Press "Enter" to skip to content

Li hsnov müasir beynlxalq münasibtlr

Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyəti­nin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin sək­kiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında müna­si­bət­lərdə yalnız allahın gücü yox eyni za­manda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fu­ki­di­dinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qob­bsun (1588-1679-cu illər) və nisbə­tən başa çatmış alman ge­ne­ralı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi mə­lumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.
Beynəlxalq münasibətlərin klassik nəzəriyyəsi ondan irəli gəlir ki, insanlar öz təbiətinə görə xudbin bir məxluq idi. Onlarda hakimiyyətə keçmək həvəsinin olmaması idi. In­san­la­rın öz bacarıqlarına görə təbiətdən asılılığı eyni deyildi, lakin on­lar qarşılıqlı inamı aşkar edir, rəqabət aparır, maddi im­kanlar əldə etməyə cəhd göstərir ki, bu da həmişə hamı­nın-ha­mıya, hər birinin- hər birinə qarşı müharibəyə apa­rırdı. Belə mü­haribənin dərindən mənasını başa düşən in­sanlar öz ara­la­rında müharibəyə qarşı ictimai müqavilə bağlamağa başladılar və nəticədə dövlət yarandı ki, bu da daxili ictimai münasibətləri tənzimləmək üçün xüsusi və baş­qalarından fərqlənən bir alətə çevrilir. Insanlar özlərinin hüquq və azad­lıq­larını, sülh və təhlükəsizliyin, ictimai qay­daların təminatçısı olan dövlətə könüllü olaraq təhvil verir. Bundan sonra dövlətin marağı öz tabeliyində olanlara ağalıq etməkdən ibarət olur. Dövlətin kö­mək­liyi ilə insanlar ara­sında münasibət süni axar­dan vətən­daş­lıq vəziyyətinə gətiri­lir. Lakin dövlət müstəqil ol­duğundan o heç bir məhdu­diyyətlə əlaqəli olmur. Ona görə də beynəlxalq si­yasi müna­sibətlər hələ də düşmənçilik olaraq qalır. Güc onların əsas tənzimləyicisi hesab edilir və onun məzmunu isə hər bir döv­lətin nəyə qadir olduğunu «zəbt etmək, sax­la­maq» kimi for­mulunda özünü göstərir. Beynəlxalq müna­sibətlər isə «güclü nə is­təyir onu edir, zəif isə nə imkanı var onu edir» prinsipləri üzrə qu­rulur. Beynəlxalq qarşılıqlı əlaqənin səviyyəsi regional xa­rakter daşıyır. Beynəlxalq münasibətlərin vəziyyətini qı­sa­müd­dətli sülhlə əvəz olunan müharibə vəziyyəti kimi xa­rak­terizə etmək olar.
Klassik istiqamətin sonrakı inkişafı siyasi bazarlıq ol­maqla B.Spinozanın (1632-1677-ci illər), Devid Yumun (1711-1776-cı illər), Emer de Vattelin (1714-1767-ci illər) əsərlərində işlənib hazırlanmışdır. Siyasi vəziyyəti təhlil edən Emer de Vattel dünyanın dəyişdiyini qeyd edir. Dövlətin ötüb-keçənlərə diqqətinin dəyişdirilməsi və danışıqlar, Avro­pada siyasi sistemi formalaşdırır və onlar dünyanın bu hissə­sində yaşayan mil­lət­lərin müxtəlif marağı və münasibətləri ilə bağlıdır. Avropa döv­lətinin milli və müstəqil formalaşması ilə yanaşı eyni zamanda Avropada azadlığı və qaydaları gözləmək də onun marağını artırır. Emer de Vattel yazırdı: «Ancaq bu məşhur siyasi ta­raz­lıq ideyanı və tarazlıq haki­miyyətini yaratmışdır. Bu baxımdan heç bir dövlət müsbət mənada digər dövlətə üstün gəlmək və­ziy­yətində olmadığın­dan onlar üçün qanunla müəyyən etsin».
Bununla belə mövcud klassik ənənələrə uyğun olaraq tarazlıq siyasi nəzəriyyəçilərin nümayəndələri hesab edirdilər ki, təhlükəli qonşuya qarşı xoşməramlı müharibə qanuni və ədalətlidir. Əgər qonşu güclü olarsa bu halda ən güclü döv­lətə qarşı dayanan və öz gücünü digərinə diktə etməyə mane olan koalisiya yaratmağa cəhd göstərmək lazımdır.
Beləliklə, ilk dəfə beynəlxalq siyasi münasibətləri tən­zimləmək üçün koalisiya deyilən bir vasitədən istifadə etmək fikri söylənilmişdir.
XVIII əsrdə bu nəzəriyyənin zəmanətindən müharibə aparmaq üçün koalisiya yaratmaq ideyasından müstəqil Av­ropa həvəslə istifadə etmişdir. Müəyyən mənada koalisiya bey­nəlxalq təşkilatların və beynəlxalq hərbi-siyasi münasi­bətlərin tənzimlən­mə­sində bir yemlik kimi nəzərə alınmalıdır.
Klassik nəzəriyyə ilə paralel fəlsəfənin, xristianlığın in­kişafı ispan teoloqu Fransisko de Vittoriyanın (XVI əsr), hollandiyalı Huqo Qrotsiyanın (XVII əsr), Immanuil Kantın (XIX əsr) və s. baxışları ilə əlaqədar olaraq siyasi tarazlıq nə­zə­riyyəsi xəyalpərəst (utopik) istiqamətdə baş vermişdir.
Insanların mənəvi, siyasi, iqtisadi birliyinin olması həm­çinin təhlükəsiz yaşamaq hüququ və hərəkəti haqqında ideyalar idealist konsepsiyada öz əksini tapmışdır. Bu isə in­sanlar arasında daimi sülhün olmasına, beynəlxalq münasi­bətlərin hü­qu­qi və mənəvi tənzimlənməsinə inam yaradır və ya başqa va­sitələrlə – tarixi məcburiyyətlə bağlı özü tərəfin­dən həyata ke­çirilir. Belə ki, I.Kant hesab edirdi ki, dövlətin daxilində hüquqi cəmiyyətin formalaşdırılması labüddür və gələcəkdə döv­lət­lər­arası münasibətlər dünyanın daimi, har­monik tənzimlənməsi vəziyyətindən dəyişir.Idealistlər inanırdılar ki, beynəlxalq münasibətlərin tənzimlənməsi vacibdir və yalnız bu insanların öz tələblərində təhlükəsizliyin və sərbəst hərəkətinin təmin edilməsinə yönəl­dilən əsas tədbirlərdən biri ola bilər.
XIX əsrdə idealizm liberalizm və pasifizm nəzəriyyələ­rində inkişaf etmişdir.
Iki dünya müharibəsi dövründə beynəlxalq siyasi mü­na­sibətləri tənzimləmək vasitələri və təşkilat formaları problemləri üzrə idealistlər və realistlər arasında elmi müba­hisələr baş vermişdir. Idealizmin tərəfdarları beynəlxalq təş­kilatların kö­məkliyi və onların sayının artması ilə beynəlxalq münasibətlərin demokratikləşməsinə, müharibələrin və hərbi münaqi­şə­lərin dayandırılmasına nail olmaq olar.
Siyasi təcrübədə idealizm I Dünya müharibəsindən so­nra Amerika Prezidenti Vudro Vilson tərəfindən 1920-ci ildə işlənib hazırlanmış «Millətlər cəmiyyəti» Proqramı ətrafında top­lan­ması olmuşdur ki, bu da beynəlxalq münasibətlərin çoxtərəfli tənzimlənməsində ilkin təşkilatlardan biri olmuş­dur.«Millətlər cəmiyyəti»nin idealist baxışlarının təcrübi ola­raq həyata keçirilməsi 30-cu illərdə Avropada gərginliyin art­ması, faşizmin aqressiv siyasəti bu ideyanın məhvinə səbəb oldu. Bu zaman beynəlxalq münasibətlərin çoxsahəli konsep­siyaların tənzimlənmə­sində beynəlxalq təşkilatların kömək­liyi ilə həyata keçirilməsi ideyası vacib şərtlərdən biri hesab edildi.
II Dünya müharibəsindən sonra beynəlxalq təşkilatla­rın rolu müəyyən dərəcədə artmış, dünya ictimaiyyətinin bə­şə­riy­yə­tin ümumi marağına cavab verən dünya qaydalarının tənzim­lən­məsində yeni istiqamətlərin formalaşdırılması baş verdi.
Beynəlxalq siyasi münasibətlərdən fərqli olaraq iqtisadi nəzəriyyələrdə beynəlxalq iqtisadi münasibətlər və onların tən­zim­lənməsi, onların obyektiv inkişafı digər səviyyələrdə müx­təlif baxımdan tədqiq edilmişdir. Lakin həmişə tədqiqata milli iqtisadiyyata tələb prizmasından yanaşılmışdır (mer­kantilizm, klassik, neoklassik, Keyns və digər iqtisadi fikir məktəbləri).
Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi üzrə zə­ma­nət­də hər şeydən əvvəl milli maraq əsas götürülürdü. Bax­mayaraq 1883-cü ildə bir sıra ölkələr sənaye mülkiyyətini qorumaq haqqında Paris Bəyannaməsini və 1919-cu ildə Versal müqaviləsini bağlamaqla Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Ticarət Palatası (BTP) yaratdılar, amma geniş və universal tələbdə BIM-nin tənzimlənməsini ölkələr hiss etmə­dilər. Hətta «Millətlər cəmiyyəti»nin Nizamnamə­sində onun əsas funksiyalarından biri bu cəmiyyətin üzvü olan ölkə­nin iqtisadi vəziyyəti, aktual iqtisadi problemlərin həll edilməsi üçün şərtlərin yaradılması, iqtisadi mühitdə təc­rübə, birlik və digər məsələlər işlənib hazırlanmamışdır.
BIM-in əsas diqqət obyektində özünütənzimləmədə ba­zar iqtisadiyyatının qabiliyyəti haqqında neoklassik nəzə­riyyə tezislərinin qiymətləndirilməsi vacibdir.
1929-cu ildən 1993-cü ilə qədər davam edən dünya iqti­sadiyyatının təkrar istehsalında böhran baş verdi. Bu böhran dün­yanın aparıcı və nisbətən salamat ölkəsi olan ABŞ-ı bü­rümüşdü. Alıcılıq qabiliyyəti kifayət etməyən ölkədə mal satışı yox idi və qeyri-reallaşdırılmış vəziyyətə gətirmişdi.
Təkrar istehsal prosesi pozulmuş, nəticədə 1932-ci ildə ABŞ-da sənaye istehsalı ümumiyyətlə 46 % aşağı düşmüşdür.30-cu illərin tənəzzülü iqtisadi fikrin bütün sahələrində dərin izlər qoyaraq özütənzimlənən iqtisadi nəzəriyyəni məhv etdi və iqtisadiyyatın dövlət tənzimlənməsi yeni Keyns dok­tri­na­sının baş verməsi üçün əsas xidmətçi oldu. Onun əsas mərkəzi ideyası dövlətin təkrar istehsal prosesinə müdaxilə­sinin vacibliyi oldu.
Keyns və sonralar isə neokeynsçilər iqtisadiyyata dövlə­tin müdaxiləsini inkişaf etdirərək dövlətin ümumi tələbinin artmasına istiqamətlənən və bazara təqdim edilən tədbirlərin həyata keçirilməsinin vacibliyini göstərirdilər. Ümumi tələbin artması iqtisadiyyatın inkişaf etməsinə imkan verəcək, iqti­sadi böhrandan və onun nəticələrindən, inflyasiya və işsizlik­dən qurtarmağa səbəb olacaqdır. Bu nəzəriyyə dövlətin tə­krar isteh­sal prosesinə müdaxiləsini qanuniləşdirdi və dövlə­tin xarici iqtisadi əlaqələr mühitinə daha məzmunlu funksiy­alar əlavə etdi. Bir qayda olaraq uzun müddət BIM-rin əsas subyektləri kimi müxtəlif inhisarlar, konsernlər, trestlər çıxış edirdilər ki, indi isə bunlarla yanaşı həmin funksiyaları bila­vasitə dövlət öz üzərinə götürür.
Dünya böhranı ölkələri beynəlxalq iqtisadi münasibət­ləri tənzimləməkdə yeni formalar axtarmaq üçün hərəkətə gətirdi.
Iqtisadi siyasətin ənənəvi ikitərəfli razılaşmalar əsasında tənzimlənməsi BIM-in həqiqi tənzimlənməsi vasitəsi olmaqla dayandı.
II Dünya müharibəsi bu problemi həll etməyə imkan ver­mədi. Lakin 1944-cü ildə Bretton-Vudsda (ABŞ) beynəl­xalq valyuta – maliyyə sisteminin əsasını qoyan razılaşma im­za­la­dılar. Bu razılaşmada xarici ticarətdə defisitliyi aradan qal­dır­mağa, milli valyuta kursunun mübadiləsində sabitliyi tən­zim­ləməyə imkan verən, beynəlxalq ticarətin stimullaşdı­rılmasında yeni qaydalar müəyyən edildi. Brettor-Vudsda əldə edilən razı­laşmaya əsasən beynəlxalq iqtisadi, valyuta-kredit münasi­bət­lərinin çoxtərəfli beynəlxalq tənzimlən­mə­sində ölkə­nin tələbinin realizə olunmasını göstərilirdi. Bu ra­zılaşma çər­çivəsində Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yeni­dən­qur­ma və Inkişaf Bankı (BYIB) adlı iki beynəlxalq təşkilat yara­dıl­dı və ticarət və tarif üzrə baş razı­laşma (GATT) imzalandı.
Beynəlxalq iqtisadi təşkilat bir tərəfdən razılaşdırılmış məq­sədi, özünün daimi orqanı, səriştəsi, digər tərəfdən isə bu təşkilat ölkələrin siyasi və iqtisadi əməkdaşlıq forması ol­maqla çoxtərəfli dövlətlərarası münasibətlər institutudur.
Beynəlxalq iqtisadi təşkilatların yaradılması XX əs­rin ikinci yarısından aktivləşməyə başlamışdır. II Dünya müha­ribəsi qurtardıqdan sonra pozulmuş siyasi və iqtisadi pro­blemləri bütün dünya ictimaiyyətində müzakirə etməyin va­cibliyi dərk edilirdi. Beynəlxalq əməkdaşlıqda yeni dünya qaydaları olmalıdır. Bu qaydalara, liberallaşma, əməkdaşlıq, aşkarlıq, dialoqlar və hər cür münaqişədən azad və s. daxil­dir.
«Beynəlxalq təşkilatların yaradılması dövlətin həya­tında fövqəladə və böhran vəziyyətini həll etmək üçün səmə­rəli tədbirlər axtarmağın nəticəsidir».Bu dövrdə ölkələr arasında iqtisadi əlaqələr aktivləşir, beynəlxalq əmək bölgüsü isə dərinləşirdi. 1950-ci illərdən baş­la­yaraq Qərbi Avropada inteqrasiya prosesinin inkişaf etməsi buna əyani nümunədir. Onlar öz əksini Ümumi bazar Av­roatom, Kömür və Polad birliyi və s. deyilən dövlət – inhi­sar birliyinin yaradılmasında gördülər.
Bu birliklərin iştirakçıları ümumi iqtisadi siyasət həyata keçirməyə cəhd göstərərək kapitalı, işçi qüvvəsini, iqtisadi mübadiləni stimullaşdıran istiqamətdə birgə hərəkət etmək haqqında razılığa gəldilər. BIM-in formaları dinamik inkişaf edir. Bunu aşağıdakı məlumatlar təsdiqləyir. Əgər II Dünya müharibəsi ərəfəsində, 1938-ci ildə dünya ticarətinin ümumi həcmi 49 mlrd. dollar təşkil etmişdirsə, 1967-ci ildə 440 mlrd. dollara çatmışdır.Yalnız 1959-1966-cı illərdə lisenziyalaşdı­rılmış razılaşmalar üzrə beynəlxalq ödənclərin həcmi təqri­bən üç dəfə artmışdır. Hər il beynəlxalq işçi qüvvəsinin miqra­siyası 60-cı illərin ortalarına 4 mln. nəfər adam çoxal­mışdır.1938-1966-cı illərdə dəniz daşımalarının həcmi 3,7 dəfə, dəmiryolu ilə 3,4 dəfə, hava nəqliyyatı ilə (ancaq son on ildə) 3 dəfə artmışdır.Müəyyən dərəcədə kapitalist ölkələrinin xarici investi­siyasının miqyası artmışdır. Əgər 1938-ci illə müqayisədə bu 50 mlrd. dollar təşkil edirdisə nisbi qiymətləndirməyə görə 1968-ci ildə onun həcmi 225-230 mlrd. dollara qədər artmış­dır.Beynəlxalq iqtisadi münasibətlərin artan rolu və eyni zamanda onun inkişaf etməsi bu münasibətlərin universal­laşması və onların fəaliyyət sferasının genişlənməsi hesab edilir ki, bunlar da BIM-in inkişafında əsas faktorlardan sayılır. Əgər əvvəllər beynəlxalq iqtisadi əlaqələr əsasən mal mübadiləsilə həyata keçirilirdisə, indi onlar ictimai təkrar is­tehsalın müxtəlif sferalarını – elmi tədqiqatları, texnika və texnologiyanı, sə­na­yenin müxtəlif sahələrini, kənd təsərrüfa­tını, nəqliyyatı, ra­bi­təni, xidmət sferasını, istehlakı və s. əhatə edir. Ticarət pa­tentləri və lisenziyalarla müşahidə olunur, beynəlxalq layi­hə­ləş­dirmə və tikinti quruluşunun, alim və mütəxəssislərin mü­ba­diləsi, beynəlxalq işçi qüvvəsinin mi­qrasiyası, müxtəlif xidmət növlərinin satışı beynəlxalq mal mübadiləsi vasitəsilə həyata keçirilir.
Kapitalist dövlətlərinin valyuta-kredit sistemində iki və çoxtərəfli əməkdaşlığı görünməyən vüsət almışdır.
Beləliklə, məhsuldar qüvvələrin inkişafına, dövlətin iq­tisadiyyatının hər cür inkişafına təsir göstərən bu və ya digər faktlar beynəlxalq iqtisadi əlaqələrin sürətlə inkişaf etmə­sindən xəbər verir.
Lakin XX əsrin 60-cı illərində Qərb ölkələrinin iqtisa­diy­yatı yenidən çətin inflyasiya prosesi ilə qarşılaşdı. 60-ci illərdə ölkəni yenidən ümumiqtisadi böhran bürüdü. Böhra­nın tsiklikliyi dünya xammalında, enerji və onun struktu­runda val­yu­ta sistemində böhranın güclənməsi baş verdi. Bu onu gös­tə­rirdi ki, dövlətin və dövlətlərarası iqtisadi inkişafın tən­zim­lənməsi modeli böhran keçirirdi. Mövcud olan bey­nəlxalq valyuta-maliyyə münasibətlərinin beynəlxalq tən­zimlənməsi yaranmış vəziyyətə tab gətirə bilmədi.
Keyns və neokeyns doktrinasının əksinə olaraq məhsul­darlığın artırılması, monetarizm, təklif nəzəriyyəsi, planlaşdı­rılan sistem nəzəriyyəsi və s. bu kimi çoxsaylı yeni iqtsiadi elm sahələri yarandı ki, bunlar da iqtisadi siyasətdə və onun tənzimlənməsində yeni konseptual dəyişikliklərin əsasını qoydu.
Dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərin tən­zim­lən­məsində baş verən inkişaf ölkələrin qarşılıqlı asılılıq dərə­cəsini dünya iqtisadiyyatında gedən dəyişikliklərin ma­hiyyətini bilməkdə beynəlxalq münasibətlərin əsas subyekti olan dövlətin rolunu daha da qiymətləndirməyi milli maraq baxımından tələb edir.
Bu problemlər transmilli (Robert O., Cozef Nay), inte­qrasiya (Devid Mitrani) və qarşılıqlı asılılıq (Ernet Xoas) nə­zəriyyələrində əsas tədqiqat mərkəzində durmuşdur.
60-cı illərin sonu 70-ci illərin əvvəlləri aparılan müzaki­rələrdə beynəlxalq münasibətlər dövlətlərarası qarşılıqlı münasibətlər çərçivəsindən çox uzaqlaşır və əsas istiqamət milli maraqlara, güclə mübarizə aparmağa yönəldilirdi. Dövlət bir beynəlxalq iştirakçı olmaqla öz inhisarçılığını iti­rirdi. Bununla yanaşı beynəlxalq, o cümlədən iqtisadi müna­sibətlərdə fərdlər, müəssisələr, təşkilatlar, qeyri-dövlət birlikləri çıxış edir. Iştirak edənlərin, növlərin (mədəniyyət, elmi əmək­daşlıq, iqtisadi mübadilə və s.) çox müxtəlif olması, qarşılıqlı təsir «kanalları» (universitetlərarası əlaqə, dini təşkilatlar, assosiasiyalar və s.) dövləti beynəlxalq ünsiyyət mərkəzindən sıxışdırır.
Ünsiyyət dövlətlərarası (beynəlmiləlçi) dövlətin iştirakı olmadan, ondan yan keçən ünsiyyətə çevrilir.
Beynəlxalq səviyyədə qarşılıqlı əlaqədə olan iştirakçılar çoxlu, o cümlədən iqtisadi maraq göstərə bilər ki, dövlətin marağı ilə üst-üstə düşməsin. Bu halda xarici iqtisadi fəa­liyyətdə olan iştirakçılar arasında müxtəlif hadisələr baş verə bilər və dövlət artıq hadisələri tənzimləyə bilmir.
Iqtisadiyyatın artan açıqlığı eyni zamanda makroiqti­sadi xarakterli təhlükə və yeni ziddiyyətlər yarada bilər.
Yaranmış vəziyyətdə milli dövlət prinsipcə yeni və­ziyyətlə qarşılaşaraq makroiqtisadi tənzimləmədə ənənəvi səmərəni istifadə etmək mexanizmləri hesab edilən idxalın məh­dud­laş­dırılması, ixracdan maddi yardım almaq, milli valyuta kur­su­nun dəyişməsilə mərkəzi bankın əks maliyyə­ləşmə dərəcəsi kimi makroiqtisadi tənzimləməni itirmiş olur.
Bir çox proseslər, xüsusilə valyuta-maliyyə sferası da miqyas xarakteri almışdır. Onlar dövlətin ayrıca tənzimləyici hə­rəkətinə tabe olmur. Beynəlxalq iqtisadi və siyasi proseslər millətlərarası münasibətləri inkişaf etdirir. Milli səviyyədə tənzimlənmənin səmərəliliyi aşağı düşmüş və geniş miqyasda milli üstünlük formasında tənzimlənməsinin baş verməsi la­büd­lüyünü qarşıya qoymuşdu.
Rabitə, texnoloji vasitələrdə və nəqliyyatda baş verən inqilabi dəyişikliklər Transmilli Korporasiyaların inkişafı və dəyiş­məsi dünyada yeni meyllərin baş verməsinin stimullaş­dırılmasına səbəb oldu.
Bunlar içərisində üstünlük təşkil edənləri aşağıdakılar­dır:

beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

  1. dünya istehsalı ilə müqayisədə dünya ticarətinin üstün­lük təşkil etməsi;
  2. inkişaf etmiş ölkələrdə kommunikasiya vasitələrinin ye­nidən qurulması və inkişaf etdirilməsi;
  3. xırda dövlətlərin və xüsusi müəssisələrin beynəlxalq ro­lunun artırılması;
  4. iri dövlətlərin ətraf mühitin vəziyyətinə nəzarətin azal­dılması.

Bütün deyilən proseslərin ümumiləşdirilməsi son nəti­cədə dünyada gedən meyllərin möhkəm formalaşdırılması və qarşılıqlı asılılığın genişlənməsi deməkdir.Dünya təsərrüfat orqanizminin qarşılıqlı əlaqələri daha da formalaşır. Dünya ictimaiyyətində artan qarşılıqlı asılılıq və birlik haqqında ideyalar qeyri-marksist nümayəndələri (Pol Baran, Pol Suzi, Samir Amin və s.) tərəfindən qəbul edilmişdir, lakin axın transmilliləşmədə olduğu kimi eyni olmamışdır. Müasir dünyada qarşılıqlı əlaqələrin simmetrik və iqtisadi dün­yada qarşılıqlı əlaqə­lərin simmetrik və iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrin sayının, dəyi­şən təsərrüfatı sistemindən və sənaye ölkələrindən asılı­lığının real olmaması qeyri-mar­ksistlərin fikirlərinin konsep­tual mühakimələrinin əsasını təşkil edirdi.Asılılıq iqtisadi mübadilənin və inkişafın qeyri-bərabər olmaması nəticəsində baş verir. Bütün dünya iqtisadi sazişlə­rinin 80 %-ni həyata keçirən «Mərkəz» xammalın və resurs­ların yerləşməsindən asılıdır. Bu ölkələr onlardan kənarda istehsal olunan müxtəlif malların istehlakçısı olmaqla qeyri-bərabər iqtisadi mübadilələr (emal edilən mala, məhsula nis­bətən xammalın qiyməti aşağı olur) sənayecə inkişaf etmiş dövlətlərin yardımından asılılığın qurbanı olur.
Qeyri marksist nəzəriyyənin konseptual vəziyyəti zəif inki­şaf etmiş ölkələrin sürətlə silahlanması, onlara BMT qar­şısında yeni dünya qaydalarının təsis edilməsi məsələlərini qoymağa imkan vermişdir. Problem inkişaf etməkdə olan ölkələrin vahid sosial-iqtisadi strategiyasının hazırlanmasını tələb edirdi.
1974-cü ilin aprel ayında BMT-nin Baş Assambleyası müvafiq fəaliyyət proqramı və həmin ilin dekabrında kasıb inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər vermək məq­sə­dilə dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xar­tiya qəbul edərək Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı çərçivəsində iki institut.
– Beynəlxalq Maliyyə Korporasiyası BMK (1956-cı il) və Beynəlxalq Inkişaf Assosiasiyası BIA (1960-cı il) yaradıl­mışdır.
Beləliklə, inkişafın tədqiqi və BIM-in konseptual əsası iqtisadi və siyasi aspektlərini müəyyən etməkdə beynəlxalq iqtisadi təşkilatların, beynəlxalq münasi­bətlərin tənzimlən­məsi institutlarının yaradılması qarşı­sındadır.
Mövcud yüzillikdə dünya iqtisadiyyatının tənzim­lənmə­sinin çoxsaylı mexanizmlərinin formalaşdırılması qlobal prob­lemlərin təsirinə, informasiya sistemində inqilabın təsi­rinə baxmayaraq ötən dövrə nisbətən asan olacaq.

  • Teqlər:
  • beynəlxalq münasibətlər
  • , beynəlxalq iqtisadiyyatın tarixi

Li hsnov müasir beynlxalq münasibtlr

Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışında son dərəcə mühüm məqamlara toxundu. Dövlətimizin başçısı müasir beynəlxalq münasibətlər sistemindəki vəziyyəti kifayət qədər realist səciyyələndirdi. Mesaj verildi ki, güc amili həlledicidir və belə də qalacaq.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu söyləyib.

“Həqiqətən də hazırkı mərhələdə hüququn gücü yox, gücün hüququ var. Ermənistan Azərbaycan torpaqlarını uzun illər işğal altında saxladı, torpaqlarımızda ən qəddar vandalizm aktları həyata keçirdi. Bütün dünya bunu bilsə də, susdu. Dünyanın aparıcı siyasi dairələri Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün heç bir addım atmadılar. Halbuki Ermənistan özünün işğalçılıq və təcavüzkar siyasəti ilə təkcə Cənubi Qafqazın deyil, daha geniş mənada təhlükəsizliyə təhdid yaradırdı. Azərbaycan özünün siyasi və hərbi gücü sayəsində torpaqlarını işğaldan azad etdi. Bununla güclü dövlətin həm də sülhsevər obrazını növbəti dəfə dünyaya nümayiş etdirdi. Yəni, torpaqlarımızı işğaldan hərbi yolla azad etmək imkanımız hər zaman olub. Lakin regionda qan tökülməməsi, sülh və təhlükəsizlik naminə münaqişənin dinc vasitələrlə tənzimləmək yolunu dəstəkləmişik”, – deyə E.Mirbəşiroğlu diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti ən yüksək tribunalardan bəyan edirdi ki, nəticəsiz danışıqları sonsuza qədər davam etdirməyəcəyik. Belə də oldu və biz torpaqlarımızı hərbi yolla işğaldan azad etdik. Məhz buna görə dövlətimizin başçısı güc amilinin vacibliyini hər zaman vurğulayır. Vətən müharibəsi Azərbaycanın gücünü nümayiş etdirdi. Müharibədən sonra da hərbi gücün artırılması diqqət mərkəzindədir. Prezident İlham Əliyev çox doğru olaraq vurğuladı ki, müstəqil və güclü olmasaydıq, torpaqlarımızı azad edə bilməzdik. Azərbaycan dövlətinin gücü, xalqın həmrəyliyi məqsədimizə çatmağa imkan verdi.

“Postmünaqişə mərhələsində prosesləri Azərbaycan idarə edir”, – deyən deputat bildirib ki, indi Azərbaycanın irəli sürdüyü təkliflər, şərtlər qəbul olunur. Dünya qəbul edir ki, Qarabağ Azərbaycan torpağıdır. Həm Avropada, həm də Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinin vacibliyi, sülh üçün ilkin şərt olması dərk və qəbul edilirsə, bu, Azərbaycanın Qələbəsinin davamıdır. Biz Vətən müharibəsindən sonra həmişə qeyd edirik ki, Qələbəmiz bizə növbəti uğurları qazandıracaq.

Sərhədlərin müəyyənləşdirilməsinin Ermənistanın ölkəmizə olan əsassız ərazi iddialarına da son qoyacağını qeyd edən E.Mirbəşiroğlu deyib: “Belə vəziyyətin yaranmasını məhz Azərbaycan dövlətinin gücü, Prezident İlham Əliyevin iradəsi şərtləndirdi. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyaların ilk iclasının artıq baş tutması Azərbaycanın həyata keçirdiyi strategiyanın uğuruna dəlalət edir. Belə ki, Ermənistanın hər vasitə ilə sərhədlərin müəyyənləşməsindən, bununla da yekun sülh sazişini imzalamaqdan yayınması aydın müşahidə olunurdu. Lakin Azərbaycanın Ermənistanı sülhə məcburetmə strategiyası öz nəticəsini verməyə başladı. Bizim irəli sürdüyümüz beş prinsip sülhün əsası kimi qəbul olunmaqdadır. Yekun sülh müqaviləsinin bağlanması artıq ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında baş verəcək”.

Deputat proseslərin məhz bu istiqamətdə getməkdə olduğunu bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının vacibliyinin Brüsseldə bir daha vurğulanması da Azərbaycanın mühüm strateji qələbəsidir. Bildiyimiz kimi, 2020-ci ilin payızında imzalanmış birgə Bəyanatın 9-cu maddəsinə əsasən, bu dəhlizin açılmasına Ermənistan təminat verməlidir. Lakin Azərbaycan Prezidentinin vurğuladığı kimi, Ermənistan dəhlizin açılmasına hər cür maneə törətməyə çalışırdı. Azərbaycanın atdığı addımlar dəhliz məsələsini yenidən aktuallaşdırdı.

“Azərbaycan Ermənistana və dünyaya nümayiş etdirdi ki, onun hər zaman alternativləri var. İranla Azərbaycan arasında İran ərazisindən keçməklə, Naxçıvanla qərb rayonlarımız arasında nəqliyyat əlaqəsinin təmin olunması haqqında razılaşma Ermənistanın şantaj alətini əlindən çıxardı. Göründüyü kimi, Prezident İlham Əliyevin preventiv addımları, strateji baxışları hədəflərimizə dəqiq çatmağa imkan verir. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı daha böyük qələbələr əldə edəcək, daha böyük hədəflərə çatacaqdır”, – deyə Elşad Mirbəşiroğlu əminliklə bildirib.

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Li hsnov müasir beynlxalq münasibtlr

Əli Həsənov: Azərbaycan hakimiyyətinin beynəlxalq basqılara qarşı mübarizəsinin, gücünün əsasında xalqın birliyi dayanır”

21.11.2012 [14:45] – Gündəm, Müsahibə

“İkili standartlar artıq bəzi ölkələrin siyasəti səviyyəsinə qalxıb”

“Bizim ölkədə demokratiyanın, insan hüquqlarının məhdudlaşdırılması, söz və mətbuat azadlığının boğulması haqda deyilənlərin hamısı fiksiyadır”

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov noyabrın 20-də “Media forum” saytının suallarını cavablandırıb.

– Prezident İlham Əliyev YAP-ın 20 illik yubileyində bildirdi ki, Azərbaycan üç mərkəzin təzyiqləri ilə üzləşir. Bu təzyiqlər yeni başlanıb?

– Bu, yeni situasiya deyil. Bir il əvvəl Nazirlər Kabinetinin iclasında cənab Prezident bəzi anti-Azərbaycan qüvvələrinin bu tipli təzyiqi, ölkəyə qarşı informasiya kampaniyası aparması, bəzi xarici dairələrin beynəlxalq təşkilatlarda erməniləri dəstəkləməsi və digər hallarla bağlı məlumat vermişdi. Prezident təəssüf hissi ilə bildirmişdi ki, bu, müasir dünyanın yeni reallıqlarıdır. Müasir dünyada beynəlxalq hüquq və onun normaları ilə yanaşı, hüquqi norma səviyyəsinə qaldırılmamış müəyyən standartlar da mövcuddur. Bu standartlar vahid deyil, fərqlidir. Məsələn, Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanda baş verən proseslərə bir qayda olaraq fərqli standartlar tətbiq olunur. Ermənistanda parlament gülləbaran edilir, hakimiyyətə etiraz edənlərin hamısı ciddi təzyiqlərə məruz qalır, mitinqçilər öldürülür, amma beynəlxalq aləm, nədənsə, buna etiraz bildirmir. Başqa ölkələrdə də bu tip hadisələr baş verir, amma nədənsə, bunlara çox səthi yanaşılır, səslərini çıxarmırlar. Bir növ himayəçilik edirlər. Amma Azərbaycanda adi bir jurnalistlə bağlı baş vermiş insident qabardılır, az qala beynəlxalq hüququn dəhşətli dərəcədə pozulması kimi təqdim edilir.

Məsələn, Fransada Türkiyəyə qarşı bir cəza mexanizmi yaratmaq istəyirdilər. Fransada bir layihə hazırlanmışdı, layihə qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tuturdu. Bu layihənin hazırlanıb dövriyyəyə buraxılması bütün dünyanın gözü qarşısında fundamental hüquqların tapdanması, fərqli düşüncənin, siyasi plüralizmin boğulması idi. Təsəvvür edin ki, insanlar cəzalandırılacaqdı. Nəyə görə? Fərqli düşündüklərinə görə. Gərək mütləq şəkildə qəbul edəsən ki, “erməni soyqırımı” baş verib. Əgər qəbul eləmirsənsə, fərqli düşünürsənsə, sənə cəza kəsəcəklər. Bu tipli hallara, elə Fransadakı hadisənin özünə, “Sərhədsiz reportyorlar”, “Fridom Haus”, “Human Rayts Votç” bir cür yanaşır, amma Azərbaycanda baş verən, statusuna, baş vermə mühitinə, hadisənin mahiyyətinə, məğzinə görə buna yaxın olmayan hadisələrə tamamilə şişirdilmiş bir münasibət göstərirlər.

Biz bunu “Avroviziya” yarışması zamanı da gördük. Bu yarışmanın Azərbaycanda keçirilməsini istəmirdilər, sadəcə, gözügötürməzliyə görə, 7-ci Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Azərbaycanda keçirilməsinə görə də böyük kampaniya apardılar. Müasir dünyada bir ədalətsizlik hökm sürür. Eyni məsələlərə fərqli standartlarla yanaşırlar.

Prezident İlham Əliyev də son çıxışında Azərbaycana qarşı aparılan kampaniyaların mahiyyətini, bunun arxasında duran qüvvələrin kimlərdən ibarət olduğunu izah elədi və bildirdi ki, anti-Azərbaycan kampaniyasının arxasında, ilk növbədə, erməni lobbisi, eyni zamanda onların təsiri altında olan, maliyyəsi ilə fəaliyyət göstərən və erməni diasporuna yaxınlığı ilə seçilən beynəlxalq dairələr, QHT-lər, mərkəzlər dayanır. Bu fikirlər Nazirlər Kabinetinin iclasında da səslənmişdi.

İkincisi, islamofobiya xəstəliyinə tutulmuş ayrı-ayrı siyasətçilər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri var. Məsələn, “Fridom Haus” təşkilatının rəhbəri və başqaları. Bunlarda ənənəvi olaraq islama və müsəlman dövlətlərinə qarşı həmişə çağırışlar, fikirlər olur. Müsəlman ölkəsində baş verən adi hadisəni şişirdirlər, bunu böyük terror cəhdi kimi təqdim edirlər, bundan təzyiq vasitəsi kimi istifadə edirlər. Amma xristian ölkələrində baş verənlərə göz yumurlar. Norveçdə 80-ə yaxın gəncin qətlə yetirilməsini kiçildirlər, sanki bu ölkədə belə bir hadisə baş verməyib, reaksiyalarını bu formada ortaya qoyurlar. Bunların hamısı islamofobiya xəstəliyinə tutulmuş beynəlxalq təşkilatların, onların rəhbərlərinin anti-islam kampaniyasının arxasında duran şəxslərin əməllərinin nəticəsidir.

Azərbaycana təzyiq edən beynəlxalq mərkəzlərə gəlincə, Prezident İlham Əliyev bununla da bağlı tam açıq danışdı. Təəssüflər olsun ki, bəzi dövlətlər son zamanlar kiçik dövlətlərlə, o cümlədən Azərbaycan tipli ölkələrlə bərabərhüquqlu, qarşılıqlı, faydalı əməkdaşlıq etmək iradəsi deyil, “böyük-kiçik” dövlət münasibətləri nümayiş etdirməyə cəhd göstərirlər. Beynəlxalq aləmdə hüququ olan Azərbaycan eyni məsələləri böyük dövlətlərin qaldırdığı formada gündəmə gətirəndə buna qarşı qısqanclıqlar olur, hansısa formada Azərbaycanı təqibetmə halları baş verir. 7-ci Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Azərbaycanda keçirilməsinə qarşı böyük bir kampaniya apardılar. Avropa İttifaqında, başqa təşkilatlarda böyük narahatlıq keçirirlər ki, bu forum niyə Azərbaycanda təşkil olunur? Azərbaycan kimi dinamik inkişaf edən ölkələri böyük tədbirlərə, o cümlədən “Avroviziya”ya sanki layiq görmürlər.

Prezident İlham Əliyev Azərbaycana təzyiq edən mərkəzlər deyəndə, əsasən keçmişdə hansısa böyük dövlətçilik, imperiya və şovinist ideyalarla yaşamış, indi isə həmin ideyalardan əl çəkə bilməyənləri, Azərbaycan kimi ölkələri özlərinə bərabərhüquqlu dövlət kimi görə bilməyənləri nəzərdə tutur.

– Ekspertlər isə hesab edir ki, Azərbaycana təzyiq edən ABŞ, Avropa İttifaqı və Rusiyadır. Amma siz daha çox hansısa qeyri-hökumət təşkilatları və mərkəzlər haqqında danışdınız. Azərbaycana təzyiq edən qüvvələr arasında böyük dövlətlər varmı?

– Əlbəttə, söhbət həm də ayrı-ayrı dövlətlərdən gedir. Məsələ ondadır ki, belə ikili standartlar artıq bəzi ölkələrin siyasəti səviyyəsinə qalxıb. Hətta o həddə çatıb ki, Azərbaycanda baş verən hadisələri dərhal böyük ironiya ilə qarşılayırlar. Deyirlər ki, bu kiçik dövlətdə niyə belə böyük proseslər baş verir? Niyə bu kiçik ölkə belə sürətlə inkişaf edir? Avropada, dünyanın digər ölkələrində böhran olduğu halda, niyə Azərbaycanda da böhran yoxdur? Müəyyən dövlətlərin siyasətində də bunların izləri görünür.

– Hakimiyyət təzyiqlərdən qorunmağın yollarını necə görür? Azərbaycana irad tutulan əsas sahələr olan insan hüquqları, demokratiya, söz və mətbuat azadlığı sahəsində müəyyən addımların atılması mümkündürmü?

– Azərbaycanda demokratiya, söz, mətbuat azadlığı, plüralizm, insan hüquqlarının genişləndirilməsi, demokratik haqlar sahəsindəki vəziyyət bizə irad tutan ölkələrin heç birindən pis deyil. Elə bircə qanunsuz aksiyaları götürək. Azərbaycanda qanunsuz aksiyalar zamanı polisin hərəkətlərinə də baxın, həmin Qərb ölkələrindəki aksiyalarda polisin davranışına da baxın. Qanunsuz etiraz aksiyasında iştirak edənləri və polisin onlara münasibətini təhlil edin. İnanın ki, Azərbaycanda polis daha adekvat və yumşaq hərəkət edir, nəinki xarici ölkələrdəki polislər. Qərb ölkələrində polislər aksiya iştirakçılarına ciddi şəkildə təzyiq edir, onları döyür, qız, ya oğlan olmasına fikir vermədən dəyənəyin altına salıb əzişdirir, qazla boğur… Belə hallar Qərbdə hər gün baş verir. Prezident İlham Əliyev də bunlar haqda geniş danışdı.

Məsələ ondadır ki, bizdə baş verən hadisələri şişirdib beynəlxalq mətbuata, transmilli mediaya çıxarırlar. Sanki Azərbaycanda dünya dağılır. Amma özlərində baş verən hadisələr haqda informasiyaların yayılmamasına çalışırlar. Həmin “Fridom Haus”, “Human Rayts Votc”, Helsinki Vətəndaş Assambleyası və digərləri, nədənsə, Qərb ölkələrində baş verənləri görmürlər. Ona görə də biz hesab etmirik ki, Azərbaycanda bu sahələrdə problemlər mövcuddur və hansısa dəyişikliklərə ehtiyac var. Bizim ölkədə demokratiyanın, insan hüquqlarının məhdudlaşdırılması, söz və mətbuat azadlığının boğulması haqda deyilənlərin hamısı fiksiyadır. Bunlar hamısı Azərbaycana təzyiq etmək istəyən həmin dairələrin əlində vasitədir, belə məsələlərdən sui-istifadə edirlər.

Azərbaycan hakimiyyətinin bu tipli beynəlxalq basqılara qarşı mübarizəsinin, gücünün əsasında xalqın birliyi dayanır. Biz xalqın birliyinə və iradəsinə söykənirik. Eyni zamanda bugünkü hakimiyyətin iradəsinə dayanırıq. Hazırkı hakimiyyət xalqın iradəsinə, onun maraqlarına söykənərək beynəlxalq aləmdən Azərbaycana tuşlanmış təzyiqlərə sinə gərəcək və bundan sonra da müstəqil siyasətini davam etdirəcək. Biz bütün dünyaya sübut edəcəyik ki, xalqların gücü heç də onun ərazisinin böyüklüyündə, əhalisinin sayında deyil, xalqın iradəsindədir. Prezident İlham Əliyev xalqın iradəsinə söykənərək müstəqil siyasət yürüdür və bundan sonra da belə olacaq.

– Azərbaycana təzyiqlərin artmasının 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlılığı varmı? Seçki yaxınlaşdıqca təzyiqlər daha da arta bilərmi?

– Mən bu təzyiqləri müəyyən qədər də seçki ilə bağlayıram. Çünki xarici dairələr sorğular da keçirirlər, sorğu keçirən müəyyən təşkilatların rəyləri ilə də tanışdırlar. Onlar da bilirlər ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin çox yüksək reytinqi var və əhalinin 90 faizinə qədəri onu birmənalı şəkildə dəstəkləyir, əgər o, prezidentliyə namizədliyini irəli sürəcəksə, birmənalı şəkildə qalib gələcək. Prezident öz gücü hesabına böyük əksəriyyətin səsini qazanmaqla qalib gəlirsə, deməli, onunla qeyri-bərabər hüquqda danışmaq çox çətindir, müstəqil siyasətini yenə davam etdirəcək. Ona görə də seçkidən də təzyiq vasitəsi kimi istifadə edirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.