Telekommunikasiya vasitələri
Modem telefon xətti ilə kompüter arasında rabitə əlaqəsi yaradan rəqəm elektrik siqnallarını alaloq formasına və əksinə çevirir. «Modem»sözü «modulyator» və «demotulyator» sözlərinin ixtisarından yaradılmışdır.
İnamlı ünsiyyətin və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi
Kommunikasiya qabiliyyətli insan necə olur? İlk növbədə o digərləri ilə ünsiyyət yaratmaqdan zövq alır. Ünsiyyətcil insan üçün kimlə ünsiyyətə girməyin elə də bir fərqi yoxdur, onu daha çox ünsiyyət prosesinin özü maraqlandırır. Müxtəlif insanlarla təmasda olmaqdan özünüzə məxsus fayda götürməyi öyrənin və onda ünsiyyət sizin üçün də çox əyləncəli bir hadisə olacaq. Aşağıdakı tövsiyələrə əməl etməyə çalışın.
Ünsiyyətcil insan kimdir? Bu ilk növbədə ünsiyyət prosesindən zövq almağı bacaran insandır. Ünsiyyətcil insana kimlə söhbət etmək elə də vacib deyil, onu prosesin özü daha çox maraqlandırır. Əgər siz kifayət qədər kommunikasiya meylli olmadığınızı hiss edirsinizsə və adətən sizi gözləyəcək söhbətlərdən yayınmağa çalışırsınızsa aşağıdakı məsləhətlərin sizə böyük faydası ola bilər.
1.Ünsiyyətdən qaçmayın. Sizə elə gəlir ki, siz kifayət qədər ünsiyyətcilsiniz, lakin söhbətə başlamaq üçün mütləq lazımı əhval-ruhiyyə gərəkdir və ya sizin dialoqa daxil olmağınız üçün qarşı tərəf sizin ürəyinizə yatan olmalıdır? Məsələn, siz qarşıdan gələn hər hansı bir tanışınızı görürsünüz və onunla mümkün söhbətdən yayınmaq üçün yolunuzu dəyişirsiniz və ya siz ictimai nəqliyyatın pəncərəsində çox da tanış olmayan bir insanı görürsünüz, onunla qarşılaşmamaq üçün növbəti marşrutu gözləməyi daha üstün tutursunuz. Bütün bunlar sizin kifayət qədər kommunikasiya meylli olmamağınızın əlamətləridir. Siz bu keyfiyyəti özünüzdə inkişaf etdirməyə can atmalısınız. Buna görə də təsadüfi görüşlərdən yan qaçmağa çalışmayın, az tanıdığınız və ya ümumiyyətlə sizə yad olan insanlar ilə ünsiyyət qurun. Bu yolla siz özünüzdə kommunikasiya qabiliyyətini inkişaf etdirəcəksiniz.
2. Ünsiyyətdən zövq almağı öyrənin. Bu göründüyü qədər də asan deyil. Biz həmişə bu və ya digər insan ilə planlaşdırılmış söhbətə uyğun öz əhvalımızı kökləmiş oluruq. Məsələn keçmiş sinif yoldaşı ilə görüş çox maraqsız və darıxdırıcı görünür, çünki siz bilirsiniz ki, o tipik zəhlətökən insandır. Rəhbərlər və ya direktorlar ilə görüşlər isə həmişə gərginliyi və əsəbiliyi bir az da artırır. Lakin xoşa gəlməz görüşdən öncə siz xoş əhval ruhiyyəyə köklənə bilərsiniz, yaddan çıxartmayın ki, həmişə situasiyanı öz xeyrinizə dəyişmək imkanı vardır və sizin həmsöhbətlə rolları dəyişməyiniz də mümkündür. Məsələn, əgər siz keçmiş sinif yoldaşınızın uşaqlıq xatirələrinə qulaq asmaq həvəsində deyilsinizsə, söhbətin istiqamətini dəyişin, özünüz danışmağa başlayın və vəziyyətə nəzarəti öz əlinizə keçirin. Söhbətin axarını hər ikiniz üçün də maraqlı olan bir məcraya yönəldin. Qarşıda duran xoşagəlməz söhbəti çox maraqlı və xoş bir söhbətə çevirin. Öz söhbətlərinizdən fayda olmağı öyrənin, onda ünsiyyət sizin üçün də çox əyləncəli bir fəaliyyətə çevriləcəkdir.
3. Çalışın ki, söhbətin inisiatoru (təşəbbüskarı) siz olasınız. Böyük şəhərdə yaşayanda bir metro vaqonunda hər gün birgə işə getdiyin köhnə tanışını sanki görmürmüş kimi özünü göstərmək və ya ümumiyyətlə onu tanımırmış kimi davranmaq asandır. Adətən aşağı dikilmiş gözlər ünsiyyətə girməmək niyyəti kimi başa düşülür və onlar elə adekvat reaksiyaya da səbəb olur, yəni sizinlə də ünsiyyətə girməyə can atmırlar. Lakin böyüklərin bu tip gizlənqaç oyunları sizi daha çox mənfi emosiyalar yaşamağa sövq edir, nəinki hətta ən zəhlətökən və ya xoşagəlməz həmsöhbət ilə ünsiyyət prosesinin özü. Siz həmsöhbətdən gizlədiyiniz zaman ərzində gözləmə və qorxu mərhələsində olursunuz: Görən o məni tanımadı? Görən o danışmaq istəyir? Bu suallar ilə özünə əziyyət verməmək və sizə yaxınlaşıb söhbət təklif edəcəklərini gözləməmək üçün ən yaxşısı budur ki, söhbəti özünüz başlayın və dialoqun təşəbbüskarı rolunda çıxış edin. Siz bunun gözləmədiyiniz qədər asan olacağını hiss edəcəksiniz.
4. İnsanlar ilə söhbətə daxil olarkən onlar ilə həddən ziyadə rəsmi davranmayın. Formal ünsiyyətdən uzaq olun. Həmsöhbətin necəsiniz? işlər necə gedir? suallarına cavab olaraq öz işləriniz və həyatınız barədə müəyyən qədər danışmaq tamamı ilə məntiqə uyğundur. Sizin cavabların quruluğu və söhbətə daxil olmamaq niyyəti siz tərəfdən həmsöhbətə qarşı hörmətsizlik və qeyri dostcasına münasibət kimi qiymətləndirilə bilər.
Uğurlu həmsöhbət olmaq üçün qızıl bir qaydanı xatırlamaq yetərlidir; Hətta sizin mövqeyinizdən kəskin fərqlənsə və ya sizdə minlərlə etiraz burulğanları yaratsa belə, hər zaman qarşı tərəfin fikrinə hörmətlə yanaşın. Sizin etirazınız etik qaydalar çərçivəsində bildirilməlidir.
Əgər siz həmsöhbətin mövqeyinə hörmətlə yanaşsanız onun etibarını qazanacaqsınız. Lakin unutmayın ki, hörmət bəsləmək, heç də həmin fikirlə, nəzər nöqtəsi ilə sözbəsöz razılaşmaq demək deyil. Qarşı tərəfin fikrinə hörmətlə yanaşmanı düzgün şəkildə necə ifadə etmək olar?
1. Opponenti diqqətlə dinləyin. Hətta o ən ağlasığmaz bir şeylərdən danışsa və ya onun bütün dedikləri məntiq qanunlarına zidd olsa da. Çalışın ki, bütün səbrinizi toplayıb onun fikrinə axıra qədər qulaq asasınız və onun nəzər nöqtəsinə maraq göstərdiyinizi də büruzə verməyə cəhd edin. Əgər o ədəbi dil qaydalarına əməl etmirsə və ya danışdıqlarında ritorika və məntiqi əsaslar yoxdursa, ona düzəlişlər etmək üçün sözünü kəsməyə çalışmayın, bu sizin həm söhbəti tamamı ilə çaşqın bir duruma sala bilər.
2. Həmsöhbətiniz bütün ürək sözlərini deyib qurtardıqdan sonra, yəni öz fikirlərini axıra qədər təqdim etmək imkanını olduqda ilk öncə onun fikrinin layiqli xüsusiyyətlərini qeyd edin, müsbət cəhətləri sadalayın, onunla məhz nədə razı olduğunuzu bildirin, yalnız bütün bunlardan sonra tənqidə də yer vermək olar.
3. Öz mövqeyinizi elə təqdim edin ki, bununla həmsöhbəti alçaltmış və təhqir etmiş olmayasınız. Belə arqumentlərə heç cür yol verməli olmadığınızı unutmayın: siz bu məsələdən tamamı ilə yanılırsınız, sizin demək olar ki bu işdən başınız çıxmır, siz kifayət qədər səriştəli deyilsiniz, siz məsələnin mahiyyətini düzgün anlamırsınız. Belə iradlarla siz sadəcə öz opponentiniz təhqir etmiş olacaqsınız və nəticədə heç bir kompromisdən söhbət gedə bilməz.
4. Həmsöhbətin fikrinə hörmət ifadə etmək üçün tutaq ki, siz haqlısınız, götürək ki, mən sizinlə razılaşıram kimi şərhlərdən istifadə edin. Bu sizin həmsöhbəti məmnun salacaq, həm də sizin onun mövqeyini başa düşdüyünüzü və layiqli bir fikir kimi qəbul etdiyinizi göstərəcəkdir.
5. İstənilən mübahisənin əsas hədəfi ümumi çıxış yolunun tapılmasına yönəlmiş olmalıdır. söhbət sadəcə kiməsə və ya opponentə öz üstünlüyünü nümayiş etdirmək və ya deyinməkdən getmir. Ona görə istənilən bir söhbətdə münaqişə yaratmağa deyil, hər iki tərəfi razı salacaq, ümumi mənafeyə uyğun həll yolunun tapılmasına can atın.
Telekommunikasiya vasitələri
Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.
Telekommunikasiya vasitələri — uzaq məsafəyə informasiyanın ötürülməsi və qəbulunu təşkil edən texniki vasitələrdir.
Dünyada olan ixtiyari informasiyanı əldə etmək üçün hər hansı bir kompüter tələb olunan verilənlər bazasına daxil olmaq imkanına malik olmalıdır. Bu da öz növbəsində bütün kompüterləri möhtəşəm bir hesablama şəbəkəsi şəklində birləşdirməyi tələb edir.
Keçən əsrin 60-80-ci illərində böyük universal kompüterlər uzaq məsafədə yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni zamanda kompüterlə işləmək imkanı verirdi. Terminalların kompüterlə birləşdirmə texnologiyası ilk hesablama şəbəkələrinin yaradılmasının əsasını qoydu.
Telekommunikasiya vasitələri
Daha sonralar qlobal şəbəkələr meydana gəldi ki, bunlar vasitəsilə daha uzaq məsafələrdə olan kompüterlər bir-birilə birləşə bilərdilər. Qlobal şəbəkəyə misal olaraq, «İnternet» şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə kiçik olduğuna görə, onlar arasında informasiya mübadiləsini çox asan həyata keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini qurmaq lazım idi. Bu da müəyyən vaxt sərfini tələb edirdi. İnformasiya mübadiləsinin əsas kanalı kimi telefon xəttindən istifadə edilirdi. Çünki digər kanallar istismar üçün bir qədər bahalı idi və qlobal şəbəkənin yalnız məhdud sayda kliyentləri buraya daxil ola bilərdilər.
Telefon xətti ilə kompüter əlaqəsini yaratmaq üçün lazım olan ilk qurğu 70-ci illərin əvvəlində istehsal edilmişdir. Buna modem (modulyator-demo-dulyator) qurğusu deyilir. Bu qurğu kompüterə qoşulur və telefon kanalı vasitəsilə verilənləri ötürmək və qəbul etmək imkanına malik olur.
Hazırda müxtəlif funksiyaları yerinə yetirən çoxlu miqdarda müxtəlif modemlər müxtəlifdir. Bu modemlər vasitəsilə sifariş olunan telefon nömrəsini yığmaq, xətt məşğul olduqda bir daha yenidən zəng etmək, telefon dəstəyini «qaldırmaq», avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl şəklində diskə yazmaq mümkündür. Bütün dünya şəbəkələrinin əksər hissəsi modemlərin köməyilə təşkil olunmuşdur.
Son zamanlar inteqrasiya xidmətlərinə malik telefon şəbəkəsindən (ISDN-İntegrated Services Digital Network) istifadə edilir. Bunun yaradılmasında əsas məqsəd verilənlərin ötürülmə sürətinə olan məhdudiyyətləri aradan qaldırmaq və eyni zamanda mövcud olan telefon xəttləri ilə işləmək imkanına malik olmaqdır. Bu cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Bundan əlavə, bu şəbəkələr çoxkanallı olurlar. Belə şəbəkəyə qoşulmaq üçün baza və genişləndirilmiş interfeyslərdən istifadə etmək lazımdır.
Baza interfeysində avadanlıqların sayı minimum olur və o kliyentə 2 kanal təklif edir: səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün, bir də xidməti kanal. Xidməti kanal vasitəsilə abonent avadanlığının telefon şəbəkəsi ilə informasiya mübadiləsini təşkil etmək mümkündür.Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə olaraq burda 30 informasiya kanalı ayrılır. Bu informasiya kanallarında telefon nömrələri heç də kanala birdəfəlik bağlanmır. Yüksək sürətlə verilənləri ötürmək üçün «invers multiplekləşdirmə» kimi xüsusi proqramdan istifada edilir. Bu halda bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkündür.
Kanalın buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur.Bu məqsədlə klinyet kiçik ölçülü parabolik peykateniysina malik olmalidir.Belə şəbəkəyə yenə də əvvəldə olduğu kimi,telefon kanalı ilə sorğu göndərilir, informasiya isə peyk rabitə kanalı ilə qəbul edir. Belə rabitə kanalıda hər bir istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik olur. Təbii olaraq, belə hallarda siqnalin qəbul olunma sürəti şəbəkəyə verilən sorğunu sürətindən qat-qat çox olmalıdır. Bundan əlavə, belə kanallarda verilenlərin ötürülmə etibarlılığı da artır.
Fərdi kompüterlərin meydana gəlməsi qlobal şəbəkələrə böyük təsir göstərərək, onların kəmiyyət və keyfiyyət cəhətcə yaxşılaşmasına səbəb olmuşdur.Bu artımın çox hissəsini isə istifadəçidə olan kompüter və modemlər təşkil etmişlər.
Bütün qlobal şəbəkələr bir-birilə əlaqədardırlar , lakin onlardan bəziləri adi rabitə vasitələri kimi teleqraf, telefaks, teleks, adi poçt xidmətləri də göstərə bilər. Bunun üçün şəbəkənin xüsusi qovşağı olur ki, onlar elektron poçtu ilə məktub və digər materialları qəbul edir və sonra onları faks və lazımi telefon nömrəsinə göndərirlər.
Belə şəbəkə ilə həmçinin adi məktub və teleqramları da göndərmək mümkündür. Belə halda elektron poçtu ilə şəbəkənin xüsusi qovşağına mətn göndərilir, orada o aydınlaşdırılır, zərfin daxilinə qoyulur və adi poçtla məktubu alacaq şəxsə göndərilir.
Şəbəkənin bu cür böyük imkanları lokal və qlobal şəbəkələr arasında olan prinsipial fərqi aradan qaldırır. Şəbəkələrin belə sürətlə inkişaf etməsi, telekommunikasiya şəbəkə və vasitələrin geniş inkişafı nəticəsində mümkün olmuşdur. İnternet-də olan elektron poçt vasitəsilə dünyanın 130 ölkəsində olan şəbəkə kliyentlərinə məktub göndərmək mümkündür. Bütün dünyada serverlər milyonlara müxtəlif fayllara daxil olmağı təmin edir.
Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitə vasitələrinin üstün xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların sürətlə və etibarlı ötürülməsini təmin edir.
Modem telefon xətti ilə kompüter arasında rabitə əlaqəsi yaradan rəqəm elektrik siqnallarını alaloq formasına və əksinə çevirir. «Modem»sözü «modulyator» və «demotulyator» sözlərinin ixtisarından yaradılmışdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Sizə aşağıdakı mövzular faydalı ola bilər:
- Kompüter şəbəkələri və onların təsnifatı
- İnternetdə informasiya axtarışı
- Məlumatın ötürülməsi protokolu
- İlk hesablama vasitələri
- Çap vasitələri haqqında məlumat
Komunikasiyanın vacibliyi haqqında
Çalışdığım şirkətlərin birində şirkətə beynəlxalq bir sertifikat alınması üçün Amerikan şirkəti tərəfindən auditlər keçirilirdi. Mən də aidiyyəti funksiyalarımızla bağlı auditorlarla işləyən komandada idim. Aylar çəkən görüşlər, biznes proseslərin analizləri, plaza dilində keçirilən bir çox audit iclasları və təqdim edilən audit hesabatı. Bir neçə səhifəlik hesabatın məğzi şirkətdə əsas boşluq istiqaməti olaraq bilirsiniz nəyi göstərirdi? Korporativ Komunikasiya..
Yox, yox, hamımızın daxili nömrələrimiz də var idi, elektron poçtlarımız da. Hələ korporativ nömrələr də verirdilər. Bəs nə idi bu komunikasiya problemi?! Şirkətlərdə komunikasiya dedikdə bu həm daxili – şirkətin əməkdaşları arasında, həm də xarici – şirkət və onun təchizatçıları, müştəriləri, fəaliyyət göstərdiyi cəmiyyətlə əlaqələri, münasibətləti nəzərdə tutulur. Təbii ki, bu əlaqə və münasibətlər müəyyən bir qayda daxilində (in order), müntəzəm olmalı və müəyyən bir hədəfə istiqamətlənmiş olmalıdır.
Yuxarıda bəhs etdiyim şirkətin on minin üzərində əməkdaşı var idi. İdarə heyəti yenilənmiş və köhnə rəhbərlikdən bir çox köhnəlmiş idarəetmə adətləri, yanaşması kollektivin canına hopmuş, həmçinin bir çox pis vərdişlər əməkdaşlar arasında yayılmışdı. Bir sözlə şirkətə “restart” vermək lazım idi.
Bunun üçün şirkətin vizyon və misyonu müəyyənləşdirildi, biznes proseslər yenidən formalaşdırıldı və işin ən çətin hissələrindən biri o zaman başladı. Bütün bu dəyişiklikləri, yenilikləri hərkəsə komunikasiya etmək, ötürmək. Bunun üçün şirkətdə intensiv şəkildə təlimlər, məlumatlandırma görüşləri, praktiki məşğələlər keçirilməyə başlandı. Təbii ki, rəhbərliyin (idarə heyəti) bütün bu dəyişikliklərdə liderlik etməsi, dəstək verməsi və yeniliklərin yuxarıdan aşağıya doğru düzgün bir şəkildə kaskadlanması ən önəmli cəhətlərdən biri idi. Qeyd etdiyim təlimlər, məşğələlər dəyişikliklərin içəridə (şirkət daxilində) aşağıya doğru ötürülməsini təmin edirdisə, yenilənən ictimaiyyətlə əlaqələr, marketinq və komunikasiya bölmələri də müştərilərlə, ictimaiyyətlə və digər maraq qrupları ilə əlaqələrin misyon və vizyon istiqamətində inkişafını təmin edirdi. Komanda işinin nəticəsi olaraq qısa müddət nəticəsində həmin sertifikat alındı və şirkət biznesini xeyli irəli aparmağı bacardı. Əlbəttə ki, mütəmadi olaraq komunikasiya prosesisinin təkmilləşdirilməsi isə gündəmdə saxlanmalı idi.
Bir neçə gün əvvəl başıma gələn bir hadisəni komunikasiyanın niyə və necə önəmli olması baxımından paylaşmaq istəyirəm. Hazırda çalışdığım şirkətin bir layihəsi ilə bağlı yerli banklardan birindən qarantiya məktubumuz var idi. Qarantiya məktublarının (QM) ləğv edilməsi proseduruna əsasən QM-nun təqdim edildiyi müştərimiz ləğvetmə məktubu (LM) yazmalı və müştərinin bankı həmin LM-unu və imzalayan şəxsin səlahiyyətini SWIFT (banklararası məlumat/kod mübadilə sistemi) təsdiq etməlidir. Lakin, bank çox köklü banklardan biri və müştərimiz də daimi müştərisi, qocaman bir təşkilat olmasına baxmayaraq imza səlahiyyətini tanımamaqda bir neçə gün israr etdilər. Bir neçə gün davam edən zənglər, müzakirə və mübahisələrdən sonra səhv etdiklərini anladılar. Onu da belə başa saldıq ki, həmin imzanı tanımırsızsa indiyəcən ödəmələri necə buraxmısız o imzayla, bundan sonra oyandılar və məktubu təsdiqlədilər. Həmin bankın əməkdaşları arasındakı komunikasiya problemi, işlərin xaotik idarəedilməsi ucbatından üstəlik biz bir neçə günlük artıq ödəmə etməli olduq. Çünki əlaqə saxladığım bank əməkdaşının komunikasiya anlayışı telefonda “Brat, belə işin çətinə düşməyi olur da arada. Məsələ həll olsun oturub bir yeyib-içərik, tanış olarıq. Bəlkə elə bizlə işlədiz.” deməklə öz aləmində komunikasiya qurmaqdan o yana keçmir. Halbuki, komunikasiyanı işi keyfiyyətli görməklə daha sağlam qura bilərdilər.
Korporativ komunikasiya aşağıdakı fərqli sahələr üzrə şirkətin hədəflərinə çatmasında önəmli faktordur.
Şirkətin imicinin formalaşdırılması və reklamda
Şirkətlə bağlı yeniliklər, yeni məhsul, alınan yeni qərarlar hədəf auditoriyaya (həm daxildə, həm də kənarda) düzgün və anlaşılan formada çatdırılmalıdır.
Dəyişikliklərin həyata keçirilməsində
Təşkilatlarda istənilən dəyişiklik həyata keçirilərkən dəyişikliyin qəbul edilməsi və istənilən şəkildə tətbiqi üçün doğru şəkildə komunikasiya edilməlidir. Komunikasiyadakı yanlış, dəyişikliyin anlaşılmamasına səbəb olacaq və ona qarşı dirənişi artıracaqdır. Hazırda yeni texnologiyaların da təsiri ilə, əməkdaşlar şirkətin hər addımı, qərarı ilə sürətli şəkildə tanış olur və özündə şirkətə aidiyyət hissi yaradır. Bu da dəyişikliklərə daha tez adaptasiya olmalarına kömək edir.
Struktur bölmələr və əməkdaşlar arasındakı uyğunluq
Müəssisənin bir bütün halında işləyə bilməsi üçün korporativ komunikasiya çox önəmlidir. Keyfiyyəti hədəf seçmiş bir şirkətdə istehsal prosesində komunikasiya doğru qurulmazsa, orda keyfiyyətdən söz etmək mümkün olmaz. İstehsal üçün zəruri hər hansı materialın necə, nə zaman, nə qədər alınması və onun istehsala nə zaman, hansı məqamda nə qədər cəlb olunması bölmələr arasında açıq komunikasiya edilməyibsə və əməkdaşlar da sadəcə bütün gün e-maillərdə müharibə edirsə, orada hansı keyfiyətdən söz etmək olar?! Bu səbəblə də, şirkətlər ERP sistemlərə yüksək investisiyalar yatırır, bölmələr arası məlumat axımının davamlı və doğru bir şəkildə ötürülməsini təmin etməyə çalışır.
Komunikasiyanın önəmini göstərən başqa bir real nümunəni isə Nazirlər Kabineti yanında Operativ Qərərgahın verdiyi qərarların şərhi zamanı görürük. Qərarların mətnlərində düşünülməmiş yanlış anlaşılmaya yol açacaq incə məqamlar çox müzakirə olundu və növbəti qərarlarda bu məqamların bəzilərinin düzəldilməsinin şahidi olduq. Əsas məsələlərdən biri isə əhalimizin çoxunun bədii üslubda ünsiyyəti anlamamasıdır. Öz ana dilimizdə yazılan mətnlərdir, lakin anlaşılması üçün kimlərinsə mətni “loru” dilə “tərcümə” etməsini gözləyənlər çoxdur. Mən bunun səbəbini az kitab oxumaqda görürəm. Hansı ki, həmin şəxslərin çoxu universitet məzunudur, bəlkə hələ magistr da bitirmiş, diplom işi də “müdafiə etmişdir”.
Əslində isə bu tək bizdə belə deyil. OECD-nin ölkələr üzrə PİSA adlanan tələbələrin beynəlxalq qiymətləndiriməsi proqramı (Programme for International Student Assessment) mövcuddur. Əldə edə bildiyim ən son nəticə 2018-ci ilin nəticələridir. Oxuma və anlama kateqoriyasında Azərbaycan 83 ölkə arasında 68-ci yerdədir. Bəli, tələbələrimiz öz ana dilimizdə yazılan mətnləri oxuma və anlamada 68-ci yerdədirlər. Nümunə üçün, Rusiya sıralamada 31, Türkiyə 40-cı, Gürcüstan 70-ci yerdədirlər. Ən yüksək nəticə əldə etmiş tələbələrin hansı ölkələrdən olduğunu yəqin ki, təxmin edirsiniz. Yoxlamaq üçün yuxarıda linkdə həmin nəticələr var..
Komunikasiya şirkətlərdə bir funksiya kimi vacib olduğu qədər, əməkdaşlarda da bir “soft skills” kimi vacib səriştələrdəndir. Bəziləri komunikasiya qabiliyyətim yaxşıdı deyərkən bir məqamı unudurlar, komunikasiya sadəcə dayanmadan danışmağı bacarmaq deyil. Bu iki tərəfli bir prosesdir və yaxşı dinləməyi də bacarmalısınız.
Komunikasiya bacarığı çox zaman elə danışmaq kimi assosasiya olunur və doğru şəkildə qiymətləndirilməyə bilir. Bir şəxsdə komunikasiya bacarığının yüksək olduğunu bilmək üçün bəzi məqamlara nəzər yetirmək lazımdır;
– Fərqli görüşdə insanlarla ünsiyyəti bacarmaq
– Ünsiyyət zamanı göz kontaktı qura bilmək (xüsusilə də auditoriya qarşısında)
– Danışarkən nitqini auditoriyanın anlayacağı lüğətlə qurmaq, nitqini onlara uyğunlaşdırmaq
– Başqaları danışarkən onlara qulaq asmaq və ən əsası qulaq asdığını hiss etdirmək
– Fikirlərinizi düzgün və qısa, lakonik şəkildə qarşı tərəfə ötürə bilmək
– Telefonda (mimik və jestləriniz görünməyən halda) düzgün ünsiyyət qurmaq
– Düşündüklərinizi açıq-aydın və səlis, məntiqli olaraq yaza bilmək
Ətrafımızdakı insanlarla ünsiyyət zamanı diqqət edilməli olan məqamlardan biri də, ünsiyyət formatıdır. Dediyim kimi, ünsiyyət sadəcə danışmaqla olmur. Üz-üzə, telefonda, kompyuter proqramları vasitəsilə sözlərlə (verbal) ünsiyyət qururuq. Bunun yanında, bədən dilimiz (bəzən sözlərimizin tam əksini deyə, yalanımızı ortaya çıxara bilir), geyimimiz, jestlərimiz, göz kontaktımız və hətta geyimimizlə də mesaj ötürərək ünsiyyət qura bilirik. Şəkillər, qrafiklər vasitəsilə vizual, yazı, çap materialları vasitəsilə isə yazılı ünsiyyət qururuq. Fərqli insanların öyrənmə, qavrama bacarıqları onların məlumatı sadaladığım formatlardan hansında daha yaxşı qəbul etmələriylə düz mütənasibdir.
Nəticə etibarı ilə, şirkətin və ya şəxsin hansı sektorda, işdə olmağından asılı olmayaraq komunikasiya/ünsiyyət hər kəs üçün çox vacibdir. Bu səbəblə, həm şirkətlər yeni texnologiya və metodlardan faydalanaraq öz korporativ komunikasiyalarını, həm də ehtiyac duyulan təlimlərlə əməkdaşlarının komunikasiya bacarıqlarını artırmağa cəhd etməlidirlər.
Müəllif: Cabir Süleymanlı
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.