Press "Enter" to skip to content

Kompüter problemini necə müəyyənləşdirmək olar

Yuxarıda qeyd etdiyimiz kimi, kompüter yalnız maşın dilində işlədiyi üçün proqramlaşdırma dilində yazılan proqramı maşın dilinə çevirmək lazımdır. Bu işi translyator adlanan proqramlar kompleksi yerinə yetirir. Funksional təyinatından asılı olaraq translyator 3 cür ola bilər: interpretator, kompilyator, assembler. Onlar arasında fərq çevrilən proqramın mətninin müxtəlif üsulla emal olunmasıdır.

Sistem proqram təminatı

Proqram təminatı sistemini yerinə yetirdikləri funksiyalara görə iki hissəyə bölmək olar:

  • sistem proqram təminatı
  • tətbiqi proqram təminatı

Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər. SPT- yə aşağıdakılar daxildir.

  • əməliyyat sistemləri
  • servis proqramları
  • proqramlaşdırma sistemləri
  • texniki xidmət proqramları

Əməliyyat sistemləri (ƏS) – informasiya emalının idarə olunması və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS- nin əsas funksiyalarından biri informasiyanın daxiletmə — xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
ƏS–ləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

  1. birməsələli (biristifadəçili)
  2. çoxməsələli (çox istifadəçilili)
  3. şəbəkə

Birməsələli ƏS – müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip ƏS-nin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS – dur.
Çoxməsələli ƏS – kompüterdən, multiproqram rejimdə vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip ƏS – yə UNIX, OS/2, Windows 95/98/2000 və s. misal göstərmək olar.
Şəbəkə ƏS – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resuslarına istifadəçinin müraciətini təmin edir. Bu ƏS-yə Novell Net Ware, Windows NT, Banyan Vines, İBM LAN, UNİX, Solaris və s. misal göstərmək olar.

2.Servis proqramları

Servis proqramları istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir və əməlyyat sisteminin imkanlarını genişləndirirlər.
Servis proqramlarının yerinə yetirdikləri əsas funksiyalar aşağıdakılardır:
– istifadəçi interfeysinin təkmilləşdirilməsi
– verilənlərin mühafizəsi
– verilənlərin bərpası
– xarici yaddaşla əməli yaddaş arasındakı informasiya mübadiləsinin sürətləndirilməsi
– arxivləşdirmək- arxivi açmaq
– kompüter virusları ilə mübarizə

Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalara görə aşağıdakı qruplara bölmək olar:
– örtük proqramlar
– utilitlər
– antivirus proqramlar

Örtük proqramlar əməliyyat sistemləri üzərində quraşdırılaraq, istifadəçiyə keyfiyytəcə yeni interfeys təqdim edir və onu ƏS – nin əmr və əməlyyatlarını dərindən bilməsindən azad edir. Bu örtük proqramlar faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları (ƏYQ) haqqında məlumatların verilməsini təmin edir.
Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfü korlanma ehtimalını azaldır.

Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə imkanlar verirlər. Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
– Disklərə xidmət etmək (formatlaşdırma və s.)
– İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s.
– fayl və kataloqlara xidmət etmək
– arxivlərin yaradılması və yeniləşdirilməsi
– kompüter resusları, disk sahəsi, proqramların ƏYQ – də paylanması haqqında informasiyanın verilməsi
– müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı
– kompüteri viruslardan mühafizə

Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin dianostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir.
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox çətinliklər yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan effektiv istifadəyə imkan verir.
Virus digər proqramlarla özbaşına qoşula bilən, öz surətini fayllarla, sistem sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işnini pozan xüsusi proqramdır. Virus proqramlarının surəti də sonradan yayılır.
Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur:
– yerləşdiyi mühitə görə
– yerləşdiyi mühitə yoluxma üsuluna görə
– aktivləşmə üsuluna görə
– desktruktiv imkanlarına görə
– alqoritimin xüsusiyyətlərinə görə
Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur.
-Fayllı viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır.
-Yükləyici viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır.
-Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır. Həmçinin fayl və yükləyici sektorlara yoluxan fayllı yükləyici viruslar mövcuddur. Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin özündən asılıdır.

Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqram adlanır. Antivirus proqramların aşağıdakı tipləri mövcuddur:
– filtr və ya keşikçi
– detektorlar
– həkimlər və ya faqi
– müfəttişlər
– immunizatorlar və ya vaksinlər
Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir. Bu əməliyyatlara əşağıdakılar aiddir:
– icra olunana proqram fayllarının dəyişməsi
– rezident proqramların yerləşdirilməsi
– mütləq ünvana görə diskə birbaşa yazmaq
– diskin yükliyici sektoruna yazmaq
– diskin formatlaşdırılması
Filtr proqramların əsas üstünlüyü ondan ibarətdir ki, onlar təhlükəli əməlyyatları daim izləyir və virusların ayılmamışdan əvvəl tapılması ehtimalını yüksəldir.
Direktorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
Həkim antivurus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir.
Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirlə bilər. Müfəttişin üstünlüyü ondadır ki, o, proqramda dəyişiklik edən virusları tapmaq xüsusiyyətinə malikdir. Müfəttişə misal olaraq Adinf proqramını göstərmək olar.
İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirliməsində əks olunmur. Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir. Bu proqramların çatışmayan cəhəti çoxlu sayda müxtəlif viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhdudluğudur.
Geniş yayılan antivurus proqramlar aşağıdakılardır: Doctor Web, McAfeeVirus Scan, Norton Antivirus, Avast və s.
Bu antivirus proqramlardan Symantec firması tərəfindən yaradılan Norton Antivirus daha çox istifadə olunur. Norton Antivirus proqramı Windows mühitində işləyərkən virusların tapılmasını və zərərsizləşdirilməsini yerinə yetirməklə aşağıdakıları avtomatik icra edir.
– sistem fayllardakı və yükləyici yazıdakı virusları yoxlayır
– icra olunana fayllardakı virusları yoxlayır
– şübhəli əməliyyatlara nəzarət edir
– İnternet-dən yüklənən faylları yoxlayır
– sərt diskə müraciətdə yükləyici virusları yoxlayır

3.Proqramlaşdırma sistemləri

Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s. daxildir.
Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü” kodlarda istifadə olunmuş əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları (toplama, çıxma, vurma, bölmə, müqayisə, köçürmə və s.) yerinə yetirirlər. Hər bir əmr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən operandlar (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin buraya (hansı ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər bir tip kompüter üçün müxtəlif əmrlərin sayı 100-dən artıq olur.
Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb etdiyindən, əlverişli deyillər. Ona görə də təbii dilə yaxın formalaşdırılmış dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilnə çevrilir, sazlanır və icra olunur.Kompüter dilindəki proqrama işçi və mütləq proqram deyilir. İlkin proqramı işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə olunur.
İstifadə olunan dilin strukturuna, formalaşdırma səviyyəsinə və vəzifəsinə uyğun olaraq proqramlaşdırma sistemlərini aşağıdakı sinflərə bölmək olar.
– maşınyönlü sistemlər
– proseduryönlü sistemlər
– problemyönlü sistemlər
– köməkçi sistemlər
Maşınyönlü sistemlərdə proqramlaşdırma dili müəyyən kompüterlə və ya kompüter ailəsi ilə əlaqəli olur. Bu sistemlərin tipik nümayəndələri simvolik proqramlaşdırma sistemləri, avtokodlar, makrogenaratorlar və assemblerlərdir. Hazırda assemblerlər geniş tətbiq olunur. Bu sistemlərdə istifadə olunan assemblər dili makroəmrlərdən təşkil olunur. Makroəmr müəyyən əməliyyatı və funksiyanı yerinə yetirmək üçün bir və ya bir neçə maşın əmrindən ibarət olur. Hər bir kimpüter ailəsinin özünə məxsus assemblər dili mövcuddur. Assemblər dilində işləmək nisbətən çətin olur, çox vaxt aparır. Lakin bu dildə yazılan proqram digər dillərə nisbətən az olduğundan, istehsal sahələrində böyük tezliklə həll olunan məsələlərin assemblərdə proqramlaşdırılması məqsədəuyğundur. Praktikada assemblər dilindən həm bu məqsədlə, həm də sistem proqramlaşdırılmasında geniş istifadə olunur. Assemblər dilindəki proqramı kompüter dilinə çevirən proqram “Assembler” adlanır.
Proseduryönlü sistemlərdə istifadə olunan proqramlaşdırma dilləri maşınyönlü dillərdən fərqli olaraq, konkret tip kompüterlə əlaqəli olmayıb, istənilən alqoritmlərin (prosedurların) proqramlaşdırılmasını və bu proqramların istənilən tip kompüterdə icrasını təmin edirlər. Bu dillərin üç adı mövcuddur: alqoritmik dillər, prosedur dillər, direktiv dillər. Ümumən onlara yüksək səviyyəli proqramlaşdırma dilləri də deyilir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri universal xarakter daşıyıb, istənilən sahəyə aid məsələlərin proqramlaşdırılmasını təmin edirlər. Lakin proqramlaşdırma təcrübəsində çox vaxt proseduryönlü dil tətbiq sahəsinin xarakterinə uyğun yaradılır. Bu baxımdam proseduryönlü dilləri şərti olaraq 4 qrupa ayırmaq olar:
– elmi — texniki məsələlərin proqramlaşdırılması üçün dillər. Bu qrupa Alqol, Fortran, Basic, Pascal, C dillərini aid etmək olar
– iqtisadi məsələlərin proqramlaşdırılması üçün dillər: Kobal, PL-1
– texnoloji proseslərin idarəetmə alqoritmlərinin və modelləşdirmə məsələlərinin proqramlaşdırılması üçün dillər:Art, Simula, Simskript
– informasiya məntiq məsələlərinin həlli üçün dillər: LİSP, Komit, EPL KRL
Problemyönlü sistemlərdə həll olunan məsələnin alqoritmini qurmağa ehtiyac olmur. Bu sistemlər dar çərçivədə eyni tipli məsələlərin həllinə yönəldilir. Problemyönlü dillərə misal olaraq mühəndis məsələlərinin həlli üçün yaradılan xüsusi dilləri (ART, ADART,AYMAP,CAP APROKS), ekspert sistemlərin yaradılması üçün istifadə olunan PROLOG dilini göstərmək olar. PROLOG dilində məntiqi çıxarış mexanizminin qurulması və idarə olunması verilənlərə əsaslanır. Bu sistemlərə həmçinin hesabatlar genaratorları (məsələn, RPQ), çeşidləmələr generatorları, cədvəl generatorları (məs., EXCEL)aiddir.
Köməkçi sistemlər verilənlərin emalı zamanı bir sıra köməkçi funksiyaları yerinə yetirmək üçün əvvəlcədən hazırlanmış proqramlar toplusundan ibarət olur. Köməkçi sistemlərin komponentləri, sazlayıcı proqramlar, proqramlaşdırma sistemləri ilə birlikdə istifadə olunur. Sazlayıcı proqarm işçi proqramı yoxlayıb, səhvləri aşkar edir.

Yuxarıda qeyd etdiyimiz kimi, kompüter yalnız maşın dilində işlədiyi üçün proqramlaşdırma dilində yazılan proqramı maşın dilinə çevirmək lazımdır. Bu işi translyator adlanan proqramlar kompleksi yerinə yetirir. Funksional təyinatından asılı olaraq translyator 3 cür ola bilər: interpretator, kompilyator, assembler. Onlar arasında fərq çevrilən proqramın mətninin müxtəlif üsulla emal olunmasıdır.

  • İnterpretator ilkin proqramın cümlələrini (operatorlarını) bir-bir təhlil edib, kompüter dilinə çevirir və icra edir. Növbəti operatorun emalından sonra o birisinə keçirilir. Sonuncu operatorun emalından sonra interpretasiya prosesi və proqramın kompüter dilinə çevrilməsi və icrası ləng gedir. Bu onunla əlaqədardır ki, məsələn, dövri prosesin icrası dövrə daxil olan operatorların dövrlərin sayı qədər təhlilini və çevrilməsini tələb edir. Odur ki translyasiyanın bu üsulu səmərəli deyil. Lakin interpretator proqramın sazlanması üçün əlverişlidir. İnterpretator proqramı istənilən operatordan başlayaraq emal etməyə və proqramın icrası zamanı dəyişənlərin aldıqları qiymətləri yoxlamağa imkan verir. Dialoq rejimində proqramda istənilən düzəlişlər aparmaq və proqramı təkraraən icra etmək mümükündür.
  • Kompilyator, interperatorlardan fərqli olaraq, ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Proqramda morfoloji və sintaksis səhvlər olarsa, onları aşkar edib, istifadəçiyə xəbər verir. Səhvlər düzəldikdən sonra kompilyasiya yenidən təkrar oluna bilər, ya da saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər. İlkin proqramın operatorlarının təhlili və çevrilməsi bir dəfə aparıldığı üçün kompilyatorun sürəti yüksək olur. İşçi proqramın icrası kompliyasiyası prosesindən asılı olmadığı üçün, proqramın icrası zamanı kompilyatorun ƏYQ də olmasına ehtiyac olmur. Beləliklə, aşağıdakı nəticə çıxarıla bilər: proqramın sazlanması zamanı interpretatoradan istifadə etmək, sazlanmış proqramı isə kompilyator vasitəsilə emal etmək, məqsədə uyğundur.
  • Assembler – assembler dilindəki proqramı kompüter dilinə çevirən proqramdır. Assembler işçi proqramı bir gedişlə və ya çox gedişlə maşın dilinə çevirə bilər. Daha səmərəli işçi proqram çoxgedişli assemblerdən istifadə etməklə alınır.

4.Texniki xidmət proqramları

Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir.Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir.
Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür.
Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallrda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana və ya çapa məlumat xaric edilir.

  • Teqlər:
  • proqram təminatı
  • , proqram
  • , informatika

Kompüter problemini necə müəyyənləşdirmək olar

Bir çox insan hər gün kompüter problemi ilə üzləşir. Bəzi kompüter problemlərini həll etmək asandır, lakin diaqnoz qoymaq mümkün olmaya bilər. Bu, sizə Windows kompüterində ümumi kompüter problemlərini necə diaqnostika etməyi öyrədəcək.

addım

  1. Kabellərin və komponentlərin düzgün qoşulduğunu yoxlayın. Bu, kompüterinizi bu yaxınlarda təkmilləşdirmisinizsə, xüsusilə vacibdir. Kompüterinizi açın və bütün kabellər, RAM çipləri, qrafik kartları, səs kartları, şəbəkə kartları və digər komponentlərin hamısının sistem lövhəsinə qoşulduğuna əmin olun.
  • Kompüterinizi işə saldığınız zaman səhv mesajı görünsə, səhv haqqında daha çox məlumat əldə etmək üçün Google axtarışında dəqiq səhv mesajını yazın. Lazım gələrsə, mobil telefonunuzdan və ya başqa bir kompüterdən istifadə edin. Kompüteriniz işə salındıqda bir sıra səs siqnalları eşidirsinizsə, nümunəni qeyd edin və nümunənin hansı xətanı göstərdiyini görmək üçün https://www.computerhope.com/beep.htm saytına daxil olun.
  • Aşağı sol küncdəki Windows Başlat menyusuna klikləyin.
  • Növ İdarə paneli .
  • Windows Başlat menyusunda İdarəetmə Panelinə iki dəfə klikləyin.
  • basın Aparat və səs.
  • basın Cihazın idarə edilməsi “Cihazlar və printerlər” altında.
  • Əgər kompüterinizin CPU qrafiki çox vaxt 80% -100% işləyirsə, siz kompüter prosessorunuzu təkmilləşdirə bilərsiniz.
  • Əgər kompüteriniz çox yaddaş istifadə edirsə, bütün lazımsız proqramları və brauzer nişanlarını bağlayın və kompüterinizin performansının yaxşılaşdığını yoxlayın. Kompüterinizdə yerinə yetirdiyiniz çoxlu tapşırıqların miqdarını məhdudlaşdırın. Əgər kompüterinizdə əsas əməliyyatları yerinə yetirmək üçün kifayət qədər yaddaş yoxdursa, bəzi kompüterlər sizə daha çox RAM almaq və quraşdırmaq imkanı verəcək.
  • Əgər sizdə zədələnmiş sabit disk olduğundan şübhələnirsinizsə, dərhal sürücüdəki bütün vacib məlumatların ehtiyat nüsxəsini çıxarın və kompüteri bağlayın. Hər dəfə zədələnmiş sabit disk ilə kompüteri işə saldıqda, bu, sabit disk sürücüsünü daha da zədələyir. Əgər məlumatlarınızın ehtiyat nüsxəsini çıxara bilmirsinizsə, sabit diskinizi çıxarın və onu məlumat bərpa mütəxəssisinə aparın.

İcma sualları və cavabları

RAM-in düzgün işlədiyini necə bilə bilərəm?

Luici Oppido
Kompüter və Texnika Mütəxəssisi Luici Oppido Kaliforniyanın Santa Cruz şəhərindəki Pleasure Point Computers şirkətinin sahibi və operatorudur. Luicinin ümumi kompüter təmiri, məlumatların bərpası, virusların təmizlənməsi və təkmilləşdirmələri üzrə 25 ildən çox təcrübəsi var. O, həmçinin “Kompüter Adamı Şousu”na ev sahibliyi edir! Mərkəzi Kaliforniyanı əhatə edən KSCO-da yerləşdirilib.

Kompüter və Texnika Mütəxəssisi Sistem lövhəsindən ayrılıbsa, onu başqa rozetkaya qoşmağa cəhd edin. Beləliklə, kartın xarab olub olmadığını və ya başqa yerdə problemin olub olmadığını öyrənə bilərsiniz.

Kompüter açılır, amma ekranda heç nə görünmürsə, bu nə deməkdir?

Kompüterimi necə bərpa edə bilərəm?

Veb brauzerimdə göstərilən şəkillər çox böyükdür. Problemi necə diaqnoz edə bilərəm?

Kompüterim İnternetə qoşulmursa nə etməliyəm?

HP kompüteri işə saldıqda CD yükləmə rejiminə keçəndə nə etməliyəm?

Yazıçı faylı çap etməsə nə etməli?

Laptopum işləyir, ancaq boş ekran göstərir. Mən nə edə bilərəm?

Kursorum hərəkət etməsə nə etməli?

Məsləhətlər

  • Əgər kompüter probleminin diaqnostikası və ya təmiri sizə rahat deyilsə, yaxşı olar ki, kompüterinizi sertifikatlı texniki mütəxəssisə aparıb orta ödəniş müqabilində təmir etdirəsiniz.
  • Bu prosedurlar ümumi problemləri daraltmağa başlayır, lakin müəyyən bir problemi tapmaq üçün alətlərdən və ya xüsusi üsullardan istifadə etmək lazım ola bilər.

Xəbərdarlıqlar

  • Problemləri təkbaşına və ya nəzarət altında həll etməyinizdən asılı olmayaraq, həmişə səlahiyyətli kompüter texnikinə müraciət edin.
  • Nə etdiyinizi bildiyinizə əmin deyilsinizsə, problemləri düzəltməyə çalışmayın

Hər kəsin bilməli olduğu kompyuter proqramları

Qlobal dünyada texnologiyanın inkişafı müxtəlif proqramların kəşf olunması ilə nəticələndi. 1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompyuter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir.

Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.

Microsoft-un əsas məhsullarından biri də Microsoft Office proqramlarıdır. İlk dəfə ofis proqramları 1989-cı ildə buraxıldı. Sonradan bir neçə dəfə bu proqramlar müxtəlif əməliyyatlarda işləməsi üçün yeniləndi. Bu proqramlara ilk dəfə hal-hazırda daxil olan proqram daxil deyildi. İndi Microsoft proqramlarına yeddi proqram daxildirsə, o vaxtlar yalnız dörd proqram daxil idi. Müəyyən vaxt keçdikcə əməliyyat sistemləri yeniləndikcə onlara uyğun bu proqramlar da yeniləndi və panellər əlavə olundu. Bu proqramların bu günə kimi müxtəlif versiyalarıə vardır:

Microsoft Office 95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office 2010.

Hal-hazırda istifadə olunana əsasən son üç versiyadır. O biri versiyalar artıq öz əhəmiyyətini itirmişdir. Microsoft Office proqramlarına daxildir:

1) Microsoft Office Word

2) Microsoft Office Excel

3) Microsoft Office InfoPath

4) Microsoft Office Outlook

5) Microsoft Office PowerPoint

6) Microsoft Office Publisher

7) Microsoft Office Access

Göründüyü kimi Ofis proqramlarına yeddi proqram daxildir. Bu proqramlarla ayrı ayrılıqda tanış olaq.

Microsoft Office Word. Güclü mətn redaktoru olub bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word versiyaları dəyişildikcə ona əlavə parametrlər, yeni komponentlər və müxtəlif panellər əlavə olundu. Bu proqramın köməyi ilə müxtəlif qeydləri, hesabatları və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları da deyilir. Bu proqramın istifadəsi bir o qədər də çətin deyil.

Microsoft Office Excel. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır. Ofis işlərində mütəmadi olaraq istifadə olunur. Bu proqram icad olunduqdan sonra şirkətlərdə mühasib işləyən şəxslərin işləri çox asanlaşdı. Çünki proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir. İstifadəsi Word proqramına nisbətən bir qədər çətindir. Microsoft Office Excel proqramının da digər ofis proqramları kimi bir çox versiyaları vardır. Ən son versiyası 2010 versiyasıdır. Ən son versiya daha da təkmilləşdirilmiş əlavə panellər əlavə olunmuşdur. Hal-hazırda dünyada ən çox istifadə olunan proqramlardan biridir.

Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir. Müasir dünyada demək olar ki, bir çox hesabat və təqdimatlar bu texnologiya vasitəsilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur. Proqramın əvvəlki versiyalarında təqdimata video əlavə etmək olmurdu,amma son versiyası olan 2010 versiyasında video da əlavə etmək mümkündür.

Microsoft Office Outlook. Bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplamaq üçün nəzərdə tutulmuşdur. Məsələn, bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox isitfadə olunan proqramdır. İstifadəsi çox asandır.

Microsoft Office Publisher. Bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar,braşurlar hazırlaya bilərsiniz. Həmçinin kiçik həcmli veb saytların hazırlanması da mümkündür. Son versiyada istifadəçilərin rahat istifadə etməsi üçün proqramda hazır temalar qoyulmuşdur. Məsələn, hər hansı bir veb sayt hazırlamaq istəyirsinizsə, proqramın özündə bir çox temalar vardır, siz onlardan seçə bilərsiniz. Bundan başqa siz başqa bir yerdən də tema əlavə edə bilərsiniz. İstifadəsi bir qədər çətindir.

Microsoft Office Access. Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.

Microsoft Office InfoPath. Bu proqramda əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır. İnsanlar tərəfindən bir o qədər də tanınmır. Amma bir çox müsbət xüsusiyyətləri vardır. Məsələn, proqramda hazır blanklar yerləşdirilmişdir. Bundan başqa blankı və yaxud da hər hansı bir sənədi dizayn etmək imkanınızda vardır.

Son olaraq deyə bilərəm ki, ofis proqramları bu günümüzdə ən çox istifadə edilən proqramlardan biridir. Bu proqramları öyrənmək 3-4 ay ərzində mümkündür. Siz hər hansısa iş üçün müraciət etdikdə sizdən mütləq Ofis proqramları biliyiniz tələb olunacaq.

CELT Ofislərində Profesional Kompüter Kusu keçmək istəyirsinizsə, ofislərimizlə əlaqə saxlayın.

CELT Colleges Ofisləri

Comments are closed, but trackbacks and pingbacks are open.