Press "Enter" to skip to content

Llərinizə baxıb özünüzə DİAQNOZ QOYUN

Lakin insanın əllərinə baxıb onun səhhətində olan bəzi pozulmaları və xəstəlikləri həqiqətən təyin etmək mümkündür. Saglamolun.az bildirir ki, bir çox hallarda həkimlər pasiyenti müayinə etdikdə onun əllərinin dərisinə, rənginə və s. fikir verirlər.

Əlil uşaqlara işgəncə verənlərin – Fotosu

Axar.az Azxeber.com-a istinadən xəbər verir ki, bu gün bir araya gələn valideynlər övladlarına işgəncə verən şəxslərə ən ağır cəzanın verilməsini istəyiblər.

Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində reabilitasiya mərkəzinin sahibi Nuranə Hacızadə, görüntülərdə uşağa işgəncə verən Aytac Kazımlı və Səbinə Əliyarbəyli saxlanılıb.

2022.09.05 / 19:39
Digər xəbərlər

Tovuda 75 yaşlı kişi minaya düşdü – Təfərrüat

Masallıda əməliyyat: maşından 7 kq narkotik çıxdı

Ermənistan MN etiraf etdi: iki əsgəri itkindir.

DİM bu imtahanların nəticələrini açıqladı

Gəncənin bəzi əraziləri subasmaya məruz qaldı – Video

Zakir Həsənov Gürcüstanda hərbi paradda iştirak etdi

Şəhid atasının adından insanları aldadan şəxs saxlanıldı

Yeni publik hüquqi şəxs yaradıldı

Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olundu

Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi!

Əllərinizə baxıb özünüzə DİAQNOZ QOYUN

Falçılar insanın əllərinin içinə baxıb onun keçmişini və gələcəyini “görə” bilirlər.

Təbii ki, bu cəfəngiyatdır və buna yalnız çox sadəlövh insan inana bilər.

Lakin insanın əllərinə baxıb onun səhhətində olan bəzi pozulmaları və xəstəlikləri həqiqətən təyin etmək mümkündür. Saglamolun.az bildirir ki, bir çox hallarda həkimlər pasiyenti müayinə etdikdə onun əllərinin dərisinə, rənginə və s. fikir verirlər.

– İnsanın ovucları qeyri-təbii qırmızı rəngdə olduqda, bu qara ciyərin toksiki zədələnməsinin (hepatit, hepatoz, qara ciyər sirrozu) əlaməti ola bilər.

– Ovucların dərisi sarımtıldırsa, bu qa qara ciyərin və öd kisəsinin xəstəliklərindən xəbər verə bilər (hepatit, öd daşı xəstəliyi, öd kisəsi iltihabı və s.).

– Əllərin üzərində qəhvəyi rəngdə piqment ləkələri varsa, bu öd kisəsinin xəstəliklərinə işarə edə bilər. Yaşlı insanlarda isə bu orqanizmin qocalması ilə bağlıdır.

– Əllərin dərisi çox ağ olduqda, bu anemiya (qanazlığı), hipotoniya (arterizl təzyiqin aşağı olması), sinir sistemi pozulmalarının əlaməti ola bilər.

– Avitaminoz zamanı əllərin dərisi qabıq verir. Bu adətən orqanizmdə A və D vitaminlərinin çatışmazlığı ilə bağlıdır.

– Əgər insanın əlləri hətta isti havada soyuq olur, soyuq havada isə ağarır və keyiyirsə, bu insanda olan periferik qan dövranı pozulmasından xəbər verə bilər.

Bir çox hallarda bunun səbəbi orqanizmdə nikotin turşusunun çatışmazlığı olur.

– Əllərin çox isti olması qara ciyərdə olan pozulmalara işarə edir.

– İnsanın əlləri daim nəm olduqda, bu ürək xəstəlikləri və qalxanvari vəzidə olan pozulmalardan (qalxanvari vəzi hiperfunksiyası) xəbər verə bilər.

– Daim nəm və isti əllər qalxanvari vəzi funksiyasının artması (hormonlar lazım olandan artıq miqdarda ifraz olunur), daim quru və soyuq əllər isə qalxanvari vəzi funksiyasının azalmasının (hormonlar lazım olandan az miqdarda ifraz olunur) əlaməti ola bilər.

– Həmçinin əllərin daim nəm olması sinir sisteminin pozulmalarına da işarə edə bilər.

– İnsanın əlləri tez-tez şişirsə, bu qalxanvari vəzi, böyrəklər, ürək, qara ciyər xəstəliklərindən, allergiyadan xəbər verə bilər.

– Nəfəsalma sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda əllərin ovucları çox quru olur.

– Barmaqların nazilməsi və barmaq uclarının enli olması (barmaqlar baraban çöplərinə, dırnaqlar isə saat şüşələrinə oxşayır) ciddi ürək xəstəliklərinin simptomudur.

– Əgər insan “əllərdə qarışqa gəzməsini” tez-tez hiss edirsə, bu endokrin sistemi xəstəliklərinə işarə edə bilər.

– Barmaqların keyiməsi bir çox xəstəliklərinin simptomu ola bilər. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda bilək nahiyəsində sinir sıxılır və bu ağrılara və barmaqların keyiməsinə səbəb olur. Buna tunel sindromu deyilir.

– Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə (məsələn, kitab oxuduqda və s.) olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu boyun osteoxondrozun əlaməti ola bilər.

– Əllərin və barmaqların keyiməsi həmçinin hipertoniya, endokrin sistemi pozulmaları, Reyno xəstəliyi, beyin qan dövranı pozulmalarından əziyyət çəkən insanlarda təsadüf edilir. Əllərin keyiməsi (xüsusilə bir əlin) çox ciddi simptomdur. Bu simptom digər simptomlarla yanaşı (ürəkdə və ya başda güclü ağrı, başgicəllənməsi, ürəkbulanması, qusma və s.) infarkt və ya insultun inkişafına işarə edə bilər.

– İnsanın çeçələ barmağı tez-tez keyidikdə, bu ürəkdə olan problemlərin əlaməti ola bilər.

– Əllərin tez-tez əsməsi hipertireoz (qalxanvari vəzi funksiyasının artması) və ya şəkərli diabet (şəkərin səviyyəsi normadan aşağı olduqda) zamanı müşahidə oluna bilər. Bundan əlavə bu sinir sistemi pozulmaların (nevroz və s.) əlaməti ola bilər.

Saglamolun.Az

Əlil qardaşımızı necə məğlub edək

Bacı-qardaş dediyimiz insanlar həmişə qan qohumumuz olmurlar. Həmin insanlara ithafən ən gözəl fikirləri, sözləri təqdim edirik.

1. Qardaşdan başqa gözlərindən axan yaşları paylaşacaq neçə insan var ki?

2. Siz pulu olana, bizsə adam olana qardaş deyirik.

3. Hər kəsə qardaş ola bilməzsən, qardaş dedinmi, səndən qabaq qaçacaq, yıxılanda səni tutacaq, nə olursa olsun səni heç vaxt tək qoymayacaq.

4. Yıxılanda yanında olanlara diqqət yetir ki, qalxanda kiminlə gəzəcəyini biləsən.

5. Üzünə baxanda dərdini hiss etməyən dosta sözlərin gücü yetməz.

Qardaşlıq sözləri 2021

Bəlkə cibimizdə pul yox idi, bəlkə həmişə pulsuz gəzirik, amma nə olur olsun, qardaşlarımızı satmarıq.

İnsanlar əylənə və dil tapa biləcəkləri ilə dost, ağlaya biləcəkləri ilə qardaş olurlar.

Qardaşına düşmən ola bilməzsən. Yıxılsa sənin dizin ağrıyar, ağlasa sənin bağrın yanar.

Qardaş bu həyatda kürəyinizin yerə gəlməsinə icazə verməyən, yıxılanda sizə ilk əlini uzadan insandır.

Qardaşınız, nəfəsiniz kəsildikdə sizin üçün nəfəs alan adamdır.

Bütün sirlərimi, narahatlıqlarımı və bəzən qorxularımı bölüşə biləcəyim tək insan, qardaşım, sənin həyatımdakı yerini heç nə dəyişə bilməz.

Qardaş yanında olmasa da, güvən verən və dəstəyini hər zaman hiss etdirən insandır.

Qardaşlıq bu dünyada yaşaya biləcəyimiz ən qiymətli hissdir, əsl qardaşlıq kin, nifrət və qısqanclığın nə olduğunu bilməz.

Ən çətin gününüzdə sizə gülməyi öyrədən şəxsə qardaş deyilir.

Qardaşlarınız tək bir sözlə ruhunuza hüzur verən insanlardır.

Qardaş qardaşına nə etsə, ya ən yaxşısını istəyir, ya da pis olanı dəyişdirməyi.

Qardaşlıq dillərdə gəzən bir söz deyil, könüllərdə coşan bir sevgi olmalıdır.

Sadiq bir qardaş on min qohumun əvəzidir.

Dost, bəzən anan, bəzən atan, bəzən qardaşın ola bilər. Əsl dost səhv etdikdə belə səni tərk etməyəndir.

Hər qardaşlığın göydə bir mələyi var, yerdə bitən hər qardaşlıq üçün göydə bir mələk ağlayır, sənə and olsun, bizim mələyimiz heç vaxt ağlamayacaq, qardaş.

Qardaşım dediyim adam həm dostum, həm də ruh yoldaşımdır.

Dostun dostumdur, düşmənin düşmənim.

Qardaş dediyin ana, ata, qardaşdır. Bir sözlə, hörmətdən imtina etməyəcəyiniz nadir insanlardan biridir.

Qardaşlıq bütün dünyaya qarşı ikilikdə sipər olmaqdır.

Qardaş dediyin adam qüsurlarını sənə deməlidir. Bu qüsurları gizlədib, sənin yeni səhvlərinə imkan verməməlidir.

Yükü qardaşlıq olanın beli bükülər, qəlbi bükülməz.

Qardaşlığı dənizlərə bənzədirəm; ucu-bucağı olmaz, dərinliyi ölçülməz, içindəki sevgi azalmaz və üzərindəki qayığı batırmaz.

Əsl bacı-qardaşlarınızla tanış olanda bunu bir şəkildə hiss edirsiniz. Çünki qardaşlıq bağı müqəddəs bir bağdır.

Əbədi dostluq adına çoxlu xoş arzular var. Elə ürəklər var ki, hətta ölüm də ayrılıq salmır. Sevgidə birləşən ürəklər var.

Dost dəniz kənarındakı daşlara bənzəyir, bir-bir toplayarsan, sonra yavaş-yavaş atarsan. Amma bəzilərini atmağa əlin gəlməz, sən ata bilmədiklərimdənsən.

“Necəsən” sualına “pisəm” deyə bildiyiniz insanlara önəm verin. Onlara ürəyinizi aça bilərsiniz. Dostlarımı nə ağlımla, nə də ürəyimlə sevirəm. Elə olur ki, ürək dayanır, ağıl unudur. Dostlarımı ruhumla sevirəm, o nə dayanır, nə də unudur.

Bizdə qardaşlıq ölümü bilib yanında qalmaqdır.

Məsələn, zarafat etmişəmsə, dostum gülməlidir. Zarafatım pis olsa belə gülməlidir. Axı dostumdur.

Siz qardaş sözünü altı hərfə sığdırmısınız, bizsə yerə-göyə sığdıra bilmirik.

Qardaşlıq elə bir dənizdir ki, onun dibi yoxdur, elə bir sirrdir ki, hər könül onu qaldırmaz. Elə xüsusidir ki, vicdanı olmayan anlamaz.

Qardaşlıq qardaşının gözlərinin içinə baxıb oradakı sevgini görməkdir. Ürəyin içindəki istiliyi hiss etmək, o ürəklərin birlikdə döyünməsi deməkdir. Bunun üçün eyni anadan doğulmağa ehtiyac yoxdur!

Mənim ən gözəl tərəfim, balacam, canımın üstündə gəzdirdiyim əziz qardaşım. Ürəyindən keçən, ağlında olan, dilindən süzülən həmişə səninlə olsun.

Qardaşlıq əbədi dostluqdan doğur.

İynə olmasaq da bəzilərinə çox batıq, qardaşım.

Aranızdakı qardaşlıq bağını qoruyun, çünki bu sizin silah-sursatınızdır.

Dostluğun qolları bir yerə qədər uzanır, qardaşlığın qolları isə ürəklərə qədər.

Qardaş-bacı valideynlərdən qalan ən dəyərli mirasdır.

Ayağım bir daşa çırpılarsa, yıxılmağıma icazə verməyən bir qardaşımın yanımda duracağını bilirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.