Press "Enter" to skip to content

Lətif hüseynov beynəlxalq hüquq

Qeyd etmək lazımdır ki,”beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç də düzgün əks etdirmir.Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış ”jus gentium”(“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə,bu termin dünyanın əksər dillərində də məhz “xalqlar arasındakı hüquq”mənasında işlədilir (məsələn,ingilis dilində-international law,fransız dilində-droit international,ispan dilində-derecho international,alman dilində-Völkerrecht,türk dilində-milletlerarası hukuk,rus dilində-международное право və s.).Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarası hüquq kimi başa düşülməlidir,çünki beynəlxalq hüquq bilavasitə xalqlar tərəfindən yaradılmır və xalqlar üçün deyil,mahiyyət etibarilə dövlətlər üçün,dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür.Doğrudur,mövcud beynəlxalq hüquq normalarına görə,xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara malikdirlər,məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddəratını təyin etmək hüququ),inkişaf hüququ,sülh hüququ və s.Digər tərəfdən,sonrakı mövzulardan bizə məlum olacaqdır ki,beynəlxalq hüquq,dövlətlərin müvafiq razılaşmasından sonra,digər subyektlər üçün də,məsələn,beynəlxalq təşkilatlar,transmilli korporasiyalar,fərdlər üçün də beynəlxalq hüquq və vəzifələr nəzərdə tuta bilər.Bununla belə,öz təbiətinə görə,beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılan,əsasən,dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin özü tərəfindən təmin edilən hüquq sistemi olaraq qalır.

Pirimov’s Blog

Do not write post if you don’t know what to write! It’s as simple as that.

Beynəlxalq Hüququn Anlayışı və Mənbələri

Beynəlxalq Hüququn Anlayışı və Mənbələri

1.Beynəlxalq Hüququn anlayışı

Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdə hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövləylərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır.

Bu hüquq beynəlxalq hüquq adlanır.Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir.O,məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır.Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin,demək olar ki,hər bir aspektini əhatə edir.Bu normalar vasitəsilə dənizdən,hava məkanından və kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır; beynəlxalq ticarət həyata keçirilir, ətraf mühitin mühafizəsi, insan hüquqlarının beynəlxalq müdafiəsi,cinayətkarların təhvil verilməsi və.s. Kimi dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya və xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçırilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən,diplomatiya beynəlxalq hüquq normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.

Qeyd etmək lazımdır ki,”beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç də düzgün əks etdirmir.Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış ”jus gentium”(“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə,bu termin dünyanın əksər dillərində də məhz “xalqlar arasındakı hüquq”mənasında işlədilir (məsələn,ingilis dilində-international law,fransız dilində-droit international,ispan dilində-derecho international,alman dilində-Völkerrecht,türk dilində-milletlerarası hukuk,rus dilində-международное право və s.).Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarası hüquq kimi başa düşülməlidir,çünki beynəlxalq hüquq bilavasitə xalqlar tərəfindən yaradılmır və xalqlar üçün deyil,mahiyyət etibarilə dövlətlər üçün,dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür.Doğrudur,mövcud beynəlxalq hüquq normalarına görə,xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara malikdirlər,məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddəratını təyin etmək hüququ),inkişaf hüququ,sülh hüququ və s.Digər tərəfdən,sonrakı mövzulardan bizə məlum olacaqdır ki,beynəlxalq hüquq,dövlətlərin müvafiq razılaşmasından sonra,digər subyektlər üçün də,məsələn,beynəlxalq təşkilatlar,transmilli korporasiyalar,fərdlər üçün də beynəlxalq hüquq və vəzifələr nəzərdə tuta bilər.Bununla belə,öz təbiətinə görə,beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılan,əsasən,dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin özü tərəfindən təmin edilən hüquq sistemi olaraq qalır.

Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar:

Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.

2.Beynəlxalq hüququn xüsusiyyətləri

Təbii ki,obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası,bu normalar da müvafiq subyektlər üçün hüquqi,ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir.Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir.Bu xüsusiyyətlər,hər şeydən öncə,beynəlxalq hüququn mövcud olduğu və fəaliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren,formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlqədardır.Birincisi,fiziki və hüquqi şəxslər və dövlət orqanları arasındakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq,beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasında yaranan münasibətləri nizama salır.İkincisi,beynəlxalq sistemdə qanunverici orqan yoxdur.Heç bir beynəlxalq təşkilat və ya orqan,o cümlədən Birləşmiş Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir.Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən parlamentlər də (məsələn,Avropa İttifaqında-Avropa parlamenti, Avropa Şurasında-Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da,”qanunvericilik” səlahiyyətindən məhrumdurlar.Üçüncüsü,beynəlxalq sistemdə,dövlətin daxilində olduğu kimi,mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur.Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır;beynəlxalq hüququn yaradıcısı və başlıca təminatçısı dövlətlərdir.Lakin bəzi hallarda bu funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə edirlər.Məsələn,BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər.BMT-nin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki,o,bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq verdikdə baxa bilər.Sadə dillə desək,ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş dövləti belə onun razılığı olmadan Beynəlxalq Məhkəməyə vermək olmaz.

Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək üçün olduqca mühüm bir məqama diqqət yetirmək lazımdır.Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili hüquqdan fərqləndirən daha bir cəhəti nəzərə çarpdırmaq istəyirik.Söhbət ondan gedir ki,səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq normaları prinsip etibarilə dövlətin bütün ərazisinəvə bu ərazidə olan bütün fiziki və hüquqi şəxslərə şamil edilir.Beynəlxalq hüquq isə belə yekcins deyildir və ola da bilməz.Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbul edilməməlidir ki,söhbət burada yalnız dünyanın bütün dövlətlərini əhatə edən,bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir.Qeyd edildiyi kimi,beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də,bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri üçün məcburi olan norma da beynəlxalq hüquq deməkdir.Bunu nəzərə almaqla,beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ və partikulyar beynəlxalq hüququ ayırmaq olar.Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan”ümumi beynəlxalq hüquq” termini vasitəsilə bütün dövlətlər üçün məcburi olan beynəlxalq hüquq normaları ifadə olunur.Bu normalara hamılıqla tanınmış prinsiplər və ya hamılıqla tanınmış normalar da deyirlər.Partikkulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir.Bu baxımdan,məsələn,hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə,biz bunu,daha dəqiq desək,həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.

3.Beynəlxalq ümumi hüquq və Beynəlxalq xüsusi hüquq

Bəzən beynəlxalq hüquq anlamı geniş mənada işlədilir və iki müstəqil normativ kompleks və elm sahəsi olan beynəlxalq ümumi hüquq (public international law) və beynəlxalq xüsusi hüquq(private international law) buraya daxil edilir.Beynəlxalq ümumi hüquq dedikdə,yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz dövlətlərarası hüquq başa düşülür.Əslində bu terminə beynəlxalq praktikada,demək olar ki,rast gəlinmir və o,əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur;onun əvəzinə hamı üçün anlaşıqlı olan “beynəlxalq hüquq” termini işlədilir.Beynəlxalq xüsusi hüquqa gəldikdə isə,o,qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri,yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür.Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə mövcuddur.Belə ki, a) onların hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər döövlətin hüquq subyektliyini tanıyır; c) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır.

Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq lazımdır.Bu fərqlər aşağıdakılardır:

Beynəlxalq ümumi hüquqda(BÜH)-dövlətlər,beynəlxalq təşkilatlar,dövlətəbənzər qurumlar və s.

Beynəlxalq xüsusi hüquqda(BXH)-fiziki və hüquqi şəxslər

BÜH-də- dövlətlərarası hakimiyyət xarakterli münasibətlər;

BXH-də- beynəlxalq xüsusi hüquq xarakterli(mülki,ailə,əmək və s.)münasibətlər;

BÜH-də- beynəlxalq müqavilə,beynəlxalq adət və s.;

BXH-də- milli qanunvericilik,beynəlxalq müqavilələr,ticarət adətləri və s.;

4)nizamasalma metoduna görə:

BÜH-də- müstəqil dövlətlərin razılığa gəlməsi;

BXH-də- ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması(bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

5)ortaya çıxan məsuliyyətin xarakterinə görə;

BÜH-də- beynəlxalq-hüquqi məsuliyyət;

BXH-də- mülki-hüquqi məsuliyyət.

4.Müasir beynəlxalq hüququn əsas cəhətləri

Nəhayət,bu mövzu çərçivəsində daha bir məqamı da qeyd etmək istəyirik.Beynəlxalq hüquq elmində və habelə praktikada”müasir beynəlxalq hüquq”ifadəsinə tez-tez rast gəmək olur.Bu ifadə təkcə zaman mənasında deyil,daha çox keyfiyyət baxımından işlədilir.Bu gün qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan keyfiyyətcə kəskin surətdə fərqlənir.Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:

a)bu gün beynəlxalq hüquq təkcə sivil və xristian dövlətlərin deyil,bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir;

b)müharibə və istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir;

c)əsas insan hüquq və azadlıqlarına hörmət ediləməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə yiyələnmişdir;

ç)beynəlxalq normativ sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin(yəni bütün beynəlxalq birliyə qarşı olan öhdəliklər)olması hamılıqla qəbul edilmişdir;

d)beynəlxalq cinayətlərə (təcavüz,genosid,müharibə cinayətləri,insanlıq əleyhinə cinayətlər,beynəlxalq terrorizm,narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və s.) görə dövlətlərin və fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır.

Lətif hüseynov beynəlxalq hüquq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti payız sessiyası çərçivəsində qurumun bugünkü plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu gün səhər saatlarından başlayıb gün ərzində davam edən seçkilərdə Assambleya üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə layiq görüblər. Səsvermələrdə qalib gəlmiş Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplaya biliblər. Ümumilikdə keçirilmiş seçkilərdə 203 parlamentar iştirak edib, onlardan cəmi 25-i bitərəf qalıb.

Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən, Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Hüquq üzrə elmlər doktoru Lətif Hüseynov 1964-ci ilin fevralın 1-də Azərbaycanın Ağdam şəhərində anadan olub. O, uzun illər Azərbaycanın ali təhsil ocaqlarında, Elmlər Akademiyasında hüquq elmləri üzrə professor kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

Lətif Hüseynov eyni zamanda, Avropa Şurası (AŞ) və BMT qurumlarında təmsil olunub və mühüm vəzifələr tutub. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004-2015-ci illər arasında AŞ-nın İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib.

Xatırladaq ki, AŞPA-nın AHİM-nə Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-30-da Parisdə keçirilmiş iclasında Azərbaycan hökumətinin göndərdiyi üç nəfərdən ibarət namizədlər siyahısı qəbul olunmuş və AŞPA-ya göndərilmişdi. Komitə hər üç namizədlə apardığı dinləmələrdən sonra Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə ən uyğun namizəd kimi tövsiyə etmişdi.

Qeyd edək ki, bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

2003-cü ilin aprel ayının 2-dən AİHM-nin Azərbaycan üzrə hakimi vəzifəsini Xanlar Hacıyev icra edir.

Modern.az

Letif Huseynov – Wikipedia

Lətif Hüseynov 1 fevral 1964-cü ildə Ağdam şəhərində anadan olub. [2] 1986-cı ilin iyun ayında Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. [1] 14 oktyabr 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 29 sentyabr 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir. [1]

2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. [2] [3] O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004–2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü [5] , 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. [2] 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur. [1] 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır. [3]

O, ingilis, fransız, rus, alman və ukrayna dillərində sərbəst danışır.

Elmi və pedaqoji fəaliyyəti

Lətif Hüseynov 1990–1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərmişdir. 1992–1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır. [1] 2002-ci ilin iyul ayından Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris etmişdir (yarımştat). [1]

Seçilmiş əsərləri

  • Beynəlxalq hüquq. Dərslik, Bakı: “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2000.- 408 s.
  • İnsan hüquqlarının beynəlxalq müdafiəsi [Mətn]: ali məktəb tələbələri üçün dərs vəsaiti /L.H.Hüseynov; rəyçi Ə.İ.Əliyev, Ə.İ.Sadıqov; Azərb. Beynəlxalq Un-ti.- Bakı: ABU, 2008.- 151, [1] s.
  • The Concept of “Humanitarian Intervention” in the Light of Positive International Law//Beynəlxalq hüquq və İnteqrasiya Problemləri. Bakı, 2005, No. 1, səh. 3–10 (Rus dilində).
  • Methods of Implementation of International Supervision in the Field of Human Rights Protection //Theory and Practice of Contemporary International Law (Essays in honour of Prof. Levan Alexidze on the 80th birthday anniversary), Tbilisi, 2007, səh. 160–199 (Rus dilində).

İstinadlar

  1. 123456Mr. Latif HÜSEYNOV
  2. 1234“Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsinin hakimi seçilib”. Oxu.az. 11 oktyabr 2016. 2016-10-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 8 noyabr 2018 .
  3. 123“Lətif Hüseynov Avropa Məhkəməsində vəzifəsinin icrasına başlayıb”. femida.az. 10 fevral 2017 . İstifadə tarixi: 8 noyabr 2018 .
  4. ↑”Strengthening the implementation of European human rights standards. Conference on property rights in Azerbaijan”. 2018-12-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-11-08 .
  5. ↑”Latif Huseynov, a member of the Council of Europe’s Committee against Torture”. 2021-06-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-11-08 .

Comments are closed, but trackbacks and pingbacks are open.