Press "Enter" to skip to content

Layların energetik xüsusiyyətləri

– Təhsil proqramında nəzərdə tutulan ümumi və peşə kompetensiyalarına yiyələnmək;

Layların energetik xüsusiyyətləri

Energetika -enerjinin çevrilməsi,ötürülməsi, saxlanması və müxtəlif məqsədlərə istifadəsi məsələləri ilə məşğul olur. Respublikamızda energetikaya aid aşağıdakı sənaye sahələri fəaliyyət göstərir:

– Energetik sistemlər və komplekslər;

-Elektrik stansiyaları və elektroenergetik sistemlər;

– Sənaye istilik energetikası;

– Bərpa olunan enerji mənbələri əsasında energetik qurğular;

– Yüksək gərginlik texnikası;

– İstilik elektrik stansiyaları,onların energetik sistemləri və aqreqatları.

Energetika – texnikanın elə bir vacib hissəsidir ki, burada digər növ enerjilərin istilik və elektrik enerjisinə çevrilməsi, ötürülməsi, istifadəsi və idarə olunması prosesləri həyata keçirilir. İstilik və elektrik enerjisinin tətbiqi müxtəlif texniki üsul və vasitələrlə həyata keçirilir.

Energetika – insan fəaliyyətinin xüsusi sahəsi olub, istilik ,mexaniki və elektrik enerjisinin qarşılıqlı çevrilməsi prosesini özündə ehtiva edir ki, bu da əsasən energetikaya aid sənaye sahələrində baş verir.

Enerjinin istehsalı, ötürülməsi,paylanması və istifadə edilməsi üçün müxtəlif növ energetik qazanlar, reaktorlar, enerji bloklarının buxar və qaz turbinləri, generatorlar,qazların və havanın sıxılması üçün kompressorlar, istilik nasosları, köməkçi istilik-mexaniki avadanlıqlar, müxtəlif təyinatlı istilik mübadilə aparatları, istilik şəbəkələri və avadanlıqları, istilikdaşıyıcıların və işçi cismin kondensatlaşdırılması qurğuları, elektrik şəbəkələri və avadanlıqları, müxtəlif transformatorlar, texnoloji mayelər, yanacaq və yağlar və s. istifadə edilir.

“Energetika mühəndisliyi” ixtisasına malik bakalavrın fəaliyyət sferasında istilik və elektrik enerjisinin istehsalı, çevrilməsi, ötürülməsi və paylanması istiqamətində müasir texniki vasitələrdən və metodlardan istifadə olunur.

“Energetika mühəndisliyi” ixtisasını bitirmiş bakalavrın fəaliyyət obyektləri istilik və elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, digər enerji növlərinə çevrilməsi, istilik və elektrik enerjisi təlabatı olan sənaye müəssisələri və yaşayış sahələridir.

“Energetika mühəndisliyi” ixtisasına malik bakalavrın fəaliyyət predmeti aşağıdakılardır:

– İstilik elektrik stansiyaları;

– Elektrik stansiyaları və yarimstansiyalar;

– İstilik şəbəkələri və istilik təchizatı sistemləri;

– Elektrik şəbəkələri və elektrik təchizatı sistemləri;

– Buxar və qaz turbinli İES-lər;

– Günəş elektrik stansiyaları;

– Müxtəlif sənaye müəssisələrinin, şəhərlərin və qəsəbələrin istilik və elektrik təchizatı;

– Texnoloji komplekslər, qurğular, avadanlıqlar və sistemlər;

– İstilik və elektrik sistemlərinin avtomatikası və avtomatlaşdırılması;

– Sənaye və istiləşdirmə qazanxanaları.

“Energetika mühəndisliyi” ixtisasına malik bakalavr aşağıdakı növlərə malik yerlərdə iş fəaliyyətini yerinə yetirə bilər:

– Layihə, axtarış və elmi tədqiqat sahələri;

– İstilik və elektrik enerjisinin istehsalınin texnologiyası sahələri;

– İstilik və elektrik enerjisinin çevrilməsi, ötürülməsi, paylanması və tələbatı sahələri;

– Təşkilati və idarəetmə sahələri;

– Təhsil və pedaqoji fəaliyyət sahələri.

“Energetika mühəndisliyi” ixtisasına malik bakalavr professional fəaliyyəti dövründə aşağıdakı funksiyaları yerinə yetirir:

– İstilik elektrik stansiyalarda, yarimstansiyalarda energetik sistemlərin iş və istismar rejiminə, avtomatikasına, müxtəlif sənaye müəssisələrinin, şəhərlərin və qəsəbələrin istilik və elektrik təchizatına, qeyri-ənənəvi və bərpa olunan enerji mənbələrinin, iş funksiyasının keyfiyyətinə, təkmilləşdirilməsinə, energetik avadanlıqların modernləşdirilməsinə və texniki-iqtisadi göstəricilərinin yaxşılaşdıırlmasına və onların işini xarakterizə edən parametrlərin dəyişməsinə və ölçmə vasitələrinə nəzarət edir və texniki xidmət göstərir.

Bu sahədə uğurlu olmaq üçün proqrama uyğun bilik və vərdişlərə keyfiyyətli yiyələnməli, nəzəriyyə və praktiki təlim arasında tarazlığı təmin etməli, əsas diqqət praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir. Müasir laboratoriyalar, tədqiqat laboratoriyaları, proqram və texniki təminat, komputer otaqları, yerli şəbəkə, internet, məlumat bazaları, elektron kitabxana və universitetin məlumat axtarış sistemlərindən səmərəli istifadə edilməlidir.

Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün vacibdir:

– Təhsil proqramında nəzərdə tutulan ümumi və peşə kompetensiyalarına yiyələnmək;

– O cümlədən, ana dilində şifahi və yazılı kommunikasiya bacarıqları;

– Ən azı bir xarici dildə kommunikasiya bacarıqları;

– Tədris prosesində informasiya texnologiyalarından effektiv istifadə etmək qabiliyyəti;

– Bilik və bacarıqlarını yaxşılaşdırmaq məqsədi ilə özünütəhlil və özünü sorğu-sual etmək qabiliyyəti;

– Öz fəaliyyətini, özünütəhsili və bacarıqların təkmilləşdirilməsini planlaşdırmaq və təşkil etmək qabiliyyəti, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığı;.

– Energetik avadanlıqlar üzrə xüsusi layihələndirmə proqram təminatı ilə işləmək bacarığı;

– Energetik avadanlıqların iş rejimini və istismarını vizual qiymətləndirmək bacarığı;

– Avadanlığın təhlükəzisliyi qaydalarını müəyyən etmək və anlamaq bacarığı.

Müasir laboratoriya avadanlıqlarında və təcrübə qurğulaında ən son texnologiyaya uyğun energetik avadanlıqların iş rejimini öyrənmək məqsədilə bu ixtisas üzrə xaricdə təhsil önəmlidir.

Bu sahədə ADNSU ilə xarici universitetlər arasında əməkdaşlıq vardır.

Karyera planlamasınnı qurmaq üçün:

Bakalavr proqramının məzunları təhsillərini eyni yaxud yaxın ixtisaslar üzrə Magistr proqramlarında davam etdirməklə;

“Azərenerji”ASC,”Azərişiq”ASC,”Azəristiliktəchizat”ASC,ATEF şirkətlər qrupu MMC və s. digər özəl şirkətlərin və dövlət müəssisələrinin insan resursları departamentlərinə CV təqdim etməklə.

ADNSU-da təşkil olunan karyera sərgilərində,“Azərenerji”ASC,”Azərişiq”ASC,” Azəristiliktəchizat”ASC, ATEF şirkətlər qrupu MMC və s. digər özəl şirkətlərin və dövlət müəssisələrdə ilboyu və istehsalat təcrübəsi zamanı ilk işi tapmaq mümkündür.

Əliyev Aydın və Nəsirov Şükür

Partnyorlar arasında enerji əlaqəsinin xüsusiyyətləri

Tantrik təliminə inansaq, qadın və kişi arasında energetik əlaqə cinsi münasibətlər baş verməzdən xeyli əvvəl başlayır. İki insan qarşılıqlı olaraq bir-birini bəyəndiyi zaman onların arasında çoxkanallı enerji mübadiləsi aktivləşir. Bu enerji yaradıcılıq potensialını göstərməyə, psixo-emosional balansı normallaşdırmağa və həyatın bütün aspektlərini yaxşılaşdırmağa imkan verir.

Bütün həyati proseslər enerji mübadiləsi ilə bağlıdır. Aldığımız müsbət və ya mənfi emosiyalar təbii enerji sahəsinə və aura vəziyyətinə təsir göstərir. Buddistlər əmindir ki, kişilər təbiətən enerjisini göydən alır, qadınlar isə əksinə yer enerjisi ilə qidalanır.

Güclü cinsin nümayəndəsi öz ideya və fikirlərini həyata keçirə bilmək, eləcə də qüvvə toplamaq üçün qadın enerjisinə ehtiyac duyur. Qızlar isə əksinə energetika ötürülməsi yolu ilə emosional baxımdan təmin olunur və gəncliyin ömrünü uzadırlar. Bu prosesdə özünəməxsus tarazlıq qurulduqdan sonra hər iki tərəf həyatının bütün aspektlərini yaxşılaşdırmağa doğru gedir, çünki enerji bütün kanallara düzgün istiqamətdə ötürülür, o cümlədən qəlbə kainatın «bankı» ilə birbaşa əlaqə yaratmağa imkan verir.

Qadın kişi arasında enerji mübadiləsi qanunu
Gender bərabərliyi qanunu nə qədər geniş yayılmasına baxmayaraq, ezoterik aksiomalar dəyişə bilməz. Qədim zamanlardan etibarən insanlar hesab edirdilər ki, qadın ötürən, kişi isə xanımının xoşbəxtliyi üçün enerjini qəbul edən tərəfdir.

İki insan arasında romantik münasibətlər başlayanda, qadın kişiyə enerjinin aşağıdakı formalarını ötürür:
Fiziki: intim yaxınlıq və məişət qayğıları;
Əqli: müdrik məsləhətlər vermək, istənilən yüksəkliklərə çatmaq üçün qərarların qəbul edilməsinə yardım etmək və dəstək vermək.

Bu proses aktivləşən kimi kişi sakit və təmkinli olur. Qadın enerjisi ilə lazimi gücü toplayan və öz potensialını realizə edən kişi partnyorunu ruhlandırmaq üçün ondan aldığı enerjini geri qaytarmalıdır. Bu, hər hansı hədiyyə, fiziki yardım və ya xoş sözlər ola bilər. İzdivacın möhkəm olması və tərəflərin heç birinin özünü əzilmiş hiss etməməsi üçün belə enerji mübadiləsi daimi olmalıdır.

Enerji həmişə dövr edir, odur ki, o «heç bir yerə getmir və ya heç vaxt yox olmur”. İnsanlar bir-birinə simpatiya duyduqları zaman enerjiləri aktiv şəkildə mübadilə edir və bu proses onları qarşılıqlı şəkildə sevindirir. İki şəxsin təbii enerji mübadiləsi kanallarının yaranmasına və enerjinin birindən digərinə ötürülməsinə yol açır. Bu enerji axını özünəməxsus rəngləri və forması (bunu ekstrasens qabiliyyətlərə malik olan kəslər görə bilər) ilə seçilir.

Tərəflər ünsiyyət növündən asılı olaraq bu enerji kanalları və ya digər çakralar vasitəsilə bir-birinə bağlıdır.
Muladxare (baza çakrası) — qohumluq münasibətləri;
Svadxistane (seksual çakra) – sevgili münasibətləri və ya ailəli cütlüklərin, yaxud dostların „yüngül“şəkildə vaxt keçirməsi;
Manipure (göbək çakrası) — qohumluq əlaqələri, işdə həmkarları arasında və ya rəhbərliklə münasibətlər, dostluq əlaqələri, rəqabət aparmaq məcburiyyətində qaldığımız insanlar;
Anaxate (ürək çakrası) — belə tip münasibət tərəflərin bir-biri ilə qarşılıqlı həssas əlaqəsindən xəbər verir. Onlar sevgi və sayğıyla yanaşdığımız insanlardır.
Vişudxe (Boğaz çakrası) — işdə həmkarlar və məsləkdaşlar arasında münasibətlər;
Ance (Alın çakrası) – bu kanal ilə əlaqə adətən öz kumirlərinin, müxtəlif təşkilatların və cərəyanların liderlərinin yamsılamasından danışır. Təlqinedici kanal yaxşı inkişaf edib, başqalarının fikir və ideyalarından ilham alır. İnsanlar bir-birinə telepatik əlaqə ilə bağlıdır;
Saxasra (tac çakrası) – ünsiyyət sadəcə eqroqor (Eqreqor — yunancadan tərcümədə insanların fikir və təxəyyülləri sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s. deməkdir) səviyyəsində baş verir.

Cütlüklər bir-birinə qarşı olan marağı nə qədər çox göstərsələr, onlar arasında daha geniş enerji kanalı formalaşır. Güclü əlaqələrin qurulması ilə bütün enerji mərkəzləri arasında sıx əlaqələr mövcud olur. Üzərində nə vaxtın, nə də məsafələrin heç bir gücə malik olmadığı sevgi münasibətləri məhz belə formalaşır. Məsələn, bir ana uşağı harada olmasından, hətta onların son görüşündən uzun vaxt keçməsinə baxmayaraq, onu hər yerdə hiss edir.

Qadın və kişi arasında sağlam münasibətlər zamanı təmiz, parlaq və döyünən kanalların formalaşması baş verir. O zaman tərəflər bir-birinə etibar edirlər, onlar səmimidir, lakin öz şəxsi azadlığı və özlərinə xas həyat sahəsini qoruyub saxlayırlar. Belə olan halda, heç bir pozuntu olmadan bərabər enerji mübadiləsi haqqında danışmaq olar.

Əgər münasibətlər sağlam deyilsə, tərəflərdən biri digərindən asılı hala gəlir, onda kanallar tutulur və ağırlaşır. Belə münasibətlərdə azadlıq yoxdur, sevgi hissləri zamanla cütlükləri qıcıqlandırır, bir-birinə qarşı qəzəb və hiddət baş qaldırır. Tərəflərdən biri bütün nəzarəti öz əlinə almaq istədiyi zaman auranın hər yöndən zəhərlənməsi müşahidə olunur.

Münasibətlər bitən zaman da eyni hal nəzərə çarpır, kanallar getdikcə daha da zəifləyir. Uzun müddət sonra kanallarda enerji axını dayanır və insanlar yadlaşır, sanki onlar arasında heç nə baş verməyib, onları bir-birinə bağlayan heç nə olmayıb.

Ayrılıqdan sonra energetik kanallar qorunub saxlanıbsa, enerji insanları bir-birinə cəzb etməyə davam edir. Keçmiş sevgililərdən biri bütün enerji mübadiləsini kəsə bilər. Lakin digər tərəf onun enerji müdafiə qatından keçərək münasibəti yenidən qurmağa davam edir.

Cinsi münasibət zamanı insanlar arasında yaranan enerji əlaqəsi
Əgər insanlar arasında yaxın münasibətlər baş veribsə, enerji kanalları ayrılıqdan sonra uzun müddət yox olmur. Xüsusilə intim yaxınlıq baş veribsə. Başqa bir insanla intim əlaqəyə daxil olarkən seksual çakrada yeni bir kanal meydana gəlir. Bu cür kanallar fəaliyyətlərini çox uzun müddət qoruyub saxlayırlar. Bu kanallar uzun illər, bəzən isə ömrümüzün sonuna qədər aktiv qala bilir.

Bu zaman cinsi münasibətdə olduğunuz insanı yetəri qədər tanıdığınız, onunla harada və ya necə tanış olduğunuzun heç bir əhəmiyyəti yoxdur, energetik kanal hər bir halda seksual çakrada formalaşır və öz fəallığını saxlayır. Əgər bir kanal varsa, enerji axını onun içində dolaşmağa davam edir. Bu enerjinin pozitiv və ya neqativ olduğunu hər iki tərəfi yaxşı tanımaqla müəyyən etmək olar.

Qadın və kişi arasında enerji kanalı barədə ən maraqlı faktlardan biri də odur ki, birlikdə yaşayan insanlar xarakterik olaraq enerji kanallarını bir-birinə görə nizamlayır. Harmonik intim əlaqələr üçün təbii enerji sahəsinin sinxroniziyası lazımdır. Məhz bu səbəbdən də cütlüklər uzun müddət birlikdə yaşadıqları zaman bir-birinə oxşamağa (hətta fiziki cəhətdən) başlayırlar.

Bir insan hər hansı şəxslə təmasa girmək istəmədikdə, bədəninin enerji konturunu bağlayır, nəticədə bütün ətrafımızdakılardan gələn enerji seli üzərimizdə əks olunur. Bu zaman başqa insanlara elə gəlir ki, onları heç kim eşitmir.

Yuxarıda qeyd edildiyi kimi, sevgililər arasında qarşılıqlı duyğuların olması nəticəsində tək bir energetik kanal yaranır. Əgər tərəfdaşlığın şərtləri yerinə yetirilsə, enerji mübadiləsi gələcəkdə də davam edir. Ər-arvad bir-birini dəstəkləməklə izdivacı enerji ilə doldurarsa, onların münasibətləri daha da möhkəm olacaq.

Mühüm bir qeyd: tərəflərin hər biri öz təbiətinə əsasən hərəkət etməlidirlər: kişi kişi kimi, qadın isə qadın kimi. Məsələn, qadın özündə kişi enerjisini inkişaf etdirsə, getdikcə “kişiyə” çevrilir. Təkbaşına yaşasa belə bu, onun rifahına təsir göstərməyəcək.

Ümumiyyətlə, kişi maddi rifahdan məsuldur, qadın isə münasibətlərin ümumi vəziyyətinə görə məsuliyyət daşıyır. Odur ki, kişi maddi çakra vasitəsilə enerji verir, qadınsa bunu qəbul edir və o, öz növbəsində qarşı tərəfə ürək çakra vasitəsilə enerji ötürür.

Yekun olaraq qeyd edək ki, qadın və kişi münasibətləri arasında enerji kanalları təbiətən belə yaradılıb və ona qarşı çıxmaq bütövlükdə cütlüklərin münasibətlərinə mənfi istiqamətdə təsir edəcək.

Hazırladı: Aytən Məftun

  • Teqlər:
  • seks
  • , cinsi bərabərlik
  • , cinsi əlaqə
  • , tantra
  • , kişi-qadın münasibətləri

Energetiklar bizni haqiqatdan energiya bilan ta’minlaydimi?

Turli energetik ichimliklar tarkibida bir-biriga o‘xshash ingrediyentlar uchraydi. Ularning qaysi biri haqiqatdan organizmni tetiklashtiradi, qaysilari esa umuman foydasizligi haqida quyida to‘xtalib o‘tamiz.

Kofein

Kofein — ko‘plab energetik ichimliklarning ingrediyenti hisoblanib, haqiqatda markaziy asab tizimi va yurak qon tomir faoliyatini stimullaydi.

Taurin

Taurin — bu inson va hayvonlarning to‘qimalarida uchraydigan organik aminokislota bo‘lib, u organizmda o‘zi sintezlanishi ham mumkin, go‘sht va baliq mahsulotlari orqali ham kirishi mumkin. Ichki a’zolarning normal ishlashi uchun kerakli bo‘lsa ham taurinning hech qanday energetik xususiyatlari tasdiqlanmagan.

Guarana

Janubiy amerikaning «liana» nomli yer mevasi kofeinga juda boy hisoblanadi. Agar energetiklar tarkibida «guaran» tutadi deb yozilgan bo‘lsa, «juda ko‘p kofein» mavjud deb hisoblash mumkin.

Glyukuronolakton

Glyukuronolakton – bu moda odam organizmida sintezlanadi ham va smola tarkibida ham mavjud. Ishlab chiqaruvchilar o‘z mahsulotlariga bu ingridiyentni qo‘shishiga qaramasdan enegetik effekti isbotlanmagan.

B guruhi vitaminlari

B vitamini energetiklar tarkibida turli shakllarda uchraydi (nikotin kislota, foliyev kislota, riboflavin yoki sianilkobalamin). Bu vitaminlar energiya almashinuvda muhim rol o‘ynaydi. Muammo shundaki, ularni iste’mol qilganda olinadigan effekt, faqat B gipovitaminoz holati mavjud bo‘lgandagina seziladi. Ya’ni B guruhi yetarli bo‘lgan kishi uchun bu xususiyat umuman foydasiz.

L-karnitin

Bu tabiiy aminokislota jigar va buyrakda sintezlanib, chidamlilikni oshiradi, charchoqni kamaytiradi. Ammo energetiklar tarkibida bu modda sezilarli effekt ko‘rsata oladigan miqdorda bo‘lmaydi.

Shakar

Energetiklar tarkibida shakarning ko‘pligi ish faoliyatini keskin ortishiga sabab bo‘lishi mumkin. Negaki glyukoza tana hujayralari uchun energiya manbai hisoblanadi. Ammo ortiqcha miqdorda shakarni iste’mol qilish «glyukoza zarbasi» effektini berishiga – energetik sakrashdan so‘ng tez orada toliqish hissini paydo bo‘lishiga sabab bo‘ladi.

Xulosa

Agar tetiklanishni istasangiz bir chashka achchiq kofe ichishni tavsiya etamiz. Bu energetikda kofein ortiqcha bo‘lmaydi, shakarni esa ta’bga qarab qo‘shishingiz mumkin. Zero, avvalgi maqolalarimizning birida shakarni «Qonuniy narkotik» deya atagan edik!

Comments are closed, but trackbacks and pingbacks are open.