Press "Enter" to skip to content

Ə.ə.əlizadə

1948-ci ildə Azərbaycanda axtarış-kəşfiyyat işlərini genişləndirmək məqsədilə yeni “Azneft-kəşfiyyat” birliyi yaradıldı və Ə.Əlizadə birliyə rəis təyin edildi.

Elmi fəaliyyəti

Akademik Ə.Ə.Əlizadənin elmi fəaliyyəti əsasən iki istiqamətdə – Azərbaycanın və Şərq ölkələrinin feodalizm dövründəki iqtisadi və siyasi tarixinin tədqiqi və orta əsr mənbələrinin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri istiqamətləri üzrə davam etmişdir. Ömrünün 50 ildən artıq bir dövrünü Azərbaycanda tarix və şərqşünaslıq elminin inkişafına həsr etmiş Ə.Ə.Əlizadə elmin ön sıralarında çalışmış, onun inkişafında görkəmli yer tutmuş ilk azərbaycanlı mediyevist-tədqiqatçı idi. Onun əsərləri, həmkarı İ.P.Petruşevskinin əsərləri ilə bərabər, Azərbaycanda orta əsrlər tarixşünaslığının əsasını qoymuşdur. Mübaliğəsiz demək olar ki, əsrimizin 40-cı illərində Azərbaycanda ölkənin XIII-XIV əsrlər tarixinin tədqiqi sahəsində yeni məktəb- “Əlizadə məktəbi” yarandı və zaman keçdikcə inkişaf edib çiçəklənərək öz bəhrələrini verməyə başladı. Akademik Ə.Ə.Əlizadə elmi yaradıcılığının ilk dövründə, yəni 40-50-ci illərdə əsas diqqətini Azərbaycanın monqol dövrü tarixinin müxtəlif cəhətlərinin araşdırılmasına yetirsə də, alimin 60-cı illərdəki elmi fəaliyyətində paralellik hiss olunur. Belə ki, o, həmin illərdə bəhs olunan dövrün tarixinin öyrənilməsini davam etdirməklə yanaşı, mənbələrin nəşrinə daha çox fikir verir. Hələ müharibə illərində Ə.Ə.Əlizadə Azərbaycanda feodal münasibətləri silsiləsindən olan qiymətli elmi əsərlərini–iqta, incu, tərh, qopçur və s. institutların şərhinə. Azərbaycanda mədənlərin və pul tədavülünün tarixinə həsr olunmuş məqalələrini nəşr etdirir, Elxanilər dövləti tarixinin ictimai-siyasi dövrləşməsini müəyyənləşdirir. Müharibədən sonrakı illərdə onun elxanilərin Azərbaycandakı torpaq siyasətinə, Şirvanın və şirvanşahların XIII-XIV əsrlər tarixinə həsr olunmuş əsərləri ilə yanaşı, Azərbaycan uğrunda Qızıl Orda xanları ilə elxanilər arasında gedən mübarizəni əks etdirən əsərləri silsiləsi meydana gəlir. Müəllif Azərbaycanın təbii sərvətləri, iqlimi, coğrafi şəraiti, strateji mövqeyi və s. barədə ətraflı məlumat verərəək onun ərazisi uğrunda iki monqol ulusu arasında bir əsrə qədər davam etmiş (fasilələrlə) gərgin mübarizənin geniş şərhini verir. 50-ci illərdə Ə.Ə.Əlizadə Azərbaycanın XIII-XIV əsrlər ictimai-iqtisadi və siyasi tarixi üzrə tədqiqatlarını davam etdirir və feodal münasibətləri tarixinə həsr olunmuş elmi məqalələrində biyar və çərik, tamğa, xərac istilahları ilə anlaşılan vergi və mükəlləfiyyətlər, onların miqdarı, toplanma yolları və s. barədə elmi nəticələri əldə edir. Onun Azərbaycanın təbii zənginlikləri və oturaq əhalinin məşğuliyyəti, kəndlilərin vəziyyəti, həmçinin, Bakının kəhriz sistemi haqda yazılmış məqalələri də həmin illərdə nəşr olundu. Bu illərdə Ə.Ə.Əlizadənin elmi əsərləri həm də vətənimizdən uzaqlarda çap olunurdu. Bu baxımdan müəllifin monqol qəsbkarlarının Azərbaycanda və ətraf ölkələrdəki fəaliyyətinə, “Came ət-təvarix”in elmi mənbə kimi dəyərinə, xüsusilə, Münhendə ingilis dilində çap olunmuş, Azərbaycanın XIII-XIV əsrlərdəki aqrar sisteminə həsr olunmuş məqalələri daha səciyyəvidir.

“XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi” əsəri

Akademik Ə.Ə.Əlizadənin uzun illər boyu çəkdiyi gərgin zəhmətin, apardığı dərin araşdırmaların nəticəsi kimi meydana gələn “XIII-XIV əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi” adlı monumental monoqrafiyası bir tərəfdən müəllifin yaradıcılığının ilk dövrünü yekunlaşdırdısa, digər tərəfdən Azərbaycanın XIII-XIV əsrlər tarixinin tədqiqində zəmanəsinin son sözünü demiş oldu. 7 fəsildən ibarət əsərin hər bir bölməsində Azərbaycanın həmin dövrdəki ictimai-iqtisadi və siyasi tarixinin bu və ya digər cəhətləri araşdırılır. Dövrün mənbələrini kifayət qədər şərh edən alim Azərbaycanın təbii sərvətləri və oturaq əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verir. Burada Azərbaycanın XII əsrin sonu-XIII əsrin əvvəllərində ictimai quruluşu və siyasi vəziyyəti araşdırılır, feodal torpaq mülkiyyəti formaları, feodal sinifləri, kəndlilər və onların vəziyyəti və s. tədqiq olunur. Daha sonra müəllif Azərbaycanın monqol yürüşləri ərəfəsindəki vəziyyəti, monqolların ilk həmlələri, Cəlaləddin Xarəzmşahın Azərbaycanı tutması, nəhayət. Monqolların bu diyarı istila etmələri və Ali monqol xaqanlığının Azərbaycanda hökmranlığını tarixi faktlarla şərh edir. Monqol istilasının və köçəri feodal əyanlarının yerli istehsal qüvvələrinə təsiri əsərdə xüsusi yer tutur. Monoqrafiyada XIII-XIV əsrlərin aqrar sistemi və feodal istismarı növləri, monqol xanlarının torpaq siyasəti, incu, divan və iqta torpaqları və bu ərazilərdə yaşayan kəndlilərin vəziyyəti, XIV əsrin əvvələrində torpaq siyasətində baş vermiş dəyişikliklər, xüsusilə, torpaq mülkiyyətində oturaq feodallara məxsus hissənin artması və səbəbləri kimi aktual problemlər tədqiq olunur. Əsərdə təhkimli kəndlilərin vəziyyətinə, vergi və mükəlləfiyyətlərə və sinfi mübarizəyə də geniş yer verilmişdir. Dövrün siyasi tarixinə həsr olunmuş fəsildə müəllif Elxanilər dövlətinin təsisi, dövlət quruluşu, maliyyə sistemi və ölkənin siyasi həyatı barədə məlumat verir. Qızıl Orda xanları ilə Hülakilər arasında Azərbaycan ərazisi uğrunda gedən müharibələri, daha sonra Azərbaycanın Çobanilər və Cəlairilər dövründəki vəziyyətini və Şirvanın öz müstəqilliyi uğrunda mübarizəsini şərh edir. Ə.Ə.Əlizadənin monoqrafiyası mövzu dairəsi və elmi dəyəri baxımından Azərbaycan tarixşünaslığının şah əsərlərindən olmaqla yanaşı sonrakı tədqiqatların əsasında durdu və istiqamətverici mövqe tutdu.

Şərqdə ictimai fikrin inkişaf tarixi Əlizadə yaradıcılığında

Akademik Ə.Ə.Əlizadə Şərqdə ictimai fikrin inkişaf tarixini izləmiş, ictimai-iqtisadi, siyasi və mədəni xarakterli məsələlər üzrə Azərbaycanın və İranın görkəmli dövlət və elm xadimləri-Nizam ül-Mülk, Rəşidəddin və Məhəmməd Naxçıvaninin dünyagörüşlərini araşdırmışdır. Alimin həmin mövzuya həsr etdiyi məqalələr (1968, 1969, 1971, 1976) və əldə etdiyi nəticələr Azərbaycanda ictimai fikrin inkişaf prosesini və onun mərhələlərini izləməyə imkan verir. Alim şərqin görkəmli mütəfəkkirlərinin hər üçünün ictimai fikirlərində və mütəəqqi islahatçı baxışlarında eyni və uyğun cəhətlərin çoxluğunu qeyd edir və bildirir ki, onların hər üçü mərkəzləşdirilmiş dövlət aparatının, feodal cəmiyyətinin iyerarxiya sisteminə ciddi əməl olunmasının, ali süzerenin hakimiyyətinin qüvvətləndirilməsinin, ümumdövlət mənafeyinə uyğun tədbirlərin həyata keçirilməsinin, qanun pozuntularına qarşı kəskin mübarizə aparılmasının tərəfdarı olmuşdur. Həmin mütəfəkkirlər dövlət quruculuğu və idarə sistemi, hərbi quruluş, məhkəmə sistemi, dinin dövlət ilə qarşılıqlı münasibəti. Dövlət idarəsinə ləyaqətli şəxslərin cəlb olunması, torpaq mülkiyyəti formaları və torpaqdan istifadə, əhalinin vəziyyətinin mühafizəsi və s. məsələlərdə də eyni və yaxın mövqedə durmuşlar.

Azərbaycan-türk dilinin orta əsrlərdəki vəziyyəti

Azərbaycan-türk dilinin orta əsrlərdəki vəziyyəti, onun ərəb, fars, monqol dilləri ilə bir səviyyədə durması və əhali tərəfindən istifadə olunması akademik Ə.Ə.Əlizadə tərəfindən öyrənilmiş problemlərdən biridir. Müəllif dövrün görkəmli şəxsiyyətlərinin – Rəşidəddinin, Vəssafın, Məhəmməd Naxçıvaninin əsərlərini dərindən araşdıraraq onlarda istifadə olnmuş türk-monqol terminləri üzə çıxarmışdır. Alimin fikrincə, XIII-XIV əsrlərdə yazılmış tarixi əsərlərdə türk-monqol termin və sözlərindən geniş istifadə olunmuşdur. Belə terminlərə daha çox torpaq mülkiyyəti formalarına, vergilərə və ictimai xarakterli məsələlərə aid terminlər daxildir. Bundan əlavə, Ə.Ə.Əlizadə Məhəmməd Naxçıvaninin ana dilini müəyyənləşdirməyə çalışmış və belə qənaətə gəlmişdir ki, Naxçıvanilər ailəsinin ana dili türk dili olmuşdur.

Mətnşünaslıq, ilk mənbələrin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri akademik Ə.Ə.Əlizadə yaradıcılığının ana xətti kimi

Mətnşünaslıq, ilk mənbələrin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri akademik Ə.Ə.Əlizadə yaradıcılığının ana xəttini təşkil edən istiqamətlərdən olmuşdur. Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” və “Şərəfnamə”, F.Rəşidəddinin “Came ət-təvarix”, M.Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl-məratib”, A.Bakıxanovun “Gülüstani-İrəm” əsərləri məhz onun əməyi və yaxından iştirakı sayəsində hazırlanmış və nəşr olunmuşdur. Həmin əsərlərin hər birinin elmi-tənqii mətnləri 5-10 əlyazma nüsxəsi əsasında hazırlanmışdır. Ə.Ə.Əlizadə elmi-tənqidi mətnlər üzərində işləyərkən gərgin əmək sərf etmişdir. Onun tərtib etdiyi mətnlərin hər bir səhifəsinin təxminən yarısında, bəzən əksər hissəsində elmi iqtibaslar, izahlar, əlyazma nüsxələri arasındakı fərqlər verilmişdir. Müəllif elmi-tənqidi mətnlərin tərtibində divar naxışlarını (freska) zamanın toz-torpağından, pozucu qatlarından, təbəqlərindən məharətlə təmizləyib öz əvvəlki şəklinə salan mahir bərpaçı rəssamı xatırladır. Akademik Ə.Ə.Əlizadənin rəhbərliyi ilə Nizami Gəncəvi əsərlərinin elmi-tənqidi mətninin nəşri şairin ədəbi, ictimai, iqtisadi, əxlaqi-fəlsəfi görüşlərinin öyrənilməsinə geniş imkanlar açmışdır. Şairin “Şərəfnamə” və “Sirlər xəzinəsi” poemalarının elmi tənqidi mətnlərinin hazırlanmasında dünyanın müxtəlif ölkələrində, o cümlədən İngiltərə, Fransa, Türkiyədə mühafizə olunan 6-7 əlyazmadan istifadə olunmuşdur. Məhz həmin dəqiqləşdirilmiş mətnlər əsasında Nizami əsərlərinin sətri və bədii tərcümələri meydana gəldi, elmi ictimaiyyət şairin poetik irsi barədə səlis məlumat əldə etdi, böyük mütəfəkkir haqqında elmi və elmi kütləvi əsərlər yazıldı, istedadlı Nizamişünaslar yetişməyə başladı.

Ə.Ə.Əlizadə yaradıcılığında “Came ət-təvarix” əsəri

Görkəmli dövlət xadimi, vəzir, təbib, alim Fəzlullah Rəşidəddinin elmi irsinin araşdırılması akademik Ə.Ə.Əlizadə yaradıcılığında sanballı yer tutur. Müəllif alimin “Came ət-təvarix” əsərini tarixi mənbə kimi geniş istifadə etməklə yanaşı onun elmi-tənqidi mətnini hazırlamışdır. Əsərin elmi-tənqidi mətninin tam şəkildə hazırlanması ideyası görkəmli rus şərqşünas V.V.Bartold tərəfindən irəli sürülmüşdü. Ə.Ə.Əlizadə qeyd edirdi ki, Peterburq Şərq İnstitutunda oxuduğu illərdə o, mərhum akademik V.V.Bartoldun məsləhəti ilə “Came ət-təvarix”in bu şəhərin kitabxanalarındakı əlyazma nüsxələri ilə tanış olmuş və nəticədə, Rəşidəddinin əsərlərinin yazılma üslubunu mənimsəmişdir. 1930-cu illərin sonundan bu işə başlayan Ə.Ə.Əlizadə 1957-ci ildə “Came ət-təvarix”in III cildinin elmi-tənqidi mətnini çap etdirir; həmkarı A.K.Arends isə həmin cildi rus dilinə tərcümə edir. Ə.Ə.Əlizadə mətnin hazırlanmasında “Came ət-təvarix”in dünyanın müxtəlif kitabxanalarında –Daşkənd, İstanbul, Peterburq, Tehran, Paris kitabxanalarında və Birtaniya muzeyində mühafizə olunan 7 əlyazmadan istifadə edir və onların tutuşdurulması sayəsində səlis mətn tərtib edir. Alim ilk növbədə istifadə etdiyi əlyazma nüsxələrini təsvir edir, onların elmi dəyərini, mühafizə səviyyəsini, qüsurlarını açıqlayır. O, həmçinin, şəxs və coğrafi adlar, istilahlar, etnik qruplar və türk-monqol təqvimləri üzrə göstəricilər hazırlayıb elmi-tənqidi mətnə əlavə edir. 1965-ci ildə Moskvada Ə.Ə.Əlizadə və həmkarları A.A.Romanoviç və A.A.Xetaqurov tərəfindən tərtib olunmuş yeni kitab – “Came ət-təvarix”in I cildinin I hissəsi çapdan çıxır. Ə.Ə.Əlizadənin yaxından iştirakı və müqəddiməsi ilə nəşr olunan bu hissə türk-monqol qəbilələri barədə zəngin məlumata malikdir. Hələ 1952-ci ildə həmin hissənin rus dilində tərcüməsi nəşr olunmuşdu. Lakin elmi-tənqidi mətnin nəşri türk-monqol qəbilələri barədə daha dəqiq və geniş məlumat əldə etməyə imkan verdi. Naşir hər hansı bir qəbilə barədə “Came ət-təvarix”in ayrı-ayrı əlyazma nüsxələrindəki qeydləri tutuşdurmaqla daha düzgün məlumatı müəyyənləşdirməyə nail olmuşdur. Əsərin bu hissəsində 60-dan artıq qəbilə barədə məlumat verilir və hər bir qəbilənin soykökü, keçmişi göstərilir. Qeyd etmək lazımdır ki, əsərin bu hissəsi monqol yürüşləri dövründə Azərbaycana gəlmiş 20-dən çox qəbilənin mənsubiyyətini müəyyənləşdirməkdə əvəzsiz mənbədir. Bu baxımdan sulduz-çobanlı, cəlairi, corat, budat, oyrat və s. qəbilələr barədəki məlumat daha maraqlıdır. Alimin vəfatından sonra onun hazırladığı digər hissənin – “Came ət-təvarix” əsərinin II hissəsinin elmi tənqidi mətni çapdan çıxdı. Ugedey Qaanın (xaqanın) hakimiyyəti dövrünü əhatə edən həmin hissənin tərtibində də əsərin 7 əlyazma nüsxəsindən istifadə olunmuşdur. F.Rəşidəddinin elmi irsi ilə yaxından tanışlıq Ə.Ə.Əlizadəyə alimin fəaliyyəti barədə dəyərli mülahizələr yürütməyə imkan vermişdir. Belə ki, müəllif bu münasibətlə nəşr etdirdiyi məqaləsində onun əsərləri, xüsusilə də, “Came ət-təvarix” əsəri, əsərin əlyazma nüsxələri, məzmunu barədə geniş məlumat verir. O, keçmiş İttifaqda Rəşidəddin elmi irsinin öyrənilməsi səviyyəsini araşdıraraq bildirir ki, bu sahədə iki isitqamətdə iş görülmüşdür. Bir tərəfdən alimin əsərlərinin elmi-tənqidi mətnləri tərtib olunmuş, digər tərəfdən həmin əsərlərdən dövrün tarixinin tədqiqində ilk mənbə kimi istifadə edilmişdir. Ə.Ə.Əlizadə Rəşidəddinin dövlət fəaliyyətinə, Qazan xanın islahatlarındakı roluna da xüsusi diqqət yetirir və alimin bu sahədəki əməyinə yüksək qiymət verirdi.

Ə.Ə.Əlizadə yaradıcılığında “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri

Akademik Ə.Ə.Əlizadənin böyük xidmətlərindən biri də onun görkəmli dövlət və din xadimi, dilşünas alim, tarixçi, şair Məhəmməd ibn Hinduşah Naxçıvaninin elmi irsinin araşdırılması və alimin şah əsəri “Dəstur əl-katib fi təyin əl-məratib”in elmi-tənqidi mətninin hazırılanmasıdır. Müəllif əsərin elmə məlum olan bütün 6 yazma nüsxələrini dünyanın müxtəlif kitabxanalarından – İstanbul, Leyden. Vyana, Paris (2) kitabxanalarından və Britaniya muzeyində toplamış və onları tutuşdurmaqla dəqiq mətn tərtib edə bilmişdir. Əsər ilk dəfə olaraq, yazılmsından 600 il sonra, Moskvada 2 cilddə (3 kitabda), 1964, 1971, 1976,-cı illərdə çap olunmuşdur. Ə.Ə.Əlizadə əsərin çapı ilə əlaqədar ürək sözlərini farsca yazdığı şeir parçasında belə ifadə etmişdir:

Ötüşüb altı yüz il “Dəstur”un inşasından,
Dövrünün alimi Şəms-Münşinin imlasından,
Elədim mətnini tərtib, çap üçün amadə (hazır),
Əsəri ilk dəfə mən nəşr elədim dünyada.

Ə.Ə.Əlizadə əsərin mətninin tərtibində, çapa hazırlanmasında və elmi dəyərinin müəyyənləşdirilməsində ciddi səy göstərmiş və onu elmi ictimaiyyətə tanıda bilmişdir. Bu baxımdan naşirin əsərin ikinci cildində yazdığı müqəddimə dərin axtarışların nəticəsi kimi meydana gəlmiş qiymətli tədqiqat əsəri səviyyəsindədir. Fars, ingilis və rus dfllərində əsərə əlavə olunmuş həmin müqəddimə sanki alimin “Dəstur əl-katib”i öyrənmək, araşdırmaq üçün gənc nəslə verdiyi tövsiyədir. Akademik Ə.Ə.Əlizadə elmi-tənqidi mətnin müqəddiməsində ilk növbədə Məhəmməd Naxçıvaninin həyatı və elmi yaradıcılığı, onun nəsli, həmin ailədən olan görkəmli elm və dövlət xadimləri, ailənin ana dilinin türk dili olması və s. barədə məlumat verərək alimin yetişdiyi mühiti müəyyənləşdirmişdir. Daha sonra Məhəmməd Naxçıvaninin gənclik dövrü, təhsili, biliyi, bacarığı, vəzir Qiyasəddin Rəşidi və başqa dövlət xadimləri ilə yaxın əlaqələrini şərh edən müəllif onun şah əsəri “Dəstur əl-katib”in elmi-tənqidi mətninin tərtibindən bəhs edir, əsərin avtoqrafının yoxa çıxdığını və zəmanəmizə qədər bir neçə əlyazma nüsxəsinin gəlib çatdığını xəbər verir. Ə.Ə.Əlizadə Naxçıvaninin əsərində verilmiş bir sıra ictimai-iqtisadi və siyasi məsələlər – torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, dövlət quruluşu və idarə sistemi, şəhər həyatı, sənətkarlıq və ticarət, xalq kütlələrinin vəziyyəti və sinfi mübarizə, oturaq və köçəri təsərrüfatla, mədəni və mənəvi həyatla bağlı məsələlər və s. barədə mülahizələrini şərh edir. Müəllif göstərir ki, Naxçıvani Elxanilər və Cəlairilər dövründəki dövlət quruluşu və idarə sistemi ilə yaxından tanış olduğundan dövlət idarəsindəki bütün təşkilatlar, qurumlar haqqında ətraflı məlumat vermiş və onların fəaliyyətini işıqlandırmışdır. Məhəmməd Naxçıvani öz əsərində ilk növbədə dövlətin quruluşundan bəhs edir və bu, akademik Ə.Ə.Əlizadənin fikrincə, hərbçilərin dövlətin idarə sistemində əsas və aparıcı mövqe tutmaları ilə əlaqədardır. Naşir qeyd edir ki, Naxçıvaninin hərbi hissələrə iqta torpaqları verilməsi barədəki məlumatı F.Rəşidəddinin dediklərini bir növ tamamlayır. Əsərdə hərbi quruluşdan sonra ölkənin divan sistemi şərh olunur. Ə.Ə.Əlizadə göstərir ki, Naxçıvani uzun illər boyu “İnşa divanı”nda əməkdaşlıq etdiyindən nəinki bütün divanların əhatə etdikləri sahələri, həmçinin ayrı-ayrı dövlət işçilərinin və məmurların öhdəsinə düşən vəzifələri dəqiq bilirdi. Naşir əsərdə 20-dən artıq divanın şərh edildiyini bildirir və onlardan bəziləri (divan-i bozorg, divan-i əmarət və s.) barədə məlumat verir. Torpaq sahibliyi və torpaqdan istifadə, torpaq mülkiyyəti formları barədə alimin məlumatını araşdıran Ə.Ə.Əlizadə onun bəzi mülahizələrini şərh etməklə yanaşı, istifadə olunmayan torpaqlar, onların yararsız hala düşməsi və səbəbləri, həmin torpaqların istifadəsi ilə məşğul olan Bayrat divanı üzərində xüsusi ilə dayanırdı. Akademik Ə.Ə.Əlizadənin diqqətini cəlb edən məsələlərdən biri əsərdə istifadə olunan çoxsaylı vergi terminləri olmuşdur ki, onların bir qisminə (bağ-şümar, xane-şümar və s.) F.Rəşidəddinin və dövrün digər tarixçilərinin əsərlərində təsadüf olunmur. Naxçıvaninin bəzi vergilərin miqdarı, həcmi, toplanma üsulu, vaxtı və s. barədə verdiyi qeydlər də akademikin fikrincə böyük əhəmiyyət kəsb edir. Ə.Ə.Əlizadə qeyd edir ki, Naxçıvaninin şərh etdiyi məsələlər arasında şəhər həyatına, sənətkarlığa, ticarətə, tikinti sahəsinə və s. məsələlərə həsr olunmuş bölmələr mühüm əhəmiyyət kəsb edir. Əsərdə ticarət və ticarət yolları, ticarətin təşkili və mühafizəsi, əmtəə malları, sənətkarlıq emalatxanaları, sənət növləri, müxtəlif tikililər haqda qeydləri verilir ki, bunlar şəhər həyatının öyrənilməsi üçün qiymətlidir. Akademik Ə.Ə.Əlizadə Məhəmməd Naxçıvaninin dünyagörüşü, dövlət quruluşu və idarə sisteminə dair baxışları barədə də öz mülahizələrini irəli sürür və onun mərkəzləşdirilmiş dövlət hakimiyyəti tərəfdarı olduğunu yazır. Nəhayət akademik bildirir ki, Naxçıvani xalq kütlələrinin acınacaqlı vəziyyətini hakim sinfə qarşı mübarizəsini, ölkənin müəyyən vaxtlarda, xüsusilə çobani feodallarının ağalığı dövründə bərbad vəziyyətə düşməsini qələmə almış və vəziyyətdən çıxış yollarını müəyənləşdirməyə çalışmışdır. Naxçıvani həmçinin elm adamlarına, şeyxlərə, seyidlərə, mühəndislərə, sənətkarlara, dövlət xadimlərinə xüsusi rəğbət bəsləmişdir. Akademik Ə.Ə.Əlizadə 1961-ci ildə Ankarada keçirilən VI Türk konqresində “Məhəmməd bin Hinduşah Naxçıvaninin “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri Yaxın və Orta Şərq ölkələrinin ictimai və iqtisadi tarixinin bir mənbəyi kimi” mövzusunuda məruzə ilə çıxış edərək görkəmli Azərbaycan aliminin, mütəfəkkirinin, dövlət və din xadiminin məşhur əsərini dünyanın elmi ictimaiyyəti qarşısında dərindən təhlil etmiş və onun elmi dəyərini açıqlamışdır.

Ə.Ə.Əlizadə və A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsəri.

Keçən əsrin 60-cı illərində akademik Ə.Ə.Əlizadənin rəhbərliyi və yaxından iştirakı ilə A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin elmi-tənqidi mətni hazırlanır və 1970-ci ildə Bakıda nəşr olunur. M.Sultanov, M.Azəri, Ə.Ələsgərzadə və F.Babayevin iştirakı ilə Azərbaycan MEA Əlyazmalar institutunda mühafizə olunan 5 əlyazması əsasında hazırlanmış elmi-tənqidi mətnin əsas ağırlığı Ə.Ə.Əlizadənin üzərinə düşür və o, əsərin tənqidi mətninin hazırlanmasında iştirak etməklə yanaşı, mətni redaktə edir, ona 4 dildə (azərbaycan, fars, rus və ingilis dillərində) sanballı müqəddimə yazır, əsərin elmi əhəmiyyətini və tarixşünaslıqdakı yerini müəyyənləşdirir. Müəllif A.A.Bakıxanovun istinad etdiyi antik və orta əsr mənbələrini müəyyənləşdirir və eyni zamanda həmin əsərlər arasında Rəşidəddin, Vəssaf, Naxçıvani və b.k. tarixçilərin əsərlərinin olmamasına təəssüflənir. A.A.Bakıxanovun əsərində alban, gürcü, erməni, skif, massaget, amazon, sarmat, hun və s. tayfalar barədə məlumatın verilməsi və tarixi faktlarla əsaslandırılması naşirin diqqətini cəlb edir. Ə.Ə.Əlizadə bildirir ki, A.A.Bakıxanov Şirvan və Dağıstan tarixini yazarkən məxəzlər əsasən şəhər və kəndlərin tarixi, yaşayış yerlərinin adları, onların etimologiyası, hətta bu adların hansı qədim qəbilə və xalqların adı ilə əlaqədar olması barədə məlumat verir, həmin ərazilərdə yaşayan tayfa və xalqların adət-ənənələri, dini təsəvvürləri, qarşılıqlı əlaqələri, tarixdə oynadıqları rol və s. şərh edir. Naşir həmçinin əsərin qüsurlu və nöqsanlı cəhətlərini göstərir və elmi-tənqidi mətnin tərtibinə onların nəzərə alındığını bildirir.

Ölkə hüdudlarından kənarda Ə.Ə.Əlizadə şəxsiyyətinə verilən dəyər.

Akademik Ə.Ə.Əlizadənin əsərləri ingilis, alman, ərəb, fars, türk dillərində çap olunmuş, həyat və yaradıcılığı barədə bir sıra ölkələrdə, hətta uzaq Yaponiyada elmi məqalələr nəşr olunmuşdur. Monqol imperiyası tarixini araşdıran yapon alimi Siyiçi Kitiqava Bakıda elmi ezamiyyətdə olarkən Ə.Ə.Əlizadənin elmi irsi ilə yaxından tanış olmuş, ondan ətraflı istifadə etmiş və vətəninə qayıtdıqdan sonra alimin həyat və yaradıcılığı haqda yapon oxucularına geniş məlumat vermişdir. Onun 1983-cü ildə “Şı xo” (Shi hö) jurnalında nəşr etdirdiyi “Əbdülkərim Əli oğlu Əlizadə” (1906.1.11-1979.12.3) adlı məqaləsində Azərbaycan aliminin tərcümeyi-halı, Peterburq həyatı, görkəmli şərqşünas alimlərdən dərs alması, ayrı-ayrı dövlərdəki elmi fəaliyyəti şərh edilir. S.Kitaqava akademikin şah əsəri olan monoqrafiyası, hazırladığı elmi-tənqidi mətnlər üzərində xüsusilə dayanmış və onları öz oxucularına tanıtmağa cəhd etmişdi. Maraqlıdır ki, tədqiqatçı məqaləsinə Ə.Ə.Əlizadənin elmi əsərlərinin (rus və yapon dillərində) siyahısını əlavə etməklə yapon oxucusunda alimin elmi irsi barədə tam təsəvvür yarada bilmişdir. Siyahıda akademikin 43 əsərinin və onun barəsində nəşr olunmuş məqalələrin adı verilir. S.Kitaqava xüsusi bülletendə nəşr etdirdiyi “Sovet Azərbaycanının mediyevist alimləri” adlı məqaləsində də (1983) akademikin elmi yaradıcılığına xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, Ə.Ə.Əlizadənin monoqrafiyası və tərtib etdiyi elmi-tənqidi mətnlər dünyanın bir çox ölkələrində mediyevist tarixçilərin, xüsusilə, Monqol imperiyası tarixinin tədqiqatçılarının stolüstü kitablarına çevrilmişdir. Akademik Ə.Ə.Əlizadə ölkəmizdə tarix və şərqşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərin yorulmaz təbliğatçısı idi. O, tarixçilərin Varşava (1955), şərqşünasların Münhen (1957) və Moskva (1960) beynəlxalq konqreslərinin, türk tarixçilərinin Ankara konqreslərinin (1961, 1970), şərqşünasların Tehran konqresinin (1966), Tehranda və Təbrizdə keçirilmiş Rəşidəddinə həsr olunmuş konqresin (1969) və s. elmi məclislərin iştirakçısı olmuş, Azərbaycan elminin yeniliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Maraqlıdır ki, alim xarici səfərlərdə olduğu vaxt, tariximizin aktual problemlərinə həsr olunmuş məsələlər barədə məruzələr oxumaqla yanaşı, elmi məclislərin işində fəal iştirak etmiş, tənqidi mülahizələrini bildirmiş, məsləhət və təkliflərini vermişdir. Bunu onun xarici səfərlərdən qayıtdıqdan sonra mətbuatda öz səfəri barədə çap etdirdiyi xatirələrindən açıq-aydın görmək olur. O, xarici səfərlərdə olduqda belə, Azərbaycanı düşünür, imkan daxilində tariximizlə bağlı ədəbiyyatın, materialların Azərbaycana gətirilməsinə, olduğu ölkələrdəki azərbaycanlıların (türk olan hissəsinin) vəziyyətinin öyrənilməsinə səy göstərmişdir. Məsələn, akademik Ə.Ə.Əlizadə 1959-cu ildə İraqda olanda yerli idarələrin icazəsi ilə üzərində mixi yazı olan, Azərbaycanla bağlı bir kərpici özü ilə gətirmiş və onu Azərbaycan tarixi muzeyinə vermişdir. Təbrizdə Rəşidəddinin yubileyində iştirak edərkən Rəbi Rəşidi xarabalığından mərmər qırıntıları, boyalı keramika parçaları toplamış, onları da vətənə gətirərək bir hissəsini Tarix muzeyinə, bir hissəsini isə Şirvanşahlar sarayına vermişdir. O, İraq səfəri vaxtı buradakı Kərkük türkmanları ilə maraqlanmış, onların həyatı, adət-ənənələri, dili, folkloru barədə məlumat əldə etmiş və Bakıda nəşr etdirdiyi xatirələrində Kərkük bayatılarından bəzilərini vermişdir. Akademik Ə.Ə.Əlizadənin iranşünasların ümumdünya konqresində (28.VIII.-13.IX.1960) iştirakı daha çox diqqəti cəlb edir. Bu konqresdə Sovet ölkəsindən 11 alim –M.Boqolyubov, A.Boldrev, İ.Braginski, Ə.Mirzoyev, Ş.Samuhəmmədov, M.İvanov, K.Eyne, R.Əliyev, M.Zend, Ə.Sumbatzadə və Ə.Ə.Əlizadə iştirak etmişdir. Konqresdən sonra ziyafətdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə qısa söhbətində Ə.Ə.Əlizadə ona Bakıda farsdilli mənbəlkərin çapı və orta əsrlər İran tarixi üzrə tədqiqatlar aparıldığını dedikdə, İran şahı bununla razılaşmış və mənbələrin çapı sahəsində Sovet İttifaqında çox işlər görüldüyünü vurğulamışdır. Fəxrlə demək olar ki, bu işdə Azərbaycan aliminin – akademik Ə.Ə.Əlizadənin rolu çox böyük idi. Akademik Ə.Ə.Əlizadənin İrana növbəti səfəri görkəmli dövlət xadimi, vəzir, təbib Fəzlullah Rəşidəddinin ölümünün 650 illiyi ilə əlaqədar keçirilən sessiyada iştirakla bağlı idi. Ə.Ə.Əlizadə bu sessiyada bütün Sovet İttifaqını təmsil edirdi. O, sessiyada “SSRİ-də Rəşidəddinin əsərlərinin tədqiqi və nəşri” mövzusunda məruzə etmişdir. Bununla yanaşı, alim elmi müzakirələrdə yaxından iştirak etmiş, sessiyanın təşkilində, ayrı-ayrı çıxışlarda nəzərəçarpan nöqsanları açıqlamış, bəzi məruzələrin (məsələn, Şirin Bəyaninin məruzəsinin) yüksək elmi səviyyə kəsb etdiyini vurğulamışdır. Rəşidəddinin Həmədanda doğulsa da, Azərbaycanda yaşayıb-yaratdığını yazan Ə.Ə.Əlizadə alimə Təbrizdə və Tehranda abidə qoyulması, əsərlərinin toplanılaraq külliyyat şəklində nəşri barədə təklif vermişdir. Sanki Ə.Ə.Əlizadə səfər zamanı yazdığı qeydlərində xatirələri deyil, tarixi bir əsər qələmə almışdı. Azərbaycanın monqol ağalığı dövrü tarixini qısa şəkildə oxucunun nəzərinə çatdırırdı. Təbrizdəki tarixi abidələr-Ərk qalası, Şəmbi-Qazan, Rəb-i Rəşidi, Göy məscid barədə məlumat verən müəllif, onların xarab vəziyyətdə olduqlarına, eləcə də əhalisinin azərbaycanlılardan ibarət Təbrizdə dövlət işlərinin, xüsusilə də, ibtidai, orta və ali məktəbdə tədrisin fars dilində aparılmasına ürək ağrısı ilə acıyır. Sovet rejiminin kəskin dövründə belə fikir söyləmək hər alimin işi deyildi.

Akademik Ə.Ə.Əlizadənin tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqeyi

Akademik Ə.Ə.Əlizadə prinsipiallığı ilə seçilən tədqiqatçılardan idi və tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqedə dururdu. O, sovet rejiminin kəskin çağlarında belə öz sözünün deyir, erməni saxtakarlarının topraqlarımıza olan iddialarının puçluğunu, elmi əsasa malik olmadığını vurğulayırdı. Erməni müəllifi L.O.Babayan 1969-cu ildə nəşr etdirdiyi əsərində Arranın “erməni torpağı olmasını əsaslandırmaq” məqsədi ilə belə bir fikir irəli sürür ki, guya XIII əsrdə bu bölgənin əhalisi ermənilərdən ibarət olmuşdur. 1276-cı ildə Arranda monqol hökmdarı Abaqa xana (1265-1282) qarşı qalxmış üsyandan bəhs edən erməni tarixçisi hadisəyə yekun vuraraq belə qənaətə gəlir: “Arran ərazisində bu dövrdə hələ də hakim etnik element erməni əhalisi idi, buna görə də, həmin itaət etməyən adamların (üsyançıların) erməni kəndliləri olduğunu desək, səhv etmiş olmarıq”. L.O.Babayanın bu iddiası akademik Ə.Ə.Əlizadə tərəfindən elmi dəlillərlə təkzib olunmuş və onun fikrinin səhv olduğu göstərilmişdir. Akademik üsyançıların başçısının “kəfənə bürünərək Abaqa xanın hüzuruna gəlməsi” faktını erməni tarixçisinin nəzərinə çatdıraraq soruşmuşdur ki, ermənilər nə vaxtdan ölülərini kəfənə bürüyüb basdırırlar?”. Bununla da erməni müəllifinin mövqeyinin səhv olduğunu sadəcə sadə bir məntiqlə sübuta yetirmişdir.

Öz əməksevərliyi, dərin biliyi, elmi prinsipiallığı, eyni zamanda alicənablığı, insanpərvərliyi və gənclərə qarşı qayğıkeşliyi ilə tanınmış akademik Ə.Ə.Əlizadənin elmi irsi ondan sonrakı mediyevist-tarixçilər və şərşqünaslar üçün zəngin xəzinədir.

Məqalə müəllifi: Tarix elmlər doktoru, professor Vaqif Piriyev.

Ələşrəf Əlizadə

Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə ( 24 aprel 1911 ( 1911-04-24 ) , Şamaxı , Bakı quberniyası – 22 mart 1985 ( 1985-03-22 ) , Bakı ) — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi

Mündəricat

Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji – kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir. [1] 1946-1948-ci illərdə “Azneft” və “Azneftkəşfiyyat” birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır. [2] 1959-1970-ci illərdə Az-ETİ (NÇ)-nın, daha sonra 1970-1977 illərdə AzETLİ-nin direktoru olmuşdur. 1977-1985 illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda “Regional geologiya və tektonika” şöbəsinin müdiri olmuşdur. Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir.

Nasim Əlizadənin atasıdır

Elmi fəaliyyəti

Akademik Ə. Əlizadə 1938-1948 illərdə Azərbaycan SSR EA akad. İ. M. Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olmuşdur. 1944 ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi” mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946 ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Ə. Əlizadə Azərb. SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Akademik Ə. Ə. Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir. [3] “Yer və zəlzələlər”, “Azərbaycanın Açıqgölü”, “Türkmənistanın Açıqgölü”, “Azərbaycanın Sarmatı”, “Azərbaycanın paleogen yataqları” və s əsərlərin müəllifidir. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü (1976), Qubkin adına mükafatın laureatıdır (1973). SSRİ Ali Sovetinin (2-ci çağırış, 1946) deputatı olmuşdur. İki dəfə Lenin ordeni (1942, 1946), Qırmızı Əmək Bayrağı ordeni (1966) və medallarla təltif edilmişdir.

  1. Майкопская свита Азербайджана и ее нефтеносность. Баку: 1945
  2. Палеогеновые отложения Азербайджана. Баку: 1947
  3. Акчагыл Туркменистана. т. 1-2. Москва: 1961-1967
  4. Апшерон Азербайджана. Москва: 1973
  5. Самрат Азербайджана. Москва: 1974

İstinadlar

  1. ↑ Azərbaycanın geoloq və geofizik alimləri. Bakı: “Nafta -press”, 2004. səh. 126
  2. ↑Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı-1980, səh. 170-171
  3. ↑ Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə, biblioqrafiya / AMEA Geologiya İn-tu ; red. A. Əli-zadə. – Bakı : “Nafta-press”, 2011

Həmçinin bax

  • Nasim Əlizadə

Avqust 01, 2021
Ən son məqalələr

Musa Sədr

Musa Vəzirov

Musa Yabqu

Musa Yaqub

Musa ağa Şəmsəddinski

Musa bəy Rəfiyev

Musa peyğəmbər

Musabeyli (Kilis)

Musabəyli (Füzuli)

Musaküçə kəndinin sakinləri (film, 1973)

Ən çox oxunan

Nazim İsmayılov (əsgər)

Nazim Şəmilov

Nazim Əfəndiyev

Nazim Əfəndiyev (metallurq)

Nazim Əfəndiyev (həkim)

ələşrəf, əlizadə, ələşrəf, əbdülhüseyn, oğlu, əlizadə, aprel, 1911, 1911, şamaxı, bakı, quberniyası, mart, 1985, 1985, bakı, azərbaycan, sovet, geoloqu, geoloq, alim, geologiya, mineralogiya, elmləri, doktoru, 1944, professor, 1945, azərbaycan, milli, elmlər, . Elesref Ebdulhuseyn oglu Elizade 24 aprel 1911 1911 04 24 Samaxi Baki quberniyasi 22 mart 1985 1985 03 22 Baki Azerbaycan sovet geoloqu geoloq alim geologiya mineralogiya elmleri doktoru 1944 professor 1945 Azerbaycan Milli Elmler Akademiyasinin akademiki 1945 SSRI Dovlet mukafati laureati 1943 1946 SSRI nin fexri neftcisi 1971 Turkmenistan SSR in emekdar elm ve texnika xadimi 1971 Azerbaycan KP MK nin ikinci katibiElesref ElizadeElizade Elesref Ebdulhuseyn ogluDogum tarixi 24 aprel 1911 1911 04 24 Dogum yeri Samaxi Samaxi qezasi Baki quberniyasi Rusiya ImperiyasiVefat tarixi 22 mart 1985 1985 03 22 73 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVetendasligi SSRIElm sahesi GeologiyaElmi derecesi geologiya mineralogiya elmleri doktoruElmi adi AkademikProfessorIs yeri Azerbaycan Dovlet Neft ve Senaye UniversitetiTehsili Azerbaycan Dovlet Neft ve Senaye UniversitetiTaninir Azerbaycan sovet geoloqu Uzvluyu AMEAMukafatlari Mundericat 1 Heyati 2 Elmi fealiyyeti 3 Eserleri 4 Istinadlar 5 Hemcinin baxHeyati RedakteElesref Elizade 24 aprel 1911 ci ilde Samaxida anadan olmusdur 1930 1935 illerde M Ezizbeyov adina Qirmizi Bayraq Ordenli Azerbaycan Neft Institutunda geoloji kesfiyyat fakultesinde tehsil almisdir 1942 1944 cu illerde Azerbaycan KP MK katibi 1944 cu ilde Azerbaycan KP MK ikinci katibi secilmisdir 1938 1946 ve 1954 1959 cu illerde M Ezizbeyov adina Azerbaycan Senaye Institutunda indiki Azerbaycan Dovlet Neft Akademiyasi ders demisdir 1945 ci ilde Azerb SSR EA heqiqi uzvu secilmisdir Azerb SSR EA nin yaradicilarindan biridir 1 1946 1948 ci illerde Azneft ve Azneftkesfiyyat birliklerinin reisi 1949 1954 cu illerde M Qorki adina Turkmenistan Dovlet Universitetinde kafedra mudiri ve Turkmenistan SSR EA faydali qazintilar bolmesinin mudiri vezifelerinde calismisdir 2 1959 1970 ci illerde Az ETI NC nin daha sonra 1970 1977 illerde AzETLI nin direktoru olmusdur 1977 1985 illerde Azerbaycan SSR EA I M Qubkin adina Geologiya Institutunda Regional geologiya ve tektonika sobesinin mudiri olmusdur Elesref Elizade 1985 ci il 23 martda Bakida vefat etmisdir Nasim Elizadenin atasidirElmi fealiyyeti RedakteAkademik E Elizade 1938 1948 illerde Azerbaycan SSR EA akad I M Qubkin adina Geologiya Institutunun Elmi Surasinin uzvu olmusdur 1944 ilde geologiya mineralogiya elmleri doktoru elmi derecesi almaq ucun Azerbaycanin maykop lay destesi ve onun neftliliyi movzusunda dissertasiya mudafie edib Boyuk alim 1943 cu ilde yeni neft yataqlarinin kesfine ve menimsenilmesine gore 1946 ilde ise kicik hecmli elektroperforator cihazini isleyib hazirladigina gore SSRI Dovlet mukafatina layiq gorulub E Elizade Azerb SSR in esas neft rayonlarinda geoloji tedqiqat isleri aparmis bir sira muhum neft ve qaz kondensat Siyezen Zeyli Zeyve Buzovna Mastaga Sabandag Gurgan Qaradag Qarabagli Sanqacal Duvanni Qazanbulaq Kursengi Muradxanli ve s yataqlarinin acilmasinda bilavasite istirak etmisdir Mezozoy cokuntulerinin neftlilik problemi ile mesgul olmusdur Turkmenistan SSR de apardigi tedqiqatlar neticesinde Pliosen cokuntulerinin stratiqrafik sxemini tertib etmis Akcaqilin faunasini oyrenmisdir Elmi kadrlarin hazirlanmasinda xidmetleri var Akademik E E Elizade regional geologiyanin tektonikanin ve neft geologiyasinin muxtelif problemlerine aid 500 den artiq elmi eserin muellifidir 3 Yer ve zelzeleler Azerbaycanin Aciqgolu Turkmenistanin Aciqgolu Azerbaycanin Sarmati Azerbaycanin paleogen yataqlari ve s eserlerin muellifidir Umumittifaq paleontologiya cemiyyetinin fexri uzvu 1976 Qubkin adina mukafatin laureatidir 1973 SSRI Ali Sovetinin 2 ci cagiris 1946 deputati olmusdur Iki defe Lenin ordeni 1942 1946 Qirmizi Emek Bayragi ordeni 1966 ve medallarla teltif edilmisdir Eserleri RedakteMajkopskaya svita Azerbajdzhana i ee neftenosnost Baku 1945 Paleogenovye otlozheniya Azerbajdzhana Baku 1947 Akchagyl Turkmenistana t 1 2 Moskva 1961 1967 Apsheron Azerbajdzhana Moskva 1973 Samrat Azerbajdzhana Moskva 1974Istinadlar Redakte Azerbaycanin geoloq ve geofizik alimleri Baki Nafta press 2004 seh 126 Azerbaycan Sovet Ensiklopediyasi IV cild Baki 1980 seh 170 171 Elesref Ebdulhuseyn oglu Elizade biblioqrafiya AMEA Geologiya In tu red A Eli zade Baki Nafta press 2011Hemcinin bax RedakteNasim ElizadeMenbe https az wikipedia org w index php title Elesref Elizade amp oldid 5899760, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Azərbaycan Milli Elmlər Akademiyası

Görkəmli geoloq-alim Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə 1911-ci il aprelin 24-də Şamaxı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1924-cü ildə Ələşrəf Əlizadə Bakıda I dərəcəli məktəbi bitirdikdən sonra 18 saylı pedaqoji təmayüllü məktəbə daxil olmuşdur. O, əvvəllər rus məktəbində Azərbaycan dilindən dərs demiş, daha sonra Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində statist kimi çalışmışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan SSR Xızı rayonunun Zərgərli kəndində I dərəcəli məktəbə müdir təyin edilmiş və 1928-1929-cu tədris ilində burada işləmişdir.

1929-30-cu tədris ilində Suraxanı kəndində “Savadsızlığı ləğvetmə” məntəqəsində dərs demişdir. 1930-cu ildə Tbilisi Politexnik İnstitutuna qəbul olunmuş, ancaq ailə vəziyyətilə əlaqədar Bakıya qayıtmış və Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.

Ə.Ə.Əlizadə 1933-cü ildən «Azneftkəşfiyyat» trestində müstəqil geoloji tədqiqat işləri aparmağa başlamışdır.

Ə.Əlizadə çöl və mədən geologiyası üzrə Azərbaycan dilində ilk dərslik vəsaitlərinin müəllifidir. O, 1937-ci ildə “Çöl geologiyasına dair qısa rəhbərlik”, 1938-ci ildə isə “Çöl və mədən geologiyasına dair qısa rəhbərlik” kitablarını tərtib etmişdir. O, 1961-ci ildə M.S.Babayevlə birlikdə Azərbaycan dilində “Ümumi geologiya” dərs vəsaitini nəşr etdirmişdir.

1934-1942-ci illərdə “Azneftkəşfiyyat” trestinin “Geoloji Axtarış Kontorunda (GAK)” geoloq, böyük geoloq, baş geoloq və direktor, 1939-cu ilin yanvarından “Azgeoltrest”in Küryanı ovalığı və Gəncə rayonunun kəşfiyyatı üzrə idarəsinin müdiri vəzifələrində işləyən gənc alim Azərbaycanın bir çox rayonlarında – Dəvəçi, Qonaqkənd, Şamaxı, Şəmkir və Gəncədə, daha sonra Talışda və Naxçıvan Muxtar Respublikasında geoloji axtarış işləri aparmışdır.

Yeni neft yataqlarının kəşf edilməsindəki uğurlu işlərinə görə Ə.Əlizadə 1940-cı ildə Xalq Neft Komissarlığının “Əlaçı” döş nişanı, 1942-ci ildə isə neft hasilatının artırılmasındakı xidmətlərinə, müdafiə səciyyəli neft məhsullarının və döyüş sursatlarının istehsalında hökumətin tapşırıqlarını yerinə yetirdiyinə görə Lenin ordeni ilə təltif edilmişdir.

Ələşrəf Əlizadə 1942-ci ilin oktyabrından 1946-cı ilin aprelinə kimi partiya işlərində çalışmış – əvvəlcə Azərbaycan KP Bakı şəhər Komitəsinin katibi, sonra isə Azərbaycan KP MK-nın ikinci katibi vəzifələrində işləmişdir. Görkəmli alimin bu illərdə yerinə yetirdiyi işlərin nəticələri partiya və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. Yeni neft yataqlarının kəşf edilməsinə, istismarına görə 1943-cü ildə bir qrup mühəndislə birlikdə Stalin mükafatına (sonradan SSRİ Dövlət mükafatına) layiq görülmüş və ona ikinci dəfə Lenin ordeni verilmişdir.

1944-cü ildə Ə.Əlizadə Azərbaycanın Maykop lay dəstəsinə həsr etdiyi çox sanballı elmi tədqiqat işini başa çatdırmışdır. Mütəxəssislərin rəyinə görə, yerinə yetirilmiş elmi iş doktorluq dissertasiyasının tələblərinə tam cavab verdiyindən Ə.Əlizadə bu işini doktorluq dissertasiyası kimi açıq müdafiə etmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı İ.M.Qubkin adına Geologiya İnstitutunun elmi şurasının qərarına əsasən, ona birbaşa geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi verilmiş və həmin ildə də SSRİ Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq olunmuşdu. Ə.Əlizadə 1945-ci ildə “Neft və qaz yataqlarının geologiyası” kafedrasının professoru elmi adına layiq görülmüşdür.

1945-ci il martın 27-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarına əsasən, Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvləri sırasına Ə.Əlizadənin də adı daxil edilmişdir. 1946-cı ildə Böyük Vətən müharibəsindən sonra respublikanın neft sənayesinin yüksəldilməsi üçün Ə.Əlizadə “Azneft” birliyinə rəis təyin edilmiş və bu vəzifədə 1948-ci ilə kimi işləmişdir. Kiçik qabaritli elektroperforatorların işlənib hazırlanmasına görə Ə.Əlizadə 1946-cı ildə ikinci dəfə Stalin mükafatına layiq görülmüşdür.

Ə.Əlizadə dəfələrlə Bakı şəhəri rayon sovetlərinin və Bakı sovetinin deputatı seçilmiş, 1946-cı ildə isə SSRİ Ali Sovetinin deputatı, 1961-ci ildən uzun müddət Bakı Sovetinin deputatı olmuşdur. 1946-1948-ci illərdə Azərbaycan KP Bakı Komitəsi Plenumunun üzvlüyünə namizəd olmuş, 1963-cü ildən isə uzun müddət Plenumun üzvü olmuşdur. Ə.Əlizalə Azərbaycan KP-nın XXVI, XXVII və XXVIII qurultaylarının nümayəndəsi olmuşdur.

1948-ci ildə Azərbaycanda axtarış-kəşfiyyat işlərini genişləndirmək məqsədilə yeni “Azneft-kəşfiyyat” birliyi yaradıldı və Ə.Əlizadə birliyə rəis təyin edildi.

1950-ci ildə Ə.Əlizadə Türkmənistan Dövlət Universitetinə (TDU) dəvət olunmuş, geologiya kafedrasının müdiri təyin edilmişdir. 1950-1954-cü illərdə TDU-da işləməklə yanaşı SSRİ EA Türkmənistan filialında faydalı qazıntılar sektorunun müdiri vəzifəsində tədqiqatlar aparmışdır.

1954-cü ildə Ə.Əlizadə Bakıya qayıtmış və Azərbaycan Sənaye İnstitutunun “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” kafedrasında professor vəzifəsində çalışmışdır.

1959-cu ilin avqust ayında Ə.Əlizadə neft hasilatı üzrə Azərbaycan Elmi Tədqiqat İnstitutuna direktor təyin edilmişdir. O, neft və qaz yataqlarının kəşfiyyatı, qazılması və işlənilməsi, neft və qazın texniki və texnoloji baxımdan çıxarılması sahəsi ilə bağlı elmi axtarışlarda çox ciddi, köklü dəyişikliklər həyata keçirmiş, institutun adı dəyişdirilərək Azərbaycan Neft Sənayesinin Elmi Tədqiqat və Layihə İnstitutu (AzNSETLİ) adlandırılmişdır. Akademik Ə.Əlizadə AzNSETLİ-yə 17 il rəhbərlik etmişdir.

Ə.Əlizadə 1962-ci ildə Ümumittifaq Paleontologiya Cəmiyyətinin (ÜPC) üzvü seçilmişdir.

Onun rus dilində çap etdirdiyi «Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi», “Azərbaycanın paleogen çöküntüləri”, “Balaxanı mərtəbəsinin paleocoğrafiyası”, 2 cildlik “Türkmənistanın ağçaqılı”, “Azərbaycan mezozoy çöküntüləri və onların neft-qazlılıq perspektivliyi”, “Azərbaycanın Abşeronu” və b. əsərlərində çox geniş paleocoğrafi analizlər verilir.

Akademik Ə.Əlizadənin bütün fəaliyyəti Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlı olmuşdur.

Ə.Əlizadə beynəlxalq, ümumittifaq konqreslərdə, konfranslarda, simpoziumlarda, sessiya və müşavirələrdə elmi məruzələrlə çıxış etmiş, bir çox elmi şuraların, komissiya və redaksiya heyətlərinin üzvü olmuşdur. O, uzun illər Ümumittifaq “Bilik” Cəmiyyətinin, Ümumittifaq Paleontologiya Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir.

Ə.Əlizadənin xidmətləri Sovet hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə Stalin Mükafatı və Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Şanlı əmək”, “Qafqazın müdafiəsinə görə” medalları, “Sosializm yarışı əlaçısı” nişanı və Fəxri Fərmanlarla təltif olunmuşdur.

Akademik Ə.Ə.Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 600-dən artıq elmi əsərin, keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının neftqazlılığına və tektonikasına aid dərc edilmiş bir sıra xəritə və atlasların müəllifidir.

Bütün həyatını elmin, milli-mənəvi dəyərlərin tədqiqinə, təbliğinə həsr edən alim, müəllim, ictimai xadim, akademik Ələşrəf Əlizadə 22 mart 1985-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.