Lizinq ve faktorinq
Səhmdarlar
Объясните простыми словами, что такое факторинг?
В 2019 году Банк России опубликовал путеводитель по факторингу для предпринимателей, в котором на конкретных примерах объяснил бизнес-модель факторинга. Итак, предприниматель продал товар, оказал услугу, выполнил работу, на руках у предпринимателя договор с клиентом, документы о приемке, товарно-транспортная накладная и счет-фактура. Срок оплаты еще не наступил. Значит у предпринимателя есть право на получение выручки в будущем – денежные требования. Это – актив предпринимателя.
Предприниматель может уступить или продать эти денежные требования фактору, чтобы не ждать срока оплаты, не напоминать клиенту о необходимости оплаты счетов или защитить себя от неплатежа с его стороны. Предприниматель сможет это сделать с помощью факторинга.
Факторинг – это финансовый инструмент, позволяющий покупателю – покупать товар или услугу с отсрочкой платежа, а продавцу – получать от фактора комплекс услуг, в который входят авансирование выручки, защита от риска неплатежа, сбор платежей в договорные сроки или после их окончания, учет дебиторской задолженности.
Предприниматель может выбрать две и более услуги, которые ему необходимы. Договор факторинга заключается между двумя сторонами: поставщиком и фактором. В роле поставщика могут выступать исполнитель, подрядчик, индивидуальный предприниматель. Фактором может быть банк, факторинговая или микрокредитная компания. Разницы нет.
Lizinq yoxsa Kredit
Yollarda avtomobillərin sayının artması bu sektorda satışların yüksək olduğundan xəbər verir. Kredit sahəsində əlverişli şərtlərin formalaşması və lizinqin fəaliyyət dairəsinin genişlənməsi avtomobil satışlarının artmasına böyük təsir göstərib. Xüsusilə bütün dünyada olduğu kimi ölkəmizdə də avtomobillərin alınmasında lizinqdən istifadə artmaqdadır. Avtomobil satışı ilə məşğul olanlar və lizinq şirkətləri bir-birindən fərqli və cazibəli şərtlərlə lizinq proqramları hazırlayıb ictimaiyyətə təqdim edir.
B əs Lizinq Nədir? Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan lizinq obyektini satın ala bilər.
Lizinq yolu ilə texnikanı, avadanlığı və həmçinin avtomobili də əldə etmək olar. İnkişaf etmiş ölkələrin əksəriyyətində insanlar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Məsələn, Almaniyada avtomobili lizinq yolu ilə əldə etmək daha populyardır. Ölkədə 2007-ci il ərzində 824 min avtomobil lizinqi müqaviləsi bağlanmışdır. Lizinqin illik faiz dərəcəsi 11% olmuşdur. İsraildə isə il ərzində satılan bütün avtomobillərin 70% lizinq yolu ilə satılır.
Hazırda ölkəmizdə 20-dən artıq lizinq şirkəti fəaliyyət göstərir. Bunlardan 5-6-sı bazarda daha böyük paya malikdirlər. Bunlardan Pareks Lizinq & Faktorinq , Uni Lizinq, Ata Lizinq, AG Lizinq şirkətlərinin adlarını çəkmək olar. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da lizinq şirkətləri bankların törəmə müəssisələri kimi fəaliyyət göstərir. Məsələn, Ata Lizinqin Ata Bankla, UniLizinqin Uni Bankla, Pareks Lizinq & Faktorinq şirkətinin Pareks bankla, Ag Lizinqin AGBankla və s. bağlılığı var. Bunun səbəbi bankların lizinq fəaliyyəti ilə lizinq şirkətlərini yaradıb fəaliyyət göstərmək istəmələri və maliyyə cəhətdən bankdan asılı olmalarıdır.
Bu gün Bakıda fəaliyyət göstərən avtomobil dilerlərindən və avtomaşın satışı ilə məşğul olan avtosalonlarda avtomobili kreditlə bərabər lizinq yolu ilə də əldə etmək olar. Amma maraqlı ki, bizdə kreditin şərtləri ilə lizinqin şərtləri eynidir. Əslində lizinq kreditdən fərqlidir. Lizinq kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağı olmalıdır. Lakin çox avtosalonlarda ən yaxşı halda 5 illik kredit, 19% illik faiz və 20% ilkin ödəniş şərtləri ilə qarşılaşırsan. Bu şərtlər kredit və lizinq üçün eynidir.
Bəs alıcıların lizinqdən istifadə etmələri sərfəlidir yoxsa kreditdən? Başlayaq lizinqdən. Lizinqlə avtomobili alan zaman avtomaşının mülkiyyət hüququ lizinq şirkətinə məxsus olur. Yəni lizinq şirkəti avtomobili alıb icarəyə verir. Əgər alıcı lizinq şirkətinin pulunu vaxtı-vaxtında geri qaytararsa sonda avtomobilin mülkiyyət hüququ alıcıya keçir. Liznqdə girov tələb olunmur, elə avtomobilin özü girov rolunda çıxış edir. Lizinqlə aşağı qiymətli və işlənmiş avtomobillərin alınmasında bəzi məhdudiyyətlər var. Lizinq sənədləşməsi 3 gündən 10 günə qədər çəkə bilər. Kreditdə isə bu müddət yarım saat çəkir. Avtomobil satıcıları sənədləşməni yerində edə bildiklərindən daha çox alıcılarına krediti məsləhət görürlər. Kredit zamanı isə bəzi yerlərdə girov tələb oluna bilər. Amma çox hallarda alınan avtomobil girov kimi sənədləşdirilir.
Araşdırmalar göstərir ki, lizinq və kreditin şərtlərinin eyni olmasının səbəbi ölkəmizdə pulun baha olmasıdır. Banklar tərəfindən illik 12-18 %-lə cəlb olunan əmanətlər ən yaxşı halda illik 19-26%-lə kredit kimi təklif oluna bilər. Pulun baha olması və lizinq şirkətlərinin özlərinin vəsaitlərinin olmaması şərtləri eyni etmişdir.
Son aylar mövcud vəziyyəti düzgün qiymətləndirən lizinq şirkətləri də var. Bunlar əsasən xaricdən maliyyə vəsaitləri cəlb etməyi bacarmış şirkətlərdir. Xaricdə pul ucuzdur və oradan cəlb edilmiş vəsaitlərlə daha aşağı faizlə lizinq fəaliyyəti göstərmək mümkündür. Məsələn, Pareks Lizinq & Faktorinq şirkətinin xüsusi təklifində göstərilir ki, dəyəri 8000 ABŞ dollarında aşağı olmayan avtomobil vasitələrini 36 aya qədər, ilkin 20% -ni ödəməklə, illik 10,5 %-lə almaq olar. Uni Lizinq şirkətinin “Fiziki şəxslər üçün avtomobil lizinqi” adlı yeni layihəsi çərçivəsində Azərbaycan Respublikasının hər vətəndaşı 10% avans ödəməklə, illik 18-23% -lə avtomobilləri lizinqlə əldə edə bilər. Burada əsas sərfəli məsələ ilkin ödənişin 10 % olmasıdır.
Sonda belə məsləhətdir. Avtomobil alarkən lizinq şirkətlərinin də təkliflərini nəzərdən keçirin. Şirkətlərin mütəmadi olaraq həyata keçirdikləri avtomobil lizinqi proqramlarında az da olsa sərfəli lizinq şərtləri ilə rastlaşmaq olur. Yenə də seçim sizindir. Aldığınız xeyirli olsun.
© 200 8 Bütün hüquqlar qorunur. Məqalələrdən və şəkillərdən istifadə edərkən “avtomobil.az”a istinad zəruridir.
Lizinq nədir?
Bəzilərinin lizinq şirkətlər haqqında kifayət qədər məlumatı vardır. Lakin hazırda bir çoxumuz, hələ də lizinqin nə olduğu haqqında dolğun məlumata malik deyilik.
Lizinq haqqında məlumatınızın olması və sizə necə kömək ola biləcəyini öyrənməyiniz üçün bildirmək istərdik ki, lizinq maliyyə icarəsi formasıdır və hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır. Özündə bank kreditini, icarəni, investisiya elementlərini cəmləşdirən lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.
Lizinqverən – lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinqalana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
Lizinqalan – lizinq obyektini lizinq müqaviləsi əsasında müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən hüquqi və ya fiziki şəxsdir.
Satıcı – alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinqverənə satan hüquqi və ya fiziki şəxsdir.
Lizinq ilə kreditin fərqi nədir?
Lizinqi kreditdən fərqləndirən üstün cəhətlərindən biri də bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Misal üçün siz hər hansı bir avadanlığı almaq üçün bankdan nağd olaraq pul götüməlisiniz. Bu zaman isə sizdən bir çox sənədlər və girov tələb olunacaqdır. İllik faizlər və yüksək komissiya haqqı ilə birlikdə siz əldə etdiyiniz krediti, banka ödəməli olacaqsınız.
Lizinq vasitəsilə isə hər hansı bir avadanlıq aldığınız zaman sizdən bankla müqayisədə bir çox sənədlər tələb olunmayacaqdır. Siz isə həmin avadanlığı əldə edəcəksiniz və hər ay onun haqqını ödəməli olacaqsınız. Sizdən sənədlərin tələb olunmamasının səbəbi isə aldığınız əşyanın sənədləri şirkətin adına qalacağı ilə bağlıdır. Daha sonra siz borcunuzu ödədiyiniz zaman həmin avadanlıq sizin şəxsi mülkiyyətiniz hesab olunacaqdır.
Bildiyiniz kimi lizinq sazişləri əsasən uzunmüddətli olaraq bağlanılır. Bu müqaviləyə görə lizinq alana lazım olan əmlakı lizinq verən şirkətlər satıcıdan mülkiyyət hüquqi ilə alaraq lizinq alan şəxsə təqdim edir. Hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir.
Lizinq şirkətlərinin bir sıra üstünlükləri vardır. Bunlara misal olaraq demək istərdik ki, Lizinq şirkətləri lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır. Həmçinin Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Bununla yanaşı siz bankdan kreditləri uzun müddətə götürmək istədiyiniz zaman lizinq üzrə kreditlərin verilməsi daha da uzunmüddətli olur.
Hazırda ölkəmizdə dinamik işləyən bir çox lizinq şirkətləri vardır. Aşağıdakı cədvəldə lizinq şirkətləri ilə tanış ola bilərsiniz.
Lizinq Şirkətləri
Səhmdarlar
Qafqaz Lizinq
Metin Limited Şirkəti – 50%,”NAB Group of Companies” şirkəti,
A.Lizinq
Comments are closed, but trackbacks and pingbacks are open.