Press "Enter" to skip to content

Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? Rəsmi qiymətlər

Xarici anbara daxil olan hər bağlama tərəzidə çəkilir. Sistemə isə həmin çəki qeyd edilir. Daşınma haqqı da həmin çəkiyə uyğun müəyyənləşdirilir. Sifarişçi saytda bağlamalarım bölməsinə daxil olaraq bağlamasının xarici anbara çatdığını və məhsulunun çəkisini görə bilir. Tariflər bölməsindən qiymətlərlə tanış ola bilərsiniz.

Tez-tez verilən suallar

1. Saytımızda qeydiyyatdan keçərək Türkiyə anbarımızın ünvanını əldə edirsiniz və beləliklə sifariş edəcəyiniz saytda çatdırılma ünvanı olaraq həmin ünvanı qeyd edirsiniz. Satıcı firma sizin sifarişinizi bizim anbarımıza təhvil verir və biz təhvil aldığımız həmin bağlamanı sizə çatdırırıq. Bu xidmət növündə siz sadəcə bağlamanızı təhvil alarkən daşınma haqqı ödəyirsiniz.

2. Mənim üçün al xidməti ilə siz saytımızda sifariş et bölməsindən almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Bu xidmət növündə 1 TL = AZN olaraq hesablanır. Siz öncədən heçbir ödəniş etmirsiniz. Sifarişiniz sizə təhvil verildiyi zaman ödəniş edirsiniz. Bu xidmət sadəcə Naxçıvan MR ərazisində yerləşən ofislər üçün keçərlidir.

3. Sifariş et xidməti ilə siz saytımızda sifariş et bölməsindən almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Bu xidmət növündə məhsul dəyərinin üzərinə 5 % bank xərci əlavə edilir. Siz məhsulun dəyərini plastik kart vasitəsi ilə online və ya balansınızla ödədikdən sonra əməkdaşlarımız sifarişinizi həyata keçirir. Bundan sonra bağlamanızı təhvil aldıqda çəkisinə uyğun daşınma haqqı ödəyirsiniz.

Hansı məhsulların sifarişi qəbul edilmir ?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,mebel dəstləri və böyük həcmli yüklər, canlı heyvanlar, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr, xammal şəklində olan qiymətli metallar, qiymətli qaşlar,qoruyucusu olmayan qaz piltələri,gizli kameralar,səs yazma cihazlar və bu kimi bir sıra məhsulların sifarişi qəbul edilmir.

Çatdırılma qiymətləri necə hesablanır ?

Xarici anbara daxil olan hər bağlama tərəzidə çəkilir. Sistemə isə həmin çəki qeyd edilir. Daşınma haqqı da həmin çəkiyə uyğun müəyyənləşdirilir. Sifarişçi saytda bağlamalarım bölməsinə daxil olaraq bağlamasının xarici anbara çatdığını və məhsulunun çəkisini görə bilir. Tariflər bölməsindən qiymətlərlə tanış ola bilərsiniz.

Sifarişlər neçə günə çatdırılır ?

Satıcı firma bağlamanızı Türkiyə anbarımıza təhvil verdikdən sonra ən gec halda 4 iş günü ərzində bağlamalar çatdırılır. Nəzərinizə çatdıraq ki bağlamalar həftədə 2 dəfə göndərilir. Bağlama 2 (iki) ay ərzində təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.

Daşınma haqqını necə və nə vaxt ödəməliyəm ?

Bağlama üçün daşınma haqqı təyin olunduqdan sonra (bağlamanız bağlamalar bölməsində əks olunduqdan sonra) daşınma haqqını online və ya balansınızdan ödəyə bilərsiniz. Və ya bağlamanızı təhvil alarkən kassada nağd və ya terminal ilə ödəniş edə bilərsiniz.

Üstünlüklərimiz nələrdir?

Geri qaytarılma xidməti. “Mənim üçün al” xidməti. “Sifariş et” xidməti. Onlayn kuryer xidməti. Minimal çatdırılma tarifləri 0.89$-dan başlayan qiymətlər. Sürətli çatdırılma xidməti. Ölkə ərazisində 28 ofislə geniş xidmət şəbəkəsi Operativ müştəri xidmətləri.

300 dollar limiti nədir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Bağlamanın BCT (Baku Cargo Terminal)-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır. Xahiş edirik, sifariş verərkən diqqətli olun!

Bağlamam gömrükdə saxlanıldıqda nə etməliyəm?

Bağlamanız gömrük tərəfindən saxlanıldıqı zaman, gömrük bağlamanıza qaimə hazırlayır. Qaimə hazır olduqda, qaimə gömrük tərəfindən bizə təhvil verilir və biz sizinlə dərhal əlaqə yaradırıq, məlumat veririk. Daha sonra ofisimizə yaxınlaşıb daşınma haqqını ödəyərək qaiməni təhvil ala bilirsiniz

300 dollar Gömrük limiti keçildiyi halda bağlamanı gömrüyə getmədən necə təhvil ala bilərəm?

Ay ərzində bütün bağlamalar Smart Customs mobil tətbiqində və e.customs.gov.az saytında bəyan edildikdə və limit aşımı olduqda, qeyd olunan vergi ödənişini anında onlayn olaraq həyata keçirib, bu barədə məlumat verdikdə bağlamalar təyinat nöqtəsinə göndərilə bilər.

“Smart Customs”-ın üstünlükləri nələrdir?

Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyac qalmır. Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını “Smart Customs”- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər.

Sifariş anbara təhvil verilib sadəcə sistemdə əks olunmur, nə etməliyəm?

Bağlama üzərindəki məlumatlar düzgün olduğu təqdirdə 48-72 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detayları haqqında məlumatlarla birgə sorğu yarada bilərsiniz. Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq.

Bəyannamə nə vaxt doldurulmalıdır?

Xarici anbarımıza daxil olan bağlamanız haqqında bəyannaməyə ehtiyac olarsa sizə istifadə etdiyiniz platformaya uyğun olaraq Mobil tətbiq üzərindən bildiriş,WhatsApp üzərindən bildiriş və ya qısa mesajla bildiriş göndərilir. Siz saytımız və ya mobil tətbiqimiz vasitəsi ilə bağlamanızı Sürət Kargo sistemində bəyan etdikdən sonra Smart Customsda bağlamanızı bəyan edirsiniz. Əgər bağlamanız haqqında Sürət Kargoya bəyan etməyə ehtiyyac olmazsa siz birbaşa Smart Customsda bəyan edirsiniz. Sürət Kargo sistemində bəyan sadəcə bağlamanızın üzərində faktura olmadığı hallarda tələb olunur.

Balansımı necə artıra bilərəm?

Sürət Kargo hesabınızdaki balansınızı nağd və onlayn şəkildə artıra bilərsiniz. Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Həmçinin balansınızı MilliÖn və NaxçıvanBank ödəmə terminalları ilə artıra bilərsiniz.

İzləmə nömrəsi ( “Tracking number”) nədir?

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir. Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”,PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir. Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

Geri qaytarma xidmətinin (“İade et”) qaydaları

E-ticarətdə ən çox ehtiyat edilən məqam məhsulların saytlarda göstərildiyi kimi gəlməməsi və ya ölçülərinin uyğun olmamasıdır. Ancaq bu, sizlərin e-ticarətlə alış-veriş edərək əldə edə biləcəyiniz 70-80%-lik endirimlərdən imtina etmənizə səbəb olmamalıdır. Bu səbəbdən, müştərilərimiz üçün e-ticarət risklərini minimala endirəcək GERİ QAYTARMA xidmətini təklif edirik. GERİ QAYTARMA xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər: Məhsul ölçüsü, rəngi və s. yanlış gəldiyində; Məhsul qüsurlu gəldiyində; Müştəri sadəcə olaraq məhsulu bəyənməyib geri qaytarmaq istədikdə; Məhsul təyinat nöqtəsinə çatdığı gün və ertəsi gün ərzində. GERİ QAYTARMA xidməti bağlamanın dəyərindən,çəkisindən və ölçüsündən asılı olmayaraq hər bağlama üçün 10 AZN olaraq hesablanır.

Başqa bir şəxs sizin bağlamanı necə təhvil ala bilər?

Əgər özünüz yaxınlaşıb bağlamalarınızı, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün hesabınıza daxil olub, şəxsi hesabda “Etibarnamələr” bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.

Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? – Rəsmi qiymətlər

Oxuculardan Milli.Az-a daxil olmuş məktublarda qeyd edilir ki, ölkə xaricindən internet üzərindən alış-veriş saytları vasitəsilə sifariş edilmiş mallar Azərbaycana gəldikdə “Azərpoçt” nümayəndələri bağlamalar üçün ödəniş tələb edir. Lakin ayrı-ayrı poçt filiallarında tələb olunan məbləğ hər dəfə müxtəlif olur. Bu da alıcılarda müəyyən şübhə və narazılıqlar doğurur.

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az Nəqliyyat, Rabitə və Yüksək Texnologiayalar Nazirliyinə müraciət edib. Nazirlikdən Milli.Az-ın sorğusuna cavab olaraq poçt yolu ilə ölkəyə gələn bağlamalara görə ödəniləcək rüsumların miqdarına və onların təyin edilməsi meyarlarına aydınlıq gətirilib.

NRTYN-dən bəyan ediblər ki, mövcud qanunvericiliyə əsasən, ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük orqanının nəzarətinə təqdim edilməsi ilə bağlı poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır: “Gömrüklü poçt göndərişlərinə əşya və ya mal tərkibli CN22 gömrük yarlığı ilə müşayiət olunan çəkisi 2 kq-dək beynəlxalq kiçik paketlər və CN23 gömrük bəyannaməsi ilə müşayiət olunan çəkisi 30 kq-dək beynəlxalq bağlamalar aid edilir.

“Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən, beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilib”.

Qeyd edilir ki, tam tarif paketi barədə ətraflı məlumatı “Azərpoçt” MMC-nin www.azerpost.az saytından (www.azerpost.az/Xidmətlər/Poçt xidmətləri/Poçt rabitəsi xidmətləri üçün tariflər) əldə etmək mümkündür.

Nazirlik bildirir ki, sözügedən tariflər tarif paketinin “Digər poçt xidmətləri üçün tariflər” hissəsində (II hissə) “Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər” bölməsinin (4-cü bölmə) “Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi” maddəsinin (9-cu maddə) 9.2-ci bəndinin 9.2.1 və 9.2.2 yarımbəndlərində öz əksini tapıb: “Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən, əlavə olaraq 0,60 manat məbləğində verilmə rüsumu alınır (4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi)”.

Poçt şöbəsində aparılmış istənilən ödənişə görə, müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) tələb olunmalıdır. Poçt əməkdaşından ödəniş qəbzinin tələb edilməsi hər hansı qanunsuz ödənişin tutulmasının qarşısını almaq üçün ən etibarlı vasitədir.

Həmçinin, qeyd edilir ki, göndərişin əldə olunması bildiriş yazıldığı gündən 5 gün müddətində ödənişsizdir: “Bildiriş yazıldıqdan 5 gün sonra, hər gün üçün sadə və sifarişli məktublara görə 0,10 manat, qiymətli məktub (çəkisi 500 qr-dan artıq), kiçik paket və banderola görə 0,20 manat, bağlamaya görə isə hər gün üçün 0,30 manat tələb olunur”.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bağlamanı poçtdan alarkən nə qədər pul verək?

Gəlin ilk növbədə aydınlıq gətirək ki, xaricdən bizim adımıza bağlama gəldikdə, poçtda bizdən nəyə görə pul alırlar?

Cavab: Poçtda bizdən alınan pul — rüsumdur. Burda qeyri-qanuni bir iş görülmür. Daha dəqiq, bu, gömrük baxışına görə alınan rüsumdur.

Nəyə görə alındığı bilindisə, nə qədər alınmalı olduğuna da nəzər yetirək:

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi qərara əsasən:

  1. Daxili və beynəlxalq poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üzrə tariflər

    9. Beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi


2. Daxil olan beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi
2.1 -qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisənin hər biri üçün – 1,40 manat
2.2 -bağlamanın hər biri üçün – 2,00 manat

Hər bir beynəlxalq göndəriş gömrük nəzarətindən keçdiyi üçün onlara görə rüsum alınır. Rüsumun məbləği isə göndərişin növünə görə fərqli olur. Adətən bizim xaricdən sifariş etdiyimiz mallar kiçik paketlərdə gəlir və onlara görə 1,40 manat rüsum alınır. Qəbul etdiyimiz paket yox, bağlama sayılırsa, onda 2 manat rüsum ödəməli olacağıq. Yəni çəkisindən asılı olmayaraq, bütün kiçik paketlər üçün 1,40 manat, bütün bağlamalar üçün isə 2,00 manat gömrük nəzarətinə görə rüsum ödəməliyik.

Qeyd: Çəkisi 500 qramdan artıq kiçik paketin Poçt Şöbəsində verilməsinə görə 0,60 manat əlavə xidmət haqqı da lınır.

Kiçik paket ilə bağlamanı necə ayıraq?

Kiçik paketin maksimum çəkisi 2 kq olur. Bağlamanın isə 2 kq-dan artıq olur. Əgər göndərişin üzərində izləmə kodu vardırsa, onun ilk simvolu ilə də təyin edə bilərsiniz. Kiçik paketlərdə izləmə kodunun ilk simvolu ya “R”, yaxud da “S” hərfi olur. Bağlamada isə ilk simvol “C” hərfi olur.

Kiçik paket və ya bağlama alarkən ödədiyimiz rüsuma görə bizə qəbz verilməlidir ki, bəzi poçt məntəqələrində bunu etmirlər. Elə buna görə də xaricdən paket və ya bağlama qəbul edən vətəndaşlar arasında həmişə çaşqınlıq yaranır. Ödədikləri pulun hara getdiyini bilməmələri ilə yanaşı nə qədər ödəməli olduqlarını da bilmirlər. Belə şübhələrlə üzləşməmək üçün ödədiyiniz pula görə qəbz tələb etməyi unutmayın.

Poçt xidmətləri üzrə qiymət cədvəlini Azərpoçtun rəsmi veb səhifəsindən yükləyə bilərsiniz: Poçt Rabitəsi xidmətləri üzrə TARİFLƏR

Qeyd 2: Gömrük nəzarətinə görə ödənilən rüsumla gömrük rüsumunu səhv salmayın. Gömrük rüsumu o halda tətbiq edilir ki, bizim adımıza 30 gün ərzində gələn bağlamaların dəyərinin cəmi 1000 dolları keçmiş olsun. Misal üçün: bir şəxsin adına 400 dollarlıq bir bağlama gəldikdən 16 gün sonra 700 dollarlıq növbəti bir bağlama gəlirsə, onda gömrük rüsumu tətbiq edilir. Bağlamanın pulunu başqa valyuta ilə ödəmisinizsə və ya bağlamanın üzərində başqa valyuta qeyd olunubsa, məbləğ dollara çevrilərək hesablanacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.