, danışmaq cəmiyyətin əbədiyaşar fenomenidir. Bugünkü günümüzdə

qarşılıqlı birgə fəaliyyətin qurulmasında şifahi kommunikasiya mühüm rol oynayır. Hesablamalara görə müxtəlif fəaliyyət sferalarında qərarların qəbul olnmasının 70% -i şifahi nitq fəaliyyətinə əsaslanır. Digər hallarda isə bu rəqəm 35 faiz həddində hesablanır.Elə fəaliyyət sferaları vardır ki, bu rəqəm daha aşağı ola bilər. Cəmiyyəti kommunikasiyasız təsəvvür etmək nə dərəcədə çətindirsə, kommunikasiyanı da cəmiyyətsız təsəvvür etmək ağılsızlıqdır. Dildən məqsədyönlü və şüurlu istifadə son dərəcə önəmlidir. Hələ antik dövrdə Demetriy Faleriski yazırdı ki, “Döyüşdə polad nə dərəcədə əhəmiyyətlidirsə, siyasətə sözün qüdrəti ondan da artıqdır.” Odur ki, həyatda, işdə, elmdə, idarəçilikdə, işgüzar münasibətlərdə uğur qazanmağın yeganə yolu dinləmək və danışmaqdan keçir. İnsan şüurlu varlıq

olaraq düzgün kommunikativ strategiya qurmaqla öz maraqlarını və ehtiyaclarını ödəməyə səy göstərir. Vilyam Şeksprin demişdir: “Danışığınıza fikir verin. Sizin gələcəyiniz ondan asılıdır.” Kommunikasiya və informasiya anlayışları ayrılmaz cütlük kimi təsəvvür olunmalıdır. İnformasiya kommunikasiyasız mövcud ola bilər. Ancaq bunun əksi mümkünsüzdür. Bizi əhatə edən varlıq büs-bütün informasiyadır. İnsan yalnız ötürücü olaraq informasiyanın translyasiyası və eyni zamanda interperitasiyası ilə məşğuldur və bu süurlu fəaliyyəti ilə öz maraq və ehtiyaclarına, çalişdığı idarə, müəssisə və təşkilatən effektiv fəaliyyət göstərməsinə, sosial varlıq kimi digər sübyektlərlə əlaqələrinə təkan verir. Fasiləsiz olaraq görmə, eşitmə, dad, hiss,qoxu (sensor) kanalları

bizi informasiya ilə təmin edir. Bu informasiyanın 90% görmə,10% isə digər orqanlarin payına düşür. Bilik və informasiyanı eyniləşdirmək olmaz. Bilik yanlız məqsədə xidmət etdikdə informasiyaya çevrilir. Bu incəliyi nəzərə almamaq mümkün deyildir. İnformasiya ünsiyyətin mayasıdır. İnformasiyalar(faktlar) istifadə olunmadıqda sandıqda saxlanılan zinət əşyalarından bir fərqi olmur.”Həqiqət heç kəsə büllur kimi saf gəlib catmır və catmayacaq.”- deyən antik dövrün filosofu Ksenofan ona işare edirdi ki, həqiqəti əldə etmək lazimdir. İstənilən elm sahəsində informasiya zaman keçdikcə

tükənməyən,əksinə il-ildən zəginləşən və dinamik inkişafa təkan verən və yeni informasıyaların meydana çıxmasına səbəb olan bir anlayışdır. İnformasiya kommunikativ fəaliyyətin həm predmeti,

həm vasitəsi və həm də məhsuludur. ” Ünsiyyət prosesi məqsədli birgə fəaliyyətə qatılmaqla ehtiyacların ödənməsi və bu zaman insanlar arasında əlaqə qurulması,mövcud əlaqələrin inkişaf etdirilməsi, informasiya mübadiləsi aparılması, növbəti qarşılıqlı fəaliyyət strategiyasının müəyyənləşdirilməsi, digər şəxslərin fikrini duymaq və anlamaq prosesidir.”Bir çox hallarda tədqiqatçılar kommunikasiyanı ünsiyyət üçbucağının bir üzü sayırlar.Nəticə etibarilə, qeyd olunmalıdır:

a)Ünsiyyət həm praktik, həm də mənəvi bir proses kimi təsəvvür olunursa, kommunikasiya, daha çox informasiya ötürülməsinə xidmət edir.

b)Ünsiyyət subyektlər arasında dialoq səklində qarşılıqlı təmas formasıdır. Kommunikasiya isə əksər hallarda bir subyektin digər subyektə

(subyektlərə)birtəfli münasibətidir, yəni monoloqdur. Bir halda ki, ünsiyyət və kommunikasiya ilə eynilik təşkil edir, deməli kommunikasiyanı da sırf birtərəfli deyildir. Kommunikasıya aktında da əks əlaqə mövcuddur və qaşı tərəfin müzakirə predmetinə istənilən məqamda müdaxilə etmək haqqı var. Kommunikasiyanı “nəzarət olunan ünsiyyət” (İ.Zartman) kimi qələmə verməklə də ünsiyyət və komunikasiyanı fərqləndirmək cəhdi uğurlu deyildır. Biz şərti olaraq kommunikasiyanı və ünsiyyəti eyniləşdirməli olsaq, bunların ortaq funksiyalarına diqqət çəkməliyik. Amerikan tədqiqatçısı Şarlz Kuli yazır ki, “kommunikasiya” deyəndə mən insanlar arasında ünsiyyət qurulması və inkişaf etdirilməsi mexaniznimi, yəni təfəkkürdə qərarlaşan bütün simvolların zaman daxilində qorunmasını, məkan içində ötürülməsini nəzərdə tuturam.”

Comments are closed, but trackbacks and pingbacks are open.