Press "Enter" to skip to content

Kərim Şükürov: “İsmailiyyə”nin tarixi adı bərpa edilməli və xalqa açılmalıdır” – FOTO

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova məsələ barədə məlumatsız olduğunu bildirib:

Kərim şükürov azərbaycan tarixi

Professor Kərim Şükürov

Kərim Kərəm oğlu Şükürov 1956-cı il may ayının 10-da Bərdə rayonunda anadan olmuşdur. 1972-ci ildə Bərdə şəhər orta məktəbini bitirərək ADUnun (indiki BDU) tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vuraraq, 1977-1980-ci illərdə Bərdə şəhər orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləmişdir, Bərdə Şəhər Sovetinin deputatı seçilmişdir.

1980-ci ildə ADU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olmuş, universitetdə pedaqoji fəaliyyətə başlamış, 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunaraq 1983-1989-cu illərdə SSRİ tarixi (oktyabra qədərki dövr), 1989-cu ildən Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir. K.Şükürov Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olmuş, ona rəhbərlik etmişdir.

Vətən tarixi ixtisası üzrə “Cənubi Azərbaycandan Zaqafqaziyaya kəsbkarlıq (XIX əsrin 30-cu illəri – 1905-ci il)” mövzusunda namizədlik dissertasiyası, “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. “Türk xalqları XVI-XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)” (1997), “Azərbaycan tarixi: Üç hissədə”, I-III hissələr (1994-2004), “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” (2004), “Türkmənçay1828. Tarixi xronika” (2006), “Qarabağ: real tarix, faktlar və sənədlər” (2005, Y.Mahmudovla birgə), “Naxçıvan: tarixi və abidələri”, (2007, Y.Mahmudovla birgə) və digər kitab və monoqrafiyaların, 280 məqalənin müəllifidir. Kitab və məqalələri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, ərəb və fars dillərində də nəşr edilmişdir.

Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq məhz professor Kərim Şükürov tərəfindən İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələləri, miqrantların dinamikası və yerləşməsi məsələləri, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığı, Azərbaycanın tarixi demoqrafiyası tədqiq edilmişdir.

2012-ci ildə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, professor Kərim Şükürova Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Bir müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur.

Professor Kərim Şükürov hazırda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, habelə Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiri, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, “Visions of Azerbaijan” jurnalının məsləhətçi redaktoru və AzTv-də “Azərbaycan tarixi” proqramının aparıcısı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının sədridir.

Kərim Şükürov: “İsmailiyyə”nin tarixi adı bərpa edilməli və xalqa açılmalıdır” – FOTO

“İsmailiyyə” tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin əlində cəmləşdirilib və qapalı bir hala gətirilib”.

Bu sözləri “Report”a açıqlamasında AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.

O bildirib ki, Azərbaycanın elmi idarə sistemində unikal bir vəziyyət yaranıb:

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev rəhbər statusunda elmi və mənəvi haqqını itirib, buna görə, elmi-ictimai fikir onun istefasını gündəmə gətirib. Bu prosesin geri dönüşü yoxdur. Artıq əsas diqqət Akademiya sistemində köklü dəyişikliklər və islahatlara yönəlməkdədir. Bu barədə müasir tələblərə cavab verən bir neçə variant təklif etmək olar, lakin bütün hallarda bir məsələ aydındır: Akademiyanın problemlərindən demək olar ki, təcrid olunub, İstiqlaliyyət küçəsindəki tarixi binada yerləşən Rəyasət Heyəti adlı bürokratik quruma yeni sistemdə yer olmayacaqdır. Optimallaşdırılmış yeni rəhbər idarəedici korpusun müvafiq hüquqi prosedurlar daxilində bu binanı tərk edərək, Akademiya əməkdaşlarının böyük bir hissəsinin çalışdığı Cavid prospektindəki Akademiya şəhərciyinə köçürülməsi məqsədəuyğun olardı”.

Professor qeyd edib ki, Akademiyanın idarə edilməsinin təkmilləşdirilməsi ilə eyni zamanda, daha bir tarixi ədalət bərpa edilməlidir:

“İsmailiyyə”nin tarixi adı özünə qaytarılmalı və ictimai istifadə üçün açılmalıdır. Bu binada Azərbaycan incəsənətinə və mədəniyyətinə aid gözəl bir muzey, yaxud yeni çağırışlara cavab verən müasir bir mərkəz yaratmaq, onu xalqın və Azərbaycana gələn turistlərin baş çəkməsi zəruri olan obyektlər sırasına daxil etmək olar. “İsmailiyyə” Azərbaycan sahibkarlığının, ictimai-siyasi tarixinin və memarlığının möhtəşəm abidələrindən biridir. Bu binanı neft sahibkarı Musa Nağıyev (1842-1919) Müsəlman Xeyriyyə Cəmiyyəti üçün tikdirmiş, həyatdan vaxtsız getmiş oğlu Ağa İsmayılın (1875-1902) şərəfinə “İsmailiyyə” adlandırmışdır.

Binanın 21 dekabr 1908-ci ildəki təməlqoyma mərasimində şəhər sakinləri ilə birgə, Azərbaycanın H. Z. Tağıyev, Ş. Əsədullayev, M. Muxtarov, İ. Hacınski və digər məşhur sahibkarları da iştirak etmişdir. Layihəsi Bakıda bir sıra görkəmli memarlıq tikililərinin müəllifi olan polyak İosif Ploşkoya məxsus olan bu binanın tikintisi 1913-cü ilin əvvəllərində başa çatdırılmışdır. Bu zaman dünya və Azərbaycan siyasi və iqtisadi sarsıntıların astanasında idi. Az sonra Birinci Dünya müharibəsi, Rusiya imperiyasının dağılması və post-imperiya dövrünün təlatümləri başlamışdır”.

Direktor vurğulayıb ki, “İsmailiyyə” binası Azərbaycan tarixinin gərgin səhifələrinin nəinki şahidi, həm də iştirakçısı olub:

“Azərbaycanın milli-azadlıq hərəkatında mühüm yer tutan Qafqaz müsəlmanlarının birinci qurultayı (1917, 15-20 aprel) bu binada keçirilmişdi. Ölkənin bir sıra ictimai və siyasi təşkilatları bu binada yerləşmişdir. Təsadüfi deyil ki, “İsmailiyyə” 1918-ci ilin mart soyqırımı dövründə erməni-daşnak qüvvələrinin məqsədyönlü hücumuna məruz qalmış, talanmış və yandırılmışdı. Bu dağıntılar sovet hakimiyyətinin qurulmasınadək davam etmişdir.

Sovet hakimiyyəti zamanı bu binanı sökmək qərara alınmış, lakin yerli sakinlərin etirazından sonra, bu baş tutmadığından bərpa edilmişdir. Bərpadan (1922-1923) sonra “İsmailiyyə” Türk Mədəniyyət Sarayı adlandırılmışdır. 1923-cü ildən Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (1923-1929) burada yerləşmişdir. Birinci türkoloji qurultay (1926-cı ilin fevral-mart) bu binanın iclas zalında keçirilmişdir.

Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin bazasında yaradılan elmi kollektivlər də fəaliyyətini burada davam etdirmişdir. “İsmailiyyə” tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə AMEA-nın Rəyasət Heyətinin əlində cəmləşdirilmiş və qapalı bir hala gətirilmişdir. Azərbaycan xalqı və şəhərin qonaqları bu memarlıq incisinin yalnız fasadını müşayiət etməklə kifayətlənməli olmuşdur”.

Kərim şükürov azərbaycan tarixi

Mən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəhbərliyinin öz tabeliyində olan bir institut direktoru ilə mətbuat vasitəsilə danışmasını təəccüblə qarşıladım. Elmlər Akademiyası rəhbərliyinin Tarix İnstitutunun direktoru, görkəmli alimimiz Kərim Şükürova münasibəti elmdən uzaq bir haldır.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz AMEA rəhbərliyi ilə Tarix İnstitutunun direktoru Kərim Şükürov arasında yaşanan gərginlik barədə danışarkən deyib.

Boran Əzizin sözlərinə görə, baş verənlər Azərbaycan tarix elmi ilə yanaşı, bütövlükdə Azərbaycan elminə və ziyalılığına vurulan zərbədir:

“Biz belə münasibətə 37-ci il repressiyalarından bəhs edən materiallarda rast gəlirdik və müasir dövrdə belə qarşıdurmaya rast gələcəyimizi gözləmirdik. Təəssüf ki, bunun da şahidi olduq. Arzu edərdik ki, dövlət bu cür alimləri öz himayəsinə götürsün. Çünki belə ziyalıları Ramiz Mehdiyev kimi məmurların ümidinə buraxmaq olmaz. Kərim Şükürovu vicdanlı, prinsipial, istedadlı, Azərbaycan tarixinin vacib problemlərinə son dərəcə diqqətlə yanaşan bir alim kimi tanıyıram”.

Boran Əziz qeyd edib ki, Kərim Şükürov elmdə mövcud olan marksizm-leninizm konsepsiyasının aradan qaldırılması istiqamətində çalışan, struktur islahatları aparan, yeni kadrlar formalaşdırmağa cəhd göstərən bir rəhbər olub.

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova məsələ barədə məlumatsız olduğunu bildirib:

“Mən işin içində deyiləm və bildiyimə görə, Kərim Şükürovla AMEA vitse-prezidenti İsa Həbibbəyli görüşməli idi. Ona görə bu, daha çox Elmlər Akademiyasına aid bir məsələdir və işin təfərrüatına tam bələd olmadığım üçün heç bir açıqlama verə bilmərəm. Hər şey artıq Kərim Şükürovun özünün atacağı sonrakı addımlardan asılı olacaq”.

Qeyd edək ki, AMEA rəhbərliyi Tarix İnstitutunun direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.

Ondan qabaq AMEA-nın iclasında qurumun prezidenti Ramiz Mehdiyev Tarix İnstitutunun rəhbərliyini sərt tənqid edib.

Comments are closed, but trackbacks and pingbacks are open.