Press "Enter" to skip to content

Ummsafiyya s Blog

Hz. Lokman’dan Oğluna Öğütler

Kur’an-ı Kerim’i Tanıyalım

4.Sınıf Kur’an-ı Kerim’ i Tanıyalım Ünitesi ile ilgili Materyaller İçermektedir.

15 Mayıs 2012 Salı

Hz.Lokman’ ın Oğluna Verdiği Öğütler Çocuklarla Paylaşılır.

Hz. Lokman’dan Oğluna Öğütler

  • Kötü huydan gönül dağınıklığından sakın.
  • Sabırsız olma yoksa arkadaş bulamazsın.
  • İşini severek yap sıkıntılara katlan.
  • Bütün insanlara karşı iyi huylu ol.
  • Helal lokma ye ve işlerinden alimler danış.
  • İşlerinin nasıl yapacağını onlara sor.
  • Merhamet eden merahmet bulur.
  • Sukut eden selamete erer.
  • Hayır söyleyen kar eder.
  • Kötü konuşan günahkar olur.
  • Diline hakim olmayan pişman olur.
  • Birisiyle dostluk kurmak istiyorsan, önce onu öfkelendirecek bişey yap. şayet öfkeli iken insaflı davranırsa ona yaklaş, insafsız davranırsa ondan uzak dur.
  • İki dünyada mesut olmak istiyorsan kendini anla.
  • Okuyup bilgili olmaya çalış, çalış ki bilenle bilmeyen bir olmaz.

Gönderen Yasemin Kamay- 10040202 zaman: 08:19

Loğmanın oğluna nəsihəti

“(Ya Rəsulum!) Yadında qalsın ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”. Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara qulaq as!), tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır! Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman: 13-19).

Advertisement

Share this:

Like this:

Like Loading.

Related

Posted on April 6, 2014 by ummsafiyya • This entry was tagged günün ayəsi. Bookmark the permalink.

Leave a Reply Cancel reply

Recent Posts

  • (no title)
  • Деревянные куклы
  • Книжка для Ханифы
  • Книжка-домик из фетра
  • ПРИЧИНЫ ПРАВЕДНОСТИ ДЕТЕЙ!

Recent Comments

ummsafiyya on Коврик для намаза и хиджаб…
Khessa on Коврик для намаза и хиджаб…
umm Amal on Коврик для намаза и хиджаб…
ummsafiyya on Коврик для намаза и хиджаб…
ummsafiyya on Коврик для намаза и хиджаб…

Archives

Categories

Meta

Recent Posts

  • (no title)
  • Деревянные куклы
  • Книжка для Ханифы
  • Книжка-домик из фетра
  • ПРИЧИНЫ ПРАВЕДНОСТИ ДЕТЕЙ!

Recent Comments

ummsafiyya on Коврик для намаза и хиджаб…
Khessa on Коврик для намаза и хиджаб…
umm Amal on Коврик для намаза и хиджаб…
ummsafiyya on Коврик для намаза и хиджаб…
ummsafiyya on Коврик для намаза и хиджаб…

Loğmanın oğluna nəsihətləri

• Ey oğlum! Dünyaya o qədər aludə olma ki, axirəti unudasan. Dünyaya o qədər etinasız olma ki, müftəxorcasına başqalarına yük olasan. • Oğlum! Səndən əvvəl atalar öz övladları üçün mal-dövlət toplayırdılar. Amma nə mal-dövlətin özü qaldı, nə də sahibi. Ey oğlum! Elə hesab et ki, bu dünyada səni bəzi işlər üçün nökər tutublar, mükafat vədəsini də veriblər. Öz vəzifəni yerinə yetir ki, vaxtında muzdunu ala biləsən… Bu dünyada qoyun kimi yaşama; qoyunu otarırlar ki, kökəlsin; kökələn kimi də kəsirlər. Dünyanı körpü hesab et. Sən bu körpüdən birdəfəlik keçməlisən və bir daha oraya qayıtmayacaqsan. • Ey oğlum! Bil ki, qiyamət günündə Allahın hüzurunda səndən dörd məsələ barəsində soruşulacaq: Cavanlığını hansı yolda keçirmisən; ömrünü nəyə sərf etmisən; mal-dövlətini haradan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş! • Min nəfər dostun olsa yenə azdır. Bircə düşmən qazanmağa da çalışma, çünki düşmən bircə nəfər olsa da çoxdur. • Ey oğlum, heç vaxt yalnız buna görə elm öyrənmə ki, alimlərin qarşısında öyünəsən, səfehlərlə mənasız mübahisələr aparasan, məclislərdə özünü göstərəsən. • Yetimin malını yemə, yoxsa qiyamət günü rüsvay olarsan və sənə əmr edərlər ki, yetimin malını özünə qaytarasan, amma bunu edə bilməzsən. • Günahlardan tövbə etməyi təxirə salma, çünki ölüm qəfil gəlir. • Ey oğlum! Hər kim: “Ey Allah, bağışla!” – desə, günahları bağışlanmaz. O adamın günahları bağışlanır ki, Allahın əmrlərinə əməl edir. • Pis yoldaşdansa, tənhalıq yaxşıdır. • Ey oğlum! Özündən böyüklərlə məşvərət et. Hərdən özündən kiçiklərlə də məsləhətləşməkdən utanma. • Günahkar və bədxasiyyət adamlarla dostluq etmə! Onlar köpək kimidirlər; əgər səndə bir şey tapsalar, yeyib qarınlarını doyurarlar. Əks halda sənin barəndə pis sözlər danışıb səni rüsvay edərlər. Onların dostluğu bir saatdan artıq sürməz. • Ağıllı adama o xasiyyət yaraşır ki, öz ailəsi ilə uşaq kimi rəftar etsin, cəmiyyət içində isə özünü vüqarla aparsın. • Ey oğlum, camaatı söymə ki, öz ata-anan da söyülməsin. • Ey oğlum, insanın vücudu üç hissədən ibarətdir. Bunların biri Allaha aid, digəri özünə aiddir, o biri isə ilan-çayır və həşəratlar üçündür. Allaha aid olan hissə ruhdan ibarətdir. İnsanın özünə aid olan hissə onun əməlləridir. İnsanın bədəni isə (öləndən sonra) ilan-çayır və həşəratlara qalar. İlan-çayırdan ötrü (yəni öz cismani istəkləri üçün) çalışan adam ziyan çəkmişdir. • Ey oğlum, pislik pisliklə ləğv edilməz; axı odu odla söndürməzlər. Pisliyi yaxşılıq vasitəsilə ləğv edərlər; odu su ilə söndürərlər. • İnsanları yaxşı əməllərə çağır, pis işlərdən çəkindir. Nə qədər ki, səni hesaba çəkməyiblər, öz-özünü hesab çək! • Söz gümüşdürsə, sükut qızıldır.

Comments are closed, but trackbacks and pingbacks are open.