Lombard işçisi damarlarını kəsib bıçağı ürəyinə sancdı – İki qız atası idi
Səbail Rayon Məhkəməsində deputat Rüfət Quliyevin vətəndaş Nuranə Səfərovaya qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Bu barədə vəkil Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, mülki iş üzrə icraat
Lombard işçisi: “İndi camaatda qızıl da yoxdur”
“Yüz manatlıq üzüyümə lombardda 50 manat verdilər. Hər ay beş faiz ödəyirdim. Neçə müddət ödədim. Axırda elə çətin vəziyyətə düşdüm ki, lombardın qoyduğu vaxtadək pulu ödəyə bilmədim, üzüyüm batdı”. Beləcə, Sevda Məhərrəmovanın bəxt üzüyünü lombard “udub”. Ancaq çarəsizlikdən yenə yolunu lombarddan salmağa məcbur qalıb. Bu dəfə sırğalarını girov qoyub. Sırğaları daha qiymətli olduğundan, bu dəfə lombard 65 manat verib: “Həmin gün həyat yoldaşıma dərman alacaqdım, ancaq heç kim mənə o gün 70 manat vermədi. Evdə beş manat vardı. Oğlumun da maaşına hələ neçə gün qalırdı. Məcbur oldum, yenə lombarda getdim”. Banklar kredit verməyi “sevmir”, lombardlarsa “soyur” Sevda deyir ki, bir dəfə yolunu oraya salan, çətinə düşəndə yenə gedər. Sonunda səndən ötrü dəyərli əşyalar əlindən çıxsa da: “Mənim bir rəfiqəm vardı. O, üzüyünü, sırğalarını, qızıl saatını, boyunbağını qoymuşdu lombarda. Sonra məlum olmuşdu ki, həmin qızıllarını ona bənzər, ancaq o əyar və dəyərdə olmayan qızıllarla dəyişiblər. Kimə və necə sübut edəcəkdi ki… Bizi kimi adamların başqa əlacı yoxdur, ona görə lombarda gedirik”. “Camaatın çarəsizliyindən yararlanırlar” Lombarda qızıllarını qoyub pul götürməyə gələnlər də riskə getdiklərinin fərqindədirlər, amma başqa çarələri yoxdur: – Girov qoyduğun qızıldan çox aşağı qiymətə pul verirlər. Bir də görürsən ki, qızılını qoyduğun ünvandan lombardı tapa bilmirsən, o qədər çətinlik var ki… – Mən özüm bir-iki ay lombardın faizini ödəmişəm. Yenə ödəməyə davam edəcəkdim, ancaq lombard yoxa çıxmışdı… – Camaatın çarəsizliyindən istifadə edirlər, fırıldaq gəlirlər. Ancaq adam məcbur qalır. İqtisadçı: “Özbaşınalıqdır” İndi Bakıda az qala hər küçədə, hətta zirzəmilərdə də lombardlar fəaliyyət göstərir. Axı indi lombard fəaliyyəti göstərmək asandır. 2002-ci ilədək lombardlara Mərkəzi bank həm lisenziya verir, işi tənzimləyir, həm də bu fəaliyyəti nəzarətə götürürdü. Sonradan qanunlar dəyişdirilib. İndi bu sahə ilə məşğul olanlar, sadəcə, qeydiyyatdan keçib işə başlayırlar. Bankların daxilində fəaliyyət göstərən lombard xidmətləri də var. Ancaq lombardlar, banklardan fərqli olaraq, şəxsiyyət vəsiqəsindən və qoyulacaq girovdan başqa heç bir sənəd, iş yerindən arayış, ya da zamin tələb etmir. Lombard (illüstrasiya) İqtisadçı Rəşad Həsənovun fikrincə, lombardla bağlı qanunvericilikdə yetərincə boşluq var və bu, həmin sektorda özbaşınalığın həcmini artırıb: “Belə bir şəraitdə vətəndaş, təbii ki, ciddi risklərlə üz-üzədir. Axı, demək olar, banklar indi kredit vermir. Belə olanda əhalinin üz tutacağı yer lombardlardır. Ancaq risklər çox yüksəkdir, çünki hər hansı bir lombardın girovu götürüb qısa müddətdə likvidləşdirərək, ölkəni tərk etməsinə heç bir maneə yoxdur. Lombardlarda girovlar 50 faiz dəyərində qiymətləndirilir. Bu fəaliyyətlə məşğul olan sahibkar 500 min dollar vəsaiti verməkdən ötrü 1 milyon dollarlıq qızıl yığa, onu qisa müddətdə 800 minə livkidləşdirib, ölkəni tərk edı bilər. Elə bu baxımdan lombardların fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə və nəzarət mexanizminin formalaşdırılmasına nail olmaq lazımdır”. “İndi, deyəsən, camaatda qızıl da yoxdur”
Gözdən qaçırmayın: “Dilənçiyə” çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var
Rəşad Həsənov deyir ki, bəzi lombardların saxlanc yerləri etibarlı deyil, yaxşı qorunmur. Lombardda çalışan Kərim Əliyev lombardların vətəndaşları aldatması, yaxşı qorunmaması ittihamıyla razı deyil: “Hər şey sənəd, razılıq əsasında olur. Biz heç kimi heç nəyə məcbur etmirik. Mühafizə isə yüksək səviyyədədir. Adamla çox şey deyir. Ancaq biz işimizi yüksək səviyyədə qururuq”. O, “Girovu 5-6 faiz qarşılığında veririk. Əgər qoyulan girov çox olsa, 4 faizlə veririk. İndi heç işlərimiz yaxşı gətirmir. Çoxu qızıllarını gəlib götürür, bir ara çox gəlirdilər, indi, deyəsən, camaatda qızıl da yoxdur”. Deputat: “Problem bank sistemindədir” Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov problemin qanunvericilikdən deyil, bank sistemindən qaynaqlandığına inanır: “Azərbaycan bank sistemində problemlər olduğundan, lombardlar fəaliyyətlərini genişləndiriblər. İnsanlar lombardlara daha çox üz tuturlar. Lombardlarda da adamları ciddi aldadırlar. Qiymətqoyma prinsipi həyata keçirilmir, qanunlara riayət olunmur. Ona görə də lombardların fəaliyyəti genişlənib. Elə eləmək lazımdır ki, insanlar ona lazım olan valyutanı bankdan alsın və lombardlara o qədər də ehtiyac qalmasın. Banklar aşağı faizlə vəsait versələr, daha çox insanın maraqlarını təmin etsələr, onda lombardlara da ehtiyac olmaz. Bu, müvəqqəti haldır, çünki bank sistemi ilə bağlı çox ciddi islahatlar gerçəkləşdirilməyə başlanıb. Ona görə banklar da bu vəziyyətdən istifadə edib insanlara kredit vermirlər. Amma indi Maliyyə Bazarına Nəzarət Palatasında bankların diaqnostikası tam yekunlaşdırılır və müəyyən qərarlar veriləcək. Yəqin ki, bir müddət sonra o problem aradan qaldırılacaq. Lombardların fəaliyyətinə gəlincə, ola bilər qanunda müəyyən boşluqlar var. O məsələyə də biz baxacağıq”. “Bir ay vaxtım qalıb, qorxuram…” Sevda Məhərrəmova isə növbəti ayın faizini lombarda ödəyəndən sonra dərindən nəfəs alır: “Bu ayı belə yola verdik, indi bir ay vaxtım qalıb. Qorxuram sırğalarım da əlimdən çıxsın”.
Son Xeberler
Lombard işçisi damarlarını kəsib bıçağı ürəyinə sancdı – İki qız atası idi
Lombard işçisi olan 1970-ci il təvəllüdlü Paşayev Etibar Quraş oğlu Pirallahı rayonunun Zirə qəsəbəsində özünü öldürüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
İntihar hadisəsi iyulun 31-i axşam saatlarında baş verib. E.Paşayev bağ sahəsində qolunun vena damarlarını kəsib və bıçağı ürəyinə sancıb.
Onun yığılan borclara görə intihar etdiyi ehtimal olunur. Borcun dəqiq məbləği isə məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi qaldırılıb.
E.Paşayev iki qız atası olub.
Xəbərlər Baxılıb: 971 Tarix: 01 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Ağ saçları 5 dəqiqədə qaraldan şampun
Məhsul haqqında. Dexe Black Hair Shampoo. Ağ saçları qaraldan şampun. Artıq bəylərimiz də komplekslərindən asanlıqla qurtula bilər. Sizi cavan göstərəcək bu məhsul vasitəsiylə ağ saçlara əlvida deyin. 100% Təbii Subaru Saç Qaraldan Şampun. İlk İstifadədə Bütün Bəyazlarınızdan kurtulmanızı Sağlar!. Özünüz
Dexe şampunla daha möhkəm və uzun saçlara sahib olacaqsınız
Saçlarımız xarici görünüşümüzdə böyük rol oynasa da, bəzən stress, bəzən yanlış qidalanma, bəzən genetik, bəzənsə kənar amillər və s. səbəblərdən tökülə bilir. Komplekslərimizdən qurtulmağı nə qədər çox bacarsaq belə, saç tökülməsinin həyatımızdakı mənfi rolu danılmazdır. Tökülən saçların bərpası üçü
Bu içkidən gündə 1 stəkan içsəniz inanılmaz dərəcədə arıqlayacaqsınız – foto
Məhsul haqqında. Diqqət BLACK LATEE – Arıqladici kofelər. artıq Bakıda – Yetərincə taninmiş məhsul. Hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artıq mayen
Arıqlamaq istəyənlərin diqqətinə! Teff çayı ilə sağlam arıqlayın
Məhsul haqqında. Teff toxumlu çayının içilmı qaydası:Gün ərzində bir dəfə səhər yeməyindən 20 dəqiqə əvvəl ac qarnına içilir.Qaynanmış,qaynar suya əlavə edib 8-10 dəq dəmlənməsini gözləyirsiniz,daha sonra qarısdırıb,çöküntü ilə birlikdə içirsiz. Metrolara Çatdırılma Pulsuz !. WhatsApp +994 55 239 5
Brend qadın və kişi saatlarının ən sərfəli qiymətə satışı burada
Brend saatların ən sərfəli qiymətə satışı yalnız saytında. Orijinal saatları buradan əldə edin. Saatlar 1 il zəmanətlə satılır. 1 gün ərzində çatdırılma var. Metrolara çatdırılma pulsuzdur. Məhsullar orijinal qablaşdırılmada təqdim edilir. Sərfəli qiymətə saatları BURADAN ALIN
Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ – foto
SMOKE OUT məhsulu artıq Azərbaycanda. Siqareti tərk etmək və bu pis vərdişdən birdəfəlik xilas olmaq üçün SMOKE OUT var artıq. Bu bitki tərkibli təbii məhsul siqaretdən tez bir zamanda xilas olmağın ən effektiv yoludur. WhatsApp +994 55 239 54 49. Məhsulu BURADAN SİFARİŞ EDİN
Təbii, cinsi aktivliyi artıran vasitə
Məhsul haqqında. Tərkibində cinsi aktivliyi, cinsi istəyi və potensiyanı artıran yohimbe kökündən hazırlanan afrodizyak ekstraktı, Peru Maca kökü, Muira puama qabığı və jenşen ekstraktları unikal dəsti daxildir. Yohimbe kökü güclü cinsi stimulyatordur, hansıki, güclü ereksiya yaradır. Muir Puam qabığını
Prostal – Prostat vəzin funksiyasını yaxşılaşdıran məcun
Məhsul haqqında. Prostat vəzi adenomasının əlamətləri – sidik ifrazı pozulmaları, cinsi zəiflik və ağrı. Deyildiyi kimi, prostat vəzi böyüdükdə sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını əngəlləməyə başlayır və sıxılmanın dərəcəsindən asılı olaraq sidik ifrazının pozulmalar
Ətirlərə ŞOK ENDİRİM
da ŞOK KAMPANİYA ! Bütün ətirlərə ŞOK ENDİRİM! . Şirin, acı, turş, tünd, açıq istədiyiniz hər növ yüzlərlə çeşidli ətirlərSEBET.AZ saytında. Kampaniyanın vaxtı bitmədən saytına daxil olun, keyfiyyətli və qalıcı ətirlərimizdən faydalanın. Əldə etdikdən sonra, əminliklə razı qalacağınıza təminat veririk
Qızıl oğurlayan lombard işçisinə hökm OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Sonxeber.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A.Şıxverdiyev müxtəlif bəhanələrlə pulu və qızılı geri qaytarmayıb. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
MƏQALƏDƏ: lombard məhkəmə
Hadisə Baxılıb: 1442 Tarix: 31 avqust 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Azərbaycanda hamilə pilot-qadın zəhərlənib öldü
Kapitan rütbəli qadın pilotumuz 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva dünən dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, o uşaq dünyaya gətirməyə hazırlaşırmış. Səhhətində yaranan problemlərə görə dünyasını dəyişib. Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir. Səhiyyə Nazirliy
Salyanda QƏZA – yaralanan var
Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun 2-ci kilometrliyində Kürqaraqaşlı kəndi ərazisindəki mərkəzi xəstəxananın qarşısında qeydə alınıb. Belə ki, “Nissan” markalı avtomobill
Türkiyədə hərbi çevriliş Azərbaycana qarşı da cinayətdir- NAZİR
Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər edib. bildirir ki, R. Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Ə. Ala deyib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında münasibətlərdə terrorl
“Nardaran işi” yenidən GÜNDƏMDƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə proses
Dedilər adına 1 milyon 250 min borc var. ŞAHİD
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnte
Sentyabrın ilk günü yağış yağacaq
Sentyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var
Bakıda 2 yaşlı uşağın FACİƏVİ SONU
Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. DİN-ə istinadən bildirir ki, avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub. Araşdırma aparılır
Deputat Rüfət Quliyevin məhkəməsi başa çatdı-300 minlik
Səbail Rayon Məhkəməsində deputat Rüfət Quliyevin vətəndaş Nuranə Səfərovaya qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Bu barədə vəkil Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, mülki iş üzrə icraat
Rza Zərrabdan XƏBƏR VAR
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaqda günahlandırılaraq həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın işinə yeni hakim baxa bilər. Bu məqsədlə Zərrabın vəkilləri məhkəməyə müraciət edərək hakimin dəyişdirilməsini tələb ediblər. Məhkəməyə təqdim olunan sənəddə hazırki hakim Riçard Bermanı
Comments are closed, but trackbacks and pingbacks are open.