Press "Enter" to skip to content

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Piqment ləkələri ilə mübarizə

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:

1. Ləkələrin tərkibində ağardıcı komponentlər olan xüsusi kosmetik maskaların köməkliyi ilə ağardılması. Belə maska yalnız mütəxəssis tərəfindən hazırlanaraq tətbiq edilə bilər.

2. Krioaplikasiya. Bu maye azotla olan müalicə üsuludur. Proseduradan sonra ləkə sahəsi xeyli dərəcədə qızarmış olur. 2-3 gündən sonra isə piqment sahəsindəki dərinin üst qatı tündləşir və xaric olur.

3. Fototerapiya. Bu proseduranı melanini parçalayan yüksək intensivli işıq mənbəyi vasitəsi ilə yerinə yetirirlər.

4. Lazer üsulu. Lazerin təsiri ondan ibarətdir ki, tərkibində yüksək miqdarda melanin olan dəri hüceyrələri onlara tərəf istiqamətlənmiş olan lazer şüalarını udaraq məhv olur.

Yadda saxlamaq lazımdır ki, piqment ləkələrin müalicəsi üçün əsas şərtlərdən birincisi, onun ilin soyuq aylarında yerinə yetirilməsidir. Bunun 2-ci şərti isə, müalicənin hətta ən nüfuzlu (prestij) hesab edilən kosmetik salonda deyil, yalnız ixtisaslaşdırılmış kosmetoloji klinikada aparılmasıdır.

5. Ağardıcı kremlər və maskalar. Ağardıcı kremlər dəri səthinə eyni bərabərlikdə, nazik qatla çəkilir. 10-20 dəqiqədən sonra kremi yumşaq salfet ilə silin. Dərinin ağardılması prosesinin nəticəsi tez bir zamanda baş vermədikdə, əhvalınızı pozmayın, bunun üçün müəyyən bir vaxt tələb olunur. Müəyyən fasilələrlə kremdən təkrar-təkrar istifadə edin. Bu kremlərin istifadə olunma ardıcıllığı həftə ərzində 3 dəfədir.

Əgər siz özünüz tərəfinizdən hazırlanan maskalardan istifadə edilməsinin tərafdarısınızsa, onda aşagıdakı reseptlərdən istifadə edə bilərsiniz:

– 2 cay qaşıgı bal 1limon şirəsi ilə qarışdırılır. Alınan maskanı üzə cəkib 10-15 dəqiqə saxlayın.

– Mayanı xamaya bənzər qatılıq alınana qədər yağlı dəri üçün 3%-li hedrogen peroksid məhlulu ilə, normal dəri üçün ilıq su ilə, quru dəri üçün isə süd ilə qarışdırın. Alınan qarışığı piqment ləkələrin üzərinə çəkin. Maska quruduqdan sonra onu qaynadılmış su ilə yuyun.

– Bir qədər yerkökünü sürtgəcin böyük gözündən keçirin, azca sıxaraq şirəsini çıxarın. Alınan şirəni süzüb, üzərində çillər və piqment ləkələri olan dəriyə çəkin və 20-30 dəqiqə saxlayın. Yadda saxlamaq lazımdır ki, kök şirəsindən tez-tez istifadə edilməsi üz dərisinin tündləşməsinə səbəb ola bilər.

– Dəridə olan çillər və piqment ləkələrinə qarşı daha bir vasitə – limon şirəsidir. Limonu sıxıb onun şirəsini üz dərisinə çəkmək və ya sadəcə olaraq, kəsilmiş limon dilimi ilə dərini silmək olar.

– Dərinin ağardılmasında ən cox yayılmış üsullardan biri – xiyardan istifadə edilməsidir. Xiyarın qabığını soyub dərinin çil və piqment ləkələri olan nahiyələrinə qoyub üstünü nəm ilıq dəsmalla örtün və 30 dəqiqə saxlayın. Bu proseduranı tez-tez təkrar etmək lazımdır. Xiyardan bu şəkildə də istifadə etmək olar: təzə sıxılmış xiyar şirəsini pambıq tampon vasitəsilə dərinin çil və ləkələr olan hissələrinə sürtün. Bunu gün ərzində 2-3 dəfə etmək olar.

– Giləmeyvələr (çiyələk, albalı, qarağat ) yaxşı ağardıcı effekt verir. Onların şirəsini sıxın. Yumurtanın ağını köpüklənənə qədər çalın və üzərinə az-az olmaqla giləmeyvə şirəsi əlavə edin. Tez xarab olduğu üçün, maska hazırlandıqdan sonra tez bir zamanda üzə sürtülməlidir.

Piqment ləkələri və çillərlə mübarizə aparmaq çox çətindir. Ona görə də ilk növbədə, maksimal dərəcədə onların əmələ gəlməsinin qarşısını almağa çalışmaq lazımdır. Əgər sizin dəriniz belə ləkələrin əmələ gəlməsinə meyllidirsə, onda bizim aşağıdakı məsləhətləri nəzərə almağınız tövsiyə olunur:

1. Qida rasionunuza tərkibində vitamin C (portağal, limon, mandarin, alma, qarağat, kələm, itburnu və s.) və vitamin PP olan (badımcan, kartof, lobya, ərik, albalı, şaftalı) meyvə və tərəvəzləri daha tez-tez daxil edin. Bu vitaminlər dərinin ultrabənövşəyi şüalara olan həssaslığını azaldır.

2. Həkimlə məsləhətləşdikdən sonra C və B12 vitaminləri qəbul edin.

3. İlin istənilən vaxtında, günəşli havada çölə çıxarkən, keyfiyyətli günəşdən qoruyucu kremdən istifadə edin. Eyni zamanda bu məqsədlə üz dərisinə yüngülcə toz halında olan pudra da vurmaq olar. Bu yolla siz müəyyən müddət ərzində üz dərisində qoruyucu qat yaratmaqla onu günəş şüalarının təsirindən qorumuş olursunuz.

4. Günəşli havada çölə çıxarkən günəşdən qoruyucu baş örtüyü (şlyapa, panama, beysbol papağı və s.) və eynək taxın.

5. Kimyəvi pilinqləri və digər kosmetik proseduraları ancaq payız və qış aylarında yerinə yetirin.

6. Yay və yaz aylarında tərkibində retinol olan kremlərdən istifadə etməyin. Bu kremlər dərinin fotohəssaslığını artırır.

7. Kosmetik salonda aparılan istənilən proseduradan sonra üz dərinizi günəş şüalarından qorumağa çalışın!

Saglamolun.Az

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Tonal krem necə seçilməli? Dəri tipi və ehtiyacına görə 12 tonal krem növü

Tonal krem necə seçilməli?

Qüsursuz bir makiyajın bir neçə sirri var. Bunlardan ilki isə tonal kremlərdir. Mövzu tonal kremlər olduqda insanın ağlına bir sıra cavablanması gərəkən sual gəlir. Tonal kremi nəyə əsasən seçməli? Necə istifadə etməli? Dəri tipinə uyğun tonal kremi necə tapmalı? Rənginə necə qərar verməli?

Bütün bu suallara bloqumuzu oxuduğunuz zaman cavab tapacaqsınız. Həmçinin, dəri tipi və ehtiyaclarına görə tonal krem növlərini sizlər üçün araşdırmışıq və bloqun davamında bu növlər ilə tanış olacaqsınız. Başladıq!

  • Tonal krem nəyə əsasən seçilməlidir?
  • Doğru tonal krem rəng seçimi necə aparılmalıdır?
  • Tonal krem dəriyə necə tətbiq edilməlidir?
  • Tonal kremlərin 12 növü:
  • Maye Tonallar
  • Krem Tonallar
  • Krem-Pudra Tonallar
  • Pudra Tonal Krem
  • Mineral Tonal Krem
  • Whipped Tonallar
  • Yaşlanma Əleyhinə Tonallar
  • Yağ Əsaslı Tonallar
  • Suyadavamlı Tonallar
  • Stick Tonalları
  • BB Kremlər
  • CC Kremlər

Tonal krem nəyə əsasən seçilməlidir?

Bu sualın bir çox cavabı var, lakin doğru tonal krem seçmənin ən yaxşı yolu yoxlamaqdır. Bir neçə gün istifadə etdikdən sonra sizə uyğun olub-olmadığını anlaya bilərsiniz. Digər bir üsul isə dərinizin tipinəyə ehtiyacı olduğudur. Yağlı, quru və qarışıq dəri tipləri bir-birindən fərqli tonal kremlərə ehtiyac duyur. Eyni zamanda, yüngül struktulu, yoxsa qüsurları gizləyən qapadıcı və yaxud dərinizin fərqli bir xüsusiyyətinə görə tonal krem axtardığınıza qərar verməlisiniz.

Yağlı bir cild üçün pudra formalı və matlaşdırıcı tonallar, quru dəri üçün nəmləndirici və nəm qalmasını təmin edəcək tonal kremlər seçilməlidir. Əgər dəriniz problemlidirsə, o zaman mineral tərkibli tonal kremlərə üstünlük verməniz gərəkir.

Doğru tonal krem rəng seçimi necə aparılmalıdır?

Qətiyyən əldə yoxlayaraq deyil! Adətən bir çox insan tonal rəngini əllərində yoxlayaraq təyin edir və nəticədə yanlış ton seçmiş olur. Əlinizin, biləyinizin və ya qolunuzun iç hissəsinin həm rəngi, həm də forması üzünüzdən fərqlidir. Bu səbəbdən tonalın rəngini üzdə görmək daha yaxşıdır. Seçim etmək istədiyiniz tonal kremləri üzünüzün bir hissəsində, çənə hissəsində və ya boynunuzda yoxlamanız daha doğru seçim etmənizə kömək edəcəkdir.

Tonal krem dəriyə necə tətbiq edilməlidir?

Ən çox istifadə olunan və sevilən variantlardan biri fırçanın köməyilə və yüngül hərəkətlərlə tonal kremi dəriyə tətbiq etməkdir. Bir digər sevilən variant isə makiyaj süngəri vasitəsilə tətbiqdir. Bu vasitələr həm tonal kremin dəriniz üzərində bərabər paylanmasını təmin edəcək, həm də tonal kremi dərinizə yaxşıca hopduracaq. Tonal kremi çəkmədən öndə cildinizin təmiznəmləndirilmiş olması olduqca vacibdir. Dəri qulluğu ilə bağlı ətraflı məlumata sahib olmaq üçün Yayda dəriyə qulluq bloqumuzu oxumanızı tövsiyə edirik.

Tonal kremlərin 12 növü

İndi isə keçək dəri tipi və ehtiyaclarına görə tonal krem növlərinə. Tonal kremlərin hansı növləri var? Budur, 12 tonal krem növünü sizlər üçün bir araya gətirdik. Hansı tonal kremin sizin dəri tipinizə uyğun gəldiyini, hansı növlərinin cildinizin ehtiyaclarını ən yaxşı şəkildə qarşılayacağını öyrənmək üçün oxumağa davam.

1) Maye Tonallar

Maye tonal kremlər makiyaj istifadəçiləri arasında ən məşhur olanıdır desək, yanılmarıq. Onunla işləmək asan, qablaşdırlası isə istifadə üçün çox əlverişlidir. Maye tonal kremlər matlaşdırıcıdan, canlıparlaq görüntü verən xüsusiyyətə qədər geniş çeşidlərə malikdir.

Əksər hallarda, maye tonal kremlər saatlarla üzdə qaldıqdan sonra yarı-mat və ya yarı-parlaq görüntüyə çevrilir – bu isə, əlbəttə ki, formulunda su olmasından qaynaqlanır. Su əsaslı formulundan dolayı maye tonal kremlər nəmləndirici xüsusiyyətə malikdir və quru dəri tipinə malik insanlar üçün gündəlik tonal krem olaraq istifadədə çox yaxşı təsir göstərir.

Eyni zamanda, maye tonal kremlər yüngül strukturu və nəmləndirici tərkibi ilə 2020-ci ilin makiyaj trendlərindən biridir.

2) Krem Tonallar

Krem əsaslı tonallar quru dəri tipində yaxşı nəticə verir. Əsasən krem tonallar soyuq mövsümləryetkin qadınlar üçün uyğundur, səbəbi isə dəridə nəm itkisinin bu dövrlərdə daha çox olmasıdır.

Bəzi daha ağır krem əsaslı tonallar üzdəki ləkələriqara nöqtələri örtməkdə köməkçi olur. Krem tonallar şüşə qablar, kompakt formalar və tyubiklər formasında istehsal olunur. Cild üzərində isə, adətən, parlaq və canlı bir görüntü buraxır.

3) Krem-Pudra Tonallar

Krem-pudra tonallar cildə tətbiq olunduqda krem formasından pudra formasına çevrilir. Adını da məhz bu xüsusiyyətindən götürür. Bu çevrilmə dəridə mat bir görüntünün yaranmasına kömək edir.

Əksər krem-pudra tonallar yarı-mat görüntüdən mat görüntüyə kimi nəticə verə bilir. Dəri üzərində ağırlıq hissi yaratmır, əksinə yüngül hiss edilir. Adətən bütün dəri tiplərinə uyğun gələ bilir, lakin sonda mat görüntü yaratması səbəbilə yağlı dərilər üçün əvəzedilməzdir.

4) Pudra Tonallar

Əgər yağlı dəriniz varsa, pudra tonallar sizin üçün yaxşı seçim olacaqdır. Səbəbi isə dəri yağlılığını örtə biləcək və cildinizə daha mat görüntü qazandıra biləcək formula malik olmasıdır.

Pudra tonalları tək istifadə etmək istəyirsinizsə, pudra istifadə etmədən öncə cildinizə makiyajaltı baza tətbiq edin. Pudra tonallar, digər tonal krem növlərinə nəzərən daha yüngül qapadıcılığa malikdir, bu səbəbdən makiyajaltı baza dərinin cildinizin keyfiyyətini artıracaq və həmçinin makiyajınızın daha uzun müddət üçün qalıcı olmasını təmin edəcək.

5) Mineral Tonallar

Mineral tonallar adətən kompakt formada, preslənmiş və ya toz halında olur. Tərkibində zəngin minerallar olması səbəbilə allergik və həssas dərilər üçün tövsiyə olunan bir məhsuldur. Bütün dəri tiplərində istifadə edilə bilməsi isə mineral tonalların üstünlüyüdür. Yüngül strukturuqapadıcılığı səbəbilə gündəlik makiyajda rahatlıqla istifadə oluna bilər. Bir çox markanın təqdim etdiyi mineral tonalları ilə Trendyol saytında tanış ola bilərsiniz.

6) Wipped Tonallar

Əgər maye və krem aralığında bir axıcılıq axtarırsınızsa, wipped və ya mousse tonallarını yoxlaya bilərsiniz. Wipped kremləri kimi bu tonallar da dəriyə tətbiq olunduqları zaman yüngüllük hissi buraxır.

Sanki çəkisizmiş kimi hiss etdirməsi hamar şəkildə tətbiq etməyə imkan yaradır və mat bir görünüşlə nəticələnir. Bir çox dəri tipi üçün yaxşıdır, lakin qarışıq dəri tipinə malik insanlar üçün möhtəşəm nəticələr yaradır. Sizin tətbiqinizdən asılı olaraq qüsurları orta və ya tam qapata bilər.

7) Yaşlanma Əleyhinə Tonal Kremlər

Makiyajınızla birlikdə cildinizin zamanı durdurmasına kömək edən yaşlanma əleyhinə tonal kremlər bu xüsusiyyətləri ilə dəri qulluğuna da xidmət edir. Seçdiyiniz tonal krem xüsusiyyətinə götə dərinin sıxlaşmasını, qırışıqlığın azalmasını təmin edə bilər. Əksər yaşlanma əleyhinə tonal kremlər olduqca axıcı formada olur və çox az miqdarı makiyaj üçün kifayət edə bilir.

Tərkiblərindəki aktiv inqridientlər yaşlanma əlamətləri ilə mübarizədə sizə kömək olacaqlar. Seçəcəyiniz tonal kremin tərkibində vitamin E, vitamin C, vitamin A, retinolhialuron turşusu kimi inqridientlərin olmasına diqqət edin.

8) Yağ Əsaslı Tonal Kremlər

Yağ əsaslı tonal kremlər yaşlı qadınlarquru dəriyə sahib insanlar üçün mükəmməldir. Digər makiyaj tonallarının edə bilməyəcəyi dərin nəmləndirməni təmin edir.

Yağ əsaslı tonal kremləri istifadə edərkən diqqətli olun. Uzun müddət qaldıqdan sonra yağ şüşənin üst hissəsində toplanacaqdır. Tonal istifadə edilməmişdən öncə çalxalanmaz və doğru şəkildə tətbiq olunmazsa, cildin yağlı görünməsinə səbəb olacaqdır. Odur ki, istifadə etmədən öncə yaxşıca çalxalamağı unutmayın.

9) Suyadavamlı Tonal Kremlər

Səyahət edirsinizsə və ya çoxluca tərlədiyiniz isti iqlimlərdə yaşayırsınızsa, bu sizin bütün makiyajınızı silib aparacaqdır. Suyadavamlı tonal kremlər üçün isə bu keçərli deyil.

Bütün dəri tiplərinə rahatlıqla tətbiq oluna bilir. Həm maye, həm də krem formasında olur və saysız rəng çeşidləri mövcuddur.

Digər tonal kremlər kimi zərif bir görüntü ilə nəticələnməsələr də, saymaqla bitməyən bir çox fayları vardır.

10) Stick Tonalları

Qapadıcı xüsusiyyəti yüksək olan bu tonallar dəri qüsurlarını örtmək üçün ideal seçimdir. Mənfi tərəfləri isə odur ki, dəri üzərində taraz bir şəkildə yaymaq digər tonallara nəzərən daha çətindir. Tünd və açıq tonlarını makiyajınızda kontur xətləri ortaya çıxarmaq üçün də istifadə edə bilərsiniz.

11) BB Kremlər

Bir sıra dəri növləri üçün mükəmməl olan BB kremlər adlarında “ləkələrə qarşı balzam” və ya “gözəllik balzamı” mənasını daşıyır. Kremvari formula malik BB kremlər dərinizi nəmləndirməklə yanaşı, dəri tonunun yaxşılaşdırılmasında və bir sıra başqa dəri qulluğu formalarında faydasını əsirgəmir. Dəriniz yağlılığa meyillidirsə, matlaşdırıcı effektə malik BB kremlər tam sizə görədir.

12) CC Kremlər

CC kremlər adından da göründüyü kimi (color correction) dəri rəngini tarazlayıcı xüsusiyyətə malikdirlər. Dəriyə təbii rəng verərək yüngül qapatıcılıq təmin edir. Adətən tərkiblərində yaşlanma əleyhinə inqridientlər də olur. CC kremlər hətta dəri tonunu yaxşılaşdıraraq parlaqtəravətli bir görünüş yaratmağa kömək edə bilər.

BB, CC, DD kremlər və rəngli nəmləndiricilər əslində tonal kremlər deyil. Yəni tonal kremlər kimi möhtəşəmliklər yaratmaqdan bir azca geri qala bilər. Dəri rənginə daha asan uyğunlaşmaları və nəmləndirmə mövzusunda tonal kremlərdən daha yaxşı olduqları da bir gerçəkdir.

Mükəmməl tonal krem axtarışı sadəcə dərinizə uyğun doğru rəngin seçilməsindən ibarət deyil. Dəri tipinizə görə hansı formula malik tonalın dərinizdə daha yaxşı nəticə verdiyini və sizə hansı strukturlu tonal kremin uyğun olduğunu tapmağınız gərəkir. Bu bloqumuzda tonal kremlər haqqında suallarınızı cavablamağa çalışdıq və dəri tipinizə və dərinizin ehtiyaclarına görə tonal krem növlərini sizlərə təqdim etdik. Trendyol , Gratis kimi onlayn alış-veriş saytlarından bu məhsulları rahatlıqla əldə edə bilərsiniz. Həmin məhsulları Dynamic Express vasitəsilə sifariş edə və münasib çatdırılma qiymətlərindən faydalana bilərsiniz.

Bəs sizin ən çox istifadə etdiyiniz tonal krem çeşidləri hansılardır?

Dəri üçün krem

Ən yaxşı dəri kremi dərinin özü tərəfindən hazırlanır, lakin ona kömək etmək lazımdır. Dərinin vəziyyəti qida keyfiyyəti və balansından təsirlənir. Məsələn, şirin, duzlu həddindən artıq istehlak akne meydana gəlməsinə gətirib çıxarır. Diyetdəki proteinlərin kronik çatışmazlığı erkən nişanlanma əlamətlərinə gətirib çıxarır: dəri elastikliyini itirir, quru və əyri olur, erkən qırışlar meydana çıxır, saç daha incə olur və zəif inkişaf edir. Xüsusilə də göz və göz qapaqları altında dərinin xoşagəlməz paxıllığı və şişkinliyi qida və çoxlu duzda bir protein çatışmazlığını göstərir.
Dərinin uzun müddət gənc və gözəl qalması üçün, gözəllik mütəxəssisləri bir əhəmiyyətli qaydanı unutmamağa məsləhət verir – gündəlik 1 osh qaşığı yemək. l. bitki yağı. Dərinin iltihabının qarşısını alan antidermatogen vitaminlər (PPP B6 və biotin) böyük əhəmiyyət daşıyır. Bu vitaminlər maya və taxıl taxıllarında böyük miqdarda olur. Yeri gəlmişkən, kaba öğütme (xüsusilə kəpək) buğda unundan daha çox B vitamini ehtiva edir. Ona görə çörək yemək yemək yaxşıdır. Cildin də vitamin C ehtiyacı var. Beauticians səhərə qədər su ilə seyreltilmiş, lakin şəkərsiz boş mədə limon suyu içməyi məsləhət görür. Dərini və mövsümi müalicəni çiyələk və ya mavi yağı ilə hazırlayır. Dəri gənc idi, çox tərəvəz və meyvə yemək lazımdır. Bu bitki mənşəli məhsullar vitaminlərdən ibarətdir və bir çox cildin kremlərindən ibarətdir. Onlara görə bağırsaq daha yaxşı işləyir, buna görə toksinlər bədənə və dəriya səpilmir. Dərinin, saçın, dişin, xiyarın sağlamlığının qorunması üçün çox qiymətlidir – bir çox kalium, silikon və kükürd ehtiva edir.

Digər tərəfdən, ət, yağ və siqaretli məhsulların həddindən artıq istehlakı yalnız cildinə zərər verir.

Diyetdən dəniz duzu, ədviyyat, qəhvə, çay, spirtli içkilər istisna etməlisiniz.

Ağ çörəyin, şəkərin, quru tərəvəzlərin və meyvələrin istifadəsi məhdudlaşdırılmalıdır.

Ət və balıq kiçik miqdarda istehlak edilə bilər.

Kartof və kuşkonmaz istisna olmaqla, bütün tərəvəzlər xam yemək lazımdır.

Nümunə menyu. İlk səhər yeməyi. Təzə meyvə, fındıq, badam. Kərə yağı ilə çörək. Tərəvəz şorbası.

İkinci səhər yeməyi. Fərqli xam tərəvəzlər. Haşlanmış tərəvəz və ya tərəvəz şorbası. Yaşıl salat. Pendir və ya yumurta. Təzə meyvələr.

Nahar. Makaron, yaşıl salat ilə qaynadılmış tərəvəz və ya tərəvəz şorbası. Təzə meyvələr, qoz, fındıq, badam.

Baharın sonunda və ya qışda çoxvitaminli “Hexavit” və ya “Undevit” almaq lazımdır. Vitamin A gözəllik vitamidir. Kifayət qədər olmadığı zaman, dəridə quru olur, saç quru və büzülür, asanlıqla düşür. Bu vitamin bitki qidalarında – havuç, pomidor, ərik, quru ərik, dəniz taxta və s. Kimi provitamin (karoten) şəklində, həmçinin heyvan mənşəli yeməklərdə də vardır.

Rosacea ilə, masa duz, şəkər, şirniyyat, un məhsulları, sirkə, bibər və digər ədviyyat miqdarını məhdudlaşdırmalısınız. Güclü çay və qəhvə götürməyin (onlar, əlbəttə ki, dəliyə mənfi təsir göstərir). Menyuda daha çox tərəvəz, meyvə, laktik məhsullar, çovdar çörəyi, qaynadılmış yağsız ət və balıq daxil edilməlidir.

Rozacea ilə, üzün dərisində ifadə olunan iltihablı hadisələrin müşayiəti ilə, bir günlük oruc (həftədə bir dəfə) faydalı ola bilər.

Jane Fonda epidermis – suyun ən yaxşı dostunu unutmamağa məsləhət görür. Gündə ən az 5-6 stəkan içmək. Su toksinləri həll edir, dəridən çıxarılmasını təmin edir. Qida yalnız dəri vəziyyətinə deyil, həmçinin saç təsir göstərir.
Seboreylə, kepekli un, kəpək, taxıl, maya, qoz-fındıq və s. Olan çörək içərisində olan vitamin B1 qəbul etməlisiniz. Saçın saçdan tökülməsindən və düşməsindən qoruyur. K vitamini olan çörək, kakao un, taxıl, fasulye, noxud, kartof , ət, balıq, yumurta, maya və s.

Comments are closed, but trackbacks and pingbacks are open.