Press "Enter" to skip to content

Əlyar səfərli xəlil yusifli azərbaycan ədəbiyyatı tarixi

1961-ci ildən elmi fəaliyyətlə məşğuldur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası” (Bakı: AEA nəşriyyatı, 1968), “Şərqdə İntibah və Nizami Gəncəvi” (Bakı: Yazıçı, 1982) monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə Nizami ilə bağlı çoxsaylı məqalələr yazıb nəşr etdirmişdir. Bunun nəticəsi olaraq yeni latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə Nizami əsərlərinin yeddi kitabda çapa hazırlanması Yusifli Xəlil Həmid oğluna həvalə olunmuşdur.

MƏNİM TANIDIĞIM ƏLYAR SƏFƏRLİ

Mənim üçün bu insan, ədəbiyyat elminin cəfakeşlərindən biri, yaşca məndən 11 il böyük olmasına baxmayaraq dostluq etdiyim bu şəxsiyyət indi bu işıqlı dünyada yoxdur. Elə bil, Ədəbiyyat İnstitutunun koridorlarında ayaqüstü görüşüb sonra gəzişdiyimiz, hal-əhval tutmaqdan başlayıb müxtəlif mövzularda söhbət etdiyimiz, sonra onun otağına keçib bir stəkan pürrəngi çay içib xudahafizləşməyimiz olmamış. Hər dəfə işə gələndə mütləq bu görüşlər, institutun koridorundakı bu “başmaq seyri” hər ikimizin ürəyincə idi. Mən Əlyar müəllimdən hər dəfə nəsə öyrənirdim. O, klassik ədəbiyyatımızın tanınmış tədqiqatçılarından biri idi və mənim Füzuli heyranı olduğumu yaxşı bilirdi. Füzulidən əzbər bildiyim qəzəlləri mənə söylədər, sonra ayrı-ayrı beytlərin mənasını soruşar və doğru izah edə bilmədiyim mətləbləri anladardı. Bir gün onu doğulduğum Masallı rayonuna apardım, Cəlilabadda, Lənkəranda da gəzdirdim, qocaman tədqiqatçı Mirhaşım Talışlının qonağı olduq, rayonumuzda adlı-sanlı bir kənd müəlliminin 70 illik yubileyində iştirak etdik. Onun maşınında bu səyahətimiz o qədər maraqlı keçdi ki. Yolboyu da sözümüz-söhbətimiz Füzulidəndi.

Əlyar müəllim çox sadə insan idi. Amma bu sadəliyin arxasında müdriklik dayanırdı. Müdrikliyi isə izah eləmirlər və mən Əlyar Səfərli ilə onun ömrünün son yeddi ilində dostluq etdiyimi həyatımın ən fərəhli anları kimi xatırlayıram.

Əlyar Səfərlinin tərcümeyi-halı, keçdiyi ömür yolu zəngin idi. 1937-ci ilin iyunun 23-də Ordubadın Anabad kəndində dünyaya gəlmişdi. Atası Qurbanəli, əmisi Səfərəli, qardaşı Muxtar həbs cəzası almış, heç birisi də qayıtmamışdı. Anası Sahab yeddi uşağını təkbaşına böyütmüşdü. Bu uşaqlardan isə yalnız Əlyar Səfərli təhsil ala bilmişdi. Qonşu Gənzə kəndində yeddi illik məktəbi bitirdikdən sonra Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdi. 1960-cı ildə ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik illərində tələbə elmi cəmiyyətinin rəhbəri olmuşdu. Nizami adını Ədəbiyyat İnstitutunda və eləcə də ADU-da uzun illər işləmiş, namizədlik və doktorluq dissertasiyasını müdafiə etmiş, AMEA-nın müxbir üzvü seçilmişdi. İki il (1971-1973) Əfqanıstanda tərcüməçilik etmişdi. Ulu öndər Heydər Əliyevin fərmanı ilə Tehranda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışmışdır. Son iş yeri Nizami adına Ədəbiyyat İnstitutu idi. Burada şöbə müdiri vəzifəsində çalışırdı.

Əlyar Səfərli xeyli sayda kitabın müəllifi idi, belə ki, o, orta yüzilliklər ədəbiyyatını araşdırmış, orta və ali məktəblər üçün dərsliklər nəşr etdirmiş, neçə kitabın tərtibçisi olmuşdu.

Ömrünün sonuncu ilində xəstəliyi şiddətlənmişdi, amma buna baxmayaraq ara-sıra işə gəlib-gedirdi.

Əlbəttə, bu qısa xatırlatmada, tərcümeyi-halda professor Əlyar Səfərlinin, ədəbiyyatşünaslıq elmimizin bir nüfuzlu, mötəbər tədqiqatçısının obrazını yaratmaq niyyətim yoxdur. Onun obrazı yaratdığı elmi əsərlərdədir.

Əlyar Səfərli məktəb görmüş ədəbiyyatşünas idi. O, Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Abbas Zamanov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Mirəli Seyidov, Əkbər Ağayev kimi müqtədir tənqidçi və ədəbiyyatşünasların qızğın fəaliyyət göstərdikləri bir dövrdə elmə gəlmişdi. Özünün dediyinə, etiraf etdiyinə görə akademik Həmid Araslının onun həyatında, elmi fəaliyyətində böyük rolu olub. Həmid Araslı Azərbaycan klassik ədəbiyyatının dərin bilicisi idi və gənc Əlyar Səfərlinin də ən böyük arzusu bu idi ki, Həmid Araslının açdığı yolla irəliləsin, klassik ədəbiyyatın tədqiq olunmamış problemlərinə, ədəbi şəxsiyyətlərin yaradıcılığına müraciət etsin, onların əsərlərinin nəşri və tərtibinə çalışsın. Klassik ədəbiyyatın tədqiqatçısı olmaq hər bir alimdən fars və ərəb dillərini dürüst bilməyi, arxivlərdə, Əlyazmalar İnstitutunda işləməyi, ən başlıcası isə müstəqil fikir yürütməyi, tədqiq etdiyi sənətkarın yaradıcılıq aləminə dərindən bələd olmağı tələb edir. Və Əlyar Səfərli buna nail ola bildi.

İlk ciddi tədqiqat əsəri XVI-XVII əsrlərlə yaşamış Məsihi haqqında oldu. Məlum idi ki, Məsihi ədəbiyyat tariximizdə daha çox “Vərqa və Gülşa” poeması ilə tanınır. Orta əsr təzkirəçiləri onun bədii irsinin yüz min beytdən artıq olduğunu göstərsələr də, “Danə və Dam”, “Zənbur və Əsəl” məsnəvilərinin adlarını çəksələr də, ortada bu əsərlərdən əsər-əlamət yoxdur. Şeirlər divanına gəldikdə isə onun yeganə əlyazması İsfahanda-Fərhəng kitabxanasında saxlanılırdı. Həmin o divan ilk dəfə məhz Əlyar Səfərli tərəfindən aşkarlanmış və 1998-ci ildə Tehranda əski əlifba ilə çapdan buraxılmışdı. Əlyar Səfərli Xəlil Yusifli ilə birgə hazırladığı “Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər)” dərsliyində (“Məsihi” oçerkinin müəllifi Ə.Səfərlidir) Məsihi divanından ətraflı söz açır. Bu şeirlər divanını Məsihi Səfəvi hökmdarlarından olan Məhəmməd Xudabəndəyə ithaf etmişdi, divanın dibaçəsində Azərbaycan adı çəkilirdi. Əlyar Səfərli Məsihi divanındakı qəzəlləri, rübailəri və məsnəviləri təhlil edir, onun özünəməxsus bir şair olduğunu təsdiqləyirdi. Məsihi Nəvaini özünə ustad sanırdı, onu türk ədəbiyyatının sultanı adlandırırdı, özü də özbək-cığatay ləhcəsində şeirlər yaradırdı. Təbii ki, bu qəzəllərin əsas mövzusu eşq və gözəlliyin tərənnümü idi. Əlbəttə, Məsihinin öz şeirlərində işlətdiyi bənzətmə və məcazlar klassik poeziyada yeniliyilə seçilirdi və Ə.Səfərli Məsihidən gətirdiyi misallarla sübut edirdi ki, orta əsr şeirinin bədii təsvir vasitələri, deyim-ifadə çalarları heç də bitib-tükənmirdi.

Qara libasda nazik tənin ki, pünhandır,
Nəhan olan zülmət içrə abi-heyvandır.

Ə.Səfərli yazırdı ki: “Məsihi qara libas geyinib nazik, incə bədənini örtən gözəlin qara libasa bürünməsini dirilik suyunun zülmətdə qaranlıqlar içərisində gizlənilməsinə bənzədir. Şairin vəsf etdiyi bu gözəl dünya gözəlidir, geyimi, oturuşu, duruşu ilə seçilən gözəl-göyçək bir sevgidir. Məsihi qəzəldə qara zülmət, gecə, qara paltar, göz bəbəyinin qaranlığı kimi söz və ifadələri işlətməklə bu qaranlıqların fonunda sevgilinin günəş kimi parlayan surətini yaradaraq, təzadlardan istifadə etmişdir”.

Klassik poeziyanın öz qayda-qanunları var və bunları bilmədən durub Füzuli, Nəsimi ya Məsihi barədə nəsə yazmaq ağlabatan deyil. Əlyar Səfərli bütün klassik poeziyanı incəliklərinə qədər bilirdi, – desəm, qətiyyən səhv etmərəm. 2014-cü ildə “Divan ədəbiyyatı sözlüyü” kitabı çap olundu və bu, Əlyar Səfərlinin tələbə və aspirantlara, filoloqlara və ümumən ədəbi, elmi ictimaiyyətə ən qiymətli, ən dəyərli hədiyyəsi oldu. Sayı-hesabı bilinməyən söz və ifadələrin hər birinin mənasını izah eləmək, bu sözlərin və ifadələrin klassik divan ədəbiyyatında işlənmə qaydalarını misallarla şərh eləmək Əlyar Səfərlinin adi bir sözçü və lüğətçi deyil, klassik poeziyanın dərin bilicisi olduğunu sübuta yetirir. “Divan ədəbiyyatı sözlüyü”ndə elə sözlər, ifadələr var ki, onları ilk dəfə məhz Əlyar Səfərli bizlərə tanıdır: bəzmi-ələst, bərəati-istihlal, elmi-lədün, əhli-əsma, səbül-məsani, həcərül-əsvəd, təcdidi-mətlə, şahnə, şitaiyyə, dirəfşi-gavəyani, xüsuf və s.

Əlyar Səfərli Xəlil Yusifli ilə birgə “Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər)” dərsliyinin müəllifidir və bu dərslikdə “Kitabi-Dədə Qorqud”, “Dastani-Əhməd Hərami”, “Qazi Bürhanəddin”, “İmadəddin Nəsimi”, “Məhəmməd Füzuli”, “Fədai”, “Əmani”, “Məsihi”, “Qövsi Təbrizi”, “Saib Təbrizi”, “XVII-XVIII əsrlər ədəbiyyatı”, “Vidadi”, “Vaqif” “Şəhriyar” dastanı elmi oçerklərinin müəllifi Əlyar Səfərlidir. Göründüyü kimi, Ə.Səfərlinin qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağlı “marşrutu” çox geniş və zəngindir. Onun elmi üslubuna xas olan sadəlik və anlaşıqlı ifadə tərzi-üslubu belə bir həqiqəti də sübut edir ki, elm qəlizlik, mücərrədlik sevmir, fikri aydın və səlis ifadə eləmək daha münasibdir.

Elmi oçerklərinə gəldikdə isə, Əlyar Səfərlinin hər bir klassik sənətkara onun öz yaradıcılığının özəllikləri ilə yanaşmaq prinsipi öndə durur. Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Saib Təbrizi, Məsihi haqqında çox yazıblar, Əlyar müəllim də yazıb. Amma fərq orasındadır ki, Əlyar müəllimin elmi oçerklərində hər bir klassik sənətkarın yaradıcılığının təhlili ilə yanaşı, onun obrazı da yaradılır. Deyək ki, “Qazi Bürhanəddin” oçerkini oxuyursan və anadilli şeirimizin ilk böyük nümayəndəsi olan bir şairin həyatı və yaradıcılığı ilə bağlı heç bir qaranlıq nöqtə qalmır və Qazi Bürhadəddin sanki XIV əsrdən üzü sənə sarı gəlir, bu gözəllik və sevgi nəğməkarı ilə üzbəüz oturursan. Onun canlı obrazını seyr edirsən. Yeddi əsr bundan əvvəl yaşamış bir hökmdar-şairin qəzəllərini onun öz dilindən eşidirsən, Sən onu anlayırsan, çünki sənin öz doğma dilində danışır:

Dedim ki, ləbin, dedi nə şirin söylər,
Dedim ki, belin, dedi nə narın söylər.
Dedim ki, canum cümlə fədadır saçuna,
Dedi ki, bu miskin hələ varın söylər.

Mənim Əlyar müəllimin elmi oçerkləri içərisində ən çox bəyəndiyim və dönə-dönə oxuduğum, oxuyub faydalandığım Məşəmməd Füzuli haqqında yazdığıdır. Füzuli haqqında Əhdi Bağdadidən, Sam Mirzədən, Mister Gibbdən, Köçərlidən, Abdulla Surdan, Əli Nihad Tərlandan, Köprülüzadədən, Həmid Araslıdan, Mirzağa Quluzadədən, Fuad Qasımzadədən, Azadə Rüstəmovadan, Sabir Əliyevdən, Samət Əlizadədən, Kamil Vəlidən tutmuş Teymur Kərimli, Lalə Əlizadə, Gülşən Kəngərliyə qədər nə yazılıbsa, hamısını çalışmışam oxuyum. Hər bir tədqiqatda Mirzə Cəlil demişkən: “bir dad, bir duz” hiss etmişəm.. Bu sırada Əlyar müəllimin Füzuliyə həsr etdiyi oçerki də özünəməxsusluğu ilə seçilir. Doğrudur, Əlyar müəllim “Həmid Araslı yolunu” seçir. Füzulinin həyatı, sənət yolu, mühiti və ayrı-ayrı janrlar üzrə təhlilini bizə təqdim edir, amma heç kimi təkrar etmir, Füzuli haqqında öz sözünü deyir. Xüsusilə, Füzulinin qəsidələri, qitə və rübailəri haqqında təzə, həm də son dərəcə maraqlı fikir və mülahizələri ilə qarşılaşırıq. Bu fikri “Leyli və Məcnun”, “Füzulinin nəsri” bölmələrində də hiss edirik.” Hədiqətüs-süəda” haqqında isə səhv etmirəmsə, füzulişünaslıqda ilk dolğun tədqiqatın müəllifi də Əlyar Səfərlidir. Ümumiyyətlə, Əlyar Səfərlinin klassik poeziyamız haqqında fikir və mülahizələri özünəməxsusluğu ilə seçilir.

Əlyar müəllim uzun illər ADU-da klassik ədəbiyyatdan mühazirələr oxuyub və onun tələbələri etiraf edirlər ki, Əlyar müəllimin dərsləri, oxuduğu mühazirələr yaddaşımızda yaşayır. Əlyar müəllimin şəxsiyyətində ciddi alim və pedaqoq vəhdəti hiss edilirdi. O, Nizami adına Ədəbiyyat İnstitutunda da bu vəhdəti qoruyurdu. Namizədlik və doktorluq dissertasiyalarının müzakirəsi zamanı, xüsusilə, klassik ədəbiyyatla bağlı müzakirələrdə dissertantların ən çox çəkindiyi şəxs Əlyar Səfərli idi. Çünki o, qüsurları, nöqsanları bağışlamırdı.

Əlyar Səfərli klassik şair və ədiblərin – Bürhanəddinin “Gülşənə gəl nigara”, “Divan”, Məsihinin “Vərqa və Gülşa”, Əmaninin “Əsərləri”, Füzulinin “Seçilmiş əsərləri”, Nəsiminin “Seçilmiş əsərləri”, “Mən cahana sığmazam”, eləcə də “Dastani-Əhməd hərami”, “Hikmət xəzinəsi” kitablarını tərtib edib geniş müqəddimə ilə, kütləvi tirajla nəşr etdirmişdi. İndi bu nəşrlər qiymətli bir mənbə kimi qorunur.

Mənim tanıdığım professor Əlyar Səfərli budur. O, 80 yaşına gəlib çatdı və bu yubileyi təəssüf ki, biz onsuz qeyd edirik. Ruhu şad olsun!

Azərbaycan ədəbiyyatı

Azərbaycan ədəbiyyatının maraqlı nümunələri. Ən maraqlı,ən yaxşı məzmuna malik nəsr əsərləri.

Yaradılıb 21 yanvar 2011 Topik 278 Abunəçi 42 Reytinq 35.68

Moderatorlar (0):
Moderator yoxdur

Laylalar və Oxşamalar

  • Azərbaycan ədəbiyyatı
  • 11 yanvar 2023, 14:23

Yurd yox, anadan sora,
Gül yox, laladan sora.
Anaya nә әzizdir
Körpә baladan sora?

Molla Pənah Vaqif haqqında

  • Azərbaycan ədəbiyyatı
  • 27 dekabr 2022, 01:50

1717-ci ildə Qazax mahalının Salahlı kəndində doğulub. Əsl adı Pənah, atasının adı Mehdi, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında «Molla» titulu verilib və o, «Molla Pənah» ad ünvanı ilə tanınıb. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəyib. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olub.

Hüseyn Arif | ateist Xalq şairi

  • Azərbaycan ədəbiyyatı
  • 18 dekabr 2022, 21:37

Hüseyn Arifi daha çox gülməli insan kimi tanınır. Çoxu bilmir ki, o, həm də olduqca həssas qəlbə malik olan və ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən birisi olub. Xüsusən, tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib.

Detektiv yazıçı Cəmşid Əmirov

  • Azərbaycan ədəbiyyatı
  • 6 dekabr 2022, 18:19

Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevralın 10-da Naxçıvanda “Şirvanlar məhəlləsi”ndə anadan olub.
1937-ci ildə atası Cabbar Əmirov ermənilərin əli ilə həbs edilir və “Xalq düşməni” adı altında on il müddətinə Arxangelskə sürgün olunur. Cabbar kişinin həyat yoldaşı Tərlan xanım uşaqla birgə başsız qalır.

Dindarların məsciddə öldürdüyü azərbaycan şairi | Seyid Əzim Şirvani

  • Azərbaycan ədəbiyyatı
  • 3 dekabr 2022, 00:53

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər.

Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil uşaq olan nəvəsinə böyük qayğı göstərir.

Şöhrətpərəst 1 – ci hissə Şiringül Musayeva

  • Azərbaycan ədəbiyyatı
  • 29 noyabr 2022, 23:58

İyirmi , iyirmi bir yaşlarında , balacaboy , bədən quruluşu çox da düzgün olmayan bir oğlan qar basmış düzənliklə gedirdi . Sürətlə addımlayırdı… Deyəsən, hara isə bərk tələsirdi .Onun boğuq bir dumanla pərdələnmiş gözləri sanki od saçırdı. Gözlərində qızdırmalı adamlara məxsus xəstə, aydın olmayan ifadə var idi və elə bil ətrafda nə olduğunu görmürdü.

Şöhrətpərəst – ikinci hissə Şiringül Musayeva

  • Azərbaycan ədəbiyyatı
  • 29 noyabr 2022, 23:56

Bu arada ölkədə böyük siyasi dəyişikliklər baş verirdi .Hər şey bir-birinə qarışmışdı. Bu vaxta qədər orta məktəblərdə, universitetlərdə uşaqların, gənclərin beyninə yeridilən sosializm, kommunizm ideologiyasının səhv olduğu aydın olmuşdu.Sovet İttifaqının əslində xalqlar həbsxanası olduğu söylənilirdi .Başqa vaxtı ( məsələn: 3 7- ci ildə ) “qık eliyən”in başını kəsən bu quruluş ideoloqları, qoruyucuları indi tələbələrin dəstə-dəstə Lenin (İndiki Azadlıq ) meydanına axışmasına göz yumurdu.

Xəlil Rza Ulutürk | Oxşarı olmayan alovlu şair

  • Azərbaycan ədəbiyyatı
  • 20 noyabr 2022, 22:01

Elə insanlar var ki, mütləq onların bir bənzəri olur. İnsanın oxşarının olması adi haldır. Amma şair, istiqlal mücahidi Xəlil Rza bəlkə də bu dünyada yeganə oxşarı olmayan insandır. Bənzərsizdir! Onun oxşarı yalnız özüdür. Əslində Xəlil Rza daha çox təbiətə bənzəyirdi. Gah sel kimi guruldayır, daşır, gah da ildırım kimi çaxırdı. Bir də görürdün ki, qaranlıqları aydınlaşdıran günəş kimi nur saçırdı.
Xəlil Rza azadlıq hayqıran millətin səsi, etirazın ifadə forması, vətənini canından çox sevən vətəndaş, alovlu şair, olduğu kimi görünən, göründüyü kimi olan əsl insan idi. Onun adı çəkiləndə istər-istəməz adamın gözü önündə mübarizə aparan fədakar bir insanın obrazı canlanır. Bu gün bu böyük tarixi şəxsiyyətin 90 yaşı tamam olur.

Mirvarid Dilbazi | Azərbaycanın ilk qadın Xalq şairi

  • Azərbaycan ədəbiyyatı
  • 15 noyabr 2022, 21:39

Bir əsrə sığmayan səksən doqquz illik ömür yaşayıb. Həyatı keşməkeşlərdə, tarixin çaxnaşmalarında keçib. Onun bu dünyada var olduğu səksən doqquz ildə məmləkətində dörd dəfə dövlət quruluşu
dəyişib.
Mirvarid Dilbazinin 1912-ci il avqustun 19-da dünyaya göz açdığı kənd — Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndi Şimali Azərbaycanın bütün əraziləri kimi, Rusiya imperiyasının tərkibində idi.

Əhməd Cəmil haqqında maraqlı faktlar

  • Azərbaycan ədəbiyyatı
  • 24 sentyabr 2022, 23:19

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberniyasının İrəvan şəhərində, Təpəbaşı məhəlləsində kustar sənətkar ailəsində anadan olub. Babası Mir Cəmil ağa İrəvanın tanınmış Seyid nəslindən idi. Mir Səttarın 11 uşağı olub, bunlardan ən kiçiyi Əhməd Cəmil idi. Bu uşaqlardan əksəriyyəti körpə ikən dünyasını dəyişmiş, yalnız 4-ü sağ qalmışdı. Mir Bağır, Mir Mehdi, Mir Əhməd, Nazəninbəyim.

Xelil Yusifli – Wikipedia

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Xəlil Həmid oğlu Yusifli ( 1935 , Qazax ) — Azərbaycan alimi, filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı. Əməkdar elm xadimi

Xəlil Yusifli
Xəlil Həmid oğlu Yusifli
Doğum tarixi 1935
Doğum yeri Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 sentyabr 2022
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları 2009
2015

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Pedaqoji fəaliyyəti
  • 4 Mükafatları
  • 5 Mükafatları
  • 6 Monoqrafiyalar
  • 7 Dərsliklər
  • 8 Tərcümə və tərtiblər
  • 9 İstinadlar
  • 10 Xarici keçidlər

Xəlil Yusifli 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Həmid Ömər oğlu Yusifov 1943-cü ildə İkinci dünya müharibəsində xəbərsiz itkin düşmüş, o qardaşı Ömər və bacısı Mələklə birlikdə anası Tükəzban Həsən qızının himayəsində böyümüşdür. Ailəlidir. Bir oğlu, bir qızı, iki nəvəsi vardır.

1945–1955-ci illərdə Əli Bayramlı (Aslanbəyli) kənd orta məktəbində oxuyub təhsil almış, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1960-cı ildə həmin universiteti bitirmişdir.

1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1962–1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olmuş, sonra həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsində əmək fəaliyyətini davam etdirmişdir. 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildə müsabiqə yolu ilə Kirovabad Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsini tutmuşdur. Həmin vaxtdan indiyə qədər indiki Gəncə Dövlət Universitetində Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir. 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə professor elmi adı almışdır.

15 sentyabr 2022-ci ildə vəfat etmişdir [1] .

Elmi fəaliyyəti

1961-ci ildən elmi fəaliyyətlə məşğuldur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası” (Bakı: AEA nəşriyyatı, 1968), “Şərqdə İntibah və Nizami Gəncəvi” (Bakı: Yazıçı, 1982) monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə Nizami ilə bağlı çoxsaylı məqalələr yazıb nəşr etdirmişdir. Bunun nəticəsi olaraq yeni latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə Nizami əsərlərinin yeddi kitabda çapa hazırlanması Yusifli Xəlil Həmid oğluna həvalə olunmuşdur.

Bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi” (Bakı: Yazıçı, 1984) adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyinin (Ə. Səfərli ilə birgə. Bakı: 1982, 1998, 2004), “Dünya ədəbiyyatı tarixi (Antik dövr). (Bakı: Azərnəşr, 1999) dərsliyinin müəllifidir.

Klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M. Əvhədinin “Cəmşidin camı” (Q. Beqdeli ilə, Bakı: Azərnəşr, 1970; Tehran: 1986; Bakı: 2004), Arif Ərdəbilinin “Fərhadnamə” (Bakı: 2007), Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi” (Gəncə: 2008), “Xosrov və Şirin” (Bakı: Adiloğlu, 2011) və bir sıra başqaları da bu qəbildəndir.

O, ilk dəfə Həqirinin “Leyli və Məcnun” poemasını tərtib edərək geniş önsözlə nəşr etdirmişdir. 2007-ci ildə Yusifli Xəlil Həmid oğlu Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə önsöz və çevirmələrlə birlikdə hər biri 400 səhifə həcmində olan daha yeddi kitab tərtib edərək nəşr etdirmişdir. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir.

Xəlil Yusifli Ə. Səfərli ilə birlikdə orta məktəbin IX sinfi üçün “Ədəbiyyat” dərsliyi yazmış və bu dərslik 1993–2003-cü illərdə beş dəfə nəşr olunmuşdur.

Pedaqoji fəaliyyəti

Xəlil Yusifli pedaqoji fəaliyyətə 1969-cu ildən o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunda başlamışdır. O, əvvəlcə Dünya ədəbiyyatı tarixi üzrə mühazirə və seminar dərsləri aparmışdır. Ancaq sonra elmi ixtisas sahəsi nəzərə alınaraq ona Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən mühazirə və seminarlar aparmaq həvalə olunmuşdur. O, həmin sahə üzrə pedaqoji fəaliyyətini indi də davam etdirir. Tədris etdiyi fənn üzrə tədqiqat və dərsliklər müəllifi olması Yusifli Xəlil Həmid oğluna imkan verir ki, dediyi dərsləri tələb olunan səviyyədə aparsın. O, dərs zamanı çalışır ki, tələbələrin diqqətini əsas mətləbə yönəltsin.

Xəlil Yusiflinin bədii yaradıcılığı da onun elmi ixtisas sahəsi ilə bağlıdır. O, klassik Azərbaycan ədəbiyyatının bir çox nümunələrini mənzum şəkildə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu tərcümələrin bir qismi “Hikmət xəzinəsi” adlı müntəxəbatda (Bakı: Maarif, 1992) və başqa kitablarda nəşr edilmişdir. Bir qismi isə ayrıca kitablar şəklində nəşr olunub. Bundan əlavə X. Yusiflinin “Avey, hey” (Gəncə: 2005) və “Hanı, o günlər, hanı?” (Bakı: Oka, 2007) adlı şeirlər kitabları nəşr olunmuşdur. Bu kitablarda olan şeirlər daha çox əruz vəznində yazılmışdır. Bunlarad günümüzün əks-sədası əsasdır.

Xəlil Yusiflinin elmi fəaliyyətinin ən mühüm nəticəsi ali məktəb üçün iki dərsliyin yazılmasıdır. O, Azərbaycan ədəbiyyatı tarixinin qədim və orta əsrlər dövrünün ən yaxşı bilicilərindən biri kimi, Əlyar Səfərli lə birlikdə ali məktəb üçün həmin dövr Azərbaycan ədəbiyyatının ilk dərsliyini yazmış, eyni zamanda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının on il ərzində tədris olunan orta məktəb dərsliyinin iki müəllifindən biri olmuşdur. Onun araşdırmalarından ali və orta məktəb dərsliklərində indi də istifadə olunmaqdadır.

Ən mühüm elmi nəticələrin məzmunu, çap olunduğu jurnal, tətbiqi, elmi və ictimai faydalılığı.

Mükafatları

Mükafatları

  • 2009-cu ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunub (2009) [2]
  • 2015-ci ildə Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib (2015) [3]

Comments are closed, but trackbacks and pingbacks are open.