Press "Enter" to skip to content

Azərbaycan Dilindən Didaktik Materiallar 4-cü Sinif, Aygün Məcidova

5 Yarasa nə üçün gecə ova çıxır əfsanəsi verilsə və şagirdlərin şifahi nitq bacarıqlarını formalaşdırmaq üçün onlara yarasalar haqqında məlumat toplayaraq təqdimat hazırlamaları tapşırılsa, şagirdlər dərslikdən hazır məlumat almaq yerinə, özləri araşdırmalar apararaq yeni biliklər və bacarıqlar əldə edərlər. 10. Səhifə 172. Məni itirməyin hekayəsində deyilir. o gündən Od, Su və Vicdan yoldaş oldular. Harada insan gördülər, dayandılar, onların məskən saldıqları yeri suladılar, evlərində ocaq qaladılar. Mətndə mərhəmət obyekti olaraq yalnız insan adının çəkilməsi didaktik baxımdan düzgün deyil. Belə çıxır ki, yalnız insana rəhm olunmalıdır, digər canlılar vacib deyil. 11. Dərsliyin dil və yazı üslubu baxımından şagirdin yaş səviyyəsinə uyğunluğu qənaətbəxşdir. Verilmiş materiallarda dil qaydalarına, əsasən, əməl edilmişdir. Materialların şagirdlərin dünyagörüşünün formalaşdırılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin inkişafına təsir səviyyəsi qənaətbəxşdir. Lakin mövzulardakı bir çox yeni terminləri və sözləri izah edən lüğət verilməmişdir. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: ilə yanaşı verilmişdir. Bax. MMV, səh.113. O ki qaldı şifahi nitq bacarıqlarının formalaşdırılması məqsədi ilə şagirdlərin məlumat toplayaraq təqdimat hazırlamağa sövq edilməsi, bu, əlbəttə, vacib məsələdir və dərslikdə belə tapşırqlar kifayət qədərdir. Rəyçilər bir qədər diqqətli olsa idilər, Yarasa mətninin tədrisi zamanı da şagirdlərə belə tapşırığın verildiyini görərdilər. Bax. MMV, səh.112, son abzas. Çox mənasız iraddır. Əlbəttə, İsmayıl Şıxlı belə yazıb deyə bilərdik. Amma, bu gözəl hekayədə irad tutulası bir şey də yoxdur. Əlbəttə, təbii fəlakətlərdən insanlar, başqa canlılar da eyni dərəcədə əziyyət çəkir. Onların qarşısının alınması da təbii ki, bütün canlıların xilası deməkdir. Hekayənin bir yerində deyildiyi kimi. suyun altında qalmış insan məskənləri üzə çıxdı, ürküdülmüş heyvanlar geri qayıtdı. 2. Dil və üslub baxımından Ümumi fikirdir. 12. Səhifə 51. Səhifənin sonunda Mən səni dünya malından qəni eləyərəm ifadəsinin altından xətt çəkilməli, şagirdə izah verilməlidir. Rəyçilər, görünür, MMV-ni diqqətlə oxumayıblar. Sözügedən ifadənin, eləcə də dastanda işlənən dəlilər sözünün mənaları MMV-də, səh. 59-da, tez nəzərə çarpsın deyə fərqli (çəhrayı) rəngdə verilmiş Müəllimin nəzərinə rubrikasında izah edilmişdir. 13. Səhifə 54. Üçüncü abzasda ley sözünün izahının lüğət vasitəsi ilə verilməsi və yaxud mənasının araşdırılması məqsədəuyğundur. Ley kimi ifadəsinin mənası kontekstə görə tamamilə aydın başa düşülür. Ley quşu haqqında məlumatı isə lazım gələrsə müəllim özü verə bilər. 14. Səhifə 73. Birinci abzasın 4-cü cümləsində Bizcə dərslikdəki variant daha anasının çörək belə almağa deyil, anasının çörək almağa belə yazılsa, daha dəqiq olar. düzgündür, belə ədatı ilə ananın, başqa şeylər o yana qalsın, hətta çörəyə pulu qalmadığı vurğulanır. 15. Yenə həmin səhifədə yundan toxunmuş Bu ifadələr arasında elə bir prinsipial 5

AZƏRBAYCAN DİLİ. 4-cü sinif. Müəlliflər: Rafiq İsmayılov Solmaz Abdullayeva Dilrüba Cəfərova Xanım Qasımova

2 Yekun rəydə verilmiş qeydlər Cavablar 1. Məzmunun işlənməsi baxımından 1. Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik Ailə və məktəb, Niyə belə deyirik, Əməksevərlik, Yüz min niyə, Dostluq, Ana təbiət, Əxlaqi dəyərlər, Kainatın sirləri adlı 8 bölmədən, 224 səhifədən ibarətdir. Dərslikdə bütövlükdə 340 dərs saatını əhatə etməli olan 104 dərs təqdim olunub. Dərslik komplektində verilmiş materiallar Dinləyib-anlama və danışma, Oxu, Yazı, Dil qaydaları məzmun xətləri üzrə 6 əsas və 28 alt-standartın reallaşdırılmasına yönəlmişdir. Dərslikdəki təlim materialları şagirdlərlə Azərbaycan dili üzrə nitq bacarıqlarının gerçəkləşdirilməsi istiqamətində səmərəli iş aparmaqda, onların insan haqlarına və bəşəri dəyərlərə hörmət hissi ilə tərbiyə olunmasında, əsasən, əhəmiyyətli rol oynayır. Qeyd etmək lazımdır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dərslik komplektinin 2013-cü il nəşrinə dair hazırlanmış yekun rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. Bunlar aşağıdakılardır: Azərbaycan xalqının milli-mədəni dəyərlərini əks etdirən materiallara daha geniş yer verilməsi məqsədəuyğundur. Dərslikdə xalqımızın qəhrəmanlıq tarixini əks etdirən mətnlər azlıq təşkil edir. Dil qaydalarının təqdimatı, əhatəliliyi, nitq bacarığına çevrilməsi ilə bağlı görülən işlər qənaətbəxş deyil. Dil qaydalarına aid tapşırıq və çalışmaların sayı az olduğundan, dil qaydaları nitq bacarıqlarının inkişafında əhəmiyyətli rol oynaya bilmir. Dərslikdə Dil qaydaları məzmun xəttinin uğurla gerçəkləşməsi təmin olunmur. Yadda saxla rubrikasının ardınca verilən tapşırıqların azlığı bu rubrikada öyrədilmiş biliklərin mənimsənilməsinə yetərli qədər şərait yaratmır. Bundan əlavə, dil qaydaları təqdim olunduqdan sonra sanki unudulur, növbəti Dərsliyin strukturu və konsepsiyasını açıqlayan ümumi xarakterli qeyddir. 2

3 bölmələrdə hiss olunan səviyyədə yada düşmür. Metodik tələblərə görə şagird mətnlərlə və çalışmalarla davamlı şəkildə dil qaydalarını nitq bacarıqlarına çevirməlidir. Dərslik komplektində inteqrasiya üçün imkanların yaradılması qənaətbəxş deyil. Yaxşı olardı ki, illik planlaşdırma cədvəlində fənlərarası inteqrasiya üçün müvafiq mövzulara uyğun digər fənlərin alt standartları təqdim olunsun. Fənlərarası inteqrasiyanı təmin edərkən Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu) sənədində alt standartların üfüqi inteqrasiyası cədvəlinə istinad etmək tövsiyə olunur. Mövzularda olan bir çox yeni terminləri və sözləri izah edən lüğət verilməmişdir. İzahlı lüğətin verilməsi müstəqil təlim üçün də imkan yaradar. 2. Səhifə ci dərsə aid Futbol topu mətninin yeri, müvafiq zamanı düzgün seçilməyib. Dərs ilinin əvvəlində şagirdin bir tədris ili boyunca çalışqan, həvəsli olması üçün motivasiya xarakterli, dili və üslubu gözəl olan, həvəsləndirici mətn verilə bilərdi. Mətndəki hadisələr tədris ilinin ilk günündə baş verir, ona görə də dərslikdə ilk mətn kimi verilməsi təbiidir. Mətnin əsas ideyası xeyirxahlıqla bağlıdır. Qeyddə mətnin dil və üslubu ilə bağlı konkret irad yoxdur. 3. Səhifə 28. Ən qiymətli mətnində Adama elə gəlir ifadəsi rəy yazısının anlaşılmazlıq yaranır. Adama elə gəlir ki, üslubuna uyğun deyil. Rəyçilərə belə kitab-dəftəri evdən götürüb qaçmaq torpağı gəlirsə, müəlliflər nə edə bilərlər? müdafiə etməkdən və onu itirməkdən daha şərəflidir. Vətənə, torpağa sevgi hissi daha Anlaşılmazlıq isə həmin iradın qabarıq verilsə idi, mətnin tərbiyəvi bildirildiyi cümlədə var; belə çıxır ki, əhəmiyyəti daha güclü olardı. torpağı itirmək şərəfli işdir. Mətndə ermənilərin hücumu zamanı kəndi tərk edən bir ailədən danışılır. Balaca uşaq belə çətin vaxtda özünü təhlükəyə ataraq kitablarını götürmək üçün evə qayıdır. Rəyçilərin bu hərəkətə belə bir don geydirməsi qərəzli yanaşmadan başqa bir şey deyil. Vətənə sevgi hissinə gəldikdə isə bir rus filmindəki məhşur mahnını xatırlatmaq istəyərdik: Nədən başlanır, görəsən, Vətən? Bəlkə əlifbandakı o ilk şəkildən Səhifə 35. Tomun Alfreddən qisas almaq Rəyçilərin müasir dərsliklərdə verilən 3

4 istəyinin verilməsi tərbiyəvi və metodiki cəhətdən doğru deyil. Bununla bağlı olan 7-ci tapşırıq da ( Tomun Alfredə necə dərs verəcəyi barədə bir epizod düşün və təqdim et ) məqsədəuyğun sayılmır. Azyaşlı uşaqlar üçün əlavə oxu vəsaitlərində bu kimi mətnlər verilə bilər, lakin dərslikdə verilmiş oxu mətnləri dil, üslub cəhətdən mükəmməl və nümunəvi olmaqla bərabər, əxlaqi-tərbiyəvi keyfiyyətlər də aşılamalıdır. 5. Səhifə 46. Mətnin sonunda təqdim edilmiş Eheey, türkün, islamın düşmənləri! cümləsinin Eheey, vətənimin, müstəqilliyimin düşmənləri! kimi dəyişdirilməsi məqsədəuyğundur. 6. Səhifə 67. Qurucu hekayəsinin texnologiya fənni ilə inteqrasiyasını reallaşdıran yaradıcı tapşırıq verilsə, şagirdin dünyagörüşünün inkişafına müsbət təsir göstərər. 7. Səhifə 79. Dil qaydaları nda xitab haqqında verilən hökm qeyri-dəqiqdir. Belə ki, xitab yalnız dialoqda işlənmir. Burada dialoq sözü olmasa, fikir daha doğru olar. Xitablarda vergülün qoyulması qaydası geniş verilsə, müstəqil təlimə imkan yaranar. Xüsusən cümlənin sonunda gələn xitabdan əvvəl vergülün 4-cü sinif şagirdinin öz qənaətinə əsasən işlədilməsi çox çətindir. 8. Səhifə 98. Niyə məhz sual işarəsi mətnində cümlənin növləri haqqında verilən məlumat tam olsa, əmr cümləsi haqqında da məlumat verilsə, daha qənaətbəxş olar. 9. Səhifə Bir bölmədə, həm də ardıcıl olaraq yarasa haqqında iki mətn vermək məqsədəuyğun deyil. Dərslikdə bədii mətnlərin dil, üslub və məzmunu ilə bağlı fikirləri subyektiv və yanlışdır. Tom Soyerin macəraları dünya uşaq ədəbiyyatının incisidir və əsərdən verilmiş parçada pedaqogikaya zidd heç nə yoxdur. Subyektiv fikirdir. Türkçülük, İslam bayrağımızda öz rəmzi mənasını tapıbsa, bu sözlərdən nə üçün qaçmalıyıq? Dərslik müəllifləri fənlərarası inteqrasiya məsələsinə formal yanaşaraq süni xarakter daşıyan tapşırıqların verilməsini məqbul hesab etmirlər. Belə çıxır ki, mətndə ananın xörək bişirməsindən danışılırsa, şagirdlərə də bu yönümdə tapşırıq vermək lazımdır. Rəyçilər unudurlar ki, fənlərarası inteqrasiya son nəticədə dərsin məqsədinə, yəni müvafiq fənn üzrə standartın reallaşdırılmasına xidmət etməlidir. Xitab haqqında məlumat yazı standartına aid Verilmiş mövzu üzrə dialoji mətn qurur təlim məqsədinin reallaşdırılmasına kömək etmək məqsədi ilə verilib. Buna görə də xitabların məhz dialoqda işlənməsi qaydası vurğulanıb. Xitablarda vergülün işlədilməsi qaydalarının mənimdilməsi üçün isə dərslikdə tapşırıqlar verilmişdir. Mətndə söhbət cümlənin məqsəd və intonasiyaya görə növlərindən deyil, sual işarəsinin yaranma tarixindən gedir. Rəyçilərin istinad etdiyi 4-cü abzasın isə əslində mətnin məzmunu ilə bağlılığı zəifdir və şagirdlərin oxuyub anlama bacarığını yoxlamaq məqsədi ilə mətnə salınıb. Bax. səh.98, tap.1. Təəssüf ki, rəyçilər oxuyub-anlama üçün verilmiş mətnlə dil qaydalarınn funksiyalarını qarışdırırlar. Mətnlər Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir standartını reallaşdırmaq məqsədi 4

5 Yarasa nə üçün gecə ova çıxır əfsanəsi verilsə və şagirdlərin şifahi nitq bacarıqlarını formalaşdırmaq üçün onlara yarasalar haqqında məlumat toplayaraq təqdimat hazırlamaları tapşırılsa, şagirdlər dərslikdən hazır məlumat almaq yerinə, özləri araşdırmalar apararaq yeni biliklər və bacarıqlar əldə edərlər. 10. Səhifə 172. Məni itirməyin hekayəsində deyilir. o gündən Od, Su və Vicdan yoldaş oldular. Harada insan gördülər, dayandılar, onların məskən saldıqları yeri suladılar, evlərində ocaq qaladılar. Mətndə mərhəmət obyekti olaraq yalnız insan adının çəkilməsi didaktik baxımdan düzgün deyil. Belə çıxır ki, yalnız insana rəhm olunmalıdır, digər canlılar vacib deyil. 11. Dərsliyin dil və yazı üslubu baxımından şagirdin yaş səviyyəsinə uyğunluğu qənaətbəxşdir. Verilmiş materiallarda dil qaydalarına, əsasən, əməl edilmişdir. Materialların şagirdlərin dünyagörüşünün formalaşdırılmasına, söz ehtiyatının və nitq mədəniyyətinin inkişafına təsir səviyyəsi qənaətbəxşdir. Lakin mövzulardakı bir çox yeni terminləri və sözləri izah edən lüğət verilməmişdir. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: ilə yanaşı verilmişdir. Bax. MMV, səh.113. O ki qaldı şifahi nitq bacarıqlarının formalaşdırılması məqsədi ilə şagirdlərin məlumat toplayaraq təqdimat hazırlamağa sövq edilməsi, bu, əlbəttə, vacib məsələdir və dərslikdə belə tapşırqlar kifayət qədərdir. Rəyçilər bir qədər diqqətli olsa idilər, Yarasa mətninin tədrisi zamanı da şagirdlərə belə tapşırığın verildiyini görərdilər. Bax. MMV, səh.112, son abzas. Çox mənasız iraddır. Əlbəttə, İsmayıl Şıxlı belə yazıb deyə bilərdik. Amma, bu gözəl hekayədə irad tutulası bir şey də yoxdur. Əlbəttə, təbii fəlakətlərdən insanlar, başqa canlılar da eyni dərəcədə əziyyət çəkir. Onların qarşısının alınması da təbii ki, bütün canlıların xilası deməkdir. Hekayənin bir yerində deyildiyi kimi. suyun altında qalmış insan məskənləri üzə çıxdı, ürküdülmüş heyvanlar geri qayıtdı. 2. Dil və üslub baxımından Ümumi fikirdir. 12. Səhifə 51. Səhifənin sonunda Mən səni dünya malından qəni eləyərəm ifadəsinin altından xətt çəkilməli, şagirdə izah verilməlidir. Rəyçilər, görünür, MMV-ni diqqətlə oxumayıblar. Sözügedən ifadənin, eləcə də dastanda işlənən dəlilər sözünün mənaları MMV-də, səh. 59-da, tez nəzərə çarpsın deyə fərqli (çəhrayı) rəngdə verilmiş Müəllimin nəzərinə rubrikasında izah edilmişdir. 13. Səhifə 54. Üçüncü abzasda ley sözünün izahının lüğət vasitəsi ilə verilməsi və yaxud mənasının araşdırılması məqsədəuyğundur. Ley kimi ifadəsinin mənası kontekstə görə tamamilə aydın başa düşülür. Ley quşu haqqında məlumatı isə lazım gələrsə müəllim özü verə bilər. 14. Səhifə 73. Birinci abzasın 4-cü cümləsində Bizcə dərslikdəki variant daha anasının çörək belə almağa deyil, anasının çörək almağa belə yazılsa, daha dəqiq olar. düzgündür, belə ədatı ilə ananın, başqa şeylər o yana qalsın, hətta çörəyə pulu qalmadığı vurğulanır. 15. Yenə həmin səhifədə yundan toxunmuş Bu ifadələr arasında elə bir prinsipial 5

6 geyim əşyaları deyil, yun geyimlər, şirin sözlə deyil, şirin dillə yazılması məqsədəuyğundur 16. Səhifə 88. Hazır yuva hekayəsində Qaranquş elə yerdə yuva tikir deyil, Qaranquş elə yerdə yuva qurur yazılsa, daha dəqiq olar. 17. Səhifə 89. Tapşırıq 4-də Yersiz gəldi, yerli qaç atalar sözündə yerli sözündən sonra vergül qoyulmalıdır. Bu həm atalar sözünün ifadə etdiyi mənadan irəli gəlir, həm də MMV-də (səh.15) əlavə resurs kimi təklif olunan Atalar sözü və məsəllər kitabında xitab kimi verilib. 18. Səhifə 121. İkinci abzasda Qaraca qız və Ağca xanım hekayəsində asudə sözünün mənasının izah edilməsi məqsədəuyğundur. 19. Səhifə 181. Mətndə bir neçə cümlədə işlənən istəyirəm sözü cümlə yaratdığından, ondan sonra vergül qoyulmalıdır: İstəyirəm, bütün oyuncaqlar mağazalara qayıtsın. 20. Səhifə 190. Mətnin son cümləsində gecələr dinc yatır əvəzinə, gecələr rahat yatır ifadəsinin işlənməsi məqsədəuyğundur. fərq yoxdur. İradı klassikimiz Əli Vəliyevə ünvanlamaq lazımdır. Eyni zamanda S.S.Axundova da: Bu zaman quşlar yuva tikməyə məşğul olduqda, biz də onlarla bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik. ( Uşaqlıq həyatımdan xatirələr) İrad qəbul edildi. Növbəti nəşrdə bu texniki qüsur aradan qaldıralacaq. Sözün mənası konteksdən məlum olur. Lazım gələrsə, müəllim əlavə izahat verə bilər. İrad qəbul edildi. Növbəti nəşrdə bu texniki qüsur aradan qaldıralacaq. Rəyçilər öz variantlarını təqdim etməmişdən əvvəl müəlliflərin variantının nəyə görə uyğun gəlmədiyini əsaslandırsaydılar, yaxşı olardı. 3. Dizayn və bədii tərtibat baxımından 21. Dərslikdəki illüstrasiyalarla mətnlərin həcm nisbəti, əsasən, gözlənilmiş, vahid dizayn qorunmuşdur. Buna baxmayaraq, aşağıdakı qüsurlar da müşahidə olunur: Dərsliyin üz qabığında verilmiş tarixi abidələrin şəkli daha çox tarix dərsliyini xatırladır. Dərslikdəki şəkillərin bir çoxunda insanların üzündəki mimikalar hiss edilmir (səh.14, 31, 32, 33, 54, 57, 59 və s.). 22. Obrazların xarakterini, hiss və həyəcanını daha canlı ifadə edən, mətndəki hadisələri əks etdirən maraqlı və keyfiyyətli şəkillərdən istifadə olunsa, həm şagirdlərin estetik zövqünü inkişaf etdirmək, həm də onlarda mövzuya maraq yaratmaq olar. Bu baxımdan, səhifə 48- dəki şəkil qənaətbəxşdir. Digər şəkillər haqqında isə bunu demək olmaz. Dərsliyin üz qabığındakı illüstrasiya azərbaycançılıq ruhunda çəkilmişdir. Burada vətənimizin müxtəlif guşələrindəki (Bakı, Naxçıvan, Şabran, Qobustan) tarixi abidələrdən ibarət kollaj verilmişdir. Düşünürük ki, Azərbaycan dili dərsliyi üçün məqsədəuyğun illüstrasiyadır. İnsan rəsmlərindəki mimikalar onların əsərdə təsvir olunmuş psixoloji vəziyyətlərinə uyğundur. Subyektiv iraddır. Şəkillərdəki obrazlar kifayət qədər dinamik təsvir olunub və mətni daha yaxşı qavramağa xidmət edir. 6

7 23. Səhifə 187. Mətndə gonbul oğlan dan Məgər əsərdəki bütün obrazlar danışılsa da, şəkildə gonbul fərd yoxdur. illüstrasiyalarda əks olunmalıdır?! 24. Əksər hallarda şəkillərdə təsvir olunan Başa düşmək olmur, nəyə görə obrazların hamısının ağzı eyni vaxtda açıq verilib (səh. 9, 25, 118, 146, 150, 156, 160, 171 və s.). şəkillərdəki obrazların danışarkən və ya gülərkən təsvir olunması rəyçiləri belə narahat edir? Bu irad Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 25. Tapşırıqlar, demək olar ki, mövzulara uyğun seçilmiş, biliklərin tətbiqini tələb edən tapşırıqlara üstünlük verilmişdir. Tapşırıqlar çətinlik dərəcəsinə görə sadədən mürəkkəbə doğru ardıcıllıq İrad irəli sürülmüş dərslərdən birinə nəzər salaq. Beş qiyməti (səh.16) mətninə və həmin dərsdə keçiriləcək dil qaydasına 2 dərs saatı ayrılıb. Şeirlə və ahəng qanunu ilə bağlı dərslikdə 2, prinsipi ilə yerləşdirilmiş, şərtinin anlaşıqlı tapşırıq verilib. MMV-də Bu gün olmasına, elmiliyinə, gündəlik həyatı əks aldığınız 5 qiymətinin sabah etdirməsinə fikir verilmişdir. Lakin həyatınızda nə kimi rolu ola bilər? tapşırıqlar azlıq təşkil edir və buna görə alt mövzusunda müzakirə aparılması, standartlarda tələb olunan bacarıqların Yaxşı oxumağımla kimi formalaşdırılmasında yetərli rol oynaya sevindirirəm? mövzusunda inşa bilmir. Bir çox mövzulara bir neçə dərs saatı ayrılsa da, dərslikdə cəmi bir və ya iki tapşırıq verilir (səh.16, 38, 42, 46, 47, 59 və s.). yazılması tövsiyə edilir (səh.24). MMVnin bütöv bir səhifəsində (25) Ahəng qanunun mənimsədilməsi məqsədi ilə keçirilən oyun və qruplarla iş təsvir 26. Səhifə 82. İki qardaş mətnində şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirmək və (Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir) alt-standartının tələbini dolğun şəkildə yerinə yetirmək üçün Kərimin və Cəfərin xarakterlərinin müqayisəli şəkildə təhlilinə aid olan sual və tapşırıq verilməsi məqsədəuyğundur. 27. Səhifə 107. Tapşırıq 4-də şikarını güdən ilan təyini söz birləşməsini əvvəlcə mübtəda, sonra xəbər kimi işlətmək tapşırılır. Bu söz birləşməsi bütövlükdə nə mübtəda, nə də xəbər kimi işlənə bilməz. Çünki şikarını güdən ifadəsi istənilən halda təyin vəzifəsini daşıyır. 28. Səhifə 176. Tapşırıq 7-də verilmiş mürəkkəb cümləni sadə cümlələrə ayırmaq və baş üzvlərini müəyyən etmək tapşırılır. Birinci cümlədə oyun gedirdi ifadəsinin sintaktik təhlili şagirdin yaş səviyyəsinə uyğun deyil. edilib. Məgər bu,azdır? Dərslikdəki tapşırıqlar, eləcə də MMVdə tövsiyə edilən rollu oyun, danışma və yazı məzmun xətləri üzrə təklif edilən mövzular da şagirdlərin tənqidi təfəkkürünü inkişafına xidmət edir və bilavasitə bu alt-standartın (2.2.4.) reallaşmasına yönəlmişdir.. İrad qəbul edildi. Rəyçilərin hansı məntiqlə oyun gedirdi cümləsini ifadə kimi təqdim etməsini başa düşmək istərdik. Getmək feili çoxmənalı sözdür və bir mənası da də belədir: Cərəyan etmək, vaqe olmaq, davam etmək : Sinifdə dərs gedir. (Azərbaycan dilinin izahlı lüğəti, II cild, səh. 224). 5. Müəllim üçün metodik vəsaitin (MMV-nin) məzmununun işlənməsi baxımından 29. MMV 240 səhifədən ibarətdir. Giriş i Ümumi fikirlər. 7

8 təşkil edən Azərbaycan dili dərslik komplekti, Məzmun standartları, Qiymətləndirmə, Əlavə resurslar hissələrində tədris vahidləri, dərslik və MMV-dən istifadə qaydaları, təlim texnologiyaları haqqında məlumat, mövzular üzrə alt-standartların xəritəsi verilmişdir. 30. Sistemli planlaşdırma təqdim olunmuş, hər dərsin təlim məqsədləri müəyyən olunaraq mövzular üzrə istifadə olunacaq fəaliyyət növləri müəyyənləşdirilmişdir. Məzmun standartlarının reallaşdırılması cədvəli təqdim olunmaqla yanaşı, illik planlaşdırma nümunələri də MMV-də öz əksini tapmışdır. Lakin yaxşı olardı ki, müəllimə kömək məqsədi ilə bir neçə gündəlik planlaşdırma nümunəsi də təqdim edilə idi. 31. MMV-də müəllimə kömək məqsədi ilə qiymətləndirmə bölməsində (səh.13-15) alt standartlardan çıxarılan meyarlara və səviyyə deskriptorlarına əsaslanan analitik qiymətləndirmə rubriklərinin də verilməsi tövsiyə olunur. Bu rubriklər formativ qiymətləndirmə üçün alt standartların reallaşma səviyyəsini yoxlamağa imkan verən ən əlverişli vasitədir. 32. MMV-də, əsasən, Yazı, Dil qaydaları məzmun xətləri üzrə standartların reallaşdırılması üçün verilən tapşırıqlar, Dinləyib-anlama və danışma, Oxu məzmun xətləri üzrə standartların reallaşdırılması üçün nəzərdə tutulan tapşırıqlardan azlıq təşkil edir. 33. Səhifə 21. Baba və nəvə hekayəsində Motivasiya hissəsində verilən Hər saqqalı olana ağsaqqal deməzlər atalar sözünün işlədilməsi uğurlu deyil. Hekayədə və dinləmə mətni olan şeirdə əsas ideya gəncliyin də, qocalığın da hərəsinin öz yeri, öz gözəlliyi olması fikridir. Hekayənin sonunda işlədilən ifadə də (babanın avtobusda başqa qocaların da olduğunu, lakin məhz ona hörmət göstərildiyini bildirməsi) didaktik baxımdan məqsədəuyğun deyil. Gündəlik planlaşdırma sinfin səviyyəsindən və müəllimin yanaşmasından asılı olur. Dəfələrlə vurğulanıb ki, bu sahədə müəllimlərə sərbəstlik verilməlidir. Rəyçilərə öz arzularını bildirdiklərinə görə təşəkkür edirik. Lakin nəzərə almaq lazımdır ki, dərslik və müəllim üçün vəsaitin bəlli bir həcmi var. Güman etmirik ki, dərslik komplektində əks olunmuş tədris materiallarının dəyəri rəyçilərin təklif etdiyi məsələlərdən azdır. Rubrikləri müəllimlər özləri də sinfin səviyyəsinə uyğun müəyyənləşdirə bilərlər. Əvvəlki iradların təhlili göstərdi ki, rəyçilər məzmun xətləri üzrə standartların reallaşdırılmasına xidmət edən tapşırıqların qiymətləndirilməsinə səhlənkar yanaşmışlar, çox zaman onları görməmiş və ya görmək istəməmişlər. Bu irad da həmin qəbildəndir. Rəyçilərin cümlə qurarkən diqqətli olmalarını tıvsiyə edərdik. tapşırıqlar. tapşırıqlardan azlıq təşkil edir. Subyektiv fikirdir. Nə atalar sözündə, nə də hekayənin sonunda didaktik baxımdan məqsədəuyğun olmayan heç nə yoxdur. 8

9 34. Səhifə 27. Kitab daha maraqlıdır mətnində məqsəd kitab oxumağı təbliğ etmək olsa da, MMV-də Ümumiləşdirmə hissəsində belə bir nəticəyə gəlinib ki, İnformasiya texnologiyalarının inkişaf etdiyi bir əsrdə hər kəsin internetin imkanlarından istifadə etməsi həm vaxt, həm də informasiya bolluğu baxımından səmərəlidir. Mövzunun ideyası ilə çıxarılan nəticə arasında təzad var. 35. Səhifə 63. Qədim yunan sözləri mətninə aid dərsdə (Mətnin məzmununu genişləndirilmiş formada yaradıcı nəql edir) alt standartını reallaşdırmaq üçün nəzərdə tutulmuş fəaliyyət ziqzaq üsulu ilə mətnin hissələrinin qruplar arasında və mətnin bütöv şəkildə qrup nümayəndələri tərəfindən nəql edilməsi tam olaraq alt standartın reallaşdırılmasına imkan yaratmır. Belə ki, alt standartın genişləndirilmiş formada yaradıcı nəql edir tələbi nəzərə alınmır 36. Səhifə 97. Niyə şeirinə aid dərsdə (Mühakimə xarakterli kiçik rəy-inşa yazır) alt standartından çıxarılan təlim nəticəsinə nail olmaq üçün materiallar təqdim edilmir. Təlim nəticəsi Verilmiş mövzunu şəxsi həyatı ilə əlaqələndirərək inşa yazır kimi verilsə də, MMV-də Yazı məzmun xəttinə aid tapşırıq inşa yazmağı deyil, verilmiş suallara cavab yazmağı tələb edir. 37. Səhifə 98. MMV-nin 2011-ci il nəşrində Niyə şeirinə aid dərsə verilmiş (Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir) alt standartı (MMV, səh.98) bu nəşrdən çıxarılsa da, MMV-də həmin alt standarta aid tövsiyə ( Niyə şeirində neçə cümlə var? Onlardan neçəsi sual, neçəsi nəqli cümlədir? kimi sualların cavablandırılması) saxlanılmış, bu da dərs üçün nəzərdə tutulmuş təlim nəticələri ilə təlim texnologiyaları arasında uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. 38. Səhifə 100. Meynə niyə ağlayır mətnində Yazı məzmun xətti üzrə Burada heç bir ziddiyyət yoxdur. Birincisi, MMV-də rəyçilərin qeyd etdiyi Ümumiləşdirmə hissəsi yoxdur. Söhbət şagirdlər arasında aparılan Kim hansı bilik mənbəyinə daha çox müraciət edir? sorğusundan gedir. gəlinən nəticə belədir ki, informasiya vasitələri (radio, televiziya, kitab, internet,qəzet, jurnal) məqsəddən asılı olaraq müxtəlif yerlərdə istifadə olunur. O ki qaldı internetlə bağlı qeydə, bu, reallıqdır və onun həyatımızda tutduğu yer (əlbəttə,yuxarıda sadalananlarla birgə) danılmazdır. Nəzərə almaq lazımdır ki, MMV-də bu dərsin mövzusu ilə bağlı dinləmə mətni verilmişdir. Bu mətn dərslikdəki mətni informasiya baxımından tamamlayır. Müəllimlər mətni səsləndirdikdən sonra həmin standartın reallaşdırılması üçün tapşırıqlar verməlidirlər. Aydın məsələdir ki, qoyulmuş sullara şagirdlər bir cümlə ilə cavab verməyəcəklər. İstənilən halda bu, mühakimə xarakterli kiçik bir mətn inşa olacaq. Rəyçilərin işə formal yanaşaraq tapşırıqda inşa sözünün yazılmadığına görə onu qənaətbəxş hesab etməməsi təəccüb doğurur. Dil qaydaları üzrə tapşırıqlara təkrar xarakteri daşıyan bir neçə sualın da əlavə edilməsində pis nə var ki? Dərsin şərhində qoyulmuş hər bir tapşırığın təlim nəticəsi səviyyəsinə qaldırılmasına ehtiyac yoxdur. Hər hansı tapşırığın aid olduğu alt standartın cədvəldə yer almaması dərs üçün nəzərdə tutulmuş təlim nəticələri ilə təlim texnologiyaları arasında uyğunsuzluğun yaranmasına necə səbəb ola bilər? Rəyçilərin iradında yenə də formal münasibət özünü göstərir. Bir daha qeyd 9

10 tapşırıq verilsə də, bu məzmun xəttini ifadə edən alt standart verilməyib. Burada (Verilmiş mətnin müfəssəl məzmununu yazır) alt standartı qeyd edilə bilər. 39. Səhifə 135. Qaraca qız və Ağca xanım hekayəsinin tədrisi zamanı motivasiya üçün verilən sual ( Sizcə kasıb ailədən olan adam varlı ailədən olan adamla dostluq edə bilərmi? ) uğurlu deyil. Əsl dostluğun hər şeydən uca olması hekayənin əsas ideyasıdır. Bu sual isə məktəb yaşlı uşaqların düşüncələrində dostluq haqqında təzadlı fikirlər formalaşdıracaq. Hekayəyə varlı və kasıb insanların dostluqlarının mümkün olub-olmaması baxımından deyil, əsl dost necə olmalıdır prizmasından yanaşılması məqsədəuyğundur. 40. Səhifə 145. MMV-də Oxu məzmun xəttinə aid Mətn oxunduqdan sonra şagirdlər vəzir obrazları və əsərin ideyası ilə bağlı fikirlərini söyləyirlər. Dərslikdəki tapşırıq yerinə yetirilir tövsiyəsində dərslikdəki (səh. 135) tapşırığın ( Mətnin sonuncu cümləsini necə başa düşürsən? ) mətnin ideyasının müəyyənləşdirilməsindən əvvəl nəzərdə tutulması daha məqsədəuyğundur. Mətnin ideyasının müəyyənləşdirilməsi məzmun üzərində görülən işlərin sonuncusu olmalıdır. 41. Yenə həmin səhifədə Yazı məzmun xətti üzrə fəaliyyət nəzərdə tutulsa da, buna uyğun heç bir alt standart göstərilməmişdir. 42. Səhifə 159. Çil toyuq dərsində Dil qaydaları məzmun xətti üzrə reallaşdırılması nəzərdə tutulan alt standart verilməyib. Halbuki MMV-də Dil qaydaları na aid olan tövsiyələr öz əksini tapmışdır. 43. MMV-də əlavə vasitə olan xəritələr, sxemlər, atlaslardan istifadə nəzərdə tutulsa da, elektron resurslardan istifadə, demək olar ki, öz əksini tapmayıb. Şagirdlər təlim nəticələrini əldə etmək üçün özləri sərbəst formada araşdırmalar aparmalıdırlar. Bu zaman elektron resurslardan istifadə onların işini daha keyfiyyətli və uğurla yerinə yetirməsini təmin edəcək. edirik ki, dərsdə epizodik xarakter daşıyan və ya intellektual oyun səciyyəli fəaliyyət növləri ola bilər ki, onlar standart təlim nəticəsi cədvəlində öz əksini tapmaya bilər. Ədəbi əsərləri təhlil edərkən onlara görmək istədiklərimiz deyil, əslində olanlar prizmasından yanaşmaq lazımdır. Şagirdlər həyat həqiqətləri və problemləri ilə əsərdə rastlaşdıqda bu onlara daha maraqlı gəlir və fikir yürütməyə sövq edir. İkinci tərəfdən, rəyçilər mövzu və məzmun anlayışlarını eyniləşdirirlər. Əsərin mövzusu, əlbəttə, əsl dostluqdur. Rəyçilərin bizə irad tutduqları isə əsərin məzmunundan irəli gəlir. Tamamilə yanlış iraddır. Dərslikdəki suala cavab vermək üçün şagirdlər mətnin məzmununu və ideyasını mənimsəməlidirlər. MMV-də də məhz belə nəzərdə tutulub. Bax: 38-ci irad. Bax: 38-ci irad. MMV-nin Giriş hissəsində (səh.4) məzmun xətləri üzrə fəaliyyətdən danışarkən müəlliflər araşdırma və layihələr üzrə işlərin ev tapşırığı kimi verilməsini daha məqsədəuyğun olduğunu söyləyirlər. Bu zaman şagirdlər, təbii ki imkan daxilində, ən müxtəlif mənbələrə, o cümlədən elektron resurslara müraciət edə bilərlər. Şagirdlərin sərbəst şəkildə araşdırmalar 10

11 44. MMV-də iş dəftəri ilə əlaqəli tövsiyələr bu nəşrdə redaktə olunmuş, əksər dərslərdə iş dəftəri ilə bağlı fəaliyyət yalnız əlavə vasitə kimi təqdim olunmuşdur. Lakin bir çox səhifələrdə düzəlişlər əsaslı deyil, redaktə xarakterlidir. Bəzi dərslərdə isə hər hansı məzmun xətti ilə bağlı fəaliyyət zamanı yenə də yalnız iş dəftərinə istinad edilir (məsələn, Şah Abbas və vəzirləri dərsində Yazı məzmun xətti ilə bağlı MMV-də verilmiş tövsiyə yalnız iş dəftəri ilə bağlıdır (MMV, səh.145). Səhifə 188- də Oxu məzmun xətti üzrə nəzərdə tutulmuş fəaliyyətdə 3-cü addım bütövlükdə iş dəftərindəki çalışmaya aid edilir). Mövzularla bağlı dərslikdəki çalışmaların sayı azlıq təşkil etdiyi halda, məzmun xətləri üzrə görüləcək işlərin önəmli bir hissəsi iş dəftərinə yönləndirilir və dərslik komplekti alt standartların reallaşdırılmasında əsaslı rol oynaya bilmir. 45. Dərslik komplektinin monitorinqi nəticəsində məlum olmuşdur ki, 2015-ci ildə nəşr edilən bu dərslik komplekti Təhsil Problemləri İnstitutunun kurikulum.az saytında yerləşdirilmiş yeni məzmun standartları əsasında deyil, fənn kurikulumunun ilk variantına (Bax: Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı, 2008) uyğun hazırlanmışdır. Buna görə də dərslik komplektinin əsaslandığı məzmun standartları bir çox hallarda hazırda Təhsil Problemləri İnstitutunun kurikulum.az saytında yerləşdirilmiş yeni məzmun standartları ilə üst-üstə düşmür. Məsələn, (Dialoji mətnlər qurur və təqdimatlar edir) (kurikulum.az), (Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadisələr haqqında mühakimə xarakterli fikirlər irəli sürür) (dərslik) və s. aparmasına imkan verən tapşırıqlar isə kifayət qədərdir. Bax. MMV, səh. 92, 123, 139, 141, 164, 171, 173, 213, 216, 229 və s. Müəlliflər MMV-də elektron resurslardan istifadə tapşırıq kimi qoyulanda, adətən, başqa iradla qarşılaşırlar: Kompüteri və ya internetə çıxışı olmayan şagirdlər nə etsinlər? Dərslik və MMV-də təqdim olunan tədris materialları kurikulumda təsbit olunmuş standartların reallaşdırılması üçün kifayət edir. İş dəftəri tətbiqi tapşırıqlar vasitəsilə müəyyən bacarıqları daha da möhkəmləndirmək üçün nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, əlavə resurslara istinad dərslikləri qiymətləndirmə meyarlarından biridir. Şah Abbas və vəzirləri dərsində Yazı məzmun xətti ilə bağlı tapşırığa gəldikdə isə iş dəftərində verilmiş tapşırıq MMV-də təkrar olunmuşdur: Təsəvvür et ki, vəzirlər xaidirlər və onlar padşahın dedikləri ilə razılaşırlar. Səncə, belə olduqda Şah Abbas nə edərdi? İş dəftəri olmayan şagird bu tapşırığı adi vərəqdə də yerinə yetirə bilər. Müəlliflər Təhsil Nazirliyindən aldıqları təlimata əsasən dərslik komplekti üzərində təkmilləşdirmə işi aparmışlar. Kurikulumun variantları arasında fərq cüzi olduğundan standartlarda dəyişiklik etməmək tövsiyə olunmuşdur. 11

12 NƏTİCƏ QƏBUL EDİLMİŞ İRADLAR: 17-ci irad (vergül səhvi) 19-cu irad (vergül səhvi) 27-ci irad (uğursuz tapşırıq) Müəlliflər adından Rafiq İsmayılov DQŞ-nin sədri Ekspert komissiyasının adından 12

Azərbaycan Dilindən Didaktik Materiallar 4-cü Sinif, Aygün Məcidova

Təqdim olunan vəsait ibtidai siniflərdə Azərbaycan dilinin təliminə həsr olunmuşdur. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumunun məzmun xəttləri üzrə ibtidai sinif şagirdləri tərəfindən nəzərdə tutulmuş biliklərin şüurlu mənimsənilməsində didaktik material xüsusi rol oynayır. Onlardan səmərəli şəkildə istifadə etməklə şagirdlərin bilik, bacarıq va vərdişləri daha da inkişaf edir. Vəsaitə kurikulum standartlarına uyğun çalışmalar, didaktik materialları istinad etdiyi nəzəri və metodik məsələlər daxil olunmuşdur. Materialların tərtib edilməsi zamanı şagirdlərin müstəqil işləmə imkanları, onların hazırlıq səviyyələri nəzərə alınmışdır. Materiallar dərsliklərə əlavə olunaraq, oradakı çalışmaları tamamlayır, şagirdlərə qrammatik qayda və qanunlardan istifadə etmək bacarıqlarını formalaşdırır və inkişaf etdirir. Vəsaitdən ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər istifadə edə bilərlər.

4 cu sinif Azərbaycan dili ksq 6 – 4 cu sinif Azərbaycan dili ( Metodik vəsait

#ksq #test #azerbaycandili #dərslik 4 cu sinif azerbaycan dili metodik vesait 4 cu sinif azerbaycan dili bsq 1 4 cu sinif azerbaycan dili testleri 4 cu sinif azerbaycan dili testleri pdf 4 cu sinif azerbaycan dili testleri online 4 cu sinif azerbaycan dili testleri testbook 4 cu sinif azerbaycan dili ksq 4 cu sinif azerbaycan dili derslik 4 cu sinife aid azerbaycan dili testleri 4 cu sinif azerbaycan dili bsq 4 cu sinif azerbaycan dili bsq 2 4 cu sinif azerbaycan dili rus bolmesi 4 cu sinif azerbaycan dili testleri bsq 1 4 cu sinif azerbaycan dili testleri bsq 5 ci sinif azerbaycan dili 4 cu bolme 4 cu sinif azerbaycan dili test cavablari 4-cu sinif azerbaycan dili testleri ve cavablari 4 cu sinif azerbaycan dili is dəftəri cavablari 4 cu sinif azerbaycan dili testleri ve cavablar 4 cu sinif azerbaycan dili ksq 2 cavablari 4 cu sinif azerbaycan dili kitabi cavablari 4 cu sinif azerbaycan dili test ve cavablar 4 cu sinif azerbaycan dili derslik pdf yukle 4-cu sinif azerbaycan dili dersleri 4 cu sinif azerbaycan dili dersliyi 4 cu sinif azerbaycan dili kitabi derslik 4 cu sinif azerbaycan dili e derslik 4 cu sinif azerbaycan dili metodik vesait e derslik 4-cu sinif azerbaycan dili testleri isle 4 cu sinif azerbaycan dili ksq 3 4 cu sinif azerbaycan dili kitabi 4 cu sinif azerbaycan dili ksq 5 4 cu sinif azerbaycan dili ksq 2 4 cu sinif azerbaycan dili qiymetlendirme 4 cu sinif azerbaycan dili qaydalari 4 cu sinif azerbaycan dili summativ qiymətləndirmə 4-cü sinif azerbaycan dili müəllim üçün metodik vəsait 4 cu sinif azerbaycan dili metodik 4-cu sinif azerbaycan dili muellim ucun metodik vesait yukle 4 cu sinif azerbaycan dili onlayn sinaq

Кадры из видео

Тэги из видео

Комментарии пользователей:

Еще ни кто не оставлял комментариев.

Comments are closed, but trackbacks and pingbacks are open.