Press "Enter" to skip to content

Lətif hüseynov beynəlxalq hüquq kitabı

3. AR MƏNZİL MƏCƏLLƏSİ

“İnsan hüquqları: dünən və bu gün” mövzusunda növbəti dinləmə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji forumunun növbəti X dinləməsi keçirilib.

ADPU-dan AZƏRTAC–a bildirilib ki, rektor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi, professor Lətif Hüseynovun fəaliyyətindən danışıb. Bildirilib ki, Lətif Hüseynov 1986-cı ildə Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə edib. Lətif Hüseynov 1990-1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərib. 1992-1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışıb. 2002-ci ildən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris edib. 2001-ci ildən Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2003-cü ildən Avropa Şurasının Venesiya Komissiyasının üzvüdür. 2004-2015-ci illər arasında İşgəncələr, qeyri-insani və ya alçaldıcı rəftar, cəzaların qarşısının alınması üzrə Avropa Komitəsi üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. 2005-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hakim təyin olunub və 2017-ci ildən tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlayıb.

Sonra Lətif Hüseynov “İnsan hüquqları: dünən və bu gün” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları müstəqil hüquq sahəsi kimi hüququn digər sahələri ilə, o cümlədən konstitusiya hüququ, beynəlxalq hüquq ilə qarşılıqlı əlaqələrə malikdir. XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi olub. Bununla əlaqədar olaraq, 1950-ci ildən dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

Lətif Hüseynov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təşkili və fəaliyyətinin bir sıra nəzəri və praktik aspektləri haqqında da məlumat verib.

Lətif hüseynov beynəlxalq hüquq kitabı

Ayın kitabı VƏ DAĞLARDAN SƏDA GƏLDİ ” oldu

”Qanun” nəşriyyatı hər ay olduğu kimi, sentyabr ayında da ən çox satılan kitabları müəyyənləşdirib. Nəşriyyatdan ən çox satılan kitabların siyahısı Modern.az-a təqdim olunub.
Bundan başqa, sentyabr ayında kitabları ən çox satılan 10 Azərbaycan yazarının adı da müəyyənləşib. Eyni zamanda ən çox satılan uşaq kitablarının və ən çox satılan hüquq kitablarının siyahıları da bəlli olub. Həmin siyahıları təqdim edirik.

Sentyabr ayının ən çox satılan kitabları:

1. VƏ DAĞLARDAN SƏDA GƏLDİ- Xalid Hüseyni

2. BİR-BİRİMİZƏ DEMƏDİYİMİZ SÖZLƏR- Mark Levi

3. QARA QƏHVƏ- Aqata Kristi

4. BİR GÜN – David Nicholls

5. ÇƏRPƏLƏNG UÇURAN- Xalid Hüseyni

6. İTİRİLMİŞ SİMVOL- Dan Brown

7. HAKİMİYYƏTİN 48 QANUNU- Robert Qrin

8. SİRR- Ronda Bern

9. MƏHƏBBƏT ÜÇ İL YAŞAYIR- Frederik Beqbeder

10. SİÇANLAR VƏ ADAMLAR- Con Steynbek

11. BÖYÜK DÖRDLÜK- Aqata Kristi

12. MƏN NECƏ İDİOT OLDUM- Martin Paj

13. ANTİXRİST- Fridrix Nitsşe

14. MİN MÖHTƏŞƏM GÜNƏŞ- Xalid Hüseyni

15. XƏZ PALTOLU MADONNA- Səbahəddin Ali

16. KİŞİLƏRİN KİTABI- Oşo

17. BƏLDƏ DƏ BU, HƏQİQƏTDİR- Mark Levi

18. RİO-PYEDRA SAHİLİNDƏ OTURDUM VƏ AĞLADIM- Paulo Koelho

19. QOLF MEYDANÇASINDA QƏTL- Aqata Kristi

20. NECƏ GÜCLÜ RƏQİB OLMAQ OLAR- Ceffri Foks

1. BƏLƏDÇİ- Eyvaz Zeynalov

2. UZUN ÇƏKƏN SÖZARDI- Çingiz Abdullayev

3. ZAMANIN GÖZ YAŞLARI- Fərid Hüseynli

4. ƏLİ VƏ NİNO- Qurban Səid

5. SOYUQDAN DÖNMƏYƏN CƏSUSLAR- Çingiz Abdullayev

6. MƏNİM GÖZƏL ALİBİM- Çingiz Abdullayev

7. SOYUĞU QORUYANLAR- Çingiz Abdullayev

8. QƏRB BÜRKÜSÜ- Çingiz Abdullayev

9. PREZİDENT OVU- Çingiz Abdullayev

10. YÜZ İL İNQİLAB- Sayman Aruz

Sentyabr ayında ən çox satılan Uşaq kitablarının siyahısı:

1. SU PƏRİSİ (boyama)

2. CIRTDAN (boyama)

3. TIQ-TIQ XANIM (boyama)

4. ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, MƏNGÜLÜM (boyama)

5. RƏQƏMLƏR (kart-kitab)

6. MƏLİKMƏMMƏD (xalq nağılı)

7. ŞARL PERRO (Sehirli nağıllar)

8. Hans Xristian ANDERSON (Sehirli nağıllar)

9. TƏPƏGÖZ (xalq nağılı)

10. QRİM QARDAŞLARI (Sehirli nağıllar)

Sentyabr ayında ən çox satılan Hüquq kitablarının siyahısı:

1. ÜMUMİ HÜQUQ VƏ DÖVLƏT NƏZƏRİYYƏSİ- V.V Lazarev

2. AR ƏMƏK MƏCƏLLƏSİ

3. AR MƏNZİL MƏCƏLLƏSİ

4. AR KONSTİTUSİYA

5. AR CƏZALARIN İCRASI MƏCƏLLƏSİ

6. AR VERGİ MƏCƏLLƏSİ

7. BEYNƏLXALQ HÜQUQ- Lətif Hüseynov

8. AR MÜLKİ MƏCƏLLƏSİ

9. AR MÜLKİ PROSSESUAL

10. AR AİLƏ MƏCƏLLƏSİ

Modern.az

Letif Huseynov – Wikipedia

Lətif Hüseynov 1 fevral 1964-cü ildə Ağdam şəhərində anadan olub. [2] 1986-cı ilin iyun ayında Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. [1] 14 oktyabr 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 29 sentyabr 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir. [1]

2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. [2] [3] O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004–2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü [5] , 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. [2] 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur. [1] 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır. [3]

O, ingilis, fransız, rus, alman və ukrayna dillərində sərbəst danışır.

Elmi və pedaqoji fəaliyyəti

Lətif Hüseynov 1990–1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərmişdir. 1992–1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır. [1] 2002-ci ilin iyul ayından Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris etmişdir (yarımştat). [1]

Seçilmiş əsərləri

  • Beynəlxalq hüquq. Dərslik, Bakı: “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2000.- 408 s.
  • İnsan hüquqlarının beynəlxalq müdafiəsi [Mətn]: ali məktəb tələbələri üçün dərs vəsaiti /L.H.Hüseynov; rəyçi Ə.İ.Əliyev, Ə.İ.Sadıqov; Azərb. Beynəlxalq Un-ti.- Bakı: ABU, 2008.- 151, [1] s.
  • The Concept of “Humanitarian Intervention” in the Light of Positive International Law//Beynəlxalq hüquq və İnteqrasiya Problemləri. Bakı, 2005, No. 1, səh. 3–10 (Rus dilində).
  • Methods of Implementation of International Supervision in the Field of Human Rights Protection //Theory and Practice of Contemporary International Law (Essays in honour of Prof. Levan Alexidze on the 80th birthday anniversary), Tbilisi, 2007, səh. 160–199 (Rus dilində).

İstinadlar

  1. 123456Mr. Latif HÜSEYNOV
  2. 1234“Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsinin hakimi seçilib”. Oxu.az. 11 oktyabr 2016. 2016-10-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 8 noyabr 2018 .
  3. 123“Lətif Hüseynov Avropa Məhkəməsində vəzifəsinin icrasına başlayıb”. femida.az. 10 fevral 2017 . İstifadə tarixi: 8 noyabr 2018 .
  4. ↑”Strengthening the implementation of European human rights standards. Conference on property rights in Azerbaijan”. 2018-12-01 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-11-08 .
  5. ↑”Latif Huseynov, a member of the Council of Europe’s Committee against Torture”. 2021-06-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-11-08 .

Comments are closed, but trackbacks and pingbacks are open.