Press "Enter" to skip to content

Əli həsənov

Fuad Ələsgərov Prezidentin köməkçisi − PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Əli Həsənov vəzifəsindən azad edilib

59 yaşlı Əli Həsənov 2015-ci ilin fevralından bəri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin-şöbə müdiri vəzifəsini icra edirdi.

Bundan 10 il əvvəl isə o, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində idi. Cənab Həsənov 1996-2005-ci illərdə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri, bundan daha bir il əvvəl isə bu şöbədə müdir müavini vəzifələrində çalışıb.

Naxçıvanda doğulmuş Əli Həsənovun məmurluq dövrü 1994-cü ildən, onun Naxçıvandan Bakıya gəlməsindən sonra başlayıb. Mediada adı Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin “sadiq tərəfdarı” kimi keçən Əli Həsənov elə həmin ildən hakim partiyada ideologiya şöbəsinin müdiri kimi çalışıb.

Onun həmçinin Yeni Azərbaycan partiyasının yaranmasında yaxından iştirak etdiyi yazılır.

Bəzi hökumətyönlü saytlara görə, o, uzun illərdir ki, ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında, “dövlətlə KİV-lər, QHT-lər, vətəndaş cəmiyyəti arasında uğurlu münasibətlərin yaranmasında” xüsusi rolu olub.

Prezidentin yeni köməkçiləri kimlərdir?

Cümə günü Prezident Administrasiyasının yeni strukturu təyin olunub və Prezidentə yeni köməkçilər və PA-nın şöbə müdirləri təyin olunub.

Neft Fondunun sabiq icraçı direktoru, Şahmar Mövsümov prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib. Neft fondunun yeni icraçı direktoru, əvvəl bu idarədə icraçı direktorun müavini vəzifəsini tutan İsrafil Məmmədov olub.

Birinci vitse prezidentin köməkçisi Anar Ələkbərov vəzifəsindən azad edilərək Prezidentin köməkçisi təyin edilib. O, həmçinin Heydər Əliyev Mərkəzinin direktorudur.

Fuad Ələsgərov Prezidentin köməkçisi − PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Prezidentin digər köməkçisi – PA-nınİqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təyin olunub.

Zeynal Nağdəliyev isə Prezidentin köməkçisi − PA-nın Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.

Ədalət Vəliyev isə PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Şahin Əliyev PA-nın Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.

Kərəm Həsənov Prezidentin köməkçisi − PA-nın Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.

Hikmət Hacıyev Prezidentin köməkçisi − PA-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Süleyman İsmayılov PA-nın Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Fərəh Əliyeva PA-nın Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Sabiq ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Prezidentinin köməkçisi − PA-nın Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Eldar Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Əli həsənov

ANV hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn “Məmur portreti” adlı rubrikanı davam etdirir.

Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar.

“Məmur portreti”inin növbəti qonağı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur.

Əli Həsənov kimdir?

20 ildən artıqdır ictimai-siyasi sahəyə rəhbərlik edən Əli Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndində anadan olub.

Balıqlar bürcünün tipik nümayəndəsi olan Ə.Həsənov bu bürcün əsas cəhətlərini özündə birləşdirir:

“Balıqlar” həmişə diqqət mərkəzində olmağı sevirlər, sədaqətlə çalışırlar, zəhmətsevərdilər”.

Gələcəyin məmuru orta təhsilini doğulub boya-başa çatdığı Naxçıvanda, ali təhsilini isə Moskva Dövlət Universitetinin Tarix fakültəsində alıb.

Əmək fəaliyyətinə laborant kimi başlayan Ə.Həsənov çox keçmir ki, Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin inspektoru, baş laborantı vəzifəsinə irəli çəkilir.

Naxçıvandan Bakıya dönüş möhtəşəm olur.

Ulu Öndər Heydər Əliyevin sadiq tərəfdarlarından olan gələcək məmur 1994-cü ildə Bakıya dönür. Ümumilli Liderin rəhbəri olduğu partiyada rəhbər vəzifə tutur.

Dostlarının dediyinə görə, Əli Həsənovla Ulu Öndər Heydər Əliyevin münasibətlərinin yaranma tarixi sonuncunun Moskvada oxuduğu dövrə gedib çıxır. O zamanlar vaxtaşırı olaraq Ulu Öndərlə görüşən Ə.Həsənov hələ gənclik dövründən sadiq əliyevçilərdən olub.

1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri vəzifəsində işləyən Əli Həsənov 1995-ci ildən yolunu Prezident Aparatından salır. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışır.

Tarixçi alim, araşdırmaçı professor.

Əli Həsənov siyasi fəaliyyətlə yanaşı elmi fəaliyyətə də heç zaman ara verməyib. Tarix elmləri doktoru, professor Əli Həsənovun çoxsaylı elmi məqalələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi jurnal və dərgilərdə çap edilib.

Onun ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi Rusiyanın nüfuzlu “Science and world” jurnalında, Moldovanın “Law and politology” jurnalında dərc olunur və bütün dünyaya səs salır.

Məhz bu məqalədən sonra bəzi “erməni alimlər” hörmətli professorun göstərdiyi faktları gözdən salmağa çalışırlar. Çünki cənab Əli Həsənov hədəfi aydın göstərirdi və bu heç şübhəsiz tarixi saxtalaşdırmaq şakərindən qurtula bilməyən erməni lobbisini və onların muzdla nəzarətində saxladığı “erməni alimləri” narahat etməyə bilməzdi.

Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlı kitabi isə ölkəmizin milli maraqlara söykənən xarici siyasət kursuna bir daha işıq salır və beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu məsələyə cəlb edir.

O hamının dostudur: jurnalistlərin də, siyasətçilərin də.

2005-ci ildən Prezidentin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, 2015-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunan Əli Həsənovun adı Prezident İlham Əliyevin sadiq tərəfdarları siyahısında xüsusi xəttlə çəkir.

Uzun illərdir ölkəmizin ictimai-siyasi sahəsinə rəhbərlik edən Ə.Həsənovun Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunmasında xüsusi rolu var. Dövlətlə KİV-lər, QHT-lər, vətəndaş cəmiyyəti arasında uğurlu münasibətlərin yaranması da məhz onun xidmətləri sırasına şamil edilə bilər.

Ölkə jurnalistlərinin, ictimai sektor təmsilçilərinin, bir sözlə bu sahəylə məşğul olan şəxslərin hər biri onu özünə dost sayır. Heç şübhəsiz bu fakt Ə.Həsənovun bir dövlət rəsmisi olaraq məsuliyyət və təvazökarlıq hissinin əyani göstəricisi kimi qiymətləndirilə bilər.

Əli Həsənov ailəlidir, bir oğlu, bir qızı var. Həyat yoldaşı Sona Vəliyeva alimdir. “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvüdür. Oğlu Şamxal Həsənov isə film çəkilişləri həyata keçirən şirkətin rəhbəridir.

AzerTaym.az

Comments are closed, but trackbacks and pingbacks are open.