Press "Enter" to skip to content

Torpaq kadastrı

1.2. həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 648-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 648-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini üç ay müddətində müəyyən etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 648-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 165; 2001, № 12, maddə 755; 2008, № 9, maddə 798; 2016, № 2 (II kitab), maddə 251; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1922 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasa “hissəsində” sözündən sonra “və 22-ci maddəsinin ikinci hissəsində (hər iki halda)” sözləri əlavə edilsin;

4.2. yeddinci abzas doqquzuncu abzas hesab olunsun və aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilsin:

“həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2023-cü il

Torpaq kadastrı

Использовать шрифт Без засечек С засечками

  • Главная страница
  • Градостроительство
  • Градостроительный кадастр
Градостроительный кадастр

Dövlət şəhərsalma kadastrı xəritəsi (rəqəmsal kadastr xəritəsi) – ərazi planlaşma sənədlərinə və sahəvi kadastrların aparılmasının nəticələrinə dair kağız və ya elektron formada açıq coğrafi koordinat sistemində torpaq sahəsinin sərhədlərinin, ərazi zonalarının, mühafizə zonalarının, servitutların, məhdudiyyətlərin, torpaq sahəsində yerləşən bina, tikili, qurğu, yeraltı, yerüstü kommunikasiyaların, çayların, göllərin, yolların və digər daşınmaz əmlakın yerləşməsini, təsvirini (ayrı-ayrı laylar üzrə), formalaşmasını özündə əks etdirən baza göstəricilərinə malik xəritədir.

Sahəvi kadastrların növləri: dövlət torpaq kadastrı, daşınmaz əmlak kadastrı, meşə kadastrı, yer təki kadastrı, su kadastrı, meliorasiya və irriqasiya sistemlərinin kadastrı, şəhərsalma kadastrı, avtomobil və dəmir yollarının kadastrı, nəqliyyat və rabitə infrastrukturu obyektlərinin kadastrı tikili, qurğu, əmlak kompleksi kimi müəssisələrin, müəssisə filialların, çoxillik əkmələrin, kommunikasiyaların kadastrı v.s.

Comments are closed, but trackbacks and pingbacks are open.