Leksik lüğət
Antonimlər eyni nitq hissəsinə aid olur. Əsas nitq hissələrinin, demək olar ki, hamısında antonimlər vardır: gecə – gündüz, ağ – qara, az – çox, ağlamaq – gülmək və s. Lakin antonimlərə isim, sifət, feil və zərflərdə daha çox rast gəlinir.
Sözün leksik və qrammatik mənası
bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir.
Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:
- Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit – tələsmədən ).
- Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl ).
- Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan ).
- Sözə əks mənalı söz seşməklə (yaxşı-pis, düz – əyri, irəli – geri ) və s.
Sözün lüğəvi mənasının dəyişməsi qrammatik mənanın dəyişməsinə də səbəb ola bilər. Məsələn, yaz – fəsil (isim), yaz – yazmaq
hərəkət (feil) .
Sözün həqiqi və məcazi mənası
Söz özündə müəyyən mənanı daşıyır. Bu məna əşyaları, hadisələri bir-birindən ayırmağa, onları fərqləndirməyə, eyniləşdirməyə və s. imkan verir. Bütün sözlər müəyyən məna ifadə edir, mənalar isə sözlərdə yaşayır. Cəmiyyətin dəyişməsi, əşya və hadisələrin dəyişməsi, dini və ictimai qaydalardakı dəyişikliklər və s. səbəbilə zaman – zaman bəzi sözlərin mənası da dəyişir. Belə ki, sözlərin mənası genişlənə bilir və darala bilir. Sözlərin yeni törəmə mənalarının yaranması, sinonimlərinin əmələ gəlməsi ilə söz öz mənasını genişləndirir (imtahan, yoldaş və s). Sözün mənaca daralması isə əvvəllər bir neçə məna ifadə edə bilən sözlərin zamanla yalnız bir mənada işlədilməsidir (aş, tütün və s.). Deməli, tarixi inkişaf prosesində bəzi sözlər əlavə yeni mənalar kəsb etməklə yanaşı, bəzilərinin mənaları unudulur. Sözün törəmə mənalarından yeni məcazi mənalar yaranır.
Dilimizdəki sözlər həm həqiqi, həm də məcazi mənada işlədilir. Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır. Həqiqi məna sözdə əsasdır. İnsanlara məxsus müəyyən hərəkətləri əşyalara, hadisələrə və s. aid etmək nəticəsində meydana çıxan sonrakı məna isə məcazi mənadır: insanın ayağı ( həqiqi) – kəndin ayağı ( məcazi), insanın qolu ( həqiqi) – çayın qolu ( məcazi), uşaq yatdı ( həqiqi) – külək yatdı (məcazi). Məcazi məna sözdə qeyri – əsasdır. Sözün əsas mənası olmasa, məcazi mənası da ola bilməz. Yəni məcazi məna həqiqi məna vasitəsilə predmetə aid olur.
Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur. Məsələn, soyuq hava, soyuq su ifadələrində soyuq sözü həqiqi mə`nasında, soyuq adam, soyuq münasibət ifasəsində isə məcazi mə`nada işlənmişdir.
Təkmənalı və çoxmənalı sözlər
Sözlər müxtəlif əşya, əlamət, kəmiyyət, hərəkət, zaman, məkan və s. mənaları ifadə edir. Bu sözlər dildə birdən-birə yaranmır, onlar dildə müəyyən ictimai hadisə, əlaqə və münasibətləri ifadə edərək yaranır. Sözlər səs tərkibinə, mənalarına və digər xüsusiyyətlərinə görə fərqlənirlər. Dilimizdə eyni səs tərkibinə malik olub müxtəlif mənaları ifadə edən, eyni səs tərkibinə malik olub bir sözün müxtəlif məna çalarlarını ifadə edən, həm də müxtəlif səs tərkibinə malik olub yaxın mənaları bildirən çoxlu sayda sözlər vardır.
Öz əsas mə`nasından əlavə məcazi mə`nasında işlənə bilməyən, yаlnız bir leksik mənası olan sözlərə təkmə`nalı sözlər deyilir. Məsələn; metro, alma, sarı, doqquz, sığırçın və s.
Sözün ilk mənasından müxtəlif yeni məna çalarları əmələ gələ bilir.
Eyni leksik məna ilə bağlı olub bu və ya digər cəhətdən bir – birilə oxşar əlamətlərə malik əşyaları, yaxın mənaları bildirən sözlərə çoxmə`nalı sözlər deyilir. Eyni leksik məna ilə bağlı olub bu və ya digər cəhətdən bir – birilə oxşar əlamətlərə malik əşyaları, yaxın mənaları bildirən sözlərə çoxmə`nalı sözlər deyilir.
GÖZ (əsas mə`nada): insanın gözü, balığın gözü, quşun gözü.
GÖZ (törəmə mə`nada): bulağın gözü, yaranın gözü, şikafın gözü, yeddi göz, gözə gəlmək, göz oxşamaq, göz qoymaq.
BAŞ (əsas mə`nada): insanın başı, balığın başı, quşun başı.
BAŞ (törəmə mə`nada): kəndin başı, arxın başı, şkafın başı, baş nazir, baş mühəndis, baş məsələ, məclisin başı və s.
DÜŞMƏK (əsas mə`nada): yerə düşmək, maşından düşmək, nərdivandan düşmək.
DÜŞMƏK (törəmə mə`nada): başa düşmək, göydən düşmək, işə düşmək, dilə düşmək, əsir düşmək, eşqə düşmək, dərdə düşmək, əldən düşmək, gözdən düşmək və s.
Söz əvvəl təkmənalı kimi işlədilir, sonra mənasını genişləndirir və çoxmənalı söz kimi işlənir. Çoxmənalı sözlərin əsas əlaməti odur ki, onlar hansı məqamda və hansı mənalarda işlənməsindən asılı olmayaraq, hamısını ümumi bir məna birləşdirir, hər hansı bir sözün ifadə etdiyi mənalar bir məfhumun ətrafında toplanır, onlar oxşar əlamət bildirir, törəmə mənalar əsas məna ilə bağlı olur.
Əllərində çiçək var. |
Bircə əl oynadım. |
Əl Belə bir fürsət əldən çıxdı. |
Əldən qalan əlli il qalar. |
Onun əlindən gələn işdir. |
Çoxmə`nalı sözlərin dildə geniş yaylıması dili zənginləşdirir. Çoxmənalı sözlər bütün nitq hissələrində təsadüf olunur. Lakin Azərbaycan dilində daha çox isimlər, sifətlər və fe`llər çoxmə`nalı sözlər kimi çıxış edir. Məsələn; baş, göz, qaş, qol, dil, diş, ağız, burun, boğaz, ayaq, maşın, acı, şirin, kök, güclü, dolu, yumşaq, bərk, ağır, yüngül, getmək, qaçmaq, qalmaq, baxmaq, düşmək, bişmək, çıxmaq və s.
Çoxmənalılıq sözlərin törəmə mənalarının məcazlaşması və əsas məna ətrafında birləşməsinin nəticəsidir. Çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olur. Dilimizdə daha çox çoxmənalı söz kimi işlənən sözlər bunlardır: dil, göz, baş, qol, ağız, burun,baş, boğaz, qaş, yol,əl, ayaq, acı, şirin, kök, dolu, atmaq, qaçmaq, baxmaq, kəsmək, getmək və s.
Didəki bütün sözlər çoxmənalı ola bilmir. Çoxmənalı sözlərdən daha çox bədii üslubda istifadə olunur.
Omonim sözü yunanca homos (oxşar) və onyama (ad) sözlərindən əmələ gəlib, dlimizə rus dili vasitəsilə keçmişdir. Fonetik tərkibinə görə eyni olub, tələffüz və yazılışca fərqlənməyən, lakin müxtəlif leksik məzmun daşıyan, bir birindən fərqli mə`nası olan sözlərə omonimlər deyilir. Məsələn, əqrəb – (saatın əqrəbi, isim), əqrəb – (heyvan, isim); at ( atmaq, feil) – at (heyvan adı,isim) və s.
Omonimlik yalnız iki muxtəlif məfhum arasında deyil, daha artıq məfhumları bildirən sözlər arasında da ola bilər. Məsələn, “bal” və “qaz” sözlərinin ifadə etdiyi mənalara nəzər salaq.
Bal: 1. Arıların hasil etdiyi maddə; 2. Qiymətlərin cəmi; 3. Küləyin, dalğanın gücünü bildirən ölçü vahidi; 4. Musiqi ilə keçiriləcək gecə, şənlik.
Qaz: 1. Ev quşlarının biri; 2. Fiziki maddə; 3. Metan qazı; 4. Yeri qazmaq və s.
Оmоnimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər: Məsələn: bağ (isim, isim); yol (isim, feil); sarı (sifət, feil) və s.
- Çoxmənalı sözlərdə mənalardan biri əsas olur, digərləri isə ondan törəmə olub əsas mənanın ətrafında birləşir. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə əmələ gəlir (həyat yoldaşı, tələbə yoldaşı, yol yoldaşı və s.). Omonimlər isə tələffüzünə görə eyni olsa da, tamamilə müxtəlif leksik mənaları ifadə edir. Omonimlərin çoxmənalı sözlərdən əsas fərqi də budur ki, ifadə etdiyi mənalar arasında heç bir bağlılıq yoxdur. Məsələn: top, qan, en, dağ, gül, daş və s.
- Çoxmənalı sözlərin əlavə mənaları yalnız mətn daxilində konkretləşir, omonimlərin mənaları isə mətnsiz də məlum olur.
- Çoxmənalı sözlərin bütün üzvləri eyni bir nitq hissəsinə, omonimlik
- Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada işlənir.
- Çoxmənalı sözlər obrazlılıq, omonimlər isə cinas yaradır.
Elə sözlər vardır ki, onlar həm omonim, həm də çoxmənalı söz kimi işlənə bilir: at, tut, boğaz, yar, yay, say, аl, quru, аğrı, кöк, dil, tut, bel, qaş, qol, yol və s.
Dilimizdə təsadüfi omonimləşən – əslində omonim olmayan leksik vahidlər də vardır. Bu sözlər müəyyən morfoloji dəyişmələrə məruz qaldıqdan sonra omonim sözlərə oxşayır. Omoqraflar (yazılışı eyni, səslənməsi müxtəlif olan sözlər), omofonlar (yalnız səslənməsinə görə oxşar olan sözlər), omoformlar (müxtəlif qrammatik şəkilçilər qəbul etdikdən sonra oxşar olan sözlər) omonimlərə oxşar söz qruplarıdır. Bunlar təsadüfi omonimləşən, əslində omonim olmayan sözlərdir. Aşağıdakı sözlər omonim kimi götürülə bilməz:
- Ümumi və xüsusi isimlər: Lalə (gül) və Lalə (аd).
- Xüsusi isimlər: Savalan (dağ adı) və Savalan (şəxs аdı)
- Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər: gəli`n, alı`n (isim), gə`lin, a`lın (feil) və s.
- Yazılışı, tələffüzü eyni, lakin kökləri müxtəlif olan sözlər: [biç+i`n] – [bi`ç+in], [əsi`r – [əs+i`r], [a`l+ma] – [alma`], [mədəni`] – [mə:də+ni`] və s.
- Səzlənməsinə görə eyniləşən, yazılışı fərqli olan sözlər (paronimlər): mətn – mətin, kəsr – kəsir, əmr – əmir və s.
Alınma sözlər hesabına omonimlərin yaranması o zaman baş verir ki, başqa dillərdən dilimizə keçən sözün fonetik tərkibi dilimizdə olan hər hansı bir sözün fonetik tərkibi ilə eyni olur. Məsələn: qol – futbol oyununda topun darvazadan keçirilməsi, qol – insanın bədən üzvü; divan – taxt, divan – külliyyat; zər – qızıl, zər – nərd daşı və s.
Alınma sözlər hesabına əmələ gələn omonimlərin ya hamısı alınma və yaxud biri alınma, biri isə milli söz olur: bürc (ər.) – qüllə, bürc (ər.) – ulduzlar qrupu; həlim (ər.) – sakit, həlim (azərb.) – düyü bişmişi və s.
Sinonimlər
Dilimizdə elə əşya, hadisə, hərəkət, və s. adları vardır ki, onlar bir sözlə deyil, bir neçə sözlə ifadə oluna bilir. Məsələn: uca – hündür – yüksək, zəngin – varlı – dövlətli – imkanlı və s. Eyni anlayışın, məfhumun, məzmunun bir-birinə yaxın mə`nada bildirən sözlər sinonimlər deyilir. Sinonim yunan sözü olub, eyni adlı deməkdir. Sinonimlər bir anlayışın muxtəlif mə`na incəliklərini bildirir.
Bir ümumi məna ilə əlaqədar olub, bir məfhumu müxtəlif şəkildə adlandıran, leksik – semantik variantlarına görə eyniləşən, mənaca yaxın sözlərə sinonim deyilir (H. H. Həsənov, “Müasir Azərbaycan dilinin leksikası”, Bakı, 1988, səh. 64).
Sinonimlərin əsas xüsusiyyətləri bunlardır:
- Sinonimlərdə mənaca yaxınlıq və ya məna ümumiliyi olmalıdır: nəm – yaş – islanmış, отурмаг – əyləşmək və s.
- Sinonimlər mənaca bir-birilə qarşılıqlı əlaqədə olub sinonim cərgə yaradırlar. Biri biri ilə sinonim münasibətdə olan sözlərə “sinonim cərgə” deyilir. Sinonim cərgədə iki və daha artıq söz olur: bərk – möhkəm, arxa – dal – geri, vahid – tək – bir – yalqız – yeganə, igid – cəsur – qoçaq – qəhrəman – qorxmaz – mərd – şücaətli və s.
- Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur: yaş –nəm – sulu (sifət), nə vaxt – haçan – nə zaman (əvəzlik), amma – ancaq – lakin – fəqət (bağlayıcı) və s.
- Sinonimlər quruluşca müxtəlif ola bilirlər: gözəl – göyçək – yaraşıq+lı və s.
- Daha çox isim, sifət və feillər sinonim olurlar: dünya – cahan – aləm – kainat, sıx – kip – möhkəm, tutmaq – saxlamaq və s.
- Sinonimlərə daha çox bədii üslubda rast gəlinir. Hər hansı bir ifadənin tə`sirini, bədiiliyini artırmaq üçün sinonim sözlərdən geniş istifadə olunur.
- Dilimiz sinonimlərlə zəngindir. Sinonimlər fikri daha dəqiq ifadə edir və yersiz təkrarın qarşısını alır. Bəzən fikrin daha quvvətli çıxması üçün sinonimlər təkrar işlənir.
- Eyniköklü sözlər sinonim ola bilmir: biçarə – çarəsiz, bikef – kefsiz və s.
Sinonimlər eyni nitq hissəsinə aid olur.
Antonim yunanca anti – əks, onyma – ad sözlərindən əmələ gəlib, mənaca bir-birinə əks olan sözlərə deyilir. Məsələn: yaxşı – pis, gecə – gündüz, tez – gec, yaxın – uzaq, az- çox və s.
Antonimlik kəmiyyət, keyfiyyət, zaman, məkan və s. məzmunlu müxtəlif sözlərin mənaca qarşı-qarşı qoyulmasıdır. Antonimləri təşkil edən sözlər müxtəlif fonetik tərkibə malik olmalıdır (gəl – get, sus – danış və s.), inkarlıq şəkilçiləri əlavə etməklə əmələ gələn qarşılaşdırma ( gəl – gəlmə, sus – susma və s.) antonim yaratmır. Antonimlər müxtəlif köklü sözlər olmalıdır.
Dilimizin lüğət tərkibində mənşəyinə görə həm milli, həm də alınma sözlər vardır. Bunu nəzərə alaraq əmələ gəlməsinə görə antonimləri üç cür qruplaşdırmaq olar:
1) öz sözlərimizdən ibarət olan antonimlər (tez – gec, yaxın – uzaq, gəl – get və s.);
2) biri milli, digəri alınma olan antonimlər (sağlam – xəstə, varlı – kasıb və s.);
3) hər ikisi alınma olan antonimlər ( daxili – xarici, şad – məyus və s.).
Antonimlər eyni nitq hissəsinə aid olur. Əsas nitq hissələrinin, demək olar ki, hamısında antonimlər vardır: gecə – gündüz, ağ – qara, az – çox, ağlamaq – gülmək və s. Lakin antonimlərə isim, sifət, feil və zərflərdə daha çox rast gəlinir.
Antonim sözlərin hər birinin ayrılıqda bir neçə omonimi və sinonimi olur. Məsələn, yaman sözü (yaxşı və pis mənalarda işlənərək omonim, yaman (yaraşdı) – yaxşı (yaraşdı), yaman (söz) – pis (söz) sinonim olur.
Antonimlər çox mə`nalı sözlər arasında da vardır. Çox mə`nalı sözlərin əsas mə`naları antonim ola bilir. Məsələn: Ayaq – baş, almaq – vermək və s.
Antonimlər, əsasən, qoşa işlədilir: kök – arıq, cılız – pəzəvəng və s.
Antonimlər quruluşca müxtəlif olur: ac – tox (sadə, sadə), dolu – boş (düzəltmə və sadə), giriş – çıxış, (düzəltmə – düzəltmə), tez-tez – gec-gec ( mürəkkəb, mürəkkəb) və s.
Antonimlər sözün və ifadənin mənasını qüvvətləndirməyə xidmət edir. Bədii ədəbiyyatda antonimlərdən çox istifadə olunur. Məsələn: İgid ömründə bir yol ölər, qorxaq gündə yüz yol (atalar sözü).
Antonimlər dilimizin lüğət tərkibinin zənginləşməsində də rol oynayır. Bir çox mürəkkəb sözlər məhz antonimlərdən yaranmışdır: az – çox, baş – ayaq, sual – cavab və s.
Antonim sözlər məcazi məna kəsb edib substantivləşən zaman antiteza olur. Məsələn, göz yaşı içində gülüş, ölü dirilər, zülmətli gündüz və s. Antitezalar aydın və təsirli mənzərə, müqayisə səciyyəli obrazlar yaratmaq üçün işlədilir.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
leksik
прил. лексический, словарный. Dilin leksik sistemi лексическая система языка, dilin leksik fondu лексический фонд языка, sözün leksik mənası лексическое значение слова, leksik vahid лексическая единица
Azərbaycanca-rusca lüğət. Dörd cilddə. Bakı, “Şərq-Qərb” . M.T.Tağıyev . 2006 .
Смотреть что такое “leksik” в других словарях:
- lèksik — m 〈N mn ici〉 lingv. sve riječi nekog jezika ili dijalekta … Veliki rječnik hrvatskoga jezika
- leksik — lèksik m DEFINICIJA lingv. 1. sve riječi nekog jezika ili dijalekta 2. natuknice jednoga rječnika; leksemi 3. riječi jednoga pisca ETIMOLOGIJA v. leksija … Hrvatski jezični portal
- leksik — sif. dilç. <yun.> Leksikaya aid olan, lüğəvi. Sözün leksik mənası. Dilin leksik sərvəti … Azərbaycan dilinin izahlı lüğəti
- leksik birimi — is. Sözlük birimi … Çağatay Osmanlı Sözlük
- dyslexic — dys|lex|ic1 [ dıs leksık ] adjective MEDICAL affected by dyslexia dyslexic dys|lex|ic 2 [ dıs leksık ] noun count MEDICAL someone who has dyslexia … Usage of the words and phrases in modern English
- Dražeta — This is a Slavic name. The family name Dražeta is sometimes transliterated as Drazeta . Dražeta (Cyrillic: Дражета), in some English sources also Drazeta, is a Serbian and Croatian surname and personal name. This surname is fairly rare, and… … Wikipedia
- ȅkspresīvan — ȅkspresīv|an prid. 〈odr. vnī〉 1. >koji je pun izražaja; izražajan, snažan, dojmljiv [∼na intonacija] 2. >koji je pun ekspresije; asocijativan [∼ni leksik] … Veliki rječnik hrvatskoga jezika
- lèksikōn — m 1. >knjiga u kojoj su abecednim redom protumačeni različiti pojmovi, imena, događaji, znanstveno i stručno nazivlje, itd. [medicinski ∼; opći ∼; pomorski ∼; sportski ∼] 2. >lingv. a. >rječničko blago nekog jezika; leksik b … Veliki rječnik hrvatskoga jezika
- lèksičkī — lèksičk|ī prid. koji se odnosi na leksik [∼o blago] … Veliki rječnik hrvatskoga jezika
- rjêčnīk — m 〈V īče, N mn īci〉 1. >skupljene riječi i sklopovi riječi jednog ili više jezika uz objašnjenja njihove upotrebe i značenja [frazeološki ∼; etimološki ∼] 2. >a. >ukupnost riječi jednog jezika; leksik, rječništvo, vokabular b … Veliki rječnik hrvatskoga jezika
- birim — is. 1) Bir kümenin her elemanı 2) Bir çokluğu oluşturan varlıkların her biri, ünite 3) Bir niceliği ölçmek için kendi cinsinden örnek seçilen değişmez parça, vahit Uzunluk birimi metredir. 4) Herhangi bir kuruluştaki alt bölümlerden her biri 5)… … Çağatay Osmanlı Sözlük
Lexicon mənası
Nə leksika adlanır bir dil təşkil edən sözlər toplusu. Eynilə, bir leksikon olaraq bir dil lüğəti. Söz, bu şəkildə, Yunan dilindən gəlir (lexicós).
Bu mənada bir lüğət olaraq bir bölgədə xüsusi istifadə olunan sözlər toplusu: Meksika, Argentina, Kolumbiya leksikonu; müəyyən bir fəaliyyət və ya intizamda: hüquqi, elmi, kompüter leksikonu; ya da xüsusi bir semantik sahədir: sevgi leksikonu. Buna görə leksika Y lüğət şərtlər olmaq sinonimlər.
Semantik sahəyə də baxın.
Leksika sözü, buna uyğun bir sifət funksiyası ilə də istifadə edilə bilər leksikona aid və ya əlaqəli: leksik ailə, leksik tədqiqatlar, leksik zənginlik.
Leksika da istinad edə bilər bir insanın gündəlik istifadə etdiyi və ya bildiyi və ya başa düşdüyü sözlər toplusu. Xüsusilə spikerdən bəhs edən bu növ leksikon adlanır əqli leksika.
Həm də bir leksika olaraq buna müəllifin özünü ifadə etmək üçün istifadə etdiyi dili xarakterizə edən sözlər, deyimlər və ya dönüşlər toplusu. Məsələn: “Cortazarian leksikonu lunfardonun istifadəsi ilə xarakterizə olunur”.
İnkişaf edərkən leksika çox vacibdir ünsiyyət bacarıqları bir şəxsin. Geniş bir lüğət bir insanın özünü daha yaxşı və daha aydın ifadə edə biləcəyini ehtimal edir və bununla yanaşı, onun intellektual səviyyəsini və mədəniyyətini nümayiş etdirirlər.
Bir dildə leksikon daim inkişaf, təkamül, dəyişiklik və düzəliş prosesindədir, həmçinin neologizmlər (yeni sözlər), xarici sözlər və ya yeni reallıqları adlandırmaq üçün yaradılan sözlər ola bilən yeni terminlərin birləşdirilməsini, digər şeylər arasında texnologiya dünyasına aid olanlar kimi.
Həmçinin Lüğətə baxın.
Lexis və semantik
The semantik bir sözün məna və ya mənalar məcmusuna, yəni dil əlamətlərinin və onların mümkün birləşmələrinin mənasına aiddir. The leksika, öz növbəsində, sadəcə bir dilin leksik vahidlərinə və ya başqa sözlə, sözügedən dili təşkil edən sözlər məcmusuna istinad edir. Bu mənada leksika və semantikası Dilçilik elminin bir-birini tamamlayan iki sahəsidir, burada biri sözlər toplusunu toplayır, digəri isə mənaları təhlil edir.
Comments are closed, but trackbacks and pingbacks are open.