Press "Enter" to skip to content

Sistem -12 tipli EATS-in texniki xarakteristikası

Qlobal kompüter şəbəkələri (WAN – Wide Area Network) həm lokal, həm də digər telekommunikasiya şəbəkələrini və qurğularını gzündə birləşdirir və ölkələri, qitələri, bütün dünyanı əhatə edir. Bəzən müxtəlif texniki, proqram və informasiya prinsipləri əsasında qurulmuş şəbəkələrin birləşməsinə Korporativ şəbəkələr də deyilir.

Kommunikasiya vasitələri 29.07.2015 Informatika, 11 sinif. – презентация

Презентация на тему: ” Kommunikasiya vasitələri 29.07.2015 Informatika, 11 sinif.” — Транскрипт:

1 Kommunikasiya vasitələri Informatika, 11 sinif

2 Verilənləri bir kompüterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan müəyyən növ aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı kommunikasiya kanalı [communications channel], yaxud rabitə kanalı kimi tanınır. Belə kanal olaraq bütün dünyada geniş yayılmış telefon şəbəkəsi çox önəmli rol oynayır. Telefon sistemi dünyadakı bütün telefon şəbəkələrinin – yerli (local), uzaq-məsafəli (long- distance), mobil (cellular) və peyk rabitəsi (satellite) şəbəkələrinin toplusudur

3 Fiziki vasitələr Sarınmış cütlük kabeli [twisted-pair cable]: Telefon sistemlərinin əksəriyyətində istifadə olunan bu kabel çox ucuzdur. Bu kabel bir- birinə sarınmış iki ayrıca izolyasiya olunmuş naqildən ibarətdir

4 Koaksial kabel [coaxial cable]: Əsasən televiziya sənayesində istifadə olunan bu növ kabellər kompüter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki naqildən: silindrik formalı ekranlanmış (pərdələnmiş), torpaqlanmış naqildən və onun içərisində olan mərkəzi teldən ibarət olur

5 Fiber-optik kabel [fiber-optic cable]: Fiber-optik kabel nazik, elastik şüşə borucuqlardan hazırlanır. daha çox verilənləri daşıya bilir. Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır

6 Simsiz vasitələr Radio siqnalları [radio signals]: Radio siqnalları vasitəsi ilə ötürülmə zamanı görünüş xəttinin olması vacibdir

7 Mikrodalğalar [microwaves]: Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında göndərilir. Radio siqnalları kimi, onlar da bir mikrodalğa stansiyasından başqasına düz xətt üzrə göndərilməlidir

8 Peyk rabitəsi vasitələri [satellite transmissions]: Rabitə peykləri orbitdə Yer səthindən km yüksəklikdə yerləşir. Belə yüksəklik peykə imkan verir ki, Yerlə eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlaya bilsin. Peykdə yerləşdirilmiş avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları geriyə Yerə qaytarır

9 Mənbələr İnformatika 11 sinif, dərslik,

Sistem -12 tipli EATS-in texniki xarakteristikası

S-12 tipli telefon stansiyaları kommutasiya , analoq və rəqəm tipli abunəçi xətlərinin birləşdirilməsi üçün nəzərdə tutulmuşdur. S-12 stansiyaları paket kommutasiyaları və geniş zolaqlı şəbəkələrlə asanlıqla uzlaşır və proqram təminatında cüzi dəyişiklik edilməklə asanlıqla simsiz və mobil stansiya tiplərinə çevrilir. S-12 tipli stansiyada bütün əməliyyatlar proqram vasitəsilə idarə edilir və informasiyanın paylanması mikroprosessorun köməyi ilə həyata keçirilir.

Sistem -12 tipli ATS-lər əsasən rəqəmli kommutasiya sahəsindən və bir sıra terminal modullardan təşkil olunur. Hər bir terminal modulu terminal kommutasiyasından və terminal idarəedicidən ibarətdir. Rəqəm kommutasiya sahəsinin əsas vəzifəsi abunəçi xətti və birləşdirici xətləri bir-birilə əlaqələndirməkdən ibarətdir.Hər bir terminal idarəetmə elementləri proqram ilə təyin edilir.

S-12 tipli stansiyanın funksional sxemi şəkildə verilmişdir. S-12-nin rəqəmli kommutasiya sahəsi qoşulma bloklarından (q.b) və qrup kommutasiya blokundan (q.k.b) təşkil edilmişdir. Stansiyanın idarə olunma funksiyası ayrı-ayrı idarəetmə elementlərin vasitəsilə həyata keçirir.Bu idarəetmə elementləri ayrıca bir qurğu kimi sərbəst və ya terminal komplektinin tərkibində fəaliyyət göstərə bilər.

  1. Nömrələrin ixtisarla yığılması
  2. Çağırışın başqa ünvana göndərilməsi
  3. Konfrans rabitənin yaradılması
  4. Abunəçinin özünün çağırılması
  5. Nömrə yığmadan rabitə yaratmaq
  6. Çağıran abunəçinin nömrəsinin təyin olunması
  7. Çağrışın gözləməsi və başqa ünvana göndərilməsi və.s.

KOMPUTER ŞƏBƏKƏLƏRİ

«Telekommunikasiya» yunan və latın sözbirləşməsi olub tele – «uzaq», kommunikasiya – «əlaqə» mənasındadır. Telekommunikasiya dedikdə müxtəlif məsafələrdə yerləşən obyektlər arasında əlaqə nəzərdə tutulur. Bu əlaqələri gerçəkləşdirən sistemlər telekommunikasiya sistemləri adlanır.

Telekommunikasiya sistemlərinin bir növü kompüter şəbəkələridir. Kompüter şəbəkələri 2 və ya daha artıq kompüterin müvafiq kommunikasiya vasitələri ilə birləşdirilməsindən əmələ gəlir. Kompüter şəbəkələri verilənlər, proqram və apparat resurslarından birgə istifadə, informasiyanın gtürülməsinin idarə edilməsi kimi əsas funksiyaları yerinə yetirir.

Kompyuter şəbəkəsi , öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər qrupudur. Daha geniş anlamda bu, radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq teleşəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə vericişəbəkəadlanır); komputer şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yənimüəyyən bir komputerə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq komputerşəbəkələri həmişə ikiistiqamətlidir: A komputeri B komputerinə məlumat göndərirsə,B komputeri də A komputerinə cavab göndərə bilər.

Kompüterlərin şəbəkə vasitəsilə birləşdirilməsinin əsas səbəbləri aşağıdakılardır:

– Resursların bölüşdürülməsi. Resursların bölüşdürülməsi onlardan qənaətlə istifadəyə imkan yaradır. Məsələn, çap qurğularındanş ümumi informasiya daşıyıcılarından, modemlərdən, işçi stansiyalardan və s;

– Tətbiqi proqramların bölüşdürülməsi. proqram vasitələrinin bğlüşdürülməsi əvvəlcədən mərkəzləşdirilmiş proqram vasitələrindən, şəbəkə proqramlarından, eyni zamanda bir neçə istifadəçi tərəfindən istifadəyə imkan verir ki, bu da çoxistifadəçi rejimini yaradır;

– Prosessorun resurslarının bölüşdürülməsi. Prosessorun imkanlarının bölüşdürülməsi zamanı xüsusi layihələndirilərək şəbəkə tərkibinə daxil edilmiş başqa sistemlər tərəfindən prosessorun hesablama gücündən və tətbiqi proqramlardan verilənlərin emalı üçün istifadə etmək mümkündür;

– Telekommunikasiya. Müəssisədə lokal şəbəkələrdən istifadə olunması yalnız işçi stansiyalar arasında hansısa qeydlərin, yazıların, sənədlərin və s. ötürülməsi deyil, real vaxt rejimində videokonfransların və yığıncaqların, diskussiyaların keçirilməsinə də imkan verir.

Bu funksiyaların köməyi ilə şəbəkənin iştirakçıları bir ümumi printerdən, skanerdən, ayrılmış bir kompüterin sərt diskinin resurslarından və şəbəkəyə qoşulmuş digər qurğulardan birgə istifadə edə bilərlər. Kompüter şəbəkələri Lokal, regional və qlobal şəbəkələrə bölünürlər.

Lokal kompüter şəbəkələri ( LAN – Lokal Area Network ) yaxın məsafədə yerləşən istifadəçilərin kompüterləri arasında sürətli informasiya mübadiləsini təmin edir. Lokal şəbəkələr həm kiçik bir ofisi, həm də bir neçə hektar sahəsi olan böyük bir müəssisəni əhatə edə bilər. Onun köməyi ilə verilənlərin uzaqdan daxil edilməsi, ümumi resurslardan birgə istifadə edilməsi, faylların gtürülməsi, məsələlərin məsafədən daxil edilməsi və həlli, elektron roçtu, paylanmış sistemlərin yaradılması və s. kimi funksiyaların yerinə yetirilməsi mümkündür. Lokal şəbəkələrdə verilənlər əlaqə xəttləri ilə 10 km məsafəyə qədər ötürülə bilər.

Regional şəbəkələr uzaq məsafədə yerləşmiş binaların, idarələrin, müəssisələrin və digər təşkilatların kompüterləri arasında qurulur və şəhər, rayon və ya qəsəbə hüdudları daxilində olur.

Qlobal kompüter şəbəkələri (WAN – Wide Area Network) həm lokal, həm də digər telekommunikasiya şəbəkələrini və qurğularını gzündə birləşdirir və ölkələri, qitələri, bütün dünyanı əhatə edir. Bəzən müxtəlif texniki, proqram və informasiya prinsipləri əsasında qurulmuş şəbəkələrin birləşməsinə Korporativ şəbəkələr də deyilir.

Lokal şəbəkələr əsasən peşəkar fəaliyyətinə görə işi bu şəbəkə ilə bağlı məhdud istifadəçi dairəsinə xidmət edir. Lokal şəbəkə daxilində çalışan əməkdaşlar işçi qrupu adlanır. Bir lokal şəbəkə çərçivəsində bir neçə işçi qrupu fəaliyyət göstərə bilər. İşçi qrupunun iştirakçılarında şəbəkənin resurslarından istifadə etmək hüququ müxtəlif ola bilər. İstifadə hüququnun iştirakçılara verilməsi və ya məhdudiyyəti qaydaları şəbəkə siyasəti adlanır. Şəbəkə siyasəti dedikdə şəbəkənin idarə edilməsi başa düşülür. Şəbəkə iştirakçılarının işinin təşkilini idarə edən şəxs şəbəkə Administratoru adlanır.

Lokal şəbəkələr aşağıdakı parametrlərlə xarakterizə olunur:

  • şəbəkənin əhatə dairəsi – lokal şəbəkənin əhatə etdiyi sahənin glçüləri olub verilənləri nəql edən mühitin ümumi uzunluqlarının xəmi ilə ifadə edilir;
  • ötürmə sürəti – vahid vaxt ərzində ötürülən informasiya vahidlərinin sayı;
  • gecikdirmə vaxtı – informasiya gtürülməsinə sifariş ilə onun qəbul edilməsinə başlanması arasındakı vaxt;
  • etibarlıq – imtinaların başvermə ehtimalı və onların bərpası ilə təyin edilən kəmiyyət;
  • inkişaf imkanı – şəbəkəyə heç bir dəyişiklik etmədən, maneəsiz əlavə abonentlərin qoşulması;
  • qiyməti – şəbəkənin texniki və proqram təminatının ümumi dəyəri;
  • montaj və xidmətetmənin dəyəri;
  • informasiyanın gtürülməsinin sürəti;
  • informasiya gtürülən məsafənin uzunluğuna məhdudiyyət;
  • informasiyanın gtürülməsinin təhlükəssizliyi;

Komputer şəbəkəsi kommunikasiya vasitələri

Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz
daşıma vasitələri , yaxud transmissiya vasitələri [ transmission media ] lazım olur.

Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var:

• Sarınmış cütlük kabeli [ twisted-pair cable ]. Telefon sistemlərinin əksəriy yə tində istifadə olunan bu kabel çox
ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ay rıca izolyasiya
olunmuş naqildən ibarətdir (şəkil 2.2). Naqillərdən biri
siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələndirilir.
Yerlə əlaqələndirilmiş (torpaq lanmış) naqil radio-maneələri
“udur” və bununla da o biri naqillə ötü rülən siqnalı
qoruyur.

Koaksial kabel [ coaxial cable ] . Əsasən televiziya sə na ye sində istifadə olunan
bu növ kabellər kompyuter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki
naqildən: silindrik formalı ekrandan və onun içə risində izolə edilmiş mərkəzi teldən ibarət olur
. Koaksial kabeldən keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr
isə koaksial kabeldən keçən siqnallara təsir etmir.
Gös tə rilən üstünlüklərinə baxmayaraq, bu kabellər
sarınmış cüt lük kabellərinə nisbətən baha dır .
Fiber-optik kabel [ fiber-optic cable ] . Fiber-optik kabel (optik lif kabeli) nazik,
elastik şüşə borucuqlardan hazırlanır (şəkil 2.4). Bu kabellərin ənənəvi metal
rabitə xətlərindən bir sıra üstünlükləri var. Buraxılış
zolağının eni çox böyük olduğundan, o, daha çox verilənləri daşıya bilir; o, metal naqillərə nisbətən daha
yüngüldür və maneələrə daha az həssasdır. Fiber-optik
kabellərin əsas ça tış maz lığı onların kövrək və baha
olmasıdır.
Simsiz vasitələr. Hal-hazırda verilənləri daşımaq
üçün fiziki vasitələr ilə yanaşı, simsiz vasitələrdən də geniş ist i fadə olunur.
Radiosiqnallar [ radio signals ]. Radiosiqnallar vasi təsilə ötürülmə zamanı
ötürücü və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal
bir mənbədən o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnalları
gön dərən radioötürücü aparatın və siqnalları qəbul edən radioqə buledicinin
olması lazımdır.
Mikrodalğalar [ microwaves ]. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dal-
ğaları formasında yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stan si yasından digərinə düz xətt üzrə göndərilir Maneələrdən qaçmaq üçün
mik rodalğa stansiyalarının əksəriyyəti yüksəkliklərdə, yaxud hündür bi naların
başında quraşdırılır.

Peyk rabitəsi vasitələri [ satellite transmissions ] . Rabitə peykləri orbitdə Yerin
səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə
Yerlə eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe
saxlamağa imkan verir. Peykdəki avadanlıqlar
Yerdən göndərilən siqnalları gücləndirir və
onları yenidən Yerə qaytarır
Şəbəkə qurarkən bu kommunikasiya vasitələ –
rindən hər hansı birini seçmək üçün bir neçə
amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını)
və onun maya dəyərini nə zə rə almaq lazımdır

Comments are closed, but trackbacks and pingbacks are open.