Press "Enter" to skip to content

Kompüter təmiri və proqram təminatı

Komputerin proqram təminatının struktur sxemi aşağıdakı kimidir:

Komputerlerin proqram təminatı

İnstrumental proqram təminatına yeni əlavələrin və informasiya sistemlərinin yaradılması üçün lazım olan proqram vasitələri daxildir və proqramçılar tərəfindən yaradılan proqramların layihələndirmə, proqramlaşdırma, sazlama, testləşdirmə proseslərinin texnoloji mərhələlərində alət kimi tətbiq olunurlar. Buraya aşağıdakılar daxildir:

§ proqramlaşdırma sistemləri;

§ proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti;

§ proqram kompleksi olan CASE vasitəsi

Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar, sazlayıcı proqramlar və s. daxildir.

İstifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə uyğun olaraq proqramlaşdırma sistemləri aşağıdakı siniflərə təsnif edilir:

§ Maşınyönlü sistemlər – proqramlaşdırma dili müəyyən kompüter və ya kompüter ailəsi ilə əlaqəli olur. Bu sistemlərin tipik nümayəndələri simvolik proqramlaşdırma sistemləri, avtokodlar, makrogeneratorlar və assemblerlərdir.

§ Proseduryönlü sistemlər – proqramlaşdırma dilləri istənilən alqoritmlərin proqramlaşdırılmasını və bu proqramların istənilən tip kompüterdə icrasını təmin edir. Bu dillərin üç adı mövcuddur: alqoritmik dillər, prosedur dillər və direktiv dillər.

§ Problemyönlü sistemlər – həll olunan məsələnin alqoritmini qurmağa ehtiyac yoxdur. Bu sistemlər dar çərçivədə eyni tip məsələlərin həllinə yönəldilir (ART, ADART, SYMAP, ACP, APROKS, PROLOG). Bu sistemlərə hesabatlar generatoru, çeşidləmələr generatoru, cədvəl generatorları daxildir.

§ Köməkçi sistemlər – verilənlərin emalı zamanı bir sıra köməkçi funksiyaları yerinə yetirmək üçün əvvəlcədən hazırlanmış proqramlar toplusundan ibarət olur. Köməkçi sistemlərin komponentləri, məsələn, sazlayıcı proqramlar proqramlaşdırma sistemləri ilə birlikdə istifadə olunur. Sazlayıcı proqramlar işçi proqramı yoxlayıb, səhvləri aşkar edir.

Translyatorlar – alqoritmik dildə yazılmış proqramı maşın kodlarına çevirən proqramlardır. Translyatorlar üç cür olur:

Kompilyator – tərtib edilmiş proqramı maşın koduna çevirir və onu tətbiqetmə (application) şəklində kompüterin yaddaşında saxlayır.

İnterpretator – proqram icra edildiyi zaman onun hər bir sətrini oxuyur və maşın dilinə çevirir.

Assembler – Assembly dilində yazılmış proqramları maşın dilinə çevirir.

Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti özündə proqramın ilkin mətninin mətn redaktorunun və kompilyasiyanın əmrlər dilinin imkanlarını birləşdirir. Burada istifadəçinin proqram yaratması üçün lazım olan ilkin modu və kitabxanaların yalnız interfeys formasında göstərilməsi kifayətdir. Həmçinin kompilyator və texniki vasitələrin tənzimlənməsi də interfeys formasında verilir. Bütün bu əməliyyatlardan sonra inteqrallaşdırılmış mühit lazım olan əmrlər ardıcıllığını avtomatik yerinə yetirir, nəticəni alır və səhv olduqda o haqda məlumat verir.

Bu cür birinci uğurlu mühit Borland firmasının istehsalı olan Pascal dili əsasında proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti olan Turbo Pascal-dır.

Sadə inteqrallaşdırılmış mühit özünə mətn redaktorunu, kompilyator və ya interpretatoru, quraşdırma və sazlamanın avtomatlaşdırılmış vasitələrini daxil edir. Bu komponentlərindaxil olduğu vahid proqram kompleksi hazırlanmanın inteqrallaşdırılmış mühiti (Integrated development environment – IDE) adlanır.

Proqramlaşdırmanın müasir inteqrallaşdırılmış mühitinə həmçinin proqram təminatının obyektyönlü işlənilməsində siniflərin brauzeri, obyektlərin inspektoru və siniflərin iyerarxiyasının diaqramı daxildir. Hal-hazırda bir neçə proqramlaşdırma dili üçün nəzərdə tutulmuş inteqrallaşdırılmış mühitlər mövcuddur: Eclipse, NetBeans, Embarcaddero RAD Studio və ya Microsoft Visual Studio və s. Yalnız bir proqramlaşdırma dili üçün nəzərdə tutulan mühitlərdə mövcuddur. Məsələn, Visual Basic, Delphi, Dev-C++.

Proqram komplekslərindən olan CASE (Computer Aided Software Engineering) – texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradılmasında istifadə olunur. CASE texnologiyalarına Application Development Worckbench, BPvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development Information System kimi sistemləri aid etmək olar. Bu texnologiyadan banklar, maliyə korporasiyaları və ən iri firmalar üçün İS-nin yaradılmasında istifadə olunur.

Kompüter təmiri və proqram təminatı

Kompyuterlərə əməliyyat sisteminin yazılması (format) (windows 7/8.1/10/11
Free Dos (yeni) kompyuterlərə sistem yazılması
Microsoft ofis paketi – World /Excel/Outlook/PowerPoint/ Access/Hotmail
AutoCad 3DS Max istənilən versiyalarının və digər dizayn, memarlıq programlarının yazılması
SSD qurğusu ilə kompyuterin gücləndirilməsi
Köhnə kompyuterlərin gücləndirilməsi
Termopasta və termolentlərin yenilənməsi
Unudulmuş şifrələrin bərpası
Sıradan çıxmış kompyuter və notebook qurğuların təmiri
Lisenziyalı və tam zəmanətli antivirusların yazılması(Kapsersky)
CorelDraw,Sony Vegas,ABBYY FineReader, Microsoft Teams, Zoom
Adobe Animate,IIIustrator,InDesign,Lightroom,Photoshop,Premiere
Mürəkkəb viruslara yoluxmuş istənilən kompüterdən məlumatların evakuasiyası və silinən materialların bərpası

Əlaqədar şəxs
Atexno
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 14.11.2022

Personal kompüterlərin ana plataların, Video Kartaların, qida bloklarının təmiri gücləndirilməsi, SSD və RAM artırılması, Profilaktik təmizlənməsi Lisenziyalı Windows, Antivirus yazılması. Innova Servis Merkezinde

Kompüter və noutbukların təmiri Kompüter və noutbukların ofisdə,evdə(yerində) təmiri. Kompüterlərin gücləndirilməsi. Komputerin daxili hissələrinin dəyişdirilməsi: Prosessor, RAM, Hard disk, Video Kart, Ana kart,

Komputer və noutbukların münasib qiymətə və zəmanətlə təmiri bizim servisdə.Xidmətlərimizə: Komputer format olunması; Windows 11,10,8.1,7 Əməliyyat sistemlərinin yazılması; Sınmış Noutbuk ekran petlələrinin bərpa

Kompüterin noutbukun zəmanətli format olunması Lisenziyalı Windows 7, Windows 8 Windows 10 Windows 11 Rus Ingilis Azerbaycan Turk dilleri Ofis proqramlari Kompyuter təmiri Oyun komputerlerinin yigilmasi Kompüterin

Kompüterin, noutbukun zəmanətli format olunması. Lisenziyalı istənilən dildə Windows 7, Windows 8, Windows 10, Windows 11, Ofis proqramlarının və istənilən PQOQRAMLARN yazılması. Kompüter təmiri, təmizlənməsi və

Kompyuter temiri sistem drayver proqram. 2 dene hard disk satiram, biri 180 GB o biri ise 250 GB. Birine windows teze yukledim. 65 azn

Notebook, personal, komputer formati, proqram yazilmasi, IT xidmetleri ve diger xidmetler gosteren tecrubeli komputer ustasi sizin zenginiz ile unvana gelerek komputer xidmetleri gosterir. Keywords: komp format,

Istenilen nov komputerlerin format olunmasi, komputerin daxilinde avadanliqlarin deyisdirilmesi ( SSD, HDD, RAM ve s.) ve elecede yeni ve cox az islenmis notbuklarin satisi. Evlere ve ofislere xidmet var

*Fanlarin təmizlənməsi. *Termopastanin vurulmasi və tozdan. təmizlənməsi. *Ekranlarin dəyişdirilməsi və təmiri. *Klaviyaturalarin bərpasi. *Windows 11,10,7,xp və linux sistemlərinin yazilmasi.

Keyfiyyətli və zəmanətli Komputerlərin format olunması Notebook-larin formatı Unvana gedib yerinde xidmet gosderirik (unvana gore qiymet deyishe biler) Sistemin yenidən tam şəkildə yoxlanılması Proqramların

-Format, proqramların yazılması -Donan komputerlərin SSD və Ram artırılaraq gücləndirilməsi -Komputerdə çıxa biləcək digər problemlərin həlli -Dizayn proqramlarının yazılması -Printerlərin konfiqurasiyası -Server

Windows 7,8,10,11 – 64/32 bit Drayverlerin rəsmi səyfədən yazılması Microsoft Office 2021 – dil paketi (ru-eng) Antivirus – DrWeb Windows Lisenziya açarı ömürlük Komputerin təmizlənməsi ve termopasta

Autocad , 3ds-Max , Vray,corona-render, multitextura,floor-generator,render nastryoka, archicad,revit,4D-cinema,photshop,iLLustrator, Corel-Draw ve s Dizayn Ve Montaj Programların Yazılması. Ən yeni Windows10

Kompyuterlərin Formatı (windows 7/8.1/10) Drayverlerin rəsmi səyfədən yazılması Komputerin təmizlənməsi ve termopasta yenilənməsi Microsoft ofis paketi World/Excel/Outlook/PowerPoint/2007-2021\ CorelDraw,Sony

Silinmiş və ya itmiş faylların bərpası. (Kompüter, Flash kart, yaddaş kartı və s.) Format nəticəsində və ya adi qaydada (Delete, Shift+Delete) silinmiş faylların bərpası. Telefon yaddaş kartlarından , fotoaparat

Autocad , 3ds-Max , Vray,corona-render, multitextura,floor-generator,render nastryoka, archicad,revit,4D-cinema,photshop,iLLustrator, Corel-Draw ve s Dizayn Ve Montaj Programların Yazılması. Ən yeni Windows10

Ustalar.Az Azərbaycanda Usta və təmir xidməti göstərən ustalar saytıdır. Ustalar Bakida və Azərbaycanın digər rayonlarında olmaqla Təmir-tikinti, məişət texnikası və digər hər sahəyə uyğun peşəkar usta xidmətləri təklif edən usta və servislər sizlərə təqdim olunur. Bakida və Azərbaycanda ustalar. Ustalar – təmir və tikinti hər saheye uygun. Ustalar.az Bakida ve Azerbaycanda butun saheler uzre ustalar bizim saytimizda. Uste xidmetleri ve servisleri ucuz qiymete. Kondisioner ustasi , Kombi ustasi, Soyuducu ustasi, Paltaryuyan ustasi, Ariston ustasi, Mebel ustasi, Qabyuyan ustasi, Televizor ustasi, Telefon ustasi və digər ustalar tapmaq mümkündür. Usta sifariş etmək üçün elanda göstərilən usta nömrəsinə zəng vurun və tezbir zamanda istədiyniz təmir xidmətini əldə edin.
© 2016 Ustalar.az | info [@] ustalar.az | Bizimlə əlaqə

Komputerlerin proqram təminatı

Fərdi komputerlərdə məsələnin həll edilməsində istifadə olunan proqramlar toplusu komputerin proqram təminatı adlanır. Fərdi komputerlərin tərkibi proqram konfiqurasiyası adlanır. Proqram təminatını 3 kateqoriyaya ayırmaq olar.

Sistem proqram təminatı -müxtəlif növ köməkçi funksiyaları yerinə yetirir. Məs: istifadə olunan informasiyanın nüsxəsini yaradır, komputerin qurğularının işləmə qabiliyyətini yoxlayır və s. prosedurları yerinə yetirir.

Tətbiqi proqram təminatı:- Fərdi komputerlərdə lazımi işlərin yerinə yetirilməsini təmin edir. Beləki, mətn sənədlərinin redaktə edilməsini, şəkillərin və təsvirlərin hazırlanmasını, informasiya massivinin emal olunmasını və başqa prosedurları yerinə yetirir.

İnstrumental proqram təminatı (sistem proqramlaşdırması) :- proqramlaşdırma dilində komputer üçün yazılmış yeni proqramın emalını təmin edir.

Komputerin proqram təminatının struktur sxemi aşağıdakı kimidir:

Sistem proqram təminatı

Bu proqramlar ümumi istifadəçilidir. Fərdi komputerlərin konkret istifadəsi ilə əlaqəli deyil və ənənəvi funksiyaları yerinə yetirir. Məs: məsələnin planlaşdırırlması və idarə olunması, giriş-çıxış funksiyalarının idarə olunması və s.

Sistem proqram təminatı sisteminə aşağıdakı proqramlar daxildir.

1) Əməliyyat sistemləri (bu proqram komputer işə düşən zaman sərt diskdən operativ yaddaş qurğusuna yüklənilir.)

2) Proqram-örtükləri (komputerlə işləmək üçün istifadəçiyə lazım olan asan proqramlar toplusudur)

3) Əməliyyat örtükəri interfeys sistemləri olub qrafik interfeyslərin yaradılması üçün istifadə olunur. Məs: multiproqramlaşdırma

4) Drayverlər (periferik qurğuların portların idarə olunması üçün istifadə olunanproqramlardır. Və bu proqramlar komputer işə düşən zaman operativ yaddaş qurğusuna yüklənilir.)

5) Utilitlər (disk və fayl sisteminin xidmətinə əsaslanan proqramlardır)

Utilitlərə aşağıdakılar daxildir.

  • Fayl dispetçeri və ya fayl meneceri
  • Verilənlərin dianmik sıxılma üsulu
  • Diaqnostika üsulu-komputerin konfiqurasiyasını idarə etməyə imkan verir.
  • Kommunikasiya proqramları-komputerlər arasında informasiyanı mübadilə etmək üçün istifadə olunur.
  • Komputerin təhlükəsizlik üsulu (rezerv nüsxələmə, antivirus proqramları)

Tətbiqi proqram təminatı

Tətbiqi proqramlar avtonom rejimdə və ya proqram komplekslərinin tərkibində istifadə olunur. Tətbiqi proqramlar fərdi komputerdə müəyyən işlərin yerinə yetirilməsi üçün istifadə edilir. Bunlara mətn sənədlərinin redaktə edilməsi, şəkillərin hazırlanması, elektron cədvəllərin işlənilməsi və s. misal göstərmək olar.

Tətbiqi proqramlara aşağıdakı proqramlar daxildir.

  • MS Office proqram paketinə axil olan bütün proqramlar
  • Mühasib sistemləri
  • Analitik maliyyə sistemləri
  • CAD sistemləri (avtomatlaşdırılmış sistemlərin layihələndirilməsi)
  • HTML redaktoru ( web səhifələrin hazırlanmasında istifadə olunan teqlər ardıcıllığı)
  • Brauzerlər (web səhifəyə baxmaq üçün proqramlar)
  • Qrafik redaktorlar
  • Ekspert sistemləri

İnstrumental proqram təminatı

İnstrumental proqram təminatı və ya proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində yazılmış yeni proqramların işlənilməsi üçün avtomatlaşdırılmış sistemdir. Hər hansısa proqramlaşdırma dilində proqram yazmaq üçün aşağıdakı komponentlərin olması vacibdir.

  • Proqram kodunu yazmaq üçün mətn redaktoru
  • Kompilyator vəya interpretator-çıxışa göndərilən proqram kompilyator vasitəsilə maşın koduna çevrilir. Böyük proqramlarda çıxış proqramı bir neçə modullardan təşkil olunur. Hər bir modul ayrıca fayl kimi maşın koduna kompilyasiya olunur. Sonra isə nəticə etibarilə bütün modullar çıxışda birləşir.
  • Əlaqə redaktoru və ya toplayıcı modullar arasındakı əlaqəni yerinə yetirir və çixışda sadə kod şəklində proqramı formalaşdırır. Belə ki, hazır fayl .exe və ya .com fayl genişlənməsində olur.

Son vaxtlar proqlaşdırma sahəsində obyektyönümlü proqramlaşdırmadan geniş istifadə olunur. Bu proqramlaşdırmada hazır vizual komponentlərdən istifadə olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.