Press "Enter" to skip to content

S Jafarov Psychological And Pedagogical Parametres Of Socialization Of A Human

49.Siyasi-hüquqi identikliyin əsas xüsusiyyətləri / “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, s. 9-13

Национальная Академия Наук Азербайджана

1.К вопросу об этнопсихологических особенностях познания людьми друг друга // Этнопсихологические проблемы развития личности. Баку, АГУ, 1985, с. 94-102.

2.О некоторых социально-психологических особенностях процесса формирования брачных пар / Нравственно-эстетическое воспитание и подготовка студенческой молодежи к семейной жизни. Сыктывкар, 1986, с. 176-184.

3.О психологии мотива преступлений / Юридическая психология. М., 1989.

4.Социально-психологическая «анатомия» толпы // Тезисы докладов Республиканской конференции посвященной 90-летию Ф.А.Ибрагимбекова. баку, 1992, с. 95-96.

5.Sürücülərin məhkəmə-psixoloji ekspertizasının bəzi məsələləri // Elmi işlərin məcmuəsi. Bakı, AETMEK və KPİ, 1994

6.Məhkəmə-psixoloji ekspertizasının əsasları. Bakı, BDU, 1995, 53 səh.

7.İntellektual inkişaf səviyyəsi və onun öyrənilməsi metodikası // Bakı, ASHİ, 1995, 24 səh.

8.Cinayət və mülki proseslərdə məhkəmə-psixoloji ekspertizası problemləri. Bakı, Azərnəşr, 1996, 200 səh.

9.Социально-психологические проблемы личности несовершеннолетних правонарушителей. Баку, БГУ, 1996, 63 c.

10.О взаимосвязи почерка и характера личности : проблемы экспертизы // Язык и литература, №3(18), 1997, C.141-143.

11.Психологические аспекты изучения суицидального поведения // Язык и литература, №3(18), 1997, С.143-145.

12.Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri // Dil və ədəbiyyat, №3, 1998, S.140-143.

13.Məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsi. Bakı, “Renessans”, 1998, 148 s.

14.Методология социально-психологического исследования. Баку, «Ренессанс», 1999, 4,5 п.л.

15.Учене Р.Декарта о душе и теле / Язык и литература, 1998, N 2.

16.Психологические вопросы изучения преступления. Баку, «Ренессанс» ,1999, 123.

17.Azərbaycan diplomatiyasının yenı erası-İlham Əliyev fenomenı / Dirçəliş-XXİ əsr, 2001, N46, s.39-52.

18.AŞPA və Azərbaycan diplomatiyasi // Dirçəliş-XXİ əsr, 2002, N57, S.66-76.

19.Milli dövlətçilik və demokratik inkişaf // Dirçəliş-XXI əsr jurnalı, 2003, may, S. 80-88.

20. Аббасов А.М., Алиев Б.Г., Микаилова Р.Н., Караев Р.А.Идентификация психологического профиля покупателя // Труды 11 Международной конференции «Идентификация систем и задачи управления», Москва 29-31 января 2003г. Институт проблем управления им. В.А. Трапезникова РАН, c.2058-2068.

21.Siyasi psixologiyada ümummilli lider problemi // Psixologiya jurnalı, Bakı, 2004, №1, S.3-12.

22.Milli-mənəvi dəyərlər və dövlət quruculuğu // Heydər Əliyev irsi və milli dövlət quruculuğu / Məqalələr toplusu, 2005, S.700-710.

23.Yaradıcı müəllim hazırlıgının bəzi məsələləri // Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2008, N 2, S.171-180.

24.Некоторые вопросы типологии личности политического лидера // BDU-nun xəbərləri, №3, 2009, S.165-174.

25. Əliyev B.H., Cabbarova L.M. Duygu və qavrayış. Bakı, 2009, 117 s.

26.Əliyev B., Cabbarov R. Təhsildə şəxsiyyət problemi. Bakı, 2010, 134 s.

27.Psychosocial and mental well-being of the migrants / The 11 th European congress of psy­cho­lo­gy Oslo, Norway 7-10 july 2009. http://www.ecp2009.no/abstractview.cfm? pMode= AbstractView&pAbstractId=11055

28.National leader as an appearance of the democratic development / International Society of Political Psychology 32nd Annual Scientific Meeting July 14-17, 2009. Dublin, Ireland.

29.Globalization and trafficking in human beings / İSPP 34th Annual Scientific 2011, İstanbul, Turkey, Zulu 9th-12th. / http //convetion3. academic.com/one/ispp/ispp11/index.php?click

30.Motivation Aspect of Modern Training Process / The 12th European congress of psychology. İstanbul 2011 04/08 july.

31. Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı, Təhsil, 2011, 214 s.

32. Əliyev B.H., Səməndərova A.F. Hüquq psixologiyasının tədqiqat metodları. Bakı, BDU, 2010, 156 s.

33.Bayramov Ə.S., Əliyev B.H. Hüquq psixologiyası. Bakı, Təhsil, 2012, 648 s.

34.INTERRELIGIOUS DIALOGUE IN THE CONTEXT OF CONTEMPORARY CULTURE: ISLAM, CHRISTIANITY, AND OTHER RELIGIONS IN AZERBAIJAN / WORLD RELIGIONS IN THE CONTEXT OF THE CONTEMPORARY CULTURE: NEW PERSPECTIVES OF DIALOGUE AND MUTUAL UNDERSTANDING. St. Petersburg Branch of the Russian Institute for Cultural Research. St. Petersburg, 2011. (G.E. Efendiyeva) // http://unesdoc.unesco.org/images/0021/002140/214008e.pdf

35.Emotional Reactions of Azerbaijani Young Peoples to Media Commercials and its İmpact on Their Attitudinal Developments / Universal Journal of Psychlogy 2(6), 2014, p.199-204

36.Personal –Change İn Adolescent /Advances in Environmental Biology 8(6), 2014, p. 3200-3204

37.Parent, Peer and Media Effect on the Perception of Body İmage in Preadolescent Girls and Boys /Universal Journal of Psychlogy 2(7), 2014, p.224-230

38.A Study Of The Relationship Between Self- Realization Of Students With Their Academic Achievements / International Journal of Gurrent Life Sciences Vol 4, Issue, 8, p.4179-4185

39.The role of artistic perception in improvinq self-esteem in abolescents / Вестник Днепропетровського Универсситету имени Альфреда Нобеля, № 1, (7), 2014, pp.87-93

40.Using turkish comedy sinema films in group therapy to increse self-esteem among adolescents / International association of social science research V European Confrence on social and bihaverioal science .St. Petersburg Russia- September 11-14,2014, 105-109.

41.Aliyev B., Türkmen A. Relate to improving self-esteem at a special needs school for emotionally disturbed adolescents in Turkey // Psychology, sociology and pedagogy. 2014. № 6 [Electronic journal]. URL: http://psychology.snauka.ru/en/2014/06/3259

42.The Relationship between Self-Esteem, Social Networking Site Usage and Body Satisfaction for Adolescent girls in the Turkey / International association of social science research VIII European Confrence on social and bihaverioal science . Belgrade, Serbia- September 5-6, 2015

43.A meta-analysis of stress and depression in parents of autistic childre / İCLEL 2016. 2nd İnternational conference on lifelong education and leadership for all. July 21th-23th, 2016-11-04

44.Using Turkish comedy cinema films in group therapy to increase self-esteem among adolescents / İnternational Association of Social Research – İASSR. European journal of research on education, 2015, 3(2), p. 34-42

45.45.Self-image and psychological well-being among Turkish adolescents / İCLEL 2016 Abstract Book, 1st İnternational conference on lifelong learning and leadership for all. October 29-31. 2015, p.146-151

46.Psychoanalytic view of play between parent and child // USOS XV.Uluslararası sınıf öğretmenliği eğitimi sempozyumu. 11-14 mayıs 2016

47.Mədəni müxtəliflik: şəxsiyyətin inkişaf məkanı// Mədəni müxtəliflik: Dünya və Azərbaycan. Beyəlxalq elmi-praktik konfrans. 29 aprel 2016-cı il. Bakı-2016, s.269-272

48.Siyasi identikliyin növləri və təşəkkül xüsusiyyətləri / “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, s. 3-9

49.Siyasi-hüquqi identikliyin əsas xüsusiyyətləri / “Çağdaş dövr və sosial elmlərin aktual problemləri” mövzusunda Ümumrespublika elmi konfransın materialları. Bakı-2016, s. 9-13

50.Diqqət və hafizənin psixologiyası (M.Mustafayevlə birlikdə). Bakı, 2017, s.250

51.Психологические особенности политического сознания личности в условиях культурного многообразия // Psixologiya jurnalı. Bakı-2017, № 1, s. 3-14

52.Studying Loneliness, Friendship, Self-Esteem of Turkish Young Stundents Using Faceook in High Schools of The Azerbaijan Republic // II Avrasya Pozitif Psikoloji Kongresi, Books of Abstracts, 2017, İstanbul, p.32

53.Adolescents İnvolvement of the İnfluence of Seeing YouTube Videos on Personality and Sense of Self // II Avrasya Pozitif Psikoloji Kongresi, Books of Abstracts, 2017, İstanbul, p.33

54.Bakhtiyar Aliyev, Abdullah Türkmen, Hüseyin Tolu, Fatma Demircan, Lütfi Üredi Uncertain (negative) impact of cyber bullying and social media habits within youths // XVIII. European Conference on Social and Behavioral Sciences, Bucharest, Romania, September 5-7, 2018, p.18

55.Bakhtiyar Aliyev, Abdullah Türkmen, Hüseyin Tolu, Fatma Demircan, Lütfi Üredi Social media policy in education: corresponding among Turkey and Azerbaijan // XVIII. European Conference on Social and Behavioral Sciences, Bucharest, Romania, September 5-7, 2018, p. 19

56.Counselor Educators and Sosial Media in Exercise // İnternational Learning, Teaching and Education Research Congress (ILTER 2018).

57.Tələbələrin idrak fəallığının artırılmasında emosional intellektin rolu // Psixologiya Jurnalı, 2018, №1, s.5-13

58.Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi // Psixologiya jurnalı, №3, Bakı, 2018, s.3-12

59.Mədəni müxtəliflik və şəxsiyyətin təşəkkülü // Psixologiya jurnalı, elmi-praktik jurnal, №3, Bakı, 2018, s.12-20

60.Təlim motivlərinin təşəkkülündə emosional intellekt // Psixologiya jurnalı, elmi-praktik jurnal, №1, Bakı, 2018, s.20-29

61.Mədəniyyətin intibahı-şəxsiyyətin tənəzzülü? // Psixo­lo­gi­ya jurnalı, elmi-praktik jurnal, №1, Bakı, 2018, s.12-20

62.Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri // Psixologiya jurnalı, elmi-praktik jurnal, №2, Bakı, 2018, s.1-20

63.Təlim fəaliyyətində tələbələrin emosional intellektinin inkişaf xüsusiyyətləri // Psixologiya jurnalı, elmi-praktik jurnal, №4, Bakı, 2018, s.12-20

член Международного Общества политических психологов

действ. член Международной Кадровой Академии

С 1983 года по 2020 год без перерыва кафедра психологии Бакинского государственного университета, 37 лет педагогического стажа

Заведующий кафедрой психологии Бакинского государственного университета с 1997 по 2020 год

Заместитель председателя комитета Милли Меджлиса по науке и образованию, с 2005 по 2020 год

Заместитель председателя “Комиссии по науке и образованию” Парламентской Ассамблеи СНГ

Главный редактор журнала «Психология»

S Jafarov Psychological And Pedagogical Parametres Of Socialization Of A Human

S.Jafarov Psychological and pedagogical parametres of socialization of a human Summary The article deals with the taking into consideration the social, psychological and pedagogical points in the management system of pedagogical process. The formation work. Показать больше

S.Jafarov Psychological and pedagogical parametres of socialization of a human Summary The article deals with the taking into consideration the social, psychological and pedagogical points in the management system of pedagogical process. The formation work of a pupil mainly in the situation of social relations and the duties of school principles in carrying this work are reflected in the article. The usage ways of a pupil`s potentials in formation of managament structure of pedagogical process have been analysed and presented too. References 1. Ağayev Ə., Rzayeva Y. və b. Sosial pedaqogika. Bakı, 2008. 2. Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı, 2006. 3. Abdulov R. Məktəbdə sosial pedaqoji işin əsasları. Bakı, 2005. 4. Qəhrəmanov A. Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun iştirakçıları üçün. Təlim materialı. Bakı, 2012. 5. Əlizadə Ə., Bayramov Ə. Sosial psixologiya. Bakı, 2003. 6. Əlizadə Ə. Müasir Azərbaycan məktəbinin psixoloji Спрятать

  • Похожие публикации
  • Поделиться
  • Код вставки
  • Добавить в избранное
  • Комментарии

Erkən gənclik dövrünün psixologiyası

Sual 1. İnsan ömrünün gənclik çağı-fiziki cəhətdən yetkinliyinin başa çatması, onun özünüdərketməsinin, intellektinin sürətli inkişafı, özünəməxsus yüksək keyfiyyətlərinin, dünyagörüşünün formalaşması, peşə seçmək və yaşlılıq həyatına başlamaq dövrüdür. Gənclik yaşı öz inkişafında, adətən, iki mərhələdən keçir: birinci mərhələ-erken gənclik (15-18 yaş), ikinci mərhələ isə yetkin gənclik (18-25yaş) dövrü adlanır.
Gənclik bioloji, psixoloji, psixoseksual və sosioloji amillərin təsiri altında inkişaf edib formalaşır.
Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dəyişir, bədən möhkəmlənir, hərəkət, iş qabiliyyəti xeyli inkişaf edir. Ümumiyyətlə, ilk gənclik illərində orqanizmin fiziki inkişafı demək olar ki, əsasən tamamlanır; belə ki, gənclərin boy artımı qızlarda 16-17 yaşda, oğlanlarda isə 17-18 yaşda təxminən böyüklərlə eyni səviyyəyə çatır, 16 yaşlı oğlanların əzələ qüvvəsi 12 yaşdakına nisbətən iki dəfə artır.
Psixoloji baxımdan gənclər artıq öz “Mən”ini, şəxsiyyətini, qüvvəsini, xarici gözəlliyini dərk edir; gümrah, cəsarətli, inamlı olub həyata nikbincəsinə yanaşır, onlarda həyat sevinci, yaşamaq-yaratmaq eşqi, peşə seçmə imkanları özünü daha qabarıq surətdə büruzə verir; idrak fəaliyyəti öz əhatəliliyi, dünyagörüşü isə bir qədər genişliyi ilə fərqlənir.
Gəncliyin psixoseksual aspektdə inkişafına gəldikdə, burada cinsi yetişmənin əsasən tamamlanması, ikinci və üçüncü cinsi əlamətlərə keçid mərkəzi problem olub, mürəkkəb biososial hadisə kimi özünü göstərir. Bu, əlbəttə, heç də bioloji-fizioloji dəyişmələrin nəticəsi olmayıb, həm də bioloji və sosial qüvvələrin qarşılıqlı təsirinin məhsuludur. Kişi və qadın olma, həmin rolu mənimsəmək, ailə həyatı qurmaq, məhəbbət, qadın şərəfini, kişi ləyaqətini qorumaq gənclik yaşında özünü büruzə verən yeni keyfiyyətlərdəndir.Beləliklə, psixoseksual davranışlar, cinsi həvəs, əks cinsə münasibətin dərk olunması, əxlaqi normaların, ailə münasibətlərində fərdi xüsusiyyətlərin qanunauyğun təşəkkülü gəncliyin inkişafının müəyyən mərhələsini təşkil edir.
Sosial aspektdə isə gənclik öz mahiyyəti etibarilə sosiolojiləşib müstəqil və məsuliyyətli fəaliyyətə keçir, gəncin şəxsiyyətinin fərdi-psixoloji mahiyyəti ictimai münasibətlərdən nəşət edir, başqa sözlə desək, o, ictimai münasibətlərin məcmusu kimi, sosioloji varlıq kimi yetişir, həyat hadisələrinə fəal mövqedən yanaşır, vətəndaşlıq statusu qazanır, pasport alır. Erkən gənclik dövründə məktəblilər cəmiyyətdə, ailədə, kollektivdə özünəməxsus yer tutur, onların əsas fəaliyyət növü əmək və təlim olur. Gənclərin bir qismi texniki peşə məktəblərində, texnikumlarda təhsilini davam etdirir, bir qismi istehsalata işləməyə gedir, müəyyən hissəsi ali məktəblərə daxil olur.
Ümumiyyətlə, gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır, onlarda təşəbbüskar, prinsipial, məsuliyyətli davranış formaları təşəkkül tapır; gənc mürəkkəb intellektual əməliyyatlar aparmağa hazır olur, onun xüsusi qabiliyyətləri sürətlə inkişaf edir. Beləliklə, gənclik dövrü yaşlılıq mərhələsinə keçidin bitməsi, özünüdərketmənin təşəkkülü, sosial-psixoloji varlıq kimi formalaşma-yetişməkdə olan nəslin inkişafında mühüm mərhələni təşkil edir.

Sual 2. Gənclik yaşında – gənclərin bu çılğın, coşğun, hərtərəfli inkişafı dövründə onlar bir-birinə qarşılıqlı təsir edir, bir-birini qavrayır, dərk edir, eyni zamanda ünsiyyət dairəsi daha da genişlənir, ailə, valideyn asılılığından müstəqilliyə, özünəxidmətə, özünüidarəyə keçir. Bunlar, gənclərdə sosial keyfiyyətlərin formalaşmasını sürətləndirir. Gənclik çağında şəxsiyyətin bir sıra sosial-psixoloji keyfiyyətləri, xüsusilə ideallıq, əxlaqi saflıq, mənəvi zənginlik, fəallıq, işdə prinsipial olmaq, sözlə əməlin uyğunluğu, məqsəd aydınlığı və i.a. kimi keyfiyyətlər daha çox nəzərə çarpır və sürətlə formalaşır. Eyni zamanda onlar ideya, əqidə uğrunda mübarizəyə girişir, dünyagörüşlərini müdafiə edirlər.
Gənclik dövründə şəxsiyyəti səciyyələndirən əsas sosial keyfiyyətlərdən biri də əxlaqi saflıqdır. Əxlaqi saflıq gənclərin şəxsiyyətini yalnız öz işinə, əməlinə görə yox, həm də insanlara münasibətinə, qayğıkeşliyinə, həssaslığına görə səciyyələndirir. Beləliklə, insanlara münasibətin təşəkkülü gənclərin şəxsiyyətinin əxlaqi saflığını müəyyən edən əsas meyardır. Gənclərin mühüm keyfiyyətlərindən biri onun fəallığıdır. Fəallıq inteqral xassə olub şəxsiyyətin tələbatlar sistemində, əxlaqi saflığında, mənəvi zənginliyində, münasibətlər kompleksində ifadə olunur.
Sosial keyfiyyətlərin formalaşmasında siyasi-mədəni işlərin, kütləvi tədbirlərin, texniki vasitələrin tərbiyəedici təsirləri, imkanları daha çoxdur. Belə ki, gənclər mədəni kütləvi informasiyalar vasitəsilə dünyada baş verən siyasi hadisələrə, dövrü mətbuata maraq göstərir və aldıqları məlumatlar onların formalaşması işində mühüm rol oynayır.
Özünüdərketmə və Mənlik şüurunun inkişafı. Gənclik dövründə şəxsiyyətin yeni keyfiyyətləri, xüsusilə də özünü yaşlı adam kimi aparma, özünüdərketmə meylinin daha sürətli inkişafı nəzərə çarpır. Gənclər öz şəxsi mənəvi keyfiyyətlərini, həmçinin davranış, rəftarını, zahiri gözəlliklərini, ağlını sosial-ictimai baxımdan izah edib, bütövlükdə qiymətləndirməklə bərabər, kənar adamların qiymətlərini də başa düşürlər.
Lakin böyük məktəblilər özlərini real qiymətləndirmədikdə onlarda eqosentrizm təhlükəsi yaranır. İlk gənclik dövründə oğlan və qızların özlərinə verdiyi qiymət və başqalarının onları qiymətləndirməsi gənclərdə şəxsi ləyaqət, özünəhörmət hissini formalaşdırıb inkişaf etdirir. Gənclərin özünüqiymətləndirməsini səciyyələndirən xüsusiyyətlərdən biri də cinsi əlamət və keyfiyyətlərinin dərk edilməsidir. Qızlarda qadınlıq, oğlanlarda kişilik etalonları gənclik yaşında sabitləşib şəxsi keyfiyyətə çevrilir.
Əxlaqi şüurun inkişafı. Gənclik yaşında Mənlik şüurunun formalaşması ilə yanaşı, əxlaqi şüur da inkişaf edir. Burada əxlaqi dünyagörüşünün formalaşması əsaslı rol oynayır. Gənclər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər. Lakin tədqiqatlar göstərir ki, onlara rəhbərlik edilmədikdə gənclər bu qəbildən olan müəyyən anlayışların mahiyyətini şərh edərkən səhvlərə, nöqsanlara yol verirlər.
Məktəblilərin sosial keyfiyyətlərinin formalaşmasında yaşlılarla və həmçinin həmkarları ilə ünsiyyətinin də rolu az deyildir. Gənclər onlarla ünsiyyət zamanı bir-birinə təsir edir, bir-birini anlayır, informasiya mübadiləsi edirlər, o cümlədən gənclər müəyyən qruplarda birləşib cəmləşir, dostluq qrupları yaradırlar.
Gənclərin ünsiyyəti zamanı onların şəxsi-intim münasibətləri də diqqəti cəlb edir. Şəxsi-intim münasibət cavanların öz tələbatını ödəməyə yönəlmiş daxili psixoloji halı olub, beyindən, ürəkdən, qəlbdən gələrək məzmunca müxtəlif formada təzahür edir. Şəxsi-intim münasibətlərə daxildir: 1) Yoldaşlıq; 2) Dostluq; 3) Məhəbbət; 4) Düşmənçilik; 5) Tənhalıq.
1. Gənclərin ünsiyyət fəaliyyətinin inkişafında yoldaşlıq münasibəti mühüm rol oynayır. Gənclər arzu edirlər ki, yoldaşları, xüsusilə sinif yoldaşları əməksevər, ağıllı, təmkinli, təşkilatçı, nüfuzlu, təşəbbüskar və xeyirxah olsunlar.
2. Gənclik dövründə yoldaşlıq hissi ilə yanaşı, dostluq hissi də inkişaf edib mürəkkəbləşir. Dostluq – gənclərin sədaqəti, etibarı, saf qəlbi, ümumi maraqları, amalı, səmimi, xoş rəftarı ilə səciyyələnir. Gənclər möhkəm, qırılmaz tellərlə bağlı olan dostluqdan məmnun olur, həzz alır və özünü gümrah, inamlı hiss edir.
3. Məhəbbət gənclərin bir-birinə münasibətini, rəğbətini ifadə edən yüksək insani hissdir. Həyatda tərəflərin bir-birinə münasibəti dəyişərək ilk zamanlar gizli, tədricən baxışdan-baxışa, qəlbdən-qəlbə keçərək dərin, səmimi, saf hissə -sirdaşlığa, sevgiyə, eşqə, məhəbbətə çevrilir.
4. Düşmənçilik (ədavət) gənclərdə şəxsiyyətlərarası münasibətlərin pozulması sayəsində baş verir, özü də dostluğun antipodudur (əksidir), kin-küdurət, ədavət ifadə edən psixoloji haldır.
5. Tənhalıq ictimaiyyəti narahat edən, düşündürən ən ciddi problemlərdəndir. İnsan ona qarşı laqeydlik hiss etdikdə, şəxsi məhəbbət uğursuzluğuna düçar olduqda təklik dünyasını yaşayır və çox vaxt həyatdan bezir, mənəvi sarsıntı keçirir, onda müxtəlif psixi pozğunluq, anormallıq baş verir, qeyri-adilik müşahidə olunur.

Sual 3. Gənclərin sosial fəallığı, həyat mövqeyi strateji əhəmiyyətə malik olub, gələcəyə yönəlməklə səciyyələnir. Onlar artıq özlərinin həyat yolunu seçir, sahibi olacaqları sənəti müəyyənləşdirib gələcək fəaliyyət sahəsinə meyllərini genişləndirirlər. Gənclər daxili və beynəlxalq hadisələrlə sadəcə maraqlanmır, onlar yaxın-uzaq planları barədə fikirləşirlər.
Təcrübə göstərir ki, tədris yükünün hədsiz dərəcədə ağır olmasına baxmayaraq, böyük mıktıblilər ictimai-faydalı əməyə can atır, onun praktik əhəmiyyətini, eləcə də özünü təsdiq vasitəsi rolunu oynamasını dərk edir. Ona gprə də böyük məktəblilət ictimai-faydalı əməyin müxtəlif sahələrində iştirak edirlər.
Gənclərin ictimai fəallığı özünəməxsus psixoloji xüsusiyyətlərə malikdir. Gənclik yaşının romantizmi onları daha böyük işlərdən yapışmağa, hər cür yeni, gərgin əmək, igidlik və qəhrəmanlıq tələb edən işlərə yönəldir. Bütün bunlar yüksək əxlaqi idealların formalaşmasına şərait yaradır.
Gənclərdə qeyri-adiliyə meylin düzgün olmayan istiqamətə yönəlməsi üçün onların tərbiyyəsinə hələ də ehtiyac hiss olunur. Bununçün həmin yaş dövründə gənclərin ətraflı öyrənilməsi, psixoloji xüsusiyyətlərinin müəyyən edilməsi və nəzərə alınması tələb olunur.
Gənclik yaşının səciyyəvi cəhətlərindən biri də dünyagörüşünün formalaşmasıdır. Gənclər xarici aləmi dərk etməklə bərabər onu qiymətləndirir, dünyaya özünün münasibətini bildirir, özlərinin xüsusi baxış, əqidə, rəy və münasibətlərini müdafiə edirlər. Beləliklə, getdikcə gənclərdə dünyanın ümumi prinsipini, təbiət və bəşəriyyətin universal qanunlarını dərindən öyrənməyə maraq artır. Gənclərin dünyagörüşünün formalaşmasında yuarı siniflərdə və ali məktəblərdə tədris olunan “İnsan və cəmiyyət” dərsləri və bu qəbildən olan məşğələlər, mühazirələr mühüm rol oynayır. Bunların tədrisi prosesində gənclər təbiət və cəmiyyət haqqında biliklərini, elmi məlumatlarını sistemləşdirir. Onlarda dünyagörüş formalaşdıqca ölkəmizin həyatı və beynəlxalq münasibətləri, elm, idman, incəsənət və s. sahələrlə daha yaxından tanış olmağa cəhd göstərirlər. Gənclərin maraqları nə qədər geniş, zəngin olsa belə bəzən onlarda müəyyən məhdud cəhətlər müşahidə olunur, belə ki, onlar bəzən texniki elmlərə, tocarətə, hüquq elmlərinə üstünlük verir, incəsənəti isə kifayət qədər qiymətləndirmir, xüsusilə də opera sənətinə, təsviri incəsənətə maraqları az olur, lakin yüngül musiqini, caz musiqisini sevirlər. Əlbəttə, belə hallar yalnız göstərilən yaş xüsusiyyətlərinin nəticəsi deyildir. Buna gəncin ailə şərfaiti, təhsil səviyyəsi, ictimai mühit də müəyyən qədər təsir edir.

Sual 4. Gənclik dövründə təlim fəaliyyəti həm məzmun, həm də forma cəhətdən yeni xüsusiyyətlərə malik olub, gənclərə, onun fəallığı və müstəqilliyinə daha yüksək tələblər verir. Böyük yaşlı məktəblinin təlim fəaliyyəti həyati əhəmiyyətə malik olmaqla şagirdin təlimə münasibətini əsaslı surətdə dəyişdirir. Böyük məktəblilərin təlim fəaliyyəti daha ciddi və dərkolunmuş xarakter daşıyır. Bu yaş dövründə məktəblilərdə müxtəlif bilik sahələrinə aid aydın şəkildə ifadə olunan seçici münasibət təzahür etməyə başlayır. Burada, birinci növbədə, peşə marağı, peşə yönümünün təsiri özünü göstərir. Məhz buna görə də böyük məktəblilər çox vaxt bir fənnə ciddi yanaşdıqları halda, digərinə əhəmiyyət vermirlər. Ümumiyyətlə, gənclərin təlim fəaliyyəti çoxcəhətli, mürəkkəb olub öyrədən (müəllim) öyrənənə (şagirdə) nisbətən üstünlük təşkil edir, mövqe və rol bərabərliyinə istinad olunmur, lakin pedaqoji işdə subyekt-subyekt tipli münasibətlər tərəflərə görə (müəllim-şagird) sabitləşir.Bu prosesdə gənclərin mənəvi aləmi zənginləşir, kamilləşir, onun dünyagörüşü, intellektual keyfiyyətləri ön plana keçir, həm də onlar bütün cəmiyyət qarşısında məsuliyyət daşıyır.
Böyük məktəb dövründəidrak prosesləri yeni keyfiyyətlər kəsb edir, xüsusilə qavrayış, diqqət, hafizə, təxəyyül, təfəkkür əsaslı surətdə dəyişib inkişaf edir. Bu dövrdə qavrayışın seçiciliyi, mənalılığı özünü daha qabarıq şəkildə büruzə verir; məkan, zaman, hərəkət qavrayışı, müşahidəçilik daha da dəqiqləşir, qarşıya məqsəd qoymaq, qavrayış prosesini məqsədə tabe etmək, planlaşdırma və s. geniş, hərtərəfli xarakter alır.
Erkən gənclik yaşı — əqli qabiliyyətlərin inkişafının mühüm mərhələsidir. Bu nöqteyi-nəzərdən onların təfəkküründə əsaslı yüksəliş baş verir. Erkən gənclərin təfəkkürü özünün ardıcıllığı, genişliyi, daha çox nəzəri, mücərrəd, tənqidi xarakteri ilə səciyyələnir. Erkən gənclik yaşı dövründə şagirdlərdə fikrin müstəqilliyi özünü daha qabarıq şəkildə göstərir. Onlar gündəlik həyatlarında qarşılaşdıqları hadisələri, faktları, əhvalatları öz keçmiş biliklərinə əsaslanaraq müstəqil şəkildə başa düşməyə, dərk etməyə can atırlar.
Erkən gənclik yaşında idrak prosesləri ilə yanaşı, iradi-emosional cəhətlər, psixi xassələr daha sürətlə formalaşır, əxlaqi-siyasi, əqli və estetik hisslər, o cümlədən kollektivçilik, insanpərvərlik, əməksevərlik, zəhmətdən həzz almaq, iftixar, məsuliyyət, borc hissləri, özünə və başqalarına, cisim və hadisələrə münasibət daha intensiv inkişaf edib formalaşır. Bu dövrdə gənclərdə təşəbbüskarlıq, mütəşəkkillik, müstəqillik, qətiyyət, təkidlilik, işgüzarlılıq, cəsarətlilik kimi iradi keyfiyyətlər sürətlə inkişaf edir, təkmilləşir və davamlı xarakter daşıyır. Bu yaşda musiqi, incəsənət sahəsində, əmək prosesində, habelə əqli və fiziki qüvvələrini güclü şəkildə nümayiş etdirmək, fəaliyyət zamanı daha çox müstəqillik göstərmək və digər xüsusiyyətlər özünü büruzə verir.
Erkən gənclik dövründə ədəbi-bədii fəaliyyətlə bağlı xüsusi qabiliyyətlər-müşahidəçilik, poetik qavrama, hissi- hərəki hafizə, yaradıcı təxəyyül, obrazlı təfəkkür, zəngin lüğət ehtiyatı, ifadəlilik özünü göstərir.

Sual 5. Hər bir insanın həyatında peşə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Hələ valideynləri kiçik yaşlardan başlayaraq uşaqların gələcəkdə hansı peşə dalınca getmələri haqda fikirləşir, onların gələcək talelərini düşünürlər. Məktəbdə təhsil və onun səviyyəsi, fənlərə seçici münasibət peşə seçimində zəruri faktor kimi inkişaf edir. Uşaqların nəyə maraq göstərməsi, hansı sahədə qabiliyyətlərinin olması da əsas götürülür. Yeniyetməlik dövründə peşə seçimi emosional çalarlarla biruzə verir. “Mən həkim, yaxud müəllim olacağam” fikrini özünəməxsus halda izah edirlər. IX sinifdən sonra bir qrup məktəblidə peşə seçimi aktual xarakter kəsb edir.
Orta ümumtəhsil məktəbini bitirənlərdən peşəni təsadüfi seçənlər də olur. Peşəni düzgün seçmək onların gələcək talelərini həll edir. “Kim olmalı?” sualı onları hər an düşündürür, narahat edir. Peşə seçimində gənclərin fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Bizə elə gəlir ki, böyük məktəblilərin aşağıda göstərilən temperament tiplərinə uyğun peşə seçimi etməsi həyatda, istehsalatda və cəmiyyətdə onların lazımi uğur qazanmasına səbəb ola bilər:

  1. Sanqviniklər — menecer, müəllim, həkim, sürücü, dispetçer, pilot, tibb bacısı, psixoloq, tərbiyəçi, təşkilatçı, satıcı, ofisiant və s.;
  2. Xoleriklər — kaskadçı (sirkdə atdan hoppanma, atdan düşmə üsulu), peşəkar idmançı, televiziya müxbiri, artist, diplomat, jurnalist, djey, sahibkar və s.;
  3. Fleqmatiklər — mühasib, iqtisadçı, mexanik, elektrik, mühəndis, aqronom, sürücü, botanik, astronom, fizik, riyaziyyatçı və s.;
  4. Melanxoliklər — incəsənət xadimi, rəssam, dərzi-modelyer, rəngsaz, şəkillərin surətini çıxaran, bəstəkar, yazıçı, baytar həkim, geoloq, aqranom, zootexnik, mühasib, maşın ustası, çilingər, xarrat, radiomexanik və s. peşələrini seçməsi tövsiyə olunur.

Bu keyfiyyətlər nəzərə alınarsa, seçilmiş peşə sahəsində uğur qazanmaq olar. Bu zaman peşənin normativ səviyyəsi, psixoloji keyfiyyətləri və xüsusiyyətləri, fəaliyyət üçün zəruri keyfiyyətləri nəzərə alınmalıdır.
Peşədə insanın sosial rolu (statusu), kollektivə uyğunlaşması (adaptasiyası) vacibdir. Peşə adaptasiyasında şəxsin sosiallaşması və sosial identikliyi prosesi baş verir. Peşə situasiyaları dəyişdikdə yeni psixoloji keyfiyyətlər də formalaşır, şəxsiyyətin strukturunda əsaslı dəyişiklik yaranır.
Yeni tələblər üzə çıxır: “ Peşə — ailə — sosial-iqtisadi şərait”.
Hər bir insanda yeni normativ yanaşma, hadisə baş verir. Ali məktəbə qəbul, onun rejim qaydalarına, normalarına əməl etmə, müəyyən çətinliklər, yüksəlmə, formalaşmaya xidmət edən normalar və s. buna misaldır. Bəzən əksinə olur. Normalara əməl etməyənlər cəzalanır, qovulur və s. İnsanın peşə fəaliyyətində, həyatında kritik məqamlar, böhranlar da yaşanır. Bir neçə il işləməsinə baxmayaraq uyğunlaşa bilmir, peşə ilə xarakteri uzlaşmır. Lakin özü istəyərək peşəni seçibsə, burada uzun müddət işləyirsə, onda peşəkarlıq keyfiyyətləri formalaşır. Bu da məhsuldar fəaliyyətlə nəticələnir. Bizim cəmiyyətimizdə insanların təqaüdə (pensiyaya) çıxması ilə əlaqədar psixoloji problemlər yaranır. İnsanın sosial-iqtisadi həyatı dəyişir, həyatının, fəaliyyətinin rejim qaydaları dəyişir, sosial münasibətləri dəyişir, bu da təbii olaraq psixoloji çətinliklər yaradır. Bunlara psixoloji kömək və yardım lazımdır.
Peşə psixologiyasının predmetini şəxsiyyətin inkişafının peşə mexanizmləri, qanunauyğunluqları və psixoloji xüsusiyyətlərini öyrənmək təşkil edir. Peşə psixologiyası tətbiqi psixologiyanın sahələrindən biri olaraq şəxsiyyətin peşə fəaliyyətini, onun peşə maraqlarını, niyyətlərini, peşə seçməsinin qanunauyğunluqlarının formalaşması xüsusiyyətlərini, habelə şəxsiyyətin peşəyə yararsızlığının xüsusiyyətlərini öyrənir. Psixologiyanın tətbiqi sahələri olan –mühəndislik psixologiyası, pedaqoji psixologiya və yaş psixologiyası ilə sıx əlaqədardır.
Yer üzündə 40 mindən çox peşə vardır. Hər bir peşənin isə özünəməxsus xüsusiyyətləri diqqəti cəlb edir. Peşə seçiminin, yaxud peşə oriyentasiyasının elmi prinsipləri müəyyən edilmişdir:
1) Şüurluluq prinsipi — Peşəni daha yaxşı və dərindən bilməkdir. Hansı psixofizioloji tələbləri vardır? Nə kimi əhəmiyyəti vardır? Perspektivi necədir?
2) Müstəqillik prinsipi — Yəni, məsləhətlərlə yanaşı, məktəblinin müstəqil olaraq peşə seçməsidir. Məktəblərə pedaqoji kollektiv rəhbərlik etməlidir.
3) Peşənin azad, sərbəst seçilməsi — İnsan öz fərdi–psixoloji keyfiyyətlərinə uyğun cəmiyyətin marağını əsas götürərək peşə seçir. Lakin bu seçim kortəbii xarakter daşımır. Peşənin ağırlığını, çətinliyini nəzərə almalıdırlar.
Bu prinsiplər gəncləri düzgün peşəyə istiqamətləndirir. Peşə oriyentasiyasının təşkilinin diaqnostik və tərbiyəvi aspektləri müəyyən edilmişdir:
I. Diaqnostik aspekt. Şəxsiyyət keyfiyyətlərinin əməyin növlərinə, peşəyə yönəlməsidir. Burada pedaqoji müşahidə: əmək məhsullarının toplanması və təhlili, inşa yazıları, uşaqların məktəbdə hərəkətlərinin təhlili, ictimai yerlərdə söhbət-intervyu, xarakteristikaların ümumiləşdirilməsi, statistik metod, test, pedaqoji eksperiment variantlarından istifadə olunur. Diaqnostik aspekt daima prosesin gedişində ifadə olunur.
II.Tərbiyəvi aspekt – diaqnostik aspektlə əlaqədardır. Peşə maraqları, niyyətləri, motivləri tərbiyəvi xarakter daşıyır.
Peşə seçmə yaradıcı fəaliyyətdir.
Məşhur rus psixoloqu L.S.Vıqotski deyirdi ki, bu proses uşaqlıq illərindən başlayır, yeni hərəkətlər, yeni obrazlar yaradır. Peşəni vaxtında düzgün seçmək lazımdır, sonra hər şey gec olur. Peşə seçmədə bir sıra tədbirlər həyata keçirilməlidir:

  1. Məktəblilərdə peşə və onun əhəmiyyəti haqqında söhbətlər aparmalıdır.
  2. Peşə texniki məktəblərə, iş yerlərinə ekskursiyalar təşkil olunmalıdır.
  3. Peşə məktəblərinin həyatından, fəaliyyətindən kinofilmlər göstərilməlidir.
  4. Məktəblərdə yüksək peşəkarlıq göstərən işçilərin əmək fəaliyyətini səciyyələndirən sərgi düzəldilməlidir.
  5. Görüşlər təşkil olunmalıdır.
  6. Peşə məktəb məzunları, qabaqcıl əmək adamları, əmək qəhrəmanları ilə, qabaqcıl müəllim və alimlərlə, sənət adamları ilə görüşlər təşkil olunmalıdır.
  7. Peşə komissiyaları təşkil olunmalıdır

Komissiyanın işində müvafiq mütəxəssislər iştirak etməlidirlər. Bildiyimiz kimi, latın sözü olan professio–sözündən götürülərək–ixtisas, peşə deməkdir. Peşə-əmək fəaliyyəti növü olmaqla insanın bilik, bacarıq və vərdişlərlə müəyyən fəaliyyət sahəsinə hazırlığı prosesidir. Peşə insan cəmiyyətində yaranmışdır. Texniki tərəqqinin inkişafından asılı olaraq peşələrin xarakteri dəyişmişdir. Peşə psixologiyasının görkəmli tədqiqatçısı prof. E.A.Klimov peşələri insan əməyinin predmeti olmaqla 5 tipə bölür:

  1. “İnsan – insan ” – əmək predmeti insandır (məs: müəllim, həkim və s.)
  2. “İnsan — texnika”- əməyin predmeti maşın, dəzgah, apparat, alət və s (məs: traktorist-mexanizator, elektrovoz maşinisti və s.)
  3. “İnsan-təbiət”– əməyin predmeti torpaq, su, heyvan (geoloq, çöl işçisi, heyvandar, zootexnik və s.)
  4. “İnsan–tanış sistem”-predmeti şərti işarələri, formullar, söz (məsələn: mühasib, korrektor, proqramçı, stenoqrafist, makinaçı və s.)
  5. “İnsan–bədii obraz”. Əməyin predmeti–bədii obraz, obrazın elementləri (məs: zərgər, suvaqçı,aktyor, rəssam)

Göstərilən tiplər də özlüyündə yarım tiplərə bölünür. Şagirdlərin peşə seçimini müxtəlif metodların tətbiqi vasitəsilə öyrənirlər. Həmin metodlara aşağıdakılar daxildir:

  1. Müşahidə
  2. Sənədlərin təhlili
  3. Praktik əməyin təhlili (məktəb, ictimai rəy)
  4. Anketləşdirmə
  5. Söhbət-intervyu
  6. Pedoqoji eksperiment–təbii müşahidə, söhbət, formalaşdırıcı və öyrədici eksperiment metodlarından istifadə olunur.

Psixoloqlar peşə seçmənin bir sıra komponentlərini (ünsürlərini) də müəyyən etmişlər:

  1. Peşə maarifləndirmə işi sistemli halda aparılmalıdır. Peşələr haqqında, onun əhəmiyyəti, cəmiyyətdə yeri, xeyri, əraziyə yaxınlığı və s. izah olunmalıdır.
  2. Peşə məsləhəti – mühüm komponent kimi diqqəti cəlb edir. Peşə istiqaməti, maraqları formalaşır. Peşə məsləhəti–məlumatlı, pedaqoji-psixoloji xarakteri, şəraitin yaradılması, peşənin insanın ürəyincə olması və s. amillər peşəyə adaptasiyanı stimullaşdırır.

Beləliklə, böyük məktəblilərin peşə seçmələrinə diqqət və qayğı göstərmək, onları bu istiqamətdə hazırlamaq zəruridir.
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:

  1. Əliyev B.H., Əliyeva K.R.,Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı 2011.
  2. Əzimov Q.E. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı, 2004.
  3. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı 2003.
  4. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2003.
  5. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  6. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
  • Teqlər:
  • erkən gənclik
  • , gənclik dövrü
  • , gənclikdə dünyagörüşü
  • , gənclikdə təlim fəaliyyəti
  • , gənclərin həyat planları
  • , peşə seçimi
  • , yaş psixologiyası

Comments are closed, but trackbacks and pingbacks are open.