Press "Enter" to skip to content

Elemdar Mahir – Wikipedia

Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Onun bu janrda yazdığı əsərlər islam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir.

Məhəmməd Füzulinin həyatı və yaradıcılığı

Məhəmməd Süleyman oğlu Bağdad yaxınlığındakı Kərbəlada dünyaya göz açmışdır. Qaynaqlarda onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilmişdir. Şairin “mövlana” adlandırılması da bununla bağlıdır.

O, yaradıcılığa erkən yaşlarında başlamış, özünə “Füzuli” təxəllüsünü seçmişdir. Füzuli yalnız şairliklə məşğul olmamış, dini ocaqlarda xidmət etmişdir. Bu işinə görə aldığı maaşla sadə, qənaətcil həyat yaşamışdır. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarları tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir. O dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında ətraflı məlumat əks olunmamışdır. Onu şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüəra” adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da qeyd etmişdir.

Şairin yeganə övladı Fəzli dərin elmi biliyi ilə seçilən ziyalı olmuşdur. Onun zərif şeirlər yazması barədə mənbələrdə məlumat vardır.

Doğulub-yaşadığı İraqdan heç vaxt ayrılmayan Füzuli 1556-cı ildə Kərbəlada vəfat etmiş və İmam Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir.

Şairdən bizə qalan zəngin bədii irs aşağıdakılardan ibarətdir: Azərbaycan türkcəsində divan, fars dilində divan, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət divan — qəsidələr divanı. Azərbaycan dilində yazılmış poemalar: “Leyli və Məcnun”, “Bəngü badə”, “Söhbətül-əsmar”. Fars dilində poema: “Həft cam”. Azərbaycan türkcəsində nəsr əsərləri: “Hədiqətüs-süəda”, nəsrlə məktublar. Fars dilində nəsr əsərləri: “Rindü Zahid”, “Səhhət və Mərəz”. Ərəb dilində elmi-fəlsəfi əsər: “Mətləül-etiqad”. Fars dilindən tərcümə: “Hədisi- ərbəin”.

Daha çox lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və s. janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır.

Şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda qələmə alınıb. Bunların sırasında məhəbbət mövzusunda yazılanlar, gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur.

Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izahı xüsusi diqqət tələb edir. Onun tərənnüm etdiyi məhəbbət, çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, yaxud fərqləndirmək mümkün olmur. Lakin bütün hallarda lirik qəhrəman mənəvi saflığı, möhkəm iradəsi, sədaqətli və əzəmətli olması ilə diqqəti çəkir.

Şairin ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, şəxsi həyatına və s. münasibəti əks olunmuşdur.

Füzuli qəsidələrini daha çox ana dilində yazmışdır. Onun bu janrda yazdığı əsərlər islam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir.

Şairin poemaları yaradıcılığında xüsusi yer tutur. “Leyli və Məcnun” (1537) çıxılmaqla, qalan üç poema alleqorik səciyyəlidir. Bu üç poema müxtəlif mövzularda yazılsa da, ideyalarında oxşarlıqlar da var. Onlarda təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi (“Bəngü Badə” ), şöhrətpərəstlik, mənəmlik (“Söhbətül-əsmar”), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər (“Həft cam”) kəskin tənqid edilmişdir.

Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun “Şikayətnamə” adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir. Ana dilində olan “Hədiqətüs-süəda” (tərcümə olduğunu iddia edənlər də var) əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunmuşdur.

Farsca yazılmış “Rindü Zahid”in əsasında insan, həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. Fars dilində nəsrlə yazılmış “Səhhət və Mərəz” alleqorik əsərində isə müəllifin elmi, dini-fəlsəfi və sufi-panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır.

Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınmışdır. Tərcümələri arasında “Hədisi-ərbəin” (“Qırx hədis”) önəmli yer tutur. Fars-tacik şairi Əbdürrəhman Caminin eyniadlı əsərini ana dilinə tərcümə etməklə şair türkdilli oxucuların bu məşhur əsərdən faydalanmaları, zövq almaları məqsədini güdmüşdür.

Elemdar Mahir – Wikipedia

Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. [2] Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbr və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.

1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir.

Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur. [3]

  • Səadət intizarında — Bakı: 1998
  • Mənim tanıdığım Füzuli — Bakı: Nurlan — 2009
  • Külliyyat (Əsərləri) — Bakı: Nurlan — 2009
  • Söz və musiqi beşiyi — Nardaran — Bakı: Adiloğlu 2009

İstinadlar

  1. 12https://oxu.az/culture/15132.
  2. Türkan Bəşir, Elmin Nuri.” ” Bir kəndin məşhurları” – Nardaran kəndinin tanınmışları” (az.) . modern.az. 22.09.2015. 2021-04-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-11-27 .
  3. ↑Mərhum Hacı Ələmdar Mahir Nardarani dəfn mərasimi — FotolarArxivləşdirilib 2016-03-05 at the Wayback Machine — nardaranpiri.com saytı

“Mənim tanıdığım Füzuli”

Martın 6-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış tədqiqatçı, şair Hacı Ələmdar Mahirin “Mənim tanıdığım Füzuli” və “Füzulinin qəzəllərinin şərhi” adlı kitablarının “İmza günü” keçirildi.

AYB-nin tərcümə bölməsinin rəhbəri, “Ulduz” jurnalının şöbə müdiri İlqar Fəhmi tədbiri açaraq şairin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Hacı Ələmdar Mahir Bakının Nardaran kəndində dünyaya göz açıb, ağlı kəsəndən İslam dini ehkamlarını, klassik Şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləyib, hikmət incilərini yaddaşına həkk edib.
Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas Arif Əmrahoğlu şairin əsərlərinin bədii xüsusiyyətlərindən, müəllifin yaradıcılıq üslubundan söhbət açdı.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli çıxışında qeyd etdi ki, Hacı Ələmdar Mahir bu kitabları ərsəyə gətirməklə Füzuliyə illər boyu içində bəslədiyi məhəbbəti ifadə etmişdir. “Bu kitabları tədqiqat əsəri də saymaq olar, çünki burada dahi şairin yaradıcılığının poetik xüsusiyyətləri şərh olunur, onun şeirlərində istifadə etdiyi məcazlar sistemi nəzərdən keçirilir”. Füzuli haqqında çox yazılıb və yazılacaq da. Amma Füzulini dərk etmədən, onun poetik dünyasına bələd olmadan ciddi bir söz demək çox çətindir. Hacı Ələmdar Füzuli heyranı olmaqdan Füzulini dərk etməyə qədər böyük bir yol keçib.
Kitabın redaktoru Hacı Mustafa, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, ədəbiyyatşünas alim Tərlan Quliyev, tarzən Zamiq Əliyev, şair Paşa Qəlbinur, etnoqraf Təvəkkül Səlimov və digərləri öz çıxışlarında qeyd etdilər ki, Ələmdar Mahirin öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi var ki, bu da onun iti hafizəyə, güclü yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, o, istər din və şəriət məsələlərində, istərsə də klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. Onun “Mənim tanıdığım Füzuli” kitabı həm də Füzuli sənətinə yaxşı bələd olan bir söz adamının orijinal düşüncələri kimi maraqlıdır. Hacı Ələmdar klassik şeir poetikasına yaxşı bələd olan az sayda tədqiqatçılarımızdandır.
Çıxış edənlər üç cilddə nəşr olunmuş “Füzuli qəzəllərinin şərhi” kitabını da yüksək qiymətləndirdilər.
Sonda Hacı Ələmdar Mahir tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, kitablarını öz imzası ilə oxuculara təqdim etdi.

Comments are closed, but trackbacks and pingbacks are open.