Press "Enter" to skip to content

Əlifba sırasi ilə ölüm əsəri

Mövcud olan hər şey bütövlükdə mövcuddur. Amma heç kim nəsnəni tam qavramağa qadir deyil. Bütövlük müşahidəçinin şüurunda baxış nöqtələrinin dəyişməsi, hərəkət, obyektin müxtəlif tərəfinə keçməsi hesabına qurulur. Yaxud müxtəlif tərəfdə duran bir neçə müşahidəçinin danışıqları sayəsində. Həqiqət bax belə qurulur.

Əlifba sırası ilə – Nicat MƏMMƏDOV

Şair, tərcüməçi, esseist Nicat Məmmədovun “Əlifba sırası ilə” esselər kitabının jurnal variantını “Azərbaycan” jurnalının yanvar sayında oxumaq olar. Bu esselər kitab formasında isə bu il “Başla” nəşriyyatında işıq üzü görəcək. Kitabı ruscadan dilimizə Nicat Məmmədov və Qismət Rüstəmov tərcümə edib.

Analoq

Əlifbanın hər hərfinin yalnız bir dəfə işlədildiyi (“heterohərf”) panqrammanı dodekafon musiqisinin qurulma metodunun təxmini analoqu hesab etmək olarmı?

Bağlılıq

Hər şey bir-birilə bağlıdır, ən azı diskursiv müstəvidə. Rabitəsizlikdən danışan “Mən aydan danışıram, sən çaydan” atalar sözündə də bu cür bağlılıq var: çay sözü ay ilə həmqafiyədir, çayın içində ay var, Heraklitin çayı Qekatanın ayını əks etdirir.

Ana dilinin atalar sözü.

Calaq – 2

“Hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır”. (Bəqərə, 115).

“Hər tərəfdə olan, yəqin ki, Allahdır”. (Vvedenski).

Dialoq – 2

– Mən şüuraltının, təhtəlşüurun quruluşunu getdikcə daha yaxşı başa düşürəm. Sənə olan sevgim ən saf, qatqısız sublimasiyadır. Orta əsr mistikləri və ibrani peyğəmbərləri Allahı belə sevirdilər. Və bütün istəklərinə rəğmən Onunla görüşməkdən çəkinirdilər. Amma indi qarşımda bir sual durur: mən səni sevirəmmi (niyə məhz səni?), yoxsa sənə olan sevgimi (belə ali eqoizm) sevirəm? Bütün bunlar ən azından çox maraqlıdır. Eləmi?

– Hə. maraqlıdır. Amma mən istərdim ki, məndən qaçmayasan. Mən də səni sevirəm. Səni. Sənə olan sevgimi deyil.

Double bind

Şeytan “double bind” mexanizmini yaşayan ilk varlıqdır.

Qreqori Beytson yazır ki, şizofreniyanın kommunikativ səbəbi “double bind”dır – yəni subyekt iki bir-birini istisna edən əmri həyata keçirməlidir.

“Məndən başqasına ibadət etməyin” – deyir Allah. Sonra O, Adəmi yaradır və mələklərdən Adəmin onlardan üstün olduğunu iddia edərək ilk insana ibadət etməyi tələb edir. Yalnız Şeytan imtina edir, axı Allahın birinci əmri ikinciyə ziddir. Şeytan bunun nəticəsində lənətlənir.

Şeytan/satan yunanca “parçalayan”, “bölən” deməkdir.

Şizofreniya yunanca “parçalanmış şüur” deməkdir.

Əl-ayaq

Çayxanada bəstəkarlarla dramaturgiya və digər şeylər barədə söhbətləşirdik. Söhbət zamanı Ayaz dedi ki, Moskva konservatoriyasında çoxlu çinli var, özü də hamısı bəstəkar yox, ifaçı-musiqiçi təhsili alırlar, həm də hamısının əla texnikası, sürəti, təmiz artikulyasiyası və s. var; əlavə etdi ki, nadir hallarda aralarından bəstəkar çıxır, amma hamısı nəfis ifaçılardır – “sağ ilə ifa edirlər, solda dişlənmiş qamburger tuturlar”. Buna cavab olaraq dedim ki, bu çox normaldır, çünki bu, onların genetik əl yaddaşına həkk olunub – kunq-fu, fasiləsiz məşqlər, ifa sənətində isə eynilə idmandakı kimidir, kiçik yaşdan fasiləsiz məşqlərlə uğur qazanmaq olur.

Futbol üzrə dünya çempionatının ən qızğın vaxtıdır. Azarkeşlər, mübahisələr, ehtiras.

Kimsə Braziliya yığmasını xoşlayır, kimsə yox, bu təbiidir. Lakin heç kim Braziliyanın oynaya bildiyini, bunu bacardığını və məharətlə etdiyini inkar etmir.

Məncə, bu ayaqların genetik, qan yaddaşı sayəsində baş verir – axı məhz onlar kapoeyranın yaradıcısıdır.

Görüş

Yağışlı bir axşam səninlə sığınacaq, yemək, şərab və bədənini paylaşan, başqa bir aləmdən gələn incə, az qala şəffaf və gözəl elçi. “Başqasını seç, – deyə düşündün. – insan varlığında gizlənən birisini deyil”. Amma o, öz adıyla üst-üstə düşərək mehriban idi, gecə isə onun saçları kimi uzun və qara. Bir vaxtlar bir-birinizin ata və qızı, ana və oğlu, qardaş və bacısı idiniz. Bu da Kitabda yazılmışdı. Cildlənmiş Kitab masa üzərində dururdu. Siz isə çarpayıda çılpaq uzanmışdız. Çılpaq palçıq. Oddan çıxmış çılpaq gil. Bir-birinizi pıçıltı ilə, qışqırıq ilə oxuyurdunuz ki, Kitab sükuta dalsın, sükuta qərq olsun.

Qovulmuşlar. Üzləri tərə batmışlar.

Həqiqətin quruluşu

Mövcud olan hər şey bütövlükdə mövcuddur. Amma heç kim nəsnəni tam qavramağa qadir deyil. Bütövlük müşahidəçinin şüurunda baxış nöqtələrinin dəyişməsi, hərəkət, obyektin müxtəlif tərəfinə keçməsi hesabına qurulur. Yaxud müxtəlif tərəfdə duran bir neçə müşahidəçinin danışıqları sayəsində. Həqiqət bax belə qurulur.

İnsanın aqibəti

Üçölçülü fəzada yaşayaraq biz, ancaq önümüzdə olanı aydın görürük, qalan beş tərəf biliyimizdən yayınır. İnsanın aqibəti birini bilib beşini bilməməkdir və ona görə də altı-beş altı-beş danışmaqdır.

İslam

İslam “Quran”da “qəlbin genişlənməsi (inşirah)” olaraq təyin edilir. (Ərəb və rus dillərindəki bu “şir”ləri bəyənirəm, “inşirah” və “rasşirenie”) “İnşirah” sözü “genişlənmə” ilə yanaşı, “izah, şərh” mənasını da daşıyır və semantik olaraq “şərh” / kommentariya ilə bağlıdır. Məsələn, “Quran”da deyilir ki, Allah “İslamı qəbul etmək üçün qəlblərimizi genişləndirdi”. Bu sətirləri müasirlik, xüsusən də psixologiya baxımından başa düşmək üçün “ürəyi” “şüur”la (görəsən, “inşirah” və “şüur” etimoloji cəhətdən bağlıdırmı?) əvəz etməyə çalışmaq və “şüur genişləməsi” ifadəsini əldə etmək olar, başqa sözlə desək, psixodelik təcrübə. Burada dərhal yadımıza həm ağıl və ürək vəhdətinə can atan hesixastların təcrübəsi, həm də ürəyi dərketmə orqan kimi qavrayan sufilər düşür. Rus dilindəki “lev” fars dilində isə “şir” deməkdir; “Bi Cizin”in oxuduğu kimi “hər bir xristianda şir ürəyi olmalıdır”.

Məsələn, “Quran”da İbrahimin, Musanın, İsanın müsəlman olduqları və namaz qıldığı deyilir. “Müsəlman” adı altında sadəcə “möminlər”i anlamaq asandır. Bəs dua haqqında nə demək olar? Onlar da rükət, səcdə və s. riayət ediblərmi? Ola bilsin ki, burada köməyimizə sanskritcə “namaste” (“namah” – baş əymək, “te” – sizə” sözlərindən törəyib) sözü gəlməlidir, geniş mənası belədir: “məndəki ilahi səndəki ilahini qəbul edir və onunla birləşir”.

Fərqli çalarlar əldə etməyə təşnə olan sıfır belə alınır.

Qrammatika

Feil ilə ön söz birləşməsinin vəhdəti bizə işdə ucalma ideyasından xəbər verir. Buna görə də iş obyekti nə qədər yüksəkdirsə, işçi də bir o qədər yüksəlir. Ən yüksək səviyyə: öz üzərində işləmək və özünə qarşı tənqidi münasibət göstərmək, özünə məsafəli yanaşmaq və bütün bunların nəticəsində fərdlə Mütləq arasındakı məsafəni qısaltmaq.

Metafizika

Kitablar. Yüzlərlə, minlərlə hekayə: insanlar doğulur, ölür, həzz alır, iztirab çəkir. Bütün bu hekayələr söz sayəsində mümkün olur. Bütün sözlər hərflərdən ibarətdir, hərflər isə kağız üzərində mürəkkəb konfiqurasiyalarıdır. Ancaq mürəkkəb və kağızdan da o tərəfə gedib çıxmaq olar. Həm mürəkkəb, həm də kağız, bütün daşıyıcılar atomlardan ibarət təbii elementlərdən hazırlanır. Atomlar isə demək olar ki, tamamilə boşluqdan ibarətdir.

Beləliklə, hər bir ardıcıl təhlil ilkin səbəbə – Boşluğa gəlib çıxır.

Plüralizm – dualizm – monizm – nihilizm. Bütün bunlar metafizikadır. Heç bir əsaslı nəticəyə gəlib çıxmayan məşğuliyyət.

Münasibətlər

Dünya ədəbiyyatının bütün süjetlərini aşağıdakılarla ehtiva etmək olarmı?

Kişi qadının – ana, bacı, həyat yoldaşı, qızı, Anima vasitəsilə özünü tapır.

Qadın uşaq vasitəsilə özünü tapır.

Uşaq valideynləri vasitəsilə özünü tapır.

Bu üçlükdə ən asılı və həssas vəziyyətdə olan kişidir.

Kişi olaraq doğulmaq ən ciddi sınaqdır – dörd real və bir xəyali qadınla münasibətdə olmaq. Görünür, bu, simvolik olaraq İslamın dörd arvad almağa icazə verməsi ilə bağlı ola bilər.

Beləcə, bir Avropa bayağı deyiminin ikinci mənası üzə çıxır (bütün bayağılıqlar güclü numinoz qüvvəyə malikdir, lakin “bayağılığın sirrini açmaq üçün əvvəlcə onu mifləşdirmək lazımdır”, Jean-Jacques Ranciere): “Kişi bütün həyatı boyu beş qadın tanımayıbsa, kişi deyil”.

Şərqdə bu və ya digər axtarışlarında yönünü itirmiş bir gəncə “Evlən və hər şey keçib gedəcək” deyirlər. Bu ifadəyə “həmişə-fərqli-mənada” prinsipini tətbiq etsək, aydın olacaq ki, Anima ilə əlaqənin qurulması, qadınsallığın inteqrasiyası nəzərdə tutulur.

“Sufi qadını vasitəsilə Allaha qovuşur”. Yaxud daoizmdə buna bənzər bir anlayış: “Kişiliyi öyrən, amma qadınlığa üstünlük ver və o zaman sən Dünyanın məcrası olacaqsan. Dünyanın məcrası olduqda, ən ali de səninlə olacaq və sən yenidən körpəliyə qayıdacaqsan”.

Roman

Sovet Azərbaycanında yaşamış asovet, sandıq ədəbiyyatı yazan adamın təsadüfən tapılmış gündəlikləri formasında çıxış edən bir roman yazmaq. O dövrün – 60-cı, 70-ci illərin qəzetlərinə baş vurmaq lazım olacaq. Bu roman digər sovet ölkələri ədəbiyyatından fərqli olaraq XX əsr Azərbaycan ədəbiyyatında asovet, sandıq ədəbiyyatı xəttinin yoxluğunun bir növ kompensasiyası ola bilər. Müəllifə Kortazarın Morellisinin şərəfinə Marallı soyadı vermək olar.

Sakitlik

“Şeir mükəmməl sakitliyin universallığını çatdırmazsa, onu şeir adlandırmaq olmaz”. Louis Zukofsky-nin bu fikri, şübhəsiz ki, qədim hind poetikasının nəzəriyyəçilərindən biri Udbhatanın niyyəti ilə səsləşir. Udbhata mövcud səkkiz növ rasa, yəni poetik əhval-ruhiyyəyə (erotizm, ironiya, mərhəmət və s.) doqquzuncunu – dünyadan imtinaya, zahidliyə aparan sakitliyi də əlavə etmək zərurətini əsaslandırmışdı.

Dəcəl və dəccal. Əgər bu sözlər həqiqətən də eyniköklüdürsə, o zaman belə bir nəticəyə gələ bilərik ki, Allah – mütləq sakitlikdir.

Şairin işi

. təşbehlərdən təsbeh düzəltmək.

. word ilə vird etmək.

Taksi

Dövrlərin dəyişməsi, Sovet İttifaqından müstəqillik dövrünə keçid Bakı taksilərində qəribə şəkildə əks olundu. Mənim uşaqlığımda taksilərdəki güzgüdən prujin kimi sallanan şeytan asırdılar, indi isə ancaq islama aid atributlar, üzərlik, gözmuncuğu. Din indi hər yerdədir, amma iman varmı?

Universal süjet – 1

Qəhrəman nəyisə arzulayır, bu nəsnənin yoxluğu qəhrəmana iztirab verir. Məqsədə aparan yolda o, məqsədə çatmağa kömək edən və mane olan insanlarla, şəraitlə qarşılaşır. Məqsədinə çatdıqdan sonra qəhrəman ən yüksək dəyəri – bilik və xoşbəxtliyi əldə edir. O, öz xalqına qayıdıb hekayəsini bölüşür ki, xalqının iztirabını yüngülləşdirsin.

Universal süjet – 2

Borxes deyir ki, cəmi 4 süjet var, Jorj Polti 36 dramatik situasiya haqqında yazır. Amma əslində yalnız bir süjet var: Təkin Cəmə keçidi və Cəmin yenidən Tək olmaq istəyi.

Rus dilindən tərcümə:

Qismət RÜSTƏMOV

Nicat MƏMMƏDOV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Əlifba

Bir əlifba xüsusi bir şəkildə müəyyən edilmiş qaydada təşkil edilmiş bir dilin hərflərindən ibarətdir. Sitat: alfabetik .

Əlifba yazısının əsas prinsipi tək bir məktubla bir danışma dilinin tək səs (və ya fonemasını ) təmsil etməkdir. Amma Johanna Drucker, Alfabetik Labirentdə (1995) qeyd etdiyi kimi, “Bu fonetik yazı sistemi yaxşı bir təxmindir , məsələn, ingilis dilinin orfoqrafiyası uyğunsuzluqlar və xüsusiyyətlər ilə bədbəxtdir”.

Birinci Əlifba

MÖ 1500-ci ildə dünyanın ilk əlifbası Kənan səmilərində ortaya çıxdı və məhdud sayda mücərrəd rəmzləri (bir nöqtədə otuz iki, sonra isə iyirmi ikiəyə endirdi), bunlardan ən çox səslənmə səsi Fələstinlilərin (ya da erkən Kənanlıların) semit əlifbasını Yunanıstana gətirdikdən sonra, bu sözün əlifbasının bir versiyasında yazılmışdır və bütün dünyanın əlifbaları onu oxuyur. yunan əlifbasının ən qədim nümunəsi təxminən İ.Ə. 750-dən başlayır. Bu, latınası ilə verilir və ya bir neçə məktub və ya vurğu verir, bu kitabın yazıldığı əlifba, heç vaxt təkmilləşdirilmişdir. “”
(Mitchell Stephens, Şəkilin Yüksəkliyi, Sözün Fallı, Oxford University Press, 1998)

Yunan əlifbası

“[T] o yunan əlifbası məktubları bir-birə yazışmada bir danışıq dilində hər əhəmiyyətli səs elementini qeydə almış birincidir və bir neçə diphthong verir .

Qədim Yunanıstanda, bir sözlə necə danışmağı bilsəniz, onu yazmağı bilirdiniz və əvvəllər heç eşitməmiş olsanız belə gördüyünüz hər hansı bir sözü səsləndirə bilərdiniz. Uşaqlar təxminən üç il ərzində Yunanıstanı oxumaq və yazmağı öyrəndilər, müasir uşaqlar İngilis dili öyrənməkdən daha sürətli, onun əlifbası daha mürəkkəbdir. ”
(Caleb Crain, “Kitabların Alacaklığı “. The New Yorker , Dec.

“Yunanıstan əlifbası . insan mədəniyyətinə təsir edən inqilabçı bir partlayıcı texnologiyadır və hər hansı digər ixtira ilə tam şəkildə paylaşılmaz”.
(Eric Havelock, Yunanıstanda Ədəbiyyat İnqilabı və onun Mədəniyyət Nəticələri ., Princeton University Press, 1981)

Əlifba təbiətdə fonetik olsa da, bu yazılı bütün dilləri doğru deyildir . Yazıçı sistemləri də logoqrafik ola bilər, bu halda yazılı bir əlamə fikir və ya konsepsiyanın təmsil olunduğu bir söz və ya ideoqrafiyanı təmsil edir birbaşa gliflər və ya simvollar şəklindədir. ”
(Johanna Drucker, The Alphabetic Labyrinth , Thames, 1995)

İki əlifbalar

İngilis dilində iki fərqli əlifbası olmuşdur: İngiltərənin xristianlaşdırılmasından əvvəl İngilis dilində yazılmış kiçik yazı futhore və ya rouns əlifbası adlandırılmışdır. Futurc ilk növbədə kətan üzərində Alman tayfaları tərəfindən hazırlanmış və ehtimal ki, Etruscan və ya Yunanca əlifbanın erkən İtalik versiyaları, onun sehrli birləşmə adı ilə, adı ilə, ricik əlifbası və bir xarakter və ya məktub, rune təyin etmək üçün istifadə edilən bir söz ilə təklif edilir.Yerli ingilis dilində söz yalnız ” , ‘gizli, gizli’.

“Altıncı və Yeddinci əsrlərdə İngiltərənin xristianlaşdırmasının yan məhsulu olaraq İngilis latın əlifbasını qəbul etdi.”
(SANTİMETR

Millward, ingilis dilinin tərcüməsi , 2-ci ed. Harcourt Brace, 1996)

Dual alfabe

“İki əlifba – başlıca məktublar və kiçik bir məktubların bir sistemdə birləşməsi – əvvəlcə İmperator Charlemagne (742-814) adlı Carolingian minuscule adlı yazı şəklində tapılmışdır. Onun aydınlığı və cəlbediciliyi üçün geniş yayılmışdır və Avropada sonrakı əlyazma üslublarına böyük təsir göstərmişdir. “

(David Crystal, Dilin necə işlədiyini gözdən keçirin, 2005)

Erkən İngilis Lüğətində Əlifba

“Əgər istəkli olsaydı (incə Reader) düzgün və asan başa düşsəniz və bu cədvəldə mənfəət əldə etsəniz, o zaman alfabeyi aldatmaq, həddi aşmaq üçün məktubun qaydasını, mükəmməl bir kitab vermədən və hər mektubun qarşısında durur: başlanğıcda olduğu kimi, middest və sonuna qədər. ”
(Robert Cawdrey, A Cədvəl Əlifba sırası , 1604)

Əlifbanın çirkin tərəfi

“Təhsil televiziyası . yalnız uşağınızın alfabenin hərflərinin kitablardan sıçraymadığını və kral-mavi toyuqlarla rəqs etdiyini tapdıqda əsassız bir xəyal qırıqlığına gətirib çıxara bilər”.
(Fran Lebowitz)
“Yazıçılar üç ildir 26 əlifbanın məktubunu düzəldirlər, gündəmi gündəmə gətirməyiniz kifayətdir.”
(Richard Price ilə əlaqəli)
Dr. Bob Niedorf: 60 saniyədə bir çox məməlilər kimi ad verin . Hazır? Gedin.
Corc Malley: Hmm. 60 saniyə. Bəli, necə olardınız? Əlifba nədir? Aardvark, baboon, caribou, delfin, eohippus, tülkü, gorilla, hyena, ibex, çakal, kangaroo, aslan, marmoset, nyufoundland, ocelot, panda, rat, sloth, tiger, unicorn, varmint, balina, yak, zebra. İndi varmint bir uzanır; belə ki, Newfoundland (bir it cinsidir); unicorn mifikdir; eohippus prehistorikdir. Amma çox dəqiq olmadınız, indi sənmi Bob?
Dr. Bob Niedorf: Yaxşı! Ahh, mən, uh – daha dəqiq olmağa çalışacağam.
(Brent Spiner və John Travolta, Fenomenon , 1996)

Etimologiya
Yunan, alfa + beta

Pronunciation: AL-fa-BET

Əlifba sırasi ilə ölüm əsəri

Kulis.az Nicat Məmmədovun esselərini təqdim edir.

Analoq

Əlifbanın hər hərfinin yalnız bir dəfə işlədildiyi (“heterohərf”) panqrammanı dodekafon musiqisinin qurulma metodunun təxmini analoqu hesab etmək olarmı?

Bağlılıq

Hər şey bir-birilə bağlıdır, ən azı diskursiv müstəvidə. Rabitəsizlikdən danışan “Mən aydan danışıram, sən çaydan” atalar sözündə də bu cür bağlılıq var: çay sözü ay ilə həmqafiyədir, çayın içində ay var, Heraklitin çayı Qekatanın ayını əks etdirir.

Ana dilinin atalar sözü.

Calaq – 2

“Hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır”. (Bəqərə, 115).

“Hər tərəfdə olan, yəqin ki, Allahdır”. (Vvedenski).

Dialoq – 2

– Mən şüuraltının, təhtəlşüurun quruluşunu getdikcə daha yaxşı başa düşürəm. Sənə olan sevgim ən saf, qatqısız sublimasiyadır. Orta əsr mistikləri və ibrani peyğəmbərləri Allahı belə sevirdilər. Və bütün istəklərinə rəğmən Onunla görüşməkdən çəkinirdilər. Amma indi qarşımda bir sual durur: mən səni sevirəmmi (niyə məhz səni?), yoxsa sənə olan sevgimi (belə ali eqoizm) sevirəm? Bütün bunlar ən azından çox maraqlıdır. Eləmi?

– Hə. maraqlıdır. Amma mən istərdim ki, məndən qaçmayasan. Mən də səni sevirəm. Səni. Sənə olan sevgimi deyil.

Double bind

Şeytan “double bind” mexanizmini yaşayan ilk varlıqdır.

Qreqori Beytson yazır ki, şizofreniyanın kommunikativ səbəbi “double bind”dır – yəni subyekt iki bir-birini istisna edən əmri həyata keçirməlidir.

“Məndən başqasına ibadət etməyin” – deyir Allah. Sonra O, Adəmi yaradır və mələklərdən Adəmin onlardan üstün olduğunu iddia edərək ilk insana ibadət etməyi tələb edir. Yalnız Şeytan imtina edir, axı Allahın birinci əmri ikinciyə ziddir. Şeytan bunun nəticəsində lənətlənir.

Şeytan/satan yunanca “parçalayan”, “bölən” deməkdir.

Şizofreniya yunanca “parçalanmış şüur” deməkdir.

Əl-ayaq

Çayxanada bəstəkarlarla dramaturgiya və digər şeylər barədə söhbətləşirdik. Söhbət zamanı Ayaz dedi ki, Moskva konservatoriyasında çoxlu çinli var, özü də hamısı bəstəkar yox, ifaçı-musiqiçi təhsili alırlar, həm də hamısının əla texnikası, sürəti, təmiz artikulyasiyası və s. var; əlavə etdi ki, nadir hallarda aralarından bəstəkar çıxır, amma hamısı nəfis ifaçılardır – “sağ ilə ifa edirlər, solda dişlənmiş qamburger tuturlar”. Buna cavab olaraq dedim ki, bu çox normaldır, çünki bu, onların genetik əl yaddaşına həkk olunub – kunq-fu, fasiləsiz məşqlər, ifa sənətində isə eynilə idmandakı kimidir, kiçik yaşdan fasiləsiz məşqlərlə uğur qazanmaq olur.

Futbol üzrə dünya çempionatının ən qızğın vaxtıdır. Azarkeşlər, mübahisələr, ehtiras.

Kimsə Braziliya yığmasını xoşlayır, kimsə yox, bu təbiidir. Lakin heç kim Braziliyanın oynaya bildiyini, bunu bacardığını və məharətlə etdiyini inkar etmir.

Məncə, bu ayaqların genetik, qan yaddaşı sayəsində baş verir – axı məhz onlar kapoeyranın yaradıcısıdır.

Görüş

Yağışlı bir axşam səninlə sığınacaq, yemək, şərab və bədənini paylaşan, başqa bir aləmdən gələn incə, az qala şəffaf və gözəl elçi. “Başqasını seç, – deyə düşündün. – insan varlığında gizlənən birisini deyil”. Amma o, öz adıyla üst-üstə düşərək mehriban idi, gecə isə onun saçları kimi uzun və qara. Bir vaxtlar bir-birinizin ata və qızı, ana və oğlu, qardaş və bacısı idiniz. Bu da Kitabda yazılmışdı. Cildlənmiş Kitab masa üzərində dururdu. Siz isə çarpayıda çılpaq uzanmışdız. Çılpaq palçıq. Oddan çıxmış çılpaq gil. Bir-birinizi pıçıltı ilə, qışqırıq ilə oxuyurdunuz ki, Kitab sükuta dalsın, sükuta qərq olsun.

Qovulmuşlar. Üzləri tərə batmışlar.

Həqiqətin quruluşu

Mövcud olan hər şey bütövlükdə mövcuddur. Amma heç kim nəsnəni tam qavramağa qadir deyil. Bütövlük müşahidəçinin şüurunda baxış nöqtələrinin dəyişməsi, hərəkət, obyektin müxtəlif tərəfinə keçməsi hesabına qurulur. Yaxud müxtəlif tərəfdə duran bir neçə müşahidəçinin danışıqları sayəsində. Həqiqət bax belə qurulur.

İnsanın aqibəti

Üçölçülü fəzada yaşayaraq biz, ancaq önümüzdə olanı aydın görürük, qalan beş tərəf biliyimizdən yayınır. İnsanın aqibəti birini bilib beşini bilməməkdir və ona görə də altı-beş altı-beş danışmaqdır.

İslam

İslam “Quran”da “qəlbin genişlənməsi (inşirah)” olaraq təyin edilir. (Ərəb və rus dillərindəki bu “şir”ləri bəyənirəm, “inşirah” və “rasşirenie”) “İnşirah” sözü “genişlənmə” ilə yanaşı, “izah, şərh” mənasını da daşıyır və semantik olaraq “şərh” / kommentariya ilə bağlıdır. Məsələn, “Quran”da deyilir ki, Allah “İslamı qəbul etmək üçün qəlblərimizi genişləndirdi”. Bu sətirləri müasirlik, xüsusən də psixologiya baxımından başa düşmək üçün “ürəyi” “şüur”la (görəsən, “inşirah” və “şüur” etimoloji cəhətdən bağlıdırmı?) əvəz etməyə çalışmaq və “şüur genişləməsi” ifadəsini əldə etmək olar, başqa sözlə desək, psixodelik təcrübə. Burada dərhal yadımıza həm ağıl və ürək vəhdətinə can atan hesixastların təcrübəsi, həm də ürəyi dərketmə orqan kimi qavrayan sufilər düşür. Rus dilindəki “lev” fars dilində isə “şir” deməkdir; “Bi Cizin”in oxuduğu kimi “hər bir xristianda şir ürəyi olmalıdır”.

Məsələn, “Quran”da İbrahimin, Musanın, İsanın müsəlman olduqları və namaz qıldığı deyilir. “Müsəlman” adı altında sadəcə “möminlər”i anlamaq asandır. Bəs dua haqqında nə demək olar? Onlar da rükət, səcdə və s. riayət ediblərmi? Ola bilsin ki, burada köməyimizə sanskritcə “namaste” (“namah” – baş əymək, “te” – sizə” sözlərindən törəyib) sözü gəlməlidir, geniş mənası belədir: “məndəki ilahi səndəki ilahini qəbul edir və onunla birləşir”.

Fərqli çalarlar əldə etməyə təşnə olan sıfır belə alınır.

Qrammatika

Feil ilə ön söz birləşməsinin vəhdəti bizə işdə ucalma ideyasından xəbər verir. Buna görə də iş obyekti nə qədər yüksəkdirsə, işçi də bir o qədər yüksəlir. Ən yüksək səviyyə: öz üzərində işləmək və özünə qarşı tənqidi münasibət göstərmək, özünə məsafəli yanaşmaq və bütün bunların nəticəsində fərdlə Mütləq arasındakı məsafəni qısaltmaq.

Metafizika

Kitablar. Yüzlərlə, minlərlə hekayə: insanlar doğulur, ölür, həzz alır, iztirab çəkir. Bütün bu hekayələr söz sayəsində mümkün olur. Bütün sözlər hərflərdən ibarətdir, hərflər isə kağız üzərində mürəkkəb konfiqurasiyalarıdır. Ancaq mürəkkəb və kağızdan da o tərəfə gedib çıxmaq olar. Həm mürəkkəb, həm də kağız, bütün daşıyıcılar atomlardan ibarət təbii elementlərdən hazırlanır. Atomlar isə demək olar ki, tamamilə boşluqdan ibarətdir.

Beləliklə, hər bir ardıcıl təhlil ilkin səbəbə – Boşluğa gəlib çıxır.

Plüralizm – dualizm – monizm – nihilizm. Bütün bunlar metafizikadır. Heç bir əsaslı nəticəyə gəlib çıxmayan məşğuliyyət.

Münasibətlər

Dünya ədəbiyyatının bütün süjetlərini aşağıdakılarla ehtiva etmək olarmı?

Kişi qadının – ana, bacı, həyat yoldaşı, qızı, Anima vasitəsilə özünü tapır.

Qadın uşaq vasitəsilə özünü tapır.

Uşaq valideynləri vasitəsilə özünü tapır.

Bu üçlükdə ən asılı və həssas vəziyyətdə olan kişidir.

Kişi olaraq doğulmaq ən ciddi sınaqdır – dörd real və bir xəyali qadınla münasibətdə olmaq. Görünür, bu, simvolik olaraq İslamın dörd arvad almağa icazə verməsi ilə bağlı ola bilər.

Beləcə, bir Avropa bayağı deyiminin ikinci mənası üzə çıxır (bütün bayağılıqlar güclü numinoz qüvvəyə malikdir, lakin “bayağılığın sirrini açmaq üçün əvvəlcə onu mifləşdirmək lazımdır”, Jean-Jacques Ranciere): “Kişi bütün həyatı boyu beş qadın tanımayıbsa, kişi deyil”.

Şərqdə bu və ya digər axtarışlarında yönünü itirmiş bir gəncə “Evlən və hər şey keçib gedəcək” deyirlər. Bu ifadəyə “həmişə-fərqli-mənada” prinsipini tətbiq etsək, aydın olacaq ki, Anima ilə əlaqənin qurulması, qadınsallığın inteqrasiyası nəzərdə tutulur.

“Sufi qadını vasitəsilə Allaha qovuşur”. Yaxud daoizmdə buna bənzər bir anlayış: “Kişiliyi öyrən, amma qadınlığa üstünlük ver və o zaman sən Dünyanın məcrası olacaqsan. Dünyanın məcrası olduqda, ən ali de səninlə olacaq və sən yenidən körpəliyə qayıdacaqsan”.

Roman

Sovet Azərbaycanında yaşamış asovet, sandıq ədəbiyyatı yazan adamın təsadüfən tapılmış gündəlikləri formasında çıxış edən bir roman yazmaq. O dövrün – 60-cı, 70-ci illərin qəzetlərinə baş vurmaq lazım olacaq. Bu roman digər sovet ölkələri ədəbiyyatından fərqli olaraq XX əsr Azərbaycan ədəbiyyatında asovet, sandıq ədəbiyyatı xəttinin yoxluğunun bir növ kompensasiyası ola bilər. Müəllifə Kortazarın Morellisinin şərəfinə Marallı soyadı vermək olar.

Sakitlik

“Şeir mükəmməl sakitliyin universallığını çatdırmazsa, onu şeir adlandırmaq olmaz”. Louis Zukofsky-nin bu fikri, şübhəsiz ki, qədim hind poetikasının nəzəriyyəçilərindən biri Udbhatanın niyyəti ilə səsləşir. Udbhata mövcud səkkiz növ rasa, yəni poetik əhval-ruhiyyəyə (erotizm, ironiya, mərhəmət və s.) doqquzuncunu – dünyadan imtinaya, zahidliyə aparan sakitliyi də əlavə etmək zərurətini əsaslandırmışdı.

Dəcəl və dəccal. Əgər bu sözlər həqiqətən də eyniköklüdürsə, o zaman belə bir nəticəyə gələ bilərik ki, Allah – mütləq sakitlikdir.

Şairin işi

. təşbehlərdən təsbeh düzəltmək.

. word ilə vird etmək.

Taksi

Dövrlərin dəyişməsi, Sovet İttifaqından müstəqillik dövrünə keçid Bakı taksilərində qəribə şəkildə əks olundu. Mənim uşaqlığımda taksilərdəki güzgüdən prujin kimi sallanan şeytan asırdılar, indi isə ancaq islama aid atributlar, üzərlik, gözmuncuğu. Din indi hər yerdədir, amma iman varmı?

Universal süjet – 1

Qəhrəman nəyisə arzulayır, bu nəsnənin yoxluğu qəhrəmana iztirab verir. Məqsədə aparan yolda o, məqsədə çatmağa kömək edən və mane olan insanlarla, şəraitlə qarşılaşır. Məqsədinə çatdıqdan sonra qəhrəman ən yüksək dəyəri – bilik və xoşbəxtliyi əldə edir. O, öz xalqına qayıdıb hekayəsini bölüşür ki, xalqının iztirabını yüngülləşdirsin.

Universal süjet – 2

Borxes deyir ki, cəmi 4 süjet var, Jorj Polti 36 dramatik situasiya haqqında yazır. Amma əslində yalnız bir süjet var: Təkin Cəmə keçidi və Cəmin yenidən Tək olmaq istəyi.

  • İstanbul Film Festivalının laureatları bəlli oldu
  • Mollalıq eləyən jurnalistlərimiz – Ulucay Akif yazır.
  • Rejissor Kusturitsa əməliyyat olunacaq

Comments are closed, but trackbacks and pingbacks are open.