Press "Enter" to skip to content

Ələmdar cabbarlı

1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 4 fənn proqramının, 70-dən çox elmi, 350-dən çox ədəbi-publisistik məqalənin müəllifidir. 40-a qədər kitabın redaktoru, rəyçisi və ön söz müəllifidir. Bir neçə Beynəlxalq konfransda iştirak etmişdir. 2013-cü ildə Türkiyədə keçirilən “Beynəlxalq Poeziya Festivalı”nda Azərbaycanı təmsil etmişdir.

Elemdar Cabbarli – Wikipedia

Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980 , Ağcakənd , Kəlbəcər rayonu ) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur. [1] 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. [2]

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Yaradcılığı
    • 3.1 Kitabları

    Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. [3] 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. [3] 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır. [3] 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.

    2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə “Səməd Vurğun şeirinin obrazlar sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri görkəmli ədəbiyyatşünas alim, professor Şirindil Alışanlıdır. Hazırda prof. Şirindil Alışanlının elmi məsləhətçiliyi ilə “Bəxtiyar Vahabzadə yaradıcılığında janrların təkamülü və poetikası” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

    2005-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosentidir.

    2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2014–2019-cu illərdə AYB-nin Gənclər Şurasının üzvü olub.

    2008-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2009-cu ildən Məclis üzvü, 2014-cü ildən isə Məsləhətçilər Şurasının üzvüdür. [4] 2009-cu ildən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvüdür. 2018-ci ildən Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) üzvüdür.

    2009–2013-cü illərdə Bizim söz qəzetinin baş redaktoru olmuşdur. “Ulduz” jurnalı redaksiya heyətinin üzvüdür.

    1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 4 fənn proqramının, 70-dən çox elmi, 350-dən çox ədəbi-publisistik məqalənin müəllifidir. 40-a qədər kitabın redaktoru, rəyçisi və ön söz müəllifidir. Bir neçə Beynəlxalq konfransda iştirak etmişdir. 2013-cü ildə Türkiyədə keçirilən “Beynəlxalq Poeziya Festivalı”nda Azərbaycanı təmsil etmişdir.

    2010-cu ilin noyabr ayında müqəddəs Həcc ziyarətində olmuşdur.

    Mükafatları

    2013-cü ildə AYB-nin Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi ilə birgə təşkil etdiyi “Ən yaxşı şeir müsabiqəsi”nin qaliblərindən biri olub. [5]

    2015-ci ildə yeni kitabının çıxması münasibətilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Dədə Şəmşir” diplomuna layiq görülmüşdür. [6]

    Yaradcılığı

    Ələmdar Cabbarlı erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur. [3]

    Şerləri, hekayə və povestləri müxtəlif almanax, jurnal və qəzetlərdə dərc edilib. [3]

    Kitabları

    1. “Azərbaycanım mənim”, 2000.
    2. “Özümlə bir ətək daş gəzdirirəm”, Bakı, Azərnəşr, 2002.
    3. “…Və bir gün”, 2006.
    4. “Yaşasan çoxdu bu ömür”, Bakı, “Elm və təhsil”, 2011. 100 səh., 1000 tiraj.
    5. “Kəlbəcərsiz 19 il…”, Bakı, 2012.
    6. “Nəşriyyat işinin təşkili və idarə edilməsi”, (dərs vəsaiti) Bakı: Mütərcim, 2014. [7] .
    7. “Günahı olan qorxmasın”, Bakı, 2015. [6]
    8. “Səməd Vurğunun obrazlar aləmi” (monoqrafiya). Bakı, Mütərcim, 2017, 168 s.
    9. “Qızıl”, Bakı, Mütərcim, 2018, 120 s.

    Ələmdar cabbarlı

    ÖMRÜ SÖZÜN İÇİNDƏ…

    CAHİD KAZIMOV

    Ələmdar Qəmbər oğlu Cabbarlı

    1980-cı il avqust ayının 4-də Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. Məktəbi bitirən il Bakı Dövlət Unversitetinə daxil olmuşdur. 2001-ci ildə BDU-nu kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə bitirmişdir. Hazırda Universitetin maqistrantıdır. Şer yazmağa 6 yaşından başlayıb. Şerləri çoxlu sayda almanax, jurnal və qəzetlərdə dərc edilib.

    2000-ci ildə “Azərbaycanım mənim” adlı ilk şerlər kitabı çap olunub. “Özümlə bir ətək daş gəzdirirəm” kitabı şairin oxucularla ikinci görüşüdür.

    (Ələmdar Cabbarlı. Özümlə bir ətək daş gəzdirirəm. Bakı, Azərnəşr, 2002).

    Bu günlərdə “Azərnəşr” gənc şair Ələmdar Cabbarlının “Özümlə bir ətək daş gəzdirirəm” adlı şer kitabını çap etmişdir. Kitabın ön sözündə görkəmli şairimiz Məmməd Aslan onun şerlərindən aldığı təəssüratları çox maraqlı bir təqdimatla oxucu ilə bölüşür. M.Aslan yazır: “Mən “ovcumda” o “dənləri” dipdiri gördüm, ümidli və bərəkətli olduğuna inandım”. M.Aslan Ələmdar Cabbarlının bu yeni kitabındakı şerlərin ümidverici və bərəkətli olduğuna inanamını qısa və lakonik fikirlərlə ifadə etmişdir. Kitabın redaktoru “Azərnəşrin” baş redaktoru Əlövsət Ağalarovdur.

    Kitabdakı şerlər 5 bölmədə toplanmışdır. “Özümlə bir ətək daş gəzdirirəm” adlı bölmə bu misralarla başlanır:

    Dünya – qonaq evi, gəlib-gedərik

    Gəlib bağrımızı dəlib gedirik.

    Deyirəm, yaxşı ki ölüb gedirik –

    Yaşasaq – qırılıb batarıq, vallah.

    Özü ilə bir ətək daş gəzdirən yurdunu itirən gənc Vətən adlı yaranı sağalda bilmir, onun həsrəti dağdan ağır, dərdi dünya biçimdədir. Zamanın həsrət yükünü digər müasirləri kimi çiynində çəkir, bu gərdişi öz avtobioqrafiyası ilə əlaqələndirir. Bu dərd içində oxucusu ilə tanış olur, özünü təqdim edir. Payızı da, qışı da sərt gələn şairə bu gen dünya dar gəlib, hələ on yeddi yaşında:

    Sənə bu gen dünya hələ dar olub,

    Yolunda çən olub, boran, qar olub.

    Xətai bu yaşda hökmdar olub

    Daş üstə durmayıb hələ bir daşım,

    On yeddi yaşım!

    Şerlərlə tanışlıq göstərir ki, şairi bu günümüzün təzadları, ağrı- acıları, mürəkkəblik və çətinlikləri, qaçqınlıq dərdi daha çox narahat edir, “salamı rüşvət dünya”da söz də qiymətdən düşüb, qədir-qiymət də, insana münasibət də…

    Çadırda qaçqın var- torpağa möhtac,

    Ölü var – kəfənə, bir ağa möhtac.

    Millətin ac qarnı xoş çağa möhtac-

    Bu boyda keçidmi, döngəmi olar?

    İkinci bölmədə – “Çürüdüm, atam, çürüdüm”də, ulularımıza, ata- analarımıza məhəbbət hissi Vətən hissi ilə birgə təqdim olunur. “Dünyanın bu fağır uşağı” görün hansı dərdlər çəkir: bu dönük dünyanın faniliyini, ata yoxluğunu, qayğısız yaşamağı, sabahkı əndişələri, bu gün təlim – tərbiyənin aşağı səviyyədə olduğunu, həyatda inamın itdiyini, qohum-əqrabanın, dostların biganəliyini, etibarsızlığını soyuqluğu… daha nələrin, nələrin dərdini…

    Könlüm yanar ocaq kimi

    Dağ tapılmaz bu dağ kimi.

    Susuz qalan bulaq kimi –

    Çürüdüm, atam çürüdüm.

    “Qəribliyə daha dözə bilmirəm” adlı bölmədə toplanmış şerlərdə düşmən əlində qalmış Vətənin – Qarabağın, Kəlbəcərin dərdi, kədəri, üzüntüləri öz əksini tapmışdır. “Bir vaxtlar dünyanın bəxtəvəri” olan şair yurd- yuvasına xeyli vaxtdır həsrət qalıb. O, ən yaxşı şerlərini Vətən üçün yazır və yazacaq. Şairin gözlərində bir dünyalıq kədər var. Onun könlü bulud kimi dolub, yadına obası, yuvası düşür. Kəndi tez- tez yuxusuna girir. Qəribliyə dözə bilmir. Qarabağ biganəliyini, unutqanlığını heç kəsə bağışlamır:

    Könlüm Kəlbəcərə köçüb yuxumda

    Özünə yurd- yuva seçib yuxuda.

    Dağların suyundan içib yuxuda

    Səhər dururam ki, dişim göynəyir və yaxud:

    Başımız açılmır sınaqdan bizim,

    Yükümüz tutulub günahdan bizim.

    Əlimiz soyuyub silahdan bizim

    Qarabağ davasın unutmuşuq biz.

    “Ay Allah, bu boyda örkənmi olar?!” bölməsində olan şerlərdə üzü qara dünyanın harınları, rüşvətxor məmurları tənqid olunur. Haqsızlıq dünyasından şikayət, narazılıq həmin şerlərin başlıca qayəsini təşkil edir. Ümidsizliyə qismən də olsa qapılan şair əyrilik, böhtan, yaltaqlıq, ikiüzlülük, riyakarlıq, yalançılıq kimi qeyri- əxlaqi keyfiyyətləri lənətləyir, yalan vədlər verən məmurların iç- üzünü açıb göstərir.

    Sonuncu bölmə “Sevgi nəğmələri” adlanır. Burada Ələmdar Cabbarlı eşqin ucalığından, sevgiyə sadiq qalmaqdan bir Füzuli ədası tək danışır, eşqin portretini şerlərində bacarıqla cızmağa çalışır.

    Ələmdarın sevgi şerlərində, məhəbbət nəğmələrində obraza etdiyi müraciət yeni görünür, təsvirlər, müqayisələr, təşbehlər inandırıcıdır, xoş təsir bağışlayır. Bu şerlərdə sevgilisindən giley-güzar, etiraf əsas yer tutur. Həmin şerlərdə təmiz və saf sevgi hissləri tərənnüm olunur.

    Fürsət ver sənə bir şer- yazım- özümü öldürüm.

    Saçlarından bir tel göndər-Asım özümü öldürüm.

    “Özümlə bir ətək daş gəzdirirəm” şerlər kitabının uğurlu məqamlarından çox danışmaq olar. Məncə, ömrü sözün içində keçən tələbə yoldaşımın bu yaşda bədii sözə və fikrə dərin etiramı, həyata baxışı, xalq yaradıcılığına söykəyi onun düşüncə tərzinin heç kəsə bənzəməyən orijinal cəhətlərini meydana çıxarır. Və onun bu istedadına, uğuruna biz tələbə dostları da ürəkdən sevinir, onu təbrik edir.

    Ələmdar Cabbarlı

    Zəlimxan Yaqub: “40 ildən çoxdur Bakıdayam, nə sazım, nə ləhcəm, nə də geyim-gecimim dəyişməyib”

    Nisan 17, 2010

    GENİŞ AÇ QAPINI, AY EV YİYƏSİ…

    Ustad şair Zəlimxan Yaqubun bu günlərdə 60 yaşı tamam oldu. Elə bu münasibətlə də xalq şairi – xalqının şairi dövlət başçısı cənab İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görüldü. Ustadın həm 60 illik yubilieyini, həm də “Şərəf” ordenini təbrik etmək üçün onun qapısını döydük. Ürəyi də, süfrəsi də, qapısı da xalqın üzünə açıq olan şair bizi ürəklə, könül xoşluğu ilə qarşıladı. Zəlimxanın ürəyi bir saraydı, Qonaq olun, ay Allahı sevənlər – deyən şairin qonağı olduq.

    MÜSAHİBƏLƏR kategorisinde yayınlandı | Leave a Comment »

    Ələmdar Cabbarlı – Şeirlər

    Nisan 17, 2010

    Allahın əlində

    Başımıza gələn qədər –

    Qəza Allahın əlində.

    Bəndə kimdi cəza versin

    Cəza Allahın əlində.

    Dünya beş-üç günlük yuxu

    Ümid, təlaş, sevinc, qorxu…

    Qismətin, muradın çoxu –

    Azı Allahın əlində.

    Nicat gəzmə başqa yöndə,

    Qurtuluş imanda, dində.

    Dəyişdirə bilməz bəndə

    Yazı Allahın əlində.

    POEZİYA kategorisinde yayınlandı | Leave a Comment »

    ƏLƏMDAR CABBARLI: “Guya Xatəmi özü bilmirdi ki, Nizami türkdür!?”

    Nisan 17, 2010

    ƏLƏMDAR CABBARLI: “Guya Xatəmi özü bilmirdi ki, Nizami türkdür!?”

    “Hər hansı bir yazıçının əsəri öz qaynaqları, kökləri etibarilə, düşüncə tərzinə, obrazlar sisteminə görə milli məzmun daşıya bilər”

    Ələmdar Cabbarlının GÜNAZ.TV-yə müsahibəsi

    – Ələmdar bəy, Bu gün bəzi yazarlardan eşidirik ki, Azərbaycan ədəbiyyatı XIX əsrdən başlayır. Yəni, ona kimi olan ədəbiyyatın, yazılan əsərlərin Azərbaycan ədəbiyyatına heç bir aidiyyəti yoxdur. Bu fikirlərlə razılaşırsınızmı?

    MÜSAHİBƏLƏR kategorisinde yayınlandı | Leave a Comment »

    ƏLƏMDAR CABBARLI – APTEKÇİ (hekayə)

    Nisan 17, 2010

    Gecə yarıdan keçmişdi. Axşamdan aralarında başlayan mübahisə isə hələ də davam edirdi. Cahangir nə əncam eləyirdisə şəhərli qaynını onların rayonunda aptek açmaq fikrindən daşındıra bilmirdi:

    – A kişi, gedib oralarda bankrot olacaqsan, borca düşəcəksən, orda xəstələnən olur ki, dərman da alalar. O camaat hamısı sağlam, buz baltası kimidi. Sən öl bizim kənddə bir Qara Bəkir var – Qərə Bəkir – 3 kilo əti çiy yeyir, heç uf da demir, mədəsi də elə həll eləyir ki, gəl görəsən. Bir dəfə ot biçinində günortaya otuz yumurta götürmüşdü, yanımda iyirmisinin qabığını soyub yedi, sonra dedi ki, ə qa, hövsələm çatmır bunnarı da qabıxlı yeyəjəm. Sən öl dediyi kimi də elədi. İndi sən gedib Bəkirə dərman satacaqsan?

    – Yox eyy, gedəcəyəm, xeyir Allahdan. Ağlıma dolub, eləməliyəm!

    – Ə, orda xəstələnib eləyən olmur eyy, ildə bir-iki adam naxoşduyar, onu da təbii otnan, beçə balıynan, əvəliknən, qantəpərnən, canım sənə desin, kortumnan, yarpıznan, kəkotuynan, nə bilim nə zibilnən – Cahangir əsəbləşdi – sağaldırlar. Ya da atdan-eşşəkdən yıxılıb qolu-qıçı qırılan olur, qız qaçırmaqda, ot bölgüsündə, qoruğa mal girəndə baş-gözü əzilən olur – onnarı da Nağdalı kişi, Mehralı yumurtaynan-zadnan zamaq qoyub sarıyır.

    NƏSR kategorisinde yayınlandı | Leave a Comment »

    İlin ədəbi yekunları açıqlandı

    Nisan 8, 2010

    Yanvar ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Bizim söz” qəzetinin təşəbbüsü və təşkilatçılığı, AYB-nin dəstəyi il 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş Mükafatlandırma Mərasimi keçirildi. Mərasimi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açdı:

    “Bizim söz” qəzeti ədəbi qəzetlərimizdən biridir, cavan qələm sahiblərimiz orada çalışırlar. Bu qəzet dəyərli bir qəzetdir və sakitcə öz işləri ilə məşğul olur. Qəzetin baş redaktoru Ələmdar Cabbarlı belə bir ideyasının olduğunu söylədi və Yazıçılar Birliyi buna məmuniyyətlə dəstək verməyə hazır olduğunu bildirdi. Bu gün də çox sevinirik ki, burada bir qələbəlik var.

    XƏBƏR kategorisinde yayınlandı | Leave a Comment »

    ƏLƏMDAR CABBARLI: “Prezident təqaüdümü qəzetə xərclədim”

    Nisan 8, 2010

    Məlum olduğu kimi “Bizim Söz” qəzeti 2009-cu ilin ədəbi yekunlarına həsr olumuş Mükafatlandırma Mərasimi keçirib. azelim.com saytı bu münasibətlə qəzetin baş redaktoru Ələmdar Cabbarlıdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

    – İlin ədəbi yekunlarını keçirmək haradan ağlınıza gəldi?

    – “Bizim Söz” qəzetini təsis eləyəndə əsas məqsədimiz, əsas hədəfimiz ondan ibarət olmuşdur ki, Azərbaycanda ədəbiyyatı gündəmə gətirək, təbliğ edək, yeni ədəbi simaları cəmiyyətə tanıtdıraq. Yazının devamını oku »

    MÜSAHİBƏLƏR kategorisinde yayınlandı | Leave a Comment »

    ƏLƏMDAR CABBARLI: “MÜASİR ƏDƏBİYYATI YAZARLAR ÖZLƏRİ OXUYUR”

    Mart 29, 2010

    ƏLƏMDAR CABBARLI: “ƏDƏBİ MÜHİTİN BƏZƏN ÇOX HAY-KÜYLƏ QARŞILADIĞI ƏSƏRDƏN OXUCU KÜTLƏSİNİN XƏBƏRİ OLMUR”

    Həmsöhbətimiz yenicə nəşrə başlayan “Bizim söz” qəzetinin baş redaktoru, şair-publisist Ələmdar Cabbarlıdır

    – İlk öncə qəzetinizin nəşrə başlaması münasibətilə sizi təbrik edirəm. Bugünkü qəzet bolluğunda, bir sıra ədəbi dərgi və qəzetlərin çap olunduğu bir zamanda “Bizim söz” nə vəd edir?

    MÜSAHİBƏLƏR kategorisinde yayınlandı | 1 Comment »

Comments are closed, but trackbacks and pingbacks are open.