Airlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir
Скопировать ссылку Добавить временную метку Включение данной опции позволит добавить к ссылке время начала воспроизведения видео, где H:M:S – часы:минуты:секунды
Eli Kerim-Sechilmiş Eserleri-2004-336s
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı[redaktə | əsas redaktə]
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Yaradıcılığı[redaktə | əsas redaktə]
Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var.[1] İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.
«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir. »
Şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir
Şairlər adətən bizim ən dərdli günlərimizin yaxın dostları olur. Hiss etdiklərimizi öz qələmləriylə ən gözəl formada təsvir edir, bəzən sanki bizi tanıyırmış kimi hiss etdirirlər. Xüsusilə də sevgi şeirləriylə onlar bizim ən gözəl və çətin günlərimizin dostudurlar. Gəlin şairlərimizdən sevgini ən gözəl təsvir edən 8 şeir ilə tanış olaq.
Ramiz Rövşən- “Yavaş-yavaş sevdim səni”
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Vaqif Səmədoğlu “Eşidirsənmi?”
Eşidirsənmi? Amma necə eşidəsən… İki il, yeddi ayın ayrılığıyla tutulub qulaqlarımız, Bir yandan da bu yağış… Bu yağışda canavarlar da adam olub yorğan-döşəyə girmək istəyirlər. Görürsənmi? Amma necə görəsən… Qurtarmayıb hələ də aramızdan keçən qatarın vaqonları. Bir yandan da bu yağış… Bu yağışda qorxudan səs-səsə verib bar-bar bağırır Qobustan qayalarının öküzləri də! Eşidirsənmi? amma necə eşidəsən… İki il, yeddi ayın ayrılığıyla tutulub qulaqlarımız bir yandan da bu yağış. |
Əli Kərim – “İki sevgi”
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir, rahatca bardaş qurub, Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi… O isə səni sevir; Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, səs kimi, qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. |
Bəxtiyar Vahabzadə – “Yaman darıxmısam”
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim… Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı…
Yaman darıxmışam…Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım…
Vaqif Səmədoğlu “Bir gün səslənəcək bu telefon…”
Bir gün səslənəcək bu telefon və ölüm qədər yaxın doğma bir səs eşidəcəm… Ömrün səslərində bir boşluq səslənəcək və mənə gərəksiz olacaq yer üzünün bütün özgə səsləri. Və o an Nə sayrışan ulduzların xışıltısı, nə uşaq qəhqəhəsinin parıltısı daha lazım olmayacaq mənə. Ölüm qədər yaxın doğma bir səs eşidəcəm… |
Ramiz Rövşən “Ayrılıq”
Məmməd Araz “Ayrılıq görüşü”
Deyək keçməmişik bu yolu, neynək;
Bir an da gərəkdir xəstə adama.
Qəfləti üz-üzə gəlmişik deyək,
Deməyək qəfləti ayrıldıq amma.
Belə ikilikdə onsuz da təkik,
Ürəklər baş-başa deyilsə əgər.
Geri dön,
Qəlbini gətir görüşə.
Belə nifrətə də nifrət deməzlər.
Bu gün dodaqların qaçsa da, gülmür:
Dönüb gülüşünü gətir görüşə.
Dilindən söz yağmır,
Sual tökülmür;
Qayıt, ötən günü gətir görüşə.
Qayıt, insafını gətir görüşə,
Yol üstdə bir tənha ağac san məni.
Barı inandır ki, təəssüf ilə
Kəsib, uçuruma atırsan məni.
Söz sözdə bişməsə, söz sözdən acı…
Məhəbbət büdrədi –
Göz qapalıdır.
Küsün var açıq de, ərkin var açıq,
Yalan dil yarası,
Dil qabarıdır.
Nüsrət Kəsəmənli “İkimizin Yerinə”
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən sənin üçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,-
Mən ölərəm ikimizin yerinə…
Əli Kərim-İki Sevgi 01.09.2020
#xezersuleymanli #sabiraabdullayeva #ikisevgi
şeir — Əli Kərim
Sabira Abdullayeva
Xəzər Süleymanlı
Gözəl qız, sən saf susan
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi
Səs kimi
Qüdrət kimi
O isə səni sevir
Gizli deyil ki səndən
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.
Most recent Xəzər Süleymanlı channel videos
- Xəzər Süleymanlı-Xoşbəxtsi̇zmi̇? (Müəllif Aygün Qoca)
- Xəzər Süleymanlı-Sən Nə Mükəmməl Bi̇ri̇sən (Sənaninin Şeiri)
- Xəzər Süleymanlı-Gecə Gözlüm
Subscribe to our Telegram channel! @thewikihow_en subscribe Stay tuned on round-the-clock video trends selection!
Explore more videos from Xəzər Süleymanlı
Video | Views | Date | |
---|---|---|---|
1 673 | 18.03.2023 | ||
Həyat – Həyat düşündüyümüz qədər uzun deyil… #xezersuleymanli #xəzərsüleymanlı #shorts #shortvideo | |||
3 866 | 17.03.2023 | ||
Xəzər Süleymanlı-Sevmək Ürək İstər (Müəllif Aynur) – müəllif — AyNur səs — Xəzər Süleymanlı piano — Vüsal Namazlı #xezersuleymanli #xəzərsüleymanlı | |||
6 149 | 15.03.2023 | ||
Xəzər Süleymanlı-Yenə Də ( İmamverdi Salehin Şeiri) – şeir — İmamverdi Saleh səs — Xəzər Süleymanlı piano — Vüsal Namazlı #xezersuleymanli #xəzərsüleymanlı |
Поделиться с друзьями:
Скопировать ссылку Добавить временную метку Включение данной опции позволит добавить к ссылке время начала воспроизведения видео, где H:M:S – часы:минуты:секунды
Копировать
Фото обложки и кадры из видео
Скопировать ссылку
Əli Kərim-İki Sevgi 01.09.2020, Xəzər Süleymanlı
Аналитика просмотров видео на канале Xəzər Süleymanlı
Гистограмма просмотров видео «Əli Kərim-İki Sevgi 01.09.2020» в сравнении с последними загруженными видео.
Теги:
Xezer Suleymanli Xəzər Süleymanlı Sabira Abdullayeva Sabirə Abdullayeva Əli Kərim Ali Karim Eli Kerim Əli Kərim Iki Sevgi Ali Kerim Iki Sevgi Eli Kerim Iki Sevgi
Comments are closed, but trackbacks and pingbacks are open.