Press "Enter" to skip to content

Kuti hökmranlığı

Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tanrıları haqqında məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla, öz dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini ibadətdə yeniliklər yerli kahinlərin ciddi müqaviməti ilə qarşılanırdı.

Kuti, Lullubi və Turukkilər

E. ə. III — II minilliklərdə Azərbaycanın cənubunda və şimalında ilkin tayfa birlikləri mövcud idi. Azərbaycanın cənubunda yaşayan etno — siyasi birliklərdən kutilər, lullubilər, su və turukkilər haqqında qədim Şumer — Akkad mixi yazılarında kifayət qədər məlumatlara rast gəlinir. E. ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda Lullubi və Kutilərin erkən dövlətləri yaranmışdır.

Kuti dövləti. Azərbaycanın Urmiya gölü bölgəsində hələ e. ə. XXIV -XXIII əsrlərdə Kuti tayfa birləşməsi yaşayırdı. Mənbələrdə kutilərin məskunlaşdığı ərazi dağlıq Kutium ölkəsi kimi xatırlanmışdır. Kutilər maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olur, Mesopotamiyada yaşayan əhali, xüsusilə şumerlərlə iqtisadi-siyasi əlaqələr saxlayırdılar. E. ə. XXIII əsrdə daha da güclənmiş Akkad hökmdarlarının aramsız hücumlarının qarşısını almaq üçün kutilər qonşuluqda yaşayan digər etno-siyasi toplumlarla hərbi ittifaqa girmiş və müttəfiqlər üç dəfə Akkad ordularını məğlubiyyətə uğratmışdılar.

E. ə. XXIII əsrin sonlarında Kuti dövləti xeyli güclənmişdi. Döyüşkənliyi ilə seçilən və çoxsaylı əhaliyə malik olan Kuti dövləti Mesopotamiyaya hərbi yürüşlərə başlayaraq Akkad qoşunlarını darmadağın etmişdi. Kuti hökmdarı Enridavazir bu qələbə şərəfinə ucaltdığı abidədə özünü «Kutiumun və dünyanın dörd tərəfinin hökmdarı» adlandırmışdır.

E. ə. XXII əsrin əvvəllərində Mesopotamiyanın cənubunu işğal edən və Akkad dövlətini süquta uğradan Kutilər burada böyük xilaskarlıq missiyasını yerinə yetirdilər. Akkadlar daima Şumer şəhərlərinin əhalisini kütləvi şəkildə məhv edirdilər. Şumerlərin müqəddəs Nippur şəhərini viran qoyan akkadlar, hətta onların Ekur məbədini belə dağıtmışdılar. Bu hadisə şumerlərin səbr kasasını doldurmuş və onlar yardım üçün Akkadm əsas düşməni olan güclü Kuti dövlətinə üz tutmuşdular. Kutilər şumerlər üzərində Akkad ağalığına birdəfəlik son qoymuşdular.

Qədim Azərbaycanın çox qüdrətli etnosu olan kutilər 91 il (e. ə. 2195 -2104) Dəclə və Fərat çayları arasında öz siyasi hökmranlığını sürdürə bilmişdir. Bu zaman inzibati vəzifələri daşıya biləcək çoxlu adamları olmadığından işğal olunmuş əraziləri yerli Şumer və Akkad əyanlarından təyin etdikləri canişinlər vasitəsilə idarə edirdilər. Kuti hökmdarı, həm də Akkad çan titulunu daşıyır və hakimiyyətə seçki yolu ilə gəlirdi. Şəhərləri en və ya ensi rütbəli hakimlər idarə edirdilər. Kutilər şumerlərin dağıdılmış məbədlərini bərpa etmiş və yenilərini tikdirmişdilər.

Mesopotamiyanın cənubundakı əhalidən kutilər sənətkarlıq, ərzaq məhsulları və qiymətli metallar şəklində vergilər toplayırdılar.

Kuti ağalığı dövründə Mesopotamiya ərazisi xarici basqınlardan daha yaxşı qorunmuş, ticarət yollarında tam təhlükəsizlik təmin olunmuşdu.

Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tanrıları haqqında məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla, öz dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini ibadətdə yeniliklər yerli kahinlərin ciddi müqaviməti ilə qarşılanırdı.

E. ə. XXII əsrin sonlarında Mesopotamiyanın cənubunda başda Şumer Uruk şəhərinin hakimi Utiheqal olmaqla kutilərə qarşı müqavimət başladı. Utiheqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanları, tanrıların düşməni. Şumer dövlətçiliyini dağlara aparan. Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqları valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan» bir toplum adlandırırdı. Bu cür düşmən münasibət əslində Kuti hakimiyətini gözdən salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və əhalini ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri arasında baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasmda ağalıq edən sonuncu kuti hökmdarı Tirikan oldu. O, cəmi 40 gün hakimiyyətdə qala bilmişdi. E. ə. 2104-cü ildə həm onun, həm də İkiçayarasmda Kuti hakimiyyətinə son qoyuldu. Bundan sonra kutilər öz doğma torpaqlarına qayıtdılar. Onlar burada lullubi tayfaları tərəfindən sıxışdırılaraq torpaqlarının bir hissəsini itirərək bir qədər şimal-şərq səmtinə çəkilməli oldular. Şumer mixi yazılarında İkiçayarasmda hökmranlıq edən 21 Kuti çarının adı çəkilmişdir.

Lullubi dövləti

E. ə. III minilliyin II yarısında Azərbaycan ərazisində mövcud olan etno-siyasi birliklərdən biri də lullubilər tərəfindən yaradılmışdır. Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Akkad kitabələrində «Lullubum dağlılarını öz hakimiyyəti altında birləşdirmiş hökmdar Sidurru» haqqında danışılır. Lullubi siyasi birliyi Urmiya gölü hövzəsində meydana çıxmışdı. Lullubilər Diyala çayının yuxan axarından Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar. Lullubilərin təsərrüfatında maldarlıq üstün yer tutmuşdur. Onlar Mesopotomiyadakı şəhərlərlə ticarət əlaqələri saxlayır, qaramalı taxıla dəyişirdilər. Qonşu hurri və hetlər lullubiləri öz dövlət idarələrində işə cəlb edir və döyüşkən lullubiləri muzdla hərbi xidmətə çağmrdılar.

Lullubi hökmdarı Anubanininin e. ə. XXII əsrə aid kitabəsində Akkad dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çarı öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Bu yazı əsasında müəyyən olunmuşdur ki, Lullubi hökmdarı Anubaniniyə tabe olan torpaqlar Urmiya gölündən Diyala çayının orta axannadək uzanırdı. Yazıda «Yuxarı Dəniz» və «Aşağı Dəniz» in qeyd olunması göstərir ki, hökmdar Anubanini Urmiya gölündən İran körfəzinə qədər olan əreızilərə iddia ilə çıxış edirdi. Vaxtilə kutilərə məxsus olan torpaqların böyük hissəsi indi Lullubi hökmdarının əlinə keçmişdi.

E. ə. XXI əsrdə şumerlər lullubilər üzərinə tez — tez talanedici yürüşlər edirdilər. Lullubilər də kutilərlə birlikdə İkiçayarasmda yaşayan xalqlar üzərinə işğalçı yürüşlərə çıxırdılar. Lullubilər təxminən 1500 il ərzində Azərbaycan və qonşu ərazilərin tarixində mühüm rol oynadılar. Lullubi tayfalan Ön Asiyada öz qoçaqlığı və döyüşkənliyi ilə seçilirdilər və adları bir sıra qonşu xalqlar arasında vahimə ilə çəkilirdi. Təsadüfi deyil ki, hurrilər və urartulular lullu etnonimini daha çox «yadelli», «düşmən» mənasında işlədirdilər. E. ə. II minilliyin əvvəllərində lullu sülaləsi, hətta Aşşur taxt-tacım ələ keçirmişdi.

E. ə. XIV — XIII əsrlərdə Assuriya və Yeni Babil hökmdarlarının kitabələrində Lullume ölkəsi və onlarla apanlan savaşlar haqqında məlumatlar verilir. Lullubi torpaqları e. ə. I minilliyin başlanğıcında Zamua ölkəsi kimi tanınırdı. Manna dövlətinin tərkibinə daxil olan İç Zamuanın şimal hissəsi yazılı mətnlərdə bəzən Lullume adlandırılır.

Kuti və Lullubi dövlətləri e. ə. III minilliyin sonlarında süquta uğramışdı.

Turukki etno — sivasi birliyi

Azərbaycanın cənubunda yaşayan əhalinin tərkibinə turukki (dünyada türk etnik adının ilk forması hesab edilir) adlı etnik birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə kutilər və lullubilərlə eyni vaxtda çıxmışdılar. E. ə. III minilliyin II yarısında turukkilərin kutilər və lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir — biri ilə qonşuluqda yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadlı Sarqonun dövründə onun dövlətinin ərazisində yaşayanlar içərisində turukki tayfa adı da çəkilmişdir. Akkad hökmdarı Naram=Suenə qarşı kutilərin və digər tayfaların birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E. ə. XVIII — XIII əsrlərə aid Assur yazılarında turukkilərin adma tez-tez rast gəlinir. Bir Assur mətnində onlar «Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də yaşadığı göstərilmişdir. Lullubi kimi turukkilər də Zaqros dağlarından Raniyə düzənliyinə keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına daxil olurdular.

Assur hölondarı I Şamşi-Adadın (e. ə. 1813-1783) yürüşlərinə qədər turukkilər qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət əlaqələrində vasitəçi kimi iştirak edirdilər. Turukkilər e. ə. XVIII əsrdə assurlarla dəfələrlə müharibə aparmışdılar. Mari məktublarında turukki hökmdarı Lidayanın adı assurlara qarşı vuruşan turukkilərin başçısı kimi xatırlanmışdır. Turukkilər assurların Dəclədən şərqdəki əraziləri ələ keçirmək cəhdinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər. Lidayanın başçılığı ilə turukkilər Assur hökmdarı İşme Daqana (e. ə. 1797-1757) qarşı uğurlu hərbi əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər. Assur mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı turukkular bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkilər Dəclədən şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan torpaqlarda kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə üzləşmirdilər.

Qədim yazılı mənbələri araşdıran istedadlı alimimiz Mirheydər Mirzəyevin fikrinə görə Babil hökmdarı Hammurapinin dövründə (e. ə. 1792 -1750) turukkilər bölgədə kifayət qədər güclü toplum kimi tanınırdılar və Assurla mübarizənin gedişində vahid hakimiyyət altında birləşmişdilər. Hətta güclü Babil şahı Hammurapi öz rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukki hökmdarı Zaziyaya müraciət etmişdi. Zaziya öz qoşunu ilə yardıma gələcəyini bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. Görünür, Zaziya ikili siyasət yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və digər ölkələrdən təşkil olunmuş ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, Hammurapiyə də kömək etməyə tələsmirdi. Bunun nəticəsidir ki. Babil şahı Hammurapi hakimiyyətinin 35-ci ilində Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkilərin də daxil olduğu koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində turukki ordusu üzərində qələbə qazanmışdı. Döyüş şübhəsiz ki, Turukki ölkəsindən kənarda baş verdiyindən Hammurapi Turukkumu zəbt edə bilməmişdi.

E. ə. XIX əsrin sonu — XVIII əsrin I yarısında döyüşkən turukkilər mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarları ilə savaşlara girmiş, Assurun Şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdılar.

E. ə. XIV — XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkilər də assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E. ə. I minilliyin başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların varisləri hesab olunurlar. Kuti-lullubi dillərində sözlər qalmadığından və dil materialı yalnız şəxs adlarından ibarət olduğundan onların dil mənsubiyyəti indiyədək dəqiq müəyyən edilməmişdir. Tarixşünaslıqda kuti-lullubi tayfalarının türkdilli olması haqqında müəyyən ehtimallar vardır.

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

  • Teqlər:
  • qədim Azərbaycan tarixi
  • , qədim Azərbaycan
  • , Kuti
  • , Lullubi

hökmranlıq

1. владычество, господство, властвование. Qafqazda rus hökmranlığı русское владычество на Кавказе, siyasi hökmranlıq политическое господство (политическая власть), hökmranlığına son qoyuldu kimin, nəyin покончено с владычеством (господством) чьим, кого, чего

2. могущество, господство, сила. Pulun hökmranlığı власть денег; hökmranlıq etmək:
1) царствовать, править, управлять царством (страной, государством), быть правителем, владыкой

2) полновластно распоряжаться, управлять по своему произволу. Öz evində hökmranlıq etmək царствовать в своем собственном доме

3) господствовать, властвовать, владычествовать (иметь власть или преимущество, превосходство над кем-л., чем-л.). İnhisarlar hökmranlıq edir harada господствуют монополии где, havada hökmranlıq etmək господствовать в воздухе

◊ hökmranlığı əlindən almaq kimin лишить власти кого; hökmranlığı öz əlinə almaq взять власть в свои руки; hökmranlığı altında olmaq kimin быть, находиться под владычеством, под властью чьей, кого; hökmranlığı öz əlində saxlamaq держать власть в своих руках, hökmranlığı altından çıxmaq kimin, nəyin выйти из-под власти кого, чего

Azərbaycanca-rusca lüğət. Dörd cilddə. Bakı, “Şərq-Qərb” . M.T.Tağıyev . 2006 .

Смотреть что такое “hökmranlıq” в других словарях:

  • hökmranlıq — is. 1. Hakimiyyət, diktatura. Siyasi hökmranlıq. Hökmranlıq etmək – hakimiyyət sürmək, hakimiyyət başında durmaq. <Hüsnübəyimin:> Belə də iş olar? Çoban qızı gəlib bizim üstümüzə hökmranlıq eləsin? İ. Məlikzadə. // məc. Ağalıq etmək, hökm… … Azərbaycan dilinin izahlı lüğəti
  • ağalıq — is. 1. Hakimiyyət, hökmranlıq. // Böyüklük, başçılıq. Ağalıq etmək – hakimiyyət sürmək, hökmranlıq etmək. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. M. C.. // Üstünlük, nüfuz. 2. köhn. Ağaya (bəyə, mülkədara) məxsus mülk, ev, su, meşə,… … Azərbaycan dilinin izahlı lüğəti
  • allahlıq — is. məc. dan. Hökmranlıq, hakimlik, özbaşınalıq. <Safo:> Bu gödək adamlar da gündə üç dəfə allahlıq iddiasına düşürlər. S. R.. Allahlıq etmək – hökmranlıq etmək, hökm sürmək, başlıbaşınalıq etmək … Azərbaycan dilinin izahlı lüğəti
  • girü dar — f. 1) hökmranlıq, hakimiyyət; 2) çarpışma, əlləşmə; 3) cah calal, təmtəraq; 4) tərəddüd, qətiyyətsizlik … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • mələkut — ə. 1) hökmranlıq, padşahlıq; 2) məlaikələr dünyası, ruhlar aləmi … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • şahi — f. 1) şaha aid; şahanə; 2) şahlıq, hökmranlıq; 3) keçmişdə: İranda və Azərbaycanda pul vahidi beş qəpiklik mis pul … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
  • baş — is. 1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. – Baş bədənin tacıdır, gözlər onun daş qaşı. (Ata. sözü). // Heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi. Toğlular … Azərbaycan dilinin izahlı lüğəti
  • bəylik — köhn. 1. sif. Bəyə məxsus, bəyə mənsub. Bəylik mülk. 2. is. məc. Ağalıq, hökmranlıq. Bəyliyi başarmadın, canın çıxsın belə gəz. (Məsəl). Müctəhid və şeyxülislamların cövlanı idi və xəlvət dərədə növ növ tülkülərin bəyliyi idi. C. M.. // məc.… … Azərbaycan dilinin izahlı lüğəti
  • cahangir — is. <fars.> 1. Dünyanı istila edən, dünyanı tutan, ölkələr fəth edən; imperialist. <Elxan:> Mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm. C. C.. Cahangirlər bir daha güvənməsin özünə; Sarsıdacaq onları … Azərbaycan dilinin izahlı lüğəti
  • hakim — is. <ər.> 1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Xalq hakimi. – Elə bil Zeynal çox xətrini istədiyi bir adamın yox, hakimin suallarına cavab verirdi. B. Bayramov. 2. idm. Oyunda, yarışda… … Azərbaycan dilinin izahlı lüğəti
  • hakimiyyət — is. İdarə etmək hüququ, siyasi hökmranlıq. Hakimiyyətin ilk illəri. Hakimiyyəti ələ keçirmə. Hakimiyyət başına gəlmək. – <Abbas:> Mən də buna qarşı üsyan elədim, ey Afşin, çünki gördüm ki, hakimiyyətin məhvəri türk qoşun başçılarından… … Azərbaycan dilinin izahlı lüğəti

Kuti hökmranlığı

Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən görkəmli dövlət xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində əsrin ilk rübündə mərkəzi hökumətin nüfuzu kifayət qədər yüksək idi. İsmayılın ölümündən sonra taxta onun oğlu Təhmasib keçir. Təhmasibin hakimiyyət illərində Osmanlı ilə münasibətlər daha da kəskinləşir. Sultan Süleyman dəfələrlə Azərbaycana hücum edir. Bu hücumlar sonradan iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnir.

“Ölkə.Az” bu gün 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsi barədə məlumat verəcək.

1555-ci il də Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına başlamağa razı oldu. O, hələ Naxçıvandan geri qayıdarkən bu barədə baş vəzir Məhəmməd paşaya müvafiq göstərişlər verdi. Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub göndərərək şahdan Sinan bəyi azad etməyi və danışıqlar aparmaq üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy həbsxanadan azad edildi və onunla birlikdə Qacar tayfasının ağsaqqallarından biri – Şahqulu bəy də yola düşdü. Şahqulu bəy qayıtdıqdan sonra, sultan Amasyada olarkən özünü ona çatdırmış “Qaradağ sufilərinin” ağsaqqallarından biri – eşikağası Fərruxzad bəy, Səfəvi elçisi kimi sultanın yanına göndərildi. Burada aparılmış danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh müqaviləsi bağlandı. Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn, Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri 961-ci (1554) ilə aid edilir. Qəffarinin və Əli Zeynalabdinin salnamələri haqqında da eyni sözləri demək olar. Bu hadisənin dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 29-da) bağlanmışdır.

Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır. 1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin təsir dairəsinə keçirdi.

Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına düşürdü. Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan (Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına düşmüşdür.

XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının Aəzrbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə əlaqələrə girmək üçün mümkün olan bütün tədbirləri görürdü. Yadda saxlamaq lazımdır ki, XVI əsrdə Osmanlı dövləti öz qüdrətinin ən yüksək dövrünü yaşayırdı. Onun sərhədləri Avropa, Asiya və Afrika qitələrini əhatə edirdi. İmperiyanın sərəncamında saysız-hesabsız canlı qüvvə və maddi ehtiyatlar, böyük hərbi potensial cəmləşmişdi. Osmanlı imperiyası yalnız Səfəvilər üçün deyil, hətta iri Avropa dövlətləri üçün də qorxulu düşmən idi. Buna görə də Avropa dövlətləri Səfəvilər dövlətinin simasında Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin xeyli hissəsini Avropadan yayındıran təbii və güclü müttəfiqlərini görürdülər. Osmanlı təhlükəsinin Avropa dövlətləri üçün nə dərəcədə qorxulu olduğunu alman imperatorunun Sultan Süleymanın sarayında olmuş səfiri Busbekin söylədiklərindən görmək olar. O yazırdı: “Yalnız Səfəvilər dövləti bizimlə fəlakətin arasında durur. Əgər Səfəvilər onu saxlamasaydı, Türkiyə bizi məhv etməyinə şad olardı. Onların arasındakı bu müharibə bizə qurtuluş deyil, yalnız tənəffüs verir”.

Osmanlı ordusu yalnız sayca və texniki təchizat (Səfəvilərdə olmayan böyük artilleriya cəbbəxanasının mövcudluğu) cəhətdən deyil, həm də qoşunun təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün idi. Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk qoşunlarına mətanətlə müqavimət göstərərək hər dəfə basqından sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan özbəklərə qarşı müharibə aparırdı. Bu dövrdə Osmanlı diplomatiyasının səyləri ona yönəldilmişdi ki, “qızılbaş bidətçilərə” qarşı mübarizədə sünni dövlətlərini, o cümlədən Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə təhrik etsin. I Şah Təhmasibin öz silahdaşlarından birinin narahatlıqla verdiyi suala cavab bu dövrdə Səfəvilərin strategiyası üçün səciyyəvidir: “Mən atamın qaydası ilə hərəkət etməyəcəyəm. Bu düşmən (Osmanlı sultanı nəzərdə tutulur-red.) çox güclüdür. Mən onunla qarşı-qarşıya durmayacağam, lakin Həsən padşah (Ağqoyunlu Uzun Həsən nəzərdə tutulur) Sultan Əbu Səidə qarşı necə hərəkət etmişdisə, o cür onun ətrafında dövrə vurub, onun adamlarının qoşundan kənara çıxmasına, sonra isə ora qayıtmasına yol vermədən hərəkət edəcəyəm”.

Səfəvi ordusu əsasən cəld və manevr edə bilən süvari hissələrindən ibarət idi. Düşməni geri çəkilməyə məcbur etmək, onun qüvvələrini yayındırmaq üçün qızılbaş süvari dəstələri tez-tez düşmən ərazisinin içərilərinə basqınlar edir, Osmanlı ordusunun arxa cəbhəsini ağır vəziyyətə salırdılar. Bu müharibələrdə Osmanlı Türkiyəsi təcavüzkar, hücum edən tərəf olduğuna görə, qızılbaşlar öz strategiyalarını başlıca olaraq müdafiə üzərində qururdular. Türk ordusunun Səfəvilər dövlətinin ərazisində irəliləməsini daha çox çətinləşdirmək üçün onlar bir sıra tədbirlər görürdülər. Məsələn, Osmanlı ordusunun güman edilən yolu boyunca ərzaq ehtiyatları məhv edilir, içməli su mənbələri torpaqla doldurulur, buğda və digər dənli bitki əkinlərinə od vurulurdu. Osmanlılar Azərbaycan ərazisində olduqları zamanda da mübarizə dayandırılmırdı. Qızılbaş hissələri qəfil basqınlar edir, Osmanlı qoşunlarının ayrı-ayrı dəstələrini tələfata uğradır, onların burada sonralar da qalmasını dözülməz edən şərait yaradırdılar. Buna görə də türklər hər dəfə ölkədə qısa müddət qalır və geri qayıtmağa məcbur olurdular. Düşmənlə mübarizənin sonuncu mərhələsində qızılbaş qoşunları ağır yürüşdən, aclıq və xəstəliklərdən yorulmuş, geri çəkilən Osmanlı ordusunun ardınca gedir, ona canlı qüvvə cəhətdən təsirli itkilər yaradırdı. Sonra isə düşməni izləməkdə davam edərək sultanın tabeliyində olan əraziyə daxil olur, Kürdüstanda və Şərqi Anadoluda böyük dağıntılar törədirdilər. Qızılbaşlar Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasındakı sərhəd ərazilərini boşaltmağa və əhalidən məhrum etməyə çalışırdılar. Bu, mümkün olan müharibələr zamanı düşmənin yürüşlərini çətinləşdirmək məqsədi güdürdü.

Qızılbaşların yuxarıda göstərilən müharibə strategiyası və taktikası I Şah Təhmasibin özünün yazdığı “Təzkirə”də yaxşı şərh olunmuşdur.

Təhmasib yazır: “Müharibədə düşmənə əlverişli imkan vermək olmaz. Əgər düşmən döyüşə can atırsa, imkan daxilində onunla üz-üzə döyüşdən çəkinmək lazımdır”. Sərhəd zolağında bütöv vilayətlərin viran edilməsinə şah aşağıdakı maraqlı mülahizələrlə haqq qazandırırdı:

“Biz hesablamışıq ki, xondkarın (Türk sultanı nəzərdə tutulur) qulluqçulardan başqa təxminən 300 min nəfərlik atlı qoşunu var. Və əgər hər birinin (süvarinin) bir qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən başqa sultanın piyada qoşunu yoxdur. Əgər hər birinin bir atı və dəvəsi varsa, onda 600 min at və dəvə alınır. Bir eşşəyə isə hər gün 2 mən (batman) arpa, cəmisi 12 min xalvar yüz mən arpa tələb olunur. 600 min adamın hər biri gün ərzində yarım mən ərzaq işlədirsə, cəmisi 3 min xalvar 100 mən alınır. Deməli, bir gün ərzində 15 min xalvar 100 mən taxıl lazımdır. Tutaq ki, xodkarın 150 min xalvar 100 mən taxılı vardır. Qoşunlarda da həmçinin 150 min xalvar taxıl var. Halbuki, həmin 300 min xalvar taxılı daşımaq üçün 500 min dəvə tələb olunur. Bunun hələ döyüş sursatı, topları və başqa ləvazimat daşıyan dəvələrə dəxli yoxdur. 300 min xalvar taxıl onlara 20 günlüyə bəs edir. Biz torpaqlara od vurduqdan və hər şeyi yeyəndən sonra, onlarla üz-üzə vuruşmayıb dövrələrində fırlanmaqda davam etsək onlar nə nə edə bilərlər? Bəs onlar yeməyi haradan əldə edəcəklər? Bəs qızılın onlara nə faydası olacaq? Buna görə də qayıtmaqdan savayı onların bir çarəsi qalmır”.

Ehtimal etmək olar ki, etibarlı müdafiə olunmaq üçün düşmən qoşunlarının maksimum sayı nəzərdə tutulmuşdur. Osmanlı basqını əleyhinə Təhmasibin yuxarıda təsvir olunan mübarizə üsulu, düşmən hücumunun başlıca obyektləri olan Azərbaycan və Kürdüstanın bir sıra ərazilərini xarabazara çevirirdi. Şübhə yoxdur ki, bu vəziyyət həmin ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərirdi. I Şah Təhmasibin fikrincə, guya mərkəzi hökumət həmin vilayətlərin məcburən boşaldılmasını və kəndlilərin ağır vəziyyətini nəzərə alaraq vurulan zərərin əvəzini dövlət vergilərini azltmaqla, yaxud tamamilə ləğv etməklə ödəyirdi. Məsələn, o yazırdı ki, “Sultan Sivasda olanda mən hər mahalın kəndxudalarını və rəiyyətini yanıma çağırıb dedim ki, əgər biz sizin taxıldan istifadə etməsək xondkar onu mənimsəyəcəkdir. Buna görə də bizim onu yeməyimiz lazımdır. Nədən istifadə edə bilməsək, yandırarıq. Bunun əvəzində biz sizin əmlakınızı üç il müddətində vergilərdən azad edərik”.

I Təhmasib “viran edilmiş ərazi” taktikasını həyata keçirməkdə ilk və yeganə hakim deyildi. Bu taktika onun atası Şah İsmayıl tərəfindən, 1514-cü ildə edilməsi, I Səlimin Azərbaycana soxulmuş qoşunlarına qarşı da uğurla tətbiq edilmişdi. “Viran edilmiş ərazi” taktikasının tətbiqi Osmanlı qüvvələrinin böyük üstünlüyə malik olmasından irəli gəlirdi. Azərbaycana yürüşləri zamanı, yalnız Osmanlı sultanları onların tabeliyində olan Suriya, Misir, Ərəb İraqı və Kürdüstandan deyil, habelə istila etdikləri Avropa ölkələrindən (Macarıstan, Bosniya, Serbiya, Moldaviya və s.) toplamış olduqları böyük ordudan istifadə edirdilər. Bu taktika Osmanlı Türkiyəsi ilə müharibələrdəki kimi, düşmən tərəfin daimi üstünlüyünün mövcud olmadığı özbəklərlə müharibələrdə öz əhəmiyyətini itirirdi. Səfəvi-Osmanlı müharibələri dövründə qızılbaşlar yalnız özlərinin sərhədyanı ərazilərinin boşaldılması ilə kifayətlənmir, Osmanlı Türkiyəsinin qonşu ərazilərinə də böyük ziyan vururdular. Məsələn, İskəndər Münşinin söylədiyinə görə, I Süleymanın üçüncü yürüşü zamanı osmanlı qoşunları Azərbaycandan çəkilməyə başlayanda, qızılbaş qoşunları geri çəkilən düşməni təqiib edərək Şərqi Anadoluda böyük dağıntılar törətmişdilər. Tarixçi yürüşün şərhini aşağıdakı şəkildə başa çatdırır: “Sultan-Süleymanın Əcəm ölkəsinə (Səfəvilər dövlət nəzərdə tutulur) gəlişi ilə vurulmuş zərər və itkinin əvəzi on qat artıq ödənildi. Bu yürüşdə qalibiyyətli qazilərin qisasçı qılınclarının sayəsində təqribən 20 min türk viran edilmiş yollardan keçərkən öldürüldü. I Şah Təhamasib Ərzincandan geriyə dönüb İrəvana gəldi. Oradan isə Qarabağ istiqamətində hərəkət etdi”.

Comments are closed, but trackbacks and pingbacks are open.