Press "Enter" to skip to content

Başgicəllənmənin səbəbləri

Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

VERGİLƏR

İşçi ilə işəgötürən arasında mübahisə yaradan məsələlərdən biri də müəyyən səbəblərə görə bir işçinin digər işçini əvəz etməsi ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əməkhaqqı Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulan əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

Əmək Məcəlləsinin 162-ci maddəsində 2 fərqli müvəqqəti həvalə etmə halı nəzərdə tutulub:

1. Müəyyən səbəblərə görə işçinin məzuniyyətlərdə, ezamiyyətdə olması, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və s. digər halları özündə əhatə edən müvəqqəti işdə olmayan hallar;

2. Müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verilib işdən ayrılan işçilərdən sonra yaranmış vakant (boş) iş yerinin başqa işçilərə həvalə olunması halı.

Hər iki hala misallar üzərindən baxaq.

Öncə qeyd edim ki, yuxarıda sadalanan hallarda işlər həvalə olunan işçidən razılıq alınmalıdır. Təcrübədə razılıq daha çox yazılı formada ərizə ilə alınır. Bundan sonra həvalə olunmanın həyata keçirilməsi və ödəniləcək əlavə əməkhaqqı ilə bağlı qeydləri özündə əhatə edən əmr tərtib olunur və həmin əmr əsasında ödəniş edilir. Həmin əmrlə müvəqqəti həvalə olunma prosesi sənədləşdirilir və işçiyə əlavə əməkhaqqı ödənilir.

Misal 1: Tutaq ki, insan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışan işçi 1 ay müddətinə əmək məzuniyyətindən istifadə edir. Bu müddət ərzində onun əmək funksiyaları həmin şöbədə insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışan işçiyə həvalə olunur. Həvalə olunan işçinin bununla bağlı razılığının alınması mütləqdir. Bundan sonra işəgötürən tərəfindən müfaviq əmr tərtib olunur. 1 ay müddətinə baş mütəxəssis öz əmək funksiyaları ilə yanaşı, şöbə rəhbərinin də əmək funksiyalarını icra edir. Bunun qarşılığında isə əvəz edən işçiyə qanunvericilikdə göstərilən qaydada əlavə əməkhaqqı hesablanıb ödənilməlidir.

Misal 2: İnsan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışan işçi öz ərizəsi ilə işdən ayrılır. Bu zaman baş mütəxəssis vəzifəsində çalışan işçinin razılığı ilə həmin işçi müvəqqəti olaraq vakant olan şöbə rəhbəri vəzifəsinin funksiyalarını da icra edir. Bu həvalə olunma ən çox 3 ay müddətində ola bilər.

Yuxarıda qeyd olunan hər iki hal arasında oxşaq və fərqli cəhətlər mövcuddur.

Oxşar cəhətlər:

– hər iki halda həvalə olunma prosesi tərəflərin razılığı ilə baş verir;

– hər iki halda mütləq işəgötürən tərəfindən əlavə əməkhaqqı hesablanıb ödənilməlidir.

Fərqli cəhətlər:

– müvəqqəti, müəyyən səbəblərə görə həvalə olunma daha çox müddətə ola bilər, ancaq vakant iş yerinin həvalə olunması 3 aydan çox ola bilməz;

– əlavə əməkhaqqının ödənilməsində müəyyən fərqlər mövcuddur.

Yuxarıda qeyd olunan hər iki müvəqqəti həvalə etmə ilə bağlı işəgötürən tərəfindən əlavə əməkhaqqı hesablanıb işçiyə ödənilməlidir. Əlavə əməkhaqqının hesablanması qaydaları Əmək Məcəlləsinin 61-ci və 162-ci maddələri ilə tənzimlənir.

Başgicəllənmənin səbəbləri

Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə “həqiqi baçgicəllənmə” (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.

Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.

Beləliklə, tez-tez təkrarlanan başgicəllənmə bu kimi hallarda meydana çıxa bilər:

– vestibulyar (bədənin müvazinətini nizama salan mərkəz) sinirlərin iltihabı,

– daxili qulağın iltihabı (eşitmə qabiliyyətinin azalması, qulaqdan hər hansı ifrazatların gəlməsi ilə müşayiət olunur),

– baş beyini şişləri (güclü baş ağrıları, ürəkbulanması, qusma ilə müşayiət olunur),

– miqren (baş ağrısı, ürəkbulanması, qusma, qulaqlarda küy və s. kimi simptomlarla müşayiət olunur),

– Menyer xəstəliyi (bu xəstəlik güclü başgicəllənmələri tutmaları, bir qulaqda eşitmə qabiliyyətinin azalması, ürəkbulanması, qusma ilə müşayiət olunur),

– baş və boyun travmaları (xüsusilə avtomobil qəzalardan sonra),

– boyun osteoxondrozu (başgicəllənməsindən əlavə xəstə boyun nahiyyəsində ağrılar və hərəkətliliyin pozulmasını hiss edir),

– beyin qan dövranı pozulması, insult. Bu halda başgicəllənməsi uzunsürən olur (hətta bir neçə gün ərzində davam edə bilər), xəstədə qollarda və ayaqlarda keyimə hissi, nitqin pozulması (xəstə hətta öz adını aydın deyə bilmir) və s. ağır simptomlar meydana çıxır. Dərhal “təcili yardım” çağırmaq və xəstəni xərəkdə xəstəxanaya çatdırmaq lazımdır.

Lakin onu da nəzərinizə çatdıraq ki, əksər hallarda həqiqi başgicəllənməsinin səbəbi travma və ya infeksiyanın nəticəsində insanın vestibulyar apparatında olan pozulmalardır. Belə başgicəllənmələri insanın həyatı üçün ciddi təhlükə yaratmır. Lakin insan daha diqqətli olmalıdır ki, başgicəllənməsi tutması zamanı yıxılmasın və travma almasın. Başgicəllənməsinin bu formasını nevropatoloqlar müalicə edir.

Hamiləlik zamanı qadın orqanizmində ciddi dəyşikliklər baş verir ki, bunun nəticəsində qadında tez-tez başgicəllənmələri ola bilər. Adətən bunun səbəbi hamilə qadınların qanında qlükozanın səviyyəsinin və ya qan təzyiqinin aşağı düşməsidir. Əgər başgicəllənməsi hamilə qadında tez-tez təkrarlanırsa, bu haqda mütləq qadına nəzarət edən ginekoloqa məlumat vermək lazımdır. Belə başgicəllənməsi fizioloji sayılır (yəni xəstəliyin simptomu sayılmır). Hamiləlik başa çatdıqda belə fizioloji başgicəllənməsi də artıq təkrarlanmır.

Hamiləlikdən əlavə fizioloji başgicəllənməsi bu kimi hallarda ola bilər:

– İnsan böyük auditoriya qarşısında çıxış etdikdə, qəfildən sevindikdə və ya əksinə kədərləndikdə, onun qanında adrenalin hormonu çoxalır ki, nəticədə başgicəllənməsi inkişaf edə bilər.

– Nəqliyyatda getdikdə (xüsusilə su nəqliyyatında), karuseldə yelləndikdə insan başğıcəllənməsi hiss edə bilər.

– Balanslaşdırmamış pəhrizlər də başgicəllənməsinə səbəb olur. Bu zaman insanın orqanizmi az miqdarda qlükoza alır ki, beyin “ac qalır” və bunun nəticəsində insanda başgicəllənməsi inkişaf edir.

– Çoxlu miqdarda siqaretlərin çəkilməsi, alkoqollu içkilərin və narkotiklərin qəbulu da başgicəllənmələrə səbəb ola bilər.

– Uzun müddət ərzində kompüterdə işləyən insanlarda da başgicəllənmələri tez-tez olur. Bundan əlavə bu qrup insanlarda baş ağrısı, ürəkbulanması, tez yorulma, zəiflik əmələ gəlir. Bu xoşagəlməz simptomlardan qurtulmaq üçün bu insanlar daha az vaxt kompüterdə işləməli, daha çox açıq havada olmalı, idmanla məşğul olmalıdırlar.

– Bəzi dərmanların qəbulu insanda başgicəllənməsinə səbəb ola bilər. Bu dərmanların arasında: allergiya əleyhinə preparatlar, bəzi antibiotiklər, güclü sakitləşdirici preparatlar və s. Əgər hər hansı preparatın qəbulundan sonra sizdə başgicəllənməsi əmələ gəlibsə, mütləq bu haqda öz müalicə həkiminizə məlumat verin.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.