Press "Enter" to skip to content

Kişinin qadına qarşı olan vəzifələri

Azərbaycan Respublikası Nazirlər

Kondiba-da axın icazəsinin düzəldilməsini necə bilirəm

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-07-2014, Nəşr nömrəsi: 142), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 756)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201406270209
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 27 iyun 2014-cü il

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 27 iyun tarixli 209

nömrəli qərarı ilə

təsdiq edilmişdir

Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 aprel tarixli 864 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi və tibbi müayinənin aparılması qaydalarını müəyyən edir.

1.2. Şəxsin sərxoşluğunun xüsusi cihaz vasitəsilə yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə həyata keçirilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi

2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:

2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;

2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə;

2.1.3. özünü idarə edə bilmədikdə.

2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir.

2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır.

2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir.

2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır.

2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.

3. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması

3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.

3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir.

3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir.

3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir.

3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir.

3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir.

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq

vəziyyətinin müəyyən edilməsi Qaydaları”na

Sərxoşluq vəziyyətinin tibbi müayinəsi

“____” ______________ il

1. Müayinə olunan şəxsin soyadı, adı, atasının adı ____________________________________________

Doğulduğu tarix ______________________________________________________________________________

Müayinəyə kim tərəfindən və nə vaxt göndərilib (dəqiq vaxt)________________________________

Müayinəni aparan həkimin soyadı, adı, atasının adı və vəzifəsi ______________________________

2. Müayinə olunan şəxsin xarici görünüşü: geyimi, dəri örtüyü, zədələrin olması (yara, əzilmə, iynə iziyerləri) ________________________________________________________________________

3. Davranış: gərgin, qaradinməz, acıqlı, həyəcanlı, aqressiv, çoxdanışan, eyforik, əhval-ruhiyyəsi dəyişkən, yuxulu, ləng olması, öz halından şikayətlənməsi ________________________________________________________________________________________________

4. Şüurun vəziyyəti: məkana, zamana, şəraitə və öz halına görə ______________________________

5. Nitq qabiliyyəti: ifadənin və nitqin rabitəliliyi, artikulyasiyanın pozulması _________________________________________________________________________________________________

6. Vegetativ damar reaksiyası: dəri örtüyünün vəziyyəti, gözün selikli qişasının və dilin vəziyyəti, tərləmənin olması, ağızdan su axması halları ________________________________________________________________________________________________

a) tənəffüs: tezləşmiş, yavaşımış _______________nəbz ____________ arterial təzyiq_______________

b) bəbəklər: daralmış, genəlmiş vəziyyətdə olması, işığa reaksiyası, ətrafa baxarkən nistaqm vəziyyəti _______________________________________________________________________________________

a) mimikası, ləngərli yerişi, yerimə zamanı ayaqların kənara atılma halı (sürətli dönmələrdə yeriş), dönmələr zamanı səndələmə və digər sınaqlar ________________________________________________________________________________________________

b) romberq vəziyyətində durma, dəqiq hərəkətlər (döşəmədən dəmir pulun qaldırılması, burun-barmaq sınağı)_________________________________________________________________________

c) göz qapaqlarının, dilin, əl barmaqlarının titrəməsi ________________________________________

8. Alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin sonuncu dəfə qəbulu haqqında məlumatlar: subyektiv, obyektiv (sənədlərə və digər mənbələrə əsasən)_______________________________________________________________________

9. Ağızdan alkoqolun və ya digər güclü təsir göstərən maddələrin iyinin gəlməsi _________________________________________________________________________________________________

10. Nəfəs verilən havada və orqanizmin bioloji mühitlərində alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin olması:

a) havanı müayinə edən cihaz__________________________________________________________________

rapoport üsulu və ya indikator borucuğu______________________________________________________

b) müayinənin vaxtı və nəticəsi ________________________________________________________________

11. Tibbi müayinəyə təqdim edilən sənədlər haqqında məlumat _____________________________

a) alkoqol sərxoşluğu vəziyyəti yoxdur________________________________________________________

b) alkoqol sərxoşluğu vəziyyəti vardır_________________________________________________________

c) narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti______________________________________________________

ç) sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı____________________________________________________________________________________________

13. Yoxlanılan şəxsin müayinənin nəticəsi ilə tanışlığı haqqında qeyd_________________________

Müayinəni keçirən tibb işçisinin imzası________________________________________________________

Müayinə aktını alan şəxsin imzası _____________________________________________________________

Kişinin qadına qarşı olan vəzifələri

Kişinin qadına qarşı olan vəzifələrindən “Mərifətnamə” kitabında olduğu şəkildə aşağıdakı kimidir:

– Ey əziz! Kişinin xanımı ilə münasibətində 30 şeyə əməl etməsi lazımdır:

  1. Ona qarşı hər zaman gözəl xasiyyətli olmalıdır. [Allahu təala gözəl xasiyyətli olanları sevər, xasiyyəti pis olanları sevməz. Bir insanı incitmək haramdır. İşgəncə edənin evlənməsi haramdır.]
  2. Ona hər zaman mülayim davranmalıdır.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki, “Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına qarşı yaxşı davranan və faydalı olandır”.

  1. Evə gələndə xanıma salam verməli, [yəni, səlamün aleyküm deməli] və “necəsən” deyə halını xəbər almalıdır.
  2. Onu tənhada sevincək görəndə saçlarını tutub sığallamalı, gülərək öpməli və qucaqlamalıdır.
  3. Tənhada qəmgin görəndə onu çox sevdiyini, halına acıdığını söyləyib halını soruşmalı, xoş sözlər söyləməlidir.
  4. Yerinə yetirə bilməyəcəyi şeyləri belə söz verib könlünü almalıdır. Çünki, o, evində qapalı, başqalarından ümidsiz və yalnız ona alışmış olan dostu, dərd yoldaşı, çörək gətirəni, onu sevindirən, uşaqlarını yetişdirən və ehtiyaclarını qarşılayandır.
  5. Uşaqları tərbiyə etməkdə ona kömək etməlidir. Çünki körpə gecə-gündüz ağlayıb anasına heç rahat verməz. Onu insafsızca incidən bir alacaqlıdır. Ona görə də ona kömək edənə Allahu təala yardım edər.
  6. Xanımına ölkədə adət olan paltarın, geyimin ən yaxşısını almalıdır. Ev içində hər istədiyi gözəl şeyləri geydirməlidir. Evdən çıxarkən bunları da örtməli, yadlara göstərməməlidir.
  7. Yaxşı şeylər yedirməlidir. Zəngindirsə, halal olan hər şeyi almalıdır. Onu geniş, istifadəli, sağlam və müsəlman xanımına yaraşan paltar və gözəl yeməklə təmin etməyi özünə borc bilməlidir. [İmam Qazali (rahmətullahi aleyh) “Kimyayı-səadət”in 141-ci səhifəsində deyir ki, “Zövcənin nəfəqəsini sıxmamalı, israf da etməməlidir. Ailənin nəfəqəsinə verilən pulun savabı sədəqə savabından daha çoxdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki: “Savaş üçün, kölə azad etmək üçün, kasıba sədəqə vermək üçün və evindəkilərin nəfəqəsi üçün sərf edilən qızılların ən üstünü və savabı çox olanı evin nəfəqəsinə (ehtiyaca) verilən qızılın savabıdır.” İbni Sirin (rahmətullahi təala aleyh) buyurur ki, “Heç olmasa həftədə bir dəfə şirniyyat yedirməlidir”. Nəfəqə təmin etmədə aciz olanın evlənməsi haramdır. Yeməyi tək yeməməlidir. Ailə ilə birlikdə yemək çox savabdır. Ən mühüm olan nəfəqəni halaldan qazanıb halaldan yeməlidir).]
  8. Xanımını döyməməlidir. “Dürr-ül-muxtar” 3-cü cild, 188-ci səhifədə, bir günah iş görsə, onu cəzalandırması, tərbiyə verməsi caiz olar isə də, yenə vacib olmaz.

[Bəzi insanlar Nisə sürəsinin 33-cü ayəsində qadınların döyülməsi əmr olunur, deyirlər. Halbuki bu ayəti-kərimədə məalən, “Kişilər qadınlar üzərində hakimdirlər. Çünki, Allahu təala bəzi qullarını bəzilərindən üstün yaratmışdır. Qadınların yaxşısı Allahu təalaya itaət edər və ərlərinin haqlarına riayət edərlər. Ərləri hazır olmadıqları zaman onların namuslarını və mallarını Allahın yardımı ilə qoruyarlar. Xəyanət etməsindən qorxduğunuz qadınlara zövcə haqlarını öyrədin və şirin sözlərlə nəsihət edin! Onları yatağınızdan ayırın. Yenə riayət etməzlərsə, yüngül döyün. Riayət edərlərsə, onları üzəcək şeylər etməyin!” buyurulur.

Göründüyü kimi mala və namusa xəyanət etməyən qadınları döymək deyil, onları heç bir şəkildə üzmək caiz deyil. Xain olanları da yumruqsuz açıq əllə və ya düyünsüz açıq dəsmal ilə yüngül vuraraq islah etməyə izin verilmişdir. Namusa və mala xəyanət edənlərə hər hökumət, hər qanun ağır cəza vermişdir. İslamiyyət qadınlara çox qiymət verdiyi, çox mərhəmət etdiyi üçün xain olanlarını qanun qarşısında cavab vermədən əvvəl yüngül şəkildə vurmaqla islah edilmələrinin də təcrübə olunmasını əmr edir.

Bir hədisi-şərifdə buyuruldu ki, “Bir kişi zövcəsini döyərsə, qiyamətdə mən ona qarşı iddiaçı olaram”. Dünya işlərindəki qüsuru üçün döymək bir yana dursun, acı, sərt belə söyləməməlidir.

Qadınların qəlbləri incə, zərif və hislərinə tabe olduğundan bir-birilərinə həsəd edənləri çoxdur. Bu baxımdan xüsusilə yeni evli olanlar oyaq olmalı, ana, bacı və başqa qadınların xanımını dedi-qodu etmələrinə aldanmamalı, belə şeylər söylənməsinə fürsət verməməlidir. Belə sözlərə aldanaraq zövcəsini incitməkdən çox çəkinməlidir. Anası və bacısı üçün zövcəsinin dediklərinə qarşı da oyaq olmalıdır. Anaya əziyyət olunmasına heç bir halda göz yummamalıdır. Anasına özü, zövcəsi və uşaqları hər bir halda hörmət etməlidir. Valideynlərə, qaynana və qaynataya hörmət, qulluq edilməsi birinci vəzifə olmalıdır. Böyüklərin rizasını, duasını almağa çalışmalı, xeyir-dualarını böyük qazanc bilməlidir].

  1. Allahu təalanın əmrlərini yerinə yetirmək xüsusunda olan qüsuru üçün bir gündən çox küsülü qalmamalıdır.
  2. Xanımının pis xasiyyətlərini mülayim şəkildə qarşılamalıdır. Çünki qadınlar əyri qabırğa sümüyündən yaradılmışdır. Ağılları və dinləri kişilərdən azdır. Kişiyə əmanət olunmuşdur. Gülərək, xoşluqla yola getmək üçün alınmışdır.

[Ağlı olan zövc və zövcə bir-birilərini incitməzlər. Həyat yoldaşını üzmək, incitmək axmaqlıq əlamətidir. Zalım, pis xasiyyətli insanın həyat yoldaşı davamlı üzülərək əsəbi pozular, əsəb xəstəsi olar. Əsəbi pozularsa, müxtəlif xəstəliklər hasil olar. Həyat yoldaşı xəstə olan bir şəxs məhv olmuşdur,səadəti sona çatmışdır. Yoldaşının xidmətindən, yardımlarından məhrum qalmışdır. Ömrü onun dərdlərini dinləməklə, ona həkim axtarmaqla, ona alışmamış olduğu qulluğu etməklə keçər. Bütün bu fəlakətlərə, bitməyən sıxıntılara öz xasiyyəti səbəb olmuşdur. Dizlərini döysə də, təəssüflər olsun ki, bu peşmanlığın faydası yoxdur. Ona görə də ey müsəlman! Həyat yoldaşına qarşı xasiyyətinin, ona edəcəyin işgəncələrin zərərlərinin özünə də olacağını düşün! Ona qarşı hər zaman gülər üzlü, şirin dilli olmağa çalış! Bunu edə bilərsənsə, rahat və huzur içində yaşayar, Rəbbinin rizasını da qazanarsan!]

  1. Xanımının əxlaqında bir dəyişiklik görərsə, qəbahəti özündə görüb, mən yaxşı olsaydım, o da belə olmazdı, deyə düşünməlidir. Övliyadan birinin zövcəsinin xasiyyəti pis idi. Buna səbr edər, soruşanlara deyərdi ki, əgər onu boşasam, onu səbr edə bilməyən bir nəfər alar, ikisinin birdən fəlakətə düşmələrindən qorxuram. Böyüklər (rahmətullahi təala aleyhim əcmain) buyurmuşdur ki, “bir şəxs ailəsinin əziyyətlərinə səbr edərsə, altı şey ziyandan qurtular: Uşaq kötəkdən, qab-qacaq sınmaqdan, tövləyə gedənlər döyülməkdən, pişik söyülməkdən, qonaq hirslənməkdən, paltar yırtılmaqdan qurtular”. Bunlar “Şirat-ül islam”da da yazılıdır.
  2. Xanım hirslənərsə, susmaq lazımdır. Beləcə qadın peşman olub üzr istəyəcək, çünki o, zəifdir. Susunca məğlub olar.
  3. Xanımın yaxşılığı çoxalıb hər işi sevə-sevə edirsə ona dua etməli və Allahu təalaya şükr etməlidir. Çünki münasib bir qadın böyük nemətdir.
  4. Xanımı ilə elə olmalıdır ki, ərim məni hər kəsdən çox sevir, bilsin.
  5. Dükan, qəssab, bazar işlərini əsla ona həvalə etməməli, evin idarəsində onun fikrini soruşmalı, çöldəki böyük işləri danışaraq onu üzməməlidir.
  6. Xanımının cahil hərəkətləri üçün hər zaman oyaq olmalıdır. Çünki, Adəm atamız (aleyhissəlatü vəssəlam) xanımı olan Həvva anamızın məsləhəti ilə səhv iş görmüşdür.
  7. Xanımının günah olmayan qüsurlarına qarşı özünü görməməzliyə vurmalıdır. Günah iş və sözdən əl çəkməsini , namaza, oruca və qüsl almağa davam etməsini şirin və mülayim sözlərlə nəsihət etməlidir. Bahalı paltar və zinət əşyası alacağına vəd edərək, ibadətlərini etdirməli, günahlarının qarşısını almalıdır.
  8. Zövcəsinin ayıblarını, sirlərini hər kəsdən gizləməlidir.
  9. Xanımına lətifə danışıb, zarafatlaşmalı və qadın kimi olub oyunlar oynamalıdır. Belə ki, Allahu təalanın sevgilisi (sallallahu aleyhi və səlləm) zövcələrinə qarşı insanların ən zərifi idi. Hətta bir dəfə Aişə (radıyallahu anha) ilə yarış keçirdi. Aişə anamız ötdü. Bir dəfə də yarış keçirdikləri zaman Sərvəri-aləm (sallallahu aleyhi və səlləm) ötdü. Müsəlmanın ailəsi ilə oynaması boş və günah deyildir, savabdır.

İbni Abidin 5-ci cild 253-cü səhifədə deyir ki, “Oyun, əyləncə, yarış boş vaxt keçirməkdir. Nərd, şahmat, beşdaş oynamaq və bütün musiqi alətlərində ifa etmək və qulaq asmaq, rəqs, dans etmək, hoqqabazlıq, təlxəklik etmək, başqalarını lağa qoymaq, əl çalmaq hamısı oyundur və təhrimən məkruhdur. Davamlı edilərsə və ya fərzləri yerinə yetirməyə mane olarsa və qumar ilə edilərsə yekdilliklə haram olurlar. Dəf və qaval, ney çalmaq və dinləmək də bunlardandır. Hədisi-şərifdə, “Hər növ ləhv (oyun) haramdır. Yalnız zövcə ilə oynamaq, at və silah ilə təlim, yarış keçirmək caizdir” buyuruldu. Savaşa hazırlanmaq üçün güləşmək caizdir”. Futbol oynamaq müxtəlif səbəblərdən haramdır.

  1. Xanımını küçə ortasında, parklarda, oyun yerlərində, idman zallarında, məktəblərin qarşısında olan evlərdə tutmamalı, yad kişilərin görməsinə, onlarla söhbət etməsinə səbəb olmamalıdır. Məscidə yaxın və saleh müsəlman qonşuların əhatəsində saxlamalıdır. [38-ci maddəyə baxın!] Saleh qonşular ər və xanımın bir-birilərinə zülm, işgəncə etmələrinə mane olarlar, nəsihət edərlər, kömək edərlər, məhkəmədə haqlı olana şahidlik edərlər. Belə məhəlləyə, belə şəhərə hicrət etmək vacibdir. Müsəlmanlar ailəsini təmiz havada, otluq ərazilərdə, su kənarlarına, haram olmayan, sıxlıq olmayan yerlərə apararaq gəzdirməli, hava aldırmalıdır. Tətil günlərində, sıxlıq zamanlarda gəzdirməməlidir. Fisq (günah) məclislərinə aparmamalıdır. 1-ci qisimdə 52-ci maddənin sonuna baxın!
  2. Zövcəsini islamiyyətin qadağan etdiyi şəkildə təhsilə, vəzifəyə, fitnəyə səbəb olan yerlərə göndərməməlidir. “Bəhcət-ül-fətava” sahibi (rahmətullahi təala aleyh) deyir ki, “qadınlar məsciddə kişilərə verilən moizələrə qulaq asmağa gedərlərsə, vəzifəli olanın onlara mane olması lazımdır”. [Mövlud dinləməyə gəlmələri də belədir].

“Hadiqa”da bütün bədənlə yerinə yetirilən günahların 32-cisində deyilir ki: Hürr(azad) olan qadının yanında əri və ya əbədi məhrəmlərindən biri olmadan 104 km. uzağa getməsi haramdır. Qadınlar çox olsa da haramdır. Ya Rəsulallah, zövcəm həccə gedir deyildikdə, “Sən də onunla get” buyurdu. “Məhrəm” demək qadınla evlənmələri əbədi haram olan, soydan, süddən və ya nikahdan qohumları deməkdir. Bacının, xalanın, bibinin zövcələri məhrəm deyildir. Çünki, bu qadın onlarla evlənə bilər. Birinci qisim, 58-ci maddəyə baxın! Zimmi məhrəmi də müsəlman məhrəmi kimidir. Fasiq olan [pis insan] əmin olmayan və həddi-büluğa çatmamış kiçik məhrəmi ilə getməsi caiz deyildir. Həddi-büluğa çatmamış boy-buxunlu qızlar da qadın kimidir. Qadınların məhrəmsiz olaraq səfərə getmələrinin haram olduğunu hənəfi alimləri yekdilliklə bildirmişdir. Şafii məzhəbində əmin olunan qadınların toplu olaraq məhrəmsiz, yalnız həccə getmələri caizdir. Yanlarında heç bir kişinin olmaması və fitnə çıxmamasından əmin olmaları lazımdır. [Hənəfi məzhəbində olan qadınların Şafii məzhəbini təqlid edərək məhrəmsiz həccə getmələri caiz deyildir. Bir hənəfinin Şafii məzhəbini təqlid etməsi, ancaq bir fərzi yerinə yetirərkən və ya haramdan çəkinərkən qarşılaşdığı məcburiyyətdən, sıxıntıdan qurtulması üçün caiz olur. Caiz olduğu zaman da təqlid edilən məzhəbin bütün şərtlərinə riayət etməsi lazım olur. Həccin hamısını Şafii məzhəbinə görə yerinə yetirməsi lazım olar. Çünki bir ibadəti edərkən xərac [sıxıntı] yox ikən iki məzhəbi qarışdırmaq “Təlfiq” olur. Müləffiqin ibadəti səhih olmaz, batil olar.]

  1. Zövcəsinə Qurani-kərim oxumasını, fərzlərdən, haramlardan ona lazım olanları öyrətməlidir. [Həqiqət Kitabevinin kitablarını evə gətirib oxumasını təmin etməlidir.] Allahu təalanın əmrlərini və qadağalarını bilməyən fasiq [pis insan] zövcəsinə və uşaqlarına öyrətməyən Cəhənnəmdə əzab çəkəcəkdir.
  2. Xanımından iznsiz cinsi aktı dayandırmamalı, qadın boşalmayınca əlaqəni dayandırmamalıdır. İbni Abidin (rahimə-hullahü təala) nikahda qismət haqqında danışarkən deyir ki, “Bir dəfə cima (cinsi əlaqə) ilə zövcənin haqqı ödənmiş olur. Təkrarlamaq dinən vacibdir, hüquqən vacib deyil. Yəni, qadın hakimə müraciət edə bilməz. Təkrarını tələb etmək zövcənin də haqqı olub, tələb edərsə zövcün üzərinə vacib olar. Bu xüsusda zaman və adət bildirilmədi”. İfratı bədənə, təfriti ruha zərəri vardır. Dörd gecədən çox boş buraxılmamalı deyildi. Heyz halında, yəni aybaşı vaxtı ona təkarrüb, yəni yaxınlaşmaq haramdır, böyük günahdır. Heyz halı (aybaşı) on gündən sonra kəsilərsə, qüsl etməsə belə əlaqə caiz olar. On gündən əvvəl, lakin adət (heyz halı) tamam olarsa, kəsilərsə qüsl etdikdən və ya bir namaz vaxtı keçdikdən sonra caiz olar. On gündən və adətdən əvvəl kəsilərsə, qüsl etsə də adəti olan günlər tamam olana qədər ailəsi ilə cima (əlaqə) caiz olmaz. Lakin, bu zaman içində namaz qılması və oruc tutması lazımdır. Birinci qisimdə 54-cü maddəyə baxın!
  3. Zövcə yalnız evdə zövcünə qarşı bəzənib başqa şəxslərə bəzənməməlidir. Zövcəsi və qızları açıq gəzən kişilər onlarla birlikdə Cəhənnəmə gedəcək, çox acı əzab çəkəcəkdir.

“Haləbi-yi kəbir”də deyilir ki, “Hür qadının ovuc içindən, üzündən və ayaqlarından başqa bütün bədəni övrətdir. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Qadın övrətdir. Açıq olaraq çıxarsa, şeytan gözlərini çox açaraq ona baxar” buyurdu. Ayaqlarına övrət deyənlər də oldu. Nur surəsindəki ayəti-kərimədə məalən, “Müsəlman qadınlar zinət əşyalarını göstərməsinlər! İş görərkən zəruri açılanlar günah olmaz. Baş örtülərini yaxalarına qədər örtsünlər [Beləcə saçları, qulaqları və sinələri yaxşı örtülsün] buyurulur. Ayəti-kərimədə “Zinət” yəni “bəzək”ləri örtsünlər demək, zinət taxılan, bəzənilən yerlərinizi örtün deməkdir. Açılması günah olmayan zinət yerlərinin üz ilə əl olduğunu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bildirdi. Yenə bu surədə “Qadınlar ayaqlarını yerə vuraraq gəzməsinlər ki, ayaqlarındakı örtülü zinətlərin səsləri eşidilməsin” buyuruldu. Ayaqların övrət olduğu buradan məlum olur.” Qadınların örtünmələri Qurani-kərimdə əmr olundu. Bunu qısqanc olan bəzi ərlər söyləmişdir demək doğru deyildir. Belə sözlər din cahillərinin hətta din düşmənlərinin müsəlman qadınlarını aldatmaq üçün etdikləri çirkin iftiralardır. Allahu təala Qurani-kərimdə hər şeyi açıq olaraq bildirmədi ki, din düşmənlərinin bu iftiralarının bir dəyəri olsun. Beş vaxt namazın neçə rəkat olduğu bildirilmədi. Bu fərzləri açıq olaraq Peyğəmbərimiz bildirmişdir. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da Qurani-kərimdə açıq olaraq bildirilən fərzlər, haramlar kimi qiymətlidir. Bunlara da inanmayan, qəbul etməyən dindən çıxar, kafir olar. Çünki Qurani-kərimin on yeddi yerində məalı-şərifləri, “Allahı sevirsinizsə mənə tabe olun! Mənə tabe olanları Allahu təala sevər”“Allaha və Rəsulə itaət edin. İtaət etməsəniz Allah kafirləri əlbəttə sevməz” olan ayəti-kərimələr vardır. Bu on yeddi ayəti-kərimə “Hadiqa”da və “Bəriqa”da uzun yazılmışdır. “Məcmaul-ənhür”dəki hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Hür qadının üzündən və iki əlindən başqa bütün bədəni övrətdir” buyurdu. Övrət yeri açıq vəziyyətdə kişilərin yanına çıxmaq və başqasının övrət yerinə ehtirassız belə baxmaq haramdır. Yad qadının üzünə də şəhvət ilə baxmaq haramdır. Hədisi-şərifdə, “Qadının harasına olursa olsun şəhvət ilə baxanın gözlərinə qiyamət günü əridilmiş qurğuşun töküləcək, sonra Cəhənnəmə atılacaqdır” buyuruldu. Yad gənc qadının əlini, üzünü əl ilə şəhvətsiz belə tutmaq haramdır. Hədisi-şərifdə, “Yad gənc qadının əlini tutanın əlinə qiyamət günü atəş doldurulacaqdır” buyuruldu. “Zəvacir”dəki hədisi-şərifdə, “Zövcün evindən başqa yerdə başını açan qadın Rəbbi ilə öz arasındakı pərdəni yırtmış olar”“Allaha və Qiyamət gününə inanan hamama getməsin, Allaha və Qiyamət gününə inanan şərab içməsin, Allaha və Qiyamət gününə inanan şərab içilən süfrədə oturmasın, Allaha və Qiyamət gününə inanan yad bir qadınla yalnız qalıb xəlvət etməsin”“Axır zamanda ümmətimin kişilərinin övrət yerləri örtülü vəziyyətdə də hamama getmələri haram olar. Çünki orada övrət yerləri açıq olanlar olur. Övrət yerlərini açanlara və başqasının övrət yerinə baxanlara Allah lənət etsin!” və “Göbəklə diz qapağı arası övrətdir” buyuruldu. Hənəfi məzhəbində kişinin dizi övrətdir, açmaq haramdır. Şafidə diz övrət deyil. Maliki və Hanbəli məzhəblərində göbək də, diz də övrət deyil. Bu iki məzhəbdə yalnız səvətəyn (səvəteyn ön və arxa övrət yerinə deyilir) övrətdir. Bu hadisi-şəriflər qarşısında müsəlman xanımlarının örtünmələri, çılpaq olanların olduqları yerə getməmələri lazımdır. [Müsəlmanların bina evlərində yaşamayıb, həyət evlərində müstəqil evlərdə yaşamaları və evlərindəki hamamlarda yuyunmaları uyğundur. Müsəlman kişilər toplu halda çılpaq olanların olmadığı tənha sahillərdə dənizə girər. Hənəfi və Şafii məzhəbində olan kişinin qüsl alması üçün, dolanışığını, haqqını qurtarması üçün və ya fitnə çıxmasının qarşısını alması, çətin vəziyyətdə qalanda digər iki məzhəbi təqlid edərək dizlərini, budlarını örtməməsi caiz olar. Lakin çətin vəziyyət keçdikdə bir dəqiqə belə açıq qalması haram olar. Qadınların çətin vəziyyətlərdə məzhəb təqlid edərək heç bir yerlərini açmaları mümkün deyil. Çünki dörd məzhəbdə də qadınların hər yerini örtmələri lazımdır. Qadınları çətin vəziyyətə salacaq səbəb də yoxdur.]

“Təfsiri Mazhəri” sahibi (rahmətullahi təala aleyh) Nur surəsinin təfsirində deyir ki, “Qadın ancaq zərurət olduğu zaman və başı, saçları, boynu və bütün bədəni örtülü olaraq çölə çıxmalıdır. Qadının çölə çıxması üçün zərurət ehtiyac maddələrini alacaq və dinini öyrədəcək heç kimi olmamasıdır. Baş örtüsü ilə üzünü də örtərək və bədənini örtəcək hər şəkildə parça ilə örtünərək çıxması caizdir. Burada üzünü kəliməsi başını deməkdir. Çünki üzü açıq çıxması dörd məzhəbdə də caizdir”. Buradan anlaşılır ki, Osmanlı dövlətinin son zamanlarında qadınların örtündükləri çarşab ilə örtünmələri şərt deyildir. Geniş və dizdən aşağı manto, corab və baş örtüsü ilə örtünmələri də caizdir. 165-ci səhifəyə baxın! İmam Rabbani (rahmətullahi aleyh) birinci cildin, 313-cü məktubunda, “Bütün ərəb məmləkətlərində pirahən, yəni qamıs, yəni əntari deyilən uzun köynək geyən kişilərin də qadınların da çox olduğunu, qadın köynəklərinin yaxası bağlı, kişi paltarının önü açıq, kamis olduğunu” yazmaqdadır. Əhzab surəsi qadınların “Cəlabib”lərindən bəzisi ilə örtünmələrini əmr etməkdədir. Cəlabib cilbablar deməkdir. Əbussuud əfəndi təfsirində deyir ki, “Cilbab baş örtüsündən daha geniş və köynəkdən qısa olan örtüdür. Qadınlar bununla başlarını örtərlər. Üzü və bədəni örtən hər örtüyə də deyilir. Türkcə “Tibyan” təfsiri sahibi (rahmətullahi təala aleyh) buna Milhafə, yəni çölə geyinilən örtü deyir. “Məvakib” təfsirində də və “Lüğəti-Naci”də “car yəni fəracə uzun köynək” olduğu yazılıdır ki, manto deməkdir. Bunun iki parçadan tikilmiş çarşab demək olduğu və qadınların yalnız bu çarşabı geymələri lazım olduğu təfsirlərdə və fiqh kitablarında yazılı deyildir. Hətta “Haramdan olan Cilbab geyənin namazı qəbul olmaz!” hədisi-şərifindəki “Cilbab” kəliməsinə “Kitab-ül-Fiqhi aləl-məzahib-il ərbəa”da qamis, yəni uzun köynək mənası verilmişdir. “Müncid”də də cilbab qamis deməkdir, deyir. “Caliyət-ül-əkdar”ın son səhifəsində də, “Ya Rəbb! Bizə hikmətinin cəlabibini geydir” deməkdədir. Bu hədisi-şərif və bu dua cilbabı kişilərin də istifadə etdiyini bildirir. Şafidə “Əl-ənvər” kitabının haşiyəsində deyir ki, “Qadının namazda geniş, uzun əntari və baş örtüsü ilə örtünməsi ,paltarının üstünə qalın cilbab örtməsi müstəhəbdir. Cilbab, milhafə [fəracə, manto deyilən] uzun, geniş əntari örtü və ya baş örtüsü deməkdir”. Ayəti-kərimədəki cilbab kəliməsinə çarşab deyərək geniş və uzun manto ilə örtünməyi rədd etmək, Qurani-kərimi öz rəyi, öz görüşü ilə yanlış təfsir etmək sayılır.

İndi zəmanə belədir, zəmanəyə uyğunlaşmadan mümkün deyil, kimi sözlər doğru deyil. Masonların yaydıqları yalanlardır. Kommunistlər işgəncə edərək, öldürərək müsəlmanları yox edir. Masonlar isə yalan və pozğun sözlərlə müsəlmanları dindən çıxarırlar. Məzhəbsizlər [zındıqlar] da islamiyyəti dəyişdirirlər. Ayəti-kərimə də hədisi-şəriflərə yanlış mənalar verirlər.]

  1. Zövcəsindən iznsiz səfərə, hətta nafilə həccə getməməlidir.
  2. Zövcəsi namaz qılır və ona itaət edirsə, yad kişilərə açıq-saçıq görünmürsə, ondan başqasıyla evlənməməlidir. Çünki xanımları arasında ədalət və müsavat etməyənlər Cəhənnəmə gedəcəklər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki: “İki zövcəsi olan, ikisinə də müsavi baxmayan qiyamət günü məhşər meydanına yarı əyilmiş vəziyyətdə gələcəkdir”.
  3. Xanımına qəmini, kədərini, düşmənlərini, borclarını danışmamalıdır.
  4. Ona yanında və olmadığı zamanda hər zaman dua etməli, bəddua etməməlidir. Çünki, gecə-gündüz onun üçün çalışır. Onun yemək bişirəni, aşbazı, dərzisi, hamamçısı, malını qoruyanı, yoldaşı, munisi, yarı və nigarıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.