Korporativ Sosial Məsuliyyət
Korporativ Sosial Məsuliyyət siyasəti Cəmiyyətin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən formalaşdırılır və icra edilir. Komitə kollegial orqandır və dövri olaraq fəaliyyəti barədə hesabatlar dərc edir.
Korporativ sosial məsuliyyət
Təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarəçiliyinin təməl prinsiplərini təşkil edir. Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, işlənilməsi və idarə olunması fəaliyyətinin ətraf mühit, hasilat ərazilərində yaşayan yerli əhali və icmalara, habelə onların ayrılmaz hüquqlarına göstərə biləcəyi mümkün təsiri haqqında məlumatlıdır və bu təsirin ədalətli şəkildə tənzimlənməsi şirkətin Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir.
“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti milli qanunvericilik, dağ-mədən sahəsində ən mütərəqqi beynəlxalq təcrübə, “Layihələrin maliyyələşdirilməsi zamanı ekoloji və sosial risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarəçiliyi üzrə Ekvator Prinsipləri”, “BMT-nin biznes və insan hüquqları üzrə Rəhbər Prinsipləri”nin tələbləri nəzərə alınmaqla formalaşdırılır və davamlı olaraq təkmilləşdirilir.
Cəmiyyətin sosial məsuliyyət siyasəti əsasən aşağıdakı 3 (üç) prioritet istiqaməti əhatə edir:
- Yerli əhali və icmalarla iş;
- Ətraf mühitin mühafizəsi;
- Əlverişli əmək şəraitinin formalaşdırılması və iş yerində insan hüquqlarının mühafizəsi.
Korporativ Sosial Məsuliyyət siyasəti Cəmiyyətin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən formalaşdırılır və icra edilir. Komitə kollegial orqandır və dövri olaraq fəaliyyəti barədə hesabatlar dərc edir.
Komitənin fəaliyyəti ilə bağlı təklif, irad və suallarınızı ksm@azergold.az elektron ünvanına göndərə bilərsiniz.
Korporativ Sosial Məsuliyyət Komitəsinin qaynar xətti
Korporativ Sosial Məsuliyyət Komitəsi öz fəaliyyət istiqamətləri, xüsusilə də yerli əhali və icmalarla iş prosesini daha effektli qurmaq məqsədi ilə qaynar xətt təsis etmişdir. Komitənin fəaliyyət sahəsinə aid olan mövzular üzrə şikayət və təkliflərinizi həftənin bazar ertəsi, çərşənbə və cümə günləri, saat 10:00-dan 13:00-a kimi (+99412) 505 02 02 (dax. 1300) əlaqə nömrəsinə zəng etməklə, veb səhifə vasitəsilə electron müraciət etmək və ya ksm@azergold.az elektron ünvanına yazmaqla bizimlə paylaşmağınız xahiş olunur.
Nəzərə çatdırmaq istəyirik ki, Komitəyə daxil olan müraciətlərə 5 iş günü ərzində baxılaraq müraciətçi ilə əlaqə saxlanılacaqdır.
Korporativ Sosial Məsuliyyət
Kapital bank bankçılıq sahəsinin bir çox istiqamətlərini əhatə etməklə, ölkə əhalisinin böyük bir hissəsinə və fərqli sosial təbəqədən olan insanlara xidmət edir. Eyni zamanda da əhəmiyyətli dövlət və infrastruktur layihələrinin maliyyələşməsini həyata keçirir. Kapital bankın missiyası cəmiyyətə töhfə vermək, onun inkişafında paya sahib olmaq, ölkəmizin gələcək rifahı və sağlam iqtisadi mühitin formalaşması üçün çalışmaqdır. Belə iri miqyaslı fəaliyyət bankın müştəriləri və həmçinin də öz əməkdaşları qarşısında üzərinə götürdüyü məsuliyyəti qat-qat artırır. Bankın xarici korporativ sosial məsuliyyət sahəsinə bir neçə istiqamət daxildir:
- Qırmızı Ürəklər Fondu
- Təhsil layihələri
- Sahibkarlığa dəstək
- “Yaşa” Təqaüdçülər mərkəzi
- İnnovasiyaya dəstək
Qırmızı Ürəklər Fondu
“Red Hearts” 2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan “Red Hearts” komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar.
Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də “Red Hearts” Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər.
“Qırmızı ürəklər” fondunun əsas fəaliyyət istiqamətləri:
- Cəmiyyət
- Təhsil, təlim və maarifləndirmə tədbirlərinin keçirilməsi;
- Həssas qrupdan olan uşaqlar üçün müxtəlif sosial fəaliyyətlərin keçirilməsi;
- Bayramlarda aztəminatlı ailələrə bayram sovqatlarının paylanması;
- Həssas qrupdan olan insanlar üçün sosial aksiyaların keçirilməsi.
- Heyvanlar
- Sığınacaqlarda yaşayan heyvanlar üçün yem tədarüklərinə dəstəyin göstərilməsi;
- Sığınacaq heyvanlarının reablitasiyası və müalicəsi;
- Küçə heyvanları ilə davranış qaydaları haqqında əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif aksiyaların həyata keçirilməsi;
- Heyvan haqlarının müdafiəsi mövzusunda əhalinin maarifləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi
- Ətraf mühit
- Ətraf mühitin mühafizəsi sahəsində müxtəlif maarifləndirmə aksiyalarının təşkili;
- Çay, meşə, dağ, dəniz, göl və şəhərətrafı ərazilərdə müxtəlif təmizlik aksiyalarının təşkili;
- Ölkənin müxtəlif şəhər və rayonlarında kütləvi ağacəkmə aksiyalarının keçirilməsi;
Fondun layihələri və faəliyyəti barədə məlumat əldə emtək və həmçinin ianə üçün redhearts.az saytına müraciət edə bilərsiz.
Neft donanmasının yaradılması
“Azərneft” Birliyi və onun tərkibində “Üzən Vasitələr” İdarəsinin yaradılması ilə Xəzər Dəniz Neft Donanmasının əsası qoyulub.
İlk bərə keçidinin açılışı
Bakı-Krasnovodsk ilk bərə keçidinin açılışı baş tutur.
“Koroğlu” kran gəmisi
“Krasnoye Sormovo” Zavodu Xəzər dənizi üçün 250 ton yükqaldıran “Koroğlu” kran gəmisini tikir.
Donanmanın genişləndirilməsi
Ulu Öndər Heydər Əliyevin qayğısı sayəsində Gəmiçiliyin donanmaları ən müasir gəmilərlə zənginləşir.
20 Yanvar Qəhrəmanlıq Səhifəsi
100-dən çox gəminnin dənizçiləri Bakı buxtasını bağlayaraq dünyanın diqqətini informasiya blokadasında olan Azərbaycana yönəltmək üçün “SOS” siqnalı verirlər.
Beynəlxalq Dəniz Təşkilatı
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatında üzv seçilib.
Azərbaycan Dövlət Dəniz Akademiyası
Diplomu dünyanın 170-dən çox ölkəsində tanınan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılır.
İlk tanker
Rusiyanın “Krasnoe Sormovo” Zavodunda tikilən “Prezident Heydər Əliyev” tankeri istismara verilib.
Səhmdar Cəmiyyətin Yaradılması
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.
Beynəlxalq sularda fəaliyyətin bərpası
“Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti uzun fasilədən sonra bərpa olunur.
Gəmiçiliyin 160 illik yubileyi
Dənizçilər Gəmiçiliyin əsasının qoyulmasının 160, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasının 5 illiyini təntənə ilə qeyd edirlər.
İlk Milli Tanker
ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Laçın” adlı ilk neft tankeri istismara verilir.
“Suraxanı” gəmi-muzeyi
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
“Azərbaycan” gəmi-bərəsi
“Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi istismara verilib.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
ASCO-nun inzibati binası
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
“Zərifə Əliyeva” gəmi-bərəsi
“Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismara verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
(012) 404-39-00 contact@asco.az
AZ 1003, Azərbaycan Respublikası, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2
Comments are closed, but trackbacks and pingbacks are open.