Press "Enter" to skip to content

Kurrikulum ve tehsil

Uşaq psixologiyası ümumi psixologiya ilə əlaqədardır. Ümumi psixologiyanın əldə etdiyi elmi-nəzəri müddəalar uşaq psixologiyasının tədqiqat istiqamətlərini müəyyənləşdirməyə, şəxsiyyətin psixoloji strukturunu açmağa imkan verir.

Yaşlılıq psixologiyası

Yaşlılıq psixologiyasının öyrənilməsinə cəmiyyətimizdə, çox təəssüf ki, önəmli bir məsələ kimi baxılmır. Amma nəzərə alsaq ki, uzun həyat yolumuzda bu mərhələni keçəcəyik, o zaman bizə necə davranılmasını istəyəriksə, eyni davranışı yaşlı yaxınlarımıza göstərmək həm bizim üçün, həm də gələcək nəsillər üçün xüsusi bir önəmə sahib olduğu görülür. İlk öncə, onu qeyd edək ki, sevdikləri ilə zaman keçirməyi hər bir insan istəyər, amma yaşlanan yaxınlarımızı görməyə getmək bəzən fərqli və zaman-zaman stresli bir prosesə çevrilə bilir. Yəni yaşlı yaxınlarımızda gördüyümüz fiziki və bununla bərabər digər dəyişikliklər bizə psixoloji olaraq üzüntü yaşada bilər, amma bilməliyik ki, yaşlı psixologiyasının müşahidə edilən davranışları onların problem yaşadığı sahələr ilə əlaqəli bizə ipucları verir. Yaşlı yaxınlarımızın gündəlik həyatda bir çox sahələrdə problem yaşadığını görmüşük. Lakin bəzi ailələr gedən bu dəyişikliklərin görülməsinə baxmayaraq, illərlə səssiz qalırlar. Təkcə ümumi problemlərə deyil, yaşlıların problemləri ilə necə başa çıxacaqlarına dair ipuclarına birlikdə baxaq:

  • İlk öncə, yaşlıların həyat tərzi ilə əlaqəli ipuclarını təqib etmək lazımdır. Yəni onların evlərinə getdikdə hər hansısa ehtiyacları ilə əlaqəli evə diqqət yetirmək. Məsələn, ev təmiz olmaya bilər, evə gedən yollar yaşlılar üçün rahat olmaya bilər, evdə yetərincə yemək olmaya bilər və bunun kimi bir çox hallar. Bütün bunlara diqqət yetirib həll etmək önəmlidir. Bu hallar yaşlıların səhhəti ilə bağlı yaşadığı problemlə də əlaqəli ola bilər. Bu baxımdan, nəzərə alınmalıdır ki, bu dövrdə yaşanan sağlamlıqla əlaqəli problemlər çox tez irəlilədiyindən, bir şeylərin səhv getdiyinə dair diqqətli olmaq önəmli bir addımdır. Qeyd edək ki, bu dövr insanların həssaslaşdığı bir dövrdür və bunun üçün də narahatlıq, depressiya halı, küsəyənlik olması, narazı davranışlar olduqca təbii qarşılanmalıdır. Eyni zamanda, bəzi hərəkətlərin məhdudlaşdığı bu dövrdə şəxsi gigiyena qaydalarına əməl etmək də çətinləşir. Bu baxımdan yaşlılara yardım edilməsi mütləqdir. Evin səliqəsi, qırılmış əşyaların təmiri, yemək hazırlamaq və bu kimi digər işlərin görülməsində onlara dəstək olmalıyıq.
  • Dostca əlaqə qurmağa çalışın. Təqaüdə çıxmaq, istirahət, baxım və bu kimi digər mövzuları nəzakətlə müzakirə edib mövzunu başqa yerlərə çəkməməliyik. Unutmamaq lazımdır ki, valideynlərimiz nə qədər yaşlı olsalar da, bizi uşaq olaraq görürlər, buna görə də bu münasibətə hörmət etməliyik və mülayim söhbət aparmalıyıq. Bunun üçün sakit mühitdə danışıqlar aparmaq gözəl nəticə verəcəkdir, eyni zamanda, söhbətə girişi mülayim başlayıb, daha sonra ehtiyacları barəsində suallar soruşaraq onların narahatlıqları barəsində öyrənə bilərsiniz.
  • Özünüzü günahkar hiss etməyin. Günahkar hiss etmək bir çox ailə üzvü üçün ən böyük problemlərdən biridir. Çünki həyatımızın erkən dövrlərində yaşlılar ilə maraqlanıb, onların hər ehtiyaclarını ödəyəcəyimizə dair sözlər veririk. Lakin bu sözlərə eməl etmək bəzən mümkün olmur və günahkarlıq hiss etməyə başlayırıq. Burada önəmli olan günahkarlıq hissindən qurtulmaq və vəziyyəti doğru şəkildə dəyərləndirməkdir. Ən böyük problemlərimizdən biri də yaşlı yaxınımıza baxmaq və həyatımızı, yaşamımızı bu istiqamətdə şəkilləndirməkdir. Bu çox rahat səslənib asan görünsə də, praktikada çox da asan deyil. Yaşlı şəxslərin baxımını öz üzərimizə götürdükdə bilməliyik ki, bu ağır məsuliyyətdir və özümüzə verməli olduğumuz suallar var:

İşdən vaxt ayıra bilərəmmi?

İşlərin uzun müddət yavaşlamasını və ya dayanmasını gözə ala bilərəmmi?

Ailəmlə birlikdə yaşlı yaxınlarımla yaşamaqla yaşlıların rahatlığını təmin edə bilərəmmi? Bu vəziyyət şəxsi münasibətlərimə necə təsir edər və ya bu cür şərait həmin yaşlı qohumumun həyat keyfiyyətinə necə təsir edə bilər? və s. Bu suallar həqiqətə əsaslanır və şüurlu qərar vermə prossesinin önəmli bir parçasıdır. Digər tərəfdən, işlərin həll edilməsi və ehtiyacların qarşılanması baxımından köməkçinin gətirilməsi vacibdir. Amma diqqət etmək lazımdır ki, o şəxs səbirli, mərhəmətli və qayğıkeş insan olsun. Bu, yaşlılar üçün önəmlidir. Belə olan halda, həmin insanın diqqəti daima yaşlı üzərində olacaq və biz də tez-tez baş çəkərək, ehtiyacları ilə maraqlanaraq , özünü necə hiss etməsi barəsində soruşaraq daha keyfiyyətli ünsiyyət qura bilərik. Bu dediklərim yaşamını təmin etmək üçün çalışan insanlar baxımından önəmlidir, əgər çalışmırıqsa özümüz bu prossesin öhtəsindən gələ biləriksə, yaşlılara laqeyd yanaşmadan bunu məsuliyyətlə icra etməliyik. Diqqət etməli olduğumuz məqamlardan:

  • Onlarla dürüst danışın.Yəni ehtiyacları haqqında, nə istəyib, nə istəmədikləri haqqında. Onların rahatlığını necə təmin edə bilərsiniz-bunun haqqında. Onların fikirlərini yox saymayın. Çox zaman həmin yaşda insanlar özlərini dəyərsiz, lazımsız görürlər və həyatın artıq geridə qaldığını, daha yaşamağın heç bir faydası olmadığını düşünürlər. Onlarla ünsiyyət prossesində lazımlı, dəyərli olduqlarını bidirin, həyatın davam etdiyini və yaşamağa dəyər olduğunu onlara davranışlarınızla hiss etdirin.
  • Riskləri dəyərləndirin. Ümumiyyətlə, yaşlı yaxınımızın tək yaşamaq istəyi olarsa, burada riskləri gözə almaq lazımdır. Məsələn, yaşlı şəxsin tək başına gəzməsində heç bir problem Ancaq yıxılıb, hər hansı bir yerini zədələməsi çox ciddi problemlər yarada bilər. Göz ardı edilməməsi vacib olan bir digər məsələlər yaşlı istismarı, fiziki məhdudiyyətlər, zehni problemlər və bu kimi digər məsələlərdir. Bu üçün də maddi sıxıntılar, depressiyaya və sağlamlıqla bağlı bütün problemlərə diqqət edilməlidir.
  • Yaşlı psixologiyasındakı Əgər yaşlı insan hansısa bir işi tək başına görə bilmirsə, bu zaman asanlıqla depressiyaya düşə bilər. Özünü yetərsiz hiss edə bilər. Bunun normal olduğunu, hər insanın hər şeydə bacarıqlı ola bilməyəcəyini, hər yaşın öz xüsusiyyətləri olduğunu ona mülayim bir şəkildə başa salmaq lazımdır. Daha sonra qayğı və sevgi şəklində olan münasibət yaşlının yetərsizlik hissindən çıxmasına səbəb olacaqdır.
  • Bundan əlavə, yaşlılar üçün vaxtlarını səmərəli keçirəcə biləcəkləri mühit yaratmalıyıq. Yaşlılıq dövrü üçün ünsiyyətin əhəmiyyəti böyükdür. Bu onları yalnızlıqdan qurtaran və səmərəli vaxt keçirilməsi baxımından olduqca gözəldir. Bunun üçün qrup fəaliyyətlərinin təşkili çox önəmlidir. Bacarıqların sərgilənməsi məhz yaşlının özünə inamının yerinə gəlməsi üçün çox gözəl addımdır. Bununla birlikdə dəyərsizlik psixologiyasından çıxılmış olur və həyat eşqi geri qayıdır.

Yaşlılıq psixologiyasına ümumi nəzər saldıq. Həyatımızın hər bir dövrünün olduğu kimi, yaşlılıq dövrünün də özünəməxsus xüsusiyyətlərinin olduğunu öyrəndik. Unutmayaq ki, həyatının hər bir dövrünə uyğun xüsusiyyətlərinə görə insanlar olduqları kimi gözəldir. Yaşlılıq da bunun bir parçası olduğu üçün bizə sadəcə yaşlıları xoş və anlayışla qarşılamaq düşər.

YAZAR: Səbinə Rzazadə (Psixoloq)

  • ← Psixologiya və tədqiqat
  • Müharibədən öncəki və sonrakı “mən”in müəyyən olunması →

kurrikulum ve tehsil

Yaş psixologiyasının tərkib hissəsi olan uşaq psixologiyası uşağın psixi inkişafının xüsusiyyətlərini öyrənir.Uşaqlıq dövrü insanın şəxsiyyət kimi təşəkkülünün, sosial dəyərləri mənimsənilməsinin məhsuldar dövrüdür.Dilindən, dinindən, irqindən və milli etnik xüsusiyyətlərindən asılı olmayaraq, bütün uşaqlarda eyni qanunauyğunluqlar əsasında inkişaf edir.Bütün uşaqlar öz inkişafında çağalıq, körpəlik, məktəbəqədər uşaqlıq, kiçik məktəb yaşı, yeniyetməlik və erkən gənclik kimi mərhələrdən keçir: onların hamısında inkişaf böhranlı və sabit olmaqla 2 əsas cəhətlə xarakterizə olunur.
Psixologiya elmi XXI əsrin elmi kimi səciyyələndirilən geniş, şaxələnmiş biliklər sisteminə çevrilmişdir.Bu elmin 100-ə yaxın sahəsi mövcuddur və müstəqil bilik sahəsinə çevrilməkdədir.Yaş psixologiyasının tərkibində insanın ontonogenizdə psixi inkişafının dinamikasını və qanunauyğunluqları öyrənən bir sıra bölməlidir: uşaq psixologiyası, yeniyetmənin psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamın psixologiyası və qocalıq dövrünün psixologiyası xüsusi olaraq fərqəndirilir.

Yaş psixologiyasının xüsusi sahələrindən biri kimi uşaq psixologiyası ontogenezdə uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını, dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir.Uşaq psixologiyasının tədqiqat obyektini uşaqlar təşkil edir.
Uşağın orqanizmini özünün fiziki, fizioloji və morfoloji əlamətlərinə görə yaşlı adamın orqanizmindən fərqləndiyi kimi, onun psixası da yaşlıların pxikasından köklü surətdə

fərqlənir. Uşağın fiziki inkişafı kimi, onun psixi inkişafının faktları və təzahürləri də yaşlıların diqqət mərkəzində olmaqla onlarda böyük sevinc və maraq doğurur.

Uşağın fəallığı yeni olan hər şeyə marağı, rəftar və davranışındakı təkrarsızlıqlar, müstəqillik meyli, müşahidəçiliyi, nitqə yiyələnməsi, yaşlılarla qarşılıqlı əlaqə üsulları, hissi, hərəki və emosional həyatında günbəgün müşahidə olunan dəyişikliklər onun psixi inkişafına aid edilən faktlardır.Uşağın ən məxsusi xüsusiyyəti bioloji varlıq, fərd səviyyəsindən sosial varlıq şəxsiyyət səviyyəsinə doğru inkişaf edir.
Fərdin inkişafının irsiyyət və mühitlə, təbiət və ya cəmiyyətlə, təlim və ya tərbiyə ilə nə dərəcə də şərtlənməsi uzun illərdir ki, elmi ədəbiyyatlar da mübahisə predmeti olmuşdur və bu günədək özünün 1 qiymətli həllini tapmamışdır.Məlumdur ki, uşağın fiziki inkişafı kimi, onun psixi inkişafı da həyat təcrübəsi və orqanizmin yetişməsi prosesinin birgə təsirindən asılıdır.Belə ki, digər canlıların balalandan fərqli olaraq, insan övladı doğularkən potensial nitq imkanlarına malik olur.Normal inkişaf nəticəsində bu imkan həyatın 1-2 ilində reallaşır.İntensiv təlim bu prosesi müəyyən qədər sürətləndirə bilsə də, inkişafın müvafiq mərhələsi üçün uyğun olan sərhədləri kəskin şəkildə dəyişdirə bilməz, 1 yaşdan əvvəl uşağa sərbəst danışa bilməz. Ontonogezdə ( yunanca-mənşə) uşağın psixi inkişafını faktlarını qanunauyğunluqlarını, hərəkətverici qüvvələrini, şərtlərini araşdıran psixologiyası uşağın psixikasının inkişafı prosesini izləyir.Psixologiyada ontogenez uşaqlıq dövründən başlayaraq fərdin psixikasının ə əsas strukturlarının formalaşması prosesini nəzərdən keçirir.Müasir elmi-psixoloji təsəvvürlərə görə ontogenezin əsas məzmunu uşağın əşyavi fəaliyyəti, ünsiyyəti, xüsusilə yaşlılarla birgə ünsiyyəti təşkil edir.Həyatın ilkin dövrlərində uşaq fəaliyyətin sosial, işarə-simvolik strukturlarını, ünsiyyəti mənimsəyir və bu amillər onun şüurunun və şəxsiyyətinin formalaşmasında güclü stimul rolunda çıxış edir.Bu prosesdə uşağın təlabatlar sisteminin formalaşmaqda olan motivlərinin, həyat şəraitinin coğrafi iqlim amillərinin, yaşlıların, cəmiyyətin məqsədəyönlü, fəal təsirinin həlledici rolu vardır. Uşaq artıq 3-4 yaşlarında öz milli mədəniyyətinin əsas sterotiplərini emosional səviyyədə mənimsəmiş olur.Uşaq təlabatlarının məzmunu müxtəlif mədəniyyətdə fərqli olur.Sosial əhəmiyyəti və mahiyyəti uşağın sosial mövqeyinin formalaşmasında, mədəni dəyərlərə sahib olmasında, sosial yönəlişində təsirsiz qalmır.Uşaq şəxsiyyətinin inkişafında əxlaqi milli və dini prinsiplər, miflər, onun fərdiləşmə meyllərini gücləndirir, passivlik, sosial təsirlərə etinasız münasibət yaradır.

Uşaqlıq insan həyatında daha sürətli və intensiv inkişaf mərhələsidir. Bu məqsədlə yaş dövrlərinin təsnifatında insan həyatının ilk 6 ilində 1 sıra dövrlər-Çağalıq, körpəlik, erkən uşaqlıq və məktəbəqədər yaş dövrləri xüsusi olaraq fərqləndirilir.
Uşaq psixologiyası uşağın psixi həyatını, uşaq yaşı dövründə psixi inkişafın xüsusiyyətlərini öyrənir.Ailə nəzarətindən kənarda qalan uşaq küçə icmaları kimi qurumlar yaradır, avtonom əxlaq normaları ilə yaşayaraq əhatə olunduqları sosial mikromühitdə zorakılıq , təcavüzkarlıq, oğurluq və rekertçiliyə qurşanırlar.Uşaq şəxsiyyətinin formalaşmasında güclü, təsiredici amillərdən 1 sosial mühitdir.İnsanın doğulub boya0başa çatdığı sosial gerçəkliyin fəal təsiredici rolu danılmaz 1 fakt kimi uzun yüzilliklər boyu, dünyanın mütərəqqi alim, filosof və maarifçilərinin diqqət mərkəzində olmuşdur.Sosial mühiti sağlamlaşdırmadan sağlam şəxsiyyət – vətəndaş tərbiyə etmək qeyri mümkündür.1 fərd kimi dünyaya gələn uşağın sosial keyfiyyətlərə, insani dəyərlərə yiyələnməsində yaşlılar, onların mühitilə yanaşı, uşağın şəxsi fəallığının da böyük rolu vardır.İlk gündən irəliyə doğru hərəkəti, sadə reaksiyadan mürəkkəb, məzmunlu əməliyyatlara keçid, nitqi mənimsəməsi, müstəqilliyinin ilk təzahürlərinin üzə çıxması psixi inkişafı səciyyələndirən başlıca faktdır.

Psixoloqların şəxsiyyət inkişafı və formalaşmasında 2 başlıca mərhələni məktəbəqədər və məktəb yaşı dövrlərini xüsusi olaraq fərqləndi rirlər.

Uşaq psixologiyası uşaqlıq dövründə uşağın psixasının necə formalaşması, davranışçının müxtəlif təzahürləri arasındakı səbəb-nəticə əlaqəsinin tədqiq edərək, tərbiyə üçün proqram xarakterli istiqamətləri müəyyənləşdirir.

Ailədə uşağın doğulması valideynlər və digər ailə üzvləri üçün fərəh mənbəyi, yeni 1 həyatın başlanğıcıdır.Bundan sonra aildədə mühit dəyişir, ailədaxili münasibətlərdə övlad mərkəzi mövqedə durmaqla, ailə münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı məsuliyyətin yüksəlməsinin şərtləndirir və ailənin yeni qayğıları meydana çıxır.Gənc ailədə ilk uşağın doğulması ərlə arvadın adət edilmiş maraq və vərdişlərinə təsir göstərir, ailənin həyat stili kəskin şəkildə dəyişir-ərlə-arva d çətin və sehrli valideynlik-ata-ana-rolunun ifaçısına çevrilir.

Ailədaxili münasibətlərdə mülayimlik, səmimiyyət, sevgi, qayğı, qarşılıqlı məsuliyyət yeni doğulmuş körpənin fiziki və psixi inkişafı baxımından sağlam, normal inkişafı üçün əsas şərtdir.Uşaq psixologiyasını öyrənməklə onun psixi aləminin möcüzələrinə, sirli-sehrli uşaq dünyasına bələd olmaq olar.Ailədə və tərbiyə müəssisələrində uşağın düzgün tərbiyə edilməsi üçün uşaq psixologiyasını bilmək çox vacibdir.Çünki dünyaya gəldikdən sonra uşaq fiziki cəhətdən olduğu kimi, psixi imkanların dinamik inkişafı və genişlənməsi baxımımndan hər gün dəyişir.Onun hərəki, hissi, emosional, manipulyativ, yaşlılarla qarşılıqlı fəaliyyət üsullarında günbəgün dəyişiklik müşahidə olunur.Bütün bu yeniləşmə və inkişaf mənbəyində uşağın psixikasının hərəkər verici qüvvələri olan daxili və xarici ziddiyətlər dayanır.Uşaq psixikasının öyrənilməsində formalaşan psixi xüsusiyyət, keyfiyyət və tələbatların nəzərə alınması zəruridir.Uşağın aktual yaş dövrü ərzində yaşlıların köməyi ilə əldə etdyi psixi imkanlar sonradan inkişaf edərək onun müstəqillik imkanlarının artmasına imkan verir, yeni inkişaf mərhələsində psixi funksiya, xassələri genişlənir, keyfiyyətcə zənginləşir.Təlim tərbiyə uşağın inkişafında həlledici qüvvədir.

Uşaq psixologiyası pedoqoji psixologiya, pedaqogika və praktik psixologiya fəlsəfə, dialektik materializmdir.Fəlsəfi ideyalar psixoloji nəzəriyəyə, konsepsiyaların yaranmasına təkan verir, psixologiyanın metodoloji əsasını təşkil edir.Fəlsəfə insanın cəmiyyətdə rolunu onun dünya ilə qarşılıqlı münasibətlərini aşkara çıxarır.

Uşaq psixologiyası ümumi psixologiya ilə əlaqədardır. Ümumi psixologiyanın əldə etdiyi elmi-nəzəri müddəalar uşaq psixologiyasının tədqiqat istiqamətlərini müəyyənləşdirməyə, şəxsiyyətin psixoloji strukturunu açmağa imkan verir.

Psixologiya elminin sahələrindən biri olan yaş psixologiyası insan psixikasının inkişafının yaş dinamikasını izləyir, 1 yaş dövründən digərinə keçidin qanuna uyğunluqlarını, psixi proseslərin, biliklərin mənimsənilməsinin, şəxsiyyətin təşəkkülünün yaş amilindən asılılıqlarını öyrənir.Bu cəhət yaş psixologiyasilə, uşaq psixologiyasl ilə əlaqəli gedir.Uşaq psixologiyası uşaqların təlim-tərbiyəsi və inkişafının məqsədi, məzmunu, səmərəli yollarından bəhs edən pedoqogika elmi ilə sıx əlaqəyə malikdir.Pedoqogika şəxsiyyətinin formalaşması, onun təlimi və tərbiyəsində yaş və fərdi xüsusiyyətlərin nəzərə alınmasını mühüm prinsip kimi qəbul edir.

Uşaq psixologiyası anatomiya, fiziologiya, fəlsəfə, məntiq və digər elmlərlə birlikdə bütöv şəxsiyyət tərbiyəsi ilə məşğuldur.Uşaq psixologiyasının sıx əlaqələrə malik olduğu elmlərdən biri uşaq anatomiyası və fiziologiyasıdır.Psixikanın anatomik fizioloji əsaslarının və mexanizmlərinin, uşaq orqanizminin xüsusiyyətlərinin öyrənilməsi baxımından bu elmlərin uşaq psixologiyası üçün böyük əhəmiyyəti vardır.Uşaq psixologiyasının fiziologiya ilə əlaqəsi uşağın ayrı-ayrı yaş dövrlərində orqanizmdə baş verən fizioloji dəyişmələrin uşaqların psixi aləminə təsirinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ələddin qədirov yaş psixologiyası

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Tədbirlər

Faydalı

Media

Tədris resursları
mərkəzi
  • Afiyəddin Cəlilov 86
  • +994 12 599 08 08
Təhsil texnologiyaları mərkəzi
  • Fətəli Xan Xoyski 109
  • +994 12 599 08 08
    daxili 67 00
Elmi pedaqoji tədqiqatları mərkəzi
  • Zərifə Əliyeva 96
  • +994 12 599 08 08
İnsan resursları
mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08
Metodik dəstək və peşəkar inkişaf mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08

© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023. Müəllif hüquqları qorunur.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet saytı. Saytın idarəetməsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.