Press "Enter" to skip to content

Əlifba fonu

1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII əsrlərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə Mingəçevir Su Elektrik Stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII əsrlərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.

Əlifba

Azərbaycanda 1929-cu ilə kimi əski əlifbadan istifadə edilirdi. SSRİ`nin əlifba islahatı nəticəsində krilcə yazı dili elan olunur. 1923-cü ildə Osmanlı imperiyasının süqutu Türkiyə Cümhuriyyəti “Harf İnkilabı” edərək “Osmanlıca” adlandırdıqları əski türkçədən imtina edərək Latın əlifbasına keçdi. Güney Azərbaycanda və Uyğurlar hazırda əski əlifbadan istifadə edirlər. Dil islahatlarından sonra əlifbanın öyrədilməməsi unudulmağa gətirib çıxartdı. Yüz illər ərzində azı dili unduldu. Nəzərə alınsa ki kültürün müəyyən hissəsi əski türkçədə yazılıb o zaman əlifbanın dəyəri daha çox olur.

Saitlərin azlığı və eyni işarə ilə göstərilməsi çətinləşdirsədə sözlər ayrılıqda yox mətn içərisində oxunulduqda mənasını qazanır. Bunun üçün imla və oxuma vərdişləri etmək lazımdır.

Əski Azərbaycan Ərəb Əlifbası

Ayrılıqda Başda Ortada Sonda Adı Latınca Misal latınca Misal əski əlifba ilə
آ / ا əlif a / ə / o / ’ آچ
ﺒـ be b baba بابا
پ ﭙـ پ pe p papaq پاپاق
ﺘـ te t Tat تات
ﺜـ se s saniyə ثانیه
ﺠـ cim c cib جیب
چ چـ ـچـ ـچ çe ç çap چاپ
ﺤـ he h hal حال
ﺨـ xe x xal خال
ﺪـ dal d dil دیل
ﺬـ zal z Azərbaycan آذربایجان
ﺮـ re r rəng رنگ
ﺰـ ze z zor زور
ژ ـژ je j Jalə ژاله
ﺴـ ـﺲ sin s sal سال
ﺸـ ـﺶ şin ş şirin شیرین
ﺼـ ـﺺ sād s Səməd صمد
ﺿ ﻀـ ـﺾ zād z zərər ضرر
ﻄـ ـﻂ t təbil طبیل
ﻈـ ـﻆ z zahir ظاهر
ﻌـ ـﻊ ayn ə / ‘a əməl عمل
ﻐـ ـﻎ ğayn ğ bağ باغ
ﻔـ ـﻒ fe f fil فیل
ﻘـ ـﻖ qaf q qələm قلم
ک ﮑـ ـﮏ kaf k kitab کتاب
گ ﮕـ ـﮓ gaf g gül گل
ﻠـ ـﻞ lam l lalə لاله
ﻤـ ـم mim m mən من
ﻨـ ـﻦ nun n naz ناز
و ﻮـ vav v / o/ö/u/ü vilayət ولایت
ha h , ə /a hava , dədə هوا , دده
ﻴـ ye y , i yaz یاز
ئـ ـئـ həmzə ı , e beş بئش
۰ ۱ ۲ ۳ ۴ ۵ ۶ ۷ ۸ ۹
0 1 2 3 4 5 6 7 8 9

Əlifba

Əlifba — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi.
Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir.

Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcədə keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır. Protosemit yazı sistemi eramızdan əvvəl II minilliyin birinci yarısında Suriya-Fələstin regionunda yaranmış və müxtəlif variantları olmuşdur. Bu yazı variantlarını düzəldənlər ilk əlifbaların yaradıcıları hesab olunurlar. Protosemit yazısı iki qola – cənubi semit və şimali semit yazıları qollarına bölünür.

  • Cənubi semit yazısının müasir dövrə qədər gəlib çıxmış yeganə varisi Həbəşistanda qəbul edilmiş amxar şriftləridir. Bütün digər məlum əlifbalar öz əsasını şimali semit yazılarından götürmüşdür.
  • Şimali semit yazıları da iki– xananey və aramey qollarına ayrılır: Finikiya və qədim yəhudi əlifbaları (müasir yəhudi kvadratik yazısının əsasında aramey yazıları durur) mənşəcə Xananey yazılarından törəmişdir. Protosemit yazısının Aramey qolu əsasında Asiya, Yaxın Şərq, Şimali Afrikadakı əlifbalar, ərəb, yəhudi əlifbaları və Hindistandakı devanaqari əlifbası meydana gəlmişdir. Şimali semit əlifbasının 22 işarəsi və bu işarələrin hər birinin öz adı olmuşdur.

Türk xalqlarının qədim əlifbası run əlifbasıdır. Run yazılarından bir sıra alman xalqları, o cümlədən anqlosakslar və vikinqlər istifadə etmişlər. Türk run əlifbasının kökünün həmin əlifbalardan gəlməsi qeyd olunur. Qədim run yazılı abidələri bizim eranın III əsrinə aid edilir. Run yazıları bucaqlı yazı formasına malikdir, onun işarələri daha çox düz xətt parçalarından istifadə əsasında düzəlmişdir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda məhdud miqdardadır. Türk run əlifbasının eramızın 7-11-ci əsrlərində istifadə olunması qeyd olunur. Bu yazının alman run yazıları ilə oxşarlığı şübhə doğurmur. Qədim türk run yazıları, işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində yayılmışdır. Həmin yazılar əsasən daş, sümük, metal üzərində yazılmışdır. Kağız üzərində yazılmış mətnlər də mövcuddur. Qədim run yazıları yarımkonsonantlığı ilə seçilir. Daha doğrusu, bu yazılarda saitlərin hamısının istifadə olunması ifadəsini tapmır. Bu əlifbada 4 sait, 34 samit və samit birləşmələri olmuşdur. Run yazısı işarələrinin əsasında türk qəbilə və tayfalarına məxsus damğaların durması fikri də həqiqətə uyğundur.

Türk run yazıları ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır. Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması fikrinə üstünlük verirlər. Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuş faktdır. Q.Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir. Bu fakt A.M.Şerbakın və A.N.Kononovun əsərlərində də səslənmişdir.

1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII əsrlərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə Mingəçevir Su Elektrik Stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII əsrlərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.

Qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş yayılmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki yerə bölünür: şaquli və üfuqi yazılar. Şaquli yazıların iki növü vardır:

a) sağdan sola şaquli yazılar; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta, sətirlər isə sağdan sola sıralanır. Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar istifadə etmişlər. Hazırda Çində üfuqi yazı formasından istifadə olunur;

b) soldan sağa şaquli yazılar; bu yazıda hərflər yuxarıdan aşağıya yazılır. Sətirlər isə soldan sağa sıralanır. Monqol və mancurlar bu yazı formasından istifadə etmişlər.

Üfuqi yazı formaları daha geniş yayılmışdır. Üfuqi yazıların üç forması vardır: a) sağdan sola; b) sağdan sola, soldan sağa; c) soldan sağa. İkinci növ yazı üsulu bustrofedon yazı adlanır. Onun qüsurlu cəhəti ondadır ki, istiqamət dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə dəyişir.

Azərbaycan əlifbası — 32 hərfdən ibarət latın qrafikalı əlifba.
Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və ərəb-fars əlifbasından yardım alıb çoxlu əsərlər yaratmışlar.

Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da, keçmiş dövrlərdə bir dəyərli alət kimi dilimizi səbtə yetirib və hələ də onun böyük ədəbi və elmi əsərlərini qoruyur.

Cənubi Azərbaycandə əksər əhali təkcə fars dilində təhsil alma məcburiyyətində qalmışlar və bu ərəb əlifbasını öyrənirlər. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyyatı ilə tanışdırlar.

Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır. 1929-1939-cu illərdə latın qrafikalı əlifba üzrə, 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır.

Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları

Ərəb Latın Kiril Latın
Cənubi Azərbaycan və 1929-ci ilə qədər Şimali Azərbaycan 1929–1939 1939–1991 1992
ا,آ A a А а A a
B в Б б B b
Ç ç Ҹ ҹ C c
چ C c Ч ч Ç ç
D d Д д D d
E e Е е E e
ﻉ ,(کسره) Ə ə Ә ә Ə ə
F f Ф ф F f
گ G g Ҝ ҝ G g
Ƣ ƣ Ғ ғ Ğ ğ
ﺡ,ﻩ H h Һ һ H h
X x Х х X x
I i Ы ы I ı
ی Ь ь И и İ i
ژ Ƶ ƶ Ж ж J j
K k К к K k
Q q Г г Q q
L l Л л L l
M m М м M m
N n Н н N n
O o О о O o
Ɵ ɵ Ө ө Ö ö
پ P p П п P p
R r Р р R r
ﺙ,ﺱ,ﺹ S s С с S s
Ş ş Ш ш Ş ş
ﺕ,ﻁ T t Т т T t
U u У у U u
Y y Ү ү Ü ü
V v В в V v
ی J j Ј ј Y y
ﺫ,ﺯ,ﺽ,ﻅ Z z З з Z z

Əlifba fonu

Mirzə Fətəli Axundovdan Heydər Əliyevədək “əlifba mücadiləsi”.

(Əvvəli ötən sayımızda)

Mirzə Fətəli Axundov (Axundzadə) Azərbaycan xalqını müstəqil, savadlı, maarifə, mədəniyyətə bağlı xalq kimi görmək istəyirdi. Odur ki , bütün həyatını, fəaliyyətini bu taleyüklü məsələyə həsr etdi . Biz Mirzə Fətəli Axundovu ancaq milli dramaturgiyamızın banisi və fəlsəfi-bədii əsərlərin müəllifi kimi tanımırıq.

Bu böyük şəxsiyyət ilk əlifba islahatçısı kimi də xatırlanır. Tarixi mənbələrdən məlumdur ki , Mirzə Fətəli Azərbaycan əlifbasının yaradılaraq işlədilməsinin təşəbbüskarı olub .

Əlifba islahatçısı.

Mirzə Fətəlişünaslar yazır ki , Axundov yeni əlifba uğrunda fəaliyyətə başladığı ilk dövrdə hələ ərəb əlifbasını tamamilə atmaq , Avropa əlifbası əsasında tərtib edilən yeni əlifbaya keçmək məsələsini irəli sürmürdü . Əlifba haqqında tərtib etdiyi birinci layihəsind ə və buna yazdığı şərhində o , ərəb əlifbasını islah etmək yolu ilə onu asanlaşdırmaq fikrində idi . Mənbələrə görə, təqribən 1857-ci ildən Mirzə Fətəli Axundov əlifbamızın dəyişdirilməsi uğrunda çalışmağa başlayır. Böyük maarifçi Yaxın Şərq xalqlarının mədəni geriliyinin bir səbəbini köhnə ərəb əlifbasında görürdü .

1857-ci ildə ərəb əlifbasını dəyişdirmək məqsədilə fars dilində bir kitabçadan ibarət layihə tərtib edir . Bu xüsusdakı fikirlərini Yaxın Şərqdə həyata keçirmək məqsədilə 1863-cü ildə İstanbula gedir .

“Məni islam din və dövlətinin bədxahı nişan verdi “

İstanbulda əlifbanın dəyişdirilməsi üzrə fəaliyyətini Mirzə Fətəli Axundov tərcümeyi-halında bu şəkildə izah edir :

“Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim , türkcə pyeslərimi və “hekayəti Yusif şah”ı da göstərdim. Kitabça sədrəzəmin əmrilə “Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə”də tədqiq edildi , hər xüsusda onu məqbul tapdılar, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər. Buna görə ki , yenə bu əlifba kitabçasında gəlmə tərkibində hərflərin bir-birilə birləşməsi təb işi üçün çətinlik törədirdi. Dedim ki , bu surətdə köhnə islam əlifbasında tamam bir dəyişiklik etmək lazım gəlir, yəni islam əlifbasının hərfləri də avropalıların yazılarındakı hərflər əsasında olmalı və yazı soldan sağa doğru yazılmalı, nöqtələri tamamilə atılmalı v ə hərflərin şəkilləri latın əlifbasından seçilməli və səsli hərflər tamamilə səssiz hərflərin yanınca yazılmalıdır. Xülasə, sillabi əlifbanı alfabeti əlifbaya çevirməli. Bu fikrin qəbulunda da İstanbul alim və vəzirləri müvafiqət göstərməlidilər və İstanbulda yaşayan İran səfiri Hüseyn xanın mənə ədavəti də osmanlıların müvafiqət etməzliyini qüvvətləndirdi. Xülasə, məqsədimə çatmadan İstanbuldan qayıtdım. Lakin Osmanlı dövlətində keçmiş islam əlifbasını dəyişdirmək xəyalım qəbul olunmadısa da , əlifbanı dəyişdirmək xüsusunda mənə təhsin fərmanilə Məcidiyyə nişanı bağışladılar. İstanbulda ikən Mirzə Hüseyn xandan bir çox acılıqlar gördüm ki , onların hamısını burada zikr etmək başağrısı olar . Bu adam keçmişdə öz dövlətinin Tiflis konsulu idi . Mənə ürəyində şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən xəbərsiz olub , onu öz dostum sanıb evində mənzil etdim . Axırda ədavəti meydana çıxdı və bütün Osmanlı vəzirləri yanında məni islam din və dövlətinin bədxahı nişan verdi . Məlum olduğu üzrə mənə ədavətinin səbəbi mənim pyeslərimin iranlıların çirkin əxlaq və adətlərini drama fənninin şərtləri üzrə həcv etməyim imiş . Bu adam drama fənnini və onun şərtlərini anlamadığından, dünya elmlərindən büsbütün bəhrəsiz oldu ğundan və hiyləgərlik, bəxillik, hirs və təməhdən başqa qabiliyyəti olmadığından, bu hərəkətin mənim iranlılara qarşı kin bəslədiyimi zənn edib . Onun ədavəti anlaşıldıqdan sonra evini tərk edib başqa yerdə mənzil tutdum “.

Mirzə Fətəlinin əlifba yeniliyinə qarşı çıxanlar.

Mənbələr qeyd edir ki , İstanbuldan qayıtdıqdan sonra M.F.Axundov yenə əlifba haqqında ikinci bir layihə tərtib edərək Tehrana göndərir: ” Bu layihədə fanatik İran ruhanilərindən ehtiyat etdiyi üçün hərflərin şəklini sağdan sola doğru göstərir. Lakin başda Nəsrəddin şah özü olmaq üzrə irticapərəst İran hökuməti onun bu xüsusdakı fikirlərinə qətiyyən etina etməyib. Bundan başqa , əlifba məsələsi ətrafında üçüncü bir layihə yazaraq Türkiyə sədrəzəmi Ali paşaya göndərir. Həmin layihədə Türkiyə alimlərindən Suavinin islam əlifbasının dəyişdirilməsinin lüzumsuzluğu haqqında məqaləsinə bir tənqid yazaraq ona əlavə edir . Lakin islam cəhalətpərəstliyinin hökm sürdüyü ölkələrdə onun bu layihələri həyata keçirilə bilmədi. Bundan mütəəssir olan ədib 1868-ci ildə farsca “əlifba haqqında” mənzuməsini yazdı. Bu mənzumədə İranın və Türkiyənin cəhalətpərəst dövlət başçılarını şiddətli tənqid atəşinə tutdu .

60-cı illərdə ümumiyyətlə M.F.Axundovun köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda apardığı mübarizəsilə əlaqədar olaraq onun yaradıcılığında qızğın publisist fəaliyyəti dövrü başlayır. O, bu illərdə İranın və Türkiyənin dövlət başçılarına, həmin ölkələrin Mirzə Mülküm xan , Yusif xan , Əli Suavi və başqa nüfuzlu alim və yazıçılarına yazdığı yüzlərcə məktub və məqalələrində islam əlifbasının savad sahəsində tör ə tdiyi çətinlikləri, bu əlifbanın ciddi nöqsanlarını dərindən və ətraflı şərh edir və yeni əlifbanın faydalarından danışır. İstanbul səfərindən qayıtdıqdan sonra əlifba haqqında İran və Osmanlı müasirlərilə apardığı qızğın qələm mübarizəsində M.F.Axundov böyük v ətənpərvər və xeyirxah bir insan kimi canlanmaqdadır. Böyük ədibin publisist fəaliyyəti yalnız əlifbanın dəyişdirilməsi uğrunda apardığı mübarizəsilə əlaqədar deyil , onun bu sahədəki fəaliyyəti eyni zamanda cəhalətpərəstliyi ifşa edən “Kəmalüddövlə məktubları” əsərinin nəşri və onun Yaxın Şərqdə yay ılması uğrunda apardığı mübarizəsilə də bağlıdır. 60-cı illərdə materialist bir filosof kimi yetişən M.F.Axundov elm , incəsənət, tarix , dramaturgiya və s . haqqında bir sıra ciddi elmi və fəlsəfi əsərlərini yazıb”.

Qeyd edək ki , 1862-ci ildə o “Rovzətüssəfayi nasiriyyə mülhəqatı” əsərlərinin müəllifi Rzaquluxan Hidayətinin mənzum tarix əsərinə, 1863-cü ildə İran şairi “Şəmsüşşüara”nın qəsidəsinə dərin məzmunlu elmi məqalələrini yazır. Bu məqalələr onu incəsənətə, klassik şeirə, tarixə dərindən bələd olan zəngin və ətraflı məlumata malik bir alim kimi göstərməkdir. M.F.Axundov həmin illərdə ” Mollayi-Ruminin məsnəvisi haqqında tənqid”, ” Yek kəlmə haqqında”, ” Yuma cavab “, “Türkiyə ordusunun 1618-ci ildə Bağdad ətrafında vəziyyəti” və s . siyasi , ictimai , tənqidi və fəlsəfi məqalələrini yazır. Bu dövrdə ədibin ən böyük və ciddi əsəri “Kəmalüddövlə məktubları” traktatıdır. Bu əsərdə dinin və ruhaniliyin kəskin surətdə tənqid edilməsi cəhalətin və fanatizmin hökm sürdüyü o zamankı mühitdə M.F.Axundovun həyatı üçün təhlükə yarada bilirdi . Mütəfəkkir bu barədə yazırdı: ” Bir neçə vaxtdan sonra islam milləti də yeni əlifbanın və mədəniyyətin əngəl təşkil edən islam dini ilə fanatizmin olduğunu anlayaraq bu dinin əsasını yıxmaq, fanatizmi qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyandırmaq və islamda protestantizmin lazım olduğunu isbat etmək məqsədilə “Kəmalüddövlə”ni yazmağa başladım”.

“Kəmalüddövlə məktubları”nın təsiri.

Mənbələrin verdiyi bilgilərə görə, “Kəmalüddövlə məktubları” Azərbaycan, fars və rus dillərində çapa hazır olduqdan sonra müəllif onun Yaxın Şərqdə ziyalılar arasında yayılması uğrunda çalışdı “:Müəllif bu əsərin nəşrinə müvəffəq olmadıqda onun üzünü çıxararaq nüsxəsini əlyazmaları şəklində ziyalılar arasında yaydı. “Kəmalüddövlə məktubları”nın yazılması ilə əlaqədar olaraq M.F.Axundov İranda və Hindistanda Mirzə Yusif xan , Mirzə Mülküm xan , Hacı Şeyx Möhsün xan , Cəlaləddin Mirzə, Nayibbi-vüzara Əbdülvahab xan və başqalarının simasında özünün dost və şagirdlərini qazandı. “Kəmalüddövlə məktubları”nın nəşri və onun qaranlıq islam dünyasında yazılması M.F.Axundovun qarşısında əlifba məsələsindən sonra ikinci b ö yük bir məqsəd kimi dururdu . Ömrünün son illərində o , həmin əsərin nəşri ümidilə yaşayırdı. Lakin bu ümidinin də əlifba fəaliyyəti kimi boşa çıxdığını görən ədib Brüsseldə ali təhsilinə davam edən oğlu Rəşidə göndərdiyi bir məktubunda yazmışdı: “Ələkbər ilə birlikdə “Kəmalüddövlə”nin nəşr ediləcəyi ümidilə yaşayırıq. Bilmirəm bu ümidim ölümümə qədər həyata keçiriləcəkmi, yoxsa bu da islam əlifbasının dəyişdirilməsi haqqında olan ümidim kimi məndən sonra sənin hər ikisini həyata keçirəcəyinə qədər boş xəyaldan ibarət qalacaqdır?”.

“Əlifba haqqında mənzumə” əsərində mütəfəkkir nə yazıb?

M.F.Axundov geniş xalq kütlələrini tez və asan bir yolla savadlandırmaq üçün köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda mübarizə aparıb, Azərbaycan dilinin sadələşdirilməsi uğrunda çalışıb, dramatik əsərlərini çox sadə xalq danışıq dilində yazıb. M.F.Axundov da xalq ədəbiyyatına böyük əhəmiyyət verib və ədəbi yaradıcılığında xalq ədəbiyyatının tükənməz xəzinəsindən istifadə edib .

Əlifba sahəsində böyük maneələrə baxmayaraq , alovlu vətənpərvər ədib öz məsləkindən dönmədi, ömrünün axırına qədər bu sahədə qələm çaldı, Osmanlı vəzirləri, İran mürtəceləri ilə qələm mübarizəsi apardı, həmin məsələ ilə əlaqədar olaraq özünün məşhur “Əlifba haqqında mənzumə” əsərini yazdı”.

Mirzə Fətəlişünasların yazdıqlarına görə, böyük maarifçi bu yolda mübarizə apararkən yalnız bununla özünə təsəlli verirdi ki , o , dünyadan həsrətlə, min təəssüflə gedirsə də, onun bu yüksək arzusu xələfləri tərəfindən həyata keçiriləcək.

Mirzə Fətəli Axundovun böyük arzusu .

Bəli, onun vəfatından illər sonra arzusu yerinə yetirildi . Yeni əlifba haqqındakı ideyası ancaq Sovetlər Birliyi dönəmində vətənpərvər ziyalıların dəstəyi ilə həyata keçdi .

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olundu , dövlətimiz ikinci dəfə müstəqilliyini qazandıqdan sonra isə özümüzün əlifbamız formalaşdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və təəssübkeşliyi ilə artıq əlifbamız mövcuddur .

Qeyd edək ki , Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin 2 avqust 2001-ci ildə verdiyi Fərmanla Azərbaycan dili və əlifbası günü təsis edildi . Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2 avqust Azərbaycan dili və əlifbası günü kimi tarixə yazıldı. Bu da Azərbaycan xalqının böyük oğlu , mütəfəkkiri Mirzə Fətəli Axundovun arzularına tam uyğundur .

Fərmanda qeyd olunur : “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir . Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki , bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir .

İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş , zaman keçdikdə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir . İslamın yayıld ığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüzillər boyu geniş məkanda Müsəlman Şərqi xalqlarının ümumi yaz ı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibar ən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir . Bu , Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi . Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı”.

Sözügedən sənəddə yazılır ki , XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdı: “1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komit ə sinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu . 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın t övsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi . Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq , həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında t ərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu . Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda müt əmadi iş aparmağa sövq etdi . Təcrübə göstərdi ki , kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyil , bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi . Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi”.

İradə SARIYEVA

Bakı xəbər . -2014.- 3 dekabr .- S.11.

Comments are closed, but trackbacks and pingbacks are open.